Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-80/2025 05.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, X4 katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X5 vəkili və etibarnamə üzrə nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1953-cü ildə Füzuli rayonu, Qacar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını tamah niyyətilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak yaşayış massivi, 11-ci dalanda yerləşən Şahid2 mülkiyyətində olan altı sot torpaq sahəsində dörd otaqdan ibarət təmirsiz bağ evini Zərərçəkmiş şəxs göstərib sənədsiz 35000 manata sataraq, gələcəkdə evi onun adına sənədləşdirəcəyinə vəd verməklə həqiqətə uyğun olmayan yalan məlumat verərək inandırıb aldadaraq razılaşdıqdan sonra vahid niyyətlə əhatə olunmaqla 16 avqust 2023-cü il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak yaşayış massivi, 11-ci dalanda yerləşən nömrəsiz fərdi evin qarşısında 30.000 manat pulun əvəzi olaraq Zərərçəkmiş şəxs “Mercedes Benz S350” minik markalı ** CF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini alıb aparmaqla, həmin gün saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yeni sahədə yerləşən "Dacha" restoranının qarşısında isə Zərərçəkmiş şəxs 5000 manat məbləğində pul almaqla verdiyi vədlərə əməl etməyərək, Zərərçəkmiş şəxs aldığı avtomobili digər şəxsə sataraq və aldığı pulları şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs ümumilikdə 35000 manat məbləğində xeyli miqdar dəyərində əmlakını və pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibarından suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 35000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək bildirmişdir ki, həmin evi 4-5 il bundan əvvəl almışdır. Nicatın anası və qardaşı onun qonşusudur. Nicat ona demişdir ki, onun əlində torpağı var, satmaq istəyir. Ona 6 sot torpaq və 10000 manat da pul versin, o, ordan çıxar. O, da gedib evə baxıb görmüşdür ki, ev tikilib, lakin pol və tavan vurulmayıb. O, da baxdıqdan sonra fikirləşmişdir ki, həmin evi 100000-120000 manat satmaq olar. O, da özündə olan 10 sot topragı ona vermiş və halallaşmışdır. Sonradan üzərindən bir müddət keçdikdən sonra Zahid zərərçəkmiş şəxs Cəmiyyəti onun yanına gətirmişdir. Zahid də faizə pul qoyan adamdır. “Mercedes Benz S350” markalə maşınını Zahiddə faizdə idi. Sonradan Zahidin gətirdiyi adamla danışmışdır. Həmin evi 65000 manata razılaşmışlar. Ondan sonra Cəmiyyət ona evə usta gətirəcəyini bildirmişdir. Nicatı çağırmış və demişdir ki, 65000 manata danışmışdır. Cəmiyyətin bir maşını var, onun da qiymətini evin dəyərinə hesablatmaq istəyir. Sonradan maşına köməklik etmək məqsədilə ona verdi ki, maşını satmağa köməklik etsin. O da maşını götürmüşdür. Sonradan bilmişdir ki, Cəmiyyət maşını girova qoyub 15000 manat pul götürüb. Ona heç bir sənəd verilməyib. Cəmiyyət Nicatla birlikdə evin döşəmə və tavanını vururdu. Bundan Nicatın da xəbəri var idi. Çünki Cəmiyyət təmir işləri aparanda Nicata məlumat verilmişdir. Sonradan Cəmiyyət alınan maşını satmaq istədiyi bazardan qayıdanda polis maşını saxlamış və maşını cərimə meydançasına aparmışdır. Polis onu saxlayan zaman bildirdi ki, maşının üzərində həbs var. Maşını cərimə meydançasına aparandan sonra zəng edib məlumat vermişdir. Bildirmişdir ki, maşın cərimə meydançasındadır. Həmin hadisədən 2-3 ay sonra Cəmiyyət ondan polisə şikayət etmişdir. Sonradan elə oldu ki, Nicat da ona bildirdi ki, onun verdiyi torpaq sahəsi ona lazım deyil. O, torpağını geri istəyir. Əlavə olaraq bildirmişdir ki, ona heç bir məbləğdə pul verilməyib. Bu səbəbdən də mülki iddianı qəbul etmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X7 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əri idi. Əlini Zahid gətirmişdir. Əli Cəmiyyətdən nəvəsinin işi ilə bağlı pul istəyib. Cəmiyyət də deyib ki, onun pulu yoxdur. Amma pulun yerinə ona maşın verə bilər. İstəyirsə versin, satıb, pul edə bilər. Sonra 5000 manat pul da verilmişdir. Əli maşının qiymətinin 35000 manat dəyəri olması ilə razılaşıb. Ümumilikdə 5000 manat pul və 30000 manat dəyərində dəyərləndirilən maşın verilmişdir. Ev məsələsinə gəldikdə isə Əli Cəmiyyətə açarı verib ki, getdilər. Ondan sonra yoldaşı həmin evdə təmir işləri etməyə başlamışdır. Daha sonra Nicat gəlib çıxıb və yoldaşına deyib ki, “kimsiz”, yoldaşıda bu evi aldığını bildirmişdir. Daha sonra Nicat evin yiyəsi olduğunu demiş və evin açarını dəyişmişdir. Sonradan isə evin təmiri bu səbəbdən də dayandırılmışdır. Bütün bu olanları Cəmiyyət sağ olan zaman ona demişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Mülki iddinın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 15 ilə yaxındır ki, tanıyr, aralarında dostluq münasibəti var. Təqsirləndirilən şəxs isə təxminən hadisədən bir il qabaq tanımışdır. 2023-cü ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefonla onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna zəng edərək, nəvəsinin polislər tərəfindən tutulduğunu və buraxılması üçün 40000 manat lazım olduğunu, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.06 ha (altı sot) torpaq sahəsində 4 otaqdan ibarət təmirsiz bağ evini təcili satmaq istədiyini deyib, evin satılmasında ona köməklik göstərməsini xahiş etmişdir. O, Əlidən satmaq istədiyi bağ evinin qiymətini soruşduqda, Əli əvvəlcə evi 80000 manata satmaq istədiyini bildirsə də, sonradan təcili ona pul lazım olduğu üçün 40000 manata satmaq istədiyini bildirmişdir. Həmin ərəfələrdə o, Əlinin satmaq istədiyi bağ evinə baxmış, düzdür evi bəyənmiş, lakin maddi vəziyəti çətin olduğu üçün evi almağa pulu olmamışdır, həmin ərəfələrdə dostu Zərərçəkmiş şəxs özünə məxsus Mercedes Benz S350 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istəyirmiş, fikirləşmişdir ki, bağ evini Cəmiyyətə almasını təklif etsin. Bundan sonra Əliyə bildirmişdir ki, “dostum var, özünə məxsus avtomobilini satır, əgər razı olsan Cəmiyyətlə görüşək, avtomobildən xoşun gələrsə, üzərində pulda verər bağ evini Cəmiyyətə satarsan”, Əli də etiraz etməmişdir. Dəqiq tarixini bilmir 2023-cü ilin iyun-iyul aylarında Əli ilə birlikdə ünvan 2 ünvanında yerləşən dostu Cəmiyyətin yaşadığı evə getmişlər, Cəmiyyətlə Əlini tanış etmiş, bir qədər söhbət etdikdən sonra Cəmiyyətə təklif etmişdir ki, “tanışım Əli özünə məxsus bağ evini satır, təcili pul lazımdı, bağ evinə baxarsan, xoşun gəlsə pulun varsa bağ evini al, pulun yoxdursa onsuzda avtomobilini satırsan, öz aranızda danışın razlığa gəlsəniz alarsan”. Bundan sonra Əli özü Cəmiyyətlə danışmış və razlığa gəlmişlər, aralarında olan razlaşmaya əsasən Əli, Cəmiyyətin avtomobilinə baxmış, xoşuna gəldiyini deyib avtomobili 30000 manata qiymətləndirmiş, Cəmiyyətə əlavə olaraq avtomobilin üstündə 5000 manatda verəcəyini bildirmişdir. Bundan sonra Əli, Cəmiyyət və o, Əlinin satmaq istədiyi Xəzər rayonu, Şüvvəlan qəsəbəsində yerləşən bağ evinə getmişlər. Cəmiyyət Əlinin satmaq istədiyi bağ evinə baxmış, Cəmiyyət evi bəyəndiyi üçün evi almaq qərarına gəlmişdir. Təxminən 2023-cü ilin iyul ayının axırları, avqus ayının əvvəllərində yenidən Əli, Cəmiyyət və o, Əlinin satmaq istədiyi Xəzər rayonu, Şüvvəlan qəsəbəsində yerləşən bağ evinə getmişlər, orada Əli bağ evinin açarlarım Cəmiyyətə vermiş, allah xeyrini versin deyib, təmir işlərinə başlamasını bildirmişdir. Əli bağ evinin açarlarını Cəmiyyətə verdikdən sonra nəvəsini təcili buraxdırmaq üçün 40000 manat lazım olduğunu deyib, Cəmiyyətə avtomobilini ona verməsini bildirmiş, Cəmiyyət də etiraz etməmiş və Əlidən avtomobili sənədsiz necə satacağmı soruşmuşdur. Əli tanışının olduğunu və avtomobili həmin tanışlarına girov qoyub pul götürəcəyini deyib, sonra avtomobili onun adma sənədləşdirməsini bildirmişdir. Bundan sonra Cəmiyyət onun yanında özünə məxsus Mercedes Benz S350 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilinin açarlarını və qeydiyyat şəhadətnaməsini Əliyə vermişdir. Bundan sonra Cəmiyyət, Əli və o, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Şam Bağı” restaranma yaxın adını bilmədiyi kafeyə getmişlər, orada yemək yedikdən sonra Cəmiyyət Əlidən aldığı bağ evinə görə verəcəyi pulun qalan hissəsini, yəni 5000 manatı onun yanında Əliyə vermiş, Əlidən ona satdığı bağ evini nə vaxt onun adma keçirdəcəyini soruşmuş, Əli də 20 gün ərzində evi Cəmiyyətin adma keçirəcəyini deyib, sənədləri ona verəcəyinə söz vermişdir. Sonradan eşitmişdir ki, Cəmiyyət Əlidən aldığı bağ evində təmir işlərinə başlamış, lakin sonradan məlum olmuşdur ki, Əli başqasının mülkiyyətində olan bağ evini sənədsiz Cəmiyyətə satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivi ərazisində yerləşən 0,06 ha (altı sot) torpaq sahəsini özəlləşdirilmiş, Bələdiyyə sənədi ilə almışdır. 2018-ci ildə sözü gedən torpaq sahəsində dörd otaqdan və sanitar qovşaqdan ibarət kürsülü bağ evi tikdirmiş, lakin maddi vəziyyəti çətin olduğu üçün evi təmir edə bilməmiş, sonradan qərara gəlmişdir ki, evi satım. Beləliklə, təxminən 2023-cü ilin aprel ayında Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxsla görüşmüş, Əliyə sözü gedən bağ evimi satmaq istədiyini bildirmişdir. Əli evi neçəyə satmaq fikirinin olduğunu soruşmuş, o, Əliyə evi 40000 manata satıram demişdir. Əli isə evi 40000 manatdan artıq satacağmı deyib, yerdə qalan pulu özü götürəcəyini bildirmiş, o, da Əlinin təklifi ilə razlaşmışdır. Beləliklə də, o, sözü gedən bağ evini makler Təqsirləndirilən şəxs göstərmiş və evin açarlarını ona vermişdir ki, evi satmaq istədiyi müştərilərə göstərsin. 2023-cü ilin avqust ayının dəqiq tarixini bilmir axırlarında Əli istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan mobil nömrəsinə zəng edərək, bağ evini bir nəfərə satmaq istədiyini deyib, onu satmaq istədiyi sözü gedən bağ evinə dəvət etmişdir. Bundan sonra o, bağ evinə getmiş, orada Əlini və yanında adını bilmədiyi yaşlı bir kişi görmüşdür. Həmin vaxt X15 S350 markalı avtomobilə gəlmişdir, Əlidən soruşmuşdur ki, deyəsən avtomobilini dəyişmisən. Əli də gülə-gülə özünə məxsus avtomobilini usta yanma qoyduğunu və Mercedes Benz S350 markalı avtomobili isə dostlarından müvəqqəti götürdüyünü bildirmişdir. Bundan sonra Əli bağ evinə müştəri qismində gələn kişini, sonradan adı ona məlum olan Cəmiyyət adlı şəxsi onunla tanış etmiş və bildirmişdir ki, “bağ evini bu şəxsə satıram, etirazın yoxdursa satım”. O, da Əliyə bildirmişdir ki, “evi satmaq üçün sənə vermişəm, satan kimi pulunu mənə verərsən mən də evi satdığın şəxsin adma keçirdərəm” deyib çıxıb getmişdir. Sonradan Əli ilə Cəmiyyət adlı şəxsin arasında nə söhbətlər olmasını bilməmişdir. Həmin gündən təxminən 10-15 gün sonra Əli istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan mobil nömrəsinə zəng edərək demişdir ki, “Cəmiyyət adlı şəxs sənin evini bəyənib almaq istəyir, onunla danışmışam və razlaşmışam evi alacaq”. O, da Əliyə bildirmişdir ki, “alır allah xeyrini versin, bəs mənim pulumu nə vaxt verəcəksən”. Əlidə ona Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində özünə məxsus torpaq sahəsinin olduğunu deyib, təklif etmişdir ki, “istəyirsənsə həmin torpaq sahəsini sənin bağ evinlə dəyişək, üstündədə 10000 manat verim”, o, isə Əlinin təklifi ilə razlaşmamış və bildirmişdir ki, “mənə 40000 manat ver, mən evimi satdığın şəxsin adma keçirdim”, Əli onun təklifi ilə razlaşmadığım görüb təxminən 20 gün ərzində pulu ona veəcəyinə söz vermişdir. Təxminən 20 gün keçdikdən sonra o, Əli ilə yenidən əlaqə saxlayaraq bağ evini satdığı şəxsdən pulu-alıb almamasını soruşmuş, Əli isə pul düzəldə bilmədiyini, yaxın vaxtlarda ona 40000 manat verəcəyini deyib, pulu verdikdən sonra evi satdığı şəxsin adma keçirməsini xahiş etmiş, o, isə Əliyə demişdir ki, “iki-üç günə pulu verməsən evin açarlarını mənə qaytar”, Əli də onunla razlaşmışdır. 2023cü ilin sentyabr ayının axırlarında sözü gedən bağ evinə nəzarət etməyə gedən zaman, evdə təmir işlərinin aparıldığını və ustaların işlədiyini görmüş, həmin vaxt Əlinin yanında ilk dəfə gördüyü Cəmiyyət alı şəxsdə orada imiş, Cəmiyyətdən soruşmuşdur ki, “ağsaqqal allah xeyrini versin bu nə məsələdir, mənim xəbərim olmadan evimi təmir etdirirsən”, həmin vaxt Cəmiyyət ona evi Əlidən aldığını bildirmişdir. O, isə Cəmiyyət adlı şəxsə bildirmişdir ki, “Əli evi sənə mənim iştirakım olmadan sata bilməz, çünki evin sənədləri mənim adımdadır”. Həmin vaxt Cəmiyyət Əliyə özünə məxsus Mercedes Benz S350 markalı avtomobilini və üstündə pul verdiyini, ona məxsus olan bağ evini ondan aldığını deyib, buna görə də evi təmir etdiyini bildirmişdir. O, da Cəmiyyət adlı şəxsə Əlinin ona pul vermədiyini deyib, evin təmirini dayandırmasını və evdən çıxmasını tələb etmişdir. Cəmiyyət adlı şəxsdə ona bildirmişdir ki, “Əli mənə deyib ki, mən Nicatla danışmışam, ona torpaq sahəsi verəcəm, sən rahat işini gör, mən də Əlinin sözü ilə evi təmir etdirirəm”. O, da Cəmiyyət adlı şəxsə Əli ilə aralarında belə bir söhbət olduğunu demiş, lakin Əlinin təklifi ilə razlaşmadığım bildirmişdir. O, görmüşdür ki, bu söhbət uzun çəkəcək, ona görə də Cəmiyyət adlı şəxsə evdə gedən təmir işlərini dayandırmasını xahiş edərək evdən çıxmasını tələb etmiş, elə həmin gün Cəmiyyət adlı şəxs evdən çıxıb getmiş, o, da bağ evinin açarlarını dəyişdirmişdir. Sonradan ona məlum olmuşdur ki, ev alqı-satqısı ilə məşğul olan Əli adlı şəxs onun icazəsi olmadan sözü gedən bağ evini sənədsiz Cəmiyyət adlı şəxsə sataraq ondan pul qarşılığında avtomobilini və üstündə də pul almışdır. Əli və Cəmiyyət adlı şəxslərin arasında olan pul söhbətində onların yanında olmamış, onların arasında nə razlaşma olmasını da bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir; - 23 fevral 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 3 ünvanında baxış keçirilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - 22 may 2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur; - 24 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Canpolad Nağıyev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Məmmədov X8 Rayon Məhkəməsinin 09 iyun 1971-ci il tarixli hökmü ilə Azərbaycan Sovet Sosialist Respublikasının 207-ci maddəsinin 2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, xx.xx.1971-ci il tarixdə Şuşa Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən 10 ay 23 gün müddətinə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. 20 iyul 1984-cü il tarixli Azərbaycan Sovet Sosialist Respublikasının hökmü ilə Cinayət Məcəlləsinin 88-1 və 169-cu maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 39-cu maddəsinə əsasən əməli 06 aprel 1983-cü il tarixli hökmlə birləşərək CM-nin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən 01 il islah işləri cəzası ilə birləşdirərərk 10 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 05 il məsul vəzifə tutma hüququndan məhrum edilmək cəzası təyin edilmişdir. xx.xx.1990-cı il tarixli Xətai Rayon Məhkəməsinin qərarı ilə 50-2 maddəsinə əsasən 03 il 04 ay 23 gün şərti olaraq azad edilmişdir. 31 yanvar 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1991-ci il tarixli amnistiya qərarı ilə 1-ci maddənin V bəndinə əsasən azad edilmişdir. xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən 40.2.2-ci maddəsi ilə xitam verilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 69.4-cü maddəsinə əsasən 4000 manat cərimə cəzasına məhkum edilmişdir. 22 iyul 2016-cı il tarixli Azərbaycan Respublikası Milli Məcəlləsinin 20 may 2016-cı il tarixli Amnistiya haqqında qərarına əsasən cəzadan azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 69.3 və 70-ci maddələrinə əsasən 02 il 06 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 il sınaq müddəti ilə cəzası şərti hesab edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır; - Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 09 avqust 2024-cü il tarixədək uzadılmışdır; - Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır - İfadənin yerində yoxlanılması barəsində 07 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak yaşayış massivi, 11-ci dalanda yerləşən nömrəsiz evin qarşısını göstərdi və bildirdi ki, 16 avqust 2023-cü il tarixdə təxminən saat 14 radələrində özünə məxsus Mercedes Benz S350 minik markalı ** CF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 30.000 manat pulun əvəzi olaraq Təqsirləndirilən şəxs həmin yerdə vermişdir. Bundan sonra o, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yeni Sahədə yerləşən “Dacha” restoranının qarşısını göstərdi və bildirdi ki, 16 avqust 2023-cü il tarixdə təxminın saat 15 radələrində Təqsirləndirilən şəxs 5000 manat nəğd pulu həmin yerdə vermişdir; - 09 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddə ilə ona yenidən ittiham elan edilmişdir; - Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşlı olmasını CM-nin 59.2-ci maddəsinə əsaasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hazırki cinayəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə ona şərti olaraq təyin edilmiş 02 (iki) il 06 (altı) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının sınaq müddəti ərzində (xx.xx.2023-cü il tarixində) törətməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini (CM-58.3.) nəzərə alaraq məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilməli, həmin hökmlə təyin edilmiş 02 il 06 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay 18 (on səkkiz) gün müddət ona təyin olunmuş cəzaya hesablanmalı (CM-69.3), cəza çəkmə müddətinin əvvəli 05 mart 2026-cı il tarixdən hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivi olsa da, onun əvvəllər azadlıqdan məhrumetmə cəzasını çəkməməsini nəzərə alaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X7 tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə görə Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 316.1-ci maddəsinə əsasən mülki iddiaçı verdiyi iddianı müdafiə etmək üçün bu Məcəllənin 89.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edə bilər. 316.2-ci maddəsinə görə mülki iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədikdə mülki iddia baxılmamış saxlana bilər. Bu, mülki iddia vermiş şəxsi iddianı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququndan məhrum etmir. 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə 35000 (otuz beş min) manat məbləğində maddi ziyan vurması tam sübuta yetirildiyindən iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cümaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə əasasən dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il sınaq müddəti ilə 02 (iki) il 06 (altı) ay 19 (on doqquz) gün müddətinə şərti məhkum edilməsi ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 02 (iki) il 06 (altı) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay 16 (on altı) gün olmaqla, cəmi 03 (üç) ay 18 (on səkkiz) gün müddət ona təyin olunmuş cəzaya hesablansın və üzərində 02 (iki) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X3 mülki iddiası təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs 35000 (otuz beş min) manat məbləğində vurulmuş maddi ziyan və 195 (yüz doxsan beş) manat ödənilmiş dövlət rüsumu tutularaq X6 ödənilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 36 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saat vaxta görə 72 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X13 edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-80/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-80/2025
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver