Məhkəmə qərarları › İş №1(003)-800/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-800/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-800/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X5, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İttiham aktından göstərilmişdir ki, Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdə, saat 17:30 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ünvan 2vanında yerləşən evin həyətində tanışı X8 ilə sonuncunun onu əri Şahid1 qısqanması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı həmin həyətdə yerləşən masanın üzərindən götürdüyü kustar üsulla hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən Lalə Əliyevavanı vuraraq ona qarnın ön divarının periton boşluğuna (daxilə) nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin 02 ədəd, sağ əlin 02 ədəd kəsilmiş yaraları deşici-kəsici alətin (ola bilsin bıçaq) deşici-kəsici və kəsici təsirindən, sol çiynin qançırı isə küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X10” X11 müraciətindən az əvvəl olmaqla, xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən qarnın ön divarının periton boşluğuna (daxilə) nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin 02 ədəd, sağ əlin 02 ədəd kəsilmiş yaraları istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aid, sol çiynin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 iyul 2024-cü il tarixdə, ünvan 2vanında Lalə Əliyeva ilə arasında qısqançılıq səbəbindən mübahisə baş vermişdir. Sərxoş olmuş və mətbəxdən götürdüyü bıçaqla Laləni vurmuşdur. Hazırda törətdiyi əməldən peşman olmasını və Lalə Əliyeva ilə barışmasını və ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadəsində bildirdi ki, 09 iyul 2024-cü il tarixdə, ünvan 2vanında Təqsirləndirilən şəxs qısqancılıq səbəbindən aralarında mübahisə baş vermiş və bu zaman Zəminə onu bıçaqla onu qarnından vurmuşdur. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, bir yerdə yaşayırlar və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak etmədiyindən ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilmişdir. O ifadəsində göstərmişdir ki, X7 2009-cu ildən tanıyır. Belə ki, Lalə ilə birlikdə 2010-cu ildə adam öldürdüklərindən 12 il o, 13 il isə Lalə məhkum olunmuşdur. 2022-ci ildə o, 2023-cü ildə isə Lalə azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra da o, Lalə ilə görüşmüş və birlikdə qeyri-rəsmi yaşamağa başlamışlar. 09 iyul 2024-cü il tarixdə günorta vaxtı Lalə ona bildirmişdir ki, onunla birlikdə cəzə çəkən həbsxana yoldaşı Zəminə adlı qadın onu Mərdəkan qəsəbəsinə qonaq çağırır və birlikdə onlara getməyə təklif etmişdir. O da bir söz deməyib Lalə ilə razılaşmış və onlar birlikdə taksi ilə Mərdəkan qəsəbəsində yerləşən «Ələsgərin dükanı» deyilən marketin qarşısına gəlmişlər və orada onları həmin Zəminə adlı qadın qarşılamışdır. O həmin marketdən yemək üçün bazarlıq etmişdir. Onlar Zəminə ilə birlikdə Zəminənin yaşadığı evə piyada getmişlər. Həmin vaxtı evdə Zəminə ilə birlikdə yaşayan Ruslan adlı şəxslə tanış olmuş və birlikdə yemək hazırlayıb dördü bir yerdə yemək yemişlər. Yemək vaxtı o 100 qram araq içib həyətdə olan hovuza çimməyə getmiş, Ruslan isə evə keçmişdir. Zəminə ilə Lalə masada oturub yeyib-içməyə davam etmişlər. O, hovuzdan çıxıb paltarını dəyişmək istəyərkən Zəminənin əlində olan bıçaq ilə Laləni vurduğunu görüb onları ayırarkən Zəminənin əlində olan bıçaq ehtiyatsızlıqdan sol əlinə və sol qolunun iç hissəsinə dəymiş və o xəsarət almışdır. Lalənin xəsarət aldığını görüb tez onu qucağında həyətə çıxartmışdır ki, hər hansı yolüstü maşınla onu xəstəxanaya aparsın. Küçədə polis əməkdaşlarını gördüyündən onlara hadisə barədə məlumat vermiş və polislər təcili yardım çağırmışlar. O təcili yardımla Laləni Sabunçu xəstəxanasına aparmış və orada Lalə əməliyyat olunmuş, onun isə xəsarət almış qolunu tikib evə buraxmışlar. Zəminənin hansı səbəbdən Laləni vurmasını bilməmişdir. Məhkəmə iclasında iştirak etmədiyindən ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayında yaşadığı evin qarşısında küçədə olarkən sonradan adının Zəminə olduğunu bildiyi qadınının kirayə ev axtardığını bildirmişdir. O, Zəminəyə bildirmişdir ki, tək yaşayır, istəsə onun evində yaşaya bilər. Zəminə onunla razılaşdığından həmin vaxtdan onunla birlikdə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışlar. Zəminə arabir onun mobil telefomu vasitəsi ilə Lalə adlı şəxslə əlaqə saxlayırmış. Sonuncu dəfə 09 iyul 2024- cü il tarixdə, saat 08:00 radələrində Lalə yenidən onun telefonuna zəng edib Zəminə ilə danışmış və görüşmək istədiyini bildirmişdir. Zəminə də Laləni yaşadıqları Mərdəkan qəsəbəsinə dəvət etmişdir. Elə həmin gün saat 15:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən «Ələsgər» marketin yaxınlığında Zəminə Laləni qarşılayıb yaşadıqları evə gətirmişdir. Həmin vaxt Lalənin yanında tanımadığı, sonradan adını bildiyi Valeh adlı şəxs var imiş. Lalə Valehin onun həyat yoldaşı olduğunu bildirmişdir. Həyətdə stol açıb yeyib-içməyə başlamışlar. Belə ki, o, Zəminə, Lalə və Valeh yemək yeməyə başlamışlar. O spirtli içki qəbul etmədiyindən bir qədər yemək yeyib evə girmiş və evdə yatmışdır. Təxminən saat 17:30 radələrində səs-küy gəldiyini və Lalə ilə həyat yoldaşı Valehin həyət darvazasından çıxıb getdiklərini görmüşdür. Lalə isə sərxoş halda evə girib çarpayıya uzanmışdır. Bir qədər sonra yaşadıqları həmin ünvana polis əməkdaşları gələrkən ona məlum olmuşdur ki, Zəminə aralarında yaranmış mübahisə zamanı bıçaqla Laləyə xəsarət yetirmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin 790 saylı rəyindən görünür ki, 1971-ci il təvəllüdlü X5 bədənində aşkar edilmiş xəsarətlər - qarnın ön divarının periton boşluğuna (daxilə) nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin 02 ədəd, sağ əlin 02 ədəd kəsilmiş yaraları deşici-kəsici alətin (ola bilsin bıçaq) deşici- kəsici və kəsici təsirindən; sol çiynin qançırı isə küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun "X10” X11 müraciətindən az əvvəl olmaqla, xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən qarnın ön divarının periton boşluğuna (daxilə) nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin 02 ədəd, sağ əlin 02 ədəd kəsilmiş yaraları istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; sol çiynin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, X5 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. -Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-3/1242 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə ballistik ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. -Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli, 1/6185 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünün surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1. və 29., 120.2.7, 66.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərərçəkmiş şəxs X8 ilə barışdığı, ona dəymiş ziyanı tam olaraq ödədiyi, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu iş üzrə bəraətverici əsaslar olmadan icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərərkəmiş şəxs X8 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72.2-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Xəzər RPİ-də saxlanılan bir ədəd kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilın şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut olan və Xəzər RPİ-də saxlanılan bir ədəd kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 5 saata görə 30 manat, cəmi 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X3 və Müdafiəçi ödənilməsi 08 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar