Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-805/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs Seydağa qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Kürdəmir rayonu, Atakişili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimklan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, «Dübəndi» stansiyasında Zərərçəkmiş şəxs Seydağa qızının yaşadığı nömrəsiz fərdi evin həyətində evdə xəstə uşağı olduğunu deyib azyaşlı uşaqlarının səs-küy salıb onların dincliyini pozmalarını ona irad tutması səbəbindən aralarında yaranmış mübahisə zamanı qarşılıqlı nalayiq ifadələr işlədərək şəxsi münasibətlərinin pozulması zəminində Zərərçəkmiş şəxs qəsdən qisas almaq məqsədilə ordan yerdən əldə etdiyi belin taxta materialdan olan sapı ilə qəflətən ani olaraq Zərərçəkmiş şəxs baş nahiyyəsindən vurmaq istərkən başına tutduğu sağ əlinə zərbə vurmaqla Zərərçəkmiş şəxs Seydağa qızına həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ əlin V daraq sümüyünün yerdəyişən sınığı, sağ mil sümüyünün yerdəyişməyən sınığı kimi az ağır dərəcəli bədən xəsarətləri yetirməsi ilə nəticələnən qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, «Dübəndi» stansiyasında fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs Seydağa qızı onun qonşusudur. Əvvəllər münasibətləri yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixində evdə olarkən işdən gecə növbəsindən gəldiyi üçün yorğun olmuş və yatmışdır. Bu zaman qonşusu Maya onu çölə çağırmışdır. Çölə çıxdıqda Maya ona uşaqlarının səs-küy saldığını irad tutmuşdur. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Mayanın qolundan vurmuşdur. Sonradan Maya ondan polisə şikayət etdiyini bilmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs Seydağa qızı ilə barışdığını və sonuncuya dəymiş maddi ziyanı tam ödədiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsas olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Seydağa qızı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. xx.xx.2024-cü il tarixində evində olan zaman Sahibənin uşaqlarının ucadan səs-küy salmalarına görə sonuncunun həyətinə gedərək iradını bildirmişdir. Sonradan eşitmişdir ki, Sahibə onun və ailəsinin barəsində nalayiq ifadələr işlədir Bu səbəbdən Sahibəylə aralarında mübahisə yaranmışdır. Bu zaman Sahibə yerdə olan belin taxtadan olan sapı ilə onu vurmaq istəmişdir. Bu zaman o, özünü qorumaq üçün sağ əlini yuxarı qaldırmış, zərbə onun sağ əlinə dəymişdir. Ağrıdan qışqırmış, Sahibə isə evinə getmişdir. Hadisə yerinə digər qonşular gələrək onu xəstəxanaya aparmışlar. Sonradan sağ qolunun qırıldığını bilmiş və polisə şikayət etmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs Seydağa qızı Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi ziyanın ödənildiyini və sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, fakta əsasən CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs Seydağa qızı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi H.Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 805 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – sağ əli V daraq sümüyünün yerdəyişən sınığı, sağ mil sümüyünün yerdəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X6” X7 müraciətindən əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Zərərçəkmiş şəxs Seydağa qızı tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini qeyd etmişdir; - Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən müəyyən edilir ki, o, Zərərçəkmiş şəxs Seydağa qızı ilə barışmış, və sonuncuya dəymiş maddi ziyanı tam ödəmiş və barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsas olmadan xitam verilməsini xahiş edir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, vurduğu maddi ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 127.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 08 saat vaxta görə 48 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-805/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-805/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver