Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-81/2024 15.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əfəndiyev küçəsi ev 18-də qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 232/2023 saylı 06 may 2023-cü il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 may 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,383 qram psixotrop maddə metamfetamini 27 mart 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisindən 10 manata almaqla qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və 27 mart 2023-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əfəndiyev küçəsi ev 18-in qarşısında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən bilavasitə şübhə yarandığından Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş və PŞ-də onun üzərinə videoçəkilişlə axtarış aparılan zaman onun əynində olan boz rəngli idman şalvarının sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,383 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,510 qram narkotik vasitə heroini 03 may 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisindən 10 manata almaqla qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və 05 may 2023-cü il tarixdə saat 11:20 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əfəndiyev küçəsi ev 18-in qarşısında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən bilavasitə şübhə yarandığından Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş və PŞ-də onun üzərinə videoçəkilişlə axtarış aparılan zaman onun əynində olan qara rəngli idman şalvarının sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,460 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş fiziki təzyiqlər nəticəsində özünə qarşı ifadə verərək göstərmişdir ki, o, narkotik vasitələrdən və psixotrop maddələrdən 7 ildir ki, istifadə edir. 27 mart 2023-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əfəndiyev küçəsi ev 18-in qarşısında olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməyi tələb etmiş, özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin saxlanılması, daşınması və istifadəsində şübhəli olduğunu bildirib onlarla birlikdə 3-cü PŞ-nin inzibati binasına getməli olduğu bildirilmiş, o da etiraz etməyərək onlarla birlikdə 3-cü PŞ-nə gəlmişdir. Orada o, təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində șübhəli șəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra ona müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah edilmişdir. Əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa, könüllü təqdim etməyi təklif edilmiş, o da əynindəki qara rəngli idman şalvarının sag cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, onu 27 mart 2023-cü il tarixdə səhər saatlarında Yeni Suraxan qəsəbəsində tanımadığ şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildimişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi, içərisində psixotrop maddə metamfetamin olan bir ədəd büküm içərisi boş olan kağız zərfə qoyulmuş, zərf möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 3-cü PŞ-nə gətirilərkən və orada olan zaman ona qarşı hər hansı fiziki zor və ya psixi təzyiq göstərilməmişdir. Bundan başqa, o, 05 may 2023-cü il tarixdə təxminən saat 11 radələrində yaşadığı evin yaxınlığında olarkən 2 nəfər ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirmiş, səhhətinin necə olmasını və nə səbəbdən yerdə oturduğunu soruşmuş, cavab verə bilmədiyi üçün onlarla birlikdə 3-cü PŞ-nə getməli olduğu bildirilmiş, o da etiraz etməyərək onlarla birlikdə 3-cü PŞ-nə gəlmişdir. Orada o, təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində șübhəli șəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra ona müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah edilmiş, əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa, könüllü təqdim etməyi təklif edilmiş, bundan sonra əynində olan boz rəngli idman şalvarının sag cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu 03 may 2023-cü il tarixdə səhər saatlarında Yeni Suraxan qəsəbəsi ərazisində tanımadığ şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildimişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi, içərisində narkotik vasitə heroin olan bir ədəd büküm içərisi boş olan kağız zərfə qoyulmuş, zərf möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 3-cü PŞ-nə gətirilərkən və orada olan zaman ona qarşı hər hansı fiziki zor və ya psixi təzyiq göstərilməmişdir. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, özünü təqsirli bilmir, çünki, narkotik vasitələrdən sonuncu dəfə 2 il bundan əvvəl istifadə etmişdir. 27 mart 2023-cü il tarixdə polis əməkdaşları gəlib onu qardaşı ilə birlikdə yaşadıqları evdən götürərək 3-cü PŞ-nə aparmışlar. Həmin vaxt onlardan heç birinin üzərində psixotrop maddə metamfetamin olmamışdır. PŞ-də adlarını bilmədiyi polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilmiş, həmin 01 büküm psixotrop maddə metamfetamin videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə dindirilərkən sözügedən psixotrop maddə metamfetaminin guya ona məxsus olmasını deməyə məcbur edilmiş, əks təqdirdə onu daha ağır maddə ilə yükləyəcəkləri deyilərək hədələnmişdir. 05 may 2023-cü il tarixdə də polis əməkdaşları gəlib onu yaşadığı evdən götürərək 3-cü PŞ-nə aparmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə heroin olmamışdır. Polis Şöbəsində adlarını bilmədiyi polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilmiş, həmin 01 büküm narkotik vasitə heroin videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə dindirilərkən sözügedən narkotik vasitə heroinin guya ona məxsus olmasını deməyə məcbur edilmiş, əks təqdirdə onu daha ağır maddə ilə yükləyəcəkləri deyilərək hədələnmişdir. Hər iki halda qorxduğu üçün polis əməkdaşlarının əvvəlcədən ona verdikləri təlimata uyğun olaraq öz əleyhinə ifadə vermiş, lakin ona göstərilmiş təzyiqlər barədə həmin vaxt heç bir yerə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmişdir. Bunların nəzərə alınaraq barəsində ədalətli hökmün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 göstərdi ki, 27 mart 2023-cü il tarixdə o, iş yoldaşı, şöbənin sahə inspektoru, polis mayoru Şahid3 ilə birlikdə Binə qəsəbəsi Əfəndiyev küçəsi ev 18-in yaxınlığında günorta radələrində həmin ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı xidmət apararkən bir nəfərin səndələdiyini və su istədiyini, lüzumsuz yerə güldüyünü görüb şübhələnmiş və ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməyi tələb etmişlər. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra onlar ona narkotik vasitələrin saxlanılması, daşınması və istifadəsində şübhəli olduğunu bildirib onlarla birlikdə 3-cü PŞnə getməli olduğu bildirilmiş, o da etiraz etməyərək onlarla birlikdə 3-cü PŞ-nə gəlmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində șübhəli șəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah edilmiş, əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa, könüllü təqdim etməyi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sag cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, onu 27 mart 2023-cü il tarixdə səhər saatlarında Yeni Suraxan qəsəbəsi ərazisində tanımadığ şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildimişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetamin olan bir ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru Şahid3 da Şahid4 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid1 göstərdi ki, 05 may 2023-cü il tarixdə iş yoldaşı, həmin şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Binə qəsəbəsi Əfəndiyev küçəsi ev 18-in yaxınlığında günorta radələrində xidmət apararkən bir nəfərin narkotik vasitənin təsiri altında olması onlarda şübhə oyatmışdır. Onlar ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməyi tələb etmişlər. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra onlar ona narkotik vasitələrin saxlanılması, daşınması və istifadəsində şübhəli olduğunu bildirib onlarla birlikdə 3-cü PŞ-nə getməli olduğu bildirilmiş, o da etiraz etməyərək onlarla birlikdə 3-cü PŞ-nə gəlmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində șübhəli șəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah edilmiş, əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa, könüllü təqdim etməyi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sag cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu 03 may 2023-cü il tarixdə səhər saatlarında Yeni Suraxan qəsəbəsi ərazisində tanımadığ şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildimişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroin olan bir ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 elan edilmiş ifadəsi ilə onun da Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 28 mart 2023-cü il tarixli 6/1731 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, “üzərində ...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,383 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi: 0,383 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq: 0,333 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,00 (səksən bir) manat təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 05 may 2023-cü il tarixli 6/2614 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, “üzərində AR DİN “Zərflər üçün № 244” möhür əksi, şübhəli şəxs Təqsirləndirilən şəxs, imza ...... üç imza, təhqiqatçı: Səfa Usubov – imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,831 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi: 0,510 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq: 0,460 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 92,00 (doxsan iki) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 17 may 2023-cü il tarixli 2988 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan aqsılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcduri müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,460 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,333 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 3-cü PŞdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 aprel 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt Hərbi Məhkəməsinin 14 may 2009-cu il arixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzası şərti hesab edilməklə ona 1 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir . Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlaması faktı şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməməsini üstündə aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması, Polis şöbəsində ona fiziki təzyiqlər göstərilməsi, həmin narkotik vasitənin və psixotrop maddənin onun üzərinə qoyulması, narkotik vasitə və psixotrop maddə üstündə gəzdirmədiyi halda, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, narkotik vasitə və psixotrop maddə məhz Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilmişdir. Aparılmış məhkəmə narkoloji ekspertizasının nəticələrinə əsasən onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması aşkar edilmiş, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirildikdən sonra ona fiziki təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, həmin vaxt bununla bağlı heç bir yerə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə heç nə bildirməmiş, 3-cü PŞ-də olarkən ona hədə-qorxu gəlinməsi, qorxudulması barədə sonradan da şikayət etməmiş, yalnız məhkəmə baxışı zamanı bu barədə ifadəsində bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Xəzər rayon prokurorluğuna ünvanlanmış 05 sentyabr 2023-cü il tarixli 1(003)-595/2023 saylı məktubdan görünür ki, 04 sentyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək Xəzər RPİ-nin 3-cü PŞ-nin adlarını bilmədiyi əməkdaşları tərəfindən ona fiziki təzyiqlər göstərildiyini bildirməsi barədə məlumat verilərək qeyd edilən faktın araşdırılması və nəticəsi barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon prokurorluğu tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanlanmış 17 sentyabr 2023-cü il tarixli 470-C-23 saylı məktubdan və ona əlavə edilmiş eyni tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqlnda Qərar”dan görünür ki, rayon prokurorluğunda aparılmış yoxlama zamanı Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid4 tərəfindən qanunsuz hərəkətlərə məruz qalaraq törətmədiyi cinayəti etiraf etməsi ilə bağlı göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından, 17 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 29 mart 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 27 mart 2023cü il tarixdən 29 mart 2023-cü il tarixə qədər 2 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 05 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,460 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,333 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 173,00 (bir yüz yetmiş üç) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 iş saatına görə 90,00 (doxsan) manat olmaqla ümumilikdə 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 27 mart 2023-cü il tarixdən 29 mart 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 05 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,460 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,333 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 173,00 (bir yüz yetmiş üç) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun X1 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90,00 (doxsan) manat olmaqla ümumilikdə 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-81/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-81/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver