Məhkəmə qərarları › İş №1(003)-81/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-81/2025

16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-81/2025 16.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ saat 11:30 X7 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1992-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(003)-813/2024 saylı qərarına əsasən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1962-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, prta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Salyan rayon məhkəməsinin 14 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4- cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Bakı İstintaq Təcridxanasında cəza çəkdiyi 2023-cü ilin avqust ayının əvvəllərində orada onunla eyni kamerada saxlanan Xəzər rayon məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndiriən şəxs Şahid ilə tanış olub onun həbsdən azad olunmasına köməklik edə biləcək şəxs axtardığını bilib Şahid özünü işgüzar şəxs kimi göstərərək ona 40000 manat müqabilində həbsdən azad olunacağına Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işi üzrə anası Təqsirləndirilən şəxs2 vasitəsilə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq inandırıb həmin pulun 20000 manatını anası Təqsirləndirilən şəxs2 əvvəlcədən verəcəyinə, qalan 20000 manatı isə həbsdən azad olunduqdan sonra ona verəcəyinə razılaşdırıb anası Təqsirləndirilən şəxs2 bu barədə məlumat verəndən və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2024-cü il tarixli Qərarı ilə cəzası 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edildikdən sonra, anası Təqsirləndirilən şəxs2 həbsdə saxlanan kamera yoldaşı Şahid anası Zərərçəkmiş şəxs ilə telefonla danışdırıb görüşdürərək onları 2024-cü ilin avqust ayında tanış etmiş, Təqsirləndirilən şəxs2 da yeni tanış olduğu Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə məhkəmədə yaxın tanışları olduğunu deyib əvvəlcədən razılaşdırdığı şərtlərlə qızı Şahid həbsdən buraxılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla inandırmasına nail olaraq, onun deməsi ilə Təqsirləndirilən şəxs2 bu adla ilk dəfə 21 avqust 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar Metrostansiyasının qarşısında Azərbaycan manatına məzənnəsi ilə 2550 manat təşkil edən 1500 ABŞ dolları məbləğində pulu və 3450 manat pulu bir dəfəyə Zərərçəkmiş şəxs alaraq, sonradan isə 23 avqust 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Albalı” marketin qarşısında Zərərçəkmiş şəxs 6000 manat məbləğində pul əvəzi kimi qiymətləndirməklə həmin dəyərdə brilyant qaşlı qızıl-ziynət əşya kompleksini alaraq verdikləri vədə əməl etməyərək, aldıqları pul və əmlakı şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs cəmi 12000 manat məbləğində əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə etibarlarından sui-istifadə etmə və aldatma yolu ilə alaraq qabaqcadan əlbir olduğu anası Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 12000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 onun övladıdır. xx.xx.2023-cü il tarixdə övladı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4- cü maddəsi ilə təqsirli bilinərək Salyan rayon Məhkəməsinin qərarı ilə 2 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2023-cü ilin avqust ayının ortalarında övladı Təqsirləndirilən şəxs1 saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından onunla telefon əlaqəsi saxlamışdır. Gülnar onunla telefonla danışan zaman onunla eyni kamerada cəza çəkən İlahə adlı qadına köməklik etmək lazım olduğunu demişdir. Xahiş etmişdir ki, bir nəfər adam tapıb ki, həmin şəxs İlahənin məhkəmə məsələsində ona köməklik etsin. O ilk öncə qızı ilə razılaşmamış, daha sonra isə qızının xahişindən sonra razılaşmışdır. O əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşamışdır. Biləcəri qəsəbəsindəndə Təbriz adlı şəxsi tanımışdır. O Təbrizlə telefon əlaqəsi saxlamış, məhkmələrlə iş görən əli çatan adam tapmasını xahiş etmişdir. Təbriz ilk öncə elə bir adam tanımadığını demiş, daha sonra isə elə bir adam tapacağına söz vermişdir. Təbrizlə birinci danışığından təxminən 1 həftə sonra onunla telefon əlaqəsi saxlamışdır. Ona məhkəmə məsələsində köməklik edə biləcək adam tapdığını demişdir. Təbrizlə danışdıqdan sonra o Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlayıb onunla metronun 20 yanvar stansiyasında görüşmüşdür. Həmin vaxt o, Elmiradan 3500 manat və 1500 ABŞ dolları pul almışdır. Birinci dəfə Elmiradan pulu alandan təxminən 5-7 gün sonra Samir adlı şəxslə görüşüb pulu ona vermişdir. Samirə pulu verəndən sonra o, yenidən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə gəlmişdir. Orada olan Albalı marketin qarşısında Elmira ilə görüşmüş, Elmira həmin vaxt ona komlekt briliyant qaşlı qızıl vermişdir. O həmin komplekti də Elmiradan almışdır. Elmiradan komplekti alandan sonra yaşadığı evə getmişdir. Təxminən bir neçə gün sonra isə o Samir adlı şəxslə yenidən görüşüb briliyant qaşlı komplekti ona vermişdir. Samir pulu alandan sonra İlhənin məhkəmə məsələsini həll edəcəyini demişdir. Daha sonra o övladı Gülnarın da işinin həll olunması üçün ona 1000 manat pul vermişdir. O qızı Təqsirləndirilən şəxs1 xahişindən sonra Təbriz adlı şəxsin vasitəsi ilə Samir adlı şəxslə tanış olmuşdur. İlahənin məhkəmə məsələsinin həlli üçün o Samirlə danışmışdır. Qızı Gülnarın onunla danışmasından xəbəri və məlumatı olmamışdır. Samir adlı şəxslə danışmış, ona qızı Gülnarın işinin həlli üçün 1000 manat pul vermişdir. O Təbriz adlı şəxsin anket məlumatlarını və mobil nömrəsini bilmir. O Samir adlı şəxsi tanışı Təbriz adlı şəxsin vasitəsi ilə tanımış, onunla normal münaisbəti olmuşdur. O Samir adlı şəxsin anket məlumatlarını və mobil nömrəsini bilmir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşiman olduğunu, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2013-cü ildə Humanitar kollecin Azərbaycan dili bölməsini bitirmişdir. xx.xx.2023-cü il tarixdə Salyan rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətində azadlıqladan məhrum etmə cəzasına məhkum edilmişdir. O 11 ay Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılmışdır. Həmin vaxt o Şahid ilə eyni kamerada cəza çəkmişdir. O Şahid oradan tanıyır. 2023-cü ilin avqust ayında İlahə ilə eyni kamerada olan zaman onun işinin Bakı Apelliyasiya Məhkəməsində olduğunu və özünə kömək edəcək adam axtardığını bilmişdir. O məhkəmə qərarı ilə ev dustaqlığına çıxmaq istədiyini bildirmişdir. O həmin vaxt Təbriz adlı şəxsin vasitəsi ilə tanıdığı Samir adlı şəxsin ona kömək edə biləcəyini demişdir. O öz işinin həlli üçün Samir adlı şəxsə 5000 manat pul vermişdir. İlahəyə də Samir adlı şəxsin ona köməklik edə biləcəyini demişdir. İlahə onunla razılaşmış, o Bakı İstintaq Təcridxanasında olan zaman mobil nömrəsi yadında qalmayan Samir adlı şəxslə telefon əlaqəsi saxlamış, ona İlahənin məsələsi barədə söhbət etmişdir. Samir ilk olaraq ona bu məsələnin həlli üçün 30.000 manat pul lazım olduğunu demişdir. O bu barədə İlahə ilə söhbət etmiş, İlahə həmin məbləğdə pullarının olmadığını demişdir. Sonra o bu barədə anası Elmira ilə telefonda danışmışdır. İlahə anası ilə danışandan sonra ona nağd 6000 manat pullarının olduğunu və 6000 manat dəyərində qızıl-zinyət aşyalarının olduğunu bildirmişdir. O bu barədə Samirlə yenidən telefonla danışmışdır. Samir ilk olaraq qızılı götürməkdən imtina etmişdir. Təxminən 2-3 gün sonra Samirlə yenidən telefon əlaqəsi saxlamışdır. Samir qızılı və pulu götürəcəyini demişdir. Samir onunla şərt kəsmişdir ki, qızıl və ona veriləcək pul ümumilikdə 10.000 manat olsun. O İlahə ilə danışmışdır ki, anası Elmira ilə əlaqə saxlasın. Qızılı və pulları hazır etsin. İlahə anası ilə danışmışdır. Pulların və qızılın hazır olduğunu demişdir. Sonra o öz anası Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlamış, anası yaşadıqları Biləsuvar rayonundan Bakı şəhərinə gəlmişdir. O İlahənin anası Fərqanə ilə Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasnın yaxınlığında görüşüb ondan 1500 ABŞ dolları pulu və 3500 manat pulu ondan almışdır. Təxminən 2-3 gün sonra isə onun anası Fərqanə yenidən İlahənin anası Elmira ilə Bakı şəhəri, Buzovna qəsəbəsində görüşüb ondan 6000 manat dəyərində olan qızıl boyunbağını almışdır. Daha sonra isə Zərərçəkmiş şəxs aldığı qızıl və pulları Samir adlı şəxsə vermişdir. Lakin onun anasının pulu harada Samir adlı şəxsə verdiyini bilmir. Samir adlı şəxs anasından pulları alandan sonra verdiyi vədə əməl etməmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşiman olduğunu, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, övladı Şahid Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Xəzər rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən məhkum edilmişdir. Qızı Şahid Yaşr qızı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. 18 avqust 2023-cü il tarixdə övladı Şahid saxlanıldığı İstintaq təcridxanasından onunla telefon əlaqəsi saxlamışdır. Onunla eyni kamerada saxlanılan Təqsirləndirilən şəxs1 ona qohumları vasitəsi ilə məhkəmədə kömək edə biləcəyini demişdir. İlahə ona Gülnarın deyəcəyi adamla görüşüb ona 10000 manat pul verməyini istəmişdir. İlahə ona həmin şəxslə 20.000 manata razılaşdığını demişdir. Ondan Gülnarın qohumu ilə görüşüb 10.000 manatı ona verməyini istəmişdir. O da İlahə ilə razılaşmış, İlahə qalan 10.000 manatı azadlığa çıxandan sonra verəcəyini demişdir. Sonra İlahə ona Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 Abulkərim qızının istifadəsində olan mobil telefonu vermişdir. O Fərqanə ilə əlaqə saxlamışdır. xx.xx.2024cü il tarixdə saat 14 radələrində o Fərqanə ilə Bakı şəhəri, Nəsimi rayonu, metronun 20 yanvar stansiyasının qarşısında görüşmüşdür. Görüş zamanı o Fərqanəyə 1500 ABŞ (1 ABŞ dolları 1 manat 70 qəpik) dolları və 3450 manat olmaqla, ümumilikdə 6000 manat pul vermişdir. O Fərqanəyə pulu verdikdən 1 gün sonra İlahə yenidən onunla telefon əlaqəsi saxlamışdır. İlahə ona evdə olan qramı dəqiq yadında qalmayan, lakin dəyəri 6000 manat olan qızıl komplektini Gülnarın anası Fərqanəyə verməyini istəmişdir. O İlahə ilə razılaşmış, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı marketin qarşısında Gülnarın anası Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. O həmin görüş zamanı Fərqanəyə dəyəri 6000 manat olan qızıl komplektini vermişdir. Təqsirləndirilən şəxs2 ondan qızılı alandan sonra 2023-cü ilin sentyabr ayında Şahid azadlığa çıxacağını demişdir. Fərqanə və Gülnar onu aldatmış, həmin vaxtdan onun səhhəti korlanmışdır. Məhkəmə prosesi zamanı da pulu qaytaracaqlarına dair vəd verib onu uzun müddət aldatmışlar. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərin ciddi cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstrərmişdir ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Xəzər rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Barəsində həbs qətimkan tədbiri seçildiyi üçün həmin vaxt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. X4 onunla birlikdə Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. X2 tanış olmuşdur. Gülnar ona anası Fərqanənin tanışları olduğunu və onun azad edilməyi üçün köməklik edə biləcəyini demişdir. Gülnara inanıb 18 avqust 2023-cü il tarixdə saxlanıldığı İstintaq təcridxanasından anası ilə telefon əlaqəsi saxlamışdır. Onunla eyni kamerada saxlanılan Təqsirləndirilən şəxs1 ona qohumları vasitəsi ilə məhkəmədə kömək edə biləcəyini demişdir. Anasına Gülnarın deyəcəyi adamla görüşüb ona 10000 manat pul verməyini istəmişdir. Anasına həmin şəxslə 20.000 manata razılaşdığını demiş və Gülnarın qohumu ilə görüşüb 10.000 manatı ona verməyini istəmişdir. Anası onunla razılaşmışdır. O qalan 10.000 manatı azadlığa çıxandan sonra verəcəyini demiş, sonra anasına Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 Abulkərim qızının istifadəsində olan mobil telefonu vermişdir. Bundan sonra anası Fərqanə ilə əlaqə saxlamış, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Fərqanə ilə Bakı şəhəri, Nəsimi rayonu, metronun 20 yanvar stansiyasının qarşısında görüşmüşdür. Görüş zamanı anası Fərqanəyə 1500 ABŞ (1 ABŞ dolları 1 manat 70 qəpik) dolları və 3450 manat olmaqla, ümumilikdə 6000 manat pul vermişdir. Anası Fərqanəyə pulu verdikdən 1 gün sonra o anası ilə telefon əlaqəsi saxlamışdır. Anasına evdə olan qramı dəqiq yadında qalmayan lakin 6000 manata olan qızıl komplektini Gülnarın anası Fərqanəyə verməyini istəmişdir. Anası onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində anası Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı marketin qarşısında Gülnarın anası Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Anası həmin görüş zamanı Fərqanəyə dəyəri 6000 manat olan qızıl komplektini vermişdir. Təqsirləndirilən şəxs2 anasından qızılı alandan sonra 2023-cü ilin sentyabr ayında onun azadlığa çıxacağını demişdir. Lakin o və anası sonradan aldadıldıqlarını öyrənmişdir. Buna görə də anası Fərqanə barəsində şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edildikdən sonra elan edilmiş tutma protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edildikdən sonra elan edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş 1200 manat ziyandan 1000 manatı təhvil almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edildikdən sonra elan edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərov qarşısında vəsatət qaldırılmış, prokuror tərəfindən vəsatətə baxılaraq vəsatətin təmin edilməməsi və Təqsirləndirilən şəxs1 barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edildikdən sonra elan edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Xəzər RPİ- nin MSY-dən azad edilərək həmin tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edildikdən sonra elan edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərov qarşısında vəsatət qaldırılmış, prokuror tərəfindən vəsatətə baxılaraq vəsatətin təmin edilməməsi və Təqsirləndirilən şəxs2 barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edildikdən sonra elan edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edildikdən sonra elan edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(003)-813/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edildikdən sonra elan edilmiş xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Biləsuvar rayonu ərazisində tutularaq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edildikdən sonra elan edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şahid barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edildikdən sonra elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixli Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, üzərində qəti olaraq 7 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edildikdən sonra elan edilmiş Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş, 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edildikdən sonra elan edilmiş Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, həbsdə saxlanıldığı müddət cəzasından çıxılmaqla 07 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edildikdən sonra elan edilmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin 31 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixli Şirvan Apelyasiya Məhkəməsinin qərarı 7 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 17 yanvar 2025-ci il tarixdə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CMnin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs vurulmuş 12000 manat ziyan məbləğindən 1000 manat ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, həmçinin xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilmiş, cəza çəkdiyi müddətdə yenidən cinayət törətmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər ona təyin edilmiş cəzadan nəticə çıxarmadığını və islah olunmadığı qənaətinə gəlməklə məhkəmə hesab edir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə onun islah edilməsi mümkündür. Həmçinin qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı halda təqsirləndirilən şəxslərə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə utulmuş ən ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Təsqiləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alandək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Biləsuvar rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı sərf etdiyi vaxta görə 120 manat və məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 manat, cəmi 450 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı sərf etdiyi vaxta görə 120 manat və məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 manat, cəmi 450 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Biləsuvar rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı vaxta görə 120 manat və məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 manat, cəmi 450 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı vaxta görə 120 manat və məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 manat, cəmi 450 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar