Məhkəmə qərarları › İş №1(003)-818/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-818/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-818/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1962-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ünvan 2 ünvanının qarşısında olan bağ sahəsinin içərisində olan qarajı satmaq istədiyini görüb bunun qarşısını almağa çalışan zaman keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı yerdən götürdüyü plastik boru ilə onu həmin bağ sahəsində qəsdən vuraraq Zərərçəkmiş şəxs sol saidin sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan və sol çiyin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən və Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. 1982-ci ildən etibarən ailə həyatı qurmuşlar. 2011-ci ilə qədər münasibətləri normal olmuş, lakin həmin tarixdən etibarən münasibətləri pisləşmiş və nəhayət 2021-ci il tarixdə onlar rəsmi olaraq boşanmışlar. Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, B.Əliyev 71 ünvanında yerləşən evi o 1995-ci ildə almış, lakin Azərbaycan vətəndaşlığı olmadığı üçün o evi yoldaşı olduğu üçün Eldarın adına keçirmişdir. Məhkəmə qərarı ilə evin bir hissəsi onun payına, bir hissəsi isə yoldaşı Eldarın payına düşmüşdür. xx.xx.2024-cü il tarixdə o təxminən saat 18:30 radələrində evdə olarkən pəncərədən görmüşdür ki, Zərərçəkmiş şəxs əlində bir kağızla 3 nəfər kişi ilə birlikdə yaşadığı binanın qarşısında ona məxsus olan 3 sot torpaq sahəsinin içərisində olan qarajı satmaq istəyir. Eldar bağın dəmir qapısının kilidini sındıraraq içəri daxil olmuşdur. O həyətə düşərək Eldara iradını bildirmişdir və onların bağ sahəsindən çıxmasını tələb etmişdir. Həmin şəxslər çıxaraq qaçmışlar. O Eldarın yanına gəlib irad bildirən zaman Eldar onu nalayiq ifadələrlə təhqir edib yumruq və təpiklə onu vurmağa başlamışdır. O da özünü müdafiə etmək üçün yerdən plastik boru götürüb Eldarı vurmağa başlamışdır. Hansı hissələrindən vurduğu yadında qalmamışdır. Eldar həmin plastik borunu onun əlindən alıb boru ilə onu vurmağa başlamışdır. Səs-küyə qonşuları Əmir, Zaur və Safura yanılarına gəlib onları ayırmışlar. Ayırdıqdan sonra isə Eldar onu nalayiq ifadələrlə söyməyə başlamışdır. Bundan sonra o DİN-nin 102 xidmətinə zəng vuraraq polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. 1982-ci ildən etibarən ailə həyatı qurmuşlar. 2011-ci ilə qədər münasibətləri normal olmuş, lakin həmin tarixdən etibarən münasibətləri pisləşmiş və nəhayət 2021-ci il tarixdə onlar rəsmi olaraq boşanmışlar. Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, B.Əliyev 71 ünvanında yerləşən evin bir hissəsi onun payına, bir hissəsi isə yoldaşı Firəngizin payına düşmüşdür. xx.xx.2024-cü il tarixdə o həmin Mərdəkan qəsəbəsi, B.Əliyev ev 71 qarşısında ona məxsus olan bağ sahəsini satmaq məqsədi ilə müştəri ilə birlikdə həmin ünvana gəlmişdir. Qapı bağlı olmuşdur. O qıfılı sıxıb açmış və içəri girmişdir. Bu zaman keçmiş həyat yoldaşı Firəngiz əlində təxminən 40 sm uzunluğunda olan plastik boru ilə üzərinə gəlib “siz burda neynirsiz” deyərək onun sol çiyninə vurmuşdur. O Firəngizi saxlamaq istəyərkən sağ qolundan cirmaq atmışdır. Bu zaman o Firəngizin əlində olan plastik borunu tutmuşdur ki, onu vurmasın. Bu zaman qonşu uşaqları gəlib Firəngizi çəkib bağdan çıxarmışlar. Firəngiz onun əlində olan bağın sənədlərini də cırmış və demişdir ki, “bunun hamısı mənimdir”, qışqıraraq “gör mən sənin başına nə oyun açacam” demişdir. Həmçinin qeyd etmişdir ki, həmin qarajın və torpaq sahəsinin onun adına olduğunu təsdiq edən Xəzər Rayon icra hakimiyyətinin N-107 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamı ilə təsdiq olunur. Həmin sənədlərin surətini təhqiqata təqdim etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, uşaq yaşlarından Təqsirləndirilən şəxs və Firəngizin keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs tanıyır. Belə ki, onların 2011-ci ilə qədər münasibətləri normal olmuş, lakin həmin tarixdən etibarən münasibətləri pisləşmiş və nəhayət 2021-ci il tarixdə onlar rəsmi olaraq boşanmışlar. xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində o evdə pəncərədən baxaraq uşaqlarına nəzarət etmişdir. Eldarın bir neçə nəfər şəxslə evin qarşısında olan bağ sahəsinə gəldiyini görmüşdür. Qapı bağlı olmuşdur. Eldar qıfılı sıxıb açmış və içəri girmişdir. Bu zaman keçmiş həyat yoldaşı Firəngiz onların yanına gedib buradan uzaqlaşmalarını tələb etmişdir. Firəngizin bu tələbindən sonra Eldarın yanında olan şəxslər oradan uzaqlaşmışlar. Lakin Eldar bu sözdən sonra Firəngizi təhqir etməyə başlamış və nəticədə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Eldar Firəngizi döyməyə başlamışdır. Firəngiz də özünü müdafiə etmək üçün yerdən plastik boru götürüb Eldarı vurmağa başlamışdır. Daha sonra Eldar həmin plastik borunu Firəngizin əlindən alıb boru ilə Firəngizi vurmağa başlamışdır. Firəngizin döyüldüyünü görüb məhlədə olan Zauru səsləmişdir ki, mübahisəni ayırsın. Daha sonra özü də aşağı düşüb mübahisəni ayırmağa getmişdir. Əmir adlı qonşu da səs-küyə gəlib mübahisəni sakitləşdirməyə çalışmışdır. Onları ayırdıqdan sonra isə Eldar Firəngizi nalayiq ifadələrlə söyməyə başlamışdır. Bundan sonra Firəngiz DİN-nin 102 xidmətinə zəng vuraraq polisə məlumat vermişdir. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 720 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol saidin sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol çiynin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 10 saylı Təcili və X2 Stansiyasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2024-cü il tarixdə ********* saylı cinayət işi üzrə AR CMnin 128-ci maddəsi ilə təqsirləndiirlən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 03 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1962-ci ildə Əli-Bayramlı rayonunda şəhərində doğulmuş Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar