Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-819/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 135, mənzil 133-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədil ilə Zərərçəkmiş şəxs ilə cinayətdən xəbərsiz həmkəndlisi Şahid Novruzəli oğlunun vasitəsilə 01 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 28-ci Binə adlanan ərazidə 0,3 ha torpaq sahəsi üzərində görüşərək tanış olub onun Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, 28-ci Binə adlanan ərazidə 0,3 ha torpaq sahəsində satmaq üçün tikdirdiyi 21 ədəd fərdi yaşayış evinə elektrik xətti çəkdirib sayğac quraşdırtmaqla elektrik enerjisi ilə təmin elətdirmək istədiyini bilib öyrəndikdən sonra Zərərçəkmiş şəxs özünü işgüzar şəxs kimi təqdim edib işıq idarəsində yaxın tanışları olduğunu bildirib 9770 manat verdiyi halda onun tikdirdiyi evlərə həmin tanışları vasitəsilə 20 gün müddətində elektrik xətti çəkdirib sayğac quraşdırtmaqla elektrik enerjisi ilə təmin elətdirəcəyini deyib, Zərərçəkmiş şəxsla həmin pulun 8770 manat məbləğində olan hissəsini qabaqcadan ödəyəcəyi, qalan 1000 manat məbləğində pulu isə işləri gördürüb qurtardıqdan sonra ödəyəcəyi şərtilə danışıb razılaşaraq yalan vədlər verib aldatmaqla inandırmış, 01 fevral 2024-cü il tarixdə gündüz saatlarında qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 28-ci Binə adlanan ərazidə 0,3 ha torpaq sahəsində Zərərçəkmiş şəxs 8770 manat məbləğində xeyli miqdarda pulu alıb verdiyi vədlərə əməl etməyərək həmin pulu şəxsi ehtiyaclarına sərf edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs 8770 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, həm tikinti işləri ilə məşğul olur, həm də işıq sayğacı çəkib quraşdırır. Ancaq rəsmi olaraq “Azerenerji”nin işçisi deyil. Eldənizi tanışı Raufun vasitəsilə tanımışdır. Belə ki, 2024-cü ilin fevral ayında tanışı Rauf ona bildirmişdir ki, Buzovna qəsəbəsi, 2-ci Binə adlanan ərazidə yeni inşa edilmiş fərdi evlərə işıq sayağacları qoymaq lazımdır. Bu işi özü görə biləcəyini düşünüb söz verǝrǝk qazanc əldə etmək niyyətilə Raufa özünün həll edəcəyini demişdir. Sonra Raufun dediyi ünvana getmişdir. Həmin ünvana çatanda orada Rauf, adını sonradan bildiyi ev sahibi Eldəniz və Raufun tanıdığı Arif adlı şəxs olmuşdur. Söhbət əsnasında o, Eldənizə məxsus mənzillərə işıq sayğaclarını 20 gün məddətinə həll edəcəyini demişdir. Bu işin həlli üçün ümumilikdə 9770 manat xərci çəkib sayğacları qoyacağını bildirmişdir. Zərərçəkmiş şəxs demişdir ki, indi 8770 manat versin qalan 1000 manatıda xətti çəkməyə başlayanda verǝr, oda Eldənizin bu fikri ilə razılaşmışdır. Bu məqsədlə 8770 manat pulu Eldənizdən almışdır. Həmin pulu öz şəxsi işləri ilə bağlı xərcləmişdir. Bir müddət sonra Eldəniz artıq işinin alınmadığını görüb ondan verdiyi pulu geri istəmişdir. O, ilkin olaraq 700 manat, sonra 2070 manat Eldənizə qaytarmış, lakin sonuncu artıq həmin vaxt ondan şikayət etmişdir. Daha sonra ibtidai istintaq zamanı pulu tam olaraq İlqara vurduğu maddi ziyanı ödəmiş və sonuncu ilə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını, vurduğu maddi ziyanı tam ödədiyini və dövlət nəfinə vurduğu ziyan məbləğinin 25% miqdarında ödəniş etdiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, fərdi yaşayış evləri tikdirib, satmaqla məşğul olur. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 28- ci Binə adlanan ərazidə 0,3 hektar torpaq sahəsi rəsmi çıxarış ilə ona məxsusdur. Həmin torpaq sahəsində bir neçə fərdi yaşayış evləri tikmişdir. Evlərə elektirik enerjisi çəkdirmək istədiyindən həmkəndlisi Şahid ona bildirmişdir ki, X6 adlı yaxın tanışı var, onunla maraqlansın görsün elektirik sahəsində tanışı varmı. Bir neçə gün sonra Arif və tanışı Rauf onun yanına gəlib bildirmişlər ki, Təqsirləndirilən şəxs adlı bir şəxs elektirik işini həll edə bilər. Sonra Təqsirləndirilən şəxs onun yanına gəlmiş və tikilən fərdi evlərin hamısına elektirik enerjisi çəkmək xərci kimi 9770 manat istəmişdir. Bu zaman o, indi 8770 AZN verəcəyini, qalan 1000 manatı elektrik enerjisi çəkilməyə başlayan vaxt verə biləcəyini demiş və bu qaydada Rəvanla razılaşmışlar. Beləliklə o, 8770 manatı Arif və Raufun yanında Təqsirləndirilən şəxs vermişdir. 20 gün keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs heç bir səs çıxmamışdır. Artıq Təqsirləndirilən şəxs dediyi vaxtdan 45 gün keçməsinə baxmayaraq müxtəlif bəhanələr gətirməklə elektrik enerjisi çəkilməmişdir. O, artıq başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldatmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs pulunu qaytarmasını tələb etmişdir. Rəvan ona 770 AZN geri qaytarmış, qalan 8000 manatı bu gün sabah deyərək qaytarmamışdır. Məcburiyyət qarşısında qalaraq polisə şikayət etmişdir. Sonradan Rəvan ona dəymiş ziyanı tam ödəmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak etmədiyindən Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində o, qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun doğma dayısı oğludur. Zərərçəkmiş şəxs yeni tiktirdiyi evlərə sayğac qoydurmaq istədiyini və bu barədə tanışı olub olmadığını ona bildirmişdir. O, da tanıdığı Rauf Əliyevə bu barədə demişdir, Raufda sonradan adını bildiyi və Raufun tanıdığı Rəvan adlı şəxs olduğunu demişdir. 01 fevral 2024-cü il tarixdə onlar torpaq üzərində olan zaman Raufun çağırdığı Rəvan adlı şəxs bir nəfər qadınla həmin yerə gəlmiş, onlar Eldənizlə danışdaqdan sonra Rəvan bu işin həlli üçün ümumilikdə 9770 manat pul lazım olacağını demişdir. Eldənizdə pulun 8770 manatı indi qalan 1000 manatını isə işə başlandıqdan sonra verəcəyini deyib razılaşmış və pulu həmin torpaq sahəsinin üzərində sayıb Rəvana vermişdir. X5 aldatdığını bilmiş və Eldəniz bu barədə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xəzər RPİnin İŞ-nin müstəntiqi M.Cəfərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və ya cinayət məsuliyyətindən azad edilməmişdir; - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 6293 nömrəli qəbzindən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə dəymiş ziyanın 25%-i ilə bağlı 2193 manat ödəniş olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tamamilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir; 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad edilməmiş, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Eyni zamanda o, cinayət nəticəsində vurulmuş 8770 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 2193 manat dövlət büdcəsinə ödəniş etmiş və barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsinə razılığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 178.2.4-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 27 saata görə 162 manat, Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saat vaxta görə 72 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-819/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-819/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver