Məhkəmə qərarları › İş №1(003)-82/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-82/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-82/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Saatlı rayonunun Qıraqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Saatlı rayonunun Qıraqlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən qanunsuz yolla 10 iyul 2022-ci il tarixdə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,091 qram, 1,431 qram ümumi təmiz çəkiləri 2,522 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən vasitələr”in İ siyahısına daxil edilmiş narkotik vasitə asetilə edilmiş tiryəki və 01 ədəd bükümdə təmiz çəkisi 0,766 qram bozumtul-qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən vasitələr”in İ siyahısına daxil edilmiş narkotik vasitə heroini əldə edib yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində özünə məxsus qara rəngli gödəkcənin astar tərəfində tikərək daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə təxminən saat 15:40 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına ona qohumları tərəfindən gətirilən sovqata baxış keçirilərkən qara rəngli görəkcənin içərisindən 2 ədəd bükülüdə təmiz çəkiləri 2,522 qram narkotik vasitə asetilə edilmiş tiryək və 1 ədəd bükülüdə təmiz çəkisi 0,766 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik istifadəçidir, narkotik vasitələri qanunsuz saxladığına və oğurluq etdiyinə görə Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdur. xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq təcridxanasına gətirilmiş, hal-hazırda İV rejim korpusunun 90 saylı kamerasında saxlanılır. Müəssisəyə daxil olarkən əməkdaşlar tərəfindən ona hüquq vəzifələri izah edilmiş, daxili nizam intizama riayət etməyi bildirilmişdir. 3 saylı İstintaq təcridxanasında saxlanıldığı müddət ərzində mütəmadi olaraq ailə üzvləri ilə telefon əlaqəsi saxlamışdır. Uzun illərdir ki, narkotik istifadə etdiyinə görə ağrıları olmuş, bundan başqa, başında güclü ağrıları olmuş, hepatit C xəstəliyindən əziyyət çəkir, xərçəng xəstəsidir, dözülməz ağrıları olmuşdur. Qardaşı Şahid1 ilə telefonla danışarkən xahiş etmişdir ki, ona ərzaq məhsulları və yaşadığı evdən ona məxsus olan gödəkcəni gətirsin. xx.xx.2022-ci il tarixdə İstintaq təcridxanasında olarkən ona rəhbərlik tətəfindən bildirilmişdir ki, qardaşı Şahid1 yanına gətirdiyi sovqatın içərisində gödəkcədə narkotik vasitə keçirtmək istəyərkən saxlanılmışdır. Elvinin ona gətirdiyi sovqatın içərisində olan narkotik vasitələri özü gödəkcənin içərisinə tutulmamışdan öncə tikərək gizlətmiş, ailə üzvlərinin heç birinin bu barədə məlumatı olmamışdır. Qardaşı Elvin bilməmişdir ki, o, görəkcənin içərisində narkotik vasitə gizlətmişdir. Gödəkcənin içərisində gizlətdiyi narkotik vasitəni tutulmamışdan öncə 10 iyul 2022-ci il tarixdə Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq gizlətmişdir. Narkotik vasitəni tikmişdir ki, ailə üzvləri bilməsin ki, o, narkotikdən istifadə edir. Həbs olunandan sonrada dözülməz ağrıları olduğu üçün yadına düşmüşdür ki, evdə narkotik vasitə gizlətmiş və bunun üçün qardaşına demişdir ki, gödəkcəsini yanına gətirsin. Həmin narkotik vasitə zərfə qoyularaq üzəri möhürlənmiş, bu barədə tərtib olunmuş protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunun nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 2022-ci ilin iyul ayında Elmin Nizam RPİ-nin əməkdaşları tərəfindən oğurluq və narkotik vasitələrin qanunsuz istifadəsi üçün Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri həbs olunaraq 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə Elmin istifadəsində olan ***-***-**- ** saylı mobil telefona zəng vuraraq demişdir ki, ona ərzaq məhsulları, gödəkcəsini və paltarlarını gətirsin. Bundan sonra o, ərzaq məhsulları almış, Elminin evdə olan paltarlarını götürüb çantaya yığmışdır. Yığdığı sovqat ağır olduğu üçün atasından xahiş etmişdir ki, ona köməklik eləsin, Şüvəlan təcridxanasına Elmin üçün sovqat aparsınlar. Atası onunla razılaşıb çantaları yığdığı ərzaqları və paltarları avtomobilə qoyub təcridxanaya aparmışlar. Orada o, sovqatları nəzarət buraxılış məntəqəsindən keçirərkən nəzarətçilər sovqata baxış keçirmiş və qardaşı üçün apardığı gödəkcənin içərisinə tikilmiş 3 büküm narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitənin qardaşına məxsus gödəkcənin içərisinə tikilməsi barədə onun və atasının heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasının RNŞ-nin böyük nəzarətçisi, ədliyyə baş giziri Şahid4 göstərdi ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən sovqatların yoxlanması otağına təhkim olunmuşdur. Xidmətdə olan zaman saat 15:40 radələrində Təcridxanada saxlanılan 1989-cı il təvəllüdlü həbs edilmiş şəxs Təqsirləndirilən şəxs sovqat gətirmiş qardaşı Şahid1 gətirdiyi sovqata tərəflərindən şahidlərin və Şahid1 iştirakı ilə baxış keçirilərkən sovqatda olan qara rəngli gödəkcənin astarına xüsusi üsulla gizlədilmiş 3 ədəd kağız bükümdə narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. Götürülmüş həmin kütlələr hal şahidlərin və Şahid1 iştirakı ilə zərfə qoyularaq qablaşdırılıb möhürlə möhürləndikdən sonrabu barədə tərtib edilmiş protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasının RNŞ-nin böyük nəzarətçisi vəzifəsində işləyən Şahid3 da Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmənin 1(003)-82/2023 saylı 26 yanvar 2023-cü il tarixli məktubuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanası tərəfindən 3-16- 17/40/2-1183/2023 saylı 09 mart 2023-cü il tarixli məktubla cavab verilərək Təqsirləndirilən şəxs oğlunun cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkumlar Şahid5 Valeryeviçin 07 oktyabr 2022-ci il tarixdə və X1 08 dekabr 2022-ci il tarixdə vaxtından əvvəl şərti olaraq azadlığa buraxıldıqlarından onların məhkəmə iclasında iştiraklarının təmin olunmasının mümkün olmaması bildirilmişdir. Bununla əlaqədar ibtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkumlar Şahid5 Valeryeviçin və X1 ifadələri məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkum Şahid5 Valeryeviçin elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmiş və hazırda təsərrüfat briqadasında saxlanılır. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan 1989-clı il təvəllüdlü Təqsirləndirilən şəxs sovqat gətirimiş qardaşı Şahid1 gətirdiyi sovqatın içərisindən qara rəngli gödəkcənin astarına tikilmiş 3 ədəd kağız bükümdə narkotik vasitəyə bənzər kütlələr onun, digər hal şahidinin, nəzarətçilərin və Şahid1 iştirakı ilə aşkar edilərək götürülmüşdür. Götürülmüş həmin kütlələr zərfə qoyularaq qablaşdırılıb möhürlə möhürləndikdən sonra bu barədə tərtib edilmiş protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkum X1 elan edilmiş ifadəsi ilə onun da Şahid5 Valeryeviçin ifadəsinə uyğun, oxşar məzmunlu ifadə verməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 09 avqust 2022-ci il tarixli, 6/4243 saylı ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “...Vətəndaş Şahid1 gətirdiyi sovqatdan ...” sözləri olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,091qram; 1,431 qram, ümumi təmiz çəkisi 2,522 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə asetilə edilən tiryəkdir, bir ədəd bükümdə təmiz çəkisi 0,766 qram olan bozumtul-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: asetilə edilən tiryəkin ümumi təmiz çəkisi 2,422 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 2,422 qram. Heroinin təmiz çəkisi – 0,766 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,716 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110,00 (yüz on) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 03 noyabr 2022-ci il tarixli 6/5991 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “...Vətəndaş Şahid1 gətirdiyi sovqatdan ...” sözləri olan zərfdəki 2 ədəd ümumi təmiz çəkisi 2,422 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə asetilə edilən tiryəkdir, bir ədəd bükümdə təmiz çəkisi 0,716 qram olan bozumtul-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: asetilə edilən tiryəkin ümumi təmiz çəkisi 2,422 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 2,322 qram. Heroinin təmiz çəkisi – 0,716 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,666 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,00 (səksən bir) manat təşkil edir. Heroin və Asetilə edilmiş tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 6622 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə ümumi təmiz çəkisi 2,522 qram narkotik vasitə asetilə edilmiş tiryək və təmiz çəkisi 0,766 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 2,322 qram, narkotik vasitə asetilə edilmiş tiryək və 0,666 qram narkotik vasitə heroin saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən onun barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli Qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 25 oktyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 avqust 2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlaması faktı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 27 aprel 2023-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami 19 iyul 2022-ci il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından qalıq qalmış 2,322 qram, narkotik vasitə asetilə edilmiş tiryək və 0,666 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 191,00 (yüz doxsan bir) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 11 iş saatına görə 66,00 (altmış altı) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 iş saatına görə 90,00 (doxsan) manat olmaqla ümumilikdə 156,00 (yüz əlli altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından qalıq qalmış 2,322 qram, narkotik vasitə asetilə edilmiş tiryək və 0,666 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 191,00 (yüz doxsan bir) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 66,00 (altmış altı) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90,00 (doxsan) manat olmaqla ümumilikdə 156,00 (yüz əlli altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar