Məhkəmə qərarları › İş №1(003)-82/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-82/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-82/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhərində doğulmuş, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Daşkəsən rayonu, Bayan ərazi dairəsi, Bayan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs pensiya düzəltdirəcəyinə dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə Zərərçəkmiş şəxs 2023-cü ilin iyul ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində yerləşən yaşadığı nömrəsiz fərdi evin içərisində əlbəəl 1000 manat pul almış, daha sonra cinayətkar niyyətinin davamı kimi guya pensiya məsələsini həll edib başa çatdırmaq üçün Lerik rayonundan sənədlərini gətirəcəyini bəhanə edərək 2023-cü ilin avqust ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, ərazisində yerləşən yaşadığı nömrəsiz fərdi evin içərisində əlbəəl 600 manat pul almış və daha sonra Zərərçəkmiş şəxs pensiya kartı təşkil edəcəyi bəhanəsi ilə aralarındakı razılaşmaya əsasən əvvəlcədən Zərərçəkmiş şəxs təqdim etdiyi özünə məxsus olan, «Kapital Bank»-a aid, «X6» növündə olan «4169 7388 7559 1806» nömrəli kart hesabına 26 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, «Kanalüstü» adlanan ərazidə yerləşən «OBA» marketin içərisində olan «E-manat» ödəmə terminalı vasitəsilə 85 manat pulu köçürtdürməklə nağdlaşdırıb verdiyi vədə əməl etməyərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 1685 (min altı yüz səksən beş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yaşasa da arada bir işləmək üçün Bakı şəhərinə gəlmişdir. Sonuncu dəfə keçən il təxminən 2023-cü ilin əvvəllərində Bakıya gəlmişdir. Ramanı qəsəbəsində avtoyuma məntəqəsində işləməyə başlamışdır. Həmin vaxt orada olan velosiped dükanında işləyən Sənan adlı şəxslə tanış olmuşdur. Sənanla aralarında dostluq münasibətləri yaranmışdır. Söhbət əsnasında Sənan anası Zəkiyyənin 16 il bronxit asma xəstəliyindən əziyyət çəkdiyi üçün pensiya aldığını, lakin sonradan müəyyən səbəblərdən dolayı pensiya ala bilmədiyini demişdir. O da Sənana bildirmişdir ki, anası Zəkiyyənin pensiya məsələsini həll edə bilər. Sənan ona inanmış və bu barədə anasına məlumat verəcəyini demişdir. Daha sonra 2023cü ilin iyul ayının əvvəllərində Sənan anası Zəkiyyəni və atası Elxanı yaşadığı Ramanı qəsəbəsindəki evinə qonaq gətirmişdir. Evində olarkən o Zəkiyyəyə bildirmişdir ki, pensiya düzəldə bilər. Lakin bunun müqabilində müəyyən qədər pul lazım olduğunu demişdir. Belə ki, ilkin olaraq Zəkiyyəyə bu məsələni ümumilikdə 1.000 manata həll edə biləcəyini demişdir. Onlar da razılaşmışlar. 2023-cü ilin iyul ayının ortalarında Zəkiyyə yoldaşı Elxanla birlikdə yaşadığı Ramanı qəsəbəsindəki kirayə yaşadığı nömrəsiz fərdi evinə gəlib ona 1000 manatı əlbəəl vermişlər. O 1 ay ərzində bu məsələni həll edə biləcəyini demişdir. Bu söhbətdən təxminən 1 ay keçmişdir ki, təxminən 2023-cü ilin avqust ayının ortalarında o Elxana zəng edərək yalandan guya Lerik rayonundan sənədləri gətirəcəyini bildirmişdir və bunun üçün əlavə 600 manat pul lazım olduğunu demişdir. Onlar razılaşmışlar. 2023-cü ilin avqust ayının ortalarında Zəkiyyə və yoldaşı Elxan yenidən yaşadığı Ramanı qəsəbəsindəki evinə gəlib 600 manat pulu həmin gün ona əlbəəl vermişlər. Sonda isə o Zəkiyyəyə zəng edərək pensiya üçün kart lazım olduğunu deyib əlavə 85 manat da pul istəmişdir. Daha sonra o onlara 4169 7388 7559 1806 saylı kart hesabı göndərmişdir. xx.xx.2023-cü il tarixdə isə göndərdiyi həmin kart hesabına 85 manat pul göndərmişlər. Həmçinin qeyd etmişdir ki, o özünü onlara ilk olaraq yalandan İldırım kimi təqdim etmiş və niyyəti onları aldatmaq olduğu üçün əsl adını gizlətmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 16 il bronxit asma xəstəliyindən əziyyət çəkdiyi üçün pensiya almışdır. Lakin sonradan müəyyən səbəblərdən dolayı pensiya ala bilməmişdir. 2023-cü ilin yaz aylarında Ramanıda velosiped dükanında işləyən oğlu Sənan yanına gələrək sonradan adının Sulduz olduğunu bildiyi İldırım adlı şəxsin olduğunu, həmin adamın yaxşı insan olduğunu, əlaqələrinin geniş olduğunu və ona pensiya düzəldə biləcəyini demişdir. 2023-cü ilin iyul ayının əvvəllərində oğlu Sənan onu və yoldaşı Elxanı Sulduzun yaşadığı Ramanı qəsəbəsindəki evinə qonaq aparmışdır. Evində olarkən Sulduz ona bildirmişdir ki, pensiya düzəldə bilər. Lakin bunun müqabilində müəyyən qədər pul lazım olduğunu demişdir. Belə ki, ilkin olaraq Sulduz ona bu məsələni ümumilikdə 1000 manata həll edə biləcəyini demişdir. Onlar da razılaşmışlar. Bundan sonra o yoldaşıyla Binəyə gəlib heyvanlarını satmışdır və birtəhər 1000 manat pul düzəltmişdir. Daha sonra yoldaşı Elxanla o 2023-cü ilin iyul ayının ortalarında Sulduzun yaşadığı Ramanı qəsəbəsindəki evinə getmişlər. Düzəltdiyi 1000 manatı o həmin gün Ramanıda İldırmın yaşadığı evində sonuncuya əlbəəl vermişdir. Sulduz 1 ay ərzində bu məsələni həll edə biləcəyini demişdir. Bu söhbətdən təxminən 1 ay keçmişdir ki, təxminən 2023-cü ilin avqust ayının ortalarında Sulduz yoldaşı Elxana zəng edərək Lerik rayonundan sənədləri gətirəcəyini bildirmişdir və bunun üçün əlavə 600 manat pul lazım olduğunu demişdir. Onlar da razılaşmışlar və 2023-cü ilin avqust ayının ortalarında o və yoldaşı Elxan yenidən Sulduzun yaşadığı Ramanı qəsəbəsindəki evinə gedib 600 manat pulu həmin gün Ramanıda Sulduzun yaşadığı evində Sulduza əlbəəl vermişdir. Sonda isə Sulduz ona pensiya üçün kart lazım olduğunu deyib əlavə 85 manat da pul istəmişdir. Daha sonra Sulduz onlara 4169 7388 7559 1806 saylı kart hesabı göndərmişdir. xx.xx.2023-cü il tarixdə isə sonuncu dəfə Binə qəsəbəsi, kanalüstü adlanan ərazidə yerləşən “Oba” marketin içərisindəki e-manat aparatı vasitəsilə Sulduzun göndərdiyi həmin kart hesabına 85 manat pul göndərmişdir. Bundan başqa bildirmişdir ki, həmin şəxs özünü onlara ilk olaraq İldırım kimi təqdim etsə də, sonradan polisə müraciət edən zaman həmin şəxsin əsl adının Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Həmçinin bildirmişdir ki, ona ümumilikdə 1685 (min altı yüz səksən beş) manat məbləğində maddi ziyan dəymişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs 16 il bronxit asma xəstəliyindən əziyyət çəkdiyi üçün pensiya almışdır. Lakin sonradan müəyyən səbəblərdən dolayı pensiya ala bilməmişdir. 2023-cü ilin yaz aylarında Ramanıda velosiped dükanında işləyən oğlu Sənan yanına gələrək sonradan adının Sulduz olduğunu bildiyi İldırım adlı şəxsin olduğunu, həmin adamın yaxşı insan olduğunu, əlaqələrinin geniş olduğunu və ona pensiya düzəldə biləcəyini demişdir. 2023cü ilin iyul ayının əvvəllərində oğlu Sənan onu və yoldaşı Elxanı Sulduzun yaşadığı Ramanı qəsəbəsindəki evinə qonaq aparmışdır. Evində olarkən Sulduz ona bildirmişdir ki, pensiya düzəldə bilər. Lakin bunun müqabilində müəyyən qədər pul lazım olduğunu demişdir. Belə ki, ilkin olaraq Sulduz ona bu məsələni ümumilikdə 1000 manata həll edə biləcəyini demişdir. Onlar da razılaşmışlar. Bundan sonra o yoldaşıyla Binəyə gəlib heyvanlarını satmışdır və birtəhər 1000 manat pul düzəltmişdir. Daha sonra yoldaşı Elxanla o 2023-cü ilin iyul ayının ortalarında Sulduzun yaşadığı Ramanı qəsəbəsindəki evinə getmişlər. Düzəltdiyi 1000 manatı o həmin gün Ramanıda İldırmın yaşadığı evində sonuncuya əlbəəl vermişdir. Sulduz 1 ay ərzində bu məsələni həll edə biləcəyini demişdir. Bu söhbətdən təxminən 1 ay keçmişdir ki, təxminən 2023-cü ilin avqust ayının ortalarında Sulduz yoldaşı Elxana zəng edərək Lerik rayonundan sənədləri gətirəcəyini bildirmişdir və bunun üçün əlavə 600 manat pul lazım olduğunu demişdir. Onlar da razılaşmışlar və 2023-cü ilin avqust ayının ortalarında o və yoldaşı Elxan yenidən Sulduzun yaşadığı Ramanı qəsəbəsindəki evinə gedib 600 manat pulu həmin gün Ramanıda Sulduzun yaşadığı evində Sulduza əlbəəl vermişdir. Sonda isə Sulduz ona pensiya üçün kart lazım olduğunu deyib əlavə 85 manat da pul istəmişdir. Daha sonra Sulduz onlara 4169 7388 7559 1806 saylı kart hesabı göndərmişdir. xx.xx.2023-cü il tarixdə isə sonuncu dəfə Binə qəsəbəsi, kanalüstü adlanan ərazidə yerləşən “Oba” marketin içərisindəki e-manat aparatı vasitəsilə Sulduzun göndərdiyi həmin kart hesabına 85 manat pul göndərmişdir. Bundan başqa bildirmişdir ki, həmin şəxs özünü onlara ilk olaraq İldırım kimi təqdim etsə də, sonradan polisə müraciət edən zaman həmin şəxsin əsl adının Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Həmçinin bildirmişdir ki, ona ümumilikdə 1685 (min altı yüz səksən beş) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri ərazisində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs maddi ziyanın 500 (beş yüz) manatını Bakı şəhəri, Xəzər rayonu, İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 təhvil vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanın 500 (beş yüz) manatını Bakı şəhəri, Xəzər rayonu, İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli götürmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tədim edilmiş 01 ədəd A4 formalı şəkilli kağız istintaq orqanı tərəfindən götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəkilli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “Kapital Bank”a aid “X6” növündə olan “4169 7388 7559 1806” nömrəli kart hesabına 85 manat pul köçürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona qarşı şikayət, iddia və tələbi yoxdur. Təqsirləndirilən şəxs qeyd edilənləri nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət, iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs qeyd edilənləri nəzərə alaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1977-ci ildə Daşkəsən rayonunda doğulmuş Təqsirləndirilən şəxs Xanlar Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmünə əsasən AR CM-nin 143.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Əzizbəyov Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarı ilə 03 il 02 ay 26 gün müddətinə əməyə mütləq cəlb edilməklə xx.xx.1997-ci il tarixdə şərti cəzadan azad edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixi hökmünə əsasən AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə əməli AR CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilərək cəzası 05 il 06 aya endirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar