Məhkəmə qərarları › İş №1(003)-824/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-824/2024

27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-824/2024 27.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Sarıxalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “başqa yerə germəmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində saat 07:00-da X6 adına qeydiyyatda olmaqla xx.xx.2022-ci il tarixli 370413 AN Vİ nömrəli baş etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz D 208” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə Bakı şəhərindən Xəzər rayonu, Qala qəsəbəsi daxilində 185 saylı tam orta məktəbin qarşısından dörd yol istiqamətinə saatda 30 km sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcına yaxınlaşarkən yolayrıcına daxil olmadan sağdan nəqliyyat vasitəsinin yolayrıcına yaxınlaşmadığına əmin olmalı, sağdan yolayrıcına nəqliyyat vasitəsinin yaxınlaşdığı vəziyyətdə hərəkətin təhlükəsizliyinin təmin olunması üçün yolayrıcına daxil olmadan həmin nəqliyyat vasitəsinə yol verməli və sonra öz hərəkətini davam etdirməli və bununlada yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməmiş, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz D 208” markalı mikroavtobusu eyni əhəmityyətli yolların kəsişdiyi yolayrıcına sağdan yaxınlaşan “Vaz-21011” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin yolayrıcına daxil etməklə hərəkəti üçün təhlükəli şərait yaradıb “Mercedes Benz D208” markalı mikroavtobusun ön hissəsi ilə toqquşmuş, Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsi zamanı “Vaz 21011” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Valeh Əbdurəhmanov almış olduğu sol saidin əzilmiş yarası, sol körpücük sümüyünün qapalı, yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 Az ağır zərər vurulmasına səbəb olmaqla yol-nəqiliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, baş etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz D 208” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edir. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Bakı şəhərindən Xəzər rayonu, Qala qəsəbəsi daxilində 185 saylı tam orta məktəbin qarşısından dörd yol istiqamətinə saatda 30 km sürətlə hərəkət edərkən yol ayrıcına daxil olduqda sağdan gələn avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində həmin avtomobilin sürücüsünün xəsarət aldığını görmüş və təcili yardım çağırmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxs X4 vurduğu maddi ziyanı tam ödəyərək barışdığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadəsində bildirdi ki, etibarnamə əsasında “Vaz 21011” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində olan 185 saylı tam orta məktəbin qarşısında dörd yolayrıcına daxil olan zaman sol tərəfdən hərəkət edən “Mercedes Benz D 208” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı mikroavtobus onun avtomobilini vurmuşdur. Hadisə nəticəsində özü az ağır xəsarət almış, avtomobilinə isə maddi ziyan dəymişdir. Daha sonra ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 qeyd etdi ki, xx.xx.2024-cü il tarixində saat 07 radələrində oğlu Bəxtiyarla qonşusu Valehin avtomobili ilə işə gedən zaman Qala qəsəbəsi ərazisində dörd yolayrıcısında soldan hərəkət edən mikroavtobus onların avtomobili ilə toqquşmuşdur. Qəza nəticəsində Valeh və oğlu xəsarət almışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə ifadəsi alınmış Şahid2 Mədan oğlu şahid X7 ilə eyniməzmunlu ifadə verərək sonuncunun dedikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - «Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi məhəllə arası yoldan Qala-Zirə şossesi istiqamətinə gedən dörd yoldur; - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli 1/3961 saylı protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır; - AD N 439586 seriyalı qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, ** ME *** dövlət qeydiyyat nişanlı mikroavtobus X6 mülkiyyətindədir; - xx.xx.2023-cü il tarixdə verilmiş etibarnamənin surətindən aydın olur ki, ** ME *** dövlət qeydiyyat nişanlı mikroavtobusun idarə edilməsi Təqsirləndirilən şəxs etibar edilmişdir; - BB 423537 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2032-ci il tarixədək “B1,B, C1,C,D1,D, BE, C1E,CE,D1E, DE” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 432 saylı rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlət – sol saidin əzilmiş yarası, sol körpücük sümüyünün qapalı, yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X17” PHŞ-ə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddirlər. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 433 saylı rəyindən görünür ki, Şahid2 Mədan oğlunun bədəni üzərində aşkar edilmiş burunun əzilmiş yarası xəsarəti sağlamlığa yüngül zərəvurmaya aiddir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; - Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/2416 nömrəli rəyindən görünür ki, rəyin tədqiq hissəsində göstərilən səbəblərə görə Mercedes Benz D 208 markalı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3- cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, X9 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYİ-nin xx.xx.2024-cü il tarixli, 3-13- 16/2-173251/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ vardır və heç bir məhduduiyyəti yoxdur; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi M.Cəfərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Zərərçəkmiş şəxs X9 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə CM-nin 263.1-ci maddəsinin qeyd hissəsini nəzərə almaqla, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, hadisə nəticəsində Şahid2 Mədan oğlunun yüngül bədən xəsarətləri almasına görə Təqsirləndirilən şəxs əməllərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olduğundan sonuncunun inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Xəzər Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə məsrəfi olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.3-cü maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 263.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Şahid2 Mədan oğlunun yüngül bədən xəsarətləri almasına görə Təqsirləndirilən şəxs əməllərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olduğundan onun inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Xəzər Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 22 saat vaxta görə 132 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar