Məhkəmə qərarları › İş №1(003)-827/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-827/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-827/2024 06.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Binə Sovxoz yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx.xx.1999-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Kərgəlan ərazi dairəsi, Lüvəsər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Binə Sovxoz yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və iki nəfər istintaqa məlum olmayan “Taleh” və “Elnur” adlı şəxslərlə birlikdə əvvəlcədən cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sərxoş vəziyyətdə 24 iyul 2024- cü il tarixdə saat 23:40 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, Ə.İsazadə küçəsində yerləşən “XXİ əsr” kafesinə gələrək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə acıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, belə zorun tətbiq olunması hədəsi və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai yer hesab olunan həmin kafedə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə riayət etməyərək ətrafdakı şəxslər üçün aşkar surətdə əhəmiyyətli dərəcədə laqeydlik göstərərək özlərini ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliklərini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək heç bir əsaslı səbəb olmadan nalayiq sözlərdən istifadə eməklə söyüşlər edərək əxlaq normalarını kobud sürətdə pozmaqla Təqsirləndirilən şəxs2 əlində olan soyuq silah hesab edilməyən 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı turist bıçağından silah qismində istifadə olunan əşya kimi istifadə etməklə həmin kafenin müdiri Zərərçəkmiş şəxs qarşı zor tətbiq edəcəyi ilə hədələməklə bıçaqla hücuma məruz qoyub zorakı hərəkətlərlə həyat və sağlamlığı üçün real təhlükə yaradaraq dava salmışlar və dava zamanı Təqsirləndirilən şəxs1 əlində olan soyq silah hesab edilməyən taxta parçasını silah qismində istifadə olunan əşya kimi istifadə etməklə, istintaqa məlum olmayan “Taleh” adlı şəxs kafedə olan dəm çayniki və yumruq-təpiklərlə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vurmuşlar, dava zamanı həmin kafedə olan sonuncuya məxsus ümumi dəyəri 262 manat olan 4 ədəd hər birinin dəyəri 4,5 manat olan dəm çayniklərini, 6 ədədinin dəyəri 4 manat olan 4 dəst stəkanlarını, 15 ədəd hər birinin dəyəri 1 manat olan boşqablarını, 4 ədəd hər birinin dəyəri 1,5 manat olan kül qabılarını, 4 ədəd hər birinin dəyəri 2,5 manat olan duz qağbılarını, 8 ədəd hər birinin dəyəri 3 manat olan bokalları, 3 ədəd hər birinin dəyəri 1 manat olan pendir qablarını, 5 ədəd hər birinin dəyəri 1 manat olan salat qabılarını, 1 ədəd dəyəri 113 manat olan masanı (stol), 4 ədəd hər birinin ümumi dəyəri 13 manat olan oturacaqlarını (stullar) sındıraraq yararsız vəziyyətə salmışlar. Nəticədə Zərərçəkmiş şəxs təpə nahiyyəsinin kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa qəsdən yüngül dərəcəli zərərvurmaya aid, sol əlin kəsilmiş yarası, sağ kürəyin, sol əlin qançırları, sol saidin sıyrığı ilə müşayiət olunan istər birlikdə istərsədə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid qəsdən dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, ona qarşı soyuq silah hesab olunmayan bıçaqdan istifadə etməklə zor tətbiq edəcəyi hədəsi ilə və ona məxsus ümumi dəyəri 262 manat olan əmlakını məhv edərək bir qrup şəxs halında qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və iki nəfər istintaqa məlum olmayan “Taleh” və “Elnur” adlı şəxslərlə birlikdə əvvəlcədən cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sərxoş vəziyyətdə 24 iyul 2024- cü il tarixdə saat 23:40 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, Ə.İsazadə küçəsində yerləşən “XXİ əsr” kafesinə gələrək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə acıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, belə zorun tətbiq olunması hədəsi və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai yer hesab olunan həmin kafedə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə riayət etməyərək ətrafdakı şəxslər üçün aşkar surətdə əhəmiyyətli dərəcədə laqeydlik göstərərək özlərini ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliklərini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək heç bir əsaslı səbəb olmadan nalayiq sözlərdən istifadə eməklə söyüşlər edərək əxlaq normalarını kobud sürətdə pozmaqla Təqsirləndirilən şəxs2 əlində olan soyuq silah hesab edilməyən 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı turist bıçağından silah qismində istifadə olunan əşya kimi istifadə etməklə həmin kafenin müdiri Zərərçəkmiş şəxs qarşı zor tətbiq edəcəyi ilə hədələməklə bıçaqla hücuma məruz qoyub zorakı hərəkətlərlə həyat və sağlamlığı üçün real təhlükə yaradaraq dava salmışlar və dava zamanı Təqsirləndirilən şəxs1 əlində olan soyuq silah hesab edilməyən taxta parçasını silah qismində istifadə olunan əşya kimi istifadə etməklə, istintaqa məlum olmayan “Taleh” adlı şəxs kafedə olan dəm çayniki və yumruq-təpiklərlə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vurmuşlar, dava zamanı həmin kafedə olan sonuncuya məxsus ümumi dəyəri 262 manat olan 4 ədəd hər birinin dəyəri 4,5 manat olan dəm çayniklərini, 6 ədədinin dəyəri 4 manat olan 4 dəst stəkanlarını, 15 ədəd hər birinin dəyəri 1 manat olan boşqablarını, 4 ədəd hər birinin dəyəri 1,5 manat olan kül qabılarını, 4 ədəd hər birinin dəyəri 2,5 manat olan duz qağbılarını, 8 ədəd hər birinin dəyəri 3 manat olan bokalları, 3 ədəd hər birinin dəyəri 1 manat olan pendir qablarını, 5 ədəd hər birinin dəyəri 1 manat olan salat qabılarını, 1 ədəd dəyəri 113 manat olan masanı (stol), 4 ədəd hər birinin ümumi dəyəri 13 manat olan oturacaqlarını (stullar) sındıraraq yararsız vəziyyətə salmışlar. Nəticədə Zərərçəkmiş şəxs təpə nahiyyəsinin kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa qəsdən yüngül dərəcəli zərərvurmaya aid, sol əlin kəsilmiş yarası, sağ kürəyin, sol əlin qançırları, sol saidin sıyrığı ilə müşayiət olunan istər birlikdə istərsədə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid qəsdən dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, ona qarşı soyuq silah hesab olunmayan bıçaqdan istifadə etməklə zor tətbiq edəcəyi hədəsi ilə və ona məxsus ümumi dəyəri 262 manat olan əmlakını məhv edərək bir qrup şəxs halında qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, О, özü İkinci Qarabağ müharibəsinin iştirakçısıdır və 3-cü qrup əlildir. xx.xx.2024-cü il tarixdə təxminən saat 17-də o, məhlələrində Təqsirləndirilən şəxs2 ilə görüşmüş və onlar bir yerdə məhlələrində olan kafeyə gedərək orada yemək yeyərək araqla pivə içmilər. Daha sonra “XXİ” əsr adlı kafeyə getmişlər. Orada da 2-3 bokal pivə içmişlər. Bundan sonra o, kafenin müğənnisinə mahnı sifariş etmiş, lakin müğənni qadın həmin mahnını oxumağa icazə olmadığını bildirmişdir. Bu zaman o, əsəbləşib sözlə mübahisə etmişdir. Sonra onlar kafedən çıxıb getmişlər. Lakin Ülfətin mobil telefonu kafedə qaldığından “ХХİ” əsr kafesinə qayıtmışlar. Bu zaman kafeni işlədən Səlahəddinlə mübahisələri baş vermişdir. Bu zaman kafenin yanında olan taxta parçası (beysbol taxtası) ilə Səlahəddini vurmuşdur. Səlahəddin özünü müdafiə etmək üçün stulla qorunmağa çalışmışdır. İçkili olduğundan sonra kim kimi vurmasını o, görməmişdir. Hadisə nəticəsində orada olan stol-stul sınmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları onları 3-cü Polis Şöbəsinə aparmışlar. Özü söyüş söysə də, Ülfətin söyüş söyməsini görməmişdir. Zərərçəkmiş şəxslə barışıq əldə etmişlər. Əlavə olaraq Təqsirləndirilən şəxs1 etdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək verdiyi ifadəsində qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 17-də Təqsirləndirilən şəxs1 ilə görüşmüş və onlar bir yerdə məhlələrində olan kafeyə gedərək orada yemək yemişlər və araqla pivə içmişlər. Oradan çıxdıqdan sonra o, Ülfətlə məhlələrinə qayıtmışlar. Orada bir az oturduqdan sovxozda olan “ХХİ” əsr kafesinə getmişlər. Bundan sonra Fərrux kafenin müğənnisinə mahnı sifariş etmişdir. Lakin müğənni qadın bildirmişdi ki, həmin mahnını oxumağa icazə yoxdur. Fərrux kafenin müdirinə yaxınlaşıb yenidən mahnı sifariş etmişdir, lakin müdirdə bildirmişdi ki, həmin mahnını oxumağı polis qadağan edib. O, görmüşdü ki, Fərrux kafenin müdirinin yanından qayıtmır, durub onların yanlarına getmiş və görmüşdür ki, onlar sözlə mübahisə edirlər. Həmin vaxtı əsəbdən stola zərbə vurmuşlar. Sonra taksi ilə kafedən çıxıb getmişlər məhlələrinə. Onun mobil telefonu kafedə qaldığından Fərruxla bir yerdə geriyə qayıtmışlar. Kafenin həyətinə daxil olan zaman Səlahəddin onların dava etməyə gəldiyini düşünüb stul ilə özünü qorumaq istəmişdir. Orda yerdə bıçaq görmüş və kimsə ondan istifadə etməsin deyə götürüb kənara atmışdır. Lakin içkili olduğundan kiməsə hədə-qorxu gəlməsini xatırlamır. Bir azdan kafeyə polis əməkdaşları gələrək onları 3-cü Polis Şöbəsinə gətirmişlər. Sonradan zərərçəkmiş şəxslə barışıq əldə etmişlər. Əlavə olaraq Təqsirləndirilən şəxs2 etdiyi əməldən səmimi peşman olduğunu, dəymiş maddi ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 4 il olarki, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “XXİ” əsr kafesində icarə əsasında müdir vəzifəsində işləyir. 24 iyul 2024-cü il tarixdə saat təxminən saat 22-də kafeyə müştəri kimi sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gəlmişlər. Onlar hamısı kafedə oturub pivə içmişlər. Təxminən 10-15 dəqiqədən sonra Fərrux kafedə müğənni işləyən Təranəni çağırıb mobil telefon vasitəsiilə Rövşən Lənkaranskiyə aid mahnının oxunmasını istəmişdir. Təranə Fərruxa bildirmişdir ki, həmin mahnının kafedə səsləndirilməsinə müdiriyyət icazə vermir. Bunu eşidən Fərrux onun yanına gələrək bildirmişdi ki, həmin mahnıya qulaq asmaq istəyir və ondan tələb etmişdir ki, həmin mahnını qoşdursun. O, Fərruxa cavab vermişdi ki, həmin mahnının kafedə səsləndirilməsinə polis icazə vermir. Bu səbəbdən Fərrux onunla mübahisə etmişdir. Sonra Fərrux öz yoldaşlarının yanına qayıtmışdı, bir az oturduqdan sonra onlar kafeni tərk edib çıxıb getmişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2yenidən kafeyə gəlmişlər. Həmin vaxt o, kafenin həyətində oturmuşdur. Bu zaman aralarında mübahisə yaranmış və Fərrux əlindəki taxta ilə onu vurmuşdur. Həmin vaxt Ülfətin əlində bıçaq olmuş, o, isə əlində stulu tutaraq bıçaqdan özünü qorumağa çalışmışdır. Habelə, həmin şəxslər kafedə bokalları, stəkanları, stulları, boşqabları, masaları sındırmışlar. Sonra kafeyə polis əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurulmuş maddi ziyanı ödəmişlər. Bu səbəbdən də, onlarla barışmış və onlara qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında Şahid4 verdiyi ifadəsində bildirdi ki, 24 iyul 2024-cü il tarixdə saat 20:00-da xidmətə başlamışdır. Həmin vaxt o, 6352 çağırışlı avtopatrulda iş yoldaşı Şahid5 ilə birlikdə xidmət aparırdı. 24 iyul 2024-cü il tarixdə saat 23:40 radələrində onlara Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən “XXİ əsr” kafesindən zəng daxil olaraq bildirilmişdir ki, kafedə dava-dalaş hadisəsi baş vermişdir. Onlar tez həmin kafeyə getmişlər. Kafeyə çatdıqda görmüşlər ki, çoxlu sayda insanlar dava edirlər. Sonradan onlara məlum olmuşdu ki, həmin iki nəfərdən biri Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2dur. Onlarla dalaşan bir nəfər isə həmin “XXİ əsr” kafesinin müdiri Zərərçəkmiş şəxsdur. O və iş yoldaşı Şahid5 kafenin darvazasından içəri kafenin ərazisinə daxil olan zaman görmüşlər ki, bir şəxsin əlində taxta parçası (beysbol) görmüş, bıçaq isə yerdə olmuşdur. Onlar kafedən 5 nəfər şəxsi avtopatrul avtomaşınına əyləşdirib Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında digər şahid polis nəfəri Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunda ifadə verərək sonuncunun bildirdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “XXİ” əsr kafesində ofisiant vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində 4 nəfər şəxs işlədiyi kafeyə daxil olaraq əyləşmişdilər. O, onlara yaxınlaşmış və sifarişləri götürərkən hiss etmişdi ki, həmin şəxslər sərxoş vəziyyətdədirlər. Daha sonra o, həmin şəxslərin işlədiyi kafedə müğənni kimi fəaliyyət göstərən Təranəni çağırdıqlarını, ondan oğru həyatı ilə əlaqəli musiqini səsləndirməsini xahiş etmişlər. Təranə isə onlara cavabında həmin musiqinin səsləndirilməsinin müdriyyət və polis orqanları tərəfindən qadağan edildiyini bildirmişdir. Daha sonra həmin şəxslər nalayiq ifadələr işlədərək kafedən çıxmışdırlar. Kafenin qarşısında həmin şəxslər yenidən Səlahəddinlə mübahisə etməyə başlamışlar. Daha sonra ətrafdakı insanlar onları uzaqlaşdırmışlar. Bir qədər sonra həmin şəxslər yenidən kafeyə qayıtmışar. Həmin şəxslər içəriyə daxil olaraq masaları dağıtmağa başlamışlar və müdirinə bita ilə zərbə endirmişlər. Daha sonra polis əməkdaşları kafeyə gələrək həmin şəxsləri aparmışlar. Həmin şəxslərdən birinin əlində taxta parçası olmuş, digərində isə bıçaq olmuşdur. Məhkəmə iclasında digər Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verərək sonuncunun bildirdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iştirak etməyən və ifadəsi elan edilən Şahid3 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Binə qəsəbəsində yerləşən “XXİ əsr” kafesinə getmişdi. Əvvəlcə kafenin içərisinə daxil olmuşdu, oranın səs-küy olduğunu görüb kafenin qarşısında oturmağı qərara almışdı. Bu vaxt o, içəridə tanımadığı 4 nəfər şəxsin əyləşdiyini görmüşdü. Səlahəddin adlı şəxs kafenin qarşısna çıxmışdı və ardıyca Fərrux adlı şəxs onun ardıyca çıxmışdı və onlar mübahisə etməyə başlamışdılar. Daha sonra Fərrux adlı şəxsin cibindən bıçaq çıxardığını və Səlahəddinin üzərinə getdiyini görmüşdü. Daha sonra qıraqda olan şəxslər Fərruxa mane olmuşdular. Daha sonra Fərruxla içəridə olan digər 3 nəfər şəxs də yaxınlaşmışdı. Sonradan Ülfət olduğunu bildiyi şəxs Səlahəddinə yaxınlaşaraq Fərruxun içkili olduğunu, söhbətin bağlandığını bildirmişdi və onlar avtomaşına əyləşib uzaqlaşmışdılar. O, həmin kafedə 1 saat da vaxt keçirmişdi. Saat 23:30 radələrində həmin 4 nəfər şəxs eyni avtomaşınla kafenin qarşısına gəlmişdilər. Onlar maşından düşərkən Fərrux adlı şəxsin əlində taxta materialdan olan bitanın olduğunu görmüşdü. O, içəriyə girib Səlahəddinə xəbər vermək istəyəndə onlar artıq içəriyə daxil olmuşdular. O, Fərruxun içəriyə girib ətrafda stulların, bokalların, çayniklərin qırılıb-dağıldığını görmüşdü. Həmin an 4 nəfər şəxs Səlahəddini yumruq və təpik zərbələri ilə döyürdülər. Daha sonra o, kafedən çıxmışdı və Səlahəddinə kömək etmək üçün adam axtarmağa getmək istəyirdi ki, polis nəfərlərinin gəldiyini görmüşdü. Onlar 4 nəfər şəxsi Səlahəddindən aralamışdılar. O, Fərrux və Ülfət adlı şəxsləri daha əvvəldən tanımırdı, o, həmin şəxsləri ilk dəfə orda görmüşdür. O, Səlahəddini həmin kafenin sahibi kimi tanımışdır. Fərrux və Ülfət adlı şəxs ona qarşı heç bir hərəkət etməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “XXİ əsr” kafesində baş vermiş hadisə ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Sərxoşluq vəziyyətinin xx.xx.2024-cü il tarixli tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs1 yüngül dərəcəli sərxoş olmuşdur; - Sərxoşluq vəziyyətinin xx.xx.2024-cü il tarixli tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs2 yüngül dərəcəli sərxoş olmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İŞnin müstəntiqi M.Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu Xəzər RPİnin İŞ-nin müstəntiqi M.Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-304/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesab edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-303/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesab edilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəza müddəti 03 ilə endirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 1120 saylı “əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir; Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 il 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 daha əvvəl məhkum olunmamışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və X3” PHŞnin xx.xx.2024-cü il tarixli 883 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və X3” PHŞnin xx.xx.2024-cü il tarixli 884 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aiddirlər; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və X3” PHŞnin xx.xx.2024-cü il tarixli 885 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aiddirlər; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 2511 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, anlaqlıdır və məcburi müalicəyə ehtiyacı yoxdur, onun hərəkətləri CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 2511 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzvi emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir, anlaqlıdır və məcburi müalicəyə ehtiyacı yoxdur, onun hərəkətləri CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 2544 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir və anlaqlıdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/1374 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 02 ədəd predmet təsərrüfat-məişət təyinatlı taxta parçasıdır, soyuq silah hesab edilmir; - Sübutların qiymətləndirilməsi haqqında qərardan aydın olur ki, cinayət işindən “Taleh” və “Elnur” adlı şəxslərin barəsində CM-nin 221.2.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır; - Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 300394-21/1-3-23742/19 saylı məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(003)-342/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.2 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixə məhkum cəzasının 01 il 07 ay 06 gününü çəkmişdir; - “Azemıs” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016-cı il təvəllüdlü X4 adlı azyaşlı uşağı vardır; - “Azemıs” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2020-ci il təvəllüdlü X5 adlı azyaşlı uşağı vardır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin. Şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağın olması (CM-nin 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsi (CM-59.1.12), əməlindən səmimi peşman olması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağın olması (CM-nin 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsi (CM-59.1.12) və əməlindən səmimi peşman olması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən etmədi) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən etmədi) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alaraq məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 02 hissədən ibarət taxta parçası və 01 ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM 132), iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslərdən tutularaq dövlət nəfinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-342/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 14 (on dörd) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) günü hesabı ilə hesablanmaqla 02 (iki) ay 07 (yeddi) gün Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 2 hissədən ibarət taxta parçası və 01 ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar