Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-83/2022 19.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ikinci Qarabağ müharibəsinin iştirakçısı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti və ya nəqiliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü və 37-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olaraq sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə özünə məxsus olan “VAZ-21214” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobili Xəzər rayonu Buzovna qəsəbəsindən Qala qəsəbəsi istiqamətində hərəkətdə olarkən, Mərdəkan qəsəbəsinin ərazisində, həmin yolun Mərdəkan-Şüvəlan yolu ilə kəsişməsində, svetoforla nizamlanan dairəvi hərəkət zonasına çatdıqda həmin Qanunun 60-ci maddəsinin 2-ci hissəsinin nəzərdə tutulmuş - sürücünün hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə svetoforun qırmızı işıq siqnalında avtomobili yolayrıcına daxil etməməsi, svetoforun yaşıl işığında yol ayrıcına daxil olan nəqliyyat vasitəsinin təhlükəsiz gəlib keçməsini təmin etməsi və hərəkət üçün təhlükə yaratmaması - barədə tələblərinə uyğunsuz olaraq svetoforun qırmızı işığında yol ayrıcına daxil olaraq avtomobilin qabaq hissəsi ilə, svetoforun yaşıl işığında dairəyə daxil olub Mərdəkan istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21074” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsinin toqquşması nəticəsində ehtiyatsızlıqdan “VAZ- 21074” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 sağlamlığının uzun müddətə pozulmasına səbəb olan boynun, sağ budun əzilmiş yaraları, sağ oturaq sümüyünün yerdəyişməyən sınığı xəsarətlərindən ibarət sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 sağlamlığına zərər vurmadığına görə dərəcəsi təyin edilməyən sağ gözaltı nahiyənin hematoması, Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin ediməyən sol əlin, sol baldırın qançırları xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs1 2053 (iki min əlli üç) manat məbləğində maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 20 sentyabr 2021-ci il tarixdə saat 23:00 radələrində bir şüşə spirtli içki olan pivə içmiş, sonra gecə saat 00:15 radələrində öz adına olan, yəni mülkiyyətindəki “VAZ-2121” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Buzovna qəsəbəsi istiqamətindən hərəkət etmişdir. Mərdəkan-Şüvəlan Buzovna- Qala yollarının kəsişdiyi, işıqforla nizamlanan dairəvi hərəkət zonasına daxil olub hərəkətini Qala qəsəbəsi istiqamətində davam etdirmək istəyərkən həmin dairəvi yola daxil olub Mərdəkan istiqamətində öz yolu ilə hərəkət edən X1 idarə etdiyi “VAZ-21074” markalı, **-FZ-***2 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Ehtiyatsızlıq üzündən ilk dəfə törətdiyi bu əməldən peşman olmuşdur, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışaraq onlara dəymiş maddi ziyanı tamamilə ödəmiş, Zərərçəkmiş şəxs1 məxsus avtomaşını isə təmir etdirmiş və həmin avtomaşının təmirinə 2053 (iki min əlli üç) manata yaxın pul xərcləmişdir. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Hərbi xidmətdə olduğu zaman hərbi hissə komandanlığı onu müsbət xarakterizə etmişdir, ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2726 saylı Sərəncamı ilə “Hərbi Xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, o, 21 sentyabr 2021-ci il tarixdə saat 00:15 radələrində baş etibarnamə əsasında aldığı “VAZ-21074” markalı “**-FZ-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Şüvəlan qəsəbəsindən Mərdəkan qəsbəsinə gedərkən Şüvəlan-Mərdəkan və Qala-Buzovna yollarının kəsişməsindəki işıqforla nizamlanan dairəvi hərəkət zonasına çatıb əvvəlcə maşını tam dayandırmış, sonra onun hərəkətinə icazə verən işıqforun yaşıl işığında hərəkətə başlayıb dairəvi hərəkət zonasına daxil olaraq hərəkətini davam etdirmişdir. Bu zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2121” markalı avtomobillə Buzovna-Qala yolu ilə Qala istiqamətində hərəkət edib, işıqforun qırmızı işığının dairəyə daxil olaraq idarə etdiyi avtomobilin qabaq hissəsi ilə onun idarə etdiyi “VAZ-21074” markalı avtomobilin sağ yan hissəsi toqquşmuşdur. Hadisə nəticəsində o özü, avtomobildə qabaq sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs3 və arxada oturan Zərərçəkmiş şəxs2 müxtəlif bədən xəsarətləri almışlar. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı onun avtomaşınına 2053 (iki min əlli üç) manat məbləğində maddi ziyan dəymişdir. Hadisəni törədən Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs heç bir şikayəti və ya tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, 20 sentyabr 2021-ci il tarixdə saat təxminən 23:00 radələrində o, tanışı Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21074” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisində, Şüvəlan-Mərdəkan yolu Mərdəkan istiqamətində gedirmişlər. O, maşında qabaq sağ oturacaqda əyləşmişdir. Bu zaman dairəvi yol ayrıcında Buzovna istiqamətindən hərəkət edib yol aryıcına daxi olan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2121” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı atomobil işıqforun qırmızı işığının yanmasına baxmayaraq, dairəvi hərəkət zonasına daxil olaraq qabaq hissəsi onların maşınının sağ yan tərəfindən vurmuşdur. Zərbə nəticəsində sağ ayağının çanaq sümüyü sınmışdır. Hadisə yerinə toplaşan kənar şəxslər onu maşından çıxartmışlar. Sonra hadisə yerinə təcili tibbi yardım həkimləri gəlib onu xəstəxanaya aparmışlar. Hadisə zamanı müxtəlif bədən xəsarətləri alsa da, Cahangir ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxs Cahangirdən heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 20 sentyabr 2021-ci il tarixdə saat təxminən 23:00 radələrində iş yoldaşı Zərərçəkmiş şəxs3la birlikdə işlədikləri “Halva” restoranından çıxıb Orxanın tanışı olan taksi sürücüsü Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Mərdəkan qəsəbəsində yerləşən “Bravo” marketə gəlmişlər. Marketdən bazarlıq edib, yenidən maşına oturub Mərdəkan-Şüvəlan, Buzovna-Qala yolunun kəsişməsində yerləşən dairəni fırlanıb Mərdəkan istiqamətində hərəkət edərkən, Buzovnadan Qala istiqamətində hərəkət edən, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 2121” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı atomobil işıqforun qırmızı işığında dairəyə daxil olaraq qabaq hissəsi ilə onların maşınının sağ yan tərəfindən vurmuşdur. Həmin vaxt o, arxa oturacaqda, Orxan isə qabaq sağ oturacaqda əyləşmişdir. Zərbə nəticəsində başının sağ tərəfi maşının damının sağ arxa dayağına dəyib əzilmişdir. Hadisə yerinə toplaşan kənar şəxslər onu maşından çıxartmışlar. Sonra hadisə yerinə təcili tibbi yardım həkimləri gəlib onu xəstəxanaya aparmışlar. Cahangir ona dəymiş həmin ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxs Cahangirdən heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 oktyabr 2021-ci il tarixli 1461 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər – boynun, sağ budun çapıq toxumaları əzilmiş yaraları izləri olub, sağ oturaq sümüyünün yerdəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X3” X4 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 21 sentyabr 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 oktyabr 2021-ci il tarixli, 1460 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər – sağ gözətrafı hematoması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti “X3” X4 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 21 sentyabr 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uygun gəlir və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 27 sentyabr 2021-ci il tarixli 1200 saylı rəyindn görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol əlin, sol baldırın qançırları küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X3” X4 muraciətindən az əvvəl olmaqla qərarda göstərilən 21 sentyabr 2021-ci il tarixdə yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 dekabr 2021-ci il tarixli 8/3125 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ- 21214” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cü maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan hadisə yerinə baxış protoklundan və protokola əlavə olunmuş sxemdən görünür ki, 21 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-210214” markalı **-NY-*** dövlət qeyiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21074” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması yol-nəqliyyat hadisəsi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisində Mərdəkan – Şüvəlan yolu ilə Buzovna-Qala yollalarının kəsişməsində yerləşən svetoforla nizamlanan dairəvi hərəkət zonasında baş vermşdir. İş materiallarında olan “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması” protokollarından görünür ki, “VAZ-21214” markalı, **-NY-*** dövlət qeyiyyat nişanlı avtomobilin qabaq sol detal hissələri, “VAZ-21074” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan və qabaq detal hissələri əzilmişidr. İş materiallarında olan qüsur aktından görünür ki, “VAZ-21074” markalı avtomobilə vurulmuş ziyanın miqdarı 2053 manat təşkil edir. İş materiallarında olan Xəzər rayon Polis İdarəsindən verilmiş məktubdan görünür ki, xx xxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində aktiv məlumatları yoxlanarkən sürücülük vəsiqəsinin olmaması məlum olmuşdur. İş materiallarında olan 21 oktyabr 2021-ci il tarixli 1/1795 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğunun dərəcəsi 0,852 promil olmuşdur. İş materiallarında olan 708 saylı Hərbi hissənin komandanlığı tərəfindən verilmiş Xidməti Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının 14709 saylı Vəsiqəsinin surətindən görünür ki, görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2726 saylı Sərəncamı ilə Təqsirləndirilən şəxs “Hərbi Xidmətlərə görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyanı tamamilə ödəmişdir, onlar onunla barışmışlar, ona qarşı heç bir şikayətləri və ya digər tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır, barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 22 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, sərxoş vəziyyətdə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, zərərçəkmiş şəxslərin ifadələri, digər iş materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək dəymiş ziyanı tamamilə ödəməsini və onların ondan heç bir şikayətlərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, hərbi xidmət yeri üzrə müsbət xarakterizə edilməsini, ikinci Qarabağ Müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2726 saylı Sərəncamı ilə “Hərbi Xidmətlərə görə” medalı ilə təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 27 sentyabr 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci il tarixdən 27 sentyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6500,00 (altı min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci il tarixdən 27 sentyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin edilmiş 6500,00 (altı min beş yüz) manat miqdarda cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000,00 (altı min) manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100,00 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-83/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-83/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver