Məhkəmə qərarları › İş №1(003)-84/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-84/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-84/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs 05 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,021 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Ülvi İnşaat” mağazasının yaxınlığına daşıyaraq üzərində saxlamışdır. 23 oktyabr 2021-ci il tarixdə, saat 11:30 radələrində Xəzər RPİ-nin Post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə dəvət olunmuşdur. Həmin gün saat 13:05 radələrində 3-cü Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan yaşıl-boz rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,021 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, sonuncu dəfə bir il əvvəl narkotik vasitə «kakos», yəni heroindən istifadə etmişdir. Gecə vaxtı Tural adlı tanışı ilə evə gedərkən post patrul maşınında olan iki nəfər polis əməkdaşları onları saxlayaraq 3cü Polis şöbəsinə aparmışlar. Yolda post patrul xidmətinin əməkdaşları onların üzərlərində axtarış aparmışlar. Turalın üzərindən narkotik vasitə aşkar olunsa da, onun üzərində narkotik vasitə olmamışdır. Lakin Turalın üzərindən narkotik vasitə aşkar olunduğu üçün bildiyinə görə əməliyyatçı işləyən Anar adlı şəxs şöbədə onun üzərinə psixotrop maddə qoymuşdur. O, həmin maddənin ona məxsus olmadığını bildirsə də, Anar adlı şəxs həmin maddənin ona məxsus olduğunu demiş və satışı ilə məşğul olduğunu bildirərək şöbədə onun ayağına və bədəninə təpiklə vuraraq döymüşdür. Rəcəbov onu döyməmiş, lakin qışqırmışdır ki, həmin maddə onundur. Sonra Xəzər rayon Polis idarəsində döymüşlər ki, bütün sənədlərə imza et və get. Xəzər RPİ-nin Post patrul xidməti bölüyünün əməkdaşları ona zor tətbiq etməmişlər. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 23 oktyabr 2021-ci il tarixdə iş yoldaşı Şahid2 ilə birlikdə 6352 çağırışlı avtopatrulda xidmətdə olmuşdur. Saat 01-02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Ülvi İnşaat” mağazasının yaxınlığında sonradan adını bildiyi Rəhman və Tural adlı şəxslərin gecə vaxtı tək olmalarından şübhələnib onlara yaxınlaşmışlar. Həmin şəxsləri sorğu-sual etmişlər və onların suallarına dolğun cavab verə bilmədikləri üçün hər ikisini xidməti avtomaşın ilə 3-cü Polis şöbəsinə aparıb raportla təhvil vermişlər. Üzərlərində kəsici və deşici əşya olub-olmamasını müəyyən etmək üçün üzərlərinə yüngül baxış keçirmişlər, lakin heç nə yox idi. Səhv etmirsə Rəhmanın üzərində telefon olmuşdur. Şöbədə Rəhmanın üzərində axtarış aparılmış və çəkilişi onlar aparmışlar. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. Binə qəsəbəsində yerləşən “Ülvi İnşaat” mağazasının yaxınlığında iki nəfər şəxsi görüb onlara yaxınlaşmışlar. Özlərini təqdim edərək suallar vermişlər, onlar isə hərəsi bir şey demişdir və şübhəli idilər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin baş təhqiqatçısı X9 ifadəsində göstərdi ki, növbədə olduğu zaman Post patrul xidməti bölüyünün əməkdaşları Rəhmanı şöbəyə gətirmişlər və o, onun üzərinə videoçəkilişlə axtarış aparmışdır. Lakin nə vaxt gətirmələri yadında deyildir. Axtarış zamanı Rəhman psixotrop maddəni könüllü təqdim etmiş və etiraf etmişdir. Həmin vaxt vəkil də, iştirak etmişdir. Şübhəli şəxsin tutulması haqqında qərarda mexaniki səhvə yol verilərək tarix səhv göstərilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında qərarda isə mexaniki səhvə yol verilərək tarix və ad səhv göstərilmişdir. Müvəqqəti saxlama yerində saat düzgün göstərilir. Ola bilsin ki, Rəhman axşam tutulmuş, lakin o, sənədləşməni səhər aparmış və ola bilsin saatı düzgün göstərməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 23 oktyabr 2021-ci il tarixli, 6/4725 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş, üzərində: “(imza) Hüseynov ” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,021qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,971 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X1 04 dekabr 2021-ci il tarixli, 4890 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsi axtarış, baxış və götürmə aparılması barədə 23 oktyabr 2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl-boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ rəngli, kristal şəkilli kütləni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sonra həmin bir bükümdə metamfetaminə bənzər kütlə qablaşdırılaraq içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, imzalanmış və götürülmüşdür. İş materiallarında olan DVD diskə baxış keçirilməsi haqqında 22 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Xəzər RPİ-nin Post patrul xidməti bölüyünün polis nəfərləri Şahid1, Şahid2 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı X9 tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl-boz rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sonra həmin bir bükümdə metamfetaminə bənzər kütlə götürülmüşdür. Video çəkiliş Xəzər RPİ-nin Post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 tərəfindən aparılmışdır. Video görüntü 02 dəqiqə 50 saniyə davam etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 15 noyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, 05 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Ağdam rayon Məhkəməsinin 15 fevral 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək 7 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəzaya məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 10 iyun 2010-cu il tarixli qərarı ilə Ağdam rayon Məhkəməsinin 15 fevral 2010-cu il tarixli hökmü dəyişdirilərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 200 manat cərimə cəzasına məhkum edilmişdir, məhkumluğu ödənilmişdir. 2) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 1 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini axtarış, baxış və götürmə aparılması barədə protokol, DVD diskə baxış keçirilməsi haqqında protokol, şahidlərin ifadələri və digər iş materiallarına əsasən özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. İş materiallarına əlavə olunmuş Xəzər rayon prokurorunun köməkçisi Həsən Əliyevin 06 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış 140-C-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş Xəzər RPİ-dən alınmış məlumatla bağlı qeyd edir ki, Xəzər RPİ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabına əsasən Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə, saat 11:00-da Xəzər RPİ-nin 3cü PŞ-nin baş təhqiqatçısı X3 protokoluna əsasən Xəzər RPİ-nin MSY-nə gətirilməsi ilə bağlı qeydiyyatın aparılması, yəni Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə, saat 11:30 radələrində deyil, daha əvvəl vaxtda saxlanılması onun üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olmasını inkar etmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını və üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki əməli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli hökmü qəbul edilməmişdən əvvəl törətmişdir və həmin hökm üzrə təyin edilmiş 2 il 1 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumununun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 2 (iki) il 1 (bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 25 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdən 25 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 01 dekabr 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Ramil Mehdiyevin 14 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,971 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,971 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X10 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X8 Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 3 (üç) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait vəkil X5, 18 (on səkkiz) manat məbləğində vəsait vəkil X7 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 2 (iki) il 1 (bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla o, qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdən 25 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 01 dekabr 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,971 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X10 Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X8 Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X5 və X7 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar