Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-84/2023 23.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs 14 avqust 1992-ci il, Füzuli rayonu, Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən evin həyətində sonuncu ilə aralarında ailə məişət münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs başına və bədəninin müxtəlif nahiyələrinə yumruqla qəsdən vuraraq yerə yıxmış və ona baş-beyin silkələnməsi halında qapalı kəllə beyin travması, təpə nahiyəsinin hematoması, sol almacıq nahiyəsinin, sağ və sol bazunun, sağ saidin qançırları, sağ saidin sıyrıqları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 3 il olar ki, ailə qurmuş və birgə nikahdan bir azyaşlı uşaqları vardır. Ayselin ailə üzvləri ailəsinə dəfələrlə müdaxilələr etdiyindən aralarında mütəmadi olaraq sözlə mübahisələr olmuşdur. 18 sentyabr 2022-ci il tarixdə atası Əlyar Namazovla həyətdə iş görən zaman Aysel atasının onun çağırdığını bildirərək onu atası evinə aparmağını bildirmişdir. O, Ayselə həyətdə iş gördüyünü bildirdiyi üçün Aysel qardaşı Elşənin onu aparacağını demişdir. Bu sözdən sonra Ayselə cavab verməmiş, lakin Aysel heç bir səbəb olmadan mübahisə yaratmış və uca səslə hay-küy salmışdır. O, Ayselin səs-küy salmasına irad bildirərək onu evə aparmaq üçün onun qolundan tutmuşdur. Lakın Aysel evə keçməmək üçün yerə oturmuş, guya ürəyi getmiş və yerə uzanmışdır. Həmin vaxt azyaşlı övladı Ayselin qucağında olmuşdur. Mübahsiə zamanı atası Əliyar qızının hərəkətləri barədə məlumat vermək üçün qaynatası İkrama zəng vursa da, İkram telefona cavab verməmişdir. Sonradan İkram və ailə üzvləri yaşadıqları ünvana gələrək səs-küy salıb atası ilə münaqişə yaratmış və əli ilə atasının sifət nahiyyəsindən tutaraq itələmişdir. Hadisə zamanı atası DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Polis gələn müddət ərzində İkram Aysellə birlikdə İkramın yaşadığı ünvana getmişlər. Sonradan məlum olmuşdur ki, Aysel onu döyməyi barədə polisə məlumat vermişdir. Lakin o, Ayseli vurmamışdur. Sonradan ərizə təqdim edərək törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Əlyar oğlu ilə ailə qurduqdan sonra aralarında mütəmadi olaraq münaqişələr baş vermişdir. Münaqişələr zaman İlkin dəfələrlə onu döyərək xəsarətlər yetirsə də, ailəsinin dağılmaması üçün polisə məlumat verməmişdir. 18 sentyabr 2022-ci il tarixdə, saat 11 radələrində atası ona zəng edərək İlkin icazə verirsə onu gəlib aparmaq istətidiyini demişdir. Həmin vaxt İlkin həyətdə işlədiyindən ondan icazə istəmişdir. İlkin isə bildirmişdir ki, “onun atasınnın sifarişlərindən bezib”. Həmin vaxt qaynanası Gülxanım atasının ailələrinə müdaxilə etdiyini deyərək irad bildirmiş və bununla bağlı mübahisə yaranmışdır. Həmin vaxt o, qaynanasına ailəsinə müdaxilə etməməsini demişdir. Lakin qaynanası onu təhqir edib evdən qovmuşdur. İlkin isə qaynanasına cavab qaytardığına görə onu döyməyə başlamışdır. Həmin vaxt həyətə çıxıb qaçmaq istəyəndə İlkin onun başına və bədəninin müxtəlif yerlərinə vurduğundan huşunu itirərək yerə yıxılmış, bir qədər sonra özünə gəlib su istəyəndə İlkin və qaynanası ona su verməmişlər. Bir qədər sonra atası İkram gəlmiş və bir qədər onlarla atası arasında mübahisə olduqdan sonra atası ilə çıxıb getmişdir. Xəsarət aldığına görə həmin günü məhkəmə-tibb ekspertizası müayinəsindən keçmişdir. Münaqişə zaman orada o, İlkin, qaynanası Gülxanım, baldızları Tünzalə və Mənsumə olmuşlar. Hazırda ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə kürəkənidir. 18 sentyabr 2022-ci il tarixdə qızının qaynatası Alyar ona zəng edib nə üçün qızının onun evində səs-küy saldığını soruşmuş, o isə onlara gələcəyini demişdir. Bundan sonra yoldaşı ilə birlikdə Ayselin yaşadığı evə gəlmişdir. Onların evinə çatan zaman qızı qucağında körpə uşağı ilə birlikdə onun üstünə gəlib, uşağı onlara verməməyini demişdir. Ayseli sakitləşdirib onların yaşadığı evin həyətinə daxil olmuşdur. Həmin vaxt İlkin və atası Alyar tikinti işləri aparmışlar. Qızından nə baş verdiyini soruşan zaman Ayselin qaynanası onun sözünün kəsmiş və mübahisə yaranmışdır. Bu zaman Aliyar Ayselin üstünə qışqırıb ona “sən haranın tulasısan ki mənim oğlumun üstünə qışqırırsan” demiş və Ayselin üstünə gələn zaman onun qarşısını kəsərək əli ilə Alyarın ağzını tutmuşdur. Həmin vaxt Alyar qışqıraraq “mənə əl qaldırdırdın” demiş və onun üstünə gəlmək istəyəndə evdə olanlar onun qarşısını kəsmişlər. O, mübahisənin böyüməməsi üçün qızını və nəvəsini götürüb oradan çıxıb polisə getmişdir. Hadisə zamanı Şahid1 hər hansı xəsarət yetirməmişdir. Məhkəmədə Şahid5 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs gəlinidir. 18 sentyabr 2022-ci il tarixdə İlkin həyətdə işləyən zaman Aysel ona yaxınlaşıb nəsə demiş, İlkin isə vaxtının olmadığını demişdir. Bu zaman Aysel səs-küy salmış və özünü yerə çırparaq münaqişə yaratmağa başlamışdır. Oğlu Ayselə səs-küy salmamasını demişdir. O, Ayselə yaxınlaşıb onu sakitləşdirmək istəsə də, Aysel onun sözünə məhəl qoymayaraq özünü yerə çırpmışdır. Bu zaman o, İkrama zəng edib qızının hərəkətləri barədə məlumat vermişdir. Bundan sonra İkram onlara gəlmişdir. Onlara iradını bildirdikdə İkram əli ilə onun ağzından tutaraq onu itələmişdir. Lakin o, hər hansı xəsarət almamışdır. Mübahisə zamanı İlkin Ayselə hər hansı xəsarət yetirməmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs gəlinidir. Ailə qurduqdan sonra Aysel ilə oğlu İlkin arasında mütəmadi olaraq sözlə mübahisələr olmuşdur. 18 sentyabr 2022-ci il tarixdə oğlu İlkin atası Əlyarla həyətdə iş görən zaman Aysel İlkinə onu atası evinə aparmasını demişdir. İlkin isə həyətdə iş gördüyünü demişdir. Aysel isə onda qardaşı Elşənin gəlib onu aparacağını demişdir. Bundan sonra Aysel mübahisə yaradaraq uca səslə səs-küy salmışdır. X4 qolundan tutub evə aparmaq istəyərkən Aysel yerə oturmuş və guya ürəyi getmişdir. Həmin vaxt əri Alyar Ayselin atasına zəng edib qızının hərəkətləri barədə ona məlumat vermək istəsə də, Ayselin atası İkram zəngə cavab verməmişdir. Bir qədər sonra İkram və ailə üzvləri onların yaşadığı evə gəlmiş və səs-küy yaradaraq yoldaşı Alyarla mübahsə yaradaraq əli ilə yoldaşının sifət nahiyyəsindən tutaraq itələmişdir. Buna görə də, Alyar 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis gələnə qədər Aysel atası ilə birlikdə çıxıb getmişdir. Sonradan xəbər tutmuşlar ki, Aysel polisə ərizə ilə müraciət edərək guya oğlu İlkinin onu vurması barədə məlumat vermişdir. Məhkəmədə Şahid3 Aylar qızı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qardaşı İlkinin arvadıdır. Ailə qurduqdan sonra Aysel ilə İlkinin arasında mütəmadi olaraq sözlə mübahisələr olmuşdur. 18 sentyabr 2022-ci il tarixdə İlkinlə Ayselin arasında mübahisə baş verən zaman o, evdə yatmış və hadisənin şahidi olmamışdır. Sonradan məlum olmuşdur ki, Aysel özünü qəsdən yerə yıxaraq özü-özünə xəsarət yetirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 23 sentyabr 2022-ci il tarixli, 1259 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarərətlər-baş-beynin silkələnməsi halında qapalı kəllə beyin travması, təpə nahiyyəsinin hemotoması, sol almacıq nahiyəsinin, sağ və sol bazunun, sağ saidin qançırları, sağ saidin sıyrığı küt əşya (əşyalar) təsirdindən törəniş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1-2 gün əvvəl olmaqla, qərarda göstərilən tarixə uygun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlərlər. Hadisə haqqında məlumatlara qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs İlkin qızının bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 07 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 14 avqust 1992-ci il, Füzuli rayonu, Böyük Bəhmənli kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 23 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs ilə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, o, əməlini etiraf edir, əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsi həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini - böyük ictimai təhlükə törətməyən cinayət kimi müəyyən edir. Bu Məcəllənin 73.1-ci maddəsinə əsasən «böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər». Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin mənasına görə məhkəmə baxışının gedişində, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda, zərər çəkmiş şəxsin razılığı ilə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait vəkil X1, 30 (otuz) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X1 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-84/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-84/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver