Məhkəmə qərarları › İş №1(003)-84/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-84/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-84/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Şahid2 vasitəsi ilə 2023-cü ilin avqust ayında əvvəlcə telefon əlaqəsi yaradaraq sonradan isə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsbəsi ərazisində yerləşən Günəşli sanatoriyasında görüşüb tanış olduğu ünvan 2 ünvanında yerləşən 0.24 ha torpaq sahəsinin 0.12 ha torpaq sahəsini almaq istəyən Zərərçəkmiş şəxs ilə Xəzər rayonu, Mərdəkan qəsbəsi ərazisində yerləşən Günəşli sanatoriyasında 2023-cü ilin ilk 10 günlüyündə danışıb həmin torpaq sahəsini 18.000 manat pul müqabilində Zərərçəkmiş şəxs alın onun adına çıxarış alacağına dair yalan vəd verib razılaşmaqla inanıdrıb Zərərçəkmiş şəxs adına sənədləşdirəcəyi adı ilə 2023-cü ilin avqust ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Günəşli sanatoriyasında 1000 manat məbləğində pul almış, bundan bir müddət sonra 2023-cü ilin sentyabr ayının əvvələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Heydər Əliyev adına istirahət parkında Zərərçəkmiş şəxslə görüşüb eyni məqsədlə ondan əlavə olaraq 5000 manat məbləğində pul alıb Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat məbləğində xeyli miqdarda pulunu əldə etmiş, lakin verdiyi vədlərə əməl etməyib, aldığı pulları şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə etmə və aldatmaq yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat məbləğində xiyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir ruhi əsəb dispanerində qeydiyyatda deyil. Psixoloji durumu normaldır. Hal-hazırda heç bir yerdə işləmir, vətən müharibəsi veteranı olduğu üçün 80 azn təqaüd alır. ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs 2023-cü ilin sentyabr ayından tanıyır. O, Əli ilə tanışı Şahid2 vasitəsi ilə tanış olmuşdur. 2023-cü ilin avqust ayında Şirvan onunla əlaqə saxlamış və görüşməyi təklif etmişdir. Onlar üçü yəni o, Şirvan və Əli Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində görüşmüşlər. Həmin vaxt X10 qəsəbəsində torpaq almaq istədiyini lakin həmin torpaq sahəsinin heç bir sənədlərinin olmadığını qeyd etmişdir. Bundan sonra Şirvan ondan həmin torpaq sahəsinə sənəd düzəldilməsi üçün köməklik edib edə bilməyəcəyini soruşmuşdur. O da Şirvana və Əliyə xidmət haqqı müqabilində sənədləşmə işini icra etməyi söz vermişdir. Onların arasında ilkin razılaşmaya əsasən Əli ona 1000 manat pul verməli imiş və o sənədləşmə işlərini bitirdikdən sonra Zərərçəkmiş şəxs bu işin müqabilində 18 000 manat pul alacaqmış. Bu səbəbdən də Əli həmin işləri görməyi üçün ona mülki etibarnamə vermişdir. O etibarnamə əsasında sənədləşmə işlərinə başlamışdır. Lakin müəyyən sənədləşmə işlərinin həll olunması üçün əlavə olaraq da 5000 manat pul lazım olmuşdur. O bu barədə Əliyə məlumat vermişdir. Bundan başqa Əli o və torpaq sahəsinin sahibi olan Təbriz adlı şəxs ilə Mərdəkan qəsəbəsində görüşmüşlər. Qeyd etmişdir ki, Təbriz qeyd olunan torpaq sahəsinin sahibi imiş. Həmin görüş vaxtı Əli ona və Təbriz adlı şəxsə ayrı ayrılıqda 5000 manat pul vermişdir. O həmin pulu əldə etdikdən sonra Şüvəlan Bələdiyyəsinin mühəndisinə, Şüvəlan qəsəbəsinin icra nümayəndəsinə və digər qurumlara həmin torpaq sahəsinə sənədləşmə işi bağlı müraciətlər etmişdir. Bundan başqa o həmin əldə etdiyi pul vəsaiti ilə xərcləri də qarşılamışdır. Həmin pulun qalan hissəsini isə şəxsi ehtiyaclarına xərcləmişdir. İfadəsinə əlavə olunmuş suallara cavab olaraq bildirmişdir ki, o, Şahid3 yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsindən tanıyırmış. Onunla əvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamış hal-hazırda onunla normal münasibətləri olmuşdur. Şahid1 o Eldəniz adı ilə tanımışdır. O, Xəzər rayonu ərazisində daşınmaz əmlakın alqı-satqısı işi məşğul olduğunu bildirmişdir. O, Şahid2 2023-cü ilin avqust ayından tanıyırmış. Onunla da normal münasibəti vardır. O Zərərçəkmiş şəxs Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarış əldə etmək üçün 28 000 manat pul istəmədiyini Şirzadın özünün ona torpaq sahəsinin ondan alan şəxsdən sənədləşmə üçün 28 000 manat pul alacağını demiş və ondan xahiş etmişdir ki, torpağı alan şəxslərin yanındada o Şirzadın sözünü təsdiq edərək sənədləşmə üçün 28 000 manat pul lazım olduğunu demişdir. O Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat pul almışdır. O həmin gün Zərərçəkmiş şəxs Daşqın və Şirvana verdiyi 2000 manatdan məlumatsız olduğunu və o Əlinin onlara pul verdiyini görmədiyini bildirmişdir. Daşqın və Şirvan bu haqda ona dedikdən sonra o məlumatlı olmuşdur. Həmin görüş zamanı Zərərçəkmiş şəxs sənədlərin hazırlanması üçün ona 1000 manat pul vermişdir. Həmçinin bildirmişdir ki, onun Daşqın və Şirvanın 2023-cü ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs torpaq sahibi Şahid3 beh kimi verilməsi üçün adıqları 2000 manatdan xəbəri olmamışdır. O Zərərçəkmiş şəxs ilə Xəzər rayonu İcra Hakimiyyətinin qarşısında olan Heydər Əliyev adına istirahət parkında 2023-cü ilin sentyabr ayında yox həmin ilin avqust ayında görüşdüklərini və həmin görüş zamanında Zərərçəkmiş şəxs 5000 manat sənədlərin hazırlanması üçün ona 5000 manat isə torpaq sahibi Şahid3 vermişdir. 2023-cü ilin avqust ayında o Zərərçəkmiş şəxs ilə torpaq sahəsinin sənədləşməsi üçün söhbət etdikdən sonra o torpaq sahibi Şahid3 ondan torpaq sahibi olmasını soruşmuş, dəqiqləşdirdikdən sonra torpağın sənədləşdirmə işini onun tərəfindən icra edəcəyini bildirmişdir. Yəni Şahid3 torpağın onun tərəfindən sənədləşdirilməsindən xəbəri olduğunu bildirmişdir. Həmçinin 2023-cü ilin iyul ayında onun kimi daşınmaz əmlakın alqı-satqısı və kirayəsi ilə məşğul olan Rövşən adlı tanışı ilə telefon əlaqəsi saxlamış və ondan yaxın adamı üçün kirayə istəmişdir. Rövşən isə ona Şahid2 nömrəsini vermişdir. O da zəng etmiş, Şirvanın ünvanını soruşmuş evinə baxmaq üçün getmişdir. Həmin vaxt Şirvanla söhbət əsnasında Şirvan ona evinin sənədsiz olduğun və evini satmaq üçün sənədləşdirmək istədiyini demişdir. O da Şirvana köməklik edəcəyini bildirmişdir. Lakin o konkret olaraq bu işlə olduğunu deməmişdir. Həmçinin o Şirvanın evinin realibitasiya mərkəzi kimi kirayələyəciyini demədiyini bildirmişdir. Şahid2 bütün proseslərdən və onun Zərərçəkmiş şəxs birinci görüşdə aldığı 1000 manatdan məlumatlı olmasını, həmin vaxt Şirvanın onun yanımda olmasını, onun ikinci görüşdə Əlidən aldığı 5000 manatdan məlumatı olsa da ikinci görüşdə o pul alarkən yanında olmamasını qeyd etmişdir. O, Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs 4000 manat pul aldıqlarından məlumatı olsa da həmin pulu şəxsi ehtiyacları üçün xərcləmələrindən xəbəri olmadığını bildirmişdir. Şahid1 onun Zərərçəkmiş şəxs 6000 manat pul almasından xəbəri olmuşdur. O, Zərərçəkmiş şəxs aldığı 6000 manat puldan Şahid2 və Şahid1 heç bir məbləğdə pul verməmişdir. Sonda isə o Zərərçəkmiş şəxs həmin torpaq sahəsini 75 000 manata alıb onun tanımadığı şəxsə 98 000 manata satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı ödədiyini göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil. Psixoloji durumu normaldır. İfadə vermək iqtidarında olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayır. Hazırda aşbaz işləyir. 2023-cü ilin aprel ayında tanışı X1 qəsəbəsində özünə 0.14ha torpaq sahəsi almaq istəyirmiş. Adı yadında qalmayan bir nəfər şəxslə o bu barədə söhbət etmişdir. Həmin şəxs onu Şirvan və Daşqın adlı əvvəllər tanımadığı şəxslərlə əlaqələndirmişdir. O həmin şəxslərlə Şüvəlan qəsəbəsində görüşmüşdür. Onlara 0.14 ha torpaq sahəsi almaq istədiyini bildirmişdir. Daha sonra həmin şəxslər onu Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsinə aparmışlar. O, həmin torpaq sahəsinə baxıb bəyənmiş, sonra Turalı torpaq sahəsinə baxmaq üçün çağırmışdır. Turalda torpaq sahəsini bəyənmişdir. Onlar həmin torpaq sahəsini almaq qərarına gəlmişlər. Onlar torpağı 98.000 manata razılaşmışlar. Həmin torpaq sahəsini bəyənəndən sonra Daşqın və Şirvan adlı şəxslər onlara torpağın sənədsiz olduğunu demişdir. Həmin gün axşam saatlarında Şirvan onunla telefon əlaqəsi saxlamışdır. Təqsirləndirilən şəxs pul qarşılığında torpağa sənəd düzəldə biləcəyini demişdir. Şirvan ona həmin şəxsin 28000 manat pul istədiyini demiş, o da razılaşmışdır. 2023-cü ilin avqust ayının ilk on günlüyündə o Günəşli sanatoriyasında Daşqın, Səbuhi və Şirvanla görüşmüş, daha sonra o elə həmin gün 2000 manat Şirvanla Daşqına vermişdir ki, torpaq sahibi Təbrizə beh kimi versinlər. 1000 manatda Təqsirləndirilən şəxs sənədlərin hazırlanması üçün ilkin olaraq vermişdir. Həmin vaxt Səbuhi ona torpağın bütün sənədlərini düzəldəcəyinə söz vermişdir. 2023-cü ilin avqust ayının ortalarında o metronun Koroğlu stansiyasının yaxınlığında Daşqın və Şirvanla görüşmüş həmin gün o Daşqınla, Şirvana 2000 manat pul vermişdir. Aralarında olan danışığa əsasən onlar həmin 2000 manat pulu torpaq sahibinə verməli imişlər. 2023cü ilin avqust ayının sonlarında torpaq sahibi Təbriz onunla əlaqə saxlamış ona Turalla birlikdə bəyəndikləri 0.14 ha torpaq sahəsinin özünə məxsus olduğunu demişdir. O Təbriz adlı torpaq sahibinə Daşqın və Şivan adlı şəxslərin vasitəsi ilə 4000 manat pul göndərdiyini desə də Təbriz adlı şəxs ona Daşqın və Şirvanın ona pul vermədiyini demişdir. 2023-cü ilin sentyabr ayının ortalarında Xəzər rayonu, İcra Hakimiyyətinin qarşısında olan Heydər Əliyev adına parkda o torpaq sahibi Təbriz və Səbuhi adlı şəxsə görüşmüşdür. Həmin görüş zamanı o 5000 manat beh olaraq torpaq sahibi Təbrizə 5000 manatda Səbuhi adlı şəxsə vermişdir. Səbuhi adlı şəxs həmin gündən bu günə kimi onu aldatmış və verdiyi vədə əməl etməmişdir. Torpağın sənədləri hazır olmadığı üçün Təbriz adlı şəxs onun verdiyi 5000 manat behi geri qaytarmışdır. Həmçinin Daşqın və Şirvan adlı şəxslər ondan aldıqları 4000 manat pulu geri qaytarmışlar. O hazırda Daşqın və Şirvandan heç bir şikayəti olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və bu səbəbdən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, heç ruhi əsəb dispanerində qeydiyyatda deyil. Pxixoloji durumu normaldır. Lerik rayonu Laman kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Bağlar massivi nömrəsiz fərdi tikilidə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər o torpaq alqı satqısı ilə məşğul olmuşdur. Şahid3 uzun müddətdir ki, tanıyır. Onunla normal münasibəti olmuşdur. 2023-cü ilin aprel ayında Şahid3 ona özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mirmövsüm ağa ziyarətgahının yanında 0.24 ha torpaq sahəsinin 0.12 ha hissəsini satmaq istədiyini bildirmişdir. Daşqın da onunla gedib həmin torpaq sahəsinə baxıb yerini müəyyən etdi. Sonra o həmin torpaq sahəsinin satılmağı ilə bağlı tanışı Şahid2 Maşallah oğluna mlumat vermişdir. 2023-cü ilin avqust ayında o Mərdəkan qəsəbəsində olan zaman qiyabi olaraq tanıdığı Kazım adlı bir nəfər şəxs ona yaxınlaşmış, daha sonra ona bir nəfərin torpaq sahəsi almaq istədiyini bildirmişdir. Kazım ona dediyi gün o, Zərərçəkmiş şəxs ilə görüşmüşdür. O, Əli ilə satılan torpaq sahəsinə baxmaq üçün getmiş, həmin torpaq sahəsinin 4 bir tərəfi mişar daşı ilə hörülmüş və giriş qapısı isə dəmirdən olmuşdur. Torpaq sahəsinin giriş qapısının açarı isə onda olmuşdur. Onlar birlikdə həmin torpaq sahəsinə baxmağa getmişlər. Zərərçəkmiş şəxs həmin torpaq sahəsinə baxaraq bəyənmişdir. Onlar həmin torpaq sahəsini 75000 manata razılaşdıqdan sonra o bu barədə Təbrizə demişdir. Təbriz ona bildirmişdir ki, torpaq sahəsini 75000 manata satıb 70000 manatını özlərinə götürməsini demişdir. Birinci dəfə torpaq sahəsinə baxdıqdan təxminən bir ay sonra Zərərçəkmiş şəxs yenidən əvvəllər onun tanımadığı şəxslərlə gələrək torpağa baxmışlar. Həmin şəxslər torpağın sənədini soruşmuşlar. O da buna görə Təbrizlə əlaqə saxlamış, Təbriz torpağın sənədinin olmadığını bildirmişdir. Həmçinin Bələdiyyədən sənəd almağın mümkün olduğunu demişdir. Lakin torpaqı almaq istəyən şəxslər bələdiyyə sənədi ilə razılaşmamışlar. 2023cü ilin avqust ayının ortalarında o tanışı Şahid2 ilə birlikdə Mərdəkan qəsəbəsində Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Həmin vaxt Əli onlara 2000 manat beh vermişdir. Onlar behi aldıqdan sonra Şahid3 Mərdəkan qəsəbəsində olan ofisinə getmişlər. Şahid2 maşında oturub gözləmiş, o isə maşından düşüb Təbrizin ofisinə daxil olmuşdur. 2000 manat aldığı behin 1500 manatını Təbrizə vermiş, qalan 500 manat pulu isə Şirvan ilə öz aralarında bölmüşlər. 2023-cü ilin avqust ayında o yenidən Şahid2 ilə birlikdə Mərdəkan qəsəbəsi Günəşli sanatoriyasında görüşmüşdür. O yenidən həmin gün Zərərçəkmiş şəxs 2000 manat pul almış, lakin ikinci dəfə aldığı puldan Təbrizə verməmişdir. O həmin pulun 1000 manatını Şirvana vermişdir. Həmin torpaq sahəsinin sənədləri düzəlmədiyi üçün Şirvan torpağı almaq istəyən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə tanış etmişdir. O sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq ondan 6000 manat pul almışdır. Həmçinin o Kazım adlı şəxsi qiyabi olaraq tanıdığını bildirmişdir. Onunla heç bir münasibəti yoxdur. Onun anket məlumatını və telefon nömrəsini bilmədiyini bildirmişdir. Həmçinin o Təqsirləndirilən şəxs tanıdığını onunla heç bir münasibəti olmadığnı qeyd etmişdir. Həmçinin o ilkin izahat verən zaman həyacanlı olduğunu, vermiş olduğu izahatını oxumadan imza etdiyini qeyd etmişdir. O ilkin verdiyi izahatın səhv olduğunu hazırda verdiyi ifadəsini qəbul olunmasını xahiş etmişdir. O tanışı Şahid2 ilə Zərərçəkmiş şəxs 4000 manat pulu aldığları gün Şahid3 Mərdəkan qəsəbəsində olan ofisinə gəlmiş, Şahid2 maşında oturmuş, o isə ofisə daxil olaraq aldığları 2000 manat pulun 1500 manatını Şahid3 vermişdir. Həmin vaxt onların pula ehtiyacları olduğu üçün onlar Şahid3 Zərərçəkmiş şəxs 2000 manat yox 1500 manat aldığları demiş qalan 500 manatı öz aralarında bölmüşlər. Onlar ikinci dəfə Zərərçəkmiş şəxs 2000 manat pul pulu aldıqdan sonra o, torpaq sahibi Şahid3 telefon əlaqəsi saxlamış, həmin vaxt Şahid3 Zərərçəkmiş şəxs 4000 manat pul aldığlarını və Əliyə 3 ay vaxt verdiklərini bildirmişdir. Daha sonra Şahid3 onlarla razılaşmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs aldıqları 4000 manat puldan 1500 manatının özünə çatdığını qeyd etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, heç ruhi əsəb dispanerində qeydiyyatda deyil. Pxixoloji durumu normaldır. 2-ci qrup əlildir. ünvan 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 8idə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirmişdir ki, Şahid1 Rukəxan oğlu onunla qonşuluqda yaşayır. 2023-cü ilin aprel ayında Şahid1 Rukəxan oğlu ona Mirmövsüm ağa ziyarətgahının yaxınlığında 0.24 ha torpaq sahəsi satıldığını demişdir. Həmin torpaq sahəsinin Təbriz adlı sahibin torpaq sahəsini satmağı ona həvalə etdiyini demişdir. Ondan həmin torpaq sahəsinin satılması üçün Daşqına köməklik etməsini istəmişdir. Onlar birlidkə həmin torpaq sahəsinə gedib baxış keçirmişlər. Şahid1 Rukəxan oğlu ona Əli adlı şəxsin həmin torpaq sahəsini almaq istədiyi demişdir. 2023-cü ilin iyul ayında yaşadığı evdə olarkən həmin vaxt 3 nəfər əvvəllər tanımadığı şəxslər onun yaşadığı evə gəlmişlər. Onlar onun evini kirayə götürüb reabilitasiya mərkəzi açmaq istədiklərini demişlər. O həmin şəxslərə evinin sənədinin olmadığını demişdir. Həmin vaxt adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona sənədsiz evlərə və torpaqlara sənəd hazırladığını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona öz istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Ondan onra onun Səbuhiyə ehtiyacı olmadığı üçün zəng etməmişdir. 2023-cü ilin avqust ayının ortalarında o Şahid1 Rukəxan oğlu ilə birlikdə Mərdəkan qəsəbəsində adını sonradan bildiyi Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Onların görüşündən əvvəl Şahid1 Rukəxan oğlu torpaq almaq istəyən Zərərçəkmiş şəxs torpağın olduğu yeri demişdir. Əli onlarla görüşdən əvvəl gedib həmin torpaq sahəsinə baxış keçirmişdir. Onlarla görüşən zaman torpaq sahəsinin onun xoşuna gəldiyini və almaq istədiyini bildirmişdir. Şahid1 Rukəxan oğlu ona torpağın sənədinin olmadığını bildirmiş lakin Zərərçəkmiş şəxs özü torpağın sənədini düzəldəcəyini demişdir. Birinci görüş zamanı Zərərçəkmiş şəxs tanışı Şahid1 Rukəxan oğluna 2000 manat pul vermişdir. Əli həmin pulu Daşqına beh kimi vermişdir. Söhbət zamanı Əli tanışı Daşıqına demişdir ki, həmin 2000 manat pulu torpaq sahibinə versin. Əli ilə birinci görüşlərindən təxminən 1 həftə sonra yəni avqust ayının ortalarında onlar yenidən Əli ilə Mərdəkan qəsəbəsində yerləşən Günəşli sanatoriyasında görüşmüşlər. Həmin görüş zamanıda Əli Şahid1 Rukəxan oğluna 2000 manat pul vermişdir. Əli həmin pulu verən zaman bildirmişdir ki, onlar həmin pulu əlavə beh olaraq torpaq sahibi Təbrizə vermişlər. Əli onlardan xahiş etmişdir ki, torpağın sənədləri hazır olana kimi yəni 3 ay müddətinə torpaq sahibi onu gözləsin. Onlar Əlidən pulu aldıqdan sonra aralarında torpağın sənədinin hazırlanması ilə bağlı söhbət olmuşdur. Həmin vaxt onun yadına düşmüşdür ki, 2023-cü ilin iyul ayında evinə gələn və evini kirayələmək istəyən Təqsirləndirilən şəxsda sənədsiz torpaqlara sənəd düzəldir. O Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri Zərərçəkmiş şəxs vermişdir. Sonradan Əli ilə Səbuhi arasında olan görüşdən, Əlinin Təbrizə verdiyi puldan onun məlumatı olmadığını bildirmişdir. Əlavə verilən suallara cava olaraq bildirmişdir ki, O ilkin izahat verən zaman həyacanlı olduğunu vermiş olduğu izahatını oxumadan imza etdiyini və ilkin verdiyi izahatın səhv olduğunu, hazırda verdiyi ifadəsinin qəbul olunmasını xahiş etmişdir. O tanışı Şahid1 Rukəxan oğlu ilə Zərərçəkmiş şəxs 5000 manat pulu aldığları gün Şahid3 Mərdəkan qəsəbəsində olan ofisinə gəlmişlər. O həmin vaxt maşında oturmuş, Şahid1 Rukəxan oğlu isə ofisə daxil olaraq aldığları 2000 manat pulun 1500 manatını Şahid3 vermişdir. Həmin vaxt onların pula ehtiyacları olduğu üçün onlar Şahid3 Zərərçəkmiş şəxs 2000 manat yox 1500 manat aldığlarını demişlər. Qalan 500 manatı öz aralarında bölmüşlər. Onlar ikinci dəfə Zərərçəkmiş şəxs 2000 manat pul pulu aldıqdan sonra Şahid1 Rukəxan oğlu torpaq sahibi Şahid3 ilə onun yanında telefon əlaqəsi saxlamışdır. Həmin vaxt Şahid3 Zərərçəkmiş şəxs 4000 manat pul aldığlarını və Zərərçəkmiş şəxsyevə 3 ay vaxt verdiklərini bildirmişlər. Şahid3 onlarla razılaşdı. O Şahid3 behdən xəbərsiz olması barədə verdiyi ifadədəni anlamadığını bildirmişdir. Sonda isə Təqsirləndirilən şəxs dediklərinin şər və böhtan olduğunu o, Səbuhini Zərərçəkmiş şəxs ilə görüşdürmədiyini sadəcə olaraq Zərərçəkmiş şəxs Səbuhinin nömrəsini verdiyini bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin 92H ünvanında qeydiyyatda olmaqla yaşayır. Hazırda heç bir yerdə işləmir. Latın qrafikalı əlifba ilə sərbəst yazıb oxumağı bacarır. İfadəsinin müstəntiq tərəfindən komputer vasitəsi ilə yazılmasına etriaz etmir. Təxminən 4-5 il bundan əvvəl o, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Mirmövsüm ağa ziyarətgahına yaxın yerdən özünə 0.24 ha torpaq sahəsi almışdır. Lakin həmin torpaq sahəsinin o, alan gündən sənədi olmamışdır. O, həmin torpaq sahəsinə sənəd düzəltmək istəmişdir. Lakin həmin ərazinin sənədinin bağlar idarəsindən alındığını öyrənmişdir. Lakin həmin vaxt onun maddi imkanı normal olmadığı üçün həmin torpaq səhəsini sənədləşdirmək istəməmişdir. Şahid1 Rukəxan oğlunu təxminən 3 il olar ki tanımışdır. Onunla normal münasibəti olmuşdur. O, Daşqının torpaq alqı satqısı ilə məşğəl olduğunu bilmişdir. 2023-cü il may ayında o, Şahid1 Rukəxan oğluna özünə məxsus olan 0.24 ha torpaq sahəsinin 0.12 ha hissəsini satdığını demişdir. Ondan həmin torpaq səhəsini satmağına kömək etməyini istəmişdir. Şahid1 Rukəxan oğlu həmin əraziyə yaxın yaşadığından və torpaq alqı satqısı ilə məşğul olduğundan onun daha tez sata biləcəyini fikirləşmişdir. 2023-cü ilin avqust ayında Əli adlı şəxs onunla telefon əlaqəsi saxlamışdır. Onu Xəzər rayon İcra hakiyyətinin inzibati binasının yaxınlığındakı istirahət parkına çağırmışdır. O, həmin parka getmişdir. Parkda Əli ilə görüşmüşdür. Həmin vaxt Əlinin yanında tanımadığı şəxslər olmuşdur. Əli ona torpaq sahəsinə görə beh verdiyini demişdir. O, torpaq sahəsinə görə ona beh verilmədiyini bildirmişdir. Əli 2000 manat behi Şahid1 Rukəxan oğluna verdiyi demişdir. O, həmin vaxt Şahid1 Rukəxan oğluna zəng etmişdir. Şahid1 Rukəxan oğlu onunla telefonda danışmamışdır. Sonra o, Şahid1 Rukəxan oğlu ilə yenidən telefon əlaqəi saxlamışdır. Daşqın ona Əlidən beh aldığını demişdir. Sonra o, Şahid1 Rukəxan oğlu ilə görüşmüşdür. Onun yanında Əli ilə telefon əlaqəsi saxlamışdır. Əliyə telefonda Şahid1 Rukəxan oğlunun beh almasından xəbəri olduğunu demişdir. 2023cü ilin sentyabr ayında ona Şüvəlan bələdiyyəsindən zəng gəlmişdir. Zəng edən adı yadında qalmayan şəxs ona məxsus torpağın sənədləşməsi barəsində danışmışdır. O, həmin şəxsə torpağını sənədləşdirməmək istədiyini demişdir. Sonra o, Əliyə zəng edərək torpağının pulu yəni 75.000 manatını verəcəyi təqdirdə sənəd düzələtməyə icazə vərəcəyini bildirmişdir. Hətta o, həmin vaxt Əliyə demişdir ki, Şahid1 Rukəxan oğluna və Şahid2 ümumulikdə verdiyi 4000 manat puluda ona verəcəyi puldan çıxmağını bildirmişdir. Bir müddət sonra Əli onunla görüşmüşdür. Əli ona torpağa görə 66.000 manat pul verə biləcəyini demişdir. O da onunla razılaşmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs həmin torpaq sahəsini onunla 75.000 manata razılaşıb 98.000 manata kiməsə satmalı olduğunu, lakin o, Əlinin torpaq satacağı adamı tanıdığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı, həmçinin cinayət nəticəsində dəymiş ziyanın qanunvericiliklə müəyyən edilmiş pay üzrə məbləği dövlət büdcəsinə ödənilməsini qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin könüllü təslim olması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə könüllü olaraq polis şöbəsinə gəldiyi üçün Xəzər RPİ-nin X8 təhvil verilmişdir. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi, təqsirləndirilən şəxsin statusuna xitam verilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 178.2.1 və 178.2.4-c maddələrindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindıə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Polis İdarəsinin icraatında AR CM-nin 128-ci maddəsi ilə olan ********* saylı material üzrə cinayət işinin başlanması AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin icraatında AR CM-nin 128-ci maddəsi ilə olan ********* saylı material üzrə cinayət işinin icraatına AR CM-nin 73-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir və onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan AR DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-12/2-308900/2024 saylı məktubundan görünür ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” materiallar DİN-in arxivinə təhvil verilmir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2-312-xid-1902/2024 saylı məktubundan görünür ki, Xəzər RPİ-nin İstintaq Şöbəsində Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə araşdırması aparılaraq cinayət işi başlanılması rədd edilmiş ********* və ********* saylı materiallar məhv edildiyindən və eləcə də polis orqanlarında elektron sənəd dövriyyəsi sistemi 2019-cu ildən tətbiq edilməyə başladığından həmin materiallar üzrə qəbul edilmiş qərarların surətlərini əldə etmək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 1510 (bir min beş yüz on) manat pul ödənilmişdir. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.5, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar