Məhkəmə qərarları › İş №1(003)-843/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-843/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-843/2023 06.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə 2021-ci ilin noyabr ayının əvvəllərindən sonuna kimi olan müddət ərzində Zərərçəkmiş şəxs və ailə üzvlərini Bakı Metropoliteninə işə düzəldəcəyi adı ilə aldadaraq, sonuncudan hissə-hissə olmaqla 8300 manat pulu Bakı şəhəri, Buzovna qəsəbəsi, “Xəzri” istirahət mərkəzində alaraq ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, cinayət işinin aidiyyəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə aid deyil və iş aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir Hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, zərər çəkmiş şəxs tərəfindən 8300 manat məbləğində pulun hamısı “Xəzri” istirahət mərkəzinin qarşısında təqsirləndirilən şəxsə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının X4 Ərazi Üzrə Nümayəndəliyinin 29.11 2023-cü il tarixli məktubundan görünür ki, “Xəzri” istirahət mərkəzi Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisində yerləşir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq maddi tərkibli cinayət olduğundan, həmin cinayət əmlak (əmlaka olan hüquq) ələ keçirildikdən sonra təqsirkarın ona sərəncam vermək imkanının yarandığı andan başa çatır. Göründüyü kimi hazırki iş üzrə təqsirləndirilən şəxsə istinad edilən dələduzluq əməlinin predmeti olan 8300 manat məbləğində pul vəsaiti hissə-hissə olmaqla zərər çəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə verilmiş və bununla da təqsirləndirilən şəxsin həmin pul vəsaitinə sərəncam vermək imkanı yaranmışdır. Təqsirləndirilən şəxsin həmin pul vəsaitinə sərəncam vermək imkanının onu əldə etdikən dərhal sonra yarandığını nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət əməlinin törədilmə yeri Bakı şəhəri, Sabunçu rayonu müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.2-ci maddəsinə əsasən məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Məhkəmə işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq və qanunvericiliyin istinad edilən normalarının tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti törətdiyi yer Bakı şəhəri Sabunçu rayonunun ərazisi hesab olunduğundan cinayət işi həmin yerin yurisdiksiyasına uyğun olaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74, 75, 299 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar