Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-853/2023 27.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Şikayət etmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Cəlilabad rayonu, Andreyevka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu nömrəsi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Yekun protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları evdə, xx.xx.2023-cü il tarixdə gecə saat 04:00 radələrində aralarında yaranan sözlə münaqişə zamanı - alının fluktasiyaedici hematoması, sağ yanağın, bel nahiyyəsinin qançırları xəsarətlərini qəsdən yetirməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “yüngül” dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2014-ci ildə rəsmi ailə həyatı qurmuşlar. Nikahdan 2 övladları anadan olmuşdur. Boşanmaqlarına səbəb isə ailə qurduqdan sonra aralarında mütəmadi olaraq söz-söhbətin olmuş, buna görə də 2023-cü ilin avqust ayında boşanmaq üçün məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində yaşadıqları Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, nömrəsiz evə gəldikdə həyat yoldaşı ona qapını açmadığı üçün əsəbləşib həyat yoldaşını öldürəcəyini və evi yandıracağını demişdir. Həyat yoldaşı xx.xx.2023-cü ildə tarixdə evdə olduqları zaman mobil telefonunu ondan xəbərsiz götürüb və mobil telefondakı mesajlara baxmasına görə aralarında mübahisə yaranmış, aralarında yaranmış mübahisə zamanı əli ilə həyat yoldaşının başından bir neçə zərbə vurmuşdur. Həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları evdə xx.xx.2023-cü il tarixdə gecə saat 04:00 radələrində aralarında yaranan mübahisə zamanı başından yumruqla qəsdən vuraraq xəsarət yetirmiş və həmin zaman yanlarında heç kim olmamışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2014-ci ildə rəsmi ailə həyatı qurmuş və birgə nikahlarından 2 övladları anadan olmuşdur. Həyat yoldaşının həyatında tanımadığı yeni bir qadın olduğu üçün 2023-cü ilin avqust ayında həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində yaşadıqları Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, nömrəsiz evə gələrək onu ölümlə hədələmiş və yaşadıqları evi yandıracağını bildirərək onu və uşaqlarını narahat etmişdir. O da bu barədə DİN-nin “102” xidmətinə məlumat vermişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs onu xx.xx.2023-cü il tarixdə gecə saat 04:00 radələrində yaşadıqları evdə başından bir neçə yumruq zərbəsi və qarın nahiyəsindən təpiklə qəsdən vurmaqla xəsarət yetirmiş və həmin zaman yanlarında hec kimin olmamışdır. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1254 saylı rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs müayinəsi zamanı bədəni üzərində - alının fluktasiyaedici hematoması, sağ yanağın, bel nahiyyəsinin qançırları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənməsi istisna olunmur və dərəcələrinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “YÜNGÜL” dərəcəli zərərvurmaya aiddir. Qeyd olunan xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq aşkar olunmuş xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq küt əşyaya dəyməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən xx.xx.1991-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının təhqiqat zamanı müdafiə edilməsinə görə sərf etdiyi 01 saata görə 06 (altı) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 02 saata görə 12 (on iki) manat, ümumilikdə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 08 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-853/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-853/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver