Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-86/2023 24.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310, və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun internet resursunda mövcud olan “Facebook” sosial şəbəkəsindəki profilinə işə düzəldilməsinə köməklik göstərilməsi ilə bağlı Şahid1 etdiyi müraciətindən sonuncunun anası Zərərçəkmiş şəxs əlaqə nömrəsi kimi qeyd etdiyi və sonuncunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini əldə edib 9 iyun 2022-ci il tarixdə həmin mobil telefon nömrəsinə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə zəng edib özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı kimi təqdim edib, Azərbaycan Respublikası Baş Prokurorluğunun internet resursunda mövcud olan “Facebook” sosial şəbəkəsindəki profilinə oğlunun işə düzəldilməsi ilə bağlı müraciəti üzrə əlaqə saxladığını yalandan bildirməklə, Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı kimi təqdim etməsindən sonra özü barədə yaratmış olduğu inam və etibardan sui-istifadə etməklə guya Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Laçın rayon Polis Şöbəsində işlə təmin etmək imkanına malik olduğunu ona yalandan bildirib aldatma və etibardan sui-istifadə etmə yolu ilə əmlakını ələ keçirmək məqsədilə, vəzifəli şəxsə, yəni özünə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla maddi nemət olan 4.200 (dörd min iki yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə həmin gün Zərərçəkmiş şəxs tərəfindən Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yerləşən “Cavid” marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə rekvizitlərini təqdim etdiyi öz adına olan "xxxx" ASC-yə məxsus 5243********6894 nömrəli kartına göndərilmiş 1.000 (bir min) manat, 510 (beş yüz on) manat, 1.000 (bir min) manat, 1.000 (bir min) manat və 650 (altı yüz əlli) manat olmaqla, cəmi 4.160 (dörd min bir yüz altmış) manat pul vəsaitini ələ keçirdikdən sonra, Zərərçəkmiş şəxs özünə olan inam və etibardan sui-istifadə etməklə əlavə olaraq pul vəsaitini ələ keçirmək məqsədilə, cinayətkar niyyətini davam etdirərək vahid niyyətlə vəzifəli şəxsə, yəni özünə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla maddi nemət olan 3.700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs 10 iyun 2022-ci il tarixdə zəng edib aldatmaqla bildirərək, sonuncu tərəfindən həmin tarixdə eyni ünvanda yerləşdirilmiş “eManat” elektron ödəmə sistemi vasitəsi ilə öz adına olan həmin karta 1.000 (bir min) manat, 700 (yeddi yüz) manat, 1.000 (bir min) manat və 1.000 (bir min) manat olmaqla, cəmi 3.700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaitini köçürülməsinə nail olmaqla ələ keçirib, əldə etdiyi həmin pul vəsaitini marketlərdə onlayn ödəniş etməklə və Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Araz” Supermarketdə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan nağdlaşdıraraq çıxarıb şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 7.860 (yeddi min səkkiz yüz altmış) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəxs qismində dövlətin, qurumlarının əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq, hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, 2022-ci ilin iyul ayında Azərbaycan Respublikası Baş Prokurorluğunun internet resursunda mövcud olan “Facebook” sosial şəbəkəsindəki profilinə dələduzluq cinayəti törətmiş şəxs barəsində araşdırmanın qeyri-obyektiv aparılması ilə bağlı müraciət etmiş Şahid2 əlaqə nömrəsi kimi qeyd etdiyi və sonuncunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini sonuncunun müraciətindən əldə edib həmin mobil telefon nömrəsinə 27 iyul 2022-ci il tarixdə kirayədə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nömrəsiz evdə olarkən istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə zəng edərək ona özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı kimi təqdim edib, Azərbaycan Respublikası Baş Prokurorluğunun internet resursunda mövcud olan “Facebook” sosial şəbəkəsindəki profilinə müraciəti ilə bağlı əlaqə saxladığını yalandan deyərək, guya müraciətinin həllinin özünə tapşırıldığını, dələduzluq əməli nəticəsində ona vurulmuş ziyanın qısa zamanda tanıdığı vəkil vasitəsi ilə məhkəmə qaydasında həlli üçün vəkilə vermək adı ilə 250 manat pul vəsaitinin verilməli olmasının zəruriliyini ona bildirib, Şahid2 pulunun ələ keçirilməsinə yönəlmiş əməli başa düşərək Azərbaycan Respublikası Baş Prokurorluğuna özünün qəbuluna gəlmək istədiyini bildirməsindən sonra sonuncuya onu bir müddət sonra qəbul edəcəyini yalandan bildirib, özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəxs qismində dövlətin, qurumlarının əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq, hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, maddi imkansızlıqdan Azərbaycan Respublikası Baş Prokurorluğunun “Facebook” sosial şəbəkəsindəki səhifəsinə daxil olub orada kömək üçün onlayn müraciət etmiş vətəndaşların müraciətlərindəki əlaqə nömrələrini götürüb həmin şəxsə zəng edərək özünü müraciət etdiyi orqanın, yəni Baş Prokurorluğun əməkdaşı kimi təqdim edib pulunu ələ keçirmiş və ya ələ keçirməyə çalışmışdır. Qeyd etmişdir ki, vətənlaşlar onlayn müraciətində istədikləri köməkləri və müraciətlərinin mahiyyətini yazmışdırlar ki, nəticədə onun da müraciət edən şəxsləri aldatmağı asanlaşmışdır. Həmçinin, aldatdığı şəxslərin ona göndərdikləri şəxsiyyət vəsiqələri əsasında onlayn qaydada nömrə almaq üçün müraciət edərək şəxsiyyət vəsiqələrinin şəklini nömrəni onlayn satan şəxslərə göndərək daha sonra gedib nömrəni oğluna, qızına aldığını deyərək pulunu ödəyib nömrəni götürmüş və həmin nömrə ilə digər şəxsi aldatmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, Bərdə rayon sakini Lalə Paşayevanın şəxsiyyət vəsiqəsi əsasında sonuncunun adına aldığı ***-***-**-** mobil nömrəsi ilə 2022-ci ilin iyun ayının əvvəllərində Azərbaycan Respublikası Baş Prokurorluğunun “Facebook” sosial şəbəkəsindəki rəsmi internet səhifəsinə daxil olub oradakı onlayn müraciətlərə baxan zaman Ağcabədi rayon sakini əslən Laçın rayonundan olan Şahid1 anası Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Baş prokurorunun qəbulunda olması, sonuncunun qəbulda oğlunun işə düzəldilməsi ilə bağlı müraciət etdiyini, lakin nəticəsiz qalması barədə müraciətinin olduğunu görmüşdür. Həmin gün Şahid1 müraciətində qeyd etdiyi anası Zərərçəkmiş şəxs nömrəsini götürüb sonuncu ilə əlaqə saxlamışdır. Özünü Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı “Vüqar” müəllim kimi təqdim edib, oğlunun işə düzəldilməsi məsələsinə baxılmasının ona tapşırıldığını demişdir. Zərərçəkmiş şəxs ona oğlu Şahid1 ya Fövqəladə Hallar Nazirliyinin Laçın rayon yanğından Mühafizə Xidmətinə və ya X9 Laçın rayon Polis Şöbəsinə işə düzəltməyinə kömək etməyini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs oğlu Şahid1 Daxili İşlər Nazirliyinin Laçın rayon Polis Şöbəsinə işə düzəldilməsinin onun tərəfindən həll olunması üçün ona ilkin olaraq dəqiq yadında qalmayan məbləğdə pul vəsaitini verməsini demiş, Zərərçəkmiş şəxs rahatlıqla razılaşmışdır. O da özünə məxsus "xxxx" ASC-dəki son səkkiz rəqəmi 10676894 olan kartın şəklini Zərərçəkmiş şəxs göndərmişdir. Zərərçəkmiş şəxs həmin günü pulu göndərdiyini görüb, sonuncunun pulunun ələ keçirilməsinin rahat olduğunu görüb, Zərərçəkmiş şəxs pulunu ələ keçirməyə davam etmişdir. Ümumilikdə iki gün ərzində Zərərçəkmiş şəxs 7.860 manat pulu onun adına olan karta göndərmişdir. O da Zərərçəkmiş şəxs həmin pulları karta göndərdikcə 1.000 manat, 500 manat və sairə məbləğdə pulları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Araz market”də quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan nağdlaşdırmışdır. Qalan pulları isə marketdə alış-veriş zamanı post terminalla ödəniş edib şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin Zərərçəkmiş şəxs ona olan inamını artırmaq üçün oğlu Şahid1 şəxsiyyət vəsiqəsinin və hərbi biletinin şəklini istəmişdir ki, o da Şahid1 mobil nömrəsindən “WhatsApp” proqramı vasitəsi ilə ona göndərmişdir. Pulu tam ələ keçirtdikdən sonra ona zəng etsələr də, zənglərinə cavab verməmişdir. Həmçinin, Şahid1 şəxsiyyət vəsiqəsi əsasında ***-***-**-** mobil telefon nömrəsi alaraq istifadə etməyə başlamışdır. Bundan başqa, 2022-ci ilin iyul ayının sonlarına yaxın kirayədə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki nömrəsiz evdə olarkən Azərbaycan Respublikası Baş Prokurorluğunun “Facebook” sosial şəbəkəsindəki rəsmi internet səhifəsinə daxil olub oradakı online müraciətlərə baxan zaman Şahid2 müraciətini görüb Şahid1 adına aldığı ***-***-**-** mobil telefon nömrəsindən Şahid2 yadında qalmayan müraciətindəki mobil nömrəsinə zəng edərək özünü Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı “Zahir Ağayev” kimi təqdim edib müraciəti ilə onun məşğul olacağını demişdir. Daha sonra Şahid2 ilə əlaqə saxlayaraq ona köməklik edə biləcək vəkil tanışının olduğunu, kömək etmək adı ilə vəkilə verilməsi üçün 250 manat pul verməli olduğunu bildirmişdir. Şahid2 ilkin olaraq razılaşsa da, daha sonra onun yanına Baş Prokurorluğa qəbula gəlmək istədiyini deyəndə ona pulu göndərməyini, 3 gün sonra qəbul edə biləcəyini desə də, razılaşmayaraq həmin pulu ona göndərməmişdir. Daha sonra Şahid2 qəbuluna gəlmək ilə bağlı dəfələrlə ona zəng etsə də zənglərinə cavab verməmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs araşdırma zamanı təqdim etdiyi WhatsApp Audio 2022-08-09 at 12.27.55 adlı faylardakı səs yazısı onun Şahid1 və Zərərçəkmiş şəxs ilə aralarında olan danışığın səs yazısıdır. WhatsApp Audio 2022-08-09 at 12.27.27, WhatsApp Audio 2022-08-09 at 12.27.28 (1), WhatsApp Audio 2022-08-09 at 12.27.28 (2), WhatsApp Audio 2022-08-09 at 12.27.28 (3), WhatsApp Audio 2022-08-09 at 12.27.28, WhatsApp Audio 2022-08-09 at 12.27.30 adlı fayldakı səs yazıları onun Şahid1 iş məsələsini həll edəcəyindən arxayın olmağını, işini düzəldəcəyini bildirirək aldatmasına dair səs yazılarıdır. Həmçinin Şahid2 araşdırma zamanı təqdim etdiyi AUD-20220802- WA0002, AUD-20220802-WA0003, AUD-20220802-WA0004 AUD-20220802-WA0005, AUD-20220802-WA0006, AUD-20220802-WA0007, AUD-20220802-WA0008, AUD- 20220802-WA0009, AUD-20220802-WA0010 adlı faylardakı səs yazıları ona məxsusdur. Həmin səs yazıları özünü Baş Prokurorluğun əməkdaşı kimi təqdim edib Elnur Mustafazədənin vəkilə vermək adı ilə 250 manat pulunu ələ keçirmək istəməsinə dair WhatsApp proqramı ilə sonuncuya göndərdiyi səs yazılarıdır. Zərərçəkmiş şəxs, nə də ki Şahid2 müraciətləri ilə bağlı kiminsə tərəfindən ona məlumat verilməmişdir. O yalnız Azərbaycan Respublikası Baş Prokurorluğunun “Facebook” sosial şəbəkəsindəki rəsmi internet səhifəsinə daxil olub orada onlayn müraciət etmiş şəxslərə zəng edib aldatmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğundan işləyən heç kimi tanımamışdır. Vətəndaşlara özünü fikrinə gələn müxtəlif adlarda təqdim etmişdir. Həmin adlı şəxslərin, o cümlədən Zahir Ağayev adlı şəxsin Azərbaycan Respublikası Baş Prokurorluğunda işləməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində dörd azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2022-ci ilin may ayında Azərbaycan Respublikasının Baş prokuroru Ağdam rayonunda vətəndaşları qəbul edən zaman o, qəbulda oğlu Şahid1 işsiz olduğunu bildirərək işlə təmin olunmasını xahiş etmişdir. Bundan bir müddət sonra oğlu Şahid1 bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun internet resursunda mövcud olan “Facebook” sosial şəbəkəsindəki profilinə bununla bağlı müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng gələrək özünü Baş prokurorluğun əməkdaşı Vüqar adlı şəxs kimi təqdim edən şəxs oğlu Şahid1 işə qəbul olunmasına köməklik göstərəcəyini ona bildirmişdir. Bundan sonra, o, həmin şəxsdən oğlunu X11 və ya Fövqəladə Hallar Nazirliyinə işə qəbul olunmasını xahiş etmişdir. Həmin şəxs oğlu Şahid1 Daxili İşlər Nazirliyinin Laçın rayon şöbəsinə işə qəbul olunmasına köməklik göstərəcəyini vəd edərək ondan bu işin müqabilində vəzifəli şəxs kimi özünə 4.200 manat pul verməli olduğunu bildirmiş, o, razılaşdıqdan sonra həmin pulu ona göndərəcəyi kart hesabına göndərməyini tapşırmışdır. Həmin tarixdə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən Cavid marketdə quraşdırılmış “eManat” ödəmə terminalına yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs zəng etmiş və sonuncunun ona göndərdiyi "xxxx"a məxsus son rəqəmləri 10576894 saylı kart hesabına ümumilikdə 4.160 manat pul köçürtmüşdür. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən ona zəng edərək oğlu Şahid1 işi ilə bağlı özünə 3.700 manat əlavə pul istəmişdir. O, Təqsirləndirilən şəxs maddi durumunun aşağı olduğu üçün istədiyi pulu verə bilməyəcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs ona həmin pulu verməli olduğunu əks təqdirdə oğlu Şahid1 işə qəbul olunmayacağını bildirmişdir. O, da məcbur qalaraq həmin gün yenidən həmin kart hesabına həmin ünvandan “eManat” ödəmə terminalı vasitəsi ilə 3.700 manat pul göndərməklə ümumilikdə Təqsirləndirilən şəxs ona verdiyi kart hesabına 7.860 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs ona verdiyi kart hesabına 7.860 manat pul göndərməyi ilə bağlı qəbzləri araşdırmaya təqdim etmişdir. Bir neçə gün sonra o, oğlu Şahid1 işə qəbul prosesi barədə maraqlanmaq üçün özünü Baş prokurorluğun əməkdaşı təqdim edən Təqsirləndirilən şəxs zəng etməyinə baxmayaraq onun zənglərinə cavab verməmiş və ona qarşı dələduzluq edildiyini başa düşmüşdür. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs ilə aralarında olan danışığın səs yazılarını araşdırmaya təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 3000 manat ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, xx.xx.2022ci il tarixdə evdə olarkən istifadəsində olan mobil telefondan həm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin həm də ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun elektron saytına daxil olaraq ona qarşı törədilmiş dələduzluq faktına görə şikayət ərizələri ilə müraciət etmişdir. Bir neçə gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə özünü Baş Prokurorluğunun əməkdaşı kimi təqdim edən ad və soyadının “Zahir Ağayev” olduğunu qeyd edən şəxs ***-***-**-** mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə zəng edərək, Baş Prokurorluğa etdiyi xx.xx.2022-ci il tarixli elektron müraciətinin araşdırma aparılması üçün ona verildiyini və ona qarşı dələduzluq edən şəxs Tavad Şirvanovanın adını qeyd etməklə sonuncunun əlaqə vasitələrini ondan istəmişdir. O da öz növbəsində həmin şəxsin əlaqə nömrələrini Zahir adlı şəxsə vermiş və sonuncu onunla əlaqə saxlayacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə özünü Baş Prokurorluğun əməkdaşı kimi təqdim edən şəxs onunla yenidən əlaqə saxlayaraq ona qarşı dələduzluq edən şəxslər ilə danışdığını, onun müraciəti üzrə işin xitam edilməsi üçün qarşı tərəfin ona 2.500 manat məbləğində rüşvət təklif etdiyini və onların bu təklifini rədd etdiyini bildirmişdir. Həmin danışıq zamanı həmin şəxs vəkillik fəaliyyəti ilə məşğul olan dostunun olduğunu, 250 manat pul müqabilində dostunun köməkliyi ilə məhkəməyə müraciət etməklə dələduzluq yolu ilə ona dəymiş ziyanı 3 gün ərzində qaytara biləcəyini və vəkilə verilməsi üçün qeyd etdiyi 250 manat pul vəsaitini tez bir zamanda onun kart hesabına köçürməyini ona demişdir. Həmin şəxs ilə danışıqları zamanı ona şübhə doğuran məsələlər olduğu üçün sonuncunun qəbuluna getmək istədiyini bildirmiş, özünü Zahir Ağayev kimi təqdim edən şəxs isə öz növbəsində onu xx.xx.2022-ci il tarixdə qəbul edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Zahir Ağayev onunla gün ərzində bir neçə dəfə əlaqə saxlayaraq 250 manat məbləğində pul vəsaitinin sonuncunun hesabına köçürülməsini ondan tələb etmiş, lakin həmin vaxt üçün onun pulu olmadığı üçün 250 manat pulu xx.xx.2022-ci il tarixdə göndərə biləcəyini demişdir. Həmin gün bir neçə dostuna bu məsələni danışmış və həmin şəxsin ona qarşı dələduzluq etmək istədiyini başa düşmüşdür. xx.xx.2022-ci il tarixdə həmin şəxs onunla yenidən əlaqə saxlayaraq 250 manat pul vəsaitini tapıb-tapmadığı ilə maraqlanmış, o isə öz növbəsində qeyd edilən pul vəsaitini tapa bilmədiyini bildirmiş və sonra bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermişdir. Həmçinin araşdırma zamanı özünü Baş Prokurorluğunun əməkdaşı kimi təqdim edən şəxs ilə aralarında olan səs yazılarını təqdim etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2021-ci ilin təxminən may aylarında anası X8 ona həmkəndliləri və Ağcabədi rayonun mərkəzində yaşayan Mürvət İbrahimovanın müxtəlif şəxsləri işə düzəltməklə məşğul olduğunu, sonuncu ilə görüşərək onu işə düzəltməyini xahiş edəcəyini demişdir. Bir az sonra anası X13 İbrahimova ilə danışdığını, onu Mürvət İbrahimovanın tanışı Rasim müəllim kimi təqdim etdiyi ad və soyadının sonradan Rahim Cabbarov olduğunu bildilkləri şəxsin vəzifədə olan yüksək vəzifəli tanışlarının vasitəsi ilə Fövqəladə Hallar Nazirliyinin Laçın rayon Yanğından Mühafizə xidmətinə yanğınsöndürən vəzifəsinə düzəldədəcəyinə söz verdiyini demişdir. Səhəri gün Mürvət İbrahimova anası Zərərçəkmiş şəxs zəng edərək Rahim Cabbarov ilə danışdığını və qeyd olunan məsələyə köməklik göstərəcəyini və sonuncunun bu işin müqabilində vəzifəli şəxslərə verəcəyi adı ilə 14.000 manat olmaqla, ilkin olaraq 1000 manat və qalan məbləği isə o, işə düzəldikdən sonra verməli olduqlarını bildirmişdir. 2021-ci ilin may ayının təxminən ortalarında anası Fəridə Musayevə X5 rayonunun mərkəzində yerləşən evinə gedərək özünə məxsus 1.000 manat pulu Mürvət İbrahimovaya vermişdir. Sonra anası evə gələrək Mürvət İbrahimovanın yanında Rahim Cabbarovla görüntülü video zəng ilə danışdığını, onu tanışı və Fövqəladə Hallar Nazirliyindəki yuxarı vəzifəli şəxsin köməyi ilə Laçın rayon Yanğından Mühafizə xidmətinə 14.000 manata işə düzəldəcəyini vəd etdiyini bildirmişdir. Təxminən 2 ay sonra Mürvət İbrahimovanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən anasının istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək Rahim Cabbarovun onun müvafiq sənədlərini və 6.000 manat pul tələb etdiyini anası Zərərçəkmiş şəxs bildirmiş, sonuncu isə onlarla bu cür danışmadığını, qalan məbləğin onun işə düzəldildikdən sonra verməli olduqlarını söyləsə də, Mürvət İbrahimova anası Mürvət Musayevaya əgər onun işinin düzəlməyini istəyiriksə 6000 manat pulu verməli olduqlarını demişdir. Zərərçəkmiş şəxs bu haqda ona deyərək məcbur qalıb 2021-ci ilin təxminən iyul ayının əvvələrində X5 rayonu Mərkəzində yerləşən evinə yenidən gedərək onun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və sürücülük vəsiqəsinin surətlərini, həmçinin 6.000 manat pulu Mürvət İbrahimovaya vermişdir. Onun sənədlərini verdikdən təxminən 10-15 gün sonra onun işə düzəldilmədiyini görüb anası Zərərçəkmiş şəxs Mürvət İbrahimova ilə əlaqə saxlayaraq narazılıq etmişdir. Bundan sonra Rahim Cabbarov anası Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq sonuncu ilə birlikdə onu X5 rayonunda olan evinə çağırmışdır. O, ilk dəfə Rahim Cabbarovu orda görmüşdür. Rahim Cabbarov orada onlara narahat olmamaqlarnı, Bakıya getdiyini onun işə qəbul məsələsinin həll edəcəyini demişdir. Təxminən 2-3 gün sonra Rahim Cabbarov ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı telefona zəng edərək artıq onun FHN-nin X10 Xidmətinin Mingəçevir şəhər şöbəsinə yaxın günlərdə işə qəbul olunacağını bildirərək, onu Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərinə çağırmış və eyni zamanda əlavə olaraq 1.000 manat da pul gətirmələrini bildirmişdir. Fəridə X7 Laçın rayon Yanğından mühafizə xidmətinə işə düzəldəcəklərinə söz verdiyini desə də Rahim Cabbarov bu cür alındığını onun Mingəçevir şəhər Yanğından Mühafizə Xidmətinə düzəltməyin mümkün olduğunu demişdir. O, anası Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərinə gələrək 20 yanvar metrostansiyasının yaxınlığındakı adsız kafedə təxminən 2021-ci ilin iyul ayının ortalarına yaxın Rahim Cabbarov ilə görüşmüş, görüş zamanı Rahim Cabbarov onun yanında anası Zərərçəkmiş şəxs 1.000 manat pulu almış və sonuncunun rayona geri qayıtmağını, lakin onun Bakı şəhərində qalmağını bildirmişdir. Fəridə X2 Bakı şəhərində qalma səbəbini soruşduqda sonuncu onu işə düzəlməyinə köməklik göstərən FHN-də yüksək vəzifədə işləyən Qasım adlı şəxs ilə görüşəcəyini bildirmiş və həmin günü onu “Lovella” restoranında Qasım müəllimlə görüşdürmüşdür. Qasım müəllim ona narahat olmamağını, işinin düzəldəcəyini demiş və o, restorandan çıxıb rayona geri qayıtmışdır. Bir müddət sonra Mürvət İbrahimova anasına zəng edərək Rahim Cabbarovun onu Mingəçevir şəhərinə deyil Laçın rayonuna Yanğından Mühafizə Xidmətinə işə düzələcəyini və idman normativlərindən və həkim komissiyasından keçməyi üçün əlavə olaraq 500 manat verməli olduqlarını və onun yenidən Bakı şəhərinə gedərək Rahimlə görüşməyini bildirmişdir. O, Mürvətin dediyi kimi Bakı şəhərinə getmiş və 2021-ci ilin avqust ayının təxminən ortalarında istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə Rahim Cabbarovla danışıb Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında kafedə görüşüb həmin kafedə 500 manat pulu Rahim Cabbarova verdikdən sonra onu burada kafedə gecələməyini, səhər həkim komissiyasından keçəcəyini və idman normativləri verəcəyini demişdir. Səhəri gün Rahim Cabbarov onu İctimai Televizyanın yanında yerləşən Yanğından mühafizə xidmətinin inzibati binasına apararaq turnikdə çəkindirmişdir. Orada hərbi formada olan şəxslərin ona güldüklərini görmüşdür. Oradan çıxdıqdan sonra həkim komissiyasından keçirməli olmağına baxmayaraq Rahim Cabbarov ona rayona qayıtmağını demişdir. Bir müddət sonra o və anası Zərərçəkmiş şəxs onun işə qəbul olunma prosessinin gecikdiyini gördükləri üçün mütəmadi olaraq Mürvət İbrahimova və Rahim Cabbarova zənglər etməyə başlamış və verdikləri pulu geri tələb etmişdirlər. Buna baxmayaraq onlar müxtəlif bəhanələr gətirərək işin yaxın günlərdə düzələcəyinə dair ona və anası Zərərçəkmiş şəxs yalan vədlər vermiş, onun işə düzəlməsi üçün anası Zərərçəkmiş şəxs aldıqları sonuncuya məxsus 8500 manat pulu geri qaytarmamışlar. Həmçinin o, qeyd etmişdir ki, Mürvət İbrahimova və Rahim Cabbarovun anası Zərərçəkmiş şəxs ilə arasında olan danışıqları, həmçinin onun telefon nömrəsindəki whatsapp proqramı ilə anası Zərərçəkmiş şəxs və ona göndərdikləri səs yazılarını və yazışmanı araşdırma zamanı təqdim etmişdirlər. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayında anası Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Baş Prokurorunun Ağdam rayonunda vətəndaşları qəbul edən zaman qəbula onunla gedərək onun işsiz olduğunu bildirərək işlə təmin olunmağını xahiş etmişdir. O və anası Zərərçəkmiş şəxs Ağdam rayon prokurorluğuna qəbul üçün gedən zaman təsadüfən Mürvət İbrahimova və Rahim Cabbarovun orada olduqlarını görmüş və onlar anasından qəbula gəlməklərinin səbəbini soruşduqda anası onun işlə təmin olunmağı üçün Baş Prokurordan xahiş etmək üçün gəldiklərini bildirmişdir. Bundan bir müddət sonra xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən anası Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng edib özünü Baş prokurorluğun əməkdaşı kimi olmaqla Təqsirləndirilən şəxs kimi təqdim edərək onun işə qəbul olunmağına köməklik göstərəcəyini anası Zərərçəkmiş şəxs bildirmişdir. Anası bu barədə ona məlumat vermişdir. Bundan sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim şəxs köməklik göstərəcəyini vəd edərək anası Zərərçəkmiş şəxs bu işin müqabilində özünə “şirinlik” kimi 4.200 manat pul tələb etmişdir. Anası onunla razılaşdıqdan sonra həmin pulu göndərəcəyi kart hesabına göndərməklərini tapşırmışdır. O, anası ilə birlikdə həmin gün ödəmə terminalına yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs anası zəng etmiş və onun anasına verdiyi "xxxx"a məxsus son rəqəmləri 10576894 saylı kart hesabına Ağcabədi rayonu, X14 marketdəki eManat ödəniş terminalından ümumilikdə 4.160 manat pul göndərmişdirlər. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən anasına zəng edərək 3700 manat əlavə pul istəmişdir. Anası Zərərçəkmiş şəxs maddi durumların aşağı olduğu üçün istədiyi pulu verə bilməyəcəklərini bildirmiş lakin Təqsirləndirilən şəxs həmin pulu verməli olduqlarını, əks təqdirdə onun işə qəbul olunmayacağını bildirmişdir. Anası Zərərçəkmiş şəxs borc alıb həmin gün yenidən həmin kart hesabına Ağcabədi rayonu, X14 marketdəki eManat ödəniş terminalından 3700 manat pul göndərməklə ümumilikdə Təqsirləndirilən şəxs verdiyi hesaba 7860 manat pul göndərmişdirlər. Pulu köçürdükdən sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq onun qeyd etdiyi telefon nömrəsinə onun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, sürücülük vəsiqəsinin sürətini göndərməyini demişdir. O, da həmin sənədlərin şəkillərini çəkib Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs verdiyi kart hesabına 7860 manat pul göndərməkləri ilə bağlı qəbzləri araşdırmaya təqdim etmişdirlər. Bir neçə gün sonra onun işə qəbul prosesi barədə maraqlanmaq üçün Təqsirləndirilən şəxs zəng etməklərinə baxmayaraq sonuncu zənglərə cavab verməmiş və onlara qarşı dələduzluq edildiyini başa düşmüşdürlər. Təqsirləndirilən şəxs onun mobil telefonuna whatsaap proqramı vasitəsi ilə göndərdiyi səs yazılarını da istintaqa təqdim etmişdirlər. Bundan başqa o, ifadəsində göstərmişdir ki, işə qəbul üçün göndərdiyi şəxsiyyət vəsiqəsinin şəkli ilə Təqsirləndirilən şəxs onun xəbəri olmadan ***-***-**-** saylı mobil telefon nömrəsi alaraq başqa bir şəxsə vəkilə vermək adı ilə 250 manat pul tələb etmişdir.Lakin onun bu olanlardan heç bir məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 30 avqust 2022-ci il tarixli, 4/1207 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, 1. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu aşağıda mətnlərdən ibarətdir; “WhatsApp Audio 2022-08-09 at 12.27.27” K – Sizə bir 15 dəyqiyə əlaqə saxlıyıcam. “WhatsApp Audio 2022-08-09 at 12.27.28 (1)” K – Yaxşı, mən sizə kömək eliyəcəm. İndi danışım, mən sizə kömək eliyəcəm. Bir 10, 10 dəyqiyə, 15 dəyqiyə əlaqə saxlayacam səynən. “WhatsApp Audio 2022-08-09 at 12.27.28 (2)” K – Salam. Oğlum, iclasdı indi. Qoy bidənə iclas qutarsın, mən sənə zəng eliyəcəm. 1 saata, saat yarıma zəng eliyirəm. Bugünnəri sən formanı da alacağsan, sən təsdiq olunacaq və imza atacaqsan. Allah qoysa səhər işdəsən. “WhatsApp Audio 2022-08-09 at 12.27.28 (3)” K – Sadəcə olaraq, mənə bir az səbirli olginan. Bidənə iclas qutarsın, indi zəng eliyəcəm sənə. “WhatsApp Audio 2022-08-09 at 12.27.28” K – Arxayın ol, get bala, get. Yaxşı olacey, inşallah K – Tamam, tamam qardaş, tamam. Arxeyin ol. İnşallah. “WhatsApp Audio 2022-08-09 at 12.27.55” K – Salam K2 – Vüqar məllimdi danışan? K – Xeyr K2 – İı Vüqar məllim, siz bizə karta pul vurmuşdunuz e. Bu nə haqq-hesabdı? Bizim başımıza niyə belə oyun aşdınız? K – Kimdi danışan, qardaş? Bəxtiyar məllimdi siznə/// siznən danışır Q2 – Xeyr, Vüqar məllimdi K2 – Xeyr, Vüqar məllim kimi təqdim eləmişdiz özünüzü. O biri nömrə də işdəmir K – Kimdi bu? K2 – Bizə karta pul vurdumuşdunuz e, zəng eləmişdiniz/// Q2 – Dediniz e, Fəridə xanım/// K – ... Q2 – Dediniz e Fəridə xanım, siz prokurorruxdan danışır. Sizin oğlunuzun işnən bağlı K – ... danışır/// Q2 – İndi danış görək sən bu nə haqq-hesabıydı siz bizim başımıza aşdınız? K – Allah eləməsin heç kim heç kimin/// Q2 – Nətər Allah eləməsin? Keçən ayın 16-sı mənim oğlum işdə olmalıydı. Mənim evdə otduğum yerdə bu nə işiydi siz mənim başımıza aşdınız? K – ... əlaqə saxlıyıram. Oldumu? Q2 – Yox, indi əlaqə saxla, elə sən biznən. Görək bu nə iş idi, nə oyunuydu/// K – Mən bir insan kimi deyirəm ki, ay bacım, ay anam/// Q2 – Sən bir insan kimi mana bir aydı pulu yüklətmisən, niyə telefonnu üzümə açmırsan? K – Ay xanım, vallah/// Q2 – Bu nə fırıldaxçılıxdı, bu nə dələduzduxdu? Belə şey olar? Adam adamın başına belə haqq-hesab açar? K – Gör nə deyirəm sizə, gör nə deyirəm, ortada nə dələduzdux işi var/// Q2 – Bəs yoxdusa, dələduzduğ işi yoxdusa, sən mana 7860 manatı yüklədib niyə maa cavab vermirsən? K2 – Dələduzsan dayna K – Anam, səbrli ol, mən sənə 1 saata zəng eliyirəm. Oldu? Q2 – Səbrli olmaq yoxdu axı day
2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnlərində, K2 kimi işarələnmiş diktorun səsi və nitqi Şahid1, Q2 kimi işarələnmiş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs məxsusdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş Əhmədov X3 Rayon Xalq Məhkəməsinin 30 avqust 1995-ci il tarixli hökmü ilə köhnə redaksiyada AR CM-in 147.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.1999-cu il tarixdə AR Milli Məclisinin xx.xx.1998-ci il tarixli amnistiya qərarına əsasən azad olunmuşdur. Binəqədi Rayon Xalq Məhkəməsinin 28 sentyabr 1999-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs köhnə redaksiyada AR CM-nin 226-1.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2001-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 22 may 2001-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2003-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2003-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Nizami Rayon Məhkəməsinin 30 oktyabr 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Səbail Rayon Məhkəməsinin 16 fevral 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Səbail Rayon Məhkəməsinin 16 fevral 2012-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs əməli AR CM-nin 178.2.2-ci maddəsindən CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş və barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 21 oktyabr 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs cəza müddəti 05 ilə endirilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs AR CM-nə dəyişikliklər olunması haqqında qanun tətbiq olunaraq əməli CM-nin 178.1-ci maddəsinə tövsif olunmuş, barəsində 02 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəza müddətini çəkməsi nəzərə alınaraq xx.xx.2016-cı il tarixdə azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Xəzər Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin Təhlükəsizlikni təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai Təhlükəsizlik, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə təcrübəsinə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir. Məhkəmələrə izah edilsin ki, təqsirkarın belə hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-nin 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Lakin özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 310-cu maddələri ilə tövsif edilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində dörd azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsinə əsasən “Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən “Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi - beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4, 310, 32.4 və 312.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310, və 312.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 300 (üç yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 310, və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Maddi sübut olan 03 (üç) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 07 saata görə 42 (qırx iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Sədrlik edən Hüseyn Hüseynli