Məhkəmə qərarları › İş №1(003)-86/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-86/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-86/2024 12.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 614/2023 saylı 24 avqust 2023-cü il tarixli Qərarı ilə dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 14 sentyabr 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və 2) xx xxxxxxxx 1980-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 2 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Qızılqum bağlar massivində yerləşən fərdi bağ evində yaşayan, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 614/2023 saylı 24 avqust 2023-cü il tarixli Qərarı ilə dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 20 noyabr 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Aftandil oğlu tanışı Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2022-ci il sentyabrın əvvəllərindən 15 yanvar 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Mövsümi bağlar massivində yerləşən nömrəsiz bağ evinə qanunsuz daxil olaraq dəyəri 200 manat olan 01 ədəd dəmir pilləkən, dəyəri 1000 manat olan dəmir 01 ədəd su çəni, hər birinin dəyəri 250 manat olan 2000 manat dəyərində 08 ədəd dəmir qapı, dəyəri 150 manat olan 01 ədəd dəmir barmaqlıq, dəyəri 500 manat olan 01 ədəd dəmir stol, dəyəri 500 manat olan dəmir seyf, dəyəri 1000 manat olan 01 ədəd “Beko” markalı kondisioner, hər birinin dəyəri 250 manat olan 03 ədəd 750 manat dəyərində çarpayı, dəyəri 200 manat olan 01 ədəd plastik qapı, dəyər 300 manat olan 01 ədəd plastik pəncərə, dəyəri 200 manat olan 01 ədəd dəmir soba, hər birinin dəyəri 40 manat olan 10 ədəd 400 manat dəyərində çuqun perilanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 7200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Aftandil oğlu təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2022-ci il dekabrın əvvəllərindən 21 may 2023-cü il tarixdə tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1128A saylı bağ evinə qanunsuz daxil olaraq dəyəri 130 manat olan 01 ədəd suqızdırıcı kalonka, hər birinin dəyəri 150 manat olan 300 manat dəyərində 2 ədəd unitaz, hər birinin dəyəri 200 manat olan 02 ədəd əl-üzyuyucu, evin otaqları üzərində olan hər birinin dəyəri 250 manat olan 750 manat dəyərində 03 ədəd dəmir qapı, dəyəri 100 manat olan duş komplekt, hər birinin dəyəri 50 manat 200 manat dəyərində 4 ədəd kran, hər birinin dəyəri 1000 manat olan 2000 manat dəyərində 2 ədəd soyuducu, dəyəri 600 manat olan 01 ədəd buzlayıcı soyuducu, dəyəri 200 manat olan 01 ədəd qaz-elektrik sobası, dəyəri 1000 manat olan 01 ədəd paltaryuyan maşın, dəyəri 120 manat olan 01 ədəd mətbəx əl-üzyuyanı, dəyəri 300 manat olan 01 ədəd kartof free bişirən, ümumi dəyəri 2000 manat olan qab-qacaq dəstləri, hər birinin dəyəri 500 manat olan 1000 manat dəyərində 02 ədəd “LG” markalı kondisioner, dəyəri 850 manat olan 01 ədəd dəmir çarpayı, dəyəri 200 manat olan 01 ədəd elektrik qızdırıcı, hər birinin dəyəri 1000 manat olan 2000 manat dəyərində 02 ədəd xalça, dəyəri 50 manat olan 01 ədəd dəmir asılqan, ümümi dəyəri 400 manat olan müxtəlif kişi və qadın paltarları, ümumi dəyəri 1000 manat olan yorğan-döşək dəsti, ümumi dəyəri 1000 manat olan 20 ədəd plastik stullar, ümumi dəyəri 300 manat olan kabab-manqal və sac dəsti, həyətdə olan dəyəri 400 manat olan 01 ədəd su sayğacını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 16300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 Aftandil oğlu ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2022-ci il sentyabrın əvvəllərindən 15 yanvar 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mövsümi bağlar massivində yerləşən nömrəsiz bağ evinə qanunsuz daxil olaraq dəyəri 200 manat olan 01 ədəd dəmir pilləkən, dəyəri 1000 manat olan dəmir 01 ədəd su çəni, hər birinin dəyəri 250 manat olan 2000 manat dəyərində 08 ədəd dəmir qapı, dəyəri 150 manat olan 01 ədəd dəmir barmaqlıq, dəyəri 500 manat olan 01 ədəd dəmir stol, dəyəri 500 manat olan dəmir seyf, dəyəri 1000 manat olan 01 ədəd “Beko” markalı kondisioner, hər birinin dəyəri 250 manat olan 03 ədəd 750 manat dəyərində çarpayı, dəyəri 200 manat olan 01 ədəd plastik qapı, dəyər 300 manat olan 01 ədəd plastik pəncərə, dəyəri 200 manat olan 01 ədəd dəmir soba, hər birinin dəyəri 40 manat olan 10 ədəd 400 manat dəyərində çuqun perilanı gizlinı olaraq talamaqla Zərərçəkmiş şəxs1 7200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tanışı Təqsirləndirilən şəxs1 Aftandil oğlu ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2022-ci il dekabrın əvvəllərindən 21 may 2023-cü il tarixdə tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1128A saylı bağ evinə qanunsuz daxil olaraq dəyəri 130 manat olan 01 ədəd suqızdırıcı kalonka, hər birinin dəyəri 150 manat olan 300 manat dəyərində 2 ədəd unitaz, hər birinin dəyəri 200 manat olan 02 ədəd əl-üzyuyucu, evin otaqları üzərində olan hər birinin dəyəri 250 manat olan 750 manat dəyərində 03 ədəd dəmir qapı, dəyəri 100 manat olan duş komplekt, hər birinin dəyəri 50 manat 200 manat dəyərində 4 ədəd kran, hər birinin dəyəri 1000 manat olan 2000 manat dəyərində 2 ədəd soyuducu, dəyəri 600 manat olan 01 ədəd buzlayıcı soyuducu, dəyəri 200 manat olan 01 ədəd qaz-elektrik sobası, dəyəri 1000 manat olan 01 ədəd paltaryuyan maşın, dəyəri 120 manat olan 01 ədəd mətbəx əl-üzyuyanı, dəyəri 300 manat olan 01 ədəd kartof free bişirən, ümumi dəyəri 2000 manat olan qab-qacaq dəstləri, hər birinin dəyəri 500 manat olan 1000 manat dəyərində 02 ədəd “LG” markalı kondisioner, dəyəri 850 manat olan 01 ədəd dəmir çarpayı, dəyəri 200 manat olan 01 ədəd elektrik qızdırıcı, hər birinin dəyəri 1000 manat olan 2000 manat dəyərində 02 ədəd xalça, dəyəri 50 manat olan 01 ədəd dəmir asılqan, ümümi dəyəri 400 manat olan müxtəlif kişi və qadın paltarları, ümumi dəyəri 1000 manat olan yorğan-döşək dəsti, ümumi dəyəri 1000 manat olan 20 ədəd plastik stullar, ümumi dəyəri 300 manat olan kabab-manqal və sac dəsti, həyətdə olan dəyəri 400 manat olan 01 ədəd su sayğacını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 16300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Aftandil oğlu ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, özü Mərdəkan qəsəbəsi Əncir bağları massivində yaşayır. Qızılqum bağlar massivində yaşayan Valehi tanıyır və normal münasibəti vardır. 2022-ci ilin dekabr ayında Valeh ilə birlikdə Mərdəkan qəsəbəsi Mövsümi bağ massivində yerləşən sonradan adını bildiyi Samir adlı şəxsin bağına hasardan aşmaqla daxil olmuşlar. Həyətdən 01 ədəd dəmir qapını, 40-50 kq dəmir boruları, dəmir parçalarını, hasarın üzərindən 1 ədəd tonluq su çənini və unutduğu digər malları oğurlayaraq müxtəlif maşınlarla gəzib metal yığan şəxslərə satmışlar. Həmin malları hissə-hissə olmaqla bir neçə dəfəyə oğurlamışlar. Həmçinin, 2023-cü il may ayının əvvəllərində Valeh ilə birlikdə narkotik vasitə üçün pul əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gələrək Mərdəkan qəsəbəsi ərazisində münasib evləri axtarırmışlar. Axşam saatlarında Mərdəkan qəsəbəsi “Sahib” marketin yaxınlığında yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus olan evə hasardan aşaraq həyətə daxil olmuşlar. Həyət darvazasını açıb taksi fəaliyyəti ilə məşğul olan “QAZEL” sürücüsü olan tanımadığı şəxsi həyətə dəvət edib öz evi olduğunu bildirmişlər. Evdən 2 ədəd soyuducunu, bir ədəd qaz sobasını, bir ədəd qabyuyan maşını, 2 ədəd kondisioner və unutduğu digər malları “QAZEL”ə yükləyib aparıb öz malı kimi tədqim edərək tanımadığı müxtəlif şəxslərə birlikdə satmış, əldə etdikləri pulu öz aralarında yarı bölüb narkotik vasitələrin istifadəsi üçün xərcləmişlər. Törətdiyi əməllərdən peşman olmuşdur, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəyə bilməmiş və onlarla barışıq əldə edə bilməmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Elmanı tanıyır və aralarında normal münasibəti vardır. 2022-ci ilin dekabr ayında Elman ilə birlikdə Mərdəkan qəsəbəsi Mövsümi bağ massivində yerləşən sonradan adını bildiyi Samir adlı şəxsin bağına hasardan aşmaqla daxil olmuşlar. Həyətdən 01 ədəd dəmir qapı, 40-50 kq dəmir boruları, dəmir parçalarını, hasarın üzərindən 1 ədəd tonluq su çənini və unutduğu digər malları oğurlayaraq müxtəlif maşınlarla gəzib metal yığan şəxslərə satmışlar. Həmin malları hissə-hissə olmaqla bir neçə dəfəyə oğurlamışlar. Həmçinin, 2023-cü il may ayının əvvəllərində Elman ilə birlikdə narkotik vasitə üçün pul əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gələrək Mərdəkan qəsəbəsi ərazisində münasib evləri axtarırmışlar. Axşam saatlarında Mərdəkan qəsəbəsi “Sahib” marketin yaxınlığında yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus olan evə hasardan aşaraq həyətə daxil olmuşlar. Həyət darvazasını açıb taksi fəaliyyəti ilə məşğul olan “QAZEL” sürücüsü olan tanımadığı şəxsi həyətə dəvət edib öz evi olduğunu bildirmişlər. Evdən 2 ədəd soyuducunu, bir ədəd qaz sobasını, bir ədəd qabyuyan maşını, 2 ədəd kondisioner və unutduğu digər malları “QAZEL”ə yükləyib aparıb öz malı kimi tədqim edərək tanımadığı müxtəlif şəxslərə birlikdə satmış, əldə etdikləri pulu öz aralarında yarı bölüb narkotik vasitələrin istifadəsi üçün xərcləmişlər. Törətdiyi əməllərdən peşman olmuşdur, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəyə bilməmiş və onlarla barışıq əldə edə bilməmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 göstərdi ki, Mərdəkan qəsəbəsi Mövsümi bağlarda yerləşən nömrəsiz bağ evi vardır. Həmin bağ sahəsində qışda yaşamadığı üçün bir neçə ay ərzində bağ sahəsi boş qalır. 2022-ci ilin sentyabr ayının əvvəllərində sonuncu dəfə bağ evində olmuşdur. 15 yanvar 2023-cü il tarixdə bağ evinə gələndə evin darvazasının açıq vəziyyətdə olduğunu görmüşdür. Naməlum şəxs və ya şəxslər evin seyf qapısını qıraraq evdən dəyəri 200 manat olan dəmir pilləkən, dəyəri 1000 manat olan dəmir su çəni, hər birinin dəyəri 250 manat olan 2000 manat dəyərində 08 ədəd dəmir qapı, dəyəri 150 manat olan 01 ədəd dəmir barmaqlıq, dəyəri 500 manat olan 01 ədəd dəmir stol, dəyəri 500 manat olan dəmir seyf, dəyəri 1000 manat olan 01 ədəd “Beko” markalı kondisioner, hər birinin dəyəri 250 manat olan 03 ədəd 750 manat dəyərində çarpayı, dəyəri 200 manat olan 01 ədəd plastik qapı, dəyər 300 manat olan 01 ədəd plastik pəncərə, dəyəri 200 manat olan 01 ədəd dəmir soba, hər birinin dəyəri 40 manat olan 10 ədəd 400 manat dəyərində çuqun perila oğurlamışlar. Oğurluq nəticəsində ona 7200 manat maddi ziyan dəymiş, lakin həmin zərər indiyə qədər ödənilmədiyi üçün o, şikayətçidir. Dəymiş ziyanın ödənilməsi xahiş edir, təqsirləndirilən şəxsə isə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Mərdəkan qəsəbəsi 1128A saylı bağ evi vardır. Həmin bağ sahəsində qışda yaşamadığı üçün bir neçə ay ərzində bağ sahəsi boş qalır. 2022-ci ilin dekabr ayının əvvəllərində sonuncu dəfə bağ evində olmuşdur. xx.xx.2023-cü il tarixdə bağ evinə gələndə evin darvazasının açıq vəziyyətdə olduğunu görmüşdür. Naməlum şəxs və ya şəxslər evin seyf qapısını qıraraq evdən dəyəri 130 manat olan suqızdırıcı kalonka, hər birinin dəyəri 150 manat olan 300 manat dəyərində 2 ədəd unitaz, hər birinin dəyəri 200 manat olan 02 ədəd əl-üzyuyucu, evin otaqlarına giriş olan hər birinin dəyəri 250 manat olan 750 manat dəyərində 03 ədəd dəmir qapı, dəyəri 100 manat olan duş komplekt, hər birinin dəyəri 50 manat 200 manat dəyərində 4 ədəd kran, hər birinin dəyəri 1000 manat olan 2000 manat dəyərində 2 ədəd soyuducu, dəyəri 600 manat olan 1 ədəd buzlayıcı soyuducu, dəyəri 200 manat olan qaz-elektrik sobası, dəyəri 1000 manat olan 01 ədəd paltaryuyan maşın, dəyəri 120 manat olan mətbəx əl-üzyuyanı, dəyəri 300 manat olan kartof free bişirən, ümumi dəyəri 2000 manat olan qab-qacaq dəstləri, hər birinin dəyəri 500 manat olan 1000 manat dəyərində 02 ədəd “LG” markalı kondisioner, dəyəri 850 manat olan 01 ədəd dəmir çarpayı, dəyəri 200 manat olan elektrik qızdırıcı, hər birinin dəyəri 1000 manat olan 2000 manat dəyərində 02 ədəd xalça, dəyəri 50 manat olan dəmir asılqan, ümümi dəyəri 400 manat olan müxtəlif kişi və qadın paltarları, ümumi dəyəri 1000 manat olan yorğan-döşək dəsti, ümumi dəyəri 1000 manat olan 20 ədəd plastik stullar, ümumi dəyəri 300 manat olan kabab-manqal və sac dəsti, həyətdə olan dəyəri 400 manat olan su sayğacı oğurlamışlar. Oğurluq nəticəsində ona 16300 manat maddi ziyan dəymiş, lakin həmin zərər indiyə qədər ödənilmədiyi üçün o, şikayətçidir. Dəymiş ziyanın ödənilməsi xahiş edir, təqsirləndirilən şəxsə isə hər hansı cəzanın verilibverilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, özünə məxsus “QAZEL” markalı 12 ?? 963 dövlət qeydiyyat nişanlı avtomobil ilə səyyar qaydada məhəlləri gəzərək metal qəbul edir, həmin metalı kq çəki ilə bazar qiymətinə uyğun pul verib alır. 2022-ci ilin dekabr ayında Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olarkən sonradan adını bildiyi Valeh və Elman adlı şəxsləri görmüş, Valeh ona yaxınlaşaraq öz həyətində metal olduğunu və satdığını demiş, o da ona inanaraq onun dediyi həyətə sürmüşdür. Həmin həyət onlara deyil, sonradan adını bildiyi Cabbarov Samirə məxsus imiş. Valeh və Elman həyətdən çürük dəmir su çənini, sınıq plastik stul qırıqlarını və unutduğu xırda digər metalları gətirib ona təhvil vermiş, o da həmin əşyaları çəki ilə alaraq onlara cəmi 20 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o hazırda Xəzər rayonu “Qala yolu” deyilən ərazidə metal qəbulu məntəqəsini icarə əsasında işlədir. Fərdi qaydada əlvan və qara metal qəbul edir. Bir neçə ay əvvəl işdə olarkən 2 nəfər tanımadığı şəxs, sonradan adlarını bildiyi Valeh və Elman ona yaxınlaşaraq metal təhvil vermək istədikldərini bildirib 01 ədəd dəmir qapı vermişlər. O, onlara demişdir ki, “ev qapısına oxşayır, oğurluq deyil?”. Onlar isə onu əmin etmişlər ki, öz həyətlərindəki yararsız qapıdır, oğurluq deyildir. Sonra onlardan şəxsiyyət vəsiqəsi istəmiş, onlar vəsiqələrinin üstəndə olmadığını bildirmişlər. Buna görə də onların hər ikisinin şəkillərini çəkmiş və 30 manat verib həmin dəmir qapını onlardan almışdır. Həmin dəmir qapını bir müddət sonra zavoda əritməyə təhvil vermişdir. Təxminən 2 ay sonra polis əməkdaşları metal qəbulu məntəqəsinə gələrək həmin dəmir qapının oğurluq olmasını bildirmişlər. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin dəqiqliyini yoxlamaq üçün onların ifadələri yerində yoxlanılmış və onlar, ifadələrində qeyd etdikləri xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 02 mart 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 02 mart 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-803/2023 saylı 17 noyabr 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində 15 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) bir günə 2 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmələri onların özlərinin etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 20 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində saxlanılmış, 21 yanvar 2023-cü il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-614/2023 saylı 24 avqust 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs1 10 avqust 2023-cü il və 24 avqust 2023-cü il tarixlərə təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış 14 sentyabr 2023-cü il tarixli 3-13-45-1/2-12189/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs1 14 sentyabr 2023-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixə qədər saxlanıldığı 1 (bir) gün müddət CMnin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli sonuncu dəfə saxlanıldığı 14 sentyabr 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 barəsində hazırkı cinayət işi üzrə seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-614/2023 saylı 24 avqust 2023-cü il tarixli Qərarı ilə dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, 20 noyabr 2023-cü il tarixdə o, saxlanılaraq Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına təhvil vermiş, buna görə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-803/2023 saylı 17 noyabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il müddətə (CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə) azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə bərabər tutulmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək saxlandığı 1 (bir) gün və 15 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, ümumilikdə 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə iclasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-803/2023 saylı 17 noyabr 2023-cü il tarixli hökmü ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində 15 iyul 2023-cü il tarixdə saxlanılmış və 17 iyul 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə iclasında hazırkı cinayət işinin materialları ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 20 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 21 yanvar 2023-cü il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-614/2023 saylı 24 avqust 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs2 10 avqust 2023-cü il və 24 avqust 2023-cü il tarixlərə təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış 20 noyabr 2023-cü il tarixli 3-13-45-1/2-14967/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs2 20 noyabr 2023-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək saxlandığı 1 (bir) gün və 15 iyul 2023cü il tarixdən 17 iyul 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, ümumilikdə 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli sonuncu dəfə saxlanıldığı 20 noyabr 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X1 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) 240,00 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 30 iş saatına görə 180,00 (yüz səksən) manat, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 10 iş saatına görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 480,00 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli sonuncu dəfə tutulduğu 20 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə bərabər tutulmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək saxlandığı 1 (bir) gün və 15 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, ümumilikdə 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli sonuncu dəfə tutulduğu 20 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 240,00 (iki yüz qırx) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 tətəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 180,00 (yüz səksən) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tətəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 480,00 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar