Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-869/2023 01.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,672 qram ağ rəngli kristallik kütlə kustar üsulla hazırlanmış, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 06:10 radələrində DİN-in ƏÇPA-nın 1-ci PŞ-nin əməkdaşları tərəfindən Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində xidmətdə olduqları zaman Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, “Sülh” düşərgəsinin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., A.Məhərrəmov küçəsi, ev 29, mənzil 37-də ailəsi ilə birlikdə yaşayır. Təxminən 10 ildən çoxdur ki, əsəb xəstəlityindən əziyyət çəkir və buna görə müalicə olunmuşdur, hazırda da psixotriya xəstəxanasında qeydiyyatdadır və mütəmadi müalicə olunur. Əsəb xəstəsi olduğuna görə təxminən bir il olar ki, tərkidində psixotrop maddə olan sakitləşdiricidən dərman kimi istifadə edir. Bunun üçün İnstagram səhifəsində İran İslam Respublikasının vətəndaşı, eyni zamanda Bakı şəhərində yaşayan kimi özünü Əli adı ilə təqdim edən şəxsdən sakitləşdirici dərman istəmişdir. O, Talehə bildirmişdir ki, “problem yoxdur, təşkil edərəm, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində Sülh düşərgəsi var, onun yaxınlığında bir yerdə zibil qutusunun altına qoyaram gedib oradan götürərsən, 80 manat pulu da mənim kartıma köçürdərsən”. Taleh də onunla razılaşmış, Mərdəkan qəsəbəsini yaxşı tanımadığına görə ona demişdir ki, həmin yerdən konum göndərsin, həmin şəxs də ona dərmanı qoyduğu yerdən konum göndərmişdir. Bunun üçün həmin gün, yəni xx.xx.2023-cü il tarixdə gecə saatlarında tanışı Familə zəng vurub demişdir ki, maşın tapmaq lazımdır ki, birlikdə Mərdəkana getsinlər, özünə əsəb dərmanı sifariş vermişdir və oradan onu götürməlidır. Famil də taksi kimi işləyən tanışı Əlləzə zəng vurub ona demişdir, Əlləz də razılaşmış və bildirmişdir ki, “indi yorğunam, bir az yatım səhər tezdən gedərik”. Onlar səhər tezdən Əlləzlə birlikdə Bakı şəhəri, 4-cü mikrorayonda görüşüb Mərdəkan qəsəbəsinə gəlmişlər. Saat təxminən 06 radələrində Mərdəkan qəsəbəsinə həmin şəxsin dediyi yerə çatmışlar. Çatanda Əlləzə demişdir ki, avtomobili saxlasın ki, tək gedib həmin maddəni götürsün, ona görə həmin yerə çatmamış avtomobili saxlatdırmış, düşüb özü sakitcə həmin yerə yaxınlaşmışdır. Onun dediyi kimi, dərmanı yolun kənarında zibil qutusunun altında qoyulmalı idi. Taleh onun dediyi yerdə başqa bir büküm tapmış, fikirləşləşmişdir ki, bu onun dediyim dərman deyil, psixotrop maddə olan “patı” kimi tanıdığı maddədir, ona görə orada bir az axtarmağı çox vaxt çəkdiyinə görə Famil də düşüb ona yaxınlaşmışdır, Famil ondan nə axtardığını soruşanda bir anlıq fikirləşmışdır ki, Famil onsuz da biləcək, ona görə məsələni ona danışmaq istəyən zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Onlarla danışanda özünü itirmiş, qaçmaq istəmiş, lakin ayağı yerdəki dəmir parçasına ilişərək şalvarımın sol ayaq hissəsi cırılmış, polis əməkdaşları onlar saxlayıb 1-ci PŞ-nə aparmışlar. Orada xidməti otaqların birində müdafiəçinin iştirakı və videoçəkilişlə ona təklif olunmuşdur ki, üzərində saxlanılması və gəzdirilməsi qadağan olan hər hansı bir əşya və ya maddə varsa könüllü təqdim etsin. O, da bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükümdə “patı” kimi tanıdığı psixotrop maddədir. Bundan sonra polis əməkdaşları üzərinə baxış keçirmişlər, axtarış nəticəsində üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi büküm qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Özü, müdafiəçisı və içtirakçılar qablaşdırmanı imzalamış və bu barədə protokol tərtib olunduqdan sonra ona ucadan oxunmuş və doğru yazıldığından imzalarla təsdiq etmişlər. Bildirmişdir ki, təqdim etdiyi maddəni dərman adı ilə özünə şəxsi istifadə etməyi üçün əldə etdiyini, həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yaşayan İranlı Əli kimi özünü ona təqdim edən şəxsdən 80 manata razılşamışdır ki, Mərdəkan qəsəbəsində qoyduğu yerdən götürəndən sonra pulu onun kartına göndərəcək. Yaşadığı ünvanda narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə olmadığını, nə var olubsa üzərində olduğunu, onu da 1-ci PŞ-də təqdim etdiyini qeyd etmişdir. Psixotrop maddə tərkibli maddədən əsəblərinin sakitləşməsi məqsədi ilə istifadəsindən başqa satışı ilə məşğul olmadığını, yalnız istifadə etdiyini bildirmişdir. Bildirmişdir ki, əvvəllər psixotrop maddə tərkibli dərmanları əldə etdiyi şəxsləri tanımır, Bakı və şəhərinin müxtəlif yerlərində görüşüb almışdır, sonuncu dəfə əldə etdiyi maddəni ona satan şəxsi isə heç görməmişdir. İnstagram vasitəsi ilə onunla yazışmışdır. O, Talehə bildirmişdi ki, Bakı şəhərində yaşayır və adı da Əlidir. Xəzər rayonu, Mərdəkan qəsəbəsinə gəldiyi Famil və Əlləz adlı şəxslərə hansı məqsədlə gəldiyini deməmişdir, Familə demişdim ki, taksi lazımdır ki, Mərdəkana getsinlər, Famil də ona köməklik üçün tanışı Əlləzə demiş və Əlləz azılaşdıqdan sonra onun avtomobili ilə Mərdəkana gəlmişlər. Əlləzin yol pulunu da özü verməli olmuşdur. Qeyd etmişdir ki, Famil yol boyu yatmışdır, Əlləzi də həmin gün tanımışdır, onların heç biri onun hansı məqsədlə Mərdəkana gəlməyini bilməmişdir, təkcə Familə dərman üçün detdiyini demişdir, polis əməkdaşları onları tutandan sonra bilmişlər. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində bir azyşalı uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., Mir Cəlal küçəsi, ev 10, mənzil 77-də ailəsi ilə birlikdə yaşayır. Təxminən 2-3 il olar ki, narkotik vasitə və psixotrop maddələrdən arabir çəkmək yolu ilə istifadə edir. Taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə gecə saatlarında tanışı Famil ona zəng vurub demişdir ki, bir nəfər Taleh adında tanışı var, onu Mərdəkana aparmaq lazımdır, pulu da nə olsa verəcək. Əlləz də yorğun olduğuna görə ona demişdir ki, bir az dincəlsin səhərə yaxın gedəcəklər. Beləlikə onlar səhərə yaxın Bakı şəhəri, 4-cü mikrorayonda birlikdə görüşmüş və Mərdəkan qəsəbəsi istiqamətinə yola düşmüşlər. Yol boyu Famil və tanışı Taleh yatmışlar. Saat təxminən 06 radələrində Mərdəkan qəsəbəsinə çatanda Talehi oyatmışdır ki, gedəcəkləri yeri desin. Mərdəkan qəsəbəsində yerdə Taleh ona demişdir ki, burda saxlasın, özünə əsəb dərmanı sifariş vermişdir, bura gətiriblər, düşüb onu alıb qayıtsın. Əlləz avtomobili saxlamış, Taleh düşüb bir az aralıya getmişdir, gec gəldiyinə görə Famil də düşüb ona tərəf getmişdir. Bir neçə dəqiqə keçmiş, lakin onların heç biri qayıtmadığına görə avtomobildən düşüb onların getdiyi tərəfə gedəndə polis əməkdaşları ora yaxınlaşmış və onları saxlamışlar. Polis əməkdaşları onlardan burada nə iş gördüklərini soruşanda Taleh onlarla söhbət etdiyi zaman birdən qaçmağa başlamış, polis əməkdaşları onu tutub saxlamışlar və buna görə onlardan şübhələndiklərinə görə onları 1-ci PŞ-nə aparmışlar. Orada xidməti otaqların birində müdafiəçinin iştirakı və videoçəkilişlə ona təklif olunmuşdur ki, üzərində saxlanılması və gəzdirilməsi qadağan olan hər hansı bir əşya və ya maddə varsa könüllü təqdim etsin. O, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olmadığını bildirmiş. Bundan sonra polis əməkdaşları onun üzərinə axtarış keçirmişlər və axtarış zamanı üzərindən heçnə aşkar olunmamışdır. Xəzər rayonu, Mərdəkan qəsəbəsinə gəldiyi Famil və Taleh adlı şəxslərin hansı məqsədlə Mərdəkan qəsəbəsinə gəldiyini bilmədiyini, Famil ona zəng vurub demişdir ki, taksi lazımdır ki, tanışı Talehi Mərdəkana aparsın, o, da Familin sözündən çıxmamış Mərdəkana getməyinə razı olmuşdur. Onlar polis əməkdaşları tərəfindən tutulduqdan sonra bilmişdir ki, Taleh Mərdəkana nəyə görə gəlmişdir. İlkin təhqiqat araşdırması zamanı izahatında tanışın Famil adlı şəxs ona zəng vurub Mərdəkan qəsəbəsinə getməyi xahiş etməsini, onunla razılaşdığına görə idarə etdiyi Toyota Prius markalı avtomobillə onları Mərdəkan qəsəbəsinə apararkən yolda X13 İslam Respublikasının vətəndaşı gedəcəkləri ünvanda narotik vasitə olan dərman qoyduğunu deməsini, həmin ünvana çatdıqdan sonra Taleh və Famil avtomobildən düşüb həmin yerə yaxınlaşanda polis əməkdaşları onları saxlamasını, lakin istintaq zamanı isə ifadəsində Mərdəkan qəsəbəsinə hansı məqsədlə gəldiyini bilmədiyini, polis əməkdaşları tərəfindən tutulduqdan sonra Talehin nə məqsədlə Mərdəkan qəsəbəsinə gəldiyini bilməsini bildirməsi barədə verilən suala cavab olaraq bildirmişdi ki, izahat verən zaman bir neçə polis əməkdaşı onun yanında olmuşdur, onların psixoloji təsirinə düşmüşdür, əslində polis əməkdaşları ona heç bir təsir etmədiklərini, sadəcə olaraq özü təsirə altına düşmüş, ona görə elə izahat vermişdir. Başqa cinayət törətmədiyini, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təzyiq və ya psixoloji təsir olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, hazırda DİN-in ƏÇPA-nın 1-ci PB-də polis nəfəri vəzifəsində xidmət edir, rütbəsi polis serjantıdır. 27 iyul 2023-cü il tarixdə təxminən saat 06:10 radələrində 9746 çağırışlı avtopatrulda postaçı yoldaşları Şahid3 və polis serjantı Şahid4 ilə birlikdə inzibati ərazidə, yəni Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində xidmətdə olduqları zaman həmin küçədə yerləşən Sülh düşərgəsinin yaxınlığında bir nəfər şəxs özünün qeyri adi hərəkətləri ilə diqqətlərini cəlb etmişdir, ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxs özünü daha da şübhəli aparmağa başlamış və bildirmişdir ki, şəhərdən bura dərman almağa gəlib. Birdən qaçmağa başlamış və postaçı yoldaşı polis serjantı Şahid3 onun dalınca qaçıb onu tutmuşdur. Sonradan bilmişlər ki, həmin şəxsin yanında iki nəfər də onunla birlikdə gəlmişdir. Onlardan şəxsiyyətlərini təsdiq edən sənəd tələb etdikdə üzərilərində heç bir sənəd olmadığına görə onları 1-ci PŞ-nə dəvət etmişlər. 1-ci PŞ-də məlum olmuşdur ki, onlar Şahid6, Şahid5 və Təqsirləndirilən şəxsdur. Bununla bağlı tərtib edilmiş raportla şöbənin rəhbərliyinə məruzə olunmuşdur. Bundan sonra Şahid5 barəsində müvafiq araşdırma aparılması üçün şöbənin rəhbərliyi tərəfindən təhqiqat qrupuna göstəriş verilmiş və baş təhqiqatçı, polis mayoru Xəzər Yolçuyev tərəfindən araşdırma aparılmasına başlanılmışdır. Şöbənin inzibati binasında onun, postaçı yoldaşı polis serjantı Şahid3 və Bakı şəhər, 8 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə şübhəli şəxs, Şahid5 üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şahid5 qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra, şəxsi axtarış aparılmasından əvvəl Şahid5 bu barədə qərarla təhqiqatçı tərəfindən tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, Şahid5 bildirmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet yoxdur. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə baş təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Bundan sonra digər bir xidməti otaqda Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayev tərəfindən Şahid6 barəsində araşdırma aparılmasına başlanılmışdır. Belə ki, onun, postaçı yoldaşı polis serjantı Şahid3, polis serjantı Şahid4, Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 və Bakı şəhər, 8 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə şübhəli şəxs, Şahid6 üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şahid6 qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Şahid6 bu barədə qərarla təhqiqatçı tərəfindən tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, Şahid6 bildirmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet yoxdur. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir, lakin heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Bundan sonra elə həmin xidməti otaqda Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayev tərəfindən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılmasına başlanılmışdır. Belə ki, onun, postaçı yoldaşı polis serjantı Şahid3, polis serjantı Şahid4, Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 və Bakı şəhər, 8 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə şübhəli şəxs, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla təhqiqatçı tərəfindən tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir və o, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşından 80 manat məbləğində dərman almaq istədiyini, lakin həmin şəxs dediyi yerdə bu maddəni qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirərkən orada olan maddənin psixotrop maddəyə bənzər maddə olması aşkar edildi və həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, hazırda Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis leytenantıdır. 27 iyul 2023-cü il tarixdə DİNin ƏÇPA-nın 11-ci PB-nin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərzsisində xidmət aparan əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sülh düşərgəsinin yaxınlığında üç nəfər şəxsi saxlayaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirmişlər. 1-ci PŞ-də onların şəxsiyyəti araşdırılmış və müəyyən olunmuşdur ki, onlar Şahid5, Şahid6 və Təqsirləndirilən şəxsdur. Əməkdaşlar tərəfindən raportla 1-ci PŞ-nin rəisinə məruzə olunmuş və təhqiqat araşdırması aparılmağa başlanılmışdır. Həmin gün əməliyyat qrupunda olduğuna görə rəhbərlik tərəfindən əməliyyat müvəkkili olaraq onun da sənədləşdirmədə iştarak etməyinə göstəriş verilmişdir. Beləliklə əvvəlcə müvafiq araşdırma aparılması baş təhqiqatçı, polis mayoru Xəzər Yolçuyev tərəfindən şöbənin inzibati binasında DİN-in ƏÇPA-nın polis nəfərləri polis serjantı Şahid3, polis serjantı Şahid2 və Bakı şəhər, 8 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə şübhəli şəxs, Şahid5 üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Bundan sonra digər bir xidməti otaqda Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayev tərəfindən Şahid6 barəsində araşdırma aparılmasına başlanılmışdır. Belə ki, onun, DİN-in ƏÇPA-nın polis nəfərləri polis serjantı Şahid3, polis serjantı Şahid2, polis serjantı Şahid4 və Bakı şəhər, 8 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə şübhəli şəxs, Şahid6 üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şahid6 qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Şahid6 bu barədə qərarla təhqiqatçı tərəfindən tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, Şahid6 bildirdi ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet yoxdur. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə baş təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Bundan sonra elə həmin xidməti otaqda Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayev tərəfindən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılmasına başlanılmışdır. Belə ki, onun, DİN-in ƏÇPA-nın polis nəfərləri polis serjantı Şahid3, polis serjantı Şahid2, polis serjantı Şahid4 və Bakı şəhər, 8 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə şübhəli şəxs, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla təhqiqatçı tərəfindən tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir və o, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşından 80 manat məbləğində dərman almaq istədiyini, lakin həmin şəxs bu maddəni dediyi yerdə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirərkən orada olan maddənin psixotrop maddəyə bənzər maddə olması aşkar edilmiş və həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. İfadəsində əlavə olaraq bildirmişdir ki, Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərində baxış və şəxsi axtarış aparılan zaman ona qarşı tərəfimizdən hər-hansı fiziki təzyiq və ya psixoloji təsir göstərilməmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid6 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid6 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, halhazırda Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., Mir Cəlal küçəsi, ev 24, mənzil 120-də ailəsi ilə birlikdə yaşayır. Təxminən 2 il olar ki, narkotik vasitə arabir çəkmək yolu ilə istifadə edir. Hazırda işləmir, fəhlə işləri olanda gedib işləyir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında tanışı Taleh ona zəng vurub demişdir ki, xəstəliyinə görə bir nəfər İranlıya dərman sifariş vermişdir, onu Mərdəkan qəsəbəsindən götürməlidir, tanış maşın varsa birlikdə gedib onu götürsünlər, yol pulunu da özü verəcək. O, da tanışı Əlləzə zəng vurub ona Mərdəkan qəsəbəsinə getmək lazım olduğunu demiş, Əlləz ona yorğun olduğunu və bir az yatıb dincəldikdən sonra səhərə yaxın gedə bilcəyini bildirmişdir. Beləlikə onlar səhərə yaxın Bakı şəhəri, 4-cü mikrorayonda birlikdə görüşmüş və Mərdəkan qəsəbəsi istiqamətinə yola düşmüşlər. Yol boyu yatmışdır, səhv etmirsə Taleh də yatmışdır, Əlləz isə avtomobili idarə etmişdir. Əlləz avtomobili saxlayanda oyanmış və Taleh demişdir ki, “çatmışıq, məni gözləyin indi gəlirəm”. Saat təxminən 06 radələri olmuşdur, Taleh avtomobildən düşmüş və bir az aralıya getmişdir. Taleh gec gəldiyinə görə özü də düşüb ona tərəf getmişdir. Taleh ona bildirmişdir ki, “dediyim dərmanı gətirməyiblər, nəsə başqa bir şey gətiriblər”. Sonra Taleh yerdə nəsə axtarmışdır, bu zaman Əlləz də avtomobildən düşüb onlara yaxınlaşmış, ondan sonra isə polis əməkdaşları avtomobillərini onların yanında saxlayıb onlara yaxınlaşmışlar. Polis əməkdaşları onlara burada nə iş gördüklərini soruşanda Taleh tez onlardan qabaq polis əməkdaşları ilə əsərək söhbət etməyə başlamış və birdən qaçmağa başlamışdır. Polis əməkdaşları onu tutub saxlamışlar və buna görə də onlaradan şübhələnib 1-ci PŞ-nə aparmışlar. Orada xidməti otaqların birində müdafiəçinin iştirakı və videoçəkilişlə ona təklif olunmuşdur ki, üzərində saxlanılması və gəzdirilməsi qadağan olan hər hansı bir əşya və ya maddə varsa könüllü təqdim etsin. O,üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə axtarış keçirmişlər və axtarış zamanı üzərindən heçnə aşkar olunmamışdır. Xəzər rayonu, Mərdəkan qəsəbəsinə gəldiyinizin səbəbini izah edərək bildirmişdir ki, Taleh ona zəng edib demişdir ki, taksi lazımdır ki, Mərdəkana getmək istəyir, onun sözündən çıxmamış və tanışı Əlləzə zəng vurub Mərdəkan qəsəbəsinə getməyi ondan xahiş etmişdir. Onlar polis əməkdaşları tərəfindən tutulduqdan sonra bilmişdir ki, Taleh Mərdəkana nəyə görə gəlmişdir. İlkin təhqiqat araşdırması zamanı izahatında tanışı Taleh adlı şəxs ona zəng vurub bir nəfər İranlıya narkotik tərkibli dərman sifariş verməsini, onu götürmək üçün Mərdəkan qəsəbəsinə getmək və buna görə də taksi lazımasını, tanışı Əlləzə zəng vurub Mərdəkan qəsəbəsinə getməyi bildirməsi, sonra da birikdə Mərdəkan qəsəbəsinə gedib orada İranlının dediyi yerdə dərman deyil, psixotrop maddə olan “şüşə” kimi tanıdıqları maddəni aşkar etmələrini, bu zaman polis əməkdaşları onları saxlayıb 1-ci PŞ-nə aparmasını, lakin istintaq zamanı isə ifadəsində Mərdəkan qəsəbəsinə hansı məqsədlə gəldiyini bilməməsini, polis əməkdaşları tərəfindən tutulduqdan sonra Talehin nə məqsədlə Mərdəkan qəsəbəsinə gəlməsini bildiyini bildirməsi barədə verilən suala cavab olaraq bildirmişdir ki, həqiqətən də Talehin nə məqsədlə Mərdəkan qəsəbəsinə gəldiyini bilməmişdir, polis əməkdaşları onları tutuqdan sonra Taleh yavaşca ona demişdir ki, “getdiyimiz yerdə “patı” tapmışam, hazırda üstümdədir, bizi tutacaqlar”. Famil onda bilmişdir ki, Mərdəkan qəsəbəsinə nəyə görə gəlmişlər, ona görə də izahat verən zaman polis əməkdaşlarından qorxduğu üçün Taleh ona orada deyəndən sonra bildiyi kimi izahatında qeyd etmişdir. Başqa cinayət törətmədiyini və polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təzyiq və ya psixoloji təsir olunmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4056 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 157” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən ...” və s. soyadlar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,672 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 3988 rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs Emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixiatrik müayinənin nəticələri sübut edir, aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik, emosional reaksiyalara meyillilik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin.Hal- hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21 -ci və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xəstəliyi və hazırki vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: - Təqsirləndirilən şəxs onda müəyyən edilən şəxsiyyət pozuntusuna xas olan qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, hövsələsizlik, tez özündən çıxmaq və s. kimi xüsusiyyətlər müəyyən edilir. - Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilmədi. - Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur. O, öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. - Təqsirləndirilən şəxs baş vermiş hadisələri yadda saxlamaa və yada salmaq qabiliyyətinə malikdir. - Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 6048 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs Psixostimulyasitorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı ildə Şamaxı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 27 iyul 2023cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis-kapitanı Şahin Mustafayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08:45-09:00 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o, əynində olan qara rəngli cins şalvarın sağ gizli cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Elvin Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-367/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 234.4.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİnin İŞ-nin müstəntiqi, polis-kapitanı Elvin Ağayev tərəfindən ********* saylı cinayət işi AR CM-nin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-510/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 234.4.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Elvin Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,622 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 27 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,622 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saata görə 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-869/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-869/2023
01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver