Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-88/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad şəhəri Heydər Əliyev prospekti ev 91-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 04 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evin həyət darvazasının açıq qapısından evin həyətyanı sahəsinə qanunsuz daxil olaraq həyətyanı sahədə divara söykənmiş vəziyyətdə olan dəyəri 800 manat olan 01 ədəd ağ rəngli, hündürlüyü 3 metr, eni 4 metr olan iki tağlı darvazanı və dəyəri 200 manat olan 01 ədəd ağ rəngli hündürlüyü 2,40 metr, eni 1 metr olan seyf qapını gizli yolla talayaraq zərərçəkmişə 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır, belə ki, onun evində hörgü işləri görmüşdür. 16 avqust 2021-ci il tarixdə Firdovsi inizbati qaydada tutulduğu üçün, o, Firdovsinin həyətində işləməyi dayandırmışdır. Bundan sonra o, Binə qəsəbəsində tanışı olan Şahid1 evində hörgü işləri görməyə başlamışdır. 04 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Ruslan ona Firdovsiyə məlumat verdiyini, Firdovsinin həyətində olan qapı və darvazanı götürərək onun həyətinə gətirib qoymaq lazım olduğunu bildirmişdir. Bundan sonra o, Şahid1 və Şahid2 ilə birlikdə Firdovsinin Binə qəsəbəsində yerləşən evinin qarşısına getmiş, qapısı açıq olan darvazadan üçü bir yerdə həyətə daxil olmuş və köməkli şəkildə darvazanı və seyf qapını götürərək həyətdən çıxarmışlar. Ruslan orada daynmış “QAZEL” markalı avtomobilin sürücüsü ilə razılaşmış, onlar həmin darvazanı və seyf qapını həmin “QAZEL” vasitəsilə Ruslanın valideynlərinin yaşadığı Binə qəsəbəsində yerləşən evinin həyətinə aparıb qoymuşlar. Ruslanın atası və anası onların seyf qapı və darvazanı həyətlərinə qoymalarını görmüş, lakin heç bir söz deməmişlər. Daha sonra o, yaşadığı ünvana qayıtmışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, Firdovsi öz həyətindəki qapını axtarırır, buna görə də o, Firdovsiyə yaxınlaşaraq qapının Şahid1 həyətində olduğunu bildirmişdir. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs göstərdi ki, məhkəmə iclasının əvvəlində özünü təqsirli bilməsə də, hazırda bildirir ki, həmin əməli etmişdir, lakin onu bilərəkdən yox, bilməyərəkdən etmişdir, bu mənada özünü təqsirli bilir və peşmandır. Həmin 01 ədəd iki tağlı darvaza və 01 ədəd seyf qapı ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə qaytarılmışdır. Zərərçəkmiş şəxs onunla barışmışdır və ondan heç bir şikayəti yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, ev tikib satmaqla məşğuldur, belə ki, müxtəlif yerlərdə evlər tikir, tam təchiz etdikdən sonra onları satır. O, 16 avqust 2021 -ci il tarixdə Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində nəzərədə tutulan əməli törətdiyi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən barəsində inzibati həbs seçilmiş və o, 05 sentyabr 2021-ci il tarixdədək bununla bağlı həbsdə olmuşdur. Həbsdən çıxdıqdan 2-3 gün sonra köməkçisi Ramin ona məlumat vermişdir ki, Binə qəsəbəsində, məscidin yanında yaşayış üçün tikdiyi, lakin yaşayış olmayan evin həyətyanı sahəsində gələcəkdə quraşdırmaq üçün saxladığı 01 ədəd iki tağlı darvaza və 01 ədəd seyf qapı yerində yoxdur. Bundan sonra özü də də həmin yerə baxış keçirərkən ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər həyətin açıq darvazasından daxil olaraq həyətdə divara söykənmiş vəziyyətdə olan 01 ədəd iki tağlı darvazanı və 01 ədəd seyf qapını oğurlamışlar. Bundan sonra o, işçilərini yığıb bu barədə onlarla söhbət aparmış, kim oğrayıbsa, o, polisə müraciət etməmiş gəlib qaytarmalarını bildirmişdir. Lakin həmin şəxslər bildirmişlər ki, darvazanı və seyf qapını onlar oğurlamamışlar. Bu söhbətə Xəyalı da çağırmış, lakin Xəyal həmin yerə gəlməkdən imtina etmişdir. Bundan sonra o, bu barədə Xəyala da məlumat vermələri üçün işçilərinə tapşırıq vermiş və bildirmişdir ki, bu barədə polisə məlumat verəcəkdir. Təxminən sentyabr ayının 13-ü Xəyal ona vatsap mesajlaşma sistemi vasitəsi ilə səs ataraq bildirmişdir ki, "sənin darvazan və seyf qapın Ruslanın atasının həyətindədir”. Bundan sonra o, həyat yoldaşı Gümüş İbragimova və Xəyal ilə birlikdə Şahid1 atasının həyətinə getmiş və həqiqətən darvaza və seyf qapının həmin həyətdə olduğunu görmüşdür. Bu barədə Ruslanın atası Farsikhandan soruşduqda bildirmişdir ki, bunları ona Xəyal gətirmişdir, o, Xəyala 350 manat pul verib, qalan 500 manatı isə hissə-hissə verəcəkmiş. Bundan sonra o, bu barədə polisə məlumat vermişdir. Onun həyətindən oğurlanmış seyf qapının qiyməti 300 manat, darvazanın qiyməti isə 1400 manat təşkil edir. Oğurluq nəticəsində ona 1700 manat maddi ziyan dəymişdir. Hadisə baş verən vaxt o, inzibati həbsdə olduğundan, qapıları götürmək barədə ona heç kim məlumat verməmişdir. Xəyal onun inzibati həbsdə olduğunu bilirmiş. Xəyal Ruslanın ona guya ondan qapını götürmək üçün icazə aldığını bildirməsi, buna görə qapını götürməsi barədə yalan danışır, çünki, Xəyal onun Ruslanla münasibətlərinin yaxşı olmadığını, Ruslana heç vaxt qapı verməyəcəyini bilirmiş. X1 yanında bir neçə dəfə ondan qapı istəmiş, o da Ruslana verəcək qapısı olmadığını bildirmişdir. Xəyal onun oğurluq barədə polisə məlumat verəcəyini bildiyindən, qabaqdangəlmişlik edib ona məlumat vermişdir ki, onun darvazasını və seyf qapını Ruslan, Xəyal və onlarla birlikdə olan digər şəxs oğurlamışdır. Hazırda həmin iki tağlı darvaza və seyf qapı ona qaytarılmışdır. Buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən İbragimov Farsikhan göstərdi ki, Şahid1 onun oğludur. Onun oğlu ilə münasibətləri pisdir, belə ki, Ruslanın düz yolda olmaması, yəni narkotik vasitələrin istifadəsinə görə bir neçə dəfə məhkum olunması səbəbindən o, Ruslanın yaşadığı evə gəlməsinə qadağa qoymuşdur. Ruslan bundan sonra onun evinin yaxınlığında olan qonşu evdə ailəsi ilə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs tanıyır. 04 sentyabr 2021-ci il tarixdə günorta saatlarda yoldaşı Khazangiul ilə yaşadığı evin həyətində olarkən Xəyal onlara yaxınlaşmış və onun əlində darvaza və seyf qapı olduğunu və onları 800 manata satdığını bildirmişdir. O, darvazanı hardan əldə etməsini Xəyaldan soruşduqda Xəyal bir nəfərin ona borcu olduğunu, pulun əvəzində ona həmin darvaza və qapını verdiyini bildirmiş, o da onunla razılaşmışdır. Həmin gün yatarkən həyat yoldaşı onu oyadıb Xəyalın qapıları gətirməsini bildirmişdir. O, həyətə çıxan zaman 01 ədəd iki tağlı darvazanın və 01 ədəd bir tağlı seyf qapının həyətdə olduğunu görmüş, bundan sonra Xəyal ilə söhbət etməyə başlamış, Xəyal dediyi qapıların bunlar olduğunu bildirmiş və əvəzində ondan 850 manat pul istəmişdir. Həyat yoldaşı evdən 350 manat pul gətirib ona vermiş və o, həmin pulu sayaraq Xəyala vermiş, 500 manatını da hissə-hissə verəcəyi barədə razılıq əldə etmişdir. Xəyal getdikdən sonra kənarda duran bir nəfərə qoşularaq yoluna davam etdiyini görmüşdür, lakin qaranlıq olduğu üçün həmin şəxsin üzünü görə bilməmişdir. Təxminən 2-3 gün sonra axşam saatlarında biri qadın olmaqla üç nəfər şəxs onların qapısına gəlmiş və həmin şəxslərdən biri ona bildirmişdir ki, həyətlərində olan qapı ona məxsusdur. O, olanlar barədə həmin şəxsə məlumat vermişdir. Bundan sonra həmin şəxsə inanmış və qapısını gəlib apara biləcəyini bildirmişdir. Xəyalın həmin darvazanı və seyf qapını onun oğlu Ruslan və dostu Sənanla birlikdə “QAZEL” markalı avtomobillə gətirərək onların həyətinə yığması, Ruslanın ona həmin qapını götürmək üçün sahibi Zərərçəkmiş şəxs məlumat verdiyini bildirməsi barədə dedikləri, onun guya ona pul verməməsi barədə dedikləri yalandır. Ruslan orada olmamışdır, çünki, o, Ruslanı evdən qovmuşdur, qapıları Xəyal ona 850 manata satmış, o da ona 350 manatı öz əlləri ilə həyat yoldaşının yanında vermişdir. Orada Xəyaldan başqa tanımadığı gigər bir şəxs də olmuşdur, lakin o, bir qədər aralıda dayanmışdır. Orada “QAZEL” və yaxud digər markalı avtomobil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Mamedova Khazangiul da oxşar, eyni məzmunlu ifadə verərək şahid İbragimov Farsikhanın göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla bir məhəllədə yaşayır, münasibətləri əvvəllər normal olmuşdur. 2021ci ilin sentyabr ayında ona məlum olmuşdur ki, Xəyal bir ədəd darvaza və bir ədəd seyf qapı gətirərək onların özünə məxsus olduğunu bildirib atası Farsikhanla təxminən 800 manata razılaşmış, atası qapı müqabilində Xəyala bir miqdar pul vermiş, qalan hissəsini isə daha sonra verməsi barədə razılaşmışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, Xəyal bu qapını onun da tanıdığı Zərərçəkmiş şəxs həyətindən oğurlamışdır. Onun bu oğurluqda heç cür iştirakı olmamışdır. Xəyal 04 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində guya onun ona Firdovsiyə məlumat verməsi, həmin qapının onların həyətlərinə gətirilməli olduğunu bildirməsi, bundan sonra onun, Xəyal və onların tanışı Sənan adlı şəxs birlikdə Firdovsiyə məxsus Binə qəsəbəsində yerləşən Məscidin yaxınlığındakı evinin açıq darvazasından həmin evin həyətinə daxil olmaları və köməkli şəkildə orada olan darvazanı və seyf qapını götürərək həyətdən çıxarmaları, bundan sonra onun "QAZEL” markalı avtomobilin sürücüsü ilə razılaşması və birlikdə darvazanı və seyf qapını həmin "QAZEL" vasitəsilə onlara məxsus həyətə aparıb qoymaları barədə dedikləri yalandır. O, orada olmamışdır, Xəyalın həmin darvazanı və qapını hansı şəkildə, kiminlə, necə oğurlamasını bilmir. Əvvəllər o, bir neçə dəfə Firdovsidən ona qapı verməsini xahiş etmiş, lakin Firdovsi ona qapısının olmadığını bildirmişdir. Xəyal onun Firdovsi ilə münasibətinin yaxşı olmadığını bilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunmuş ifadəsi ilə müəyyən edilmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, onunla salamsağolu vardır. Zərərçəkmiş şəxs tanımır, onun həyətindən heç nə aparmamışdır, onun dəmir darvazasının və seyf qapısının kimin oğurlaması ona məlum deyildir. Xəyalın oğurluğu Ruslan və onunla birlikdə etməsi və oğurladıqları dəmir darvazanı və seyf qapını “QAZEL” markalı avtomobilə yükləyərək onları Ruslanın həyətinə qoymaları barədə Xəyal yalan danışır, çünki, o, orada olmamışdır. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə İbragimov Farsikhan arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar istintaqa verdikləri ifadələri bir-birlərinin üzlərinə qarşı demişlər (bax: i/v 49-50). İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Mamedova Khazangiul arasında olan üzləşdirmə istintaq hərəkəti zamanı onlar istintaqa verdikləri ifadələri bir-birinin üzünə qarşı demişlər (bax: i/v 51-52).. İş materiallarında olan şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş 04 şəxsin fotoşəklin arasında 3 rəqəmi ilə nömrələnmiş Şahid2 tanıyaraq, ifadəsində qeyd etdiyi “Sənan” adlı şəxsin o olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 noyabr 2021-ci il tarixli 9/8346 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ağ rəngli, hündürlüyü 3 metr, eni 4 metr olan iki tağlı darvazanın istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 800 manat, 01 ədəd ağ rəngli hündürlüyü 2,40 metr, eni 1 metr olan seyf qapı 200 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 noyabr 2021-ci il tarixli 9/8346 nömrəli rəyi ilə tanış olduğunu və ittihamın həmin rəyə uyğun verilməsinə heç bir etirazı olmadığını bildirmişdir. İş materiallarında olan qəbzdən görünür ki, cinayət işi üzrə əldə edilmiş və maddi sübut kimi tanınmış 01 ədəd hündürlüyü 3 metr, eni 4 metr olan iki tağlı darvaza və 01 ədəd hündürlüyü 2,40 metr, eni 1 metr olan seyf qapı Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Xəzər RPİ İŞ-nin müstəntiqinin 21 dekabr 2021-ci il tarixli Sübutların qiymətləndirilməsi barədə Qərarından görünür ki, Şahid1 və Şahid2 əməllərinə hüquqi qiymət verilməsi üçün ********* saylı cinayət işindən material ayrılması və icraata qəbul edilməsi qərara alınmışdır (bax: i/v 122-127). İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 30 mart 2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Sabirabad rayon Polis şöbəsinin İB-nin müstəntiqi Mərifət Ağazadə tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanlanmış 15 fevral 2022ci il tarixli məktubdan görünür ki, həmin müstəntiqin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsi barədə ********* saylı cinayət işinin istintaqı aparılır və təqsirləndirilən şəxs barəsində Sabirabad Rayon Məhkəməsin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 25 oktyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasının sonunda törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 18 sentyabr 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci il tarixdən 18 sentyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sabirabad rayon Polis şöbəsinin İB-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsi barədə istintaqı aparılan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində Sabirabad Rayon Məhkəməsin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Maddi sübut - 01 ədəd iki tağlı darvazanın və 01 ədəd seyf qapısının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 45 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci il tarixdən 18 sentyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 11 may 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sabirabad rayon Polis şöbəsinin İB-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsi barədə istintaqı aparılan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində Sabirabad Rayon Məhkəməsin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Maddi sübut - 01 ədəd iki tağlı darvazanın və 01 ədəd seyf qapının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-88/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-88/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver