Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-884/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Şəmsəddin oğlunun, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də elektrik operatoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 128, 177.2.1, 29.177.2.1, 29.177.2.2, 177.2.3 və 29.177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, evli, "xxxx" MMC-də elektrik operatoru vəzifəsində işləyən, ünvan 3 ünvanında qeydiyyatda olan ünvan 4da qeydiyyatla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 29.177.2.1, 29.177.2.2, 177.2.3 və 29.177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 18 iyun 2023-cü il tarixdə saat 18 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə aralarında rolları bölüşdürərək Təqsirləndirilən şəxs2 saxlanc yeri olan Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı-Astara magistral yolunun 25-ci km-də yerləşən "xxxx" MMS-nin köməkçi anbarının çölündə dayanaraq ətrafda gəlib-gedənə nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə həmin vaxt anbarın dəmir barmaqlığını əli ilə açaraq qanunsuz anbara daxil olmuş və anbarda olan kabel topundan hər bir metrinin dəyəri 78,13 manat olan 3 damarlı 120MMx3C+25MMx3CC markalı qara rəngli izolyasiyası olan uzunluğu 12 metr olan mis kabeli kabel topundan özləri ilə gətirmiş olduqları xüsusi qayçı ilə kəsmiş, sonra isə onlar kəsilmiş 12 metr kabeli anbardan çıxararaq gizli talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMS-yə 937,56 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 26 iyun 2023-cü il tarixdə saat 17:30 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə aralarında rolları bölüşdürərək Təqsirləndirilən şəxs1 saxlanc yeri olan Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı-Astara magistral yolunun 25-ci km-də yerləşən "xxxx" MMC-nin köməkçi anbarının qarşısında dayanaraq ətrafda gəlib-gedənə nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə həmin vaxt köməkçi anbarının dəmir barmaqlığını əli ilə açaraq qanunsuz anbara daxil olmuş və anbarda olan kabel topundan hər bir metrinin dəyəri 78,13 manat olan 3 damarlı 120MMx3C+25MMx3CC markalı qara rəngli izolyasiyası olan uzunluğu 25,41 metr olan mis kabeli kabel topundan özləri ilə gətirmiş olduqları xüsusi qayçı ilə kəsmiş və gizli olaraq talamaq istərkən zavodun mühafizə xidmətinin əməkdaşları tərəfindən aşkarlandıqları üçün öz iradələrindən asılı olmayan səbəbə görə cinayət əməllərini başa çatdırmayaraq hadisə yerini tərk etmişlər və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 1985,28 manat maddi ziyan vuraraq oğurluğa cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 30 avqust 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri Xəzər rayonu, Dəniz yolu küçəsində yerləşən çimərliklə mağazanın arasında olan yolda dostu Zərərçəkmiş şəxs1 ilə piyada gedərkən aralarında baş vermiş mübahisə zamanı qəsdən yumuruqla Zərərçəkmiş şəxs1 sifət nahiyyəsinin sol tərəfindən vuraraq zərərçəkmiş şəxsə çənənin hematoması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol-gicgah oynağının yumşaq toxmalarının əzilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 18 iyun 2023-cü il tarixdə saat 18 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə aralarında rolları bölüşdürərək Təqsirləndirilən şəxs2 saxlanc yeri olan Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı-Astara magistral yolunun 25-ci km-də yerləşən "xxxx" MMC-nin köməkçi anbarının çölündə dayanaraq ətrafda gəlib-gedənə nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə həmin vaxt dəmir barmaqlığını əli ilə açaraq qanunsuz anbara daxil olmuş və anbarda olan kabel topundan hər bir metrinin dəyəri 78,13 manat olan 3 damarlı 120MMx3C+25MMx3CC markalı qara rəngli izolyasiyası olan uzunluğu 12 metr olan mis kabeli kabel topundan özləri ilə gətirmiş olduqları xüsusi qayçı ilə kəsmiş, sonra isə onlar kəsilmiş 12 metr kabeli anbardan çıxararaq gizli talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 937,56 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 26 iyun 2023-cü il tarixdə saat 17:30 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə aralarında rolları bölüşdürərək Təqsirləndirilən şəxs1 saxlanc yeri olan Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı-Astara magistral yolunun 25-ci km-də yerləşən "xxxx" MMC-nin köməkçi anbarının qarşısında dayanaraq ətrafda gəlib-gedənə nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə həmin vaxt köməkçi anbarının dəmir barmaqlığını əli ilə açaraq qanunsuz anbara daxil olmuş və anbarda olan kabel topundan hər bir metrinin dəyəri 78,13 manat olan 3 damarlı 120MMx3C+25MMx3CC markalı qara rəngli izolyasiyası olan uzunluğu 25,41 metr olan mis kabeli kabel topundan özləri ilə gətirmiş olduqları xüsusi qayçı ilə kəsmiş və gizli olaraq talamaq istərkən zavodun mühafizə xidmətinin əməkdaşları tərəfindən aşkarlandıqları üçün öz iradələrindən asılı olmayan səbəbə görə cinayət əməllərini başa çatdırmayaraq hadisə yerini tərk etmişlər və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 1985,28 manat maddi ziyan vuraraq oğurluğa cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, 2013-cü ildən Bakı şəhəri, Sahil qəsəbəsində fəaliyyət göstərən "xxxx" MMC-də elektrik operator vəzifəsində çalışır. Onun vəzifəsi zavodun yüksək gərginlikli yarımstansiyasına nəzarətdən ibarətdir. Elə ay olur ki, o, tək işləyir, elə ay da olur ki, Təqsirləndirilən şəxs2 ilə birlikdə işləyir. Zavodun ərazisi çox böyükdür, ərazidə təhlükəsizlik kameraları vardır. Zavodun ərazisində olan gəmi kabellərinin anbarı vardır, anbarın içərisində iri ölçülü top şəklində yığılmış qalın izoliyasiyalı 3 damarlı mis kabellər mövcuddur. 18 iyun 2023-cü il tarixdə o, işə gəlmişdi. Həmişəki kimi işinə başlamışdı. Zavodun ərazisində gəzən zaman köməkçi kabel anbarının arxasında dəmir barmaqlıqların iki dənəsinin aralandığını görmüdü. Başa düşmüşdür ki, kimsə içəri buradan kabel anbarına daxil olur. Çünki kabel anbarının qarşı tərəfində giriş qapısı var, qapının üzərində kilidi var. Anbarın içərisinə daxil olmağa onun icazəsi yoxdur. O, Vüsalı görüb demişdi ki, «kabel anbarının arxa tərəfində anbarın içərisinə daxil olmaq üçün yer açılıb, biraz pula ehtiyacım var, mənə köməklik elə, içəridən biraz mis kabel kəsib çıxaraq». Vüsal ona köməklik etməyə razılıq vermişdi. Onlar birlikdə həmin günü, yəni 18 iyun 2023-cü il tarixdə saat 18 radələrində zavodun köməkçi ambarının arxa tərəfinə gəlmişlər və burada o, dəmir barmaqlıqların aralandığı yerdən həmin yardımçı anbarın içərisinə daxil olmuşdu, Vüsal isə anbarın çölündə qalmışdı ki, gələn olsa ona xəbər versin. O, anbarın içərisinə özləri ilə götürdükləri kabel kəsmək üçün qayçı və mismarçıxaran alətlə girmişdi. O, kabel topundan birinə yaxınlaşaraq kabelin üzünü bağlayan taxtaların bir neçəsini mismarçıxaranla araladı. Kabel topu qara rəngli izolyasiyası olan 3 mis damarlı kabeldən ibarət idi. Sonra həmin yerdən kabel kəsən qayçı ilə kabeldən hər birinin uzunluğu təxminən 3 metr olan 4 hissə, yəni cəmi təxminən 12 metr kəsmişdi. Bundan sonra həmin parçaları o, anbarın dəmir barmaqlıqlarının aralanmış yerindən Vasifə vermih və özüdə anbardan çıxmışdı. Onlar bir yerdə həmin 4 hissə kabelin üzündə olan izolyasiyanı özləri ilə gətirdikləri oboy bıçağı ilə soymuşlar və sonra əldə olunmuş mis damarlarını işlədikləri yarımstansiyaya gətirmişlər. Sonra onlar həmin mis damarları özlərinə məxsus alətləri yığdıqları çantalara yığmışlar və hər biri öz çantasını götürüb zavodun darvazasından zavodun ərazisini tərk edərək çölə çıxmışlar. Çölə çıxdıqdan sonra onlar zavodun ərazisindən bir az aralıda oğurladıqları mis damarlarının hamısını onun çantasına yığaraq gizlətmişlər və sonra yenədə darvazadan zavodun ərazisinə daxil olmuşlar. 19 iyun 2023-cü il tarixdə saat 08:00-da o, Vüsalla işdən çıxmışlar və o, çantasını gizlətdiyi yerə gəlmişdir. Burada o, çantasını mis damarlarla bir yerdə götürüb Yasamal rayonu, 2-ci Alatava ərazisində əlvan metal qəbulu yerlərində bir nəfərə 160 manata satmışdı. Onların oğurluq etməklərindən heç kimin məlumatı olmamışdı, qazandığı pulu şəxsi istifadəsi üçün xərcləmişdi, həmin puldan Vasifə verməmişdir. 26 iyun 2023-cü il tarixdə işə gəlmişdi. Həmişəki kimi işinə başlamışdı. Həmin gün o, yenə Vüsalla işləyirdi. Həmin gün o, yenədə Vüsala demişdi ki, «biraz pula ehtiyacım var, mənə köməklik elə, anbardan biraz mis kabel kəsib çıxaraq». Vüsal yenədə ona köməklik etməyə razılıq vermişdi. 26 iyun 2023-cü il tarixdə saat 17:30 radələrində o, Vüsalla köməkçi anbarın yanına gəlmişlər. Sonra Vüsal kabel anbarının arxa tərəfində barmaqlıqları aralayıb içəri daxil olmuşdu, o, isə anbarın qabaq tərəfində yeri təmizləməklə ətrafda gəlib- gedənlərə nəzarət edirdi. Vüsal içəridə top şəklində olan 3 damarlı qara rəngli izoliyasiyalı kabellərdən özləri ilə gətirdikləri kabel kəsən qayçı ilə kəsməyə başlamışdı. Təxminən 20 dəqiqə sonra zavodun içərisində xidmət aparan mühafizəçilərin növbə rəisi Elçin və mühafizəçi Vasif adlı şəxslər onun yanına gələrək ondan soruşdular ki, «burada kimisə görməmisən, deyirlər kabel doğrayır». O, Elçin və Vasifi aldadıb demişdi ki, «xeyir, görməmişəm». Elçin ilə Vasif kabel anbarına üzdən içərisinə baxmışlar, lakin heç kimi görməyib çıxıb getmişdilər. Onlar gedəndən sonra Vüsal tez anbardan çıxmış, onlar yarımstansiyaya getmişdilər. Zavodun əməkdaşları onların oturduqları yarımstansiyaya gəlib təhlükəsizlik kameralarına düşən görüntüləri onlara göstərmişdilər, onlarda etdikləri əməli etiraf etmişdilər. Bu barədə zavod rəhbərliyi 38-ci Polis bölməsinə məlumat vermişdi, onlarda polis bölməsində törətdikləri əməli etiraf etmişdilər. Zərərçəkmiş şəxs1 tanıyır. O, Azərlə 30 ildir ki, dostluq edir. Onların münasibətləri yaxşı olmuşdur, heç bir ədavətləri olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 29 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1la Bakı şəhəri, Nizami rayonunda görüşüb çay içmişər və söhbət ettmişlər. Sohbət əsnasında razılığa gəlmişlər ki, səhəri gün, yəni, 30 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə dəniz kənarına gedib dincəlsinlər. Onlar razılaşmışlar və 30 avqust 2023-cü il tarixdə saat 10 radəsində Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəində yerləşən «Kontakt Homm» adlı mağazanın qarşısında görüşmüşlər, oradan taksiyə əyləşib dəniz kənarına getmişlər. Onlar dəniz kənarında, yəni çimərlikdə özləri üçün süfrə açmışlar və çimərlikdə çimmişlər. Həmin zaman yeməklə yeməyə çörək olmadığından Azər ona demişdi ki, gedib çörək alsın və gəlsin. Bu zaman o, Azərə dedi ki, yaşda ondan kiçik olduğuna görə gedib özü alsın. Bundan sonra aralarında sözlə mübahisə oldu və qərara gəlmişlər ki, birlikdə gedib çörək alsınlar. Belə ki, o, Azərlə birlikdə çimərlikdən çıxmış və birlikdə yol kənarına mağazaya piyada gedəndə yolda aralarında yenə sözlə mübahisə olmuşdu və həmin zaman o, yumuruqla Azərin üzünün sol nahiyyəsindən vurmuşdu. O, Azəri yumuruqla vurduqdan sonra Azər onun barəsində polisə şikayət edəcəyini demiş və çıxıb getmişdi. Sonra isə ona məlum olmuşdu ki, həqiqətəndə Azər onun barəsində Xəzər RPİ-nə şikayət etmişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ona aid olan hissədə tam olaraq ödədiyini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışdığını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ondan şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, 2019-cu ildən Bakı şəhəri, Sahil qəsəbəsində fəaliyyət göstərən "xxxx" MMC-də elektrik operator vəzifəsində çalışır. Onun vəzifəsi zavodun yüksək gərginlikli yarımstansiyasına nəzarətdən ibarətdir. Elə ay olur ki, o, tək işləyir, elə ay da olur ki, Təqsirləndirilən şəxs1 ilə birlikdə işləyir. Zavodun ərazisi çox böyükdür, ərazidə təhlükəsizlik kameraları vardır. Zavodun ərazisində olan gəmi kabellərinin anbarı vardır, anbarın içərisində iri ölçülü top şəklində yığılmış qalın izoliyasiyalı 3 damarlı mis kabellər mövcuddur. Anbarın içərisinə daxil olmağa onun icazəsi yoxdur. Çünki kabel anbarının qarşı tərəfində giriş qapısı var, qapının üzərində kilidi var. 18 iyun 2023-cü il tarixdə işə gəlmişdi. Həmişəki kimi işinə başlamışdır. Vüqar onu görüb demişdi ki, «kabel anbarının arxa tərəfində anbarın içərisinə daxil olmaq üçün yer açılıb, biraz pula ehtiyacım var, mənə köməklik elə, içəridən biraz mis kabel kəsib çıxaraq». O, Vüqara köməklik etməyə razılıq vermişdi. Onlar birlikdə həmin günü, yəni 18 iyun 2023-cü il tarixdə saat 18 radələrində zavodun köməkçi ambarının arxa tərəfinə gəlmişlər və o, həqiqətəndə köməkçi kabel anbarının arxasında dəmir barmaqlıqların iki dənəsinin aralandığını görmüşdür. Başa düşmüşdür ki, kimsə içəri buradan kabel anbarına daxil olur. Burada Vüyqar dəmir barmaqlıqların aralandığı yerdən həmin yardımçı anbarın içərisinə daxil olmuş, o, isə anbarın çölündə qalmışdır ki, gələn olsa Vüqara xəbər versin. Vüqar anbarın içərisinə özləri ilə götürdükləri kabel kəsmək üçün qayçı və mismarçıxaran alətlə girmişdi. Vüqar kabel topundan birinə yaxınlaşaraq kabelin üzünü bağlayan taxtaların bir neçəsini mismarçıxaranla aralamışdı. Kabel topu qara rəngli izolyasiyası olan 3 mis damarlı kabeldən ibarət idi. Sonra Vüqar həmin yerdən kabel kəsən qayçı ilə kabeldən hər birinin uzunluğu təxminən 3 metr olan 4 hissə, yəni cəmi təxminən 12 metr kəsdi. Bundan sonra həmin parçaları Vüqar anbarın dəmir barmaqlıqlarının aralanmış yerindən ona vermiş və özüdə anbardan çıxmışdı. Onlar bir yerdə həmin 4 hissə kabelin üzündə olan izolyasiyanı özləri ilə gətirdikləri oboy bıçağı ilə soymuşlar və sonra əldə olunmuş mis damarlarını işlədikləri yarımstansiyaya gətirmişlər. Sonra onlar həmin mis damarları özlərinə məxsus alətləri yığdıqları çantalara yığmışlar və hər biri öz çantasını götürüb zavodun darvazasından zavodun ərazisini tərk edərək çölə çıxmışlar. Çölə çıxdıqdan sonra onlar zavodun ərazisindən biraz aralıda oğurladıqları mis damarlarının hamısını Vüqarın çantasına yığaraq gizlətmişlər və sonra yenədə darvazadan zavodun ərazisinə daxil olmuşlar. 19 iyun 2023-cü il tarixdə saat 08:00-da o, Vüqarla işdən çıxmışlar və Vüqar çantasını gizlətdikləri yerə getmiş, o, isə çıxıb evə getmişdi. Onların oğurluq etməklərindən heç kimin məlumatı olmamışdı, Vüqar qazandığı pulu özü xərcləmişdi, həmin puldan ona verməmişdir. O, 26 iyun 2023-cü il tarixdə işə gəlmişdi. Həmişəki kimi işinə başlamışdı. Həmin gün o, yenə Vüqarla işləyirdi. Həmin gün yenədə Vüqar ona demişdi ki, «biraz pula ehtiyacım var, mənə köməklik elə, anbardan biraz mis kabel kəsib çıxaraq». O, yenədə Vüqara köməklik etməyə razılıq vermişdi. 26 iyun 2023-cü il tarixdə saat 17:30 radələrində o, Vüqarla köməkçi anbarın yanına gəlmişlər. Sonra o, kabel anbarının arxa tərəfində barmaqlıqları aralayıb içəri daxil olmuş, Vüqar isə anbarın qabaq tərəfində yeri təmizləməklə ətrafda gəlib-gedənlərə nəzarət edirdi. O, içəridə top şəklində olan 3 damarlı qara rəngli izoliyasiyalı kabellərdən özləri ilə gətirdikləri kabel kəsən qayçı ilə kəsməyə başlamışdı. O, həmin topdan 5 ədəd hər birinin uzunluğu 4-5 metr olan hissə kəsmişdi. Təxminən 20 dəqiqə sonra zavodun içərisində xidmət aparan mühafizəçilərin növbə rəisi Elçin və mühafizəçi Vasif adlı şəxslər Vüqarın yanına gələrək ondan soruşdular ki, «burada kimisə görməmisən, deyirlər kabel doğrayır». Vüqar Elçin və Vasifi aldadıb dedi ki, «xeyir, görməmişəm». O, bunları anbarın içərisində olan zaman eşidirdi. Elçin ilə Vasif kabel anbarına çöldən içərisinə baxmışdılar. O, həmin vaxt kabel toplanırının arasında gizləndiyindən heç kimi görməyib çıxıb getmişdilər. Onlar gedəndən sonra o, tez anbardan çıxmış və Vüqarla yarımstansiyaya getmişdilər. Zavodun əməkdaşları onların oturduqları yarımstansiyaya gəlib təhlükəsizlik kameralarına düşən görüntüləri onlara göstərdilər, onlar da etdikləri əməli etiraf etdilər. Bu barədə zavod rəhbərliyi 38-ci Polis bölməsinə məlumat verdi, onlarda polis bölməsində törətdikləri əməli etiraf etdilər. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş hüquqi şəxsə dəymiş ziyanı ona aid olan hissədə tam olaraq ödədiyini, himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində bildirdi ki, o, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2013-cü ildən "xxxx" MMC-də çalışır, «İnsan resuslan və inzibati işlər üzrə menecer» vəzifəsində isə 2020-ci ildən çalışır. "xxxx" MMC özəl şirkətdir, şirkətin təyinatı gəmilərin və üzən qurğuların tikinti və təmirindən ibarətdir. Şirkət fəaliyyətinə 2012-ci ilin sonlarından başlayıb. Şirkətin ərazisi çox böyükdür, şirkətin ərazisində müxtəlif inzibati binalar vardır. Şirkətin daxilində 01 ədəd əsas naqil anbarı vardır. Bundan başqa şirkətin ərazisində kiçik ölçülü törəmə anbar da vardır, anbarlar kilidlərlə bağlı olur, məsul şəxslərin anbara daxil olmağa icazəsi vardır. Yəni, şirkətdə çalışan istənilən əməkdaşın naqil anbarlarına daxil olmaq icazəsi yoxdur. Əsas naqil anbarı təmizlik üçün böyük anbardar vəzifəsində çalışan şəxs tərəfindən həftədə bir dəfə açılır, təmizlikdən sonra bağlanılaraq möhürlənir. Anbarda olan naqillər mütəmadi, tez-tez istifadə olunmur, bir neçə ildən bir hansısa gəmidə təmir işləri aparılan zaman naqillərdən istifadə olunur. Anbarda naqillərdən istifadə olunan zaman zavod rəhbərliyi tərəfindən təhvil-təslim aktı tərtib edilib istifadə olunan naqillərin dəqiq uzunluğu, markası barədə qeydiyyatı aparılır. Köməkçi anbar isə təxminən 2020-ci ildə qurulmuş, həmin anbarda da müəyyən növdə və ölçüdə top şəklində naqillər yığılıb saxlanılır. Köməkçi anbarda isə 3 aydan bir yoxlamalar aparılır, orada olan bütün naqillərin dəqiq sayı, ölçüləri barədə qeydlər aparıldıqdan sonra qapısı kilidlənərək möhürlənir. Köməkçi anbarda sonuncu dəfə 2023-cü ilin mart ayında yoxlamalar aparılmışdır. Anbarda 1 metrinin qiyməti 84,3 manat olan 205 metr uzunluğunda 3 damarlı 150 SQMMx3 markalı, narıncı rəngli izoliyasiyalı mis naqil, 1 metrinin qiyməti 78,1 manat olan 297 metr uzunluğunda 3 damarlı 120 MMx3C markalı qırmızı izoliyasiyalı mis naqil, 1 metrinin qiyməti 84,3 manat olan 500 metr uzunluğunda 150 SQMMx3C markalı, narıncı rəngli izoliyasiyalı mis naqil, 1 metrinin qiyməti 78,1 manat olan 108 metr uzunluğunda 3 damarlı 120MMx3C+25MMx3CC markalı, qara rəng izoliyasiyalı mis naqil, 1 metrinin qiyməti 78,1 manat olan 130 metr uzunluğunda 3 damarlı 120MMx3C+25MMx3CC markalı, qara rəngli izoliyasiyalı naqillər olmuşdur. Hazırda köməkçi anbarda 205 metr uzunluğunda 3 damarlı 150 SQMMx3 markalı, narıncı rəngli izoliyasiyalı mis naqildən 205 metri, 297 metr uzunluğunda 3 damarlı 120 MMx3C markalı qırmızı izoliyasiyalı mis naqilin 5 metri, 500 metr uzunluğunda 150 SQMMx3C markalı, narıncı rəngli izoliyasiyalı mis naqilin 418 metri, 108 metr uzunluğunda 3 damarlı 120MMx3C+25MMx3CC markalı, qara rəng izoliyasiyalı mis naqilin 70 metri, 130 metr uzunluğunda 3 damarlı 120MMx3 C+25MMx3 CC markalı, qara rəngli izoliyasiyalı naqilin 88 metri əskik gəlmişdir. Həmin naqillərin əskik gəlməsi nəticəsində zavoda ümumilikdə 65256,2 manat maddi ziyan dəymişdir. Sonuncu dəfə köməkçi anbardan 26 iyun 2023-cü il tarixdə saat 18 radələrində 3 damarlı 120MMx3C+25MMx3CC markalı, qara rəngli izoliyasiyalı naqilin topundan 05 ədəd hissələrdə ümumilikdə 25 metr 41 santimetr uzunluğunda kəsilmiş, 25 m 41 sm uzunluğunda mis naqilin dəyəri 1985,3 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs1 Zülfuqar oğlu və Təqsirləndirilən şəxs2 "xxxx" MMC-də rəsmi əmək müqaviləsi ilə işləmişlər. Təqsirləndiriləndirilən şəxslər tərəfindən onlara hazır ki iş üzrə dəymiş ziyan ödənilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 tanıyır. O, Vüqarla 30 ildir ki, dostluq edir. Onların münasibətləri yaxşı olmuş, heç bir ədavətləri olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 29 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1lə Bakı şəhəri, Nizami rayonunda görüşüb çay içib və söhbət etmişlər. Sohbət əsnasında razılığa gəlmişlər ki, səhəri gün yəni, 30 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsinə dəniz kənmarına gedib dincəlsinoər. Onlar razılaşmışlar və 30 avqust 2023cü il tarixdə saat 10 radəsində Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəində yerləşən «Kontakt Homm» adlı mağazanın qarşısında görüşmüşlər, oradan taksiyə əyləşib dəniz kənarına getmişlər. Onlar dəniz kənarında, yəni çimərlikdə özləri üçün süfrə açmışlar və çimərlikdə çimmişlər. Həmin zaman yeməklə yeməyə çörək olmadığından o, Vüqara demişdi ki, gedib çörək alsın və gəlsin. Bu zaman onun bu sözü Vüqara pis təsir etmişdi və Vüqar ona demişdi ki, gedib çörəyi özü alsın. O, getməyəcəyini Vüqara dedikdə aralarında sözlə mübahisə olmuş və qərara gəlmişlər ki, birlikdə gedib çörək alsınlar. Belə ki, o, Vüqarla birlikdə çimərlikdən çıxmış və birlikdə yol kənarına mağazaya piyada gedəndə yolda aralarında yenə sözlə mübahisə olmuşdu və həmin zaman Təqsirləndirilən şəxs1 yumuruqla onun üzünün sol nahiyyəsindən vurmuşdu. Vüqar onu vurduqdan sonra aralarında olan dostluq münasibətinə görə Vüqara qarşı cavab verməmiş, lakin Vüqara polisə şikayət edəcəyini deyib oradan tanımadığı taksiyə əyləşərək Vüqarın onu yumuruqla vurması barədə Xəzər RPİ-nə şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, 16 dekabr 2023-cü il tarixdən Bakı şəhəri, Sahil qəsəbəsi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-də mühafizəçi vəzifəsində xidmət aparır, 2020-ci ildən isə növbə rəisi vəzifəsində xidmət apar. Onun xidmət rejimi 2 gün saat 08.00-dən saat 20.00-dək, digər 2 gün istirahət, digər 2 gün saat 20.00-dən saat 08.00-dək xidmət, digər 2 gün isə istirahət günündən ibarətdir. Xidməti vəzifələri əsasən zavoda daxil olan və ya çıxan əməkdaşların üstlərini yoxlamaq, zavodun ərazisində mühafizəni təşkil etmək, əməlkdaşları və ya kənardan kiminsə gəlib zavoda məxsus əmlakı oğurlamasının qarşısını almaqdan ibarətdir. 26 iyun 2023-cü il tarixdə gündüz xidmətində olan zaman zavod rəhbərliyindən ona məlumat verildi ki, köməkçi anbarın içərisində kimsə oğurluq edir. O, köməkçisi Vasif adlı əməkdaş ilə birlikdə zavod ərazisində yarımstansiyanın qarşısına gəldik. Vüqar adlı elektrik ərazidə təmizləmə işləri aparırdı. O, Vüqardan rəhbərliyin ona “2-ci faza” deyilən yeri soruşmuşdur, Vüqar onları zavodun digər yerinə göndərmişdi, lakin ona Siyavuş müəllim zəng edərək səhv yerə getdiklərini, geri qayıtmağı tələb etmişdi. Onlar yenə zavodun içərisində yerləşən köməkçi anbarın qarşısına gəlmişlər. Anbarın qapısının kilidli olduğunu görmüşlər, o, telefon vasitəsilə anbarın qapısının bağlı olduğunu dedikdə, Siyavuş müəllim ona demişdi ki, «anbarın içərisində adam var, oğurluq edir». O, anbarın arxa hissəsinə keçmiş, anbarın dəmir barmaqlıqlarının biraz açıq olduğunu, əli ilə aralayıb içəri keçmək istədikdə mümkün olmadığını görmüşdür. Həmin vaxt Siyavuş müəllim demişdi ki, "anbardan qaçdı, təhlükəsizlik kamerasına sifət düşüb, mən tanımadım, gəlirəm, siz də baxın görək kimdir”. Siyavuş müəllim gəlib onlara görüntüləri göstərəndə anbarın içərisndə mis naqilləri kəsən şəxsin elektrik vəzifəsində çalışan Vüsal adlı şəxsin olduğunu demişlər. Zavod rəhbərliyi ilə birlikdə elektriklərin oturduğu yarımstansiyaya getmişlər, orada Vüqarı görüb Vüsalın harada olduğunu soruşmuşlar, Vüsalı çağırıb görüntünü göstərmişdilər, Vüsal da əməlini etiraf etmişdi. Mühafizə xidmətinin əməkdaşlarının səhlənkarlığı səbəbindən ola bilər ki, zavodda çalışan əməkdaşlar zavoddan oğurluq etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, O, 17 dekabr 2023-cü il tarixdən Bakı şəhəri, Sahil qəsəbəsi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-də mühafizəçi vəzifəsində xidmət aparır. Onun xidmət rejimi 2 gün saat 08.00-dən saat 20.00-dək, digər 2 gün istirahət, digər 2 gün saat 20.00-dən saat 08.00dək xidmət, digər 2 gün isə istirahət günündən ibarətdir. Xidməti vəzifələri əsasən zavoda daxil olan və ya çıxan əməkdaşların üstlərini yoxlamaq, zavodun ərazisində mühafizəni təşkil etmək, əməkdaşları və ya kənardan kiminsə gəlib zavoda məxsus əmlakı oğurlamasının qarşısını almaqdan ibarətdir. Onun xidməti postu zavodun ərazisində 1-ci postdur, 1-ci post zavodun əsas giriş hissəsidir. Zavodun işçiləri 2-ci postdan zavoda daxil olub çıxırlar. Zavodun 1-ci postundan isə zavod rəhbərliyi, ofis əməkdaşları keçib gedibgəlirlər. 26 iyun 2023-cü il tarixdə gündüz xidmətində 1-ci postda xidmətdə olduğu zaman zavod rəhbərliyindən növbə rəisi Şahid1 məlumat verildi ki, köməkçi anbarın içərisində kimsə oğurluq edir. O, növbə rəisi ilə birlikdə zavod ərazisində yarımstansiyanın qarşısına gəlmişlər. Vüqar adlı elektrik ərazidə təmizləmə işləri aparırdı. Onlar Vüqardan rəhbərliyin onlara dediyi “2-ci faza” deyilən yeri soruşmuşlar, Vüqar onları zavodun digər yerinə göndərmişdi, lakin Siyavuş müəllim növbə rəisinə zəng edərək səhv yerə getdiklərini, geri qayıtmaqlarını tələb etmişdi. Onlar yenə zavodun içərisində yerləşən köməkçi anbarın qarşısına gəlmişlər. Anbarın qapısının kilidli olduğunu görmüşlər, növbə rəisi telefon vasitəsilə anbarın qapısının bağlı olduğunu dedikdə, Siyavuş müəllim demişdi ki, “anbarın içərisində adam var, oğurluq edir”. Onlar anbarın arxa hissəsinə keçmişlər, anbarın dəmir barmaqlıqlarının biraz açıq olduğunu, növbə rəisi Şahid1 əli ilə aralayıb içəri keçmək istədikdə mümkün olmadığını görmüşlər. Həmin vaxt Siyavuş müəllim demişdi ki, “anbardan qaçdı, təhlükəsizlik kamerasına sifət düşüb, mən tanımadım, gəlirəm, siz də baxın görək kimdir”. Siyavuş müəllim gəlib onlara görüntüləri göstərəndə anbarın içərisndə mis naqilləri kəsən şəxsin elektrik vəzifəsində çalışan Vüsal adlı şəxsin olduğunu demişdilər. Zavod rəhbərliyi ilə birlikdə elektriklərin oturduğu yarımstansiyaya getmişlər, orada Vüqarı görüb Vüsalın harada olduğunu soruşmuşlar, Vüsalı çağırıb görüntünü göstərmişdilər, Vüsal da əməlini etiraf etmişdi. Mühafizə xidmətinin əməkdaşlarının səhlənkarlığı səbəbindən ola bilər ki, zavodda çalışan əməkdaşlar zavoddan oğurluq etmişdir. Həmçinin onun xidməti postu 1-ci postdur, həmin postdan zavodun rəhbər işçiləri daxil olub çıxırlar. Zavodun digər işçiləri isə 2-ci post deyilən qapıdan girib-çıxırlar. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1044 saylı rəyinə Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər çənənin hematoması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan solgicgah oynağının yumşaq toxmalarının əzilməsi küt əşya(əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1-2 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1976-cı il tarixdə Lənkəran şəhərində doğulmuş Quliyev X5 Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən AR CM-nin 255-1-ci maddəsinin “Q” bəndi, 252-ci maddəsinin “V” bəndi, 255-ci maddəsinin “B” bəndi, 246-cı maddəsinin “V” bəndi, 38, 241-ci maddəsinin “V” bəndi ilə təqsirli bilinərək barəsində 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 27 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Vasif Xalıqov tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 27 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Vasif Xalıqov tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 29 iyun 2023-cü il tarixli qərardan görünür ki, Qaradağ RPİnin İŞ-nin müstəntiqi, polis kapitanı Vasif Xalıqov tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 29-177.2.1, 29-177.2.2-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 29-177.2.1, 29-177.2.2 və 29.177.2.3-cü maddələrinə tövsif olunmuşdur. İş materiallarında olan 29 iyun 2023-cü il tarixli qərardan görünür ki, Qaradağ RPİnin İŞ-nin müstəntiqi, polis kapitanı Vasif Xalıqov tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3cü maddələri ittiham elan olunaraq o, təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan 29 iyun 2023-cü il tarixli qərardan görünür ki, Qaradağ RPİnin İŞ-nin müstəntiqi, polis kapitanı Vasif Xalıqov tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3cü maddələri ittiham elan olunaraq o, təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 29 iyun 2023-cü il tarixli qərarına əsasən AR CM-nin 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 29 iyun 2023-cü il tarixli qərardan görünür ki, Qaradağ RPİnin İŞ-nin müstəntiqi, polis kapitanı Vasif Xalıqov tərəfindən Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərarına əsasən AR CM-nin 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti barəsində əvvəl seçilmiş “həbs” qətimkan tədbirinin müddəti həddində müəyyən edilmişdir. İş materiallarında olan 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Vasif Xalıqov tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29-177.2.1, 29- 177.2.2 və 29.177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.3.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Vasif Xalıqov tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 9/6117 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 3 damarlı, 120 MMx3C+25MMx30 markalı, qara rəngli, izolyasiyalı, istifadədə olamamış mis naqilin 1 metrinin hadisə baş verən tarixə, yəni 2023-cü ilin iyun ayında olan orta bazar qiyməti nəzəri qaydada təxminən 70 manat müəyyən edilmişdir. İş materiallarında olan 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Vasif Xalıqov tərəfindən 230030234-№-li cinayət işi istintaq aidiyyəti üzrə Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nə göndərilmiş və xx.xx.2023-cü il tarixdə iş üzrə istintaqı Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyevə həvalə olunmuşdur. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİnin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİnin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən 28 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 05 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİnin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128, 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə ittiham elan olunaraq o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 05 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİnin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən xx.xx.2023-cü il taixdə tərəfimdən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə ittiham elan olunaraq o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan AR CM-nin 128ci maddəsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, “Təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir.” Məhkəmə qeyd edir ki, Xəzər rayon Məhkəməsinin 1(003)-884/2023 saylı, 27 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda olan AR CM-nin 177.2.1, 29.177.2.1, 29.177.2.2, 177.2.3 və 29.177.2.3-cü maddələri hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 128, 177.2.1, 29.177.2.1, 29.177.2.2, 177.2.3 və 29.177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 29.177.2.1, 29.177.2.2, 177.2.3 və 29.177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı özünə aid hissədə zərər çəkmiş hüquqi şəxsə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı özünə aid hissədə zərər çəkmiş hüquqi şəxsə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, ekspert rəyinə, zərər çəkmiş hüquqi şəxsin, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 177.2.1, 29.177.2.1, 29.177.2.2, 177.2.3 və 29.177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 177.2.1, 29.177.2.1, 29.177.2.2, 177.2.3 və 29.177.2.3-cü maddələri törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən qeyd edir ki, onların törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxslərin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut olan 1 (bir) ədəd elektron məlumat daşıyıcısı olan flaş-kart iş materiallarında saxlanılmalıdır. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128, 177.2.1, 29.177.2.1, 29.177.2.2, 177.2.3 və 29.177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2nvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 29.177.2.1, 29.177.2.2, 177.2.3 və 29.177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4ı axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Maddi sübut olan 1 (bir) ədəd elektron məlumat daşıyıcısı olan flaş-kart iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-884/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-884/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver