Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-889/2024 26.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 və onun vəkili Müdafiəçi iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydadasında şikayətlə Xəzər Rayon Məhkəməsinə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinməsi, mənəvi ziyana görə 1000, maddi ziyana görə 120 manat pulun alınaraq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, hadisə 08 dekabr 2024-cü il tarixdə saat 19:37 radələrində "xxxx" QSC-nin - aeroportun 2-ci terminalında ikinci mərtəbədə “steril zona” adlanan məkanda baş vermişdir. Həmin tarixdə və məkanda barəsində xüsusi ittiham qaydasında şikayət edilən X5 tərəfindən ona qarşı ( onun iş yoldaşıdır) ünvanlı ağır söyüşlər işlədilmiş, qeri-müəyyən subyektlərin dairəsi daxilində təhqir olunmuş, əsası olmayan böhtanlarla şəxsiyyəti alçaldılmışdır. Ona məxsus dəyəri 120 manat olan optik eynək onun tərəfindən sındırılmışdır. Hadisə baş verən tarixdə o növbədə olduğu halda Sevinc Qasımlı danışıb butikə dəvət etdiyi iki müştəriyə qanunsuz xidmət göstərməyə başlamış və bununla əlaqədar açarı tez və onun iradəsinin ziddinə götürmüşdür. Qeyd edir ki, onun belə hüququ yoxdur. Vitrində qiyməti 4000$-9000$ arasında dəyişən mallar mövcud olduğundan itkisi olduğu halda məsuliyyəti birbaşa o daşıyır. Eləcə də xidmət etdiyi kassada pul sayılmalı, lazımı qaydada və müddətdə təhvil verilməlidir. Öncə ona “vaxtına hələ 10 dəqiqə var” və ona müraciət edən türk vətəndaşına onun baxmaq istədiyi vitrindəki üzüyü göstərmək istədikdə və bu məqsədlə açarı götürməyə gedəndə Sevinc cəld açarı götürmüş və tələb etməsinə baxmayaraq açarı ona verməmişdir. İsrarla açarı tələb etsə də, ona sözü bu olmuşdur -“Elvin rədd ol buradan”. O, təkrar açarı ondan tələb etmiş, onunla hansı haqla belə danışmasını soruşmuş, o isə ona “poxunu ye” demişdir. Ona növbədə olduğunu, nə haqla onunla belə danışmasını soruşduqda, ünvanına “get sikdir” ifadəsini işlətmişdir. Bundan sonra o, özünə məxsus telefonu çıxarıb nümayişkaranə şəkildə onu bütün söyüş və təhqirlərini fiksə etmişdir. Onun ünvanına “sən petuxsan”, sən nakişisən”, “arvadını başqa kişinin qucağından çıxaransan”, üzdən iraq”, “ kül başına”, “oğraş” kimi qeyri etik-təhqiramiz söz və ifadələr işlətmişdir. Bu hal iş yerində və tanımadığı şəxslərin qeyri-müəyyən dairəsi daxilində baş vermiş haqsız alçaldılmış, nəticədə stress keçirmişdir. Daha sonra ona “sənin ağzını cırdıttırram” demiş və özünə məxsus telefonla “nişanlısı” adlandırdığı tanımadığı kənar şəxslə danışmış, ”nişanlı” isə “dalbayob, tapıb ağzını cıraram, göt” kimi ifadələr işlətmişdir. X3 öz “nişanlısı” vasitəsilə onu söyüb təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin icraata qəbul edilməsini, işin məhkəmə baxışına təyin edilməsini və X2 təqsirləndirilən şəxs qismində cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 vəkili Müdafiəçi şikayətin icraata qəbul edilməsini, işin məhkəmə baxışına təyin edilməsini və X2 təqsirləndirilən şəxs qismində cəlb olunmasını məhkəmədən xahiş etdi. Xüsusi ittihamda barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs - X2 yaşadığı ünvan göstərilmədiyindən hazırki məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq bildirişin göndərilməsi mümkün olmamış, bu səbəbdən onun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti nəzərdən keçirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasında baxdığı məsələlərdən biri də Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasıdır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə ilk öncə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, xüsusi ittiham qaydasında barəsində şikayet verilmiş şəxsin yaşayış yeri, onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə xahiş göstərilməmişdir. Belə ki, xüsusi ittihamda barəsində şikayət edilən şəxsin X5 olduğu qeyd olunsada onun yaşayış yeri göstərilməmiş, xahiş hissəsində isə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək maddi və mənəvi zərərin alınaraq ona verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Həmçinin barəsində şikayət verilmiş şəxsin həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (böhtan cinayətinin törətməsi ilə) təqsirli bilinməsi xüsusi ittihamda xahiş olunsa da, şikayətdə həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinin harada, nə vaxt və necə törədilməsi, bu əməlinin hansı sübutlarla təsdiq olunması və s. hallar göstərilməmiş, həmin maddənin iki hissədən (147.1 və 147.2-ci maddələrdən) ibarət olması nəzərə alındıqda isə hansı maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi göstərilməmişdir. Belə ki, şikayətin əsası kimi iş yoldaşı olan X5 tərəfindən iş yerində söyüşlər söyülərək təhqir olunmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-889/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-889/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver