Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-89/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Qərib oğlunun, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi döngə 1 ev 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 258/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs Qərib oğluna məxsus ünvan 1 ünvanına daş hasarın üstündən keçməklə qanunsuz daxil olub oradan 1 ədəd qiyməti 100 manat təşkil edən istifadədə olmuş “SHİMGE” markalı su motorunu, 1 metrinin qiyməti 0,60 manat təşkil edən, 30 metr uzunluğunda istifadədə olmuş, üzəri ağ rəngli izolyasiyalı, üzərində “HEE KABLO H05VV-F 2X2,5 mm2 300/500 V” markalanma göstəricisi olan, ümumi diametri 9,3 mm, 2 damarlı, ayrı-ayrı izolyasiyalı, damarların diametri 3,4 mm olan çox simli kabeli, 1 ədəd qiyməti 150 manat təşkil edən “Malış” markalı su motorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 268 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə heroin narkotik vasitəsini əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxxx 2020-ci il tarixdə saat 17:10-da narkotik vasitələrin qanunsuz olaranq əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinərək Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Mərkəzi küçədə saxlanıb Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nə aparılmış, xx xxxxxxx 2020-ci il tarixdə saat 18:40-da Polis Şöbəsinin inzibati binasında polis əməkdaşları və Müdafiəçi iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızının bükümündə təmiz çəkisi 0,238 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, bundan əvvəl Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, lakin yenə də narkotik vasitələr qəbul etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu Hövsan qəsəbəsində fəaliyyət göstərən “Şüşəli bazar”ın yaxınlığında tanımadığı və əlamətlərini xatırlamadığı şəxsdən şəxsi istifadə məqsədi ilə 10 manata siqaretin gümüşü kağızına bükülmüş bir büküm heroin narkotik vasitəsi alıb onu əynindəki tünd göy rəngli gödəkcənin sol yan cibinə qoymuşdur. xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Türkan qəsəbəsi Mərkəzi küçə ilə üzü yaşadığı Xanlar küçəsi istiqamətində piyada hərəkət edərkən ona mülki geyimli şəxslər yaxınlaşıb polis işçiləri olduqlarını bildirmiş və vəsiqələrini göstərərək ondan özünü təqdim etməyi tələb etmişlər. O, özünü polis əməkdaşlarına təqdim etdikdən sonra onlar ondan üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan olunmuş əşyalar olub-olmadığını soruşmuşlar. Yaxalandığını başa düşüb üzərində heroin narkotik vasitəsi olduğunu etiraf etmişdir. Üzərinə baxış keçirilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən Xəzər RPİ 1-ci Polis Şöbəsinə dəvət edilmiş, o da heç bir etiraz etmədən onların avtomobili ilə 1-ci PŞ-nə getmişdir. PŞ-də ona hüquq və vəzifələri, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu izah edilmişdir. Vəkillərin siyahısı ona təqdim olunmuş, dövlət hesabına təyinatla və ya öz hesabına müqavilə əsasında müdafiəçi ilə təmin edilmək hüququ izah edilmişdir. Siyahıya baxıb, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi seçib hüquqlarının onun tərəfindən müdafiə edilməsini istədiyini bildirmişdir. Vəkil Müdafiəçi ona təqdim edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin, polis işçilərinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızının bükümünü çıxarıb təqdim edərək bükümün içərisində heroin narkotik vasitəsi olduğunu bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini şəxsi istifadə məqsədi ilə Hövsan qəsəbəsindəki “Şüşəli bazar”ın yanında tanımadığı və əlamətlərini xatırlamadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, qablaşdırmanın üstü imzalanmış və möhürlənmiş, faktla bağlı protokol tərtib edilərək ucadan oxunmuş, əlavə və düzəliş daxil olmadığından, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, çoxdan tanıdığı və qonşusu Zərərçəkmiş şəxs Qərib oğlunun Türkan qəsəbəsi Xanlar küçəsi döngə 6 ev 2 ünvanında təmir işləri apardığından həmin həyətdə işləmiş, divarların suvanması işini icra etmişdir. Həyətdə işləyən vaxtlar Xeyrəlinin həyətində 2 ədəd su motoru və kabel olduğunun, axşam Xeyrəlinin həyətin qapısını bağlayıb atasının qəsəbədəki evinə gedəndə su motorlarını yığışdırmadığının, həyətdə qoyub getdiyinin şahidi olmuşdur. xx xxxxxxx 2020ci il tarixdə saat 19 radələrində Xeyrəli həyətin darvazasını bağlayıb getmişdir. Saat təxminən 20 radələrində Xeyrəlinin Türkan qəsəbəsi Xanlar küçəsi döngə 6 ev 2 ünvanına daş hasarın üstündən keçməkdə daxil olmuşdur. Həyətdəki kiçik və iri su motorlarını yerindən çıxarmış, kabeli ilə birlikdə götürüb hasardan küçəyə qoymuş, sonra hasarın üstündən küçəyə düşmüşdür. Su motorlarını və təxminən 30 metr uzunluğunda kabelini özünün yaşadığı Türkan qəsəbəsi Xanlar küçəsi döngə 1 ev 1 ünvanına gətirib gizlətmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində yuxudan qalxmış, anası Sənarə Vəliyeva və arvadı Şahid2 ilə birlikdə yaşadığı Türkan qəsəbəsi Q.İsmayılov küçəsi döngə 1 ev 1 ünvanının həyətindəki su quyusunun suyunu çıxarmaq üçün istifadə etdiyi, təxminən iki il əvvəl aldıqları 80 manat dəyərindəki, markasını xatırlamadığı su motorunu yerindən söküb çıxarmışdır. Həmin vaxt anası və arvadı işdə olmuşlar, motoru və Xeyrəlinin həyətindən oğurladığı su motorunu götürərək Sabunçu bazarına aparıb orada ikisini 45 manata satmış, puluna narkotik vasitə heroin alıb istifadə etmişdir. Həmin gün axşam saat 18 radələrində anası Sənarə, onun ardınca isə arvadı İlahə işdən evə qayıtmışlar. Anası həyətdəki su quyusunun motorunu işə salmağa gedəndə motorun yerində olmadığını görüb ondan motor barəsində soruşmuş, o, motorun harada olduğu barədə məlumatının olmadığını bildirmişdir. Anası motorun onun tərəfindən oğurladığını söyləsə də, ona israrla motoru oğurlamadığını demişdir. Bu səbəbdən də anası fakt barədə DİN 102 xidmətinə məlumat vermişdir. Polis gələnə kimi o, evdən çıxıb getmiş, biriki gün evə gəlməmişdir. Xeyrəlinin iri su motoru və kabeli həyətdə qalmışdır. Həmin motor daha qiymətli olduğundan, onu sonrakı günlərin birində satmaq üçün saxlamış, lakin xx xxxxxxx 2020-ci il tarixdə tutulduğundan, qeyd etdiyi su motorunu sata bilməmişdir. Tutulduğu gün motorun yerini polis əməkdaşlarına demiş, onlar da həyətə gedib su motorunu götürmüşlər. Törətdiyi əməllərdən peşman olmuş, Zərərçəkmiş şəxs Qərib oğlu ilə barışıq əldə edərək ona dəymiş ziyanı tam ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Qərib oğlu göstərdi ki, ona məxsus Türkan qəsəbəsi Xanlar küçəsi döngə 6 ev 2 ünvanında təmir işləri aparıldığından, müvəqqəti olaraq orada yaşamır. Təqsirləndirilən şəxs həmkəndlisidir və qonşuluqda yaşamışdır. Taley həbsdən çıxdıqdan sonra həyətlərdə fəhləliklə məşğul olmuş, onun da həyətində fəhlə kimi işləmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində evin qapısını və həyətin darvazasını bağlayaraq çıxıb getmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 08 radələrində Türkan qəsəbəsi Xanlar küçəsi döngə 6 ev 2 ünvanının darvazasını açmış, həyətdəki su quyusunun 2 ədəd motorunun və naqillərinin oğurlandığını müəyyən etmişdir. Ətrafa baxmış, başqa əmlakının oğurlanmadığını görmüşdür. Oğurluqda Taleydən şübhələnmiş, lakin onu tapa bilməmişdir. Həmin gün saat 11 radələrində faktla bağlı DİN 102 xidmətinə məlumat vermişdir. Həyətə polis işçiləri gəlmiş, ərizə və izahatı alınmış, həyətə baxış keçirilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tutulmuş, həmin vaxt polis işçiləri onu Taleyin həyətinə aparmışlar. Orada özünə məxsus və oğurlanmış 2 ədəd su motorundan birini və naqilləri görüb tanımışdır. Beləcə ona məlum olmuşdur ki, su motorunu oğurlayan şəxs qonşusu, evində fəhlə kimi işləmiş Təqsirləndirilən şəxsdir. Su motorlarının markasını dəqiq xatırlamır, motorlardan birinin qiyməti 150 manat, digərinin, yəni polis tərəfindən götürülmüş su motorunun qiyməti 250 manat, naqillərin ümumi dəyəri isə 70 manatdır. 150 manat dəyərində olan su motoru Belarusiya istehsallı “Malış” markalı olmuşdur. Təzə vəziyyətdə olan həmin motoru 1-2 dəfə istifadə etmiş, lakin heç vaxt təmir etdirməmişdir. İkinci motoru təxminən bir il bundan əvvəl alıb işlətmişdir, həmin motor təmir olunmayıb və saz vəziyyətdədir, təzəliyindən özü istifadə etmişdir. Oğurluq nəticəsində ona başqa əmlak ziyanı vurulmayıb, əmlakı zədələnməyib və məhv edilməyib. Ekspertiza isə əmlakın istifadədə olmasını nəzərə alıb qiymətini müəyyən etmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2444-9/4766 nömrəli xx.xx.2020-ci il tarixli rəyinə əsasən istifadədə olmuş, üzəri ağ rəngli izolyasiyalı, üzərində “HEE KABLO H05VV-F 2X2,5 mm2 300/500 V” markalanma göstəricisi olan, ümumi diametri 9,3 mm, 2 damarlı, ayrı-ayrı izolyasiyalı, damarların diametri 3,4 mm olan çox simli kabel nümunəsinin keçirici metalı mis əsaslı ərintisindən hazırlanmışdır, 1 metrinin xx xxxxxxx 2020-ci il tarixdə orta bazar pərakəndə satış qiyməti təxminən 0,60 manat, 30 metri 18 manat, 1 ədəd istifadədə olmuş “SHİMGE” markalı (quyu) su motorunun xx xxxxxxx 2020-ci il tarixdə orta bazar pərakəndə satış qiyməti 100 manat müəyyən edilməsi ilə tam razıdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında içtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə müəyən edildi ki, oğlu Təqsirləndirilən şəxs və gəlini Şahid2 ilə birlikdə yaşayır, Xəzər rayonu 119 saylı orta məktəbdə xadimə işləyir. Oğlu Taley əvvəllər narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması ilə əlaqədar azadlıqdan məhrum edilmişdir. Taley azadlığa buraxıldıqdan sonra da narkotik vasitələr qəbul etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə Taley yenidən narkotik vasitələri qanunsuz əldə edib saxlamaqla daşımaqda təqsirli bilinib həbs edilmişdir. Xəzər RPİ 1-ci PŞ-nə su motorunun oğurlanması ilə əlaqədar ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli ərizə onun tərəfindən imzalanmışdır. Ərizə ilə əlaqədar izahatı alınmış və həyətə baxış keçirilmişdir. Belə ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində işdən evə gəlmiş, bir neçə dəqiqə sonra isə gəlini, yəni Taleyin arvadı İlahə də gəlmişdir. Həyətdəki su quyusunun motorunu işə salmağa gedəndə motorun yerində olmadığını müəyyən etmişdir. Taleydən motorun harada olduğunu soruşmuş, Taley isə motordan məlumatı olmadığını demişdir. Motorun Taley tərəfindən oğurlandığından, satıb həmin pula narkotik vasitə aldığından şübhələnmişdir. Lakin Taley motoru oğurlamadığını bildirdiyindən, fakt barədə DİN 102 xidmətinə məlumat vermişdir. Polis gələnə kimi Taley evdən çıxıb getmiş, buna görə də su motorunu Taleyin oğurladığına tam əmin olmuşdur. Həyətə gələn polis işçiləri əraziyə baxış keçirmiş, ərizə və izahat alıb getmişlər. Ərizədə motorun oğlu Taley tərəfindən oğurlandığını qeyd etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə evə gəldikdə həyətdə su motoru görmüş, lakin həmin motorun kimin tərəfindən həyətə gətirildiyini bilməmişdir. Həmin gün evə polis işçiləri gəlmiş, şifahi söhbət zamanı su motorunu soruşmuşlar və Taleyin qonşuluqda yaşayan Xeyrəlinin həyətindən su motoru oğurladığını öyrənmişdir. Həyətdəki su motoru götürülmüşdür. Həyətindəki su motorunun oğurlanması faktı ilə əlaqədar heç bir şikayəti olmadığını, su motorunun oğlu Taleyin oğurlayıb satdığını, su motorunun ailənin ümumi istifadəsində olduğundan birgə əmlakları sayıldığını bildirmiş, şikayəti əsasında aparılan icraata xitam verilməsini xahiş etmişdir. Oğurlanmış su motoru barəsində xx xxxxxxx 2020ci il tarixdə saat 18:30-da DİN 102 xidmətinə məlumat verən zaman dəyərinin 500-600 manat olduğunu bildirsə də, həmin tarixdə Xəzər RPİ 1-ci PŞ-nə ünvanladığı ərizədə su motorunun qiymətinin 80 manat olduğunu qeyd etmiş, telefon məlumatını verdikdə su motorunun dəyəri soruşulmuş, həyəcanlı vəziyyətlə telefonda əmlakın qiymətini 500-600 manat göstərdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 qızı da qaynanası Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək yaşadıqları evin həyətindəki su motorunu əri Təqsirləndirilən şəxs oğurladığından, su motorunun ailənin ümumi istifadəsində olan əmlak olduğu səbəbindən faktla bağlı şikayəti olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 1-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid3 göstərdi ki, Türkan qəsəbəsi Xanlar küçəsində yaşayan Təqsirləndirilən şəxs nakotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, gəzdirilməsi və qəbul edilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı əldə edilmiş, həmin məlumat rəhbərliyə məruzə edilmiş, məlumatın yoxlanılması barədə icazə alındıqdan sonra Təqsirləndirilən şəxs əməllərinin ifşa edilməsi üçün ondan və 1-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun üzvü Şahid4, rəhbəri isə özü təyin edilmişdir. Qərar Polis Şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat qrupunun üzvlərinə hərəkət xətti və davranış qaydaları, əməliyyatın keçiriləcəyi yer izah edilmişdir. Bundan sonra Şahid4la birlikdə xx xxxxxxx 2020-ci il tarixdə saat 17:10-da Türkan qəsəbəsi Mərkəzi küçəsində piyada hərəkət edən, əlamətlərindən Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, ondan özünü təqdim etməyini tələb etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınmasında şübhəli olduğunu söyləyib avtomobilə əyləşməyi, Xəzər RPİ 1-ci PŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən və heç bir müqavimət göstərmədən onların tələblərinə tabe olub avtomobilə əyləşmiş və birlikdə 1-ci PŞ-nə gəlmişlər. xx xxxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində 1-ci PŞ-nə çatmışlar, fakt barədə PŞ-nin rəisinə raportla məruzə etmişlər. Araşdırmanın davam etdirilməsi PŞ-nin təhqiqatçısı polis mayoru Natiq Ağamirzəyevə tapşırılmış, şöbəyə vəkil Müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və həmin tarixdə saat 18:40 radələrində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə onun, vəkilin, sahə inspektoru Şahid4 iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı videoçəkilişi Şahid4 mobil telefonun kamerası vasitəsi ilə aparmışdır. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa, onları könüllü təqdim etmək təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızının bükümünü təqdim edib içərisində heroin narkotik vasitəsi olduğunu bildirmişdir. Bükümün içərisinə baxdıqda qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin bükümün içərisindəki maddənin heroin narkotik vasitəsi olduğunu bildirən Təqsirləndirilən şəxs, heroini həmin gün şəxsi istifadə üçün Hövsan qəsəbəsindəki “Şüşəli bazar”ın yanında tanımadığı və əlamətlərini xatırlamadığı şəxsdən 10 manata aldığını, narkomaniya xəstəliyindən əziyyət çəkdiyini qeyd etmişdir. Aşkar olunmuş büküm zərfə qablaşdırılmış, qablaşdırmanın üstü imzalanaraq təsdiq edilmiş, faktla bağlı protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru Şahid4 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiklərini təsdiq etdi. İş materiallarından görünür ki, istintaq zamanı X1 ərizə ilə müraciət edərək xx xxxxxxx 2020-ci il tarixdə Xəzər RPİ 1-ci PŞ-nə ərizə ilə müraciət edib yaşadığı Türkan qəsəbəsi Q.İsmayılov küçəsi dalan 1 ev 1 ünvanından bir ədəd su motorunun oğurlandığını, araşdırma zamanı su motorunu oğlu Təqsirləndirilən şəxs oğurladığının müəyyən edildiyini, faktla bağlı heç bir şikayəti və ya tələbi olmadığını, su motorunun ailənin ümumi istifadəsində olduğunu qeyd edib, fakt üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, istintaq zamanı Şahid2 qızı ərizə ilə müraciət edərək xx xxxxxxx 2020-ci il tarixdə yaşadığı Türkan qəsəbəsi Q.İsmayılov küçəsi dalan 1 ev 1 ünvanından bir ədəd su motorunun oğurlandığı barədə qaynanası Şahid1 Xəzər RPİ 1-ci PŞ-nə ərizə ilə müraciət etdiyini, araşdırma zamanı su motorunu həyat yoldaşı Təqsirləndirilən şəxs oğurladığının müəyyən edildiyini, su motorunun ailənin ümumi istifadəsində olduğunu qeyd edib, fakt üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 6/2157 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs götürülmüş” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,238 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Təmiz çəkisi 0,238 qram olan heroinin 0,05 qramı tədqiqata sərf edilmiş, 0,188 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,50 (bir yüz doqquz, əlli) manatdır. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən vasitələr”-in İ siyahısına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2444-9/4766 nömrəli xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, istifadədə olmuş, üzəri ağ rəngli izolyasiyalı, üzərində “HEE KABLO H05VV-F 2X2,5 mm2 300/500 V” markalanma göstəricisi olan, ümumi diametri 9,3 mm, 2 damarlı, ayrı-ayrı izolyasiyalı, damarların diametri 3,4 mm olan çox simli kabel nümunəsinin keçirici metalı mis əsaslı ərintisindən hazırlanmışdır, 1 metrinin xx.xx.2020-ci il tarixdə orta bazar pərakəndə satış qiyməti təxminən 0,60 manat, 30 metri 18 manat, 1 ədəd istifadədə olmuş “SHİMGE” markalı (quyu) su motorunun xx xxxxxxx 2020-ci il tarixdə orta bazar pərakəndə satış qiyməti 100 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 3026 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,238 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış heroin narkotik vasitəsinin tədqiqatdan sonra qalıq qalmış 0,188 qram hissəsi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Xəzər RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. İş materiallarından görünür ki, araşdırma zamanı götürülmüş istifadədə olmuş, üzəri ağ rəngli izolyasiyalı, üzərində “HEE KABLO H05VV-F 2X2,5 mm2 300/500 V” markalı, 1 metrinin xx xxxxxxx 2020-ci il tarixdə orta bazar pərakəndə satış qiyməti 0,60 manat, 30 metri 18 manat, 1 ədəd istifadədə olmuş xx xxxxxxx 2020-ci il tarixdə orta bazar pərakəndə satış qiyməti 100 manat müəyyən edilmiş “SHİMGE” markalı (quyu) su matoru cinayət işi üzrə maddi sübut kimi tanınmış, cinayət işinin materialları ilə təqsirləndirilən şəxs, onun müdafiəçisi və zərərçəkmiş şəxs tanış olduqdan sonra işin məhkəmə həllinədək saxlanması üçün Zərərçəkmiş şəxs Qərib oğluna təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs Qərib oğlu tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş Ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəyərək onunla barışmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx xxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etməsi, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıması faktları məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında protokollarla, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Zərərçəkmiş şəxs Qərib oğluna məxsus üzəri ağ rəngli izolyasiyalı, üzərində “HEE KABLO H05VV-F 2X2,5 mm2 300/500 V” markalanma göstəricisi olan, ümumi diametri 9,3 mm, 2 damarlı, ayrı-ayrı izolyasiyalı, damarların diametri 3,4 mm olan çox simli, 30 metr uzunluğunda kabelin və 1 ədəd istifadədə olmuş “SHİMGE” markalı (quyu) su motorunun sahibinə qaytarılması nəzərə alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq qalmış, kustar üsulla hazırlanmış narkotik vasitə - 0,188 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 109,50 (bir yüz doqquz, əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Zərərçəkmiş şəxsə dəymiş 268,00 (iki yüz altmış səkkiz) manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 30 saat) cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Zərərçəkmiş şəxs Qərib oğluna məxsus üzəri ağ rəngli izolyasiyalı, üzərində “HEE KABLO H05VV-F 2X2,5 mm2 300/500 V” markalanma göstəricisi olan, ümumi diametri 9,3 mm, 2 damarlı, ayrı-ayrı izolyasiyalı, damarların diametri 3,4 mm olan çox simli, 30 metr uzunluğunda kabelin və 1 ədəd istifadədə olmuş “SHİMGE” markalı (quyu) su motorunun sahibinə qaytarılması nəzərə alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış, kustar üsulla hazırlanmış narkotik vasitə - 0,188 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 109,50 (bir yüz doqquz, əlli) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxsə dəymiş 268,00 (iki yüz altmış səkkiz) manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-89/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-89/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver