Məhkəmə qərarları › İş №1(003)-89/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-89/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-89/2024 20.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, işləməyən, Sabirabad rayonu, Həşimxanlı kəndində qeydiyyatda olan və yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün dolayı yolla vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almaqla təkrarən vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Belə ki, o, tanışı X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girərək 2020-ci ilin oktyabr ayının ortalarında X21 bankdan kredit almaq istəyi barədə məlumat əldə etdikdən sonra həqiqi təsir imkanlarından istifadə edərək "xxxx" ASC-nin kredit vermək səlahiyyəti olan vəzifəli şəxslərinin sonuncunun qızı Şahid6 faktiki olaraq işləmədiyi halda onun adına kredit ayrılmasına dair qərarına qanunsuz təsir etmək imkanlarına malik olmalarını bildirib, bunun üçün Dünya Əsədovadan özləri üçün dolayı yolla, yəni ayrılacaq hər 1.000 (bir min) manat kredit məbləğinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaitini istəyib, Dünya Əsədova və Şahid6 razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istintaqa məlum olmayan yerdə və şəraitdə 2020-ci ilin oktyabr ayının ortalarında hüquq verən rəsmi sənəd hesab edilən Şahid6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Yasamal rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində tibb bacısı vəzifəsində xidmət etməsi görüntüsü yaradan iş yerindən arayışı kompüterdə elektron formada tərtib edib, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək etibarlı olması barədə qeydlər apararaq üzərində həqiqisi ilə eynilik təşkil etməyən “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X32 Xidməti Yasamal Rayon Dövlət X25” sözləri yazılmış dairəvi möhürü zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək, Yasamal rayon DYMX-nin rəisi, daxili xidmət polkovnik-leytenantı, Rəşad Nəsirov qrafasının qarşısında əslindən fərqli formada imzalanmış 01 vərəqdən ibarət arayışı və "xxxx" ASC-nin Yasamal filialından Şahid6 adına verilməsi görüntüsü yaradan, 01 yanvar 2019-cu il tarixdən 26 yanvar 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun ******************** hesab nömrəsi üzrə 10.962,81 manat dövriyyəsinin olması, günün sonuna 30,35 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli 02 vərəqdən ibarət hesabdan çıxarışı kompüterdə elektron formada tərtib edib üzərində “Azərbaycan Beynəlxalq Bankı Yasamal Filialı, 26 OCT 2020, 4, Əməliyyat Şöbəsi” sözləri və rəqəmləri yazılmış, zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə dördkünc formalı möhürü həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək möhürün içərisini qəsdən fərqli formada imzalamaqla hazırladığı hüquq verən saxta rəsmi sənədləri 26 oktyabr 2020-ci il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 42 ünvanında yerləşən Baş ofisinin inzibati binasının qarşısında Dünya Əsədovanın yanında Şahid6 şəxsən verərək sonuncunun həmin bankdan 4.400 (dörd min dörd yüz) manat məbləğində kredit almasına nail olaraq, əvvəlcədən razılaşmalarına əsasən həmin məbləğdən 1.200 (bir min iki yüz) manat məbləğində olan hissəsini şəxsən alıb qabaqcadan əlbir olduğu X19 ilə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özləri üçün dolayı yolla vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən, tanışı X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girərək 2020-ci ilin noyabr ayının əvvəllərində Xankişiyev Tariel Fərman oğlunun bankdan kredit almaq istəyi barədə məlumat əldə etdikdən sonra həqiqi təsir imkanlarından istifadə edərək "xxxx" ASC-nin kredit vermək səlahiyyəti olan vəzifəli şəxslərinin sonuncunun faktiki olaraq işləmədiyi halda onun adına kredit ayrılmasına dair qərarına qanunsuz təsir etmək imkanlarına malik olmalarını bildirib, bunun üçün Tariel Xankişiyevdən özləri üçün dolayı yolla, yəni ayrılacaq kredit məbləğinə görə 1.600 (bir min altı yüz) manat məbləğində pul vəsaitini istəyib, Tariel Xankişiyevin razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istintaqa məlum olmayan yerdə və şəraitdə 2020-ci ilin noyabr ayının əvvəllərində hüquq verən rəsmi sənəd hesab edilən Xankişiyev Tariel Fərman oğlunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində sürücü vəzifəsində xidmət etməsi görüntüsü yaradan iş yerindən arayışı kompüterdə elektron formada tərtib edib, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək etibarlı olması barədə qeydlər apararaq üzərində həqiqisi ilə eynilik təşkil etməyən “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X32 Xidməti Binəqədi Rayon Dövlət X25” sözləri yazılmış dairəvi möhürü zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək, Binəqədi rayon DYMX-nin rəisi, Daxili xidmət polkovniki, Kamiş Şərbətov qrafasının qarşısında əslindən fərqli formada imzalanmış 01 vərəqdən ibarət arayışı və "xxxx" ASC-nin Bakıxanov filialından Xankişiyev Tariel Fərman oğlunun adına verilməsi görüntüsü yaradan, 01 noyabr 2019-cu il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun ******************** hesab nömrəsi üzrə 9.662,81 manat dövriyyəsinin olması, günün sonuna 20,05 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli 02 vərəqdən ibarət hesabdan çıxarışı kompüterdə elektron formada tərtib edib üzərində “Azərbaycan Beynəlxalq Bankı Bakıxanov Filialı, 10 NOV 2020, 2, Əməliyyat Şöbəsi” sözləri və rəqəmləri yazılmış, zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə dördkünc formalı möhürü həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək möhürün içərisini qəsdən fərqli formada imzalamaqla hazırladığı hüquq verən saxta rəsmi sənədləri 10 noyabr 2020-ci il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 42 ünvanında yerləşən Baş ofisinin inzibati binasının qarşısında Tariel Xankişiyevə şəxsən verərək sonuncunun həmin bankdan 4.400 (dörd min dörd yüz) manat məbləğində kredit almasına nail olaraq, əvvəlcədən razılaşmalarına əsasən həmin məbləğdən 1.600 (bir min altı yüz) manat məbləğində olan hissəsini şəxsən alıb qabaqcadan əlbir olduğu X19 ilə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özləri üçün dolayı yolla vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almaqla təkrarən vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən, tanışı X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girərək 2020-ci ilin noyabr ayının əvvəllərində Şahid8 bankdan kredit almaq istəyi barədə məlumat əldə etdikdən sonra həqiqi təsir imkanlarından istifadə edərək "xxxx" KB ASC-nin kredit vermək səlahiyyəti olan vəzifəli şəxslərinin sonuncunun faktiki olaraq işləmədiyi halda onun adına kredit ayrılmasına dair qərarına qanunsuz təsir etmək imkanlarına malik olmalarını bildirib, bunun üçün Şahid8 özləri üçün dolayı yolla, yəni ayrılacaq hər 1.000 (bir min) manat kredit məbləğinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaitini istəyib, Şahid8 razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istintaqa məlum olmayan yerdə və şəraitdə 2020-ci ilin noyabr ayının ortalarında hüquq verən rəsmi sənəd hesab edilən Şahid8 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Yasamal rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində tibb bacısı vəzifəsində xidmət etməsi görüntüsü yaradan iş yerindən arayışı kompüterdə elektron formada tərtib edib, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək etibarlı olması barədə qeydlər apararaq üzərində həqiqisi ilə eynilik təşkil etməyən “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X32 Xidməti Yasamal Rayon Dövlət X25” sözləri yazılmış dairəvi möhürü zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək, Yasamal rayon DYMX-nin rəisi, daxili xidmət polkovnikleytenantı, Rəşad Nəsirov qrafasının qarşısında əslindən fərqli formada imzalanmış 01 vərəqdən ibarət arayışı və "xxxx" ASC-nin Yasamal filialından Şahid8 adına verilməsi görüntüsü yaradan, 01 dekabr 2019-cu il tarixdən 17 noyabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun ******************** hesab nömrəsi üzrə 9.662,81 manat dövriyyəsinin olması, günün sonuna 15,05 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli 02 vərəqdən ibarət hesabdan çıxarışı kompüterdə elektron formada tərtib edib üzərində “Azərbaycan Beynəlxalq Bankı Yasamal Filialı, 17 NOV 2020, 5, Əməliyyat Şöbəsi” sözləri və rəqəmləri yazılmış, zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə dördkünc formalı möhürü həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək möhürün içərisini qəsdən fərqli formada imzalamaqla hazırladığı hüquq verən saxta rəsmi sənədləri 17 noyabr 2020-ci il tarixdə "xxxx" KB ASC-nin ünvan 2 ünvanında yerləşən Əcəmi filialının qarşısında Şahid8 şəxsən verərək sonuncunun həmin bankdan 7.783 (yeddi min yeddi yüz səksən üç) manat məbləğində kredit almasına nail olaraq, əvvəlcədən razılaşmalarına əsasən həmin məbləğdən 2.100 (iki min yüz) manat və guya digər xərclərə sərf olunması adı ilə əlavə olaraq 900 (doqquz yüz) manat olmaqla ümumilikdə 3.000 (üç min) manat məbləğində olan hissəsini şəxsən alıb qabaqcadan əlbir olduğu X19 ilə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özləri üçün dolayı yolla vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almaqla təkrarən vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən, tanışı X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girərək 2020-ci ilin noyabr ayının ortalarında X9 bankdan kredit almaq istəyi barədə məlumat əldə etdikdən sonra həqiqi təsir imkanlarından istifadə edərək "xxxx" ASC-nin kredit vermək səlahiyyəti olan vəzifəli şəxslərinin sonuncunun faktiki olaraq işləmədiyi halda onun adına kredit ayrılmasına dair qərarına qanunsuz təsir etmək imkanlarına malik olmalarını bildirib, bunun üçün Vüsalə Qənbərovadan özləri üçün dolayı yolla, yəni ayrılacaq hər 1.000 (bir min) manat kredit məbləğinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaitini istəyib, Vüsalə Qənbərovanın razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istintaqa məlum olmayan yerdə və şəraitdə 2020-ci ilin noyabr ayının sonlarında hüquq verən rəsmi sənəd hesab edilən X9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində tibb bacısı vəzifəsində xidmət etməsi görüntüsü yaradan iş yerindən arayışı kompüterdə elektron formada tərtib edib, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək etibarlı olması barədə qeydlər apararaq üzərində həqiqisi ilə eynilik təşkil etməyən “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X32 Xidməti Binəqədi Rayon Dövlət X25” sözləri yazılmış dairəvi möhürü zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək, Binəqədi rayon DYMX-nin rəisi, Daxili xidmət polkovniki, Kamil Şərbətov qrafasının qarşısında əslindən fərqli formada imzalanmış 01 vərəqdən ibarət arayışı və "xxxx" ASC-nin Bakıxanov filialından X9 adına verilməsi görüntüsü yaradan, 01 dekabr 2019-cu il tarixdən 30 noyabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun ******************** hesab nömrəsi üzrə 8.457,81 manat dövriyyəsinin olması, günün sonuna 10,09 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli 02 vərəqdən ibarət hesabdan çıxarışı kompüterdə elektron formada tərtib edib üzərində “Azərbaycan Beynəlxalq Bankı Yasamal Filialı, 30 NOV 2020, 4, Əməliyyat Şöbəsi” sözləri və rəqəmləri yazılmış, zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə dördkünc formalı möhürü həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək möhürün içərisini qəsdən fərqli formada imzalamaqla hazırladığı hüquq verən saxta rəsmi sənədləri 30 noyabr 2020-ci il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 42 ünvanında yerləşən Baş ofisinin inzibati binasının qarşısında Vüsalə Qənbərovaya şəxsən verərək sonuncunun həmin bankdan 5.400 (beş min dörd yüz) manat məbləğində kredit almasına nail olaraq, əvvəlcədən razılaşmalarına əsasən həmin məbləğdən 1.600 (bir min altı yüz) manat məbləğində olan hissəsini şəxsən alıb qabaqcadan əlbir olduğu X19 ilə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özləri üçün dolayı yolla vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almaqla təkrarən vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən, tanışı X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girərək 2020-ci ilin noyabr ayının sonlarında Şahid4 bankdan kredit almaq istəyi barədə məlumat əldə etdikdən sonra həqiqi təsir imkanlarından istifadə edərək "xxxx" ASC-nin kredit vermək səlahiyyəti olan vəzifəli şəxslərinin sonuncunun faktiki olaraq işləmədiyi halda onun adına kredit ayrılmasına dair qərarına qanunsuz təsir etmək imkanlarına malik olmalarını bildirib, bunun üçün Şahid4 özləri üçün dolayı yolla, yəni ayrılacaq hər 1.000 (bir min) manat kredit məbləğinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaitini istəyib, Şahid4 razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istintaqa məlum olmayan yerdə və şəraitdə 2020-ci ilin dekabr ayının əvvəllərində hüquq verən rəsmi sənəd hesab edilən Şahid4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində tibb bacısı vəzifəsində xidmət etməsi görüntüsü yaradan iş yerindən arayışı kompüterdə elektron formada tərtib edib, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək etibarlı olması barədə qeydlər apararaq üzərində həqiqisi ilə eynilik təşkil etməyən “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X32 Xidməti Binəqədi Rayon Dövlət X25” sözləri yazılmış dairəvi möhürü zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək, Binəqədi rayon DYMX-nin rəisi, Daxili xidmət polkovniki, Kamil Şərbətov qrafasının qarşısında əslindən fərqli formada imzalanmış 01 vərəqdən ibarət arayışı və "xxxx" ASC-nin Yasamal filialından Şahid4 adına verilməsi görüntüsü yaradan, 01 dekabr 2019-cu il tarixdən 01 dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun ******************** hesab nömrəsi üzrə 8.457,81 manat dövriyyəsinin olması, günün sonuna 10,09 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli 02 vərəqdən ibarət hesabdan çıxarışı kompüterdə elektron formada tərtib edib üzərində “Azərbaycan Beynəlxalq Bankı Yasamal Filialı, 01 DEC 2020, 5, Əməliyyat Şöbəsi” sözləri və rəqəmləri yazılmış, zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə dördkünc formalı möhürü həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək möhürün içərisini qəsdən fərqli formada imzalamaqla hazırladığı hüquq verən saxta rəsmi sənədləri 02 dekabr 2020-ci il tarixdə "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən Səməd Vurğun filialının inzibati binasında Şahid4 şəxsən verərək sonuncunun həmin bankdan 6.400 (altı min dörd yüz) manat məbləğində kredit almasına nail olaraq, əvvəlcədən razılaşmalarına əsasən həmin məbləğdən 1.970 (bir min doqquz yüz yetmiş) manat məbləğində olan hissəsini şəxsən alıb qabaqcadan əlbir olduğu X19 ilə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özləri üçün dolayı yolla vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almaqla təkrarən vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən, tanışı X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girərək 2020-ci ilin dekabr ayının ortalarında Şahid3 bankdan kredit almaq istəyi barədə məlumat əldə etdikdən sonra həqiqi təsir imkanlarından istifadə edərək "xxxx" ASC-nin kredit vermək səlahiyyəti olan vəzifəli şəxslərinin sonuncunun faktiki olaraq işləmədiyi halda onun adına kredit ayrılmasına dair qərarına qanunsuz təsir etmək imkanlarına malik olmalarını bildirib, bunun üçün Şahid4 özləri üçün dolayı yolla, yəni ayrılacaq kredit məbləğinin 2.400 (iki min dörd yüz) manat məbləğində hissəsini istəyib, Şahid3 razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istintaqa məlum olmayan yerdə və şəraitdə 2020-ci ilin dekabr ayının ortalarında hüquq verən rəsmi sənəd hesab edilən Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Yasamal rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində tibb bacısı vəzifəsində xidmət etməsi görüntüsü yaradan iş yerindən arayışı kompüterdə elektron formada tərtib edib, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etibarlı olması barədə qeydlər apararaq üzərində həqiqisi ilə eynilik təşkil etməyən “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X32 Xidməti Yasamal Rayon Dövlət X25” sözləri yazılmış dairəvi möhürü zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək, Yasamal rayon DYMX-nin rəisi, daxili xidmət polkovnik-leytenantı, Rəşad Nəsirov qrafasının qarşısında əslindən fərqli formada imzalanmış 01 vərəqdən ibarət arayışı və "xxxx" ASC-nin Yasamal filialından Şahid3 adına verilməsi görüntüsü yaradan, 01 yanvar 2020-ci il tarixdən 21 dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun ******************** hesab nömrəsi üzrə 9.967,89 manat dövriyyəsinin olması, günün sonuna 37,21 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli 02 vərəqdən ibarət hesabdan çıxarışı kompüterdə elektron formada tərtib edib üzərində “Azərbaycan Beynəlxalq Bankı Yasamal Filialı, 21 DEC 2020, 3, Əməliyyat Şöbəsi” sözləri və rəqəmləri yazılmış, zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə dördkünc formalı möhürü həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək möhürün içərisini qəsdən fərqli formada imzalamaqla hazırladığı hüquq verən saxta rəsmi sənədləri 21 dekabr 2020-ci il tarixdə "xxxx" ASCnin ünvan 4 ünvanında yerləşən Yasamal filialının inzibati binasının qarşısında Şahid3 şəxsən verərək sonuncunun həmin bankdan 5.400 (beş min dörd yüz) manat məbləğində kredit almasına nail olaraq, əvvəlcədən razılaşmalarına əsasən həmin məbləğdən 2.400 (iki min dörd yüz) manat məbləğində olan hissəsini şəxsən alıb qabaqcadan əlbir olduğu X19 ilə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özləri üçün dolayı yolla vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almaqla təkrarən vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən, tanışı X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girərək 2020-ci ilin dekabr ayının ortalarında Şahid7 bankdan kredit almaq istəyi barədə məlumat əldə etdikdən sonra həqiqi təsir imkanlarından istifadə edərək "xxxx" ASC-nin kredit vermək səlahiyyəti olan vəzifəli şəxslərinin sonuncunun faktiki olaraq işləmədiyi halda onun adına kredit ayrılmasına dair qərarına qanunsuz təsir etmək imkanlarına malik olmalarını qabaqcadan əlbir olduğu X19 vasitəsi ilə bildirib, bunun üçün Şahid7 özləri üçün dolayı yolla, yəni ayrılacaq kredit məbləğinin 2.800 (iki min səkkiz yüz) manat məbləğində hissəsini istəyib, Şahid7 razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istintaqa məlum olmayan yerdə və şəraitdə 2020-ci ilin dekabr ayının ortalarında hüquq verən rəsmi sənəd hesab edilən Şahid7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin 2 saylı yanğından mühafizə bölməsində yanğınsöndürən vəzifəsində xidmət etməsi görüntüsü yaradan iş yerindən arayışı kompüterdə elektron formada tərtib edib, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etibarlı olması barədə qeydlər apararaq üzərində həqiqisi ilə eynilik təşkil etməyən “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X32 Xidməti Binəqədi Rayon Dövlət X25” sözləri yazılmış dairəvi möhürü zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək, Binəqədi rayon DYMX-nin rəisi, Daxili xidmət polkovniki, Kamil Şərbətov qrafasının qarşısında əslindən fərqli formada imzalanmış 01 vərəqdən ibarət arayışı və "xxxx" ASC-nin Binəqədi filialından Şahid7 adına verilməsi görüntüsü yaradan, 01 yanvar 2020ci il tarixdən 22 dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun 510307******5673 hesab nömrəsi üzrə 8.672,35 manat dövriyyəsinin olması, günün sonuna 0,17 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli 06 vərəqdən ibarət hesabdan çıxarışı kompüterdə elektron formada tərtib edib üzərində "xxxx" Binəqədi filialı Kod 200156, 4, 22 DEC 2020, Xidmət bölməsi, İmza” sözləri və rəqəmləri yazılmış, zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə dördkünc formalı möhürü həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək möhürün içərisini qəsdən fərqli formada imzalamaqla hazırladığı hüquq verən saxta rəsmi sənədləri 22 dekabr 2020-ci il tarixdə "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən Səməd Vurğun filialının inzibati binasının qarşısında Şahid7 qabaqcadan əlbir olduğu X19 vasitəsilə verərək Şahid7 həmin bankdan 6.200 (altı min iki yüz) manat məbləğində kredit almasına nail olaraq, əvvəlcədən razılaşmalarına əsasən həmin məbləğdən 2.800 (iki min səkkiz yüz) manat məbləğində olan hissəsini qabaqcadan əlbir olduğu X19 vasitəsi ilə alıb sonuncu ilə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özləri üçün dolayı yolla vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almaqla təkrarən vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən, tanışı X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girərək 2020-ci ilin dekabr ayının ortalarında Şahid5 bankdan kredit almaq istəyi barədə məlumat əldə etdikdən sonra həqiqi təsir imkanlarından istifadə edərək "xxxx" ASC-nin kredit vermək səlahiyyəti olan vəzifəli şəxslərinin sonuncunun faktiki olaraq işləmədiyi halda onun adına kredit ayrılmasına dair qərarına qanunsuz təsir etmək imkanlarına malik olmalarını bildirib, bunun üçün Şahid5 özləri üçün dolayı yolla, yəni ayrılacaq kredit məbləğinin 1.700 (bir min yeddi yüz) manat məbləğində hissəsini istəyib, Şahid5 razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istintaqa məlum olmayan yerdə və şəraitdə 2020-ci ilin dekabr ayının ortalarında hüquq verən rəsmi sənəd hesab edilən Şahid5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Suraxanı rayon Dövlət X25nin 1 saylı yanğından mühafizə bölməsində yanğınsöndürən vəzifəsində xidmət etməsi görüntüsü yaradan iş yerindən arayışı kompüterdə elektron formada tərtib edib, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etibarlı olması barədə qeydlər apararaq üzərində həqiqisi ilə eynilik təşkil etməyən “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X32 Xidməti Suraxanı Rayon Dövlət X25” sözləri yazılmış dairəvi möhürü zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək, Suraxanı rayon DYMX-nin rəisi, Daxili xidmət Mayoru, Mehman Əkbərov qrafasının qarşısında guya həmin vəzifədə işləmiş “Mehman Əkbərov” adlı şəxsə məxsus olan imza formasında imzalanmış 01 vərəqdən ibarət arayışı və "xxxx" ASC-nin Binəqədi filialından Şahid5 adına verilməsi görüntüsü yaradan, 01 yanvar 2020-ci il tarixdən 23 dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun 510307******5866 hesab nömrəsi üzrə 8.877,35 manat dövriyyəsinin olması, günün sonuna 0,47 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli 03 vərəqdən ibarət hesabdan çıxarışı kompüterdə elektron formada tərtib edib üzərində “”Kapital Bank” Binəqədi filialı Kod 200156, 3, 23 DEC 2020, Xidmət bölməsi, İmza” sözləri və rəqəmləri yazılmış, zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə dördkünc formalı möhürü həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək möhürün içərisini qəsdən fərqli formada imzalamaqla hazırladığı hüquq verən saxta rəsmi sənədləri 23 dekabr 2020-ci il tarixdə "xxxx" ASC-nin ünvan 6 ünvanında yerləşən Bakıxanov filialının inzibati binasının qarşısında Şahid5 şəxsən verərək sonuncunun həmin bankdan 5.100 (beş min yüz) manat məbləğində kredit almasına nail olaraq, əvvəlcədən razılaşmalarına əsasən həmin məbləğdən 1.700 (bir min yeddi yüz) manat məbləğində olan hissəsini şəxsən alıb qabaqcadan əlbir olduğu X19 ilə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özləri üçün dolayı yolla vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almaqla təkrarən vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən, tanışı X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girərək 2020-ci ilin dekabr ayının ortalarında X10 bankdan kredit almaq istəyi barədə məlumat əldə etdikdən sonra həqiqi təsir imkanlarından istifadə edərək "xxxx" ASC-nin kredit vermək səlahiyyəti olan vəzifəli şəxslərinin sonuncunun faktiki olaraq işləmədiyi halda onun adına kredit ayrılmasına dair qərarına qanunsuz təsir etmək imkanlarına malik olmalarını qabaqcadan əlbir olduğu X19 vasitəsilə bildirib, bunun üçün Mirağa Rəhimovdan özləri üçün dolayı yolla, yəni ayrılacaq kredit məbləğinin 700 (yeddi yüz) manat məbləğində hissəsini istəyib, Mirağa Rəhimovun razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istintaqa məlum olmayan yerdə və şəraitdə 2020-ci ilin dekabr ayının ortalarında hüquq verən rəsmi sənəd hesab edilən X10 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin 2 saylı yanğından mühafizə bölməsində sürücü vəzifəsində xidmət etməsi görüntüsü yaradan iş yerindən arayışı kompüterdə elektron formada tərtib edib, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etibarlı olması barədə qeydlər apararaq üzərində həqiqisi ilə eynilik təşkil etməyən “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X32 Xidməti Binəqədi Rayon Dövlət X25” sözləri yazılmış dairəvi möhürü zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək, Binəqədi rayon DYMX-nin rəisi, Daxili xidmət polkovniki, Kamil Şərbətov qrafasının qarşısında əslindən fərqli formada imzalanmış 01 vərəqdən ibarət arayışı və "xxxx" ASC-nin Binəqədi filialından X10 adına verilməsi görüntüsü yaradan, 01 yanvar 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun 510307******6357 hesab nömrəsi üzrə 8.877,35 manat dövriyyəsinin olması, günün sonuna 0,47 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli 03 vərəqdən ibarət hesabdan çıxarışı kompüterdə elektron formada tərtib edib üzərində “”Kapital Bank” Binəqədi filialı Kod 200156, 2, 24 DEC 2020, Xidmət bölməsi, İmza” sözləri və rəqəmləri yazılmış, zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə dördkünc formalı möhürü həmin arayışa köçürüb sürət çıxaran aparat vasitəsi ilə həmin sənədi çap edərək möhürün içərisini qəsdən fərqli formada imzalamaqla hazırladığı hüquq verən saxta rəsmi sənədləri 24 dekabr 2020-ci il tarixdə "xxxx" ASC-nin ünvan 8 ünvanında yerləşən “Mərdəkan” filialının inzibati binasının qarşısında Mirağa Rəhimova qabaqcadan əlbir olduğu X19 vasitəsilə verərək Mirağa Rəhimovun həmin bankdan 4.500 (dörd min beş yüz) manat məbləğində kredit almasına nail olaraq, əvvəlcədən razılaşmalarına əsasən həmin məbləğdən 700 (yeddi yüz) manat məbləğində olan hissəsini qabaqcadan əlbir olduğu X19 vasitəsilə alıb sonuncu ilə aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özləri üçün dolayı yolla vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almaqla təkrarən vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində bildirmişdir ki, əvvəllər istintaqa verdiyi ifadələrində Ruslan kimi adını göstərdiyi şəxsin adı Ruslan deyil Arifdir. Əslində ona bankdan kredit almaq üçün saxta sənədlər təqdim edən şəxsin adı Arifdir. 1 ildən çox olar ki Arif adlı şəxslə heç bir əlaqəsi yoxdur. 2017-2020-ci illərdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında, A.Zeynallı küçəsində kirayə götürdüyü obyektdə meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur. 2020-ci ilin əvvəllərində işləri yaxşı getmədiyinə görə mağazanı bağlamış və işsiz qalmışdır. Meyvə-tərəvəz mağazasında işləyərkən Arif adlı müştərisi olmuşdur. Həmin dövrdə Arif mağazanın yaxınlığında yaşamış və çox vaxt ondan alış-veriş etmişdir. Buna görə də, Ariflə normal münasibətləri yaranmışdır. 2020-ci ilin əvvəllərində meyvə-tərəvəz mağazasını bağladıqdan sonra Biləcəri qəsəbəsində gəzərkən Arif adlı şəxslə rastlaşmışdır. Arif ona bir neçə gündür mağazaya gəldiyini demiş, o, Arifə işlər yaxşı getmədiyinə görə mağazanı bağladığını bildirmişdir. Arif isə ona iş tapmağa köməklik edəcəyini bildirdikdə o, həmin vaxt istifadəsində olan ***-***-**-** saylı nömrəmi Arifə vermişdir. Bundan bir müddət sonra, yəni təxminən 2020-ci ilin sentyabr ayının əvvəllərində yuxarıda göstərdiyi nömrəyə Arif “Watsapp” vasitəsilə hazırda xatırlamadığı rus nömrəsi ilə zəng edərək bir sənədi 100 manata Bakı Metropoliteninin “28 may” stansiyasına çatdıra bilib-bilməyəcəyini soruşmuşdur. O da bu işi taksinin 10 manata görə biləcəyi halda, nə üçün ona 100 manat verməsini soruşmuşdur. Arif isə onu bu işlərə cəlb etmək istədiyini, özünün bunun kimi işlərinin çox olduğunu, nəticədə də onun xeyli miqdarda pul qazana biləcəyini bildirmiş və o, Arifin təklifi ilə razılaşmışdır. Bundan bir müddət sonra nömrəsini xatırlamadığı taksi sürücüsü onunla əlaqə saxlayaraq Biləcəri qəsəbəsi ərazisində sənədi ona çatdırmışdır. O, sənədə baxdıqda adını xatırlamadığı şəxsin Fövqəladə Hallar Nazirliyində çalışması ilə bağlı arayış olduğunu bilmişdir. Sənədi götürdükdən sonra Arifın tapşırığına əsasən Bakı Metropoliteninin “28 may” stansiyasının yaxınlığında, “Səməd Vurğun” parkına getmişdir. Arif bir nəfərin yaxınlaşıb sənədi ondan götürəcəyini və ona 105 manat məbləğində pul verəcəyini bildirmişdir. Bir müddət parkda dayandıqdan sonra tanımadığı bir şəxs ona yaxınlaşaraq sənədi ondan təhvil almış və 105 manat pulu ona vermişdir. O, bu barədə “Watsapp” proqramı vasitəsilə Arifə məlumat vermişdir. Bundan 10 gün sonra, 2020-ci ilin sentyabr ayının ortalarında Arif yenə ona rus nömrəsi ilə “Watsapp” proqramı vasitəsilə zəng edərək “Şamaxinka” adlanan əraziyə getməyini, orada bir taksi sürücüsünün sənəd verəcəyini, həmin sənədi “Gənclik Mall” ticarət mərkəzinin qabağında bir nəfərin ona yaxınlaşıb götürəcəyini bildirmişdir. O, Arifin tapşırığına uyğun olaraq dediyi yerə getmiş, orada adını və idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanını xatırlamadığı taksi sürücüsü onunla əlaqə saxlayaraq onu tapmış və başqa şəxsin adına tərtib edilmiş eyni məzmunlu arayışı ona təhvil vermişdir. Bundan sonra yuxarıda göstərilən ticarət mərkəzinin qarşısına getmiş, bir müddət sonra “Daewoo Nexia” markalı, sarı rəngli avtomobillə tanımadığı şəxslər ona yaxınlaşaraq həmin sənədi ondan almış və bu barədə Arifə “Watsapp” vasitəsilə məlumat vermişdir. Bundan sonra Ariflə, ona tapşırdığı işlərin nədən ibarət olması ilə bağlı danışarkən o, müxtəlif şəxslərin adlarına müxtəlif dövlət qurumlarında çalışmalarına dair saxta arayışlar, əmək haqqı kartlarından saxta çıxarışlar hazırlaya bildiyini, belə imkanlarının geniş olduğunu və müxtəlif banklardan kredit almaq istəyən şəxslərin adlarına yuxarıda göstərilən sənədlər tərtib edərək onların adlarına xeyli miqdarda kredit götürə bildiyini, götürülmüş kreditin 30-40 faizi miqdarına pulu vətəndaşlardan alaraq aralarında böldüklərini bildirmişdir. Həmçinin Arif ona kredit almaq istəyən tanışları olduğu halda götürüləcək kreditin bir hissəsini geri almaq şərtilə həmin şəxslərin də adlarına iş yerlərinə dair saxta arayışlar və digər sənədlər hazırlaya biləcəyini bildirmişdir. Bundan sonra o, tanışları arasında kredit ala bilməyən və bu məsələdə kömək axtaran şəxslərə köməklik edə biləcəyini bildirməyə başlamışdır. Bu şəkildə 2020-ci ilin sentyabr ayından hazırki dövrədək bir neçə şəxsin adına Arif adlı şəxs tərəfindən hazırlanmış saxta sənədlər əsasında kreditlər rəsmiləşdirilməsinə nail olaraq, bankdan götürülmüş pulların bir qismini geri tələb edərək Arif adlı şəxslə arasında bölmüşlər. Bölgü zamanı adətən kredit götürən şəxslər tərəfindən qaytarılmış pulun 10 faizi ona çatmış, qalan hissəni isə Arif tərəfindən göndərilmiş taksiyə Arifə çatdırması üçün vermişdir. 2020-ci ilin oktyabr ayında əmisi oğlu Şahid1 ona bildirmişdir ki, Masazır qəsəbəsində yaşayan X39 adlı şəxs kredit götürmək istəyir, bu məsələdə ona köməklik etməyini xahiş etmişdir. O da bu barədə Arif adlı şəxslə “Watsapp” proqramı vasitəsilə danışmış, Arif D.Əsədovanın yaşı çox olduğuna görə iş yeri barədə arayışı Dünyanın adına deyil, onun qızı Elviranın adına tərtib etməyin daha yaxşı olacağını bildirmişdir. Bu barədə Dünya Əsədova ilə danışaraq qızı Elviranın fotoşəklini və şəxsiyyət vəsiqəsini tələb etmişdir. Həmin sənədlər ona göndərildikdən sonra Arifə göndərmişdir. Bir müddət sonra Arif onların sənədlərinin hazır olduğunu bildirmişdir. Arifın ona dediyi kimi, o da Dünya Əsədovaya kredit məbləğinin hər 1000 manatına görə 300 manat məbləğində pulun köməklik göstərməkləri müqabilində onlara verilməli olduğunu demiş, o da razılaşmışdır. Beləliklə, xx.xx.2020-ci il tarixdə "xxxx"nun Atatürk prospektində yerləşən filialının qarşısında Dünya Əsədova və sonuncunun qızı Şahid6yla görüşmüşdür. Həmin vaxt Arif taksi ilə Şahid6 fotoşəkli olan bir vərəqdə sənədin əslini, bundan əlavə imzalı-möhürlü kart hesabından çıxarışın əslini göndərmişdir. O da tanımadığı taksi sürücüsündən həmin sənədləri götürüb Elviraya vermişdir. Elvira Banka daxil olmuş, bir müddət sonra bankdan çıxaraq ona 4.400 manat məbləğində kredit verildiyini bildirmişdir. Əvvəlcədən razılaşmalarına uyğun olaraq, 1200 manat məbləğində pulu Elviradan götürmüş, qalan pulu isə Elviranın özünə qaytarmışdır. Bundan sonra o, Arifə zəng edərək pulu götürdüyünü demiş, Arif isə onun harda olduğunu soruşmuşdur. O, Arifə “Atatürk” parkında olduğunu bildirdikdə Arif onunla əlaqə saxlayacağını demişdir. Təxminən 1 saat sonra Arif yenidən zəng edərək yola tərəf çıxmağını və onun dediyi avtomobildə olan sürücəyə pulu və sənədləri verməyini tapşırmışdır. O, Arifin dediyi yerdə, yəni Atatürk prospekti ilə üzü Bakı Metropoliteninin “Gənclik” stansiyası istiqamətində gedən yolun sağ kənarında dayanmış, hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı, ağ rəngli, üzərində taksi işarəsi olan avtomobilə yaxınlaşaraq həmin taksinin sürücüsünə pulu, Şahid6 adına verilmiş saxta hesabdan çıxarışı və digər sənədləri vermişdir. Lakin Ariflə əvvəlcədən aldığı pulun 10 faizinin ona çatacağı barədə razılaşdıqlarından Şahid6 aldıqları 1200 manat məbləğində pulun 10 faizini, yəni 120 manat məbləğində pulu özündə saxlamışdır. Bundan sonra həmin taksi oradan uzaqlaşmışdır. 2020-ci ilin oktyabr ayının ortalarında Nərimanov parkında tanış olduğu Xankişiyev Tariel Fərman oğlu kredit götürmək istədiyini bildirmişdir. Tarielə kredit götürməsinə kömək edə biləcəyini, lakin bunun müqabilində kredit məbləğinin hər 1000 manatına görə 300 manat məbləğində pul verməli olduğunu demiş, Tariel isə razılaşmışdır. Bu barədə Arifə demişdir. Tariel ona “Whatsapp” proqramı vasitəsilə şəxsiyyət vəsiqəsinin və 3x4 ölçüdə şəklini göndərdikdən sonra o da sənədləri həmin proqram vasitəsilə Arifə göndərmişdir. Səhəri gün X37 Hallar Nazirliyində işləməsi barədə saxta iş yeri haqqında arayışı və saxta bank hesabından çıxarışı hazırlayaraq tanımadığı taksi ilə ona göndərmişdir. Təxminən xx.xx.2020-ci il tarixdə “Atatürk” parkının yaxınlığında o, Arifin göndərdiyi taksi sürücüsündən sənədləri götürdükdən sonra yaxınlıqda yerləşən "xxxx"-nun filialının qarşısında Tariellə görüşmüşdür. Arifin göndərdiyi saxta iş yeri barədə arayışı və saxta bank hesabından çıxarışı Tarielə vermişdir. Tariel həmin sənədləri götürərək filiala daxil olmuş və bir müddət sonra çıxaraq ona 4.400 manat məbləğində kredit ayrıldığını demişdir. Götürülmüş kreditdən 1.400 manat məbləğində pulu Tarieldən almışdır. Tarielə sənədlərin hazırlanmasında xərclərin olduğunu bildirərək əlavə olaraq 200 manat da almışdır. Qalan 2.800 manat məbləğində pulu isə Tariel özü götürmüşdür. Tarieldən aldığı 1.600 manat məbləğində puldan 150 manatını özünə götürdükdən sonra qalan 1.450 manat məbləğində pulu və saxta sənədləri xatırlamadığı yerdə Arifin göndərdiyi taksi sürücüsü ilə görüşərək ona vermişdir. Bundan başqa, 2020-ci ilin noyabr ayının əvvəllərində əmisi oğlu Şaiqin dostu Asiman Sumqayıt şəhər sakini Şahid8 da kredit götürmək istədiyini demiş və ona köməklik etməyini xahiş etmişdir. Təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonunda Arzuyla görüşmüşdür. Görüş zamanı Arzuya adının Fövqəladə Hallar Nazirliyinin sistemində işçi kimi rəsmiləşdirəcəyini, həmin qurumun əməkdaşı kimi adına kredit ayrılacağını, ayrılacaq hər 1.000 manat kreditə görə ona 300 manat ödəniş etməli olduğunu bildirmişdir. Görüşdən sonra yenə eyni qaydada Arifə bu barədə demişdir. Arif Şahid8 adına iş yeri haqqında saxta arayışı və saxta bank hesabından çıxarışı hazırlatmış və ona sənədlərin hazır olduğunu demişdir. xx.xx.2020-ci il tarixdə Arzu ilə "xxxx"ın Əcəmi filialının qarşısında görüşmüş, elə orada Arifin göndərdiyi taksi sürcüsündən saxta sənədləri götürmüşdür. Bundan sonra Arzu ilə filiala daxil olmuş, Arzuya verdiyi saxta sənədləri Arzu banka təqdim etmiş və həmin sənədlər əsasında Arzuya 7000 manat nağd və 1000 manatlıq “Albalı kart” olmaqla ümumilikdə 8000 manat məbləğində kredit ayrılmışdır. Əvvəlcədən danışdıqları kimi nağd kredit məbləğinin hər 1000 manatına görə 300 manat, ümumilikdə 2100 manat məbləğində pulu Arzudan almışdır. Elə həmin ərazidə Arifin göndərdiyi başqa bir taksi sürücüsünə 2100 manat məbləğində pulun 1890 manatını saxta sənədlərlə birlikdə vermiş, 210 manat pulu isə özünə götürmüşdür. 2020ci ilin noyabr ayının sonlarında Şahid8 ona zəng edərək qohumu Şahid4 da kredit götürmək istədiyini demiş və Laləyə köməklik göstərməyini xahiş etmişdir. Şahid4nnın adına saxta iş yeri haqqında arayış və saxta bank hesabından çıxarış Arif tərəfindən hazırlanıb taksi sürücüsü ilə xx.xx.2020-ci il tarixdə "xxxx"-nun Səməd Vurğun filialının qarşısında ona göndərildikdən sonra elə həmin filialın qarşısında Lalə ilə görüşmüş, Laləyə Arifin göndərdiyi sənədləri vermişdir. Lalə kredit götürmək üçün filiala daxil olmuş, bir müddət sonra Lalə çıxaraq, ona 6.400 manat məbləğində kredit ayrıldığını bildirmişdir. Əvvəlcədən razılaşdıqları kimi Lalədən ona verdiyi saxta sənədləri və 1970 manat məbləğində pulu almış, qalan 4030 manat məbləğində pulu isə geri qaytarmışdır. Lalədən aldığı 1970 manat məbləğində pulun 200 manatını özünə götürmüş, qalan 1770 manat məbləğində pulu və saxta sənədləri isə Ariflə əlaqə saxladıqdan sonra sonuncunun göndərdiyi tanımadığı taksi sürücüsünə vermişdir. 2020-ci ilin dekabr ayında əmisi oğlu Şahid1 ona bildirmişdir ki, Biləcəri qəsəbəsində yaşayan Şahid5 adlı şəxs kredit götürmək istəyir, bu məsələdə ona köməklik etsin. O, bu barədə Arif adlı şəxslə “Whatsapp” proqramı vasitəsilə danışmış, Arif Xətainin sənədlərini istəmişdir. Əmisi oğlu Şaiq və ya onun dostu Asiman Xətai ilə bu barədə danışdıqdan sonra Xətai “whatsapp” vasitəsilə şəxsiyyət vəsiqəsinin hər iki üzünün şəklini və arxa fonu qırmızı olan 3x4 ölçüdə fotoşəklini göndərmiş, o, həmin sənədləri Arifə göndərmişdir. xx.xx.2021-ci il tarixdə Şahid5lə "xxxx"nun Bakıxanov qəsəbəsində yerləşən filialının qarşısında görüşmüş, həmin vaxt əmisi oğlu Şaiq də onunla olmuş və Şaiqə məxsus **- TA-*** dövlət nömrə nişanlı mavi rəngli Toyota Camry markalı avtomobildə Arifin yenə də tanımadığı bir taksi sürücüsü ilə göndərdiyi saxta hesabdan çıxarışı, saxta iş yerindən arayışı ona vermişdir. Şaiq və ya dostu Asiman Xətaiyə kredit məbləğinin müəyyən hissəsinin köməklik göstərmələri müqabilində onlara verilməli olduğunu demişlər. Belə ki, Xətai filiala daxil olub çıxdıqdan sonra 5.100 manat kredit verildiyini demiş, həmin məbləğin 1.700 manatını əvvəlcədən razılaşdıqları kimi Xətaidən almış, qalan məbləği isə ona qaytarmışdır. Xətaidən pulu aldığını Arifə demiş, sonuncu isə taksi sürücüsü vasitəsilə həmin ərazidən pulu və Xətainin adına hazırlanmış saxta sənədləri ondan götürmüş, 150 manat isə ona çatmışdır. Arif hər dəfə fərqli taksi sürücüləri vasitəsilə pulu və sənədləri ondan götürdüyündən həmin taksi sürücülərini və idarə etdikləri avtomobilləri xatırlamır. Həmçinin əvvəllər kredit götürməyinə köməklik etdiyi Şahid8 2020-ci ilin dekabr ayının əvvəllərində ona müraciət edərək tanışı Şahid3 da kredit götürmək istədiyini bildirmiş və ondan Türkana köməklik göstərməyini xahiş etmişdir. O, bu barədə Arifə demiş, Türkanın sənədlərinin şəklini göndərdikdən sonra Türkanın FHNdə işləməsi barədə saxta iş yerindən arayışı və saxta bank hesabından çıxarışı Arif ona göndərmişdir. O, Türkana zəng edərək Bank of Baku-nun Yasamal filialının yanına gəlməyini demişdir. Təxminən xx.xx.2020-ci il tarixdə Türkanla həmin filialın qarşısında görüşmüşlər. Həmin vaxt Şahid8 da onların yanında olmuşdur. Arifin ona göndərdiyi saxta sənədləri Türkana vermiş və sonuncu filiala daxil olmuşdur. Bir müddət sonra Türkan bankdan çıxaraq həmin sənədlər əsasında ona 5.400 manat məbləğində kredit ayrıldığını bildirmişdir. Əvvəlcədən razılaşdıqları kimi kredit məbləğinin hər 1000 manatına görə 300 manat, yəni 1500 manat məbləğində pulu Türkan ona verilməli olmuşdur. Arzu Türkandan 1500 manat alaraq ona vermiş, o, həmin gün Arifin göndərdiyi taksi sürücüsü ilə xatırlamadaığı yerdə görüşərək 1500 manat məbləğində puldan 1.350 manatını və Türkanın adına hazırlanmış saxta sənədləri həmin şəxsə vermişdir. 1500 manat məbləğində pulun 10 faizini, yəni 150 manatını isə özündə saxlamışdır. Bundan başqa, 2020-ci ilin noyabr ayının ortalarında Arf adlı şəxsdən X9 guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində tibb bacısı vəzifəsində işləməsinə dair saxta sənədləri və saxta formada hazırlanmış hesabdan çıxarışı götürərək Vüsaləyə təqdim etmiş və sonuncunun adına saxta yolla kredit rəsmləşdiriləməsinə köməklik göstərdiyi üçün əvvəlcədən razılaşdıqları qaydada Vüsalə həmin sənədlər əsasında bankdan götürdüyü 5400 məbləğində pul vəsaitindən 2020-ci ilin noyabr ayında 1600 manatını ona vermiş və o, qeyd olunan tarixdə həmin pul vəsaitinin yadında qalmayan hissəsini saxta sənəd hazırladığı üçün Arif adlı şəxsə vermişdir. Bundan başqa, 2020-ci ilin dekabr ayının ortalarında Arif adlı şəxsdən Şahid7 guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin 2 saylı yanğından mühafizə bölməsində yanğınsöndürən vəzifəsində işləməsinə dair saxta sənədləri və saxta formada hazırlanmış hesabdan çıxarışı götürərək Emilə təqdim etmişə və sonuncunun adına saxta yolla kredit rəsmləşdiriləməsinə köməklik göstərdiyi üçün əvvəlcədən razılaşdıqları qaydada Emil həmin sənədlər əsasında bankdan götürdüyü 6.200 məbləğində pul vəsaitindən 2020-ci ilin dekabr ayının ortalarında 2.800 manatını ona vermiş və o, həmin pul vəsaitinin yadında qalmayan hissəsini qeyd olunan tarixdə saxta sənəd hazırladığı üçün Arif adlı şəxsə vermişdir. Bundan başqa, 2020-ci ilin dekabr ayında Arf adlı şəxsdən X10 guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin 2 saylı yanğından mühafizə bölməsində sürücü vəzifəsində işləməsinə dair saxta sənədləri və saxta formada hazırlanmış hesabdan çıxarışı götürərək Mirağaya təqdim etmiş və sonuncunun adına saxta yolla kredit rəsmləşdiriləməsinə köməklik göstərdiyi üçün əvvəlcədən razılaşdıqları qaydada Mirağa həmin sənədlər əsasında bankdan götürdüyü 4.500 məbləğində pul vəsaitindən 2020-ci ilin dekabr ayında 700 manatını ona vermiş və o, həmin pul vəsaitinin yadında qalmayan hissəsini qeyd olunan tarixdə saxta sənəd hazırladığı üçün Arif adlı şəxsə vermişdir. Arif adlı şəxsin iş yerinə dair arayışlar və əmək haqqı kartlarından çıxarışları özü və ya başqa şəxslərin köməkliyi ilə hazırlaması barədə məlumatı yoxdur. Lakin onun bildiyi qədərilə həmin sənədləri Arif özü hazırlamış, Ariflə aralarında olmuş söhbətlərdən o, belə başa düşmüşdür. Bu işlərin qanuni olmadığını bilirdi. Törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2020ci ilin sentyabr ayından arendaya götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Avtomobilin dövlət nömrə nişanı **-KY-***-dür. Təqsirləndirilən şəxs onun əmisi oğludur. Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında meyvə-tərəvəz mağazasını əmisi Bilal ilə birlikdə işlətmiş, həmin mağazanı təxminən 1 ildir ki, bağlamışlar. 2020-ci ilin noyabr ayında Nəcməddinlə söhbət edərkən banklarda vəzifəli tanışlarının olduğunu, bankdan kredit götürmək istəyən tanışının olduğu təqdirdə ona da xeyir verməklə, həmin adamların adlarına kredit rəsmiləşdirilməsinə nail ola biləcəyini, hər dəfə kredit ayrılarkən ona hər gətirdiyi adam üçün 50 manat verə biləcəyini bildirmişdir. O da kredit götürmək istəyən tanışının olacağı təqdirdə həmin şəxsləri Nəcməddinlə tanış edəcəyini bildirmişdir. Bundan bir müddət sonra Şahid2 ona Şahid5 adlı tanışının bankdan kredit götürülməsinə köməklik etməsi üçün Nəcməddinlə danışdığını, sonuncunun köməkliyi ilə Xətaiyə kredit veriləcəyini bildirmişdir. Bundan sonra X18 şəxsiyyət vəsiqəsinin surəti və fotoşəklini tələb edərək almışdır. 2020-ci ilin dekabr ayının sonlarında o, əmisioğlu Nəcməddinlə birlikdə "xxxx" ASC-nin Bakıxanov filialına getmişlər. Bir müddət sonra Asimanla Xətai də oraya gəlmişlər. Daha sonra Xətai kredit mütəxəssisinə yaxınlaşmış və sonuncunun adına kredit rəsmiləşdirilmişdir. Bundan sonra o, Nəcməddinlə birlikdə filialdan uzaqlaşmışlar. Bu zaman Nəcməddin ona bu işə görə 50 manat pul vermişdir. Onun Xətaiyə kredit verilməsi prosesindən, ona hansı sənədlər əsasında kredit verilməsindən və s.dən məlumatı olmamışdır. Bundan sonra Şahid5 krediti ödəyib-ödəməməsindən məlumatı olmamışdır. Xətaiyə kredit verilməsindən təxminən 2-3 gün sonra Xətai ona zəng edərək bank işçilərinin Xətai ilə əlaqə saxlayaraq kredit götürülməsində saxta sənəddən istifadə edildiyinin aşkar edildiyini bildirmişdir. O, bununla bağlı Nəcməddinlə danışdıqda sonuncu narahat olmamağı, məsələnin həll ediləcəyini bildirmişdir. Lakin sonradan Xətai davamlı şəkildə onunla bu məsələ ilə bağlı əlaqə saxladığına görə bezərək onun birbaşa Nəcməddinlə danışmasını bildirmiş və Xətai ilə əlaqəsini demək olar ki, kəsmişdir. Sonradan bu məsələnin nəticəsindən məlumatı olmamışdır. Sumqayıt şəhər sakini Şahid8 tanımır və Arzunun bankdan kredit götürməsindən məlumatı olmamışdır. Arzunun hansı yolla, hansı sənədlər əsasında kredit götürməsindən və bu işdə ona kimin köməklik etməsindən məlumatı yoxdur. X39 və Şahid6 tanımır. O, həmin şəxslərin kredit götürmək istədiyi və kredit götürməsində köməklik etməsi barədə Nəcməddindən xahiş etməmişdir. X21 övladı Elviranın bankdan kredit götürməsində Nəcməddinin ona saxta yollarla köməklik etməsi və banka təqdim etmək üçün Elviranın adına saxta sənədlər tərtib edərək sonuncuya təqdim etməsindən, Elviranın saxta sənədlər əsasında bankdan 4.400 manat məbləğində kredit götürməsindən və həmin pul vəsaitindən 1200 manatını Nəcməddinə verməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs özünü digər şəxslərə hər hansısa dövlət qurumunun işçisi və yaxud hər hansısa vəzifəli şəxs kimi təqdim etməsi, ayrı-ayrı şəxslərə kreditlərin kimin vasitəsilə verilməsi və bu işdə ona kimlərin köməklik etməsi barədə heç bir məlumatı yoxdur. O və Şahid2 özlərini vəzifəli şəxs kimi Xətaiyə təqdim etməmişlər. Şahid5 onun və Şahid2 taksi sürücüsü kimi fəaliyyət göstərdiklərini bilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2020ci ilin dekabr ayının sonlarından arendaya götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Avtomobilin dövlət nömrə nişanı **-TE-***-dir. Təxminən 2 ildir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında meyvə-tərəvəz mağazasını atası ilə birlikdə işlətmişlər. Həmin mağazanı təxminən 1 ildir ki, bağlamışlar. Həmin dövrdə də mağazadan alış-veriş etdikcə Nəcməddinlə əlaqəsi, münasibəti yaranmışdır. 2020-ci ilin noyabr ayında Nəcməddinlə söhbət edərkən sonuncu banklarda vəzifəli tanışlarının olduğunu, bankdan kredit götürmək istəyən tanışı olduğu təqdirdə ona xeyir verməklə, həmin adamların adlarına kredit rəsmiləşdirilməsinə nail ola biləcəyini, hər dəfə kredit ayrılarkən özünə də 150 manat qazanc qalacağını, hər gətirdiyi adam üçün 50 manat ona verə biləcəyini bildirmişdir. O, Nəcməddinə kredit götürmək istəyən tanışının olacağı təqdirdə onu sonuncu ilə tanış edəcəyini bildirmişdir. Bundan bir müddət sonra Zaur adlı tanışının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng vuraraq Nəcməddin adlı tanışının bankdan kredit götürülməsində köməklik edə biləcəyini, kredit götürmək istəyən şəxs olduğu halda Nəcməddinin müəyyən pul müqabilində bu işi görə biləcəyini bildirmişdir. Bir müddət sonra Zaur onunla əlaqə saxlayaraq Şahid8 adlı tanışının kredit götürmək istədiyini bildirərək onları tanış etmişdir. O, Arzu ilə danışdıqdan sonra sonuncu ilə Nəcməddini görüşdürmüş, həmçinin mobil telefon nömrələrini bir-birinə vermişdir. Bundan sonra 2020-ci ilin dekabr ayında Arzu onunla əlaqə saxlayaraq Nəcməddinlə razılaşdığını, kredit götürmək üçün onu “Yelo” bankın 3cü mikrorayon bazarının yaxınlığında yerləşən filialına aparmağını xahiş etmiş və o, Arzunu qeyd edilən ünvana düşürdüb taksi fəaliyyəti ilə məşğul olmağa davam etmişdir. Bundan bir-iki saat sonra Nəcməddinlə əlaqə saxlayaraq bu işdə ona söz verdiyi 50 manatı tələb etmiş, o isə işin alınmadığını, sabah başqa banka müraciət edəcəklərini bildirmişdir. Bundan bir gün sonra Nəcməddinlə Şahid8 onun bilmədiyi başqa banka müraciət etmiş və Arzuya kredit ayrılmışdır. Həmin gün bu işdən ona çatmalı olan 50 manatı tələb etmək üçün Nəcməddinlə əlaqə saxlamış, Biləcəri qəsəbəsi “Ağ saray” şadlıq evinin yaxınlığında Nəcməddinlə görüşüb 50 manatı almışdır. Bundan sonra Şahid8 krediti ödəyib-ödəməməsindən məlumatı olmamışdır. Bundan əlavə, qonşusu olan Məhəmməd adlı şəxs Şahid5 adlı qonşusunun pula ehtiyacı olduğunu bildirmiş, o, Məhəmmədə Nəcməddin adlı tanışının banklardakı əlaqələri vasitəsilə Xətaiyə kredit verilməsinə köməklik göstərə biləcəyini, bu barədə onunla danışacağını bildirmişdir. Nəcməddinə bu barədə bildirdikdən sonra sonuncu Xətainin şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkib ona göndərməyini tələb etmişdir. Buna görə də 2020-ci ilin dekabr ayında Xətai ilə görüşmüş, sonuncunun vəsiqəsinin fotoşəklini çəkib Nəcməddinin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Whatsapp” proqramı vasitəsilə göndərmişdir. Bundan bir neçə gün sonra Nəcməddinin tələbi ilə Xətaidən 3*4 ölçüdə fotoşəklini tələb etmiş və səhəri gün "xxxx"nun Bakıxanov filialında olmasını bildirmişdir. xx.xx.2020-ci il tarixdə Xətaini öz istifadəsində olan **-TE-*** nömrə nişanlı “Kia Rio” markalı qara rəngli avtomobillə Biləcəri qəsəbəsindən götürərək "xxxx"nun Bakıxanov filialına gətirmişdir, Nəcməddin filialın qarşısında onları gözləmişdir. O, Xətaini Nəcməddinə təhvil vermiş və daha sonra taksi fəaliyyətinə davam etmişdir. Bundan bir neçə saat sonra Xətai ona zəng vuraraq adına kredit verildiyini, onu yuxarıda qeyd edilən yerdən götürüb evə aparmağını xahiş etmiş və o, Xətaini evinə aparmışdır. Xəatini Nəcməddinlə tanış etdiyinə və sonuncunun köməkliyi ilə Xətaiyə kredit verilməsi müqabilində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Xətai ona 200 manat və Xətaini onunla tanış etmiş Məhəmmədə çatdırmağı üçün 100 manat pul vermişdir. O, 100 manatı Məhəmmədə vermişdir. Bundan əlavə onları tanış etdiyinə görə Nəcməddin ona 50 manat pul vermişdir. Bundan sonra Şahid5 krediti ödəyib-ödəməməsindən məlumatı olmamışdır. Xətaiyə kredit verilməsindən təxminən 2-3 gün sonra sonuncu ona zəng edərək bank işçilərinin onunla əlaqə saxlayaraq kredit götürülməsində saxta sənəddən istifadə edildiyinin aşkar edildiyini bildirmişdir. O, bununla bağlı Nəcməddinlə danışdıqda sonuncu narahat olmamağı, məsələnin həll ediləcəyini bildirmişdir. Lakin sonradan Xətai davamlı şəkildə onunla bu məsələ ilə bağlı əlaqə saxladığına görə bezərək Xətainin birbaşa Nəcməddinlə danışmasını bildirmiş və sonuncu ilə əlaqəni kəsmişdir. Sonradan bu məsələnin nəticəsindən məlumatı olmamışdır. Yalnız təxminən 2021-ci ilin aprel ayının əvvəllərində Şahid8 ona zəng edərək onun məsləhəti ilə Nəcməddinin köməkliyi ilə kredit götürmüş adını bilmədiyi rəfiqəsinin kreditlə bağlı hüquq mühafizə orqanına dəvət edildiyini bildirmişdir. Arzunun başqa bir rəfiqəsinə Nəcməddin vasitəsilə kredit verilməsindən onun ümumiyyətlə məlumatı olmamışdır. Bundan sonra o, qeyd edilən məsələ ilə bağlı Nəcməddinlə əlaqə saxlamaq istəsə də, sonuncu onun heç bir zənginə cavab verməmişdir. Təqsirləndirilən şəxs özünü hər hansısa dövlət qurumunun işçisi olması və yaxud özünü hər hansısa vəzifəli şəxs kimi təqdim etməmişdir. Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərə kreditlərin kimin vasitəsilə verilməsi barədə heç bir məlumatı yoxdur. O, Şahid5 özünü, Təqsirləndirilən şəxs və Şahid1 heç bir qurumun əməkdaşı kimi təqdim etməmişdir. Onun və Şaiqin taksi fəaliyyəti ilə məşğul olmağı barədə Şahid5 məlumatlı olmuşdur. O, Şahid5 Təqsirləndirilən şəxs onu FHN-nin Yanğından mühafizə idarəsinə işə rəsmiləşdirəcəyini, həmin idarə tərəfindən veriləcək arayış əsasında ona kredit veriləcəyini deməmişdir. Şahid5lə onun arasında sonuncuya kredit verildikdən sonra konkret olaraq 2.000 manatın qaytarılması barədə söhbət olmamışdır. O, Xətaiyə bu məsələni Nəcməddinlə danışmalı olduğunu bildirmişdir. O, X2 adına “********************” nömrəli hesab nömrəsi və 4 ****2163 kart nömrəsinə, ********** əməliyyat nömrəsi ilə “eManat” ödəniş terminalı vasitəsilə 550 manat göndərilməsi barədə çekin fotoşəklini göndərməmiş, ona sənədlərin Vidadi Mehtiyev tərəfindən tərtib edildiyini bildirməmişdir. Xətainin hansı səbəbdən qeyd edilən məzmunda izahat verməsini izah edə bilmir. Vidadi Mehtiyev adlı şəxsi isə ümumiyyətlə tanımır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2020ci ilin yanvar ayında tanışı olan Rövşən adlı şəxsdən 5.000 manat borc pul almışdır. Razılaşmalarına əsasən Rövşənə olan borcunu bir neçə ay ərzində qaytarmalı olmuşdur. Lakin oğlunun səhhəti ilə əlaqədar maddi çətinliyi olduğundan danışdıqları vaxtda pulu qaytara bilməmişdir. Rövşən də özünə pul lazım olduğunu bildirərək, qaytara bilmədiyi halda başqa bir şəxsdən faizə pul götürəcəyini, həmin faizi də onun ödəməli olduğunu bildirmişdir. O da Rövşənlə razılaşmışdır. 2020-ci ilin may və iyun aylarında Rövşənə hər ay 500 manat olmaqla, cəmi 1.000 manat pul qaytarmışdır. Lakin bundan sonra qeyd edilən faizlə ödəniş edə bilməmişdir. Buna görə də münasib bir bankdan kredit götürmək qərarına gəlmişdir. Rəfiqəsinin qohumu olan Arzu adlı şəxslə təsadüfən görüşdükləri zaman Arzudan bankda tanışının olub-olmamasını soruşmuş, Arzu isə bankda işləyən Nicat adlı tanışının olduğunu, Nicatın özü üçün hazırladığı sənədlər əsasında kredit götürdüyünü, istədiyi təqdirdə Nicatın ona da kredit götürməyə köməklik göstərə biləcəyini və bunun müqabilində Nicata hörmət etməli olacağını bildirmişdir. O, Arzunun təklifi ilə razılaşmışdır. Arzu ona Nicatın ***-***-**-** və ***-***-**- ** mobil telefon nömrələrini vermişdir. 2020-ci ilin noyabr ayının sonlarında Nicatla telefonla əlaqə saxlamış, kredit götürmək istədiyini bildirdiyində, Nicat ona şəxsiyyət vəsiqəsinin fotoşəkilini adına kredit olub-olmadığını öyrənmək məqsədilə tələb etmişdir. Nicatla razılaşaraq “Whatsapp” proqramı vasitəsilə şəxsiyyət vəsiqəsini göndərmişdir. Bundan sonra ondan 3*4 ölçüdə fotoşəkilini tələb etmiş, həmin fotoşəkili də çəkdirib eyni proqramla Nicata göndərmişdir. Bundan təxminən 1 həftə keçdikdən sonra Nicat onunla telefonla əlaqə saxlamış, "xxxx" ASC-nin Səməd Vurğun filialına gəlməyini tələb etmişdir. xx.xx.2020-ci il tarixdə Nicatla qeyd edilən filialın qarşısında görüşmüşlər və filiala daxil olmuşlar. Növbəsi çatdıqda Nicat da onunla birlikdə kredit mütəxəssisinə yaxınlaşmışdır. Bu zaman Nicat ona fotoşəkili olan bir vərəqdə sənədin əsli, bundan əlavə imzalı-möhürlü kart hesabından çıxarışın əslini təqdim etmişdir. O, həmin sənədləri və şəxsiyyət vəsiqəsini kredit mütəxəssisinə təqdim etmişdir. Həmin mütəxəssisin adını xatırlamır. Kredit mütəxəssisi sənədlərə baxış keçirdikdən sonra fotoşəkili olan sənədin kserosurətini çıxararaq əslini ona qaytarmış, hesabdan çıxarışa dair sənədləri isə kredit qovluğuna əlavə etmişdir. Bundan sonra ondan müxtəlif sənədlərə imza etməyini xahiş etmiş, o, müvafiq imzaları etdikdən sonra adına açılmış kartı ona təqdim etmişlər və kassaya yaxınlaşaraq təxminən 6.000 manat kredit götürüb filialdan çıxdıqdan sonra Nicatın tələbi ilə ona köməklik etdiyi üçün Nicata 1970 manat pul vermişdir. Bununla yanaşı Nicat ona verdiyi fotoşəkili olan sənədin əslini ondan almışdır. O, bunun səbəbi ilə maraqlanmamış və soruşmamışdır. Bundan sonra borclu olduğu Rövşən adlı şəxslə əlaqə saxlayaraq görüşmüş və Rövşənə 3.500 manat pul vermişdir. O, ifadəsində həmçinin qeyd etmişdir ki, Nicat ona fotoşəkili olan bir vərəqdən ibarət sənəd, bundan əlavə kart hesabından çıxarış vermişdir. O, kredit mütəxəssisinə Nicatın ona verdiyi sənədləri və vəsiqəsini verdikdən sonra həmin işçi ondan iş yeri, əməkhaqqısı və s. barədə soruşmamışdır. O, yalnız özünün və qohumlarının əlaqə vasitələrini tələb etmiş, bundan başqa həmin vaxt arxasında oturan Nicatın kim olduğunu, nə əlaqəsi olduğunu soruşmuşdur. O, Nicatın qohumu olduğunu bildirmişdir. Bundan əlavə, götürəcəyi krediti hansı məqsədlər üçün sərf edəcəyini soruşduqda, avtomobil alacağını bildirmişdir. Kredit qovluğuna əlavə edilmiş hesabdan çıxarış və FHN-də çalışmağı ilə bağlı arayış Nicat tərəfindən ona verilmişdir. O da həmin sənədləri kredit alarkən banka təqdim etmişdir. Arayışda isə Fövqəladə Hallar Nazirliyinin struktur qurumunda çalışmağı barədə yazılmasından məlumatı olmamışdır. Belə ki, Nicat həmin sənədləri o, kredit mütəxəssisinə yaxınlaşarkən vermiş, onun həmin arayışı diqqətlə nəzərdən keçirmək imkanı olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 2020ci ilin dekabr ayında maddi çətinliyi olduğundan bankların birindən kredit götürmək qərarına gəlmiş, həmin ərəfədə küçədə gəzərkən Məhəmməd adlı qonşusunu görmüş, sonuncuya bankda tanışının olub-olmadığını, kredit almaq istədiyini bildirmiş, Məhəmməd də bir tanışından pul götürə bələcəyini, geri qaytaranda isə artıq şəkildə qaytaracağını deyərək ona məlumat vermiş və o da bununla razılaşmışdır. Bundan bir neçə gün sonra Məhəmməd onunla evlərinin həyətində görüşə gəlmiş, bu zaman yanındakı şəxsi ona Asiman adı ilə təqdim etmişdir. Asiman ona tanışı vasitəsilə kredit verilməsində köməklik edə biləcəyini bildirmiş və daha sonra onun şəxsiyyət vəsiqəsinin fotoşəkilini çəkərək məlumat verəcəyini demişdir. Bir neçə gün sonra Asiman ona zəng edərək 3*4 ölçüdə fotoşəkilini çəkərək Təqsirləndirilən şəxs adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə göndərməyini xahiş etmiş, o, fotoşəkili göndərdikdən bir müddət sonra Asiman onu Şaiq və Nəcməddin adlı şəxslərlə tanış etmişdir. Asiman ona Nəcməddinin adını Fövqəladə Hallar Nazirliyində portala saldıracağını, bununla bağlı müvafiq iş yerindən arayış veriləcəyini, onun da həmin arayış əsasında "xxxx" ASC-dən kredit ala biləcəyini və kreditin bir hissəsini Nəcməddingilə verəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə adları çəkilən şəxslərin tələbi ilə "xxxx" ASC-nin Bakıxanov filialının qarşısına Şaiq adlı şəxsin idarə etdiyi “**-TA-***” dövlət nömrə nişanlı mavi rəngli “Toyota Camry” markalı avtomobillə gedərkən X26 Nazirliyinin struktur qurumunda işləməyi barədə arayışı və onun bank hesabından çıxarışın əslini ona təqdim etmişdir. Asiman adlı şəxs bundan əvvəl söhbət edərkən alacağı kreditin 1.500 manatını Nəcməddinə, 200 manatını adı portala salındığı üçün, 300 manatını isə bu işdə köməklik etdiyi üçün özünə verilməli olduğunu bildirmiş, o da bununla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə o, Bakıxanov filialına daxil olduqdan sonra Nəcməddinin əvvəlcədən təlimatı ilə Cavid müəllimə yaxınlaşaraq Nəcməddinin əvvəlcədən verdiyi təlimata əsasən Baş Ofisdən Amil müəllimin onu göndərdiyini, kreditlə bağlı müraciət etdiyini bildirmiş, sonradan müvafiq sənədləri və şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra adına 5.050 manata kredit rəsmiləşmiş, həmin məbləği kassadan şəxsən almışdır. Adına kredit rəsmiləşən zaman kredit mütəxəssisi olan Cavid müəllim təqdim etdiyi iş yeri barədə arayışın əslini ona geri qaytarmışdır. O, bankdan çıxdıqdan sonra Nəcməddinin tələbi ilə arayışın əslini və götürdüyü kreditin 1.700 manatını sonuncuya, 300 manatını isə Asimana adlı şəxsə vermiş, sonradan 50 manat da Məhəmmədə çatdırması üçün Asimana vermişdir. Bundan təxminən 1 gün sonra həmin filialın işçisi Cavid müəllim onunla əlaqə saxlayaraq, sənədlərinin saxta olduğunu bildirmiş və bankdan götürülmüş bütün məbləğin geri qaytarılmalı olduğunu onun diqqətinə çatdırmışdır. O, isə bu barədə Asimanla əlaqə saxlamış, sonuncu bunun mümkün olmadığını bildirərək ondan vaxt istəmişdir. Bir müddət sonra Asiman onunla əlaqə saxlayaraq sənədlərdə möhürün düzgün vurulmadığını, düzəliş edilikdən sonra her şeyin qaydasına düşəcəyini bildirmişdir. Bundan sonra bankdan Cavid və Amil adlı şəxslər dəfələrlə onunla əlaqə saxlamış və görüşmüşlər. O da eynilə Asiman, Şaiq və Nəcməddinlə danışmağa başlamışdır. Şaiq ona “X40”nun adına “********************” nömrəli hesab nömrəsi və 4 ****2163 kart nömrəsinə, ********** əməliyyat nömrəsi ilə “eManat” ödəniş terminalı vasitəsilə 550 manat göndərilməsi barədə qəbzin fotoşəkilini göndərərək, pulun 550 manatını həmin şəxsə göndərdiklərini, bu işlə əlaqələrinin olmadığını bildirmişdir. Sonradan Şaiq xəstə olduğunu bildirərək onunla danışmaqdan imtina etmiş, Nəcməddin də həmçinin əlaqəni kəsmişdir. Asimanla bir neçə dəfə telefonla əlaqə saxlayıb bu barədə danışsalar da, sonuncu da bu işlə əlaqəsinin olmadığını bildirib onunla əlaqəni kəsmişdir. O, həmçinin ifadəsində bildirmişdir ki, Nəcməddin ona fotoşəkilinin olduğu bir vərəqdən ibarət sənəd və kart hesabından çıxarışı vermişdir. O, kredit mütəxəssisinə Nəcməddinin ona verdiyi sənədləri və şəxsiyyət vəsiqəsini verdikdən sonra Cavid adlı kredit mütəxəssisi ondan hansı tarixdən həmin yerdə işlədiyini soruşmuş, o isə Asiman və Nəcməddinin əvvəldən ona deməsinə əsasən 1-1.5 ildir işlədiyini bildirmişdir. Kredit qovluğuna əlavə edilmiş hesabdan çıxarış və FHN-də çalışmağı ilə bağlı arayış Nəcməddin tərəfindən ona verilmişdir. O da həmin sənədləri kredit alarkən banka təqdim etmişdir. Arayışda isə Fövqəladə Hallar Nazirliyinin struktur qurumunda çalışmağı barədə yazılmasından sənədi əlinə götürdükdən sonra bilmişdir. Kredit mütəxəssisi həmin arayışa baxıb surətini çıxardıqdan sonra əslini ona geri qaytarmış, daha sonra Nəcməddin həmin sənədi ondan dərhal almışdır. O, Asimanla ilkin görüşü zamanı sonuncu ona tanışının onun adını Fövqəladə Hallar Nazirliyində porta salacağını bildirdiyindən o, həmin şəxslərin Fövqəladə Hallar Nazirliyində işlədiyini düşünmüş, lakin izahatında qeyd etdiyi kimi Asiman ona qardaşının Fövqəladə Hallar Nazirliyində deyil, daxili işlər orqanlarında işlədiyini demişdir. Nəcməddin ona Fövqəladə Hallar Nazirliyinin struktur qurumunda işləməyi barədə arayış təqdim etdiyindən sonuncunun da həmin qurumda vəzifədə olduğunu düşünmüşdür. Təqsirləndirilən şəxs onunla ümumiyyətlə uzun söhbət etməmiş, o, Nəcməddini cəmi bir dəfə banka gedərkən görmüşdür. Sadəcə olaraq Nəcməddin ona sənədləri təqdim etmiş və bank işçisi ilə hansı formada danışmalı olduğunu izah etmişdir. Bankdan çıxdıqdan sonra da ona etdiyi köməklik qarşılığında ondan 1.700 manat pul almışdır. Həmçinin Nəcməddin onu Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini vəd verməmişdir. Sadəcə olaraq Asiman ona Nəcməddin tərəfindən adının portala salınacağını, bundan sonra Fövqəladə Hallar Nazirliyində işləməyi ilə bağlı ona arayış verəcəyini və həmin arayış əsasında ona kredit veriləcəyini bildirmişdir. Lakin onun həmin arayış və hesabdan çıxarışın haradan alınması, kim tərəfindən hazırlanması barədə məlumatı olmamış, həmin sənədlərin saxta olmasından da məlumatı olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 2020ci ilin oktyabr ayında anası, 1953-cü il təvəllüdlü X39 gözlərini cərrahi əməliyyat etdirmək istəmişdir. Bununla bağlı işlədiyi mağazada tanış olduğu Nicat adlı şəxs müvafiq sənədlər hazırlayaraq anasına "xxxx" ASC-dən kredit verilməsinə köməklik edə biləcəyini bildirmişdir. Nicat ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Lakin anasının yaşı çox olduğundan anasının adına deyil onun adına Fövqəladə Hallar Nazirliyində çalışmağı ilə bağlı arayış hazırlaya biləcəyini bildirmişdir. O da anasının səhhətini nəzərə alaraq etiraz etməmiş, şəxsiyyət vəsiqəsinin surətini Nicat adlı şəxsə çatdırması üçün anasına vermişdir. Bundan bir müddət sonra Nicat 3*4 ölçülü şəkil çəkdirməyi tələb etmiş, şəkili çəkdirdikdən sonra anası şəkili də Nicata çatdırmışdır. Nicat kreditin verilməsində heç bir problemin olmayacağını, sənədləşmənin də gələcəkdə onlara heç bir problem yaratmayacağını bildirmişdir. Bundan əlavə Nicat anasına veriləcək hər 1000 manat kreditə görə özünə 300 manat ödəniş etməli olacaqlarını demiş, onlar da bununla razılaşmışlar. Beləliklə, xx.xx.2020-ci il tarixdə Nicat onlara "xxxx" ASC-nin Atatürk prospektində yerləşən filialına yaxınlaşmalarını tələb etmişdir. Həmin tarixdə filialın qarşısında görüşmüşlər. Bu zaman Nicat fotoşəkili olan bir vərəqdə sənədin əsli, bundan əlavə imzalı-möhürlü kart hesabından çıxarışın əslini təqdim etmişdir. O, filiala daxil olaraq, həmin sənədləri və şəxsiyyət vəsiqəsini kredit mütəxəssisinə təqdim etmiş, həmin mütəxəssisin adını xatırlamır. Kredit mütəxəssisi sənədlərə baxış keçirdikdən sonra fotoşəkili olan sənədin kserosurətini çıxararaq əslini ona qaytarmış, hesabdan çıxarışa dair sənədləri isə kredit qovluğuna əlavə etmişdir. Bundan sonra ondan müxtəlif sənədlərə imza etməyini xahiş etmişdir. O, müvafiq imzaları etdikdən sonra adına açılmış kartı ona təqdim etmişlər və kassaya yaxınlaşaraq təxminən 4.000 manat krediti anası ilə birlikdə götürüb filialdan çıxdıqdan sonra Nicatın tələbi ilə köməklik etdiyi üçün sonuncuya 1200 manat pul vermişlər. Bununla yanaşı Nicat ona verdiyi fotoşəkili olan sənədin əslini ondan almış, o isə bunun səbəbi ilə maraqlanmamış və soruşmamışdır. O, ifadəsində həmçinin qeyd etmişdir ki, Nicat ona fotoşəkili olan bir vərəqdən ibarət sənəd və kart hesabından çıxarış vermişdir. Bu sənədlərin hər ikisi imzalı-möhürlü sənədlər olmuşdur. Kredit mütəxəssisinə Nicatın ona verdiyi sənədləri və vəsiqəsini verdikdən sonra həmin işçi ondan əməkhaqqısı barədə soruşmuş, o isə təqdim etdiyi hesabdan çıxarışda qeyd edildiyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş X5 Elvira Malik qızı ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiqləmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 2020ci ilin noyabr ayında maddi çətinliyi olduğundan bankların birindən kredit götürmək qərarına gəlmişdir. Həmin ərəfədə qonşusu olan Xanoğlana da bu barədə demiş, Xanoğlan Xırdalanda yerləşən “AAAF park” yaşayış komlpeksində mühafizəçi işləmişdir. O da bəzən Xanoğlanın iş yerinə gedib gəlmişdir. 2020-ci ilin noyabr ayında yenə Xanoğlanın yanında olarkən sonuncunun Elnarə adlı tanışı ilə kredit götürmək barədə söhbət etmişdir. Buna görə də Elnarəyə onun da kredit götürmək istədiyini bildirmiş, Elnarə həmin vaxtlar kredit götürməyin çətin olduğunu, mümkün olduğu halda məlumat veriləcəyini bildirmişdir. Bundan təxminən 1 ay keçdikdən sonra Xanoğlan ona zəng edərək Elnarənin ona kredit verilməsində köməklik göstərə biləcəyini bildirmiş, bundan bir müddət sonra Elnarə Xanoğlan vasitəsilə təkrarən ona xəbər yollayaraq kredit istəyib-istəmədiyini soruşmuşdur. O, isə bununla razılaşdığını bildirmişdir. Bundan sonra 2020-ci ilin dekabr ayının sonlarına yaxın Elnarə Xanoğlan vasitəsilə ona xəbər göndərib kredit götürmək üçün adının Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə idarəsində işçi kimi portala salınmalı olduğunu, bunun üçün şəxsiyyət vəsiqəsini və 3*4 ölçüdə fotoşəkilini göndərməli olduğunu bildirmişdir. O da Elnarənin dediyi, hazırda xatırlamadığı mobil telefon nömrəsinə “Whatsapp” vasitəsilə şəxsiyyət vəsiqəsini və 3*4 ölçüdə fotoşəkilini göndərmişdir. xx.xx.2020-ci il tarixdə Elnarənin ona verdiyi, hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlamış, həmin şəxs özünü ona Ruslan kimi təqdim etmişdir. O, həmin gün 3-cü mikrorayon dairəsinin yaxınlığında Ruslanla görüşmüş, Ruslan oraya bir nəfər başqa şəxslə gəlmişdir. Həmin şəxs “Toyota Prius” markalı avtomobil idarə etmişdir. Həmin şəxsin adını bilmir. Avtomobildə olarkən Ruslan adlı şəxs adına 5.000 manat kredit ayrılacağını, həmin pulun 2.600 manatının özlərinə çatacağını, bundan əlavə əlaqə vasitəsi kimi əvvəldən bilmədiyi 2 ədəd şəhər nömrəsini bank əməkdaşına deməyi müqabilində 200 manat da həmin nömrələrin sahibinə veriləcəyini bildirmişdir. Daha sonra onlar üçü birlikdə “Toyota Prius” markalı avtomobil ilə "xxxx" ASC-nin S.Vurğun filialının qarşısına gəlmişlər. Orada Amil müəllim deyə müraciət etdikləri şəxs bankdan çıxaraq Ruslangil ilə salamlaşmış, daha sonra ona içəridə 1-ci masada əyləşən kredit mütəxəssisinə yaxınlaşaraq Amil müəllimin göndərdiyini deməyini tapşırmışdır. Səhv etmirsə Ruslan Amilə bəzi sənədlər vermiş və Amil banka daxil olmuşdur. Bundan sonra o da banka daxil olub 1-ci masada əyləşmişdir. Həmin vaxt əlində yalnız şəxsiyyət vəsiqəsi olmuşdur. Kredit mütəxəssisi ilə Amil müəllim isə bir az kənarda bir neçə dəqiqə söhbət etmişlər. Lakin nə söhbət etdiklərini eşitməmişdir. Daha sonra kredit mütəxəssisi onun oturduğu masanın qarşı tərəfində oturmuşdur. O, şəxsiyyət vəsiqəsini kredit mütəxəssisinə təqdim etmişdir. Həmin vaxt masanın üzərində onun fotoşəkili olan arayış və bank hesabından çıxarış olmuşdur. Kredit mütəxəssisi sənədləşmə işlərini yekunlaşdırdıqdan sonra onun adına kart açılmışdır. Həmin kartla o, kassaya yaxınlaşmış və adına ayrılmış 5.000 manat məbləğində pulu götürüb bankdan çıxmışdır. Daha sonra əvvəlcədən razılaşdıqları kimi 5.000 manat məbləğində pulu Ruslana vermiş, sonuncu isə həmin puldan 2.200 manatını ona vermiş, qalan pulu isə özlərinə götürmüşdür. Həmin vaxtdan bir müddət sonra Amil adlı şəxs ona zəng edərək kreditin qaytarılmalı olduğunu bildirmişdir. Ondan sonra o, Ruslan və Elnarə adlı adamlara nə qədər zəng vursa da, əlaqə saxlaya bilməmişdir. Amil isə ona tez-tez zəng edərək Ruslangil ilə əlaqə saxlayıb-saxlamadığını maraqlanmış, həmçinin krediti ödəməyini tələb etmişdir. Daha sonra Amil ilə də əlaqəsi kəsilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, maddi vəziyyəti çətin olduğundan müxtəlif şəxslərdən, həmçinin lombardlardan faizə pul götürmüş, belə şəxslərdən biri də Zaur adlı şəxs olmuşdur. Zaur ona verdiyi pulu adətən öz pulu kimi yox, başqa şəxsin pulu kimi təqdim etmiş, həmin pulun kimə məxsus olubolmamasını dəqiq bilməmişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində Zaurdan təkrarən pul istədikdə sonuncu pul verə bilməyəcəyini bildirmiş, bundan əlavə istədiyi halda “Nicat” adlı tanışının köməkliyi ilə bankdan kredit götürə biləcəyini bildirmişdir. O, bununla razılaşmış və Zaur ona Nicatın ***-***-**-** mobil telefon nömrəsini vermiş, o, həmin ərəfədə öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Nicata zəng vurub özünü təqdim etmişdir. Nicatla danışıq zamanı Zaurun onu birbaşa tanımadığını, Zaurla Nicatın arasında başqa şəxslərin də olduğunu hiss etmişdir. Nicata kredit götürmək istədiyini bildirmiş, Nicat bunun problem olmadığını, özünün əvvəllər Beynəlxalq bankda çalışdığını və əvvəllər də müxtəlif şəxslərə kreditlər verilməsinə köməklik etdiyini bildirmişdir. Bundan əlavə telefon söhbəti olmadığını, görüşmələrinin lazım olduğunu bildirmiş, o da razılaşmışdır. Təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonunda Nicatla görüşmüş, Nicatın yanında Asiman adlı dostu da olmuşdur. Görüş zamanı Nicat onun adını Fövqəladə Hallar Nazirliyinin sistemində işçi kimi rəsmiləşdirəcəyini, həmin qurumun əməkdaşı kimi adına kredit ayrılacağını, ona ayrılacaq hər 1.000 manat kreditə görə 300 manat ödəniş etməli olduğunu bildirmişdir. O, ilkin olaraq bundan narahat olsa da, sonradan Nicat onunla əlaqə saxlayaraq, heç bir problemin olmayacağını, hər şeyin razılaşdırıldığını, bundan əvvəl də çox sayda şəxsə bu qaydada kredit ayrılmasına köməklik etdiyini bildirmişdir. O da pula ehtiyacı olduğunu nəzərə alaraq, Nicatla razılaşmışdır. Nicat ondan şəxsiyyət vəsiqəsinin fotoşəkilini tələb etmiş, Nicatla razılaşaraq “whatsapp” vasitəsilə sonuncuya şəxsiyyət vəsiqəsinin fotoşəkilini göndərmişdir. Bundan sonra ondan 3*4 ölçüdə fotoşəkil tələb etmiş, həmin fotoşəkili də çəkdirib eyni proqramla Nicata göndərmişdir. Bundan sonra Nicat ona adına kredit verilməsi ilə bağlı "xxxx"ın elektron portalına elektron qaydada müraciət etdiyini, bankdan cavab gözlədiyini, elektron müraciətdə əlaqə vasitəsinin qeyd edildiyini bildirmiş, həmçinin bankın əməkdaşları tərəfindən əlaqə saxlanacağı təqdirdə necə danışmalı olduğu barədə onu təlimatlandırmışdır. Təxminən 2 gün sonra onun mobil telefon nömrəsinə bankın işçisi tərəfindən zəng vurulmuş və onun nömrəsinə kod göndəriləcəyi, həmin kodu bildirməyi tələb edilmişdir. Bunu etdikdən sonra isə bankın “Əcəmi” filialına dəvət edilmişdir. Bununla bağlı Nicata məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə Nicatla “Unibankın” Əcəmi filialının qarşısında görüşmüşlər, Nicat onu FHN-də tibb bacısı kimi rəsmiləşdirdiyini, bu barədə suallar verildiyi təqdirdə vəzifəsini və əməkhaqqısını düzgün deməyini tapşırmışdır. Bu zaman Nicat ona fotoşəkili olan bir vərəqdə sənədin əsli, bundan əlavə imzalı-möhürlü kart hesabından çıxarışın əslini təqdim etmişdir. Filiala daxil olduqda Nicatla birlikdə növbəni gözləməyə başlamışlar. Növbə çatdıqda kredit mütəxəssisinə yaxınlaşmış, həmin sənədləri və şəxsiyyət vəsiqəsini kredit mütəxəssisinə təqdim etmişdir. Həmin mütəxəssisin adını xatırlamır. Kredit mütəxəssisi sənədlərə baxış keçirdikdən sonra ondan iş yeri, əmək haqqısı və digər məsələlərlə bağlı suallar vermiş, bundan sonra ona kredit ayrılacağını bildirmişdir. Bundan sonra bank işçisi ondan müxtəlif sənədlərə imza etməyini xahiş etmiş, o, müvafiq imzaları etdikdən sonra adına açılmış kartı ona təqdim etmişlər və kassaya yaxınlaşaraq təxminən 7.000 manat kredit götürüb filialdan çıxdıqdan sonra Nicatın tələbi ilə ona köməklik etdiyi üçün 3.000 manat pul verməli olmuşdur. O, Nicata əvvəlcədən olan danışıqlarına əsasən hər 1.000 manata görə 300 manat olmaqla ümumilikdə 2.100 manat verəcəyini düşünsə də, Nicat götürülmüş kreditin 3.000 manatını verməli olduğunu bildirmiş və o da məcbur olub razılaşmışdır. Bununla yanaşı Nicat ona verdiyi fotoşəkili olan sənədin əslini ondan almışdır. O, bunun səbəbi ilə maraqlanmamış və soruşmamışdır. O, ifadəsində həmçinin bildirmişdir ki, Nicat ona fotoşəkili olan bir vərəqdən ibarət sənəd və kart hesabından çıxarış vermişdir. Bu sənədlərin hər ikisi imzalı-möhürlü əsl sənədlər olmuşdur. Nicat bu sənədlərin möhür və imzalarını ona göstərərək saxta olmadığını, adını da kredit ala bilməyi üçün FHN-də qeydiyyata saldırdığını bildirmişdir. O, kredit mütəxəssisinə Nicatın ona verdiyi sənədləri və şəxsiyyət vəsiqəsini verdikdən sonra həmin işçi ondan iş yeri, əmək haqqısı və s. barədə soruşmuş, o da Nicatın əvvəldən ona verdiyi təlimata uyğun olaraq müvafiq cavablar vermişdir. Nicatın şəxsiyyəti, soyadı barədə məlumatı olmamış, Nicat qısa boylu, arıq oğlan olmuş, təxminən 25-30 yaşında olmuşdur. Kredit qovluğuna əlavə edilmiş hesabdan çıxarış və FHN-də çalışmağı ilə bağlı arayış Nicat tərəfindən hazırlanaraq ona verilmişdir. O da həmin sənədləri kredit alarkən banka təqdim etmiş, həmin sənədləri bankın filialında olarkən Nicat ona vermişdir. Arayışda isə Fövqəladə Hallar Nazirliyinin struktur qurumunda çalışmağı barədə yazılmasını əvvəlcədən ona bildirmişdir. Kredit mütəxəssisi həmin arayışın əslini kredit qovluğuna əlavə etmiş, o, pul vəsaitini alıb çıxdıqdan sonra Nicat ondan həmin arayışı almışdır. Filialdan çıxdıqdan sonra Nicat ondan 3.000 manat tələb etmiş, həmin məbləğdən sənədi hazırlayanlara, kiçik bir payın da özünə çatacağını bildirmişdir. O, ilkin izahatında hansı səbəbdən Nicat kimi tanıdığı şəxsin ondan aldığı 3.000 manat məbləğində puldan kredit götürdüyü bank filialının rəhbər vəzifəli şəxslərinə də çatacağını bildirdiyini hazırda xatırlamasa da, lakin ona Nicat elə bir söz deməmişdir. Kredit almağa gedərkən Nicat onu təlimatlandıraraq kredit mütəxəssisi ilə hansı formada danışmalı olduğunu başa salmış və həqiqətən də FHN əməkdaşı olmağına inandırmalı olduğunu tapşırmışdır. Bundan əlavə, Şahid4, Şahid3 və Vüsalə Qənbərova adlı şəxsləri Nicat kimi tanıdığı şəxslə o, əlaqələndirmişdir. Belə ki, Nicat kredit ayrılmasına köməklik göstərdiyi üçün kredit almaq istədiklərini ona bildirən adıçəkilən şəxslərə bu barədə məlumat vermiş, həmin şəxslərə və Nicata birbirilərinin mobil telefon nömrələrini verməklə əlaqələndirmişdir. Sonradan həmin şəxslərə kreditin ayrılıb-ayrılmamasından məlumatı olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Xankişiyev Tariel Fərman oğlu ifadəsində bildirmişdir ki, uzun müddətdir elektrik ustası kimi çalışır. Hazırki dövrədək heç vaxt rəsmi olaraq heç bir dövlət qurumunda çalışmamışdır.2020-ci ilin oktyabr ayının ortalarında ölkə ərazisində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar işləri pisləşmiş, maddi vəziyyəti çətinləşmişdir. Buna görə də ailə üzvlərinin səhhətinin pisləşməsi ilə əlaqədar pula çox ciddi şəkildə ehtiyacı olmuşdur. Bununla əlaqədar müxtəlif banklardan kredit götürülməsi barədə məlumatlar almışdır. Həmin ərəfədə Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov parkında təsadüfən bir nəfərlə tanış olmuş, həmin şəxs ona adını Nicat kimi təqdim etmişdir. Bir neçə dəfə Nicatla həmin ünvanda rastlaşdıqdan sonra Nicata kredit götürmək istədiyini bildirmiş, lakin bu işlərdən başı çıxmadığını və heç bir dövlət qurumunda çalışmadığına görə ona kredit düşmədiyini bildirmişdir. Nicat bu işlə maraqlanacağını bildirərək ona ***-***-**-** mobil telefon nömrəsini vermişdir. Bundan sonra Nicatla bir neçə dəfə həmin nömrə ilə əlaqə saxlamışdır. Bir müddət Nicatdan xəbər çıxmadığına görə Nicata təkrarən zəng eləmişdir. Nicat isə ondan 3/4 ölçüdə şəkil çəkdirməyini tələb etmişdir. Şəkil çəkdirdikdən sonra Nicata bu barədə məlumat vermiş, Nicat isə ona bir gün sonra Bakı şəhəri, Nərimanov rayonu, Atatürk parkının yaxınlığında yerləşən "xxxx"nun filialının qarşısında görüşməyi təklif etmişdir. Deyilən vaxt Nicatla həmin ünvanda görüşmüşdür. Nicat ondan şəklini almış və gözləməyini bildirmişdir. Həmçinin Nicat ona bildirmişdir ki, ona veriləcək hər 1.000 manat kreditə görə 200 manat verməlidir. Həmin məbləğin isə yalnız Nicata deyil, ayrı adamların da paylarının olduğunu bildirmişdir. O, Nicatla razılaşmışdır. Təxminən 2-3 saat sonra Nicat onun yanına qayıdarkən əlində bir neçə vərəqdən ibarət sənədlərlə gəlmişdir. Həmin sənədləri Nicat ona vermiş və onlar birlikdə bankın inzibati binasına daxil olaraq onun sırasının gəlməyini gözləmişlər. Artıq ona kredit ayrılacağından şübhəsinin olmadığını bildirən Nicat bu işin müqabilində iş yeri arayışının və digər sənədlərin hazırlanmasına xərcinin çıxdığını əsas gətirərək, ümumilikdə 4.000 manat kredit ayrılacağı təqdirdə həmin pulun 1.600 manatını ona verməli olduğunu demişdir. Onun pula çox ehtiyacı olduğu üçün Nicatla razılaşmışdır. Onun sırası çatdıqda isə Nicat əlindəki sənədləri ona verərək kredit mütəxəssisinə yaxınlaşmağını tələb etmişdir. Bu zaman Nicat binadan çölə çıxmışdır. Kredit mütəxəssisinə yaxınlaşarkən Nicat tərəfindən ona təqdim edilmiş sənədlərin birində foto şəklini və Fövqəladə Hallar Nazirliyinin idarəsində çalışmağına dair arayışın əslini, həmçinin bank hesablarından çıxarışların olduğunu görmüşdür. Həmin sənədləri Nicat ona vermişdir. İş yerinə dair arayışda imza və möhür də olmuşdur. Müvafiq sənədləri kredit mütəxəssisinə verdikdən sonra sonuncu həmin sənədlərə baxış keçirmiş, iş yerinə dair arayışın surətini çıxararaq əslini ona geri qaytarmışdır. Bank hesablarından çıxarışın əslini isə ona qaytarmamışdır. Bundan sonra kredit mütəxəssisindən kreditin ayrılıb-ayılmayacağını soruşduqda, həmin şəxs ona “cavab gəlsin hazır olunacaq” sözlərini bildirmişdir. Bundan bir müddət sonra ona kredit verildiyini bildirmiş, müvafiq sənədlərə imza etməyini tələb etmiş və o, sənədləri imzaladıqdan sonra kassaya yaxınlaşıb 4.000 manat krediti götürüb binanı tərk etmişdir. Binadan çıxarkən Nicat onu gözləmişdir. Nicatla görüşdükdə Nicat ilk növbədə iş yeri arayışının əslini ondan alaraq həmin sənədin özündə qalmalı olduğunu bildirmişdir. O, Nicata etiraz etməyərək sənədi ona vermiş, bundan əlavə aldığı kreditin 1.600 manatını da Nicata nağd şəkildə vermişdir. Bundan sonra Nicatla çox sıx əlaqəsi olmamışdır. Təxminən 2020-ci ilin sonu-2021-ci ilin əvvəllərində bir dəfə Nicata zəng vuraraq kredit ödənişində gecikmə olmasının ona problem yaradıb-yaratmayacağını soruşmaq istəmişdir. Bununla bağlı Nicata zəng vurduqda Nicat onunla əlaqə saxlayacağını bildirmişdir. Lakin ondan sonra Nicat ona zəng vurmamışdır. O, həmin arayışı kredit mütəxəssisinə yaxınlaşarkən görmüşdür. Həmin arayışı ona Nicat vermiş, arayışı kimin hazırladığını bilmir. O, həqiqətən arayışda FHN-də çalışmağı qeyd olunduğunu görmüşdür. Kredit mütəxəssisi həmin arayışa baxıb surətini çıxardıqdan sonra əslini ona geri qaytarmış, həmin sənədi Nicat ondan almışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, adı Elnad olmasına baxmayaraq, onu uşaqlıqdan həmişə “Eliş” deyə çağırmışlar, buna görə də bəzi şəxslər adının Elşən olduğunu düşünərək onu elə tanımışlar. 2020-ci ilin oktyabr ayında qızı Fatimə Mehtizadə leykoz xəstəliyinə tutulduğundan maddi vəziyyətində çətinlik yaranmışdır. Buna görə də banklardan kredit götürmək istəmişdir. Bu məqsədlə Ağcabədi rayonunda qonşusu olan Nail adlı dostuna müraciət edib kredit götürməyinə köməklik edə bilib-bilməyəcəyini soruşmaq qərarına gəlmişdir. Nailin “Rabitəbank”da çalışdığını bilmiş, lakin soyadını hazırda xatırlamır, Nailin atasının adı Ələmdar olmuş, sonuncu Ağcabədi rayon mərkəzi xəstəxanasında həkim işləmiş, bir neçə il öncə rəhmətə getmişdir. Nailin mobil telefon nömrəsini hazırda təqdim edə bilmir, çünki sonuncunun nömrəsi qeyd edilmiş mobil telefonunun ekranı sınmışdır. Naillə telefonla danışıb məsələni dedikdən sonra Nail həmin vaxt bankda kredit verilməsinin dayandırıldığını, pula çox ehtiyacı varsa "xxxx" ASC-yə müraciət edə biləcəyini bildirmişdir. Bundan əlavə ya adi qaydada banka müraciət etməli olduğunu, ya da Zeynal adlı tanışının həmin bankda çalışan Amil adlı tanışından bu barədə məsləhət almağın mümkün olduğunu bildirmişdir. Bundan sonra Nail ona Amilin ***-***-**-** saylı nömrəsini vermiş, o, Amilin qeyd edilən nömrəsinə zəng edərək Nailin və Zeynalın tanışı olduğunu bildirərək öz adına kredit almaq istədiyini bildirmişdir. Amil isə onun kim olduğu ilə maraqlandıqdan sonra rəsmi iş yeri olmadığına görə ona kredit verilə bilməyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Bakı şəhəri, Nəsimi bazarının yaxınlığında yerləşən Qan institutunun qarşısında yerləşən çayxanada əyləşərkən orada Ruslan adlı şəxslə tanış olmuşdur. Ruslan qohumunun Qan İnstitutunda müalicə aldığını, yemək gətirdiyini demişdir. Bir dəfə Ruslanla birlikdə qeyd edilən çayxanada oturarkən Amil ona zəng vuraraq rəsmi iş yeri olan tanışları ilə kredit verilə biləcəyini bildirmişdir. Bu zaman yanında olan Ruslan adlı şəxs X38 Nazirliyində çalışanlara kredit verilib-verilməməsini soruşmağını xahiş etmişdir. Bu barədə Amillə danışdıqdan sonra Amil kredit götürmək istəyən şəxsin şəxsiyyət vəsiqəsinin surətini tələb etmiş, vəsiqələri göndərdikdən sonra baxıb cavab deyə biləcəyini bildirmişdir. Bundan bir müddət sonra, yəni 2020-ci ilin oktyabr-dekabr aylarında Ruslan ona ayrı-ayrı vaxtlarda 4 nəfərə məxsus şəxsiyyət vəsiqələrinin fotoşəkillərini “whatsapp” proqramı vasitəsilə atmış, həmin şəxslərin Fövqəladə Hallar Nazirliyində çalışdıqlarını, aylıq 700-800 manat əməkhaqqı aldıqlarını bildirmişdir. O da ona şəxsiyyət vəsiqələri göndərilən kimi dərhal həmin vəsiqələri Amilə “Whatsapp” proqramı vasitəsilə göndərmişdir. Həmin şəxslərin adları Şahid7, Şahid3, Şahid5 və Mirağa Rəhimov olmuşdur. Adları çəkilən şəxslərdən dəqiq xatırlamadığı 2sinin şəxsiyyət vəsiqələrini Amilə göndərdikdən sonra Amillə mütəmadi, kredit verilən anadək əlaqə saxlamış və həmin şəxslərə kredit ayrılmışdır. Digər 2 nəfərin isə sadəcə vəsiqələrinin fotoşəkillərini yuxarıda göstəriyi proqramla Amilə göndərmiş, bundan sonra özlərinin əlaqə saxlaması üçün Amilin ***-***-**-** saylı nömrəsini Ruslana vermiş, bundan sonra özləri əlaqə saxlamağa başlamışdır. Qeyd olunan şəxslərin hər birinə kreditlər verilmiş, kreditlər verildikdən bir neçə gün sonra Ruslanla yuxarıda göstərilən ünvanda yerləşən Qan İnstitutunda görüşmüş, Ruslan 4 dəfəyə olmaqla, bir dəfə 100 manat, bir dəfə 100 manat, bir dəfə 50 manat, sonuncu dəfə də 50 manat olmaqla, ümumilikdə bu işlərə görə ona 300 manat pul vermişdir. Bundan bir müddət sonra Ruslan ona Fövqəladə Hallar Nazirliyində çalışdığını bildirdiyi Hətəmova Aygün Vidadi qızı adlı tanışına kredit verilməsinin mümkün olması ilə bağlı müraciət edərək şəxsiyyət vəsiqəsini proqram vasitəsilə göndərmişdir. O da həmin vəsiqəni Amilə göndərmişdir. Bundan bir müddət sonra Amil ona zəng vuraraq A.Hətəmovanın təqdim etdiyi sənədlərin, o cümlədən əvvəl də şəxsiyyət vəsiqələrini göndərdiyi 4 nəfərin də Fövqəladə Hallar Nazirliyinin işçisi olmadığını, təqdim etdikləri iş yerindən arayışların saxta olduğunu, götürülmüş kreditlərin tez zamanda geri qaytarılmalı olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslərin şəxsiyyət vəsiqələrini ona göndərmiş Ruslanla əlaqə saxlamağa çalışsa da, əlaqə saxlaya bilməmişdir. Bundan bir müddət sonra Qan İnstitutunda olarkən Ruslan təsadüfən instituta gəlmiş, orada söhbət edərkən şəxsiyyət vəsiqələrini göndərdiyi şəxslərin iş yerindən arayışlarının saxta olduğunu, götürülmüş kreditlərin dərhal geri qaytarılmalı olduğunu bildirmişdir. Ruslan sənədlərin saxta olmasından məlumatının olmadığını, kreditlərin ödənilməsində heç bir problemin olmadığını bildirmiş, o isə təkidlə kredit götürən şəxslərin götürdükləri kreditlərin tam şəkildə geri qaytarılmalı olduğunu bildirmişdir. Bundan sonra Amillə danışarkən yalnız Mirağa Rəhimovun kreditin bir hissəsini geri ödədiyini, digər şəxslərin normal ödəniş etmədiklərini bildirmişdir. O, ifadəsində həmçinin qeyd etmişdir ki, Ruslanın soyadı, atasının adını bilməmiş, sonuncu Rusiya Federasiyasına məxsus mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” proqramından istifadə etmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi isə ümumiyyətlə tanımamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş X41 ifadəsində bildirmişdir ki, oğlunun əsl adı Elnad olsa da, “Eliş” kimi çağırılmış, bu səbəbdən bəzi adamlar oğlunun əsl adının “Elşən” olduğunu düşünmüşlər. Elnad taksi sürücüsü kimi fəaliyyət göstərir. Nəvəsi, Elnadın qızı Fatimə leykoz xəstəsi olduğundan sonuncunu müalicə etdirməyə maddi imkanları çatmadığı üçün 2020-ci ilin payız aylarında o, "xxxx" ASC-yə məxsus öz adına olan hesab nömrəsi açdıraraq həmin hesab nömrəsinə dair plastik bank kartının şəklini sosial şəbəkələrdə paylaşaraq yardım toplamağa başlamışlar. O, bank kartından istifadə edə bilmədiyi üçün həmin bank kartı oğlu Elnadda olmuşdur. Müxtəlif şəxslər xeyriyyə məqsədilə həmin bank kartına müxtəlif məbləğlərdə pul köçürmüş və onlar da həmin pulları çıxararaq nəvəsi Fatimənin müalicəsinə xərcləmişlər. Fatiməni müalicə etdirib sağaltmağa çalışsalar da, 2020-ci ilin dekabr ayının sonlarında Fatimə ölmüşdür. O, ifadəsində həmçinin qeyd etmişdir ki, oğlu Şahid9 vasitəçiliyi ilə müxtəlif şəxslərin "xxxx" ASC-dən saxta sənədlər əsasında kredit götürməsindən heç bir məlumatı olmamış, sadəcə olaraq oğlu Elnad prokurorluğa çağırılarkən hansı səbəbdən çağırıldığını soruşduqda, Elnad Bakı şəhəri, Nəsimi bazarının yaxınlığında yerləşən Qan institutunun qarşısında olan çayxanada əyləşərkən tanış olduğu Ruslan adlı şəxsin bəzi sənədlər göndərdiyini, sonradan həmin sənədlərin saxta olduğu aşkar edildiyindən prokurorluğa çağırıldığını bildirmiş, lakin Ruslan adlı şəxsin hansı səbəbdən sənədlər göndərməsi barədə heç nə deməmişdir. Adına olan bank kartına müxtəlif şəxslər tərəfindən yardım məqsədilə nəvəsi Fatimənin müalicəsi üçün pullar göndərilmişdir. Bank kartı da oğlu Elnad tərəfindən istifadə olunmuş və hazırda da Elnaddadır. Bu səbəbdən onun adına olan bank kartına kredit götürülməsinə köməklik göstərdiyi üçün oğlu Şahid9 verilməsi məqsədilə hər hansı məbləğdə pul köçürülməsindən məlumatı olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş X45 ifadəsində bildirmişdir ki, 30 dekabr 2007-ci il tarixdən FHN DYMX-nin Bakı şəhəri Yasamal rayonu Dövlət X25nin rəisi vəzifəsində işləyir. Şahid3 FHN-nin DYMX-nin Yasamal rayon X32 X12 Bölməsinin kargüzarı vəzifəsində xidmət etməsi barədə və Şahid6 FHN-nin DYMX-nin Yasamal rayon Dövlət X25nin yanğınsöndürmə Bölməsinin tibb bacısı vəzifəsində işləməsi barədə verilmiş arayışlarla tanış olmuşdur. Qeyd olunan arayışlar rəisi olduğu Bakı şəhəri Yasamal rayonu Dövlət X25 tərəfindən verilməmişdir. Arayışlarda olan imzalar ona məxsus deyildir, möhürlər də Yasamal rayonu Dövlət X25nin möhürlərinə bənzədilsə də, həmin möhürlərlə eynilik təşkil etmir. Ümumiyyətlə Yasamal rayonu Dövlət X25ndə Şahid3 və Şahid6 adlı şəxslər işləməmişlər, daxili xidmət giziri deyilən rütbə və tibb bacısı vəzifə ştatı olmamışdır. Həmçinin onlar xidməti vəsiqəni əvəz edən arayışlar verərkən həmin arayışlarda banklara təqdim olunduğu təqdirdə etibarsız sayılması barədə qeyd olunur. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid10 bildirmişdir ki, 2019-cu ilin dekabr ayından "xxxx" ASC-nin Səməd Vurğun filialında kredit üzrə ekspert vəzifəsində çalışmağa başlamışdır. Ekspert kimi vəzifələri kreditin rəsmiləşdirilməsi, 3 gün gecikməyə görə təqib, müştəri cəlbi, kredit ayrılması ilə bağlı internet vasitəsilə edilmiş müraciətlərin baxılması və s.dən ibarətdir. 2020-ci ilin oktyabr ayının 2-də işdə olarkən növbəli qaydada Şahid4 növbəsi çatmış və ona yaxınlaşmış, həmin vaxt Şahid4 yanında bir nəfər arıq bədən quruluşlu oğlan da olmuşdur. Şahid4 ona kredit almaq istədiyini bildirmiş, o, sonuncudan iş yeri və s. barədə soruşmuş, Şahid4 isə FHN-də çalışdığını bildirmişdir. O, Şahid4 sənədlərini tələb etdikdə, sonuncu FHN-in müvafiq struktur qurumunda çalışması ilə bağlı verilmiş arayışın əslini, əməkhaqqı kartından çıxarışın əslini, şəxsiyyət vəsiqəsini və digər tələb edilən sənədləri təqdim etmişdir. O, Şahid4 təqdim etdiyi sənədləri nəzərdən keçirmiş, qeyd edilən Nazirliyin işçiləri kredit üzrə ekspertlərin nəzərində problemsiz müştərilər kimi qəbul edildiyinə görə, həmçinin Lalənin təqdim etdiyi arayış sənədin əsli olduğuna görə o, Şahid4 həqiqətən qeyd edilən qurumda çalışdığına inanmış, həmçinin ailə üzvlərinin telefon nömrələrini qeyd etməsini xahiş etmişdir. Bundan sonra yanında olan oğlanın kim olduğunu maraqlandıqda, Lalə qohumu olduğunu bildirmişdir. Bundan sonra Şahid4 3 il müddətinə 6.400 manat kredit verilə biləcəyinə qərar vermiş, bununla bağlı müvafiq sənədləşmə apardıqdan sonra yekun qərarın qəbul edilməsi və kredit ayrılması haqqında müvafiq sənədlərə imza etməsi üçün çalışdığı departamentin direktorunun müavini X6 müvafiq sənədləri təqdim edərək müştəri barədə məlumatları vermişdir. Aslan Məmmədzadə də FHN-in işçisi olmasından şübhələnməyib Şahid4 kredit verilməsinə dair kredit sazişinə imza ataraq vətəndaşa kredit verilməsinə icazə vermiş, bundan sonra Şahid4 kassadan krediti təhvil almış və filialı tərk etmişdir. Bir müddət sonra elektron poçt ünvanına Baş ofis tərəfindən elektron poçt göndərilmiş, həmin elektron poçtda bir nəfərin Fövqəladə Hallar Nazirliyində çalışması ilə bağlı saxta arayış təqdim etməsi, həmin sənədlər əsasında həmin şəxsə kredit verildiyi, buna görə də oxşar halların olmaması üçün diqqətli olmalı olduqları qeyd edilmişdir. Bu məsələləri oxuduqdan sonra Şahid4 həmin Nazirlikdə çalışması ilə bağlı arayış təqdim etdiyini xatırlamış və dərhal filial rəhbərinə bu məsələ ilə bağlı məlumat vermişdir. Bundan sonra həmin arayışlar ilə elektron poçtda göstərilən arayışın tam oxşar olduğunu görmüş və həmin şəxslərin də FHN-də çalışmadığını başa düşmüşlər. Bundan sonra aidiyyəti üzrə rəhbərliyə məlumat vermişlər. O, ifadəsində həmçinin qeyd etmişdir ki, o, Şahid4 təqdim etdiyi arayışın saxta olmasından şübhələnmədiyi üçün heç bir tədbir görməmişdir. Belə ki, hüquq-mühafizə orqanlarında çalışan şəxslərin hansı qurumda çalışmalarını dəqiqləşdirmək üçün bankda hər hansı bir məlumat bazası olmamışdır. Bundan əlavə, qeyd edilənlərin düzgün olub-olmamasını dəqiqləşdirmək üçün həmin Nazirliyin Kadrlar və digər qurumlarından da maraqlanmamışdır. O, Şahid4 kredit rəsmiləşdirərkən sonuncudan şübhələnmədiyi üçün əməkhaqqı kartına baxış keçirmək üçün kartı tələb etməmişdir. Şahid4 kredit verilməsi müqabilində ona hər hansı pul və ya digər qiymətli əşya təklif etməmiş, aralarında belə bir söhbət olmamışdır. Adına kredit rəsmiləşdirdiyi Şahid4 ilə öncədən heç bir münasibəti olmamış, ilk dəfə kredit rəsmiləşdirilməsi zamanı görmüşdür. X29 tanımamış, sonuncu ilə hər hansı münasibəti olmamışdır. Qeyd edilən kredit verilən şəxsin təqdim etdiyi sənədlərin saxta olduğu müəyyən edildikdən sonra o, X23 adını eşitmiş və sonuncunun "xxxx" ASC-nin Problemli kreditlər departamentində işlədiyini öyrənmişdir. "xxxx" ASC-nin Problemli kreditlər departamentində ekspert vəzifəsində işləmiş X42 tərəfindən ona hər hansı şəxsə kredit verilməsinə köməklik edilməsi ilə bağlı müraciət olunmamışdır. Hər hansı kredit üzrə ekspertə müraciət olunmasından da məlumatsız olmuş, sonradan "xxxx" ASC-nin Problemli kreditlər departamentində ekspert vəzifəsində işləmiş X23 adını eşidərək sonuncunun bəzi kredit üzrə ekspertlərdən tanışları kimi qeyd etdiyi şəxslərə kredit verilməsində köməklik edilməsini xahiş etdiyini eşitmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, 2018ci ilin noyabr ayından "xxxx" ASC-də çalışmağa başlamış, 2019-cu ilin yay aylarından isə bankın Səməd Vurğun filialında kredit üzrə ekspert vəzifəsində çalışmağa başlamışdır. Ekspert kimi vəzifələri kreditin rəsmiləşdirilməsi, 3 gün gecikməyə görə təqib, müştəri cəlbi, kredit ayrılması ilə bağlı internet vasitəsilə edilmiş müraciətlərin baxılması və s.-dən ibarətdir. Amil Hüseynovu iş yoldaşı kimi tanımış, adi iş yoldaşı kimi münasibətləri olmuşdur. Amil 2020-ci ilin dekabr ayının 22-də onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vuraraq Fövqəladə Hallar Nazirliyində çalışan Şahid7 adlı tanışının avtomobil yuyulması məntəqəsi açmaq üçün kredit götürmək istədiyini, Emilin onun dostu, yaxud dostunun dostu olduğunu, valideynlərinin problemsiz insanlar olduğunu və kredit ödənişlərində heç bir problem olmayacağını bildirərək kredit verə biləcəyinə onu əmin etmiş, ödənişlərdə problem yaranacağı təqdirdə məsələni həll edəcəyini bildirmişdir. Bundan sonra o, Şahid7 ona yaxınlaşa biləcəyini, sənədləri ilə tanış olduqdan sonra müvafiq qərar qəbul edə biləcəklərini bildirmişdir. Həmin tarixdə nahardan sonra Şahid7 filiala yaxınlaşmış və ona kredit üçün müraciət etmişdir. O, Şahid7 sənədlərini tələb etdikdə sonuncu FHN-in müvafiq struktur qurumunda çalışması ilə bağlı verilmiş arayışın əslini, əmək haqqı kartından çıxarışın əslini, şəxsiyyət vəsiqəsini və digər tələb edilən sənədləri təqdim etmişdir. Şahid7 təqdim etdiyi sənədləri nəzərdən keçirmiş, qeyd edilən Nazirliyin işçiləri ekspertlərin nəzərində problemsiz müştərilər kimi qəbul edildiyinə görə, həmçinin Emilin təqdim etdiyi arayış sənədin əsli olduğuna görə sonuncunun həqiqətən qeyd edilən qurumda çalışdığına inanmışdır. Bundan sonra Şahid7 2 il müddətinə 6.200 manat kredit verilə biləcəyinə qərar vermiş, bununla bağlı müvafiq sənədləşmə apardıqdan sonra yekun qərarın qəbul edilməsi və kredit ayrılması haqqında müvafiq sənədlərə imza etməsi üçün çalışdığı Səməd Vurğun filialının direktoru X30 müvafiq sənədləri təqdim edərək müştəri barədə məlumatları vermişdir. İzulət Atayeva da FHN-in işçisi olmasından şübhələnməyib, Şahid7 kredit verilməsinə dair CP/27889/78/28 nömrəli Kredit Sazişinə imza ataraq vətəndaşa kredit verilməsinə icazə vermiş, bundan sonra Şahid7 kassadan 6.200 manat kredit verilmişdir. Bundan bir neçə gün sonra, yəni xx.xx.2020-ci il tarixdə Amil Hüseynov təkrarən ona zəng vuraraq Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan struktur qurumda çalışan Hətəmova Aygün Vidadi qızının kredit almaq istədiyini, Aygünün Şahid7 iş yoldaşı olduğunu bildirmişdir. O, yenə də eyni qaydada A.Hətəmovanın müvafiq sənədlərlə yaxınlaşmasını tələb etmişdir. A.Hətəmova həmin gün ona yaxınlaşmış və Emildə olduğu kimi FHN-in müvafiq struktur qurumunda çalışması ilə bağlı verilmiş arayışın əslini, əmək haqqı kartından çıxarışın əslini, şəxsiyyət vəsiqəsini və digər tələb edilən sənədləri təqdim etmişdir. O, sənədlərlə tanış olduqda A.Hətəmovanın Bakı şəhərində qeydiyyatda olmadığını, ailəsində dövlət qurumlarında çalışan heç kimin olmadığını, ailə gəlirlərinin zəif olduğunu nəzərə alıb kredit verilməsini riskli hesab etmiş və Aygün Hətəmovaya müxtəlif suallar verməyə başlamışdır. Belə ki, o, əməkhaqqı kartından çıxarışı almaq üçün "xxxx" ASC-yə hər hansı ödəniş edibetməməsini soruşmuş, Aygün Hətəmova bir qədər düşündükdən sonra bu suala cavab vermişdir. Buna görə o, şübhələnməyə başlamışdır. Belə ki, başqa banklardan fərqli olaraq, "xxxx" ASC çıxarışı 10 manat rüsumla verir, bu suala Aygünün vaxtında cavab verməməsi onu şübhələndirmişdir. Bundan sonra o, vətəndaşdan əməkhaqqı kartının özünü təqdim etməsini tələb etmiş, A.Hətəmova isə kartının vaxtının bitdiyini, kartın maliyyə idarəsində olduğunu, buna görə də təqdim edə bilməyəcəyini bildirmişdir. Bu zaman o, A.Hətəmovadan kartın fotoşəkilini tələb etmiş, təxminən 5 dəqiqədən sonra kimsə kartın fotoşəkilini göndərmiş, vətəndaş da həmin şəkili ona göstərmişdir. O, fotoşəkilə baxdıqda saxta olduğunu hiss etmiş, vətəndaşa heç bir məlumat vermədən müraciətini Baş Ofisə göndərdiyini, müvafiq qərar qəbul edildikdən sonra məlumat verəcəyini bildirmişdir. Bundan sonra A.Hətəmovanın qeyd edilən vəzifədə çalışmadığı Baş Ofisdə məlum olmuş, bundan sonra Amil Hüseynovun məsləhəti ilə kredit verilmiş şəxslərin sənədləri araşdırılmış, Şahid7 və başqa filiallar tərəfindən kredit verilmiş şəxslərin heç birinin FHN-də çalışmadığı müəyyən edilmişdir. O, ifadəsində həmçinin qeyd etmişdir ki, Şahid7 və X20 Hallar Nazirliyinin struktur qurumlarında çalışmaları barədə arayışların saxta olmasından şübhələnmədiyi üçün heç bir tədbir görməmiş, belə ki, hüquq mühafizə orqanlarında çalışan şəxslərin hansı qurumda çalışmalarını dəqiqləşdirmək üçün bankda hər hansı bir məlumat bazası olmamışdır. Bundan əlavə, qeyd edilənlərin düzgün olub-olmamasını dəqiqləşdirmək üçün həmin Nazirliyin Kadrlar və digər qurumlarından maraqlanmamışdır. Şahid7 5.000 manat məbləğində nağd şəkildə, 1.200 manat məbləğində isə kredit kartları üzrə olmaqla ümumilikdə 6.200 manat məbləğində kredit verilmişdir. Kredit üzrə ekspert kimi kredit almaq üçün müraciət edən şəxslərdən tələb olunan sənədləri alıb tanış olduqdan sonra həmin sənədlərin surətlərini çıxararaq əsillərini həmin şəxsin özünə geri qaytarırlar. Hətəmova Aygün Vidadi qızının təqdim etdiyi sənədlərə baxıb qeyd etdiyi sualları verdikdən sonra FHN-in müvafiq struktur qurumunda işləmədiyini düşündüyündən Aygün Hətəmovaya kredit portfeli açmamış və bu barədə filialın rəhbərliyinə məlumat vermişdir. Aygün Hətəmovaya kredit verilməsindən imtina edildiyindən ola bilsin həmin sənədlərin surətlərini çıxarmadan sənədlərin əsilləri Aygün Hətəmovanın özünə geri qaytarılmışdır. Həmçinin həmin vaxt Aygün Hətəmovanın təqdim etdiyi sənədlərin saxta olmasını tam bilməmişlər. Sadəcə olaraq yalan danışmasından şübhələndiklərindən bu barədə Baş ofisə məlumat verərək Aygün Hətəmovaya kredit verilməsindən imtina etmişlər. Şahid7 və Hətəmova Aygün Vidadi qızına kredit ayrılmasına köməklik edilməsi müqabilində "xxxx" ASC-nin Problemli kreditlər departamentində ekspert vəzifəsində işləmiş X42 tərəfindən ona hər hansı məbləğdə maddi və sair nemət vəd verilməmişdir. O, Amil Hüseynovu şəxsən heç vaxt görməmiş, sadəcə telefon vasitəsilə danışmışlar. Amil sadəcə iş yoldaşı kimi həmin şəxslərin tanışı olduqlarını bildirərək həmin şəxslərə kredit verilməsinin mümkün olduğu təqdirdə kredit verilməsinə köməklik etməyini xahiş etmişdir. O da mövcud qaydalara uyğun olaraq həmin şəxslərin təqdim etdikləri sənədlərlə tanış olduqdan sonra Şahid7 kredit verilməsini mümkün hesab edib sonuncuya kredit vermişdir. Aygün Hətəmovaya isə kredit verilməsini mümkün hesab etmədiyindən kredit verməmişdir. Kredit üzrə ekspert kimi tərəflərindən ayrılan hər kredit məbləğinə görə bank tərəfindən onlara faiz verilmiş, bundan başqa onun bu işdə hər hansı başqa marağı olmamışdır. Amil Hüseynova isə ayrılmış kredit məbləğinə görə bank tərəfindən hər hansı faiz verilməmişdir. Buna səbəb Amilin kredit üzrə ekspert deyil, Problemli kreditlər departamentində ekspert vəzifəsində işləməsi olmuşdur. Amil Hüseynova vəzifəsinə uyğun olaraq ödənilməyən və ya gecikən kredit məbləğlərinin ödənilməsini təmin etdiyi təqdirdə bank tərəfindən faiz verilmişdir. Şahid7 kredit onun tərəfindən verilmişdir. Həmin vaxt orada Amil Hüseynov olmamışdır. Ümumiyyətlə ona Şahid7 başqa heç kim yaxınlaşmamışdır. Amil Hüseynov sadəcə telefon vasitəsilə Şahid7 adlı tanışının kredit almaq üçün gələcəyini bildirmişdir. Şahid7 də növbəsi çatdıqda ona yaxınlaşıb Amil Hüseynovun tanışı olduğunu bildirmişdir. Qeyd etdiyi kimi nə həmin gün, nə də ondan əvvəlki günlərdə o, Amil Hüseynovu şəxsən həyatda görməmişdir. X49 "xxxx" ASC-nin Problemli kreditlər departamentində ekspert vəzifəsində işlədiyini bildiyindən sonuncu ilə telefon əlaqəsi olmuşdur. Kredit üzrə ekspert kimi tərəflərindən verilmiş kreditlərdə gecikmə olduqda kreditin verilməsini düzgün təhlil etmədiklərindən bank tərəfindən əməkhaqqılarından tutulmalar olmuşdur. Bununla bağlı onlar kreditin verilməsini gecikdirən şəxslər tərəfindən kreditin ödənilməsinin təmin edilməsinə köməklik etmələri üçün Problemli kreditlər departamentinin ekspertlərinə müraciət etmişlər. Amil Hüseynovla da münasibəti həmin formada yaranmışdır. Bu səbəbdən, Amil Hüseynov ondan tanışlarına kredit verilməsinə köməklik etməyini xahiş etdiyindən o, həmin şəxslərə kredit verilməsini mümkün hesab etdikdə kredit verilməsinə kömək etmişdir. Lakin Şahid7 və Aygün Hətəmovanın təqdim etdiyi sənədlərin saxta olmasından onun hər hansı məlumatı olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, 2018ci ildən "xxxx" ASC-də çalışmağa başlamış, 2019-cu ilin ortalarından bankın Baş ofisində Müştəri Xidmətləri Departamentinin istehlak kreditləri bölməsinin eksperti vəzifəsində çalışır. Ekspert kimi vəzifələri kreditin rəsmiləşdirilməsi, 3 gün gecikməyə görə təqib, müştəri cəlbi, kredit ayrılması ilə bağlı internet vasitəsilə edilmiş müraciətlərin baxılması və s.-dən ibarətdir. 2020-ci ilin oktyabr ayının 26-da işdə olarkən növbəli qaydada Şahid6 növbəsi çatmış və ona yaxınlaşaraq kredit almaq istədiyini bildirmiş, o, Elviradan iş yerini və s. soruşmuşdur. Elvira FHN-də çalışdığını, aylıq 800 manat əməkhaqqı aldığını bildirmişdir. O, Elviranın sənədlərini tələb etdikdə sonuncu FHN-in müvafiq struktur qurumunda çalışması ilə bağlı verilmiş arayışın əslini, əməkhaqqı kartından çıxarışın əslini, şəxsiyyət vəsiqəsini və digər tələb edilən sənədləri təqdim etmişdir. O, Elviranın təqdim etdiyi sənədləri nəzərdən keçirmiş, qeyd edilən Nazirliyin işçiləri ekspertlərin nəzərində problemsiz müştərilər kimi qəbul edildiyinə görə, həmçinin Elviranın təqdim etdiyi arayış sənədin əsli olduğuna görə o, Elviranın həqiqətən qeyd edilən qurumda çalışdığına inanmışdır. Bundan sonra Elviraya 3 il müddətinə 4.400 manat kredit verilə biləcəyinə qərar vermişdir. Bununla bağlı müvafiq sənədləşmə apardıqdan sonra yekun qərarın qəbul edilməsi və kredit ayrılması haqqında müvafiq sənədlərə imza etməsi üçün çalışdığı departamentin direktoru X15 müvafiq sənədləri təqdim edərək müştəri barədə məlumatları vermiş, sonuncu da FHN-in işçisi olmasından şübhələnməyib Şahid6 kredit verilməsinə dair kredit sazişinə imza ataraq vətəndaşa kredit verilməsinə icazə vermiş, bundan sonra Şahid6 kassadan krediti təhvil almış və filialı tərk etmişdir. Bundan əlavə, xx.xx.2020-ci il tarixdə işdə olarkən növbəli qaydada Xankişiyev Tariel Fərman oğlunun növbəsi çatmış və ona yaxınlaşmış, ona kredit almaq istədiyini bildirmiş, o, Tarieldən iş yeri və s. barədə soruşmuşdur. Tariel Xankişiyev FHNdə sürücü çalışdığını, normal əməkhaqqı aldığını bildirmişdir. O, Tarielin sənədlərini tələb etdikdə sonuncu FHN-in müvafiq struktur qurumunda çalışması ilə bağlı verilmiş arayışın əslini, əməkhaqqı kartından çıxarışın əslini, şəxsiyyət vəsiqəsini və digər tələb edilən sənədləri təqdim etmişdir. O, Tarielin təqdim etdiyi sənədləri nəzərdən keçirmiş, qeyd edilən Nazirliyin işçiləri ekspertlərin nəzərində problemsiz müştərilər kimi qəbul edildiyinə görə, həmçinin Tarielin təqdim etdiyi arayış sənədin əsli olduğuna görə o, Tarielin həqiqətən qeyd edilən qurumda çalışdığına inanmışdır. Bundan sonra Tarielə 2 il müddətinə 4.400 manat kredit verilə biləcəyinə qərar vermişdir. Bununla bağlı müvafiq sənədləşmə apardıqdan sonra yekun qərarın qəbul edilməsi və kredit ayrılması haqqında müvafiq sənədlərə imza etməsi üçün çalışdığı departamentin direktoru X15 müvafiq sənədləri təqdim edərək müştəri barədə məlumatları vermişdir. O da FHN-in işçisi olmasından şübhələnməyib T.Xankişiyevə kredit verilməsinə dair kredit sazişinə imza ataraq vətəndaşa kredit verilməsinə icazə vermişdir. Bundan sonra T.Xankişiyev kassadan krediti təhvil almış və filialı tərk etmişdir. Bundan əlavə, xx.xx.2020-ci il tarixdə işdə olarkən növbəli qaydada X9 növbəsi çatmış və ona yaxınlaşmış, kredit almaq istədiyini bildirmiş, o, Vüsalə Qənbərovadan iş yeri və s. barədə soruşmuş, Vüsalə FHNdə çalışdığını, normal əməkhaqqı aldığını, övladının səhhəti ilə əlaqədar pula ehtiyacı yarandığı üçün kredit götürdüyünü bildirmişdir. O, Vüsalədən həyat yoldaşının əlaqə nömrəsini götürüb danışmış, yoldaşı da xanımının FHN-də tibb bacısı çalışdığını təsdiq etmiş, bundan sonra bəzi suallar da vermişdir. O, Vüsalənin sənədlərini tələb etdikdə sonuncu FHN-in müvafiq struktur qurumunda çalışması ilə bağlı verilmiş arayışın əslini, əməkhaqqı kartından çıxarışın əslini, şəxsiyyət vəsiqəsini və digər tələb edilən sənədləri təqdim etmişdir. O, Vüsalənin təqdim etdiyi sənədləri nəzərdən keçirmiş, qeyd edilən Nazirliyin işçiləri ekspertlərin nəzərində problemsiz müştərilər kimi qəbul edildiyinə görə, həmçinin Vüsalənin təqdim etdiyi arayış sənədin əsli olduğuna görə o, Vüsalənin həqiqətən qeyd edilən qurumda çalışdığına inanmışdır. Bundan sonra Vüsaləyə 3 il müddətinə 5.400 manat kredit verilə biləcəyinə qərar vermişdir. Bununla bağlı müvafiq sənədləşmə apardıqdan sonra yekun qərarın qəbul edilməsi və kredit ayrılması haqqında müvafiq sənədlərə imza etməsi üçün çalışdığı departamentin direktoru X15 müvafiq sənədləri təqdim edərək müştəri barədə məlumatları vermiş, sonuncu da FHNin işçisi olmasından şübhələnməyib V.Qənbərovaya kredit verilməsinə dair kredit sazişinə imza ataraq vətəndaşa kredit verilməsinə icazə vermiş, bundan sonra V.Qənbərova kassadan krediti təhvil almış və filialı tərk etmişdir. Bir müddət sonra elektron poçt ünvanına Baş ofis tərəfindən elektron poçt göndərilmiş, orada bir nəfərin Fövqəladə Hallar Nazirliyində çalışması ilə bağlı saxta arayış təqdim etdiyi, həmin sənədlər əsasında həmin şəxsə kredit verildiyi, buna görə də oxşar halların olmaması üçün diqqətli olmalı olduqları qeyd edilmişdir. Bu məsələləri oxuduqdan sonra, yuxarıda adlarını çəkdiyi şəxslərin həmin Nazirlikdə çalışması ilə bağlı arayış təqdim etdiyini xatırlamış və dərhal filial rəhbərinə bu məsələ ilə bağlı məlumat vermişdir. Bundan sonra həmin arayışlar ilə elektron poçtda göstərilən arayışın tam oxşar olduğunu görmüş və həmin şəxslərin də FHN-də çalışmadığını başa düşmüşlər. Bundan sonra aidiyyəti üzrə rəhbərliyə məlumat vermişlər. O, ifadəsində həmçinin qeyd etmişdir ki, Şahid6, Vüsalə Qənbərova və Tariyel Xankişiyevin təqdim etdikləri arayışların saxta olmasından şübhələnmədiyi üçün heç bir tədbir görməmiş, belə ki, hüquq-mühafizə orqanlarında çalışan şəxslərin hansı qurumda çalışmalarını dəqiqləşdirmək üçün bankda hər hansı bir məlumat bazası olmamış, bundan əlavə, qeyd edilənlərin düzgün olub-olmamasını dəqiqləşdirmək üçün həmin Nazirliyin Kadrlar və digər qurumlarından maraqlanmamışdır. O, adları çəkilən şəxslərdən yalnız Vüsalə Qənbərovadan əməkhaqqı kartı tələb etmiş, sonuncu isə kartın yanında olmadığını, Sumqayıtda olduğunu, gələn dəfə gələndə kartı gətirəcəyini bildirmişdir. Digər şəxslərdən şübhələnmədiyi üçün əmək haqqı kartı almamışdır. Şahid6, Vüsalə Qənbərova və Tariyel Xankişiyev kredit ayrılması müqabilində ona hər hansı pul və ya digər qiymətli əşya təklif etməmiş, aralarında belə bir söhbət olmamışdır. Adlarına kredit rəsmiləşdirdiyi Şahid6, Vüsalə Qənbərova və Tariyel Xankişiyev adlı şəxslərlə öncədən heç bir münasibəti olmamış, həmin şəxsləri ilk dəfə kredit rəsmiləşdirilməsi zamanı tanımışdır. X3 tanımamış, hər hansı münasibəti olmamışdır. Qeyd edilən kredit verilən şəxslərin təqdim etdikləri sənədlərin saxta olduğu müəyyən edildikdən sonra o, X23 adını eşitmiş və sonuncunun "xxxx" ASC-nin Problemli kreditlər departamentində işlədiyini öyrənmişdir. "xxxx" ASC-nin Problemli kreditlər departamentində ekspert vəzifəsində işləmiş X42 tərəfindən ona hər hansı şəxsə kredit verilməsinə köməklik edilməsi ilə bağlı müraciət olunmamış, hər hansı kredit üzrə ekspertə müraciət olunmasından da məlumatsız olmuşdur. Sonradan "xxxx" ASC-nin Problemli kreditlər departamentində ekspert vəzifəsində işləmiş X23 adını eşidərək sonuncunun bəzi kredit üzrə ekspertlərdən tanışları kimi qeyd etdiyi şəxslərə kredit verilməsində köməklik edilməsini xahiş etdiyini eşitmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, 2014-cü ildən "xxxx" ASC-də çalışmağa başlamış, 2018-ci ildən isə bankın “Bakıxanov” filialında aparıcı ekspert vəzifəsində çalışmağa başlamışdır. Ekspert kimi vəzifələri kreditin rəsmiləşdirilməsi, 3 gün gecikməyə görə təqib, müştəri cəlbi, kredit ayrılması ilə bağlı internet vasitəsilə edilmiş müraciətlərin baxılması və s.-dən ibarətdir. Amil Hüseynovu iş yoldaşı kimi bir neçə il öncədən tanıyır. Belə ki, onlar Amil ilə əvvəllər "xxxx" ASC-nin Problemli kreditlər departamentində birlikdə işləmişlər. Amil ilə adi iş yoldaşı kimi normal münasibəti olmuşdur. Amil 2020-ci ilin dekabr ayının 23-də onunla əlaqə saxlayaraq Şahid5 adlı tanışının kredit götürmək istədiyini, Xətainin yaxını olduğunu bildirmişdir. Bundan sonra o, Şahid5 ona yaxınlaşa biləcəyini, sənədləri ilə tanış olduqdan sonra müvafiq qərar verə biləcəklərini bildirmişdir. Həmin tarixdə Şahid5 filiala yaxınlaşmış və ona kredit üçün müraciət etmişdir. O, Şahid5 sənədlərini tələb etdikdə sonuncu FHN-in müvafiq struktur qurumunda çalışması ilə bağlı verilmiş arayışın əslini, əməkhaqqı kartından çıxarışın əslini, şəxsiyyət vəsiqəsini və digər tələb edilən sənədləri təqdim etmişdir. O, Xətainin təqdim etdiyi sənədləri nəzərdən keçirmiş, qeyd edilən Nazirliyin işçiləri ekspertlərin nəzərində problemsiz müştərilər kimi qəbul edildiyinə görə, həmçinin Xətainin təqdim etdiyi arayış sənədin əsli olduğuna görə o, Xətainin həqiqətən qeyd edilən qurumda çalışdığına inanmışdır. Bundan sonra Xətaiyə 2 il müddətinə 5.100 manat kredit verilə biləcəyinə qərar vermişdir. Bununla bağlı müvafiq sənədləşməni apardıqdan sonra yekun qərarın qəbul edilməsi və kredit ayrılması haqqında müvafiq sənədlərə imza etməsi üçün çalışdığı Bakıxanov filialının direktoru X46 müvafiq sənədləri təqdim edərək müştəri barədə məlumatları vermiş, sonuncu da FHN-in işçisi olmasından şübhələnməyib Şahid5 kredit verilməsinə dair CP/30720/78/14 nömrəli Kredit Sazişinə imza ataraq vətəndaşa kredit verilməsinə icazə vermişdir. Bundan sonra Şahid5 kassadan 5.100 manat krediti təhvil almış və filialı tərk etmişdir. Bundan bir neçə gün sonra elektron poçt ünvanına Baş ofis tərəfindən elektron poçt göndərilmişdir. Orada bir nəfərin Fövqəladə Hallar Nazirliyində çalışması ilə bağlı saxta arayış təqdim etdiyi, həmin sənədlər əsasında həmin şəxsə kredit verildiyi, buna görə də oxşar halların olmaması üçün diqqətli olmalı olduqları qeyd edilmişdir. Bu məsələləri oxuduqdan sonra Şahid5 də həmin Nazirlikdə çalışması ilə bağlı arayış təqdim etdiyini xatırlamış və dərhal filial rəhbərinə bu məsələ ilə bağlı məlumat vermişdir. Bundan sonra Xətainin arayışı ilə elektron poçtda göstərilən arayışın tam oxşar olduğunu görmüşlər və Xətainin də FHN-də çalışmadığını başa düşmüşlər. Bundan sonra aidiyyəti üzrə rəhbərliyə məlumat vermişlər. Bankda yayılmış söhbətlərdən bir neçə halda ayrı-ayrı şəxslərin bankdan kreditlər götürdüklərini, həmin halların əksəriyyətində də Amil Hüseynovun onda olduğu kimi ekspertlərə kreditlərlə bağlı zənglər etdiyini başa düşmüşdür. O, ifadəsində həmçinin qeyd etmişdir ki, Şahid5 Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarında çalışması barədə arayışın saxta olmasından şübhələnmədiyi üçün heç bir tədbir görməmiş, belə ki, hüquq-mühafizə orqanlarında çalışan şəxslərin hansı qurumda çalışmalarını dəqiqləşdirmək üçün bankda hər hansı bir məlumat bazası olmamışdır. Bundan əlavə, qeyd edilənlərin düzgün olub-olmamasını dəqiqləşdirmək üçün həmin Nazirliyin Kadrlar və digər qurumlarından maraqlanmamışdır. Şahid5 kredit verilməsini rəsmiləşdirərkən Xətaidən əməkhaqqı kartını tələb etmiş, sonuncu isə kartının evdə qaldığını bildirmiş, müştərinin kartının evdə qalması halları da çox olduğu üçün bundan şübhələnməmişdir. Şahid5 kredit ayrılmasına köməklik edilməsi müqabilində "xxxx" ASC-nin Problemli kreditlər departamentində ekspert vəzifəsində işləmiş X42 tərəfindən ona hər hansı məbləğdə maddi və sair nemət vəd verilməmişdir. Amil sadəcə iş yoldaşı kimi həmin şəxsin tanışı olduğunu bildirərək kredit verilməsinin mümkün olduğu təqdirdə kredit verilməsinə köməklik etməyini xahiş etmişdir. O da mövcud qaydalara uyğun olaraq həmin şəxsin təqdim etdiyi sənədlərlə tanış olduqdan sonra Şahid5 kredit verilməsini mümkün hesab edib kredit vermişdir. Kredit üzrə ekspertlər kimi tərəflərindən ayrılan hər kredit məbləğinə görə bank tərəfindən onlara faiz verilmiş, bundan başqa onun bu işdə hər hansı başqa marağı olmamışdır. Amil Hüseynova isə ayrılmış kredit məbləğinə görə bank tərəfindən hər hansı faiz verilməmişdir. Buna səbəb Amilin kredit üzrə ekspert deyil, Problemli kreditlər departamentində ekspert vəzifəsində işləməsi olmuşdur. Amil Hüseynova vəzifəsinə uyğun olaraq ödənilməyən və ya gecikən kredit məbləğlərinin ödənilməsini təmin etdiyi təqdirdə bank tərəfindən faiz verilmişdir. Kredit üzrə ekspert kimi tərəflərindən verilmiş kreditlərdə gecikmə olduqda kreditin verilməsini düzgün təhlil etmədiklərindən bank tərəfindən əməkhaqqılarından tutulmalar olmuşdur. Bununla bağlı onlar kreditin verilməsini gecikdirən şəxslər tərəfindən kreditin ödənilməsinin təmin edilməsinə köməklik etmələri üçün Problemli kreditlər departamentinin ekspertlərinə müraciət etmişlər. Amil Hüseynovla da münasibəti həmin formada yaranmışdır. Bu səbəbdən Amil Hüseynov da ondan tanışına kredit verilməsinə köməklik etməyini xahiş etdiyindən o, həmin şəxsə kredit verilməsini mümkün hesab etdiyindən kredit verilməsinə kömək etmişdir. Lakin Şahid5 təqdim etdiyi sənədlərin saxta olmasından onun hər hansı məlumatı olmamışdır. Amil Hüseynov kredit verilməsi müqabilində ona hər hansı pul və ya digər qiymətli əşya təklif etməmiş, aralarında belə bir söhbət olmamışdır. Lakin onun Amil Hüseynova hər hansı məbləğdə pul verilib-verilmədiyindən məlumatı olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid14 bildirmişdir ki, 2018-ci ildən "xxxx" ASC-də çalışmağa başlamış, 2020-ci ilin fevral ayından isə bankın Yasamal filialında aparıcı ekspert vəzifəsində çalışmağa başlamışdır. Ekspert kimi vəzifələri kreditin rəsmiləşdirilməsi, 3 gün gecikməyə görə təqib, müştəri cəlbi, kredit ayrılması ilə bağlı internet vasitəsilə edilmiş müraciətlərin baxılması və s.-dən ibarətdir. Amil Hüseynovu iş yoldaşı kimi bir il öncədən tanımış, adi iş yoldaşı münasibətləri olmuşdur. Amil 2020-ci ilin dekabr ayının 21-də onunla əlaqə saxlayaraq Şahid3 adlı tanışının kredit götürmək istədiyini bildirmiş, bundan sonra o, Şahid3 ona yaxınlaşa biləcəyini, sənədləri ilə tanış olduqdan sonra müvafiq qərar verə biləcəklərini bildirmişdir. Həmin tarixdə Şahid3 filiala yaxınlaşmış və ona kredit üçün müraciət etmişdir. O, Şahid3 sənədlərini tələb etdikdə sonuncu FHN-in müvafiq struktur qurumunda çalışması ilə bağlı verilmiş arayışın əslini, əməkhaqqı kartından çıxarışın əslini, şəxsiyyət vəsiqəsini və digər tələb edilən sənədləri təqdim etmişdir. O, Şahid3 təqdim etdiyi sənədləri nəzərdən keçirmiş, qeyd edilən Nazirliyin işçiləri kredit ekspertlərinin nəzərində problemsiz müştərilər kimi qəbul edildiyinə görə, həmçinin Türkanın təqdim etdiyi arayış sənədin əsli olduğuna görə o, sonuncunun həqiqətən qeyd edilən qurumda çalışdığına inanmışdır. Bundan sonra Türkana 3 il müddətinə 5.400 manat kredit verilə biləcəyinə qərar vermişdir. Bununla bağlı müvafiq sənədləşmə apardıqdan sonra yekun qərarın qəbul edilməsi və kredit ayrılması haqqında müvafiq sənədlərə imza etməsi üçün çalışdığı Yasamal filialının direktoru Zaur Qədirovun əvəzedicisi olan direktor müavini Kamil Kamilliyə müvafiq sənədləri təqdim edərək müştəri barədə məlumatları vermişdir. Kamil Kamilli də FHN-in işçisi olmasından şübhələnməyib, Şahid3 kredit verilməsinə dair CP/25892/78/15 nömrəli Kredit sazişinə imza ataraq vətəndaşa kredit verilməsinə icazə vermiş, bundan sonra Şahid3 kassadan krediti təhvil almış və filialı tərk etmişdir. Bundan bir neçə gün sonra elektron poçt ünvanına Baş ofis tərəfindən elektron poçt göndərilmiş, orada bir nəfərin Fövqəladə Hallar Nazirliyində çalışması ilə bağlı saxta arayış təqdim etdiyi, həmin sənədlər əsasında həmin şəxsə kredit verildiyi, buna görə də oxşar halların olmaması üçün diqqətli olmalı olduqları qeyd edilmişdir. Bu məsələləri oxuduqdan sonra, Şahid3 həmin Nazirlikdə çalışması ilə bağlı arayış təqdim etdiyini xatırlamış və dərhal filial rəhbərinə bu məsələ ilə bağlı məlumat vermişdir. Bundan sonra Türkanın arayışı ilə elektron poçtda göstərilən arayışın tam oxşar olduğunu görmüş və Türkanın də FHN-də çalışmadığını başa düşmüşlər. Bundan sonra aidiyyəti üzrə rəhbərliyə məlumat vermişlər. Bundan sonra bankda yayılmış söhbətlərdən bir neçə eyni xarakterli halda ayrı-ayrı şəxslərin bankdan kreditlər götürdüklərini, həmin halların əksəriyyətində də Amil Hüseynovun onda olduğu kimi ekspertlərə kreditlərlə bağlı zənglər etdiyini başa düşmüşdür. O, ifadəsində həmçinin qeyd etmişdir ki, Şahid3 Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarında çalışması barədə arayışın saxta olmasından şübhələnmədiyi üçün heç bir tədbir görməmiş, belə ki, hüquq-mühafizə orqanlarında çalışan şəxslərin hansı qurumda çalışmalarını dəqiqləşdirmək üçün Bankda hər hansı bir məlumat bazası olmamışdır. Bundan əlavə, qeyd edilənlərin düzgün olub-olmamasını dəqiqləşdirmək üçün həmin Nazirliyin Kadrlar və digər qurumlarından maraqlanmamışdır. Şahid3 kredit rəsmiləşdirərkən Türkandan əməkhaqqı kartını tələb etmiş, sonuncu isə kartının evdə qaldığını bildirmişdir. Müştərinin kartının evdə qalması halları çox olduğu üçün bundan şübhələnməmiş, kartın fotoşəkilini tələb etdikdən və Türkan anası ilə bununla bağlı danışdıqdan sonra anasının işdə olduğunu bildirdiyindən kartın fotoşəkilini göndərməsi mümkün olmamışdır. Şahid3 kredit ayrılmasına köməklik edilməsi müqabilində "xxxx" ASC-nin Problemli kreditlər departamentində ekspert vəzifəsində işləmiş X42 tərəfindən ona hər hansı məbləğdə maddi və sair nemət vəd verilməmişdir. Amil sadəcə iş yoldaşı kimi həmin şəxsin tanışı olduğunu bildirərək kredit verilməsinin mümkün olduğu təqdirdə kredit verilməsinə köməklik etməyini xahiş etmişdir. O da mövcud qaydalara uyğun olaraq həmin şəxsin təqdim etdiyi sənədlərlə tanış olduqdan sonra Şahid3 kredit verilməsini mümkün hesab edib kredit vermişdir. Kredit üzrə ekspert kimi tərəflərindən ayrılan hər kredit məbləğinə görə bank tərəfindən onlara faiz verilmiş, bundan başqa onun bu işdə hər hansı başqa marağı olmamışdır. Amil Hüseynova isə ayrılmış kredit məbləğinə görə bank tərəfindən hər hansı faiz verilməmişdir. Buna səbəb Amilin kredit üzrə ekspert deyil, Problemli kreditlər departamentində ekspert vəzifəsində işləməsi olmuşdur. Amil Hüseynova vəzifəsinə uyğun olaraq ödənilməyən və ya gecikən kredit məbləğlərinin ödənilməsini təmin etdiyi təqdirdə bank tərəfindən faiz verilmişdir. Kredit üzrə ekspert kimi tərəflərindən verilmiş kreditlərdə gecikmə olduqda kreditin verilməsini düzgün təhlil etmədiklərindən bank tərəfindən əməkhaqqılarından tutulmalar olmuşdur. Bununla bağlı onlar kreditin verilməsini gecikdirən şəxslər tərəfindən kreditin ödənilməsinin təmin edilməsinə köməklik etmələri üçün Problemli kreditlər departamentinin ekspertlərinə müraciət etmişlər. Amil Hüseynovla da münasibəti həmin formada yaranmışdır. Bu səbəbdən Amil Hüseynov da ondan tanışına kredit verilməsinə köməklik etməyini xahiş etdiyindən, o, həmin şəxsə kredit verilməsini mümkün hesab etdiyindən kredit verilməsinə kömək etmiş, lakin Şahid3 təqdim etdiyi sənədlərin saxta olmasından onun hər hansı məlumatı olmamışdır. Amil Hüseynov kredit verilməsi müqabilində ona hər hansı pul və ya digər qiymətli əşya təklif etməmiş, aralarında belə bir söhbət olmamışdır. Lakin onun hər hansı digər şəxs tərəfindən Amilə hər hansı məbləğdə pul verilib-verilmədiyindən məlumatı olmamışdır. Şahid3 kredit rəsmiləşdirilərkən əməkhaqqı kartının fotoşəkilini tələb etməyi ilə bağlı Amil Hüseynov ona zəng etməmiş, ondan heç bir xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 312.1-1-ci və 320.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqından qərarı aşağıdakı məzmununda qeyd edilmişdir:

1. Cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 312-1.1, 320.1 və 320.2-ci maddələrindən həmin Məcəllənin 312-1.1 və 320.1-ci maddələrinə tövsif edilsin.

2. X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1 və 320.1-ci maddələri ilə yenidən ittiham elan edilsin və barəsində 21 aprel 2023-cü il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınsın.

3. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilsin.

4. X7 törətdiyi cinayətlər əməllərinə görə Azərbaycan Respublikası CM-in 18.4-cü maddəsinə əsasən cinayətlərin residivi yaranmadığından cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmasın.

5. İş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, baxış protokolları, istıntaq hərəkəti protokollarına əlavələr, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi, iş üzrə toplanmış digər: istintaq sənədləri işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qiymətləndirilsin.

6. Təqsirləndirilən şəxs X7 Təqsirləndirilən şəxs tanımaması, saxta sənəd hazırlamağı bacarmaması, Təqsirləndirilən şəxs saxta sənədi aparması barədə tapşırıq verməməsi, eləcə də hər hansı məbləğdə pul verməməsi, saxta sənəd əsasında "Bank of Baku” ASC və "xxxx" ASC-dən müxtəlif məbləğlərdə kreditlər almış Şahid6, Xankişiyev Tariel Fərman oğlu, Şahid8, Şahid4, Şahid5 və Şahid3 da ümumiyyətlə tanımaması, Şahid9 Fövqəladə Hallar Nazirliyində işləyən adama kredit verilə bilibbilməyəciyini soruşmağına səbəbin hazırda xatırlamadığı sosial şəbəkələrdən birində tanış olduğu, Rusiya Federasiyasına məxsus mobil telefon nömrəsi ilə "whatsapp” proqramında qeydiyyatdan keçmiş və yalnız həmin proqram vasitəsilə əlaqə yarada bildiyi şəxsin ayrı-ayrı kredit götürmək istəyən şəxslərə X13 işləmələrinə dair arayış və əməkhaqqı kartından çıxarış hazırlaya bilməsini bildirməsinin olması, Mirağa Rəhimov və Şahid7 adına olan saxta sənədləri hazırda xatırlamadığı sosial şəbəkələrdən birində tanış olduğu, Rusiya Federasiyasına məxsus mobil telefon nömrəsi ilə “whatsapp” proqramında qeydiyyatdan keçmiş və yalnız həmin proqram vasitəsilə əlaqə yarada bildiyi şəxsin hazırlaması, həmin şəxsin "whatsapp” proqramı vastəsilə Yasamal rayonu ərazisində, dəqiq xatırlamadığı ünvanda yerləşən “Kösk"-ə kağız bağlamada Mirağa Rəhimov və Şahid7 adına hazırlanmış saxta sənədləri qoyduğunu və həmin yerdən götürə biləcəyini, həmçinin saxta sənəd hazırladığı hər şəxsə görə 500 manat məbləğində pul verməli olacağını bildirməsi, bundan sonra həmin tanımadığı şəxsin göndərdiyi taksi sürcüsünə hər dəfə 500 manat verdikdən sonra saxta sənədləri dediyi yerdən götürməsi, Şahid7 və Mırağa Rəhimovun götürdükləri kreditdən ayrı-ayrılıqda hər birinin ona cəmi 700 manat məbləğində pul vermələri, Elnad Mehdiyevə isə cəmi 50 və ya 100 manat məbləğində pul verməsi, sonradan heç bir şəxsin kredit götürməsi üçün saxta sənəd hazırlanmasına köməklik etməməsi, Elnad Mehdiyevin qeyd etdiyi Hətəmova Aygün Vidadi qızı adlı şəxsi də tanımaması barədə ifadələrində göstərdiyi xüsusatlar cinayət işinin materialları ilə tam təkzib edildiyindən məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilməsin və sübut kimi qəbul olunmadan rədd edilsin.

7. "Bank of Baku” ASC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 082 nömrəli və "xxxx" ASC-dən daxıl olmuş xx.xx.2021-ci il tarixli HD/2308 nömrəli məktublarla cinayət işinə əlavə olunmuş guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X32 Xidmətinin struktur Qurumlarından vəsiqə əvəzi kimi təqdim etmək üçün verilmiş Yasamal rayon DYMX-nın rəisi, daxili xidmət polkovnik-leytenantı, Rəşad Nəsirovun adından etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan Şahid6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Yasamal rayon X25nin Yanğınsöndürmə bölməsində tibb bacısı vəzifəsində, etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan Şahid8 İldirim qızının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Muhafizə Xidmətinin Yasamal rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində tıbb bacısı vəzifəsində, etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan Şahid3 Azərbaycan Respublikası Fövqəladə X27 Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində tibb bacısı vəzifəsində xidmət etmələri barədə, Binəqədi rayon DYMX-nin rəisi, Daxili xidmət polkovniki, Kamil Şərbətovun adından etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən 31.12 2020-ci il tarixədək olan Xankişiyev Tariel Fərman oğlunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin Yanğınsondürmə bölməsində sürücü vəzifəsində, etibarlılıq müddəti xx.xx.2020-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan X9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində tibb bacısı vəzifəsində, etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan Şahid4 q zının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində tibb bacısı vəzifəsində, etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan Şahid7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin 2 saylı yanğından mühafizə bölməsində yanğınsöndürən vəzifəsində, etbarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan X10 Azərbaycan Respublikası Fövqəladə X28 Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Dövlət X25nin 2 saylı yanğından mühafizə bölməsində sürücü vəzifəsində xidmət etmələri barədə, Suraxanı rayon DYMX-nin rəisi, Daxili xidmət Mayoru, Mehman Əkbərovun adından etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan Şahid5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yangından Muhafizə Xidmətinin Suraxanı rayon Dövlət X25nin 1 Saylı yanğından mühafizə bölməsində yanğınsöndurən vəzifəsində xidmət etməsi barədə saxta arayışlar, "xxxx" ASC-nın Yasamal filalından Şahid6 adına 01 yanvar 2019-cu il tarixdən 26 yanvar 2020-ci il tarixədək olan dövrü əhatə edən güya sonuncunun ******************** hesab nömrəsi üzrə 10.962,81 manat dövriyyəsinin olması, günün sonuna 30,35 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli, "xxxx" ASC-nin Bakıxanov fılialından Xankişiyev Tariel Fərman oğlunun adına 01 noyabr 2019-cu il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan dövrü əhatə edən güya sonuncunun ******************** hesab nömrəsi üzrə 9.662,81 manat dovriyyəsinin olması, günün sonuna 20,05 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Yasamal filialından Şahid8 adına 01 dekabr 2019-cu il tarixdən 17 noyabr 2020-ci il tarxədək olan dövrü əhatə edən guya sonuncunun ******************** hesab nömrəsi üzrə 9.662,81 manat dövriyyəsinin olması, günün sonuna 15.05 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-cı il tarixli, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Bakıxanov filialından X9 adına 01 dekabr 2019-cu il tarixdən 30 noyabr 2020-cı il tarixədək olan dövrü əhatə edən güya sonuncunun ******************** hesab nömrəsi üzrə 8.457,81 manat dövriyyəsinin olması, günün sonuna 10,09 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli, "xxxx" ASC-nin Yasamal filialından X35 adına 01 dekabr 2019-cu il tarixdən 01 dekabr 2020-cu il tarixədək olan dövrü əhatə edən guya sonuncunun ******************** hesab nömrəsı üzrə 8.457,81 manat dövriyyəsinin olması, günün sonuna 10.09 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli, "xxxx" ASC-nin Yasamal filialından Şahid3 qıznın adına 01 yanvar 2020-ci il tarixdən 21 dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edən güya sonuncunun ******************** hesab nömrəsi üzrə 9.967,89 manat dövriyyəsinin olması, günün sonuna 37,21 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli, "xxxx" ASC-nin Binəqədi filialından Şahid7 adına 01 yanvar 2020-ci il tarixdən 22 dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun 510307“““““”5673 hesab nömrəsi üzrə 8.672,35 manat dövriyyəsinin olması, günün sonuna 0,17 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli, "xxxx" ASC-nin Binəqədi filialından Şahid5 adına 01 yanvar 2020-ci il tarixdən 23 dekabr 2020ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun 510307“”““"“5866 hesab nömrəsi üzrə 8.877,35 manat dövriyyəsinin olması, günün sonuna 0,47 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli, "xxxx" ASC-nin Binəqədi filialından X10 adına 01 yanvar 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun 510307““"””“6357 hesab nomrəsi üzrə 8.877,35 manat dövriyyəsinin olması, günün sonuna 0.47 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli saxta hesabdan çıxarışlar, "xxxx" KB ASC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli HD/2308 nomrəli məktuba əlavə edilmiş Şahid8 həmin bankdan kredit verilməsinə dair 1 ədəd kredit qovluğu, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 441 nömrəli məktuba əlavə edilmiş Şahid6, Xankişiyev Tariel Fərman oğluna, X16, Şahid4, Şahid3, Şahid7, Şahid5 və X17 həmin bankdan kredit verilməsinə dair 22 ədəd kredit qovluğu öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşələrinə, aşkar edildikləri yerə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilsin.

8. Cinayət işinin materiallarında “Nicat” kimi qeyd olunan şəxs Təqsirləndirilən şəxs kimi başa düşülsün.

9. Cinayət işinin materiallarında Şahid8 ata adı “İlqırım” kimi deyil “İldırım” kimi oxunsun. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat – sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş məktuba əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 6 dekabr 2021-ci il tarixli 4/1636 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Şahid8, Şahid6 və Şahid3 adlarına olan arayışların kserosurətlərində “Nəsirov Rəşad” qrafalarında əks olunmuş imzalar – X45 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Eləcə də, ekspertizaya təqdim olunmuş Şahid7, X10, Şahid4, X9 və Xankişiyev Tariel Fərman oğlunun adlarına olan arayışların kserosurətlərində “Kamil Şərbətov” qrafalarında əks olunmuş imzalar – X31 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 312-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 7 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 01 il 02 ay 28 gün müddətə islah işləri cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli axtarışda olanın tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu Sabunçu qəsəbəsi Araz marketin qarşısında tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi üçün 12 – ci PŞ-nə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad rayonu İcra Hakimiyyəti başçısının Həşimxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Həşimxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olan 22 iyun 2021-ci il tarixli, 5352 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı aşağıdakı məzmunundan qeyd edilmişdir:

1. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə yenidən ittiham elan edilsin və barəsində 22 iyun 2023-cü il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınsın.

2. Şahid6, Xankişiyev Tariel Fərman oğlu, Şahid8 və digərlərinin cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə ərizələri və həmçinin həmin şəxslərin məqsədlərinin bankın əmlakının dələduzluq yolu ilə ələ keçirmək deyil, istehlak krediti əldə etmək olduğu nəzərə alınaraq barələrində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 39.1.3-cü maddəsinə əsasən xitam verilsin, cinayət işindən icraatın bu hissəsinə aid materiallar ayrılmaqla, müəyyən edilmiş qaydada qeydiyyata alınaraq İdarənin arxivində saxlanılsın.

6. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində və o cümlədən Şahid6, Xankişiyev Tariel Fərman oğlu, Şahid8, X24, Şahid4, Şahid3, Şahid7, Şahid5, X10 adına saxta sənəd tərtib edilməsi və bunun əsasında bankdan saxta yolla kredit rəsmləşdirilməsi ilə bağlı törədilən cinayət əməllərində Şahid1 və Şahid2 iştrakının müəyyən olunmadığı və sonuncuların həmin proseslərin qanunsuz olmasından xəbərsiz olması nəzərə alınaraq Şahid1 və Şahid2 barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilsin, cinayət işindən icraatın bu hissəsinə aid materiallar ayrılmaqla, müəyyən edilmiş qaydada qeydiyyata alınaraq İdarənin arxivində saxlanılsın.

7. Şahid6, Xankişiyev Tariel Fərman oğlu, Şahid8, X24, Şahid4, Şahid3, Şahid7, Şahid5, X10 adına saxta sənəd tərtib edilməsi və bunun əsasında bankdan saxta yolla kredit rəsmləşdirilməsi ilə bağlı törədilən cinayət əməllərində X23 iştrakının müəyyən olunmadığı və sonuncunun həmin proseslərin qanunsuz olmasından xəbərsiz olması nəzərə alınaraq Amil Hüseynov barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilsin, cinayət işindən icraatın bu hissəsinə aid materiallar ayrılmaqla, müəyyən edilmiş qaydada qeydiyyata alınaraq İdarənin arxivində saxlanılsın.

8. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və həmçinin digər qurumun əməkdaşı kimi təqdim etməsi öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs barəsində həmin hissədə Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMin 39.1.1-ci maddəsinə əsasən rədd edilsin, cinayət işindən icraatın bu hissəsinə aid materiallar ayrılmaqla, müəyyən edilmiş qaydada qeydiyyata alınaraq İdarənin arxivində saxlanılsın.

9. Şahid6 adına saxta sənəd tərtib edilməsi və bunun əsasında bankdan saxta yolla kredit rəsmləşdirilməsi ilə bağlı törədilən cinayət əməllərində X21 iştrakının müəyyən olunmadığı və sonuncunun həmin proseslərin qanunsuz olmasından xəbərsiz olması nəzərə alınaraq Dünya Əsədova barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilsin, cinayət işindən icraatın bu hissəsinə aid materiallar ayrılmaqla, müəyyən edilmiş qaydada qeydiyyata alınaraq İdarənin arxivində saxlanılsın.

10. Şahid4 və Şahid3 adına saxta sənəd tərtib edilməsi və bunun əsasında bankdan saxta yolla kredit rəsmləşdirilməsi ilə bağlı törədilən cinayət əməllərində Şahid8 iştrakının müəyyən olunmadığı və sonuncunun həmin proseslərin qanunsuz olmasından xəbərsiz olması nəzərə alınaraq Şahid8 barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilsin, cinayət işindən icraatın bu hissəsinə aid materiallar ayrılmaqla, müəyyən edilmiş qaydada qeydiyyata alınaraq İdarənin arxivində saxlanılsın.

7. Bank əməkdaşları olan X1, Şahid10, Şahid11, Şahid12, Şahid13, Şahid14 "xxxx"dan çoxsaylı kredit müqavilələri rəsmişlədirmələri xüsusatı üzrə həmin əməkdaşların ifadələri bankın kreditlərin verilməsində müəyyən etdiyi qaydalar və digər istintaq sənədləri ilə müqayisəli şəkildə analiz edildiyində qeyd edilən əməkdaşların əməllərində müvafiq qaydalardan kənar hər hansı bir qanunsuz hərəkətlərin edilməsi müəyyən olunmadığından, rəsmiləşdirilmiş kredit müqavilələri üzrə bütün hallarda müvafiq təsdiqləmələrin həyata keçirilməsi təmin edildiyindən, eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən saxta arayışların verilməsi faktı həmin bank əməkdaşlarının özləri tərəfindən ifşa edildiyindən qeyd edilən əməkdaşlarının əməllərində hər hansı bir cinayətin əlamətləri istisna edilməklə başlanmış cinayət təqibi üzrə icraata xitam verilsin, cinayət işindən icraatın bu hissəsinə aid materiallar ayrılmaqla, müəyyən edilmiş qaydada qeydiyyata alınaraq İdarənin arxivində saxlanılsın.

6. Təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində bankdan adlarına kredit rəsmləşdirilməsi üçün müxtəlif şəxslərin adına saxta sənədləri mobil nömrəsini və digər anket məlumatlarını bilmədiyi Arif adlı şəxsdən alması və bankdan kredit götürən şəxslərdən aldığı pul vəsaitini həmin şəxslə bölməsi, şahid kimi verdiyi ifadəsində həmin işləri səhvən Ruslan adlı şəxslə gördüyünü deməsi barədə ifadələrində göstərdiyi xüsusatlar özünün qismən etirafedici ifadələri, şahid ifadələri, iş materiallarına əlavə edilmiş saxta arayışlar və hesabdan çıxarışlar, o cümlədən cinayət işinin materialları ilə tam təkzib edildiyindən məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilməsin və sübut kimi qəbul olunmadan rədd edilsin.

7. "xxxx" ASC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 082 nömrəli və "xxxx" ASCdən daxil olmuş xx.xx.2021-ci il tarixli HD/2308 nömrəli məktublarla cinayət işinə əlavə olunmuş guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X32 Xidmətinin struktur qurumlarından vəsiqə əvəzi kimi təqdim etmək üçün verilmiş Yasamal rayon DYMX-nin rəisi, daxili xidmət polkovnik-leytenantı, Rəşad Nəsirovun adından etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan Şahid6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Yasamal rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində tibb bacısı vəzifəsində, etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan Şahid8 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Yasamal rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində tibb bacısı vəzifəsində, etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Yasamal rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində tibb bacısı vəzifəsində xidmət etmələri barədə, Binəqədi rayon DYMX-nin rəisi, Daxili xidmət polkovniki, Kamil Şərbətovun adından etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan Xankişiyev Tariel Fərman oğlunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində sürücü vəzifəsində, etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan X9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində tibb bacısı vəzifəsində, etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan Şahid4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin Yanğınsöndürmə bölməsində tibb bacısı vəzifəsində, etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan Şahid7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin 2 saylı yanğından mühafizə bölməsində yanğınsöndürən vəzifəsində, etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan X10 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Binəqədi rayon Dövlət X25nin 2 saylı yanğından mühafizə bölməsində sürücü vəzifəsində xidmət etmələri barədə, Suraxanı rayon DYMX-nin rəisi, Daxili xidmət Mayoru, Mehman Əkbərovun adından etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan Şahid5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin Suraxanı rayon Dövlət X25nin 1 saylı yanğından mühafizə bölməsində yanğınsöndürən vəzifəsində xidmət etməsi barədə saxta arayışlar, "xxxx" ASC-nin Yasamal filialından Şahid6 adına 01 yanvar 2019-cu il tarixdən 26 yanvar 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun ******************** hesab nömrəsi üzrə 10.962,81 manat dövriyyəsinin olması, günün sonuna 30,35 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli, "xxxx" ASC-nin Bakıxanov filialından Xankişiyev Tariel Fərman oğlunun adına 01 noyabr 2019-cu il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun ******************** hesab nömrəsi üzrə 9.662,81 manat dövriyyəsinin olması, günün sonuna 20,05 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli, "xxxx" ASC-nin Yasamal filialından Şahid8 adına 01 dekabr 2019cu il tarixdən 17 noyabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun ******************** hesab nömrəsi üzrə 9.662,81 manat dövriyyəsinin olması, günün sonuna 15,05 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli, "xxxx" ASCnin Bakıxanov filialından X9 adına 01 dekabr 2019-cu il tarixdən 30 noyabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun ******************** hesab nömrəsi üzrə 8.457,81 manat dövriyyəsinin olması, günün sonuna 10,09 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli, "xxxx" ASC-nin Yasamal filialından Şahid4 adına 01 dekabr 2019-cu il tarixdən 01 dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun ******************** hesab nömrəsi üzrə 8.457,81 manat dövriyyəsinin olması, günün sonuna 10,09 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli, "xxxx" ASC-nin Yasamal filialından Şahid3 adına 01 yanvar 2020-ci il tarixdən 21 dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun ******************** hesab nömrəsi üzrə 9.967,89 manat dövriyyəsinin olması, günün sonuna 37,21 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli, "xxxx" ASC-nin Binəqədi filialından Şahid7 adına 01 yanvar 2020-ci il tarixdən 22 dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun 510307******5673 hesab nömrəsi üzrə 8.672,35 manat dövriyyəsinin olması, günün sonuna 0,17 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli, "xxxx" ASC-nin Binəqədi filialından Şahid5 adına 01 yanvar 2020ci il tarixdən 23 dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun 510307******5866 hesab nömrəsi üzrə 8.877,35 manat dövriyyəsinin olması, günün sonuna 0,47 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli, "xxxx" ASCnin Binəqədi filialından X10 adına 01 yanvar 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edən guya sonuncunun 510307******6357 hesab nömrəsi üzrə 8.877,35 manat dövriyyəsinin olması, günün sonuna 0,47 manat hesabında qalıq qalmasına dair xx.xx.2020-ci il tarixli saxta hesabdan çıxarışlar, "xxxx" KB ASC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli HD/2308 nömrəli məktuba əlavə edilmiş Şahid8 həmin bankdan kredit verilməsinə dair 1 ədəd kredit qovluğu, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 441 nömrəli məktuba əlavə edilmiş Şahid6, Xankişiyev Tariel Fərman oğluna, X16, Şahid4, Şahid3, Şahid7, Şahid5 və X17 həmin bankdan kredit verilməsinə dair 22 ədəd kredit qovluğunun surətləri öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşələrinə, aşkar edildikləri yerə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X4 13 may 2023-cü il tarixli qərarı ilə maddi sübut kimi tanınaraq ********* nömrəli cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın.

10. İş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, baxış protokolları, istintaq hərəkəti protokollarına əlavələr, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi, iş üzrə toplanmış digər istintaq sənədləri işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qiymətləndirilsin.

8. Cinayət işinin materiallarında “Nicat” kimi qeyd olunan şəxs Təqsirləndirilən şəxs kimi başa düşülsün.

9. Cinayət işinin materiallarında Şahid8 ata adı “İlqırım” kimi deyil “İldırım” kimi oxunsun. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X14 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən cinayət əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinə əsasən “Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi - altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 312-1.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü kimi cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cəza yüngülləşdirilməli və üzərində qəti olaraq müəyyən miqdarında cərimə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs 124,00 (bir yüz iyirmi dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 312-1.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194- cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-1.1ci maddəsi ilə təqsirli bilinsin və ona 10 000 (on min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 9 500 (doqquz min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 124,00 (bir yüz iyirmi dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar