Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-9/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanında yaşamış, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə vahid qəsdlə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına kimi Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 Əli oğluna dövlət tərəfindən ona veriləcək mənzil növbəsini tezləşdirəcəyini vəd etməklə inam və etibarından sui-istifadə edib aldadaraq sonuncunun 4000 manat pulunu ələ keçirib ona 4000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə vahid qəsdlə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin avqsut ayından 2019-cu ilin may ayına kimi Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs2 keçmiş əri ilə aralarında olan əmlak bölgüsünü onun xeyrinə həll edəcəyini vəd etməklə inam və etibarından sui-istifadə edib aldadaraq sonuncunun 8050 manat pulunu ələ keçirmiş, ona 8050 manat maddi ziyan vurmaqla xeyli miqdarda təkrar dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləmir. 2018-ci ildə Zərərçəkmiş şəxs2 ilə atası Süleymanın vasitəsi ilə tanış olmuş, Rəna ona keçmiş əri ilə aralarında əmlak bölgüsü ilə bağlı problem olduğunu bildirmişdir. Rənaya ona bu işin onun xeyrinə müsbət həll olunmasına kömək edə biləcəyini, keçmiş əri ilə aralarında olan əmlak bölgüsünü məhkəmə yolu ilə həll edib keçmiş ərinə məxsus, Abşeron rayonu, At yalı qəsəbəsində yerləşən fərdi yaşayış evini satdırıb Zərərçəkmiş şəxs2 40000 manat pul verəcəyini demişdir. Zərərçəkmiş şəxs2 bununla bağlı ona müəyyən miqdarda pul lazım olduğunu bildirmiş və Zərərçəkmiş şəxs2 ona hissə-hissə olmaqla 2018-ci ilin avqust ayından 2019-cu ilin may ayına kimi, yəni müxtəlif vaxtlarda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Mədəniyyət Evinin yaxınlığında işlədiyi ev alqısatqı ofisində və ofisin qarşısında ümumilikdə 8050 manat pul vermişdir. Həmçinin Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 Əli oğlundan onun ev növbəsini tezləşdirmək adı ilə 4000 manat pul almışdır. Zərərçəkmiş şəxs1 aldığı 4000 manat pulu hissə-hissə müxtəlif vaxtlarda, yəni 2018-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına kimi bir hissəsini Zərərçəkmiş şəxs1 özündən, müəyyən bir hissəsini isə arvadı Kifayətdən Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəsəbəsi ərazisində almışdır. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onların problemlərini həll etməkdə köməklik göstərmək istəmiş, lakin səhhətində yaranmış problemlərə görə onların işlərinə vaxt ayıra bilməmişdir. Belə ki, özü Qarabağ müharibəsində iştirak etmiş, müharibə veteranıdır, döyüşlər zamanı sağ ayağından yaralanmışdır. Azərbaycan Respublikası Ali Baş Komandanı, prezident cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmiş, mənzillə təmin edilmişdir. İİ Qarabağ Müharibəsində isə erməni dilini bildiyi üçün bələdçi kimi iştirak etmişdir. Özü ehtiyatda olan zabit, mayordur. 10 il Azərbaycan Respubklikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Akademiyasında dərs demişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldığı müvafiq olaraq 4000 manat və 8050 manat pulu səhhətində yaranmış problemlərə görə əməliyyat üçün xərcləmişdir. Törətdiyi əməli səmimi etiraf etdiyini və törətdiyi cinayət əməllərindən peşman olduğunu, zərəçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Əli oğlu göstərdi ki, o, “SOCAR”-ın Təhlükəsizlik İdarəsində mühafizəçi vəzifəsində işləyir. X4 iştirakçısı, müharibə veteranı, 3-cü qrup əlildir. 2015-ci ilin yay aylarında İmişli rayonunda müharibə əlillərinə dövlət tərəfindən verilən mənzil almaq məqsədilə qeydiyyata durmuş və növbəyə yazılmışdır. Növbəyə yazıldıqdan 3 il vaxt keçməsinə baxmayaraq heç bir nəticə əldə olunmadığına görə çox məyus olmuş, 2018-ci ilin noyabr ayında azyaşlı övladının sinif yoldaşının anası Rənanın vasitəsilə Mərdəkan qəsəbəsində ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Rənanı bir neçə ildir ki, tanımış, hətta ailəvi dostluqları olmuşdur. Rəna onun kirayədə yaşadığını sonradan bilmiş və buna görə Təqsirləndirilən şəxs ona ev işini həll etməkdə kömək edə biləcəyini təklif etmişdir. Rəna həmçinin Təqsirləndirilən şəxs onun işlərinə də kömək etdiyini bildirmişdir. Bundan sonra o, Rəna ilə birlikdə 2018-ci ilin noyabr ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsində Mədəniyyət Sarayının yaxınlığında Təqsirləndirilən şəxs ev alqı-satqı ofisində görüşmüşdür. Təqsirləndirilən şəxs ona müharibə əlili olduğuna görə Bakı şəhərində dövlət tərəfindən ev verilməsinə nail olacağını, bunun müqabilində pul lazım olduğunu bildirmiş və ondan 5000 manat pul istəmişdir. O, Xanoğlanın təklifi ilə razılaşmış, lakin həmin vaxt pul olmadığına görə Xanoğlandan ona möhlət verməsini istəmişdir. Bundan təqribən bir həftə sonra dost-tanışdan borc alıb Təqsirləndirilən şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Mədəniyyət Sarayının yaxınlığında Xanoğlanın ev alqı-satqı ofisində 1800 manat pul vermiş, bundan təqribən bir neçə gün sonra arvadı Şahid2 Rəna ilə birlikdə Mərdəkan qəsəbəsində Mədəniyyət Sarayının yaxınlığında Xanoğlanın ev alqı-satqı ofisində Xanoğlana 2000 manat pul vermişdir. Həmin vaxt işdə olduğuna görə həmin 2000 manatı arvadı Kifayət Rəna ilə birlikdə Xanoğlana vermişlər. Xanoğlan ilə sonralar bir neçə dəfə görüşmüş, Xanoğlan ona hər görüşdə tez bir zamanda ev işinin həll olunacağını və bununla bağlı müvafiq dövlət təşkilatlarına müraciətlər ünvanladığını bildirmişdir. Xanoğlana inanmış, növbəti görüşlərinin birində Xanoğlana Mərdəkan qəsəbəsində onun ofisində daha 100 manat pul vermiş, bundan başqa 100 manat pulu da Xanoğlanın tapşırığı ilə arvadı X8 qəsəbəsində vermişdir. Xanoğlana ümumilikdə 4000 manat pul vermiş və Xanoğlana “daha verməyə pulum yoxdur, verdiyim pulları da ondan-bundan borc edib vermişəm” demişdir. Xanoğlan onunla razılaşmış və bir daha onun ev probleminin qısa bir zamanda öz həllini tapacağına əmin etmişdir. Bir müddət keçdikdən sonra Xanoğlan ona hal-hazırda dövlət tərəfindən mənzillərin verilməsinin müəyyən müddətə dayandırılmasını bildirmiş və Xanoğlana etiraz etməyərək problemin olmadığını, gözləməyə hazır olduğunu demişdir. 2019-cu ilin aprel ayında Xanoğlanın gördüyü işlərin heç bir nəticə vermədiyini görüb ona bu barədə narazılığını bildirmiş və Xanoğlandan ona verdiyi 4000 manat pulu geri qaytarmağını tələb etmişdir. Xanoğlan müxtəlif bəhanələr gətirməyə başlamış və onunla görüşməkdən və danışmaqdan yayınmışdır. Xanoğlan ona verdiyi 4000 manatı qaytaracağını desə də, pulunu qaytarmamış, 2020-ci ildə ayrı-ayrı vaxtlarda istifasində olan təqaüd kartına hər dəfə 100 manat göndərməklə ümumilikdə 300 manat pul qaytarmışdır. Xanoğlan onu aldadaraq ələ keçirdiyi 4000 manat puldan 3700 manat pulu bu günə kimi qaytarmamışdır. 11 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Əli oğlu ərizə ilə məhkəməyə müraciət edərək işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, bu səbəbdən Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 2018-ci ildən Təqsirləndirilən şəxs tanıyır. Onu atası X2 görə tanımış, rəsmi olaraq əri X3 2016-cı ildə ayrılmışdır. Rəsmi nikahda olduğu vaxt əri Ruslan Abbasov ilə birlikdə Abşeron rayonu, At yalı yaşayış massivində fərdi yaşayış evi tikmiş, ayrıldıqdan sonra əri ilə aralarında əmlak bölgüsü olmamışdır. Keçmiş əri ilə aralarında olan əmlak bölgüsünü məhkəmə yolu ilə həll etmək istəmiş, bu barədə atasına, o cümlədən də yaxın qohumlarına demişdir. Buna görə də atası Süleyman 2018-ci ildə Xanoğlan adında bir yerlisini tapdığını, həmin şəxsin ona keçmiş əri ilə aralarında olan əmlak bölgüsü məsələsini həll edəcəyini demişdir. Bundan sonra anası Şahid1 ilə birlikdə 2018-ci ilin avqust ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Mədəniyyət Evinin yaxınlığında Təqsirləndirilən şəxs ev alqı-satqı ofisində görüşmüş, Xanoğlan özünü onlara vəkil kimi təqdim etmiş, keçmiş əri ilə aralarında olan əmlak bölgüsü məsələsini həll edəcəyini, keçmiş əri ilə birlikdə tikdiyi evi satdıraraq ona 40000 manat pul verəcəyi vədini vermişdir. Həmin vaxt Xanoğlan ondan 400 manat pul və nikahın pozulması ilə bağlı sənədləri istəmişdir. Anası Şuşanın yanında Xanoğlana 400 manat pul və nikahın pozulması ilə bağlı sənədlərin surətlərini təqdim etmişdir. Bundan sonra Xanoğlan bir ay müddətində işlərin həll olunacağını vəd etmişdir. Təqribən bir aydan sonra anası Şuşa ilə birlikdə yenidən Mərdəkan qəsəbəsi, Mədəniyyət evinin yaxınlığında Xanoğlanın ev alqısatqı ofisində Xanoğlan ilə görüşmüş, görüş zamanı Xanoğlan işin müsbət istiqamətdə həll olunması üçün əlavə pula ehtiyac olduğunu və ondan daha 2.000. manat pul istəmişdir. Anası Şuşanın yanında Xanoğlana 2000 manat pul vermiş, Xanoğlan bir daha tez bir zamanda keçmiş əri ilə aralarında olan əmlak bölgüsünü həll edəcəyinə əmin etmişdir. Qısa müddət keçdikdən sonra Xanoğlan ilə bir daha Mərdəkan qəsəbəsində onun ofisində görüşmüş, anası Şuşanın yanında Xanoğlan ona “işi udmaq üçün daha çox pul lazımdır, 2500 manat əlavə pul lazımdır” demişdir. Anası Şuşanın yanında Xanoğlana 2019-cu ilin may ayına kimi daha 3150 manat pul vermişdir. O, anası Şuşanın iştirakı ilə Mərdəkan qəsəbəsində yerləşən Mədəniyyət evinin yaxınlığında alqı-satqı ofisində Xanoğlana ümumilikdə 8050 manat pul vermişdir. Pulu Xanoğlana verən zaman Xanoğlan, anası Şuşadan başqa orada heç kim olmamışdır. Yalnız bir dəfə son olaraq 70 manat pulu Təqsirləndirilən şəxs 2019-cu ilin may ayında qızının sinif yoldaşının anası Şahid2 ilə birlikdə Mərdəkan qəsəbəsi, 26 nömrəli Xəstəxanasının qarşısında vermişdir. Xanoğlana üç dəfəyə qısa müddət ərzində müvafiq olaraq 400, 2000, 2500 manat olmaqla 4900 manat, daha sonra 2019-cu ilin may ayına kimi 3150 manatı hissə-hissə, yəni 100, 150, 200 manat kimi məbləğlər olmaqla bir neçə dəfəyə vermişdir. Sonuncu dəfə isə 2019-cu ilin may ayında qızının sinif yoldaşının anası Kifayətin yanında 70 manatı Mərdəkan qəsəbəsi, 26 nömrəli Xəstəxananın qarşısında Xanoğlana vermişdir. Beləliklə Təqsirləndirilən şəxs 2018-ci ilin avqust ayından 2019-cu ilin may ayına kimi keçmiş əri ilə aralarında olan əmlak bölgüsünü onun xeyrinə həll edəcəyi adı ilə ümumilikdə 8050 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs onu aldadaraq 8.050. manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Bu günə kimi Təqsirləndirilən şəxs müxətlif bəhanələr gətirərək onunla görüşməkdən yayınmış, ondan aldığı 8050 manat pulu qaytarmamışdır. Bundan başqa 2018-ci ilin noyabr ayında qızının sinif yoldaşının anası Kifayətlə münasibəti olduğuna görə və Kifayətin əri Zərərçəkmiş şəxs1 ev növbəsi ilə müəyyən çətinlikləri olduğunu bildiyinə görə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs adlı bir şəxs olduğunu, onun mənzil alması məsələsini həll edə biləcəyini bildirmişdir. X5 işlərinə də kömək etdiyini demişdir. Zərərçəkmiş şəxs1la birlikdə 2018-ci ilin noyabr ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsində Mədəniyyət Evinin yaxınlığında Təqsirləndirilən şəxs ev alqı-satqı ofisində görüşmüş, X13 müharibə əlili olduğuna görə Bakı şəhərində dövlət tərəfindən ona ev verilməsinə nail olacağını vəd etmişdir. Təqsirləndirilən şəxs bunun müqabilində pul lazım olduğunu bildirmiş və Ənvərdən 5000 manat pul istəmişdir. Ənvər Xanoğlanın təklifi ilə razılaşmış, lakin həmin vaxt pul olmadığını deyib Xanoğlandan ona möhlət verməsini istəmişdir. Bu söhbətdən bir müddət sonra, 2018-ci ilin noyabr ayında Ənvərin arvadı Kifayət ilə birlikdə Mərdəkan qəsəbəsində Mədəniyyət Evinin yaxınlığında Xanoğlanın ev alqı-satqı ofisində Xanoğlanla görüşmüş, Kifayət Ənvərin adından Xanoğlana onun yanında 2000 manat pul vermişdir. Bundan başqa, Kifayət ona 100 manat pulu Xanoğlana çatdırılmasına görə vermişdir. Həmin 100 manat pulu Xanoğlana Mərdəkan qəsəbəsi, Mədəniyyət Evinin yaxınlığında vermişdir. Hazırda o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, cəza təyin olunarkən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, 2018-ci ildən Təqsirləndirilən şəxs tanıyır. Onu əri X2 görə tanımışdır. Belə ki, qızı Rəna rəsmi olaraq əri X3 2016-cı ildə ayrılmışdır. Rəsmi nikahda olduqları vaxt əri Ruslan Abbasov ilə birikdə Abşeron rayonu, At yalı yaşayış massivində fərdi yaşayış evi tikmiş, ayrıldıqdan sonra aralarında əmlak bölgüsü olmamışdır. Əri Süleyman 2018-ci ildə Rənaya bildirdi ki, Xanoğlan adında bir yerlisini tapmış, həmin şəxs ona keçmiş əri ilə aralarında olan əmlak bölgüsü məsələsini həll edəcək. Bundan sonra Rəna ilə birlikdə 2018-ci ilin avqust ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Mədəniyyət Evinin yaxınlığında Təqsirləndirilən şəxs ev alqı-satqı ofisində görüşmüş, Xanoğlan özünü vəkil kimi təqdim etmiş və Rənanın keçmiş əri ilə aralarında olan əmlak bölgüsü məsələsini həll edəcəyinə, keçmiş əri ilə birlikdə tikdikləri evi satdıraraq ona 40000 manat pul verəcəyinə dair vəd vermişdir. Həmin vaxt Xanoğlan ondan 400 manat pul və nikahın pozulması ilə bağlı sənədləri istəmişdir. Rəna onun yanında Xanoğlana 400 manat pul və nikahın pozulması ilə bağlı sənədlərin surətlərini təqdim etmişdir. Bundan sonra Xanoğlan Rənaya bir ay müddətində işləri həll edəcəyini bildirmişdir. Təqribən bir aydan sonra Rəna ilə birlikdə yenidən Mərdəkan qəsəbəsi, Mədəniyyət evinin yaxınlığında Xanoğlanın ev alqı-satqı ofisində Xanoğlan ilə görüşmüşlər. Görüş zamanı Xanoğlan işin müsbət istiqamətdə həll olunması üçün əlavə pula ehtiyac olduğunu bildirmiş, Rənadan 2000 manat pul istəmişdir. Onun yanında Rəna Xanoğlana 2000 manat pul vermişdir. Xanoğlan bir daha Rənanı əmin etmişdir ki, tez bir zamanda keçmiş əri ilə aralarında olan əmlak bölgüsünü həll edəcək. Qısa müddət keçdikdən sonra Xanoğlan ilə bir daha Mərdəkan qəsəbəsində onun ofisində görüşmüşlər. Onun yanında Xanoğlan Rənaya demişdir ki, “işi udmaq üçün daha çox, 2500 manat əlavə pul lazımdır”. Onun yanında Rəna Xanoğlana onun ofisində daha 2500 manat pul vermişdir. 2019-cu ilin may ayına kimi Rəna Xanoğlana daha 3150 manat pul vermişdir. Rəna Xanoğlana ümumilikdə 8050 manat pul vermişdir. Rəna Xanoğlana pul verən zaman o, həmişə onun yanında olmuşdur. Rəna Xanoğlana pulu həmişə Mərdəkan qəsəbəsində yerləşən Mədəniyyət evinin yaxınlığında Xanoğlanın alqısatqı ofisində vermişdir. Rəna pulu Xanoğlana verən zaman Xanoğlan, Rəna və ondan başqa orada heç kim olmamışdır. Rənanın deməsinə görə yalnız bir dəfə son olaraq 70 manat pulu Təqsirləndirilən şəxs 2019-cu ilin may ayında Rəna qızının sinif yoldaşının anası Şahid2 ilə birlikdə Mərdəkan qəsəbəsi, 26 nömrəli Xəstəxanasının qarşısında vermişdir. Təqsirləndirilən şəxs qızı Rənanı aldadaraq 8050 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Bu günə kimi Təqsirləndirilən şəxs müxətlif bəhanələr gətirərək qızı ilə görüşməkdən yayınmışır, ondan aldığı 8050 manat pulu qaytarmamışdır. İbtidai istintaq zamanı Şahid2 bildirmişdir ki, o, heç bir yerdə işləmir. Əri Zərərçəkmiş şəxs1 Əli oğlu X4 iştirakçısı, müharibə veteranı, 3-cü qrup əlildir. 2015-ci ilin yay aylarında İmişli rayonunda müharibə əlillərinə dövlət tərəfindən verilən mənzil almaq məqsədilə qeydiyyata durmuş və növbəyə yazılmışdır. 2018-ci ilin noyabr ayında azyaşlı övladımın sinif yoldaşının anası Rənanın vasitəsilə Mərdəkan qəsəbəsində ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Rənanı bir neçə ildir ki, tanıyır, ailəvi dostluğu var. Rəna onların kirayədə yaşadıqlarını sonradan bilmiş və buna görə Təqsirləndirilən şəxs onun ev işinin həllində köməklik göstərə biləcəyini bildirmişdir. Rəna həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs onun işlərinə də kömək edir. Əri Ənvər işdə olduğuna görə Ənvərin ona tapşırığı ilə 2018-ci ilin noyabr ayında o, Rəna ilə birlikdə Mərdəkan qəsəbəsində Mədəniyyət Sarayının yaxınlığında Xanoğlanın ev alqı-satqı ofisində Xanoğlana 2000 manat pul vermişdir. Bundan başqa 100 manat pulu da Rənaya Mərdəkan qəsəbəsində Xanoğlana çatmasından ötrü vermişdir. Əri Ənvər ümumilikdə Xanoğlana 4000 manat pul vermişdir. Xanoğlan əri Ənvərin 4000 manat pulunu ələ keçirərək onu aldatmışdır. X14 pulunu geri istəsə də, Xanoğlan bu günə kimi cəmi 300 manat pulu kart vasitəsilə Ənvərə qaytarmışdır. Xanoğlan bu günə kimi müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmaqdan yayınmışdır. Xanoğlan əriə qaytarmalı olduğu 3700 manat pulu geri qaytarmamışdır. Həmçinin qızının sinif yoldaşının anası Rəna 70 manat pulu Təqsirləndirilən şəxs 2019-cu ilin may ayında onun yanında Mərdəkan Qəsəbəsi, 26 nömrəli Xəstəxanasının qarşısında vermişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi xx.xx.2021-ci il tarixdə icraata qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 3500 manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsüf edilmiş və o, CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cərimə cəzasından azad olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 1500 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cərimə tam ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilmişdir. İş materiallarında olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və saxlanması üçün 3 saylı İT-na gətirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri alternativ olan ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuşdur. İş materiallarında olan 11 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Əli oğlu tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam şəkildə ödənilmiş, buna görə də ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfində ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək təkrarən dələduzluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxsnın cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxsnın törətdiyi əməlləri etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödəyərək onlarla barışıq əldə eməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, İ-ci Vətən müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 158.3-cü maddəsinə görə Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 ay 15 gün müddət və ev dustaqlığında saxlandığı 02 ay 19 gün müddət 01 (bir) günə 02 (iki) gün hesablanmaqla Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, ev 450, 2 saylı mənzilində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Abşeron rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər probasiya İdarəsinə həvalə edilməlidir. Zərərçəkmiş şəxs1 Əli oğluna dəymiş 4000 manat maddi ziyanın və Zərərçəkmiş şəxs2 dəymiş 8050 manat maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnın dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.2 və 178.2.4 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixə qədər həbsdə saxlanıldığı 02 (iki) ay 15 (on beş) gün müddət və 08 fevral 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixə qədər ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 19 (on doqquz) gün müddət 01 (bir) günə 02 (iki) gün hesablanmaqla, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, ev 450, 2 saylı mənzilini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 240 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-9/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-9/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver