Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-90/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili X2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(101)-1000/2023 saylı hokmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində həmin cəzanı çəkən, hazırkı iş üzrə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşya ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə saat 04 radələrində Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi Buzovna-Maştağa yolunun sağ hisəsində fəaliyyət göstərən “Eşqin” kafesində səslənən musiqini saxlatdırıb istədiyi musiqinin səsləndirilməsini istəmiş, bu zaman onu sakitləşdirməyə çalışan həmin kafeni icarədə işlədən Zərərçəkmiş şəxs qarşı gücünü nümayiş etdirmək və qalmaqal salmaq niyyəti ilə sonuncunu kafenin dəhlizinə çıxararaq heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib söyərək əlində olan pivə bakalını stola vurub sındıraraq bakalın sınıq hissəsini silah qismində istifadə edərək Zərərçəkmiş şəxs sifətinə, sağ qulağına, sağ qoluna qəsdən vuraraq sonuncuya sifətin sol yarısının, sağ qulağının, sağ bazunun, sağ saidin kəsilmiş yaraları kimi dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, 07 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində Buzovna qəsəbəsi Albalılıq massivində “SOCAR” YDM-i ilə üzbəüz fəaliyyət göstərən “Eşqin” kafeyə tək gedib yemək yeyib 0,5 litr butuka araq və üstündən də 2 bakal pivə içib istirahət etmiş, 08 aprel 2023-cü il tarixdə saat 02:00 radələrində kafe bağlandığına görə oradan çıxıb gedib özünə siqaret almışdır. Saat 03:00 radələrində yenə həmin kafeyə getmiş, kafedə yer olmadığına görə tanımadığı uşaqların əyləşdikləri stola yaxınlaşaraq onların yanında oturmağını xahiş etmişdir. Həmin uşaqların yanında olarkən pivə sifariş vermiş, bir qədər pivə içdikdən sonra kafedə oxunan musiqi onun xoşuna gəlmədiyi üçün musiqini dəyişməyi tələb etmiş, buna görə orada mübahisə yaradaraq ünvansız söyüş söydüyündən, sonradan adı ona Rəşad kimi məlum olan və həmin kafedə işləyən şəxs ona yaxınlaşaraq onu dəhlizə çağırmışdır. Dəhlizdə Rəşadla mübahisə yaranmış, həmin vaxt əlində olan pivə bakalını stola vuraraq sındırmış, bakalın sınmış qulp hissəsi ilə Rəşadın sifətinə, sağ qulağına, qoluna zərbə vurmuşdur. Həmin vaxt orada işləyən Elvin onun əlindən qırdığı pivə bakalının sınığını alıb onu kafedən çölə çıxartmış, bundan sonra evə getmişdir. O, kafedə söyüş söydüyü üçün mübahisə yaradıb əlində olan pivə bakalının sınıq hissəsi ilə Rəşadı vuraraq ona xəsarət yetirdiyi üçün ilkin olaraq onun döyülməyi barədə 102 zəng xidmətinə məlumat vermişdir. Lakin onu heç kim döyməmiş, xəsarət yetirməmişdir. Həmin vaxt əlindəki pivə bakalını stola vurub sındırmış, bakalın sınmış qulp hissəsi ilə Rəşadın sifətinə, sağ qulağına, qoluna zərbələr vurmuşdur. Törətdiyi əməldən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir və zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Onu da bildirir ki, o, ikinci Qarabağ (Vətən) Müharibəsinin iştirakçısıdır, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2720 saylı Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s saylı Sərəncamı ilə “Vətən müharibəsi iştirakçıs”ı medalları ilə təltif edilmişdir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Buzovna-Maştağa yolunun sağ hissəsində yerləşən “Eşqin” kafesini Elvinlə birlikdə icarədə işlədir, həmin kafedə iki xidmətçi Bilqeys və Gülqız adlı işçiləri var, 08 aprel 2023-cü il tarixdə saat 03 radələrində o, kafedə olmuş, həmçinin kafedə müştərilər, xidmətçilər və şəriki Elvin olmuşdur. Əli adı ilə tanıdığı, sonradan adını Ələkbər bildiyi şəxs kafeyə gələrək özünü qazi kimi tanıdıb kafedə oturan müştərilərin stoluna əyləşib pivə sifariş verərək pivə içdikdən sonra həmin şəxslərlə mübahisə etməyə başlayaraq kafeninin içində nalayiq söyüşlər söymüşdür. Ələkbərin yumruqla stola zərbə vurmağa başladığını görüb ona yaxınlaşaraq sakitləşdirmək istəmişdir. O, Ələkbəri kafenin dəhlizinə çağırmış, Ələkbər əlində pivə bakalı ilə sərxoş halda dəhlizə çıxıb pivə bakalını stola vurub qıraraq onun üzərinə gəlmiş, həmin vaxt onunla birlikdə dəhlizə Elvin də çıxmışdır. Nə qədər Ələkbərdən aralı dayanıb onu sakitləşdirməyə çalışsa da həmin anda heç bir səbəb olmadan Ələkbər əlində olan pivə bakalının sınığı ilə əvvəlcə onun sifətinə, sonra isə sağ qulağına və sağ çiyninə vuraraq xəsarət yetirmiş, səs-küyə kafenin dəhlizinə xidmətçilər Bilqeys, Gülqız, həmçinin tanımadığı müştərilər çıxıb onu ayırmağa çalışmışlar. Onun sir-sifəti qan içində olmuş, onlar köməkləşib Ələkbərin əlindən şüşə sınığını alıb zibillərin içinə atmış və onu kafedən çölə çıxardaraq evə yola salmışlar. Onun Ələkbəri vurmağa imkanı olmamış, nə də o fikirdə olmamışdır. Ələkbərin onu vurmaması üçün zərbələrindən qaçmaq istəsə də Ələkbər əlindəki pivə bakalının sınığı ilə ona xəsarət yetirmişdir. Kafeinin daxilində hər hansı müşahidə kamerası olmamışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs onunla barışaraq ona dəymiş ziyanı ödəmişdir, buna görə də onun Ələkbərə qarşı heç bir tələbi yoxdur və ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, Buzovna- Maştağa yolunun sağ hissəsində yerləşən “Eşqin” kafesini Rəşadla birlikdə icarədə işlədir. Həmin kafedə Bilqeys və Gülqız adlı işçiləri vardır. 08 aprel 2023-cü il tarixdə saat 03 radələrində o, kafedə olmuş, həmçinin kafedə müştərilər, xidmətçilər və şəriki Rəşad olmuşdur. Adını Ələkbər bildiyi şəxs kafeyə gələrək özünü qazi kimi tanıdıb kafedə oturan müştərilərin stoluna əyləşib pivə sifariş verərək içdikdən sonra həmin şəxslərlə mübahisə etməyə başlayaraq kafeninin içində nalayiq söyüşlər söymüş, eyni zamanda yumruqla stola zərbə vurmağa başlamışdır. Rəşad Ələkbəri sakitləşdirmək üçün yaxınlaşıb onu kafenin dəhlizinə çağırmış, həmin vaxt Ələkbər əlində olan pivə bakalını stola vurub qıraraq Rəşadın üzərinə getmiş və pivə bakalının sınığı ilə ilk Rəşadın sifətinə, sağ qulağına və sağ çiyninə vuraraq xəsarət yetirmişdir. O, dərhal Ələkbərə yaxınlaşıb əlindən pivə sınığını almağa çalışmışdır. Rəşadın üzü qan olmuş, səs-küyə kafenin dəhlizinə xidmətçilər Bilqeys Gülqız, tanımadığı müştərilər çıxıb Ələkbəri kafedən çölə çıxarıb yola salmışlar. Ələkbərdən aldıqları həmin şüşə sınığını zibillərin içinə atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 göstərdi ki, o, hazırda Maştağa yolunun sağ hissəsində, “SOCAR” YDM-nin yaxınlığında fəaliyyət göstərən “Eşqin” kafesində xidmətçi işləyir. 08 aprel 2023-cü il tarixdə saat 03:00 radələrində kafedə olan zaman adını sonradan Ələkbər bildiyi bir nəfər şəxsin kafenin içində masada əyləşmiş şəxslərə yaxınlaşaraq onların masasında oturub pivə sifariş verib içmişdir. Bir qədər sonra həmin masadan səs gəldiyini və Ələkbərin söyüş söyərək masanın üstünə yumruq vurduğunu görmüşdür. Bu zaman kafeni icarədə işlədən Rəşad və Elvin həmin şəxsə yaxınlaşıb onu kafeninin dəhlizinə çağırmış, Ələkbərin uca səslə söyüş söyə-söyə dəhlizə çıxıb əlində olan pivə bakalını stola vurub sındıraraq şüşə qırığı ilə Rəşadı vurub ona xəsarət yetirdiyini görüb dərhal həmin bakalın sınığını onun əlindən alıb zibil qutusuna atmış və orada olan şəxslərin köməkliyi ilə Ələkbəri kafedən bayıra çıxartmışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şhid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsi ilə onun da şahid X1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 13 aprel 2023-cü il tarixli 348 nömrəli rəyində göstərilmişdir ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmşi xəsarətlər - sifətin sol yarısının, sağ qulağın, sağ bazunun, sağ saidin kəsilmiş yaraları kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən 08 aprel 2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət kənar şəxs tərəfindən yetirilimişdir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının və Vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ikinci Qarabağ (Vətən) Müharibəsinin iştirakçısıdır, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2720 saylı Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s saylı Sərəncamı ilə “Vətən müharibəsi iştirakçıs”ı medalları ilə təltif edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 30 oktyabr 2023-cü il tarixli Ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı şikayətçi deyildir, ondan heç bir tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir, işi ilə əlaqədar olaraq növbəti məhkəmə iclaslarında iştirak edə bilməməyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmamasını və Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən 14 iyul 2023-cü il tarixdə alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 mart 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(101)- 1000/2023 saylı hokmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(101)-1000/2023 saylı hokmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs məhkəmədək icraat mərhələsində şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmış və üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddətinin onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması hökm edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi tərəfindən 08 aprel 2024-cü il tarixli Arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasını çəkmək üçün 18 iyul 2023-cü il tarixdə 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə gələrək qeydiyyata alınmışdır. Cəza çəkdiyi müddət ərzində barəsində heç bir həvəsləndirmə və tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs 08 aprel 2024-cü il tarixə qalan cəzası 4 (dörd) il 3 (üç) ay 9 (doqquz) gün təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşya ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirməsi məhkəmə baxışı zamanı özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə protokolları və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, ikinci Qarabağ (Vətən) Müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2720 saylı Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s saylı Sərəncamı ilə “Vətən müharibəsi iştirakçıs”ı medalları ilə təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cəza təyin edilməsi məsələsini həll edərək hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusu müstəsna hal kimi qəbul edilərək onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməli və ona Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini tam təmin edir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı hökm çıxarılmazdan əvvəl Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(101)- 1000/2023 saylı hokmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs məhkəmədək icraat mərhələsində şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmış və cəza çəkməsi üçün üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddətinin onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması hökm edilmiş, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alınmış və hazırda orada həmin cəzanı çəkir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(101)-1000/2023 saylı hokmü ilə təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 27 avqust 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 26 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək saxlanıldığı 01 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. “Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə sair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X3 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 iş saatına görə (25 saat ibtidai istintaq zamanı və 15 saat məhkəmə baxışı zamanı) 240,00 (iki yüz qırx) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 10 iş saatına görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə bərabər tutulmaqla 1 (bir) il 6 (ay) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(101)-1000/2023 saylı hokmü ilə təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 26 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240,00 (iki yüz qırx) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 60,00 (altmış) manat olmaqla ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-90/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-90/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver