Məhkəmə qərarları › İş №1(003)-90/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-90/2025

11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-90/2025 11.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə, xx.xx.2007-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmayan, Qəbələ rayonu Yengicə kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmə barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanında istifadəsində olan “Samsung” markalı, “NP-RC510” modelli “Windows 7 Ultimate 64-bit” əməliyyat sistemi ilə təchiz olunmuş “notebook” tipli kompyuter vasitəsi ilə 2024-cü ilin mart ayının 15-dən aprel ayının 16-na qədər kompyuter sisteminə qanunsuz daxil olma, eləcə də kompyuter məlumatlarını qanunsuz ələ keçirmə cinayətlərinin törədilməsi məqsədi ilə “Teleqram” platformasında xüsusi təyinatlı bot vasitəsi ilə yayımlanan qanunsuz ilkin giriş məlumatlarını əldə edərək hüququ olmadan ictimai əhəmiyyətli infrastruktur obyekti sayılan, ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatların saxlanıldığı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə aid “vvvvvv.miq.edu.az” adlı ünvanında olan veb səhifənin məlumat toplama server avadanlıqlarına mühafizə tədbirlərini pozmaqla burada saxlanılan kompyuter məlumatlarının ələ keçirilməsi niyyəti ilə təkrar qəsdən daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanında özünə məxsus “Samsung” markalı, “NP-RC510” modelli “Windows 7 Ultimate 64-bit” əməliyyat sistemi ilə təchiz olunmuş “notebook” tipli kompyuterdən və kənardan qoşulma yolu ilə “45.83.41.105” saylı İP ünvanından istifadə etməklə 2024-cü ilin mart ayının 23-dən aprel ayının 16-па qədər, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 isə yaşadığı ünvan 5 ünvanında özünə məxsus “İphone SE” markalı, “A2296”, “**********06474”, “**********13114” imei kodlu mobil telefon aparatından istifadə etməklə 2024-cü ilin aprel ayının 1-dən aprel ayının 16-na qədər qabaqcadan əlbir olan bir qrup şəxs halında kompyuter sisteminə qanunsuz daxil olma, eləcə də kompyuter məlumatlarını qanunsuz ələ keçirmə cinayətlərinin törədilməsi məqsədi ilə kompyuter sisteminə hüququ olmadan daxil olmağa imkan verməklə əhəmiyyətli zərər vurulmasına səbəb olan digər analofi məlumatı, yəni kompyuter sisteminə daxil olmasına və fasiləsiz istifadəsinə imkan yaradan icraçı kodları (SCRİPT) hazırlamış, bundan sonra hüququ olmadan ictimai əhəmiyyətli infrastruktur obyekti sayılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ehealth.gov.az” adlı domeninin tərkib hissəsi kimi fəaliyyət göstərən “eservice.ehealth.gov.az/covid/Corona/GetPersonalDatabyDocNo?docNumz$seriyaNo$8. docType 1” ünvanlı məlumat toplama server avadanlıqlarına mühafizə tədbirlərini pozmaqla burada saxlanılan kompyuter məlumatlarının ələ keçirilməsi niyyəti ilə təkrar qəsdən daxil olmuş, həmin ictimai əhəmiyyətli infrastruktur obyekti sayılan sistemdə aşkar etdiyi mühafizə boşluğundan istifadə etməklə orada saxlanılan ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, 2024-cü ilin fevral-mart ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin e-health.gov.az kompyuter sisteminə qanunsuz daxil olmaq və oradakı məlumatları özünə çəkmək üçün mühafizə tədbirlərini aşa biləcək “script” kompyuter məlumatı hazırlamışdır. Həmin kodun, yəni “script”-in proqramlaşdırma dili “PHP” olmuşdur. Kodun əsas funksiyası “e-health.gov.az”ın kompyuter təhlükəsizliyi sistemində yaranan “Covid-19 directory” bazasındakı boşluqdan sui-istifadə edərək sızmaq olmuşdur. Belə ki, yazdığı kod hər bir vətəndaşın vəsiqəsinin seriya nömrəsi ilə çoxsaylı giriş cəhdləri edərək hər bir vətəndaşla bağlı fərdi məlumatları, yəni onların seriya nömrəsi, ünvan, şəhər kodu, yaş, doğum ölkəsi, qan qrupu, vətəndaşlıq, doğum tarixi, sənədin statusu, faktiki ünvan, tam ünvan, ailə statusu, unikal fərdi nömrə, fin və s. kimi məlumatları özündə əks etdirmişdir. O, bu kodu sistemə daxil olmaqla məlumatları ələ keçirmək üçün hazırlamışdır. Sadaladığı qoşulma və digər hərəkətləri əsasən Xəzər rayonunda yaşadığı evdə həyata keçirmiş, bundan sonrakı işi isə yalnız toplamış olduğu məlumatları saxlaya biləcəyi virtual server tapmaq olmuşdur. Ələ keçirdiyi 450294 nəfərin fərdi məlumatlarını “Kamatera” şirkətinə aid virtual serverə toplamış, həmçinin, “OVHCloud” serverindən də istifadə etmişdir. Sistemə daxil olma üçün yazmış olduğu kodu, yəni “script”i də orada saxlamışdır. 2024-cü ilin fevral-mart aylarında o, “discord” yazışma platformasında “Last” ləqəbli şəxslə tanış olmuş, sonradan həmin şəxsin adının Cəlil olduğunu bilmişdir. Cəlillə apardıqları söhbətlər zamanı dostlaşmış və iş birliyi etmək qərarına gəlmişdir. Bundan sonra, onlar 2024-cü ilin fevral-mart ayında Mərkəzi Univermağın yaxınlığındakı “Boranı” restoranında görüşmüş, görüşləri zamanı Cəlillə əməkdaşlıq edib pul qazanmaq qərarına gəlmişlər. O, Cəlilə “e-health.gov.az” sistemində tapdığı boşluqlar barədə məlumat vermişdir. O, Cəlilə “script” verməmiş, Cəlil onu özü əldə etmişdir. Bundan sonra, Cəlil özünə məxsus tiktok səhifəsində vətəndaşların məlumatlarını satmaqla bağlı elanlar vermiş, о, hüquq-mühafizə orqanları tərəfindən aşkarlanacaqlarından qorxduğu üçün Cəlilə həmin elanları silməsini tapşırmış, Cəlil də elanları silmişdir. Məlumatları başqa heç kimə verməmiş, heç kəslə paylaşmamışlar. 2024-cü ilin mart ayından etibarən o, Elm və Təhsil Nazirliyinin miq.edu.az saytına da qanunsuz daxil olmuşdur. Belə ki, miq.edu.az sistemlərinin istifadəçi girişi (portal) funksiyalarının kibertəhlükəsizliyində buraxılan boşluqlar ona bunu etməyə imkan yaratmışdır. O, miq.edu.az saytına daxil olmaq üçün xüsusi bot vasitəsilə “teleqram” platformasında giriş loqini və şifrəsi aşkar etmiş, həmin giriş Şəmkir rayon təhsil şöbəsi vasitəsilə miq.edu.az saytına daxil olmağa imkan vermişdir. Həmin saytın fərdi məlumatlar olan hissəsində istənilən vətəndaşın FİN və doğum tarixi məlumatlarını qeyd etdikdə həmin şəxsin digər fərdi məlumatlarını yəni, yəni şəxsin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, ünvan, şəhər kodu, yaş, doğum ölkəsi, vətəndaşlıq, doğum tarixi, sənədin statusu, faktiki ünvan kimi məlumatları əldə etmək imkanı olmuşdur. O, miq.edu.az sistemlərinə dəfələrlə qanunsuz daxil olsa da oradan hər hansı məlumatı öz virtual serverinə yükləməmiş, yalnız “e-health.gov.az” sistemindən fərdi məlumatları “script” vasitəsilə öz virtual serverinə yükləmişdir. O, 2024-cü ilin aprel ayının 16-dək dəfələrlə e-health.gov.az və miq.edu.az saytının fərdi məlumatlar olan hissəsinə daxil olmuş, bundan başqa hər hansı dövlət və özəl qurumların veb səhifələrinə qanunsuz daxil olmamışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs1 etdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək verdiyi ifadəsində qeyd etdi ki, 2024-cü ilin yanvar ayında “discord” sosial şəbəkəsində ümumi söhbətlər zamanı o, sonradan adının Cavid olduğunu bildiyi “CAVİ” təxəllüslü şəxslə tanış olmuş, tanışlıq zamanı “CAVİ” təxəllüslü şəxs “discord” sosial şəbəkəsində özünə məxsus səhifədə Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatların olduğu barədə fikirlər paylaşmış və dediklərini sübut etmək üçün bir neçə şəxsə məxsus fərdi məlumatların olduğu şəkili tədbiq vasitəsilə paylaşmışdır. O da həmin şəkildə həqiqətən də Cavidin əlində e-health.gov.az saytında olan Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatların, yəni ad, soyad, təvəllüd, qeydiyyat yeri, şəxsiyyət vəsiqəsində olan şəxsə məxsus fotoşəkil və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi olduğunu müşahidə etmişdir. Bu hal onda böyük maraq yaratmış, sosial şəbəkələrdə dəfələrlə müxtəlif ölkələrə məxsus vətəndaşların məlumatlarının ələ keçirildiyi görünsə də Azərbaycanda bu ilk olmuş və indiyədək bu barədə məlumata rast gəlməmişdir. Beləliklə, o, Cavidlə fərdi olaraq “discord” və “teleqram” sosial tətbiqləri vasitəsilə danışmağa başlamışdır. Onun “discord” sosial tədbiqində təxəllüsü “Last”, “teleqramda” isə “Last” və “Lastcann” olmuşdur. Təqsirləndirilən şəxs1lə fərdi olaraq tanışlıq edib danışdıqdan sonra virtual olaraq onlar dostlaşmış, o, maraqlı olduğu üçün yoxlamaq məqsədi ilə ilk əvvəl Cavidə dostu Şahmar Məmmədovun ad, soyadını və doğum tarixini göndərmiş, Cavid də həmin şəxsə məxsus fərdi məlumatların, yəni ad, soyad, təvəllüd, qeydiyyat yeri, şəxsiyyət vəsiqəsində olan fotoşəkil və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini ona geri göndərmiş, bununla da o, tam olaraq Cavidə inanmışdır. Daha sonra Cavidin ona göndərdiyi məzmununda məlumatlar olan şəkilləri incələmiş və Cavidin e-health.gov.az saytına hansı qaydada daxil ola biləcəyini düşünməyə başlamışdır. O, internet üzərindən apardığı araşdırma zamanı Cavidin kompyuterinə virus düşmüş hər hansı şəxslərin məlumatlarının olduğu “log”ları teleqram kanallarından əldə edə biləcəyi nəticəsinə gəlmişdir. Teleqramda axtarış zamanı o, “link pass” adlı kanalında müxtəlif faylların olduğunu və orada e-health.gov.az saytının fərdi məlumatlar olan hissəsinə giriş üçün istifadəçinin “login” və şifrəsini tapmışdır. Həmin “login” S.Azad, şifrəsi isə “Naxcivan85” olmuşdur. Bunu tapdıqdan sonra Təqsirləndirilən şəxs1lə “discord”da yazışaraq e-health.gov.az saytına “login” S.Azad, şifrəsi isə “Naxcivan85” vasitəsilə daxil olub-olmamasını soruşmuş, Cavid də bunu təsdiq etmişdir. Lakin, Cavid ona hər hansı bir “script” verməmişdir. Bununla da o, artıq Azərbaycan Respublikası Səhiyyə Nazirliynin e-health.gov.az saytının fərdi məlumatlar olan hissəsinə daxil ola bilmiş, həmin saytda o, ilk öncə özünə və yaxın tanışlarına məxsus fərdi məlumatlara maraq üçün baxmış, orada ölkə vətəndaşlarının hər birinin fərdi məlumatlarının mövcud olduğunu müşahidə etmişdir. O, Təqsirləndirilən şəxs1lə aralarında olan razılaşmaya əsasən həm özlərini “haker”lər arasında tanıtmaq məqsədilə e-health.gov.az saytının fərdi məlumatlar olan hissəsinə yaşadığı ünvan 6 ünvanında olan “Wifi” aparatı ilə qoşulmaqla özünə məxsus “İphone SE” markalı mobil telefon aparatı ilə 2024-cü ilin aprel ayının əvvəlindən etibarən dəfələrlə qanunsuz daxil olmuşdur. O da özünə məxsus “lastcann” adlı tiktok səhifəsində həmin şəxslərin şəxsiyyət vəsiqəsindəki fotoşəkillərini paylaşaraq Azərbaycanda bunu yalnız onların edə bildiyini qeyd etməklə reklam etmişdir. Bunu etməkdə məqsədi tiktok səhifəsinin məşhurlaşmağı olmuşdur. Qeyd edilən paylaşımı etdikdən sonra qısa müddətdə paylaşım geniş yayılaraq marağa səbəb olmuş, paylaşımın rəy bölümündə müxtəlif şəxslər yazaraq bununla maraqlanmışdır. O, 2024-cü ilin aprel ayının 1-dən 16-dək olan müddət ərzində dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ehelth.gov.az saytına qanunsuz daxil olub orada olan vətəndaşlarımızın fərdi məlumatlarına baxmış, həmin fərdi məlumatları harasa köçürməmiş, köçürmək üçün xüsusi “Script”dən istifadə etmək lazım olmuşdur. Onun texniki bilikləri Cavid qədər yüksək olmadığı üçün fərdi məlumatları harasa köçürmək imkanı olmamış, lakin Cavid dörd yüz mindən artıq vətəndaşın fərdi məlumatlarını ələ keçirərək öz virtual yaddaş serverinə köçürə bilmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin miq.edu.az saytının fərdi məlumatlar olan hissəsinə də eyni qaydada qanunsuz daxil olub məlumatları ələ keçirmişdir. Lakin, o, Cavidin bunu dəqiq hansı üsulla etdiyini bilməmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs2 etdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş hüquqi şəxs “Elm və Təhsil Nazirliyi”-nin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə aid “www.miq.edu.az” adlı veb səhifənin məlumat toplama server avadanlıqlarına mühafizə tədbirlərini pozmaqla qanunsuz daxil olduğunu və orada saxlanılan ölkə vətəndaşlarının fərdi məlumatlarını ələ keçirərək kiber cinayətlər törətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 bu əməlləri nəticəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ziyan dəymişdir. “www.miq.edu.az” adlı veb səhifədə Elm və Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən təhsil müəssisələrinin işçilərinin fərdi məlumatları mövcud olmuş, fərdi məlumatlar dedikdə şəxsin ad, soyad, ata adı, yaşayış yeri, iş yeri və.s. məlumatlar başa düşülür. Bununla yanaşı, www.miq.edu.az səhifəyə il ərzində çox sayda vətəndaş işə qəbulla elektron müraciət ünvanlamış, müraciət ünvanlayan şəxslər də qeyd edilən səhifədə müvafiq fərdi məlumatlarını qeyd etmişlər. Bu hadisə barədə onlar istintaq orqanında araşdırma gedərkən məlumatlı olmuşlar. Bu hadisələr nəticəsində onların iş fəaliyyətləri pozulmayıb. Məhkəmə iclasında zərəçəkmiş hüquqi şəxs “Səhiyyə Nazirliyi”-nin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “e-health.gov.az” kompyuter sisteminin tərkib hissəsi olan məlumat toplama server avadanlıqlarına mühafizə tədbirlərini pozmaqla qanunsuz daxil olduqlarını və orada saxlanılan ölkə vətəndaşlarının fərdi məlumatlarını ələ keçirərək kiber cinayətlər törətdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu əməlləri nəticəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ziyan dəymişdir. Bu hadisə barədə onlar istintaq orqanında araşdırma gedərkən məlumatlı olmuşlar. Bu hadisələr nəticəsində onların iş fəaliyyətləri pozulmayıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə cinayət işi başlanmışdır; - xx.xx.2024-cü il tarixli baxış protokolundan aydın olur ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanında yerləşən evə baxış keçirilən zaman oradan iş üzrə əhəmiyyət kəsb edən 1 ədəd “Samsung” markalı İMEİ 1 **********44282 və İMEİ 2- **********44285 olan telefon, “Samsung” markalı 310 saylı 1 ədəd “USB” daşıyıcı və evin mətbəxindən “Samsung” markalı “H 264” saylı 1 ədəd “DVR” götürülmüşdür; - xx.xx.2024-cü il tarixli baxış protokolundan aydın olur ki, Təqsirləndirilən şəxs2 kirayəşin qismində yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman oradan iş üzrə əhəmiyyət kəsb edən 1 ədəd “HP” markalı SN 5CD336NH2t seriyalı “notebook”, 1 ədəd “Honor 7C” markalı telefon, 1 ədəd 8 gb yaddaşa malik “Hikvision” markalı “USB” daşıyıcı, 1 ədəd 1 gb yaddaşa malik “Advance” markalı “USB” daşıyıcı götürülmüşdür; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə 11:40-da şübhəli şəxs qismində tutulmuşdur; - Qanuni nümayəndə təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 Cəlil Hüseyn oğlunun qanuni nümayəndəsi təyin edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Əldə olunmuş texniki qurğuların və məlumatların qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus "Samsung" markalı "NP- RC510" modelli, *AZY993FB200139B" seriyalı, "notebook" tipli kompüterində "vds" adlı mətn tərkibli faylda 45.83.41.105 nömrəli İP ünvana qoşulmaq üçün müvafiq ad və şifrə (Administrator: Cavid 1010!AAAA) müəyyənləşdirilmişdir. Cari ilin 23 mart tarixində Təqsirləndirilən şəxs1 məxsus "Elektron ünvan 1" elektron poçt ünvanı vasitəsilə "Kamatera" adlı hosting şirkətində qeydiyyatdan keçərək istifadəsində olmuş Akart (Azercell; +**********69 mobil nömrəni daxil etməklə "cavi_2" adlı 45.83.41.105 İP ünvanlı 150 GB yaddaşlı virtual özəl serveri icarəyə götürmüşdür. Təqsirləndirilən şəxs1 istifadəsində olan 45.83.41.105 İP ünvanlı virtual özəl serverin yaddaşında aşkarlanmış "PHP" və "Python" proqramlaşdırma dilində tərtib olunmuş kodların icrası naticəsində fəaliyyət göstərən SQL serverinin verilənlər bazasında AR vətəndaşlarının 421514 satrdən ibarət fərdi məlumatları müəyyənləşdirilmişdir. Səhiyyə Nazirliyinin "e-health.gov.az" adlı veb resursuna Təqsirləndirilən şəxs1 məxsus 45.83.41.105 İP ünvanlı virtual serverindən "e-health.gov.az" adlı domenin "https://eservice.ehealth.gov.az/covid/Corona/GetPersonDatabyDocNo?docNum=$seriyaNo$&docType1" ünvanına AR vətəndaşlarının fərdi məlumatlarını qanunsuz ələ keçirmək məqsədilə yönəlmiş ümumilikdə ******* ədəd sorğuların həyata keçirilməsi müəyyənləşdirilmişdir; - Təqsirləndirilən şəxs2 məxsus avadanlıqlara dair xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “İphone SE” markalı mobil smartfonun yaddaşında “https://eservice.e-health.gov.az” veb resursuna çoxsaylı müraciətlər, həmçinin AR vətəndaşlarının fərdi məlumatlarını qanunsuz olaraq əldə edilməsi üçün icra olunmuş sorğular (https://eservice.ehealth.gov.az/covid/Corona/GetPersonDatabyDocNo?docNumAA********.docType”1)müəy yənləşdirilmişdir. Təqsirləndirilən şəxs2 mobil smartfonunda eservice.e-health.gov.az domeni üzərindən AR vətəndaşlarının fərdi məlumatlarının verilənlər bazasına yığılması üçün müvafiq kodun mətnləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 “lastcann” adlı “Tiktok” hesabının video arxivində və fotolar bölməsində AR vətəndaşlarının fərdi məlumatları üçün sistemin idarəetmə paneli yaradacaqlarını bildirən paylaşımlar və AR vətəndaşlarına aid fərdi məlumatların fototəsvirləri aşkarlanmışdır. Səhiyyə MNazirliyinin “Whatsapp” və “Discord” tətbiqlərində aparılmış yazışmalarda Təqsirləndirilən şəxs2 tərəfindən paneldən istifadə edilərək digər şəxslərin fərdi məlumatlarını paylaşdığı, panelin qurulduğunu və verilənlər bazasının olduğu məlum olmuşdur. Belə ki Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Səhiyyə Nazirliyinin, müxtəlif xəstəxanaların sistemlərindən əldə etdikləri bəzi məlumatla “Discord” platformasında aparılan yazışmalarda aşkar edilmişdir; - Əldə edilmiş məlumatların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı “NP-RC510” modelli, “AZY993FB200139B” seriyalı, “notebook” tipli kompyuterində AR Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə internet portalında kibertəhlükəsizlik boşluqların istismarına dair məlumatlar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı “NP-RC510” modelli, “AZY993FB200139B” seriyalı, “notebook” tipli kompyuterində cari ilin 13 və 14 mart tarixlərində AR Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə internet portalında şübhəli sorğuları yerinə yetirmiş (Typed), müxtəlif formaları təsdiq etmiş (From Sumbit) və daxili keçidlərə (link) istinad etmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 5/569 saylı rəyindən görünür ki, Təqdim edilmiş “Samsung” markalı arxa məlumat lövhəsinə görə “NP-RC510” modelli “Windows 7 Ultimate 64-bit” əməliyyat sistemi ilə təchiz olunmuş “notebook” tipli kompyuter hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş kompyuterin iş masasında olan “ssa”, “223”, “1234” adlı “txt” formatlı faylların daxilində “e-health.gov.az” adlı domenə daxil olmaq üçün müxtəlif istifadəçi adları və şifrələr aşkar olundu. Tədqiqat zamanı kompyuterin yaddaşında olan “Google Chrome” brauzerinin axtarış tarixçəsinin təhlili zamanı brauzerin yaddaşında müxtəlif tarixlərdə istifadəçi tərəfindən “e-health.gov.az” adlı domenində boşluqların müəyyən edilməsi məqsədi ilə müxtəlif məzmunlu sorğuların göndərilməsinə və “Covid-19 Milli Məlumat bazasına” qoşulmaya dair qeydlər müəyyən edildi. Daha sonra təqdim edilmiş kompyuterin yaddaşında olan “X8” protokolu vasitəsilə istifadəçi tərəfindən “45.83.41.105” İP ünvanlı virtual serverə qoşulmaya dair izlər aşkar olunmuşdur. Həmin İP ünvanlı serverə qoşulma icra edilərkən kompyuterin iş masasında olan ”vds” adı”.txt” formatlı faylında qeyd edilən müvafiq şifrədən istifadə olunaraq uğurlu qoşulma həyata keçirilmişdir. Bu zaman “45.83.41.105” İP ünvanlı virtual serverdə olan “Google Chrome” brauzerinin axtarış tarixçəsində seriya nömrələri üzrə müxtəlif tarixlərdə “https://eservice.ehealth.gov.az/covid/Corona/GetPersonalDatabyDocNo?docNum=$seriyaNO$&dосТуре1” “URL” ünvanına qoşulmaya dair rəqəmsal izlər müəyyən olundu. “e-health.gov.az” adlı domenin yerləşdiyi serverə dair loglar daxilində “45.83.41.105” İP ünvan vasitəsilə xx.xx.2024. xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il və sonuncu dəfə xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ehealth.gov.az” adlı domenin “https://eservice.ehealth.gov.az/covid/Corona/GetPersonalDatabyDocNo?docNum=$seriyaNo$&docType1” ünvanına mühafizə tədbirlərini pozmaqla daxil olmalar ilə nəticələnən sorğular vasitəsilə serverə qoşularaq məlumatların əldə edilməsinə dair rəqəmsal qeydlər aşkar olundu. Rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilənləri nəzərə alaraq tədqiq olunan “45.83.41.105” İP ünvanlı virtual serverin yaddaşında “C:/xampp/htdocs/sorğu.php” ünvanda olan “PHP” dilində yazılmış proqram kodları vasitəsilə “e-health.gov.az” adlı domeninin “https://eservice.ehealth.gov.az/covid/Corona/GetPersonalDatabyDocNo?docNum=$seriyaNo$&docType1” ünvanına mühafizə tədbirlərini pozmaqla vətəndaşlara aid məlumatların əldə edilməsi texniki cəhətdən mümkündür; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 5/637 saylı rəyindən görünür ki, təqdim edilmiş sensor ekran və “İOS 17.4.1” əməliyyat sistemi ilə təchiz olunmuş “iPhone SE” markalı “lastcan” adlı “A2296” modelli “**********06474, **********13114” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan mobil cihaz yaddaşında mövcud olan və silinmiş (zəng qeydləri, kontaktlar, Brauzerin axtarış tarixçəsi, “Whatsapp Business”, “Tiktok” platformasında aparılmış məlumat mübadilələri və.s) məlumatlar aşkar olundu. Mobil smartfonun yaddaşında “Tiktok” platformasında “jhaelol”, “lastonetr”, “kapitalbonusaz”, “lastcann”, “”сеliil7” və “sikermananioc” adlı istifadəçi profillərinin olmasına dair rəqəmsal izlər mövcuddur. Toplanmış məlumatlar əsasında tərtib olunmuş hesabatın “İstifadəçi hesabları (User Account)” bölməsində “iPhone SE” markalı “A2296” modelli mobil smartfon vasitəsilə istifadəçinin müxtəlif veb resurslara qeydiyyatı zamanı istifadə etmiş olduğu istifadəçi adları və şifrələr müəyyən edilmişdir. Mobil cihaz yaddaşında aşkar olunmuş brauzerin axtarış tarixçəsinin (Web History) təhlili nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ehealth.gov.az” adlı domeninə çoxsaylı müraciətlərin göndərilməsi və eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatların əldə edilməsi üçün https://eservice ehealth.gov.az/covid/Corona/GetPersonDatabyDocNo?docNumzAA18333248dосТуре=1s orğuların icra olunması müəyyən edildi. Tədqiq olunan “iPhone SE” markalı “lastcan” adlı “A2296” modelli mobil smartfonun “Notlar” bölməsində xx.xx.2024-cü ildə qeydə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “e-health.gov.az” adlı domeni üzərindən seriya nömrəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının fərdi məlumatları əldə olunaraq verilənlər bazasına yığılması üçün müvafiq kod mətnləri müəyyən edildi. Rəyin tədqiqi hissəsində göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlinir ki, “İPhone” markalı “lastcan” adlı “A2296” modelli “**********06474” İMEİ nömrəli mobil telefon ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “e-health.gov.az” adlı domenin “https://eservice.eealth.gov.az/covid/Corona/GetPersonDatabyDocNo?docNumzAA183 33248dосТуре=1” ünvanına mühafizə tədbirlərini pozmaqla daxil olmalar ilə nəticələnən sorğular nəticəsində Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları özündə ehtiva edən informasiyaların ələ keçirilməsi istisna edilmir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 5/848 saylı rəyindən görünür ki, təqdim edilmiş “Samsung” markalı arxa məlumat lövhəsinə görə “NP-RC510” modelli “Windows 7 Ultimate 64-bit” əməliyyat sistemi ilə təchiz olunmuş “notebook” tipli kompyuterin yaddaşında olan “Google Chrome” brauzerinin axtarış tarixçəsində istifadəçi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə “www.miq.edu.az” ünvanında olan veb səhifəyə administrator (Sistem inzibatçısı) səlahiyyəti ilə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə giriş edilməsinə dair rəqəmsal izlər aşkar olundu. Bundan əlavə olaraq kompyuterin iş masasında “ssa” adlı “.txt” formatlı fayl daxilində müxtəlif veb resurslara giriş üçün istifadəçi adı və şifrələrlə yanaşı “www.miq.edu.az” ünvanında olan veb səhifəyə admin səlahiyyətlə giriş üçün “Elektron ünvan 2” elektron poçt ünvanı və “dfgh3621” şifrə aşkar olundu. Rəyin “Tədqiqat prosesinin təsviri” hissəsinin 2-ci bəndində qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, “www.miq.edu.az” ünvanında olan veb səhifəyə administrator (Sistem inzibatçısı) səlahiyyəti ilə giriş olunduğu təqdirdə həmin ünvanda ola biləcək Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları özündə ehtiva edən informasiyaların əldə edilməsi texniki cəhətdən mümkündür; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(009)-172/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(009)-486/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır; - Maddi sübut kimi tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “İphone SE” markalı, “A2296”, “**********06474”, “**********13114” imei kodlu mobil telefon aparatı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir; - Maddi sübut kimi tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Samsung” markalı, “NPRC510” modelli “Windows 7 Ultimate 64-bit” əməliyyat sistemi ilə təchiz olunmuş “notebook” tipli kompyuter cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən 03 oktyabr 2024-cü il tarixdə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DTX tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daha əvvəl məhkum olunmamışdır; - Sübutların qiymətləndirilməsi haqqında qərardan aydın olur ki, Azərbaycan Respublikası vətəndaşı X12 və “Teleqram” sosial şəbəkəsində “DARK MONEY CHAT” yazışma qrupunda mövcud olan, “@Kraker”, “@w1se5” və “@Mosad2x” şərti adlı istifadəçilər, eləcə də digər şəxslər və xüsusatlar barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211-ci maddəsinə əsasən hazırkı cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə başqa cinayət işinin ayrılması və icraata qəbul edilərək istintaqın davam etdirilməsi qərara alınmışdır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özlərinin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin nümayəndələrinin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.3-cü maddəsinə əsasən bu Məcəllənin 271.1 və ya 271.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə –üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 272.3-cü maddəsinə əsasən bu Məcəllənin 272.1 və ya 272.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə –üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 273-1.4.2-ci maddəsinə əsasən bu Məcəllənin 273-1.1-273-1.3-cü maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs2 əməli yetkinlik yaşına çatmayan zaman törətməsi (CM-nin 59.1.2) və əməlindən səmimi peşman olması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən etmədi) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən etmədi) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən yuxarıda qeyd olunan hal və ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alaraq məhkəmə hesab edir ki, ona CM-nin 271.3-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilərək kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 272.3-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilərək kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 273-1.4.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilərək kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməli (CM 66.2 və CM 66.4), Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla məhkəmə hesab edir ki, ona CM-nin 271.3-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilərək kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 272.3-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilərək kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 273-1.4.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilərək kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməli (CM 66.2 və CM 66.4), Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut kimi saxlanılan 01 ədəd “notebook” tipli kompyuter və mobil telefon dövlət nəfinə müsadirə edilməli (CPM 132), iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 350 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ X7 Azərbaycan Respublikası CM-nin 271.3, 272.3 və 273-1.4.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 271.3-cü maddəsi ilə 02 (iki) il müddətinə kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 272.3-cü maddəsi ilə 02 (iki) il müddətinə kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 273-1.4.2-ci maddəsi ilə 02 (iki) il müddətinə kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən X5 təyin edilmiş əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) 06 (altı) il müddətinə müddətinə kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X4 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 271.3, 272.3 və 273-1.4.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CMnin 271.3-cü maddəsi ilə 02 (iki) il müddətinə kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 272.3-cü maddəsi ilə 02 (iki) il müddətinə müddətinə kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 273-1.4.2-ci maddəsi ilə 02 (iki) il müddətinə kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut olan “Samsung” markalı “NP-RC510” modelli “Windows 7 Ultimate 64-bit” əməliyyat sistemi ilə təchiz olunmuş “notebook” tipli kompyuter və “İphone SE” markalı “A2296” “**********06474”, “**********13114” İMEİ kodlu mobil telefon dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 350 manat məbləğində pul vəsaiti X3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin (X6, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs2 təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar