Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-91/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Bərdə rayonu, Kətəlparaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin may ayında Binə qəsəbəsində yerləşən “Ozan” restoranının yanındakı “Ev və torpaq alqı-satqısı” ofisində əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarışı əsasında vətəndaş Şahid İsa qızının adına olan kənd təsəruffatı təyinatlı 0.20 ha torpaq sahəsinin 0.12 ha hissəsinin özünə məxsus olduğunu bildirib göstərməklə 7.000 manat pul verdiyi halda həmin torpaq sahəsinin 2 sot olan hissəsini ona satacağına dair yalan vəd verib aldadaraq 10 may 2023cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisi vastəsilə Zərərçəkmiş şəxs həmin tarixli 030569 nömrəli müki etibarnamə və Abşeron rayon X6 üzrə kənd təsəruffatı təyinatlı torpaq sahəsi üçün 0,12 ha torpaq sahəsinin tarix və qeydiyyat nömrəsi olmayan, istintaqla əldə edilməsi mənbəyini müəyyənləşdirilməsi mümkün olmayan öz adına ayrılması barədə 25 dekabr 1998-ci il tarixli 28 sayı nömrəli əmrdən çıxarışa dair sənədi təqdim edib inandırmaqla etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs həmin gün saat 11:00 radələrində Xəzər rayonu Binə qəsəbəsində təqdim etdiyi torpaq sahəsinin yaxınlığında 7.000 manat məbləğində pulunu alıb etibarından sui-istifadə etmə va aldatma yolu ilə ələ keçirməklə verdiyi vədə əməl etməyib aldığı pulu şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs 7.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Xəqani onun əsgər yoldaşı olmuşdur. 2023-cü ilin may ayında Xəqani “ Ozan” restoranının yanında olan ev alqı-satqısı ilə məşğul olan ofisə yaxınlaşıb çıxarışı olan torpaq sahəsi almaq istidiyini bildirmişdir. O, da Xəqaniyə özündə satılıq, çıxarışlı torpaq sahəsi olduğunu bildirmişdir. Onunla həmin torpağa gedib torpağın 1 sotunu 3.000 manata sata biləcəyini bildirmişdir. Bundan sonra 2 sot torpaq üçün Xəqanidən 6.000 manat pul almışdır. Sonra Xəqani həmin yeri biraz artırmaq istəmiş və artıq yer üçün o, ev tikdikdən sonra 1.000 manat verəcəyini bildirmişdir. O, da Xəqani ilə razılaşmış və onlar Binə qəsəbəsində yerləşən 31 saylı notariat kontoruna gedib 12 sot yerin 2 sotunu etibarnamə ilə ona verərək alqı-satqı etmişlər. 2023-cü ilin iyun ayında şəriki olan Şahid İsa qızı ilə aralarında torpaq məslələrində və obyektlərə görə anlaşılmazlıq olduğundan onun Xəqaniyə satdığı torpaq sahəsinin özünə aid olduğunu iddia edərək həmin torpaq sahəsini Xəqaniyə verməyəcəyini bildirmişdir. Xəqanidən əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Sonra verdiyi vədə əməl edə bilməmiş və maddi imklanı pis olduğundan vurduğu maddi ziyanı ödəyə bilməmişdir. Lakin Xəqanini aldatmamışdır. Gülzarın torpaq sahəsi başqa yerdədir. Onun Xəqaniyə satdığı torpaq sahəsi Gülzarın deyildir. Gülzarın torpaq sahəsi həmin yerdən bir qədər aralıda yerləşir. Hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində dabam edən cinayət işi ilə bağlı həbsdə olduğundan gələcəkdə Xəqaninin pulunu qaytaracakdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, torpaq sahəsi almaq qərarına gəlmişdir. Bu səbəbdən internetdə elanlara baxmışdır. Elanlarına baxarkən Binə qəsəbəsində çıxarışlı torpaq satışı ilə məşğul olan şəxsin telefon nömrəsinə zəng vurmuş və onunla Binə qəsəbəsində yerləşən alqı-satqı yerinə getmişdir. Onlar onu Binə qəsəbəsində bir neçə yerə apararaq torpaq sahələri göstərmişlər. Bəyəndiyi torpaq sahəsini almaq istədiyini bildirdikdə onlar torpağın sahibi ilə görüşməyi təklif etmişlər və birlikdə “Mehriban qonşular” küçəsinə qayıtmışlar. Orada torpaq sahibi ilə görüşəndə həmin şəxsin əsgər yoldaşı olmuiş Natiq olduğunu bilmişdir. Natiq həmin torpağın çıxarışla onun olduğunu və həmin yeri 13.000 manata satıldığını bildirmişdir. O, da çox pulu olmadığını, cəmi 7.000 manat pulu olduğunu bildirmişdir. Natiq də ona bildirmişdir ki, 7.000 manata ona X6 ərazisində də çıxarışlı torpaq sahəsi olduğunu bildirdib həmin əraziyə aparmışdır. Əraziyə çatdıqda Natiq ona yalnız bir tərəfində hasar olan 2 sot torpaq sahəsi göstərərək həmin ərazinin özünə məxsus olduğunu bildirib çıxarışı sabahı gün notariat ofisində alqı-satqı zamanı gətirəcəyini bildirmişdir. O, da onunla 2 sotun müqabilində 7.000 manata razılaşmışdır. Sonra 7.000 manatı Natiqin özünə vermişdir. Təxminən 2-3 gün sonra həmin torpaq sahəsinə gələrək 1 maşın mişar daşı tökdürüb hasarın qalan 3 tərəfini də hasarlamışdır. Təxminən 2-3 aydan sonra “Bank Respublikadan” 4.000 manat kredit götürüb həmin torpaqda ev tikdirmək istəmişdir. Torpaq aldığı yerə gəldikdə ətrafdakı tikililərin söküldüyünü görüb şübhələnmişdir. Natiqin telefonuna zəng vurduqda zəng çatmadığını aşkarlamışdır. Bu zaman Natiqin qardaşının evi kimi təqdim etdiyi ünvana gedib qapını döymüşdür. Bu zaman tanımadığı bir qadın həmin evdən küçəyə çıxıb evin ona məxsus olduğunu və Natiqin onun işçisi olduğunu bildirmişdir. Onu evə dəvət edib söhbət edərək Natiqin ona aid torpaq sahəsinin çıxarışı olmadığı halda qanunsuz olaraq satdığını bildirmişdir. Bundan sonra o aldandığını dərk etmiş və DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Əlavə olaraq qeyt etdi ki, ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid İsa qızı bildirdi ki, Təqsirləndirilən şəxs ona məxsus obyetkdə işləmiş və işlərində ona kömək etmişdir. Sonra Təqsirləndirilən şəxs ona məxsus 20 sot torpaq sahəsinin 4 sotunu ondan xəbərsiz satmışdır. Təqsirləndirilən şəxs satdığı torpaq sahəsinin onun adına çıxarıșı olduğunu bilirmiş. Natiqin ondan xəbərsiz satdığı torpaq sahəsi X5 yerləşir. Bir neçə ay bundan əvvəl o, ona məxsus olan 20 sot torpaq sahəsini rəsmi qaydada satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli tələbnamədən müəyyən edilmişdir ki, Rzayev X4 rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə 05 il azadlıdan məhrumetmə cəzasına məhkum edilmiş, lakin Nərimanov rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə AR CM-nin 77-ci maddəsinə əsasən çəkilməmiş 02 il 05 ay 12 gün cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ İŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 182.3.2 və 178.2.4-cü maddələri ilə istintaq aparılaraq tamalanmış və cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir; - Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir; - xx.xx.2024-cü il tarixli ərizədən və etibarnamənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs Xəzər rayonu X6 ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin 0,02 ha hissəsini Zərərçəkmiş şəxs vermişdir; - xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarışın surətindən məlum olur ki, Xəzər rayonu X6 ərazisində yerləşən 0,20 ha torpaq sahəsi icarə hüququ ilə 99 il müddətinə Şahid İsa qızına verilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin baş müstəntiqi E.Ələsgərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 182.2.3 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılna cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın Dövlət Reyestri və X8 Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-10409/2025 saylı məktubundan görünür ki, RX seriyalı ******* saylı çıxarışla Abşeron rayonu X6 ərazisində yerləşən ********** saylı icarə müqaviləsi əsasında Şahid İsa qızının adına olan torpaq sahəsi ilə hazırkı cinayət işinin predmeti olan torpaq sahəsi üst-üstə düşməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətinizə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmış və Abşeron rayonu, X6 ərazisində yerləşən sözügedən torpaq sahəsinə texniki baxış keçirilmişdir. Müayinə olunan torpaq sahəsi X2 istifadəsində olan (xx.xx.2024-cü il tarixli, **********29 reyestr nömrəli) torpaq sahəsi ilə üst-üstə düşür. Əlavə olaraq qeyd edilmişdir ki, Abşeron rayonu, X6 ərazisində yerləşən Şahid İsa qızının istifadəsində olmuş xx.xx.2014-cü il tarixli, **********29 reyestr nömrəli, 0.20 ha torpaq sahəsi notarial qaydada təsdiqlənmiş icarə hüquqlarının alqı-satqı müqaviləsi əsasında X2 adına qeydiyyata alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X3 Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, və onun digər cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. (CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 179, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun hazırda digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 27 saat vaxta görə 197 manat olmaqla, cəmi 317 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-91/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-91/2025
01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver