Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-92/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs X2 iştirakları ilə, xx.xx.1987-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmayan, Lerik rayonu, Babakücə kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda ƏN PX 3 saylı İT-da saxlanılan təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X6 etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir qrup şəxs halında torpağa dair saxta blanklardan çıxarış hazırlayaraq satmaqla özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq edib saxta sənəd vermişdir. Belə ki, X6 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə Şahid2 Mustafa oğlu, X8 və Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs Bakı şəhəri, Binə qəsəbəsi ərazisində 2 sot torpaq sahəsini ümumilikdə 2400 manata satacaqlarına dair yalandan vəd verib inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yeni məhəllədə 500 manat pulu alaraq həmin torpağa dair Şəhriyar adlı şəxsin vasitəsilə saxta yolla Şahid1 adına 2 sot torpaq sahəsinin ayrılmasına dair xx.xx.1992-ci il tarixli Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Respublika istehsalat-elm damazlıq-heyvandarlıq birliyi RİEB “Azərdamazlıq birliyi” X13 Sovxozunun 30 nömrəli əmrindən 20.Y111.1992-ilə aid saxta çıxarışdan bilə-bilə istifadə edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisinə yerləşən 31 saylı notariat kontorunda Şahid1 adından Zərərçəkmiş şəxs adına torpağa dair etibarnamə və ərizə verilməklə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhər, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 31 saylı notariat kontorunun qarşısında 1100 manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Leon Palace” şadlıq sarayının qarşısında 700 manat pulu ələ keçirərək ümumilikdə 2300 manat pulu Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X6 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək Asifi, Vasifi, Xanları tanıdığını, Ruslanı tanımadığını, sözü gedən torpaq sahəsinin harada yerləşdiyini bilmədiyini, həmin torpaq sahəsini görmədiyini, Vasifin ona borcu olduğunu, həmin borcdan 300 manat ona qaytardığını, lakin daha sonra həmin pulu ondan geri aldığından aralarında söz-söhbət düşdüyünü bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən X6 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdi ki, o, Vasif adlı şəxsi təxminən 6 ilə yaxındır ki, tanımış, onlar bir məhəllədə yaşamışlar, həmyerlidirlər, yaxşı münasibətləri olmuş, əvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2021-ci ilin dekabr ayının 25-də Vasiflə yaşadığı məhlədə söhbət edərkən Vasifə və qonşusu Asifə bildirmişdir ki, yaşadıqları məhlədən təxminən 1 kilometr aralıqda 2 sot torpaq sahəsi vardır, həmin torpağın sahibi rəhmətə getmişdir. O, Vasiflə birlikdə həmin torpaq sahəsinə getmiş, torpaq sahəsini ayaqla ölçüb demişdir ki, torpaq 2 sotdan çoxdur. O, təklif etmişdir ki, həmin torpaq sahəsini 5300 manata satsınlar. Vasif də onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində məhlədə Vasiflə söhbət edən zaman əvəllər tanımadığı sonradan adının Zərərçəkmiş şəxs kimi bildiyi şəxs onlara yaxınlaşıb burada satılıq torpaq olub olmamasını soruşmuşdur. O, Ruslana Vasifi göstərib demişdir ki, xala oğluda satılıq torpaq var və Vasifə demişdir ki, gedib torpağı göstərsin. Bundan sonra Vasif onun işlədiyi yerə gəlmiş və Ruslana torpağı göstərdiyini bildirmişdir. Bundan sonra Vasif Asifə və ona demişdir ki, Ruslan axşam torpağı alacaqdır. Həmin vaxt öz aralarında söhbət etmişlər ki, torpağın saxta sənəd kimin adına düzəltsin, onlara yaşlı adam lazım olmuşdur ki, onun adına güya sovxoz sənədi verilmişdir. O, təklif etmişdir ki, onununla qonşuluqda yaşayan Xanların adına sənəd düzəltsinlər və o, Ruslana notariusda öz adından sənəd versin. Bundan sonra o, istifadəsində olan mobil telefondan Xanlara zəng vurub demişdir ki, yaşadığımız məhlənin yaxınlığında bir torpaq sahəsi vardır, həmin torpağa dair onun adına sənəd düzəltmək, sonra həmin torpağı Xanların adından başqa adama notariat yolu ilə satmaq lazımdır, bunun müqabilində Xanlara hörmət edəcəyini bildirmişdir. Axşam saat 20 radələrində Vasif, o və Asif məhlədə gözləmişlər ki, Ruslan gəlsin. Təxminən saat 21 radələrində Ruslan yaşadığı məhləyə gəlmiş və Vasif Ruslanla görüşmüş, Asiflə o, isə kənarda dayanmışlar. Ruslan Vasifə demişdir ki, qiymət bahadır Vasifə də ona torpağı 3000 manata satacağını demişdir. Ruslan da cibindən 500 manat pulu çıxardıb Vasifə beh vermişdir. Bundan sonra Vasif, Asif və o, Xanların yaşadığı evin qarşısına getmiş, o, Xanlara demişdir ki, torpağa sənəd vermək lazımdır, onun yaşı düşmür atasıda xəstədir. Xanlar Vasifdən dediklərinin düz olub-olmadığını soruşmuş, Vasif də onun dediklərimi təsdiq etmişdir. Xanlar razılaşmış və ona demişdir ki, ona 200 manat hörmət edəcəklər. Xanlar onun təklifi ilə razılaşmış və şəxsiyyət vəsiqəsini ona vermişdir ki, torpağa dair sənədi onun adına sənədləşdirsinlər. Vasif Xanların şəxsiyyət vəsiqəsinin şəkilini çəkib geri qaytarmışdır. Səhərisi gün sənədin hazırlanacağını demişdir. xx.xx.2022-ci il tarixdə Xanlar 31 saylı notariat kontoruna getmiş və sonra eşitmişdir ki, Vasif Ruslandan 800 manat pul almış, həmin puldan Vasif 300 manat pulu Asifə, 100 manatı Xanlara, 200 manatıda ona vermişdir. Bundan sonra Binə qəsəbəsində yerləşən “Nəşcan” kafesində Vasif, o və Asif yeyib içməyə getmişlər. Bir yerdə oturub yemək yeyərkən, Ruslan Asifə zəng vurmuş, Vasif Ruslanla danışmışdır. Vasif həmin gün ona 100 manat pul vermiş, torpaq məsələsində əsas pul əldə edən Vasif olmuş, Vasif ona cəmi 300 manat pul vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixdə özü üçün Binə qəsəbə ərazisində almaq üçün torpaq sahəsi axtarmışdır. Yaşadığı evin yaxınlığında yaşayan Asif adlı şəxs ondan nə axtardığını soruşmuşdur. O, da ona almaq üçün boş torpaq sahəsi axtardığını bildirmişdir. Həmin vaxt Asifin yanında əvvəllər tanımadığı sonradan adlarının Seyidağa və Vasif kimi bildiyi şəxslər dayanmış, Asif ona onların 2 sot torpaq sahəsinin olduğunu, əgər istəsə ona sata biləcəklərini demişdir. X14 Asifə torpaq sahəsini göstərməsini bildirmişdir. Bundan sonra o və Asif torpaq sahəsinin yerləşdiyi yerə, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəhəsi 17 saylı Təcridxananın arxa tərəfindən yerləşən 2 sot boş torpaq sahəsinə onu aparmış və torpağı göstərmişdir. O, torpaq sahəsinin onun xoşuna gəldiyini Asifə demiş, Asif isə torpaq sahəsini 4500 manata satdığını bildirmişdir. О, isə ona həmin məbləğdə pulu olmadığını, 3500 manat verə biləcəyini bildirmişdir. Bundan sonra Asif torpaq sahəsinin dayısı Xanlara məxsus olduğunu demişdir. Onlar Xanların yaşadığı evin qarşısına, yəni torpaq sahəsinin yerləşdiyi küçənin qonşuluğunda yerləşən yerə getmişlər. Onlar yolda gələrkən Asif dayısına zəng vurmuş və gəlmələri barədə məlumat verərək küçəyə çıxmasını demişdir. O və Asif Xanların yaşadığı evin qarşısına çatanda Xanlar onları artıq küçədə gözləmişdir. О, Xanlarla salamlaşmış, ondan Asifin ona göstərdiyi torpaq sahəsinin həqiqətən də ona məxsus olmasını soruşmuşdur. Xanlar da ona bildirmiş ki, o, Asifin dayısıdır və torpaq sahəsi ona məxsusdur. Həmin vaxt Avif ona əgər torpaq sahəsini almaq istəyirsə ona beh verməsini demişdir. Həmin vaxt üzərində 500 manat pul olduğu üçün həmin məbləğdə pulu Asifə Xanların yanında vermişdir. Bundan sonra o, qonşusu Ramazana zəng vurmuş ki, onun olduğu yerə gəlsin. Bir neçə dəqiqə sonra Ramazan onların yanına gəlmişdir. O, Ramazana bildirmişdir ki, Asif və Xanlar torpaq sahəsi satırlar o da həmin torpağı almaq üçün 500 manat beh verir. Xanlar söhbət zamanı ona bildirmiş ki, sabah torpağa dair etibarnamə vermək üçün Binə qəsəbəsində yerləşən 31 saylı notariat kontorunun qarşısında görüşsünlər. Bundan sonra səhəri gün xx.xx.2022-ci il tarixdə o, Bakı şəhəri, Binə qəsəbəsi, 11 saylı notariat kontorunun qarşısına getmiş, ondan bir neçə dəqiqə sonra ora dostu Ramazan da gəlmişdir. Həmin vaxt Asif ona demiş ki, sənəd vermək üçün 200 manat pul tələb olunur. O, da ona həmin məbləğdə pulu vermişdir. Xanlar ona notarial qaydada torpağa dair etibarnamə vermiş və Asif ondan Xanların yanında 800 manat pul almışdır. Həmin vaxt orada Vasif və Ramazan olmuşdur. Bundan sonra həmin gün axşam saat 20 radələrində Bakı şəhəri, Xəzər Binə qəsəbəsi, Leon Palace şadlıq sarayının qarşısında Vasiflə görüşmüş və ona 700 manat pul vermişdir. Səhəri gün Asif ona zəng vuraraq ona pul lazım olduğunu, hazırda Lənkəran şəhəridə olduğunu, 300 manat pul göndərməsini demişdir. O, hazırda pulu olmadığını bildirmişdir. Vasif isə ona nə qədər pulu varsa ona göndərməsini və torpağın hasarını hörməsini bildirmişdir. Bundan sonra o, Vasifin ona göndərdiyi kart hesabına 100 manat pul göndərmişdir. Səhəri gün o, torpaq sahəsinin hasarını hörməyə başlamışdır. Təxminən 1 ay sonra ona həmin torpaq sahəsinin başqa adama məxsus olması, Asif, Xanlar, Seyidağa və Vasifin onu aldatdığı məlum olmuşdur. Hazırda ona dəymiş 2300 manat maddi ziyan ödənilmişdir. Məhkəmə iclasında Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5 ilə yaxındır ki, tanıyır, bir məhəllədə yaşayır, yaxşı münasibəti var, əvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən xx.xx.2022-ci il tarixdə axşam saatlarında istifadəsində olan mobil telefona Seyidağa Sadıqov zəng vuraraq Vasifin atasının xəstə olduğunu, torpaq sahəsini satmaq istədiyini, onlara yaşlı adamın vəsiqəsinin lazım olduğunu, torpağa sənəd düzəldib alan adama notariat kontorundan etibarnamə verəcəyini demişdir. O, Seyidağaya demiş ki, “gələrsən söhbət edərik”. Bundan təxminən 30 dəqiqə sonra Seyidağa və Vasif onun yaşadığı evə gəlmişlər. Seyidağa ondan şəxsiyyət vəsiqəsini istəmiş, o isə cavab olaraq bu işdə fırıldaqçılıq varsa onu bu işə qatmamasını bildirmişdir. Seyidağada demiş ki, torpaq Vasifindir, burada heç bir yalan yoxdur. Bundan əlavə o, Vasifdən bu torpağın kimin olduğunu soruşduqda sonuncu ona cavab olaraq bildirmişdir ki, torpağı ona atası almışdır. O, buna inanmış və razılıq vermişdir. Vasifdə ona 200 manat hörmət edəcəyini bildirmişdir. Seyidağa onun şəxsiyyət vəsiqəsini istəmiş, o da ona şəxsiyyət vəsiqəsini vermişdir. Seyidağa şəxsiyyət vəsiqəsinin şəkilini çəkmiş və bir neçə dəqiqə sonra onun yaşadığı ünvana Asif də gəlmişdir. Seyidağa ona bildirmiş ki, səhər gedər Asiflə notariat kontoruna torpağı alana etibarnamə vermək üçün. Söhbət əsnasında oğlu Cavidan telefonunu 50 manata satdığını demiş, Vasif isə telefonu ona verməsini, sabah torpağı satıb pulunu verəcəyini bildirmiş və oğlunun telefonunu almışdır. Bundan sonra onlar çıxıb getmişlər. Səhəri gün saat 09 radələrində Seyidağa onun istifadəsində olan mobil telefona zəng vurub demişdir ki, Asif onu gözləyir, Asif tanıyır sənəd düzəldəni, o, ona sənəd düzəldəni göstərəcəkdir. Bundan sonra o, Asiflə yaşadığı məhlədə görüşüb Binə qəsəbəsində yerləşən 31 saylı notariat kontoruna getmişlər. Onlar oraya çatan zaman Vasif və torpağı alan Ruslan adlı şəxs artıq orada olmuşlar və onun yanında da Ramazan adlı şəxsdə olmuşdur. Asif ondan şəxsiyyət vəsiqəsini istəmiş, o da ona şəxsiyyət vəsiqəsini verdikdən sonra Asif şəxsiyyət vəsiqəsini Şəhriyar adlı şəxsə vermişdir. Bir neçə dəqiqə sonra Şəhriyar adlı şəxs Asifə şəxsiyyət vəsiqəni və torpağa dair onun adına sənədi vermişdir. Bundan sonra o və Ruslan notariat kontoruna getmişlər. O, Ruslanın adına ərizə vermişdir. Notariat kontorunda olan zaman Ruslan ondan torpağın həqiqətən onun olubolmadığını soruşmuşdur. O, cavab olaraq torpağın həqiqətən də onun olduğunu bildirmişdir. Bundan sonra onlar oradan çıxıb yaşadıqları məhləyə gəlmişlər. Yolda gedərkən Vasif ona 100 manat pul vermiş, 50 manat telefonun puluna görə, qalan puluda verəcəyinə dair söz vermişdir. Məhkəmə iclasında şahid X8 ifadə verərək göstərmişdir ki, X3 təxminən 6 ilə yaxındır ki, tanıyır bir məhəllədə yaşayırlar, həmyerlidirlər, yaxşı münasibətləri var, əvəllər düşmənçiliyi və ya ədavəti olmayıb. Təxminən 2021-ci ilin dekabr ayının 25-də Seyidağa Sadıqov yaşadıqları məhlədə söhbət edərkən ona və qonşusu Asifə bildirmiş ki, yaşadıqları məhlədən təxminən 1 kilometr aralıda 2 sot torpaq sahəsi var, həmin torpağın sahibi rəhmətə gedib. O, Seyidağa ilə birlikdə həmin torpaq sahəsinə getmişlər, Seyidağa torpaq sahəsini ayaqla ölçmüş və torpağın 2 sotdan çox olduğunu bildirmişdir. Seyidağa təklif etmişdir ki, həmin torpaq sahəsini 5300 manata satsınlar, o, da onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində məhlədə Seyidağa ilə söhbət edən zaman onlara əvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs kimi bildiyi şəxs yaxınlaşıb onlardan burada satılıq torpaq olubolmadığını soruşmuşdur. Seyidağa Ruslana onu göstərib demişdir ki, “xala oğluda satılıq torpaq var”. Ruslan torpağı ona göstərmələrini bildirmişdir. Bundan sonra o, Ruslanı torpağın olduğu yerə aparmışdır. Ruslan torpağa baxmış və torpağın qiyməti ilə maraqlanmışdır. O, torpağn özünə məxsus olmasını, sənədlərin qaydasında olduğunu, torpağı 4300 manata satdığını bildirmişdir. Ruslan torpağa baxandan sonra fikirləşib ona deyəcəyini demiş və öz telefon nömrəsini ona vermişdir. Bundan sonra o, Seyidağanın işlədiyi yerə, yəni məhlədə usta işlədiyi evin yaxınlığına gəlib ona bildirmiş ki, torpağı Ruslana göstərmiş, torpaq Ruslanın xoşuna gəlmiş, lakin demiş ki, axşam xəbər verəcəkdir. Həmin vaxt orada qonşusu Asif də olmuşdur. O, Asifdən Ruslana zəng vurması üçün telefonunu xahiş etmişdir. Bundan sonra о, Ruslana zəng vurmuş və torpağı alıb – almadığını soruşmuşdur. Ruslan isə torpağı aldığını və bu barədə axşam gəlib söhbət edəcəyini bildirmişdir. Bundan sonra o,Asifə və Seyidağaya demişdir ki, Ruslan axşam torpağı alacaqdır. Həmin vaxt onlar öz aralarında söhbət etmişlər, torpağın saxta sənədini kimin adına düzəldəcəklərini müzakirə etmişlər, onlara yaşlı adam lazım olmuşdur ki, onun adına güya sovxoz sənədi verilmişdir. Seyidağa təklif etmişdir ki, onlarla qonşuluqda yaşayan Xanların adına sənəd düzəltsinlər və o, Ruslana notariusda öz adından sənəd versin. Bundan sonra Seyidağa istifadəsində olan mobil telefondan Xanlara zəng vuraraq yaşadığları məhlənin yaxınlığında bir torpaq sahəsinin olduğunu, həmin torpağa dair onun adına sənəd düzəltmək lazım olduğunu, sonra həmin torpağı Xanların adından başqa adama notariat yolu ilə satmaq lazım olduğunu, bunun müqabilində Xanlara hörmət edəcəyini bildirmişdir. Axşam saat 20 radələrində o, Asıf və Seyidağa məhlədə Ruslanın gəlməsini gözləmişlər. Təxminən saat 21 radələrində Ruslan yaşadığı məhləyə gəlmiş, o, Ruslanla görüşmüş, Asif və Seyidağa isə ondan kənarda dayanmışlar, Ruslan ona demişdir ki, torpağın qiymət bahadır. O, ona torpağı 3000 manata satacağını bildirmişdir. Ruslan da cibindən 500 manat pulu çıxardıb ona beh kimi vermiş və bildirmişdir ki, sabah gedib torpağı sənədləşdirərik və soruşmuş ki, torpaq kimin adınadır. О, da ona demiş ki, torpaq ona məxsudur, lakin dayısı Xanların adına sənədləşdiriblər. Ruslan heç bir etiraz etmədən çıxıb getmiş və sabah görüşəcəklərini bildirmişdir. Bundan sonra o, Asif və Seyidağa Xanların yaşadığı evin qarşısına getmişlər, Seyidağa Xanlara demiş ki, torpağa sənəd vermək lazımdır, onun yaşı düşmür atasıda xəstədir. Xanlar ondan Seyidağanın dediklərinin düz olubolmadığını soruşmuş, o, da Seyidağanın dediklərini təsdiq etmişdir. Xanlar razılaşmış və Seyidağa ona demişdir ki, sənə 200 manat hörmət edəcəyik. Xanlar Seyidağanın təklifi ilə razılaşmış və şəxsiyyət vəsiqəsini Seyidağaya vermiş ki, torpağa dair sənədi onun adına sənədləşdirsinlər. Seyidağa Xanların şəxsiyyət vəsiqəsinin şəkilini çəkmiş və geri qaytarmışdır. Seyidağa onlara səhərə kimi sənədi düzəldib gətirəcəyini demiş və onlar razılaşmışlar ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində 31 saylı notariat kontorunun qarşısında görüşsünlər. Səhəri gün saat 10 radələrində o, Asiflə görüşmüş, onun istifadəsində olan mobil telefondan Ruslana zəng vurmuş, harada görüşəcəklərini soruşmuşdur. Ruslan da ona bildirmiş ki, Binə qəsəbəsində mərkəzdə olacaqdır. Bundan sonra o, Asifin telefonunu götürüb Ruslanla görüşmək üçün onun olduğu yerə getmişdir. O, Ruslanla görüşmüş və Xanlarla Asifin gəlməsini gözləmişlər. Təxminən 30 dəqiqə keçdikdən sonra Xanlar ona zəng vurub 31 saylı notariat kontorunun yaxınlığında olduqlarını bildirmişdir. Bundan sonra o, və Ruslan oraya getmişlər, onlar oraya çatan zaman Xanlar Asif və Şəhriyar artıq orada olmuşlar. O, Seyidağadan eşitmişdir ki, torapağa dair saxta sənədi Şəhriyar düzəldir, buna görə o, Şəhriyardan ona nə qədər pul verəcəyini soruşmuşdur. Şəhriyar ona 300 manat vercəyini bildirmişdir. Bundan sonra Ruslan Şəhriyara 300 manat vermişdir. Təxminən 30 dəqiqə sonra Şəhriyar torpağın sənədini Asifə vermiş, Xanlar da torpağa dair Ruslanın adına etibarnamə vermişdir. Ruslan ona 800 manat pul vermiş, qalan 700 manat pulu isə axşam verəciyini bildirmişdir. Bundan sonra o, həmin puldan 300 manat pulu Asifə, 100 manatı Xanlara, 100 manatı da Seyidağaya vermişdir. Bundan sonra Binə qəsəbəsində yerləşən “Nəşcanə kafesində o, Seyidağa və Asif yeyib içməyə getmişlər. Onlar bir yerdə oturub yemək yeyərkən, Ruslan Asifə zəng vurmuş, 700 manatı düzəldib və onlar onunla Binə qəsəbəsində yerləşən “Leon Palace şadlıq sarayının yanında görüşməyə razılaşmışlar. Bundan sonra o, kafedən çıxmış, Ruslanla görüşmək üçün “Leon Palace” şadlıq sarayının yanına getmişdir. Ruslan ona 700 manat pul vermiş, o, pulu götürdükdən sonra evə getmiş, evdə olarkən Seyidağaya yeni aldığı telefondan zəng vurmuş, həmin vaxt sonuncu ona bildirmişdir ki, nisyə qoyun almış, onun pulunu verməlidir. Bundan sonra o, Seyidağa ilə “Leon Раlасə” sadlıq sarayının yanında görüşmüş, həmin vaxt Seyidağa qardaşı Ramizlə birlikdə gəlmiş və o, ona 260 manat pul vermişdir. Bundan sonra Ramizlə Lerik rayonuna getməyi qərar almış, rayonda olan zaman Ruslana zəng etmiş və qalan pulu istəmişdir. Ruslan ona “Milli ön” aparatı vasitəsi ilə 100 manat göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mustafa oğlu ifadə verərək göstərmişdir ki, X3 uşaqlıqdan tanıyır bir məhəllədə böyümüşlər, yaxşı münasibəti var, əvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2021-ci ilin dekabr ayında Vasiflə Seyidağa söhbət edən zaman Seyidağa demişdir ki, onların məhləsinin yaxınlılğında torpaq sahəsi var, yeyəsi yoxdur, həmin torpaq sahəsini satmaq lazımdır. Bu söhbətdən bir neçə ay keçdikdən sonra o, yaşadığı evdə olarkən Vasif və Seyidağa onun evinə yemək yeməyə gəlmişlər. Həmin vaxt Seyidağa demişdir ki, Ruslan adlı şəxs yer axtarır, Vasif gedib yeri ona göstərməyə. O, da Seyidağaya demişdir ki, “allah xeyrini versin”. xx.xx.2022-ci il tarixdə Seyidağa ona Xanlarla danışdığını, Xanların torpağa dair sənəd verəcəyini, Seyidağa ilə Vasif Xanlargilə getməsini bildirmişdir. O, cavab olaraq “siz gedin mən də gəlirəm” demişdir. Bundan sonra axşam saat 21 radələrində o, Xanlargilə getmiş, həmin vaxt orada Vasif, Xanlar və Seyidağa olmuşdur. Seyidağa Xanları razı salmış, Xanlar torpağın öz adına keçməyinə razılıq vermişdir. Seyidağa Ruslanın gəlib beh verəcəyini demişdir. Bundan sonra onlar küçəyə çıxmışlar. Həmin vaxt oraya Ruslan və Ramazan adlı şəxslər gəlmişlər. Vasif, Ruslan və Ramazan torpağa baxmağa getmişlər bir neçə dəqiqə sonra onlar geri qayıtmışlar. O, Xanlar və Seyidağa küçədə dayanmışlar, Seyidağa Ruslangilin gəldiyini görmüş, onu görməsinlər deyə qaçıb gizlənmişdir. Onlar geri qayıdandan sonra X12 dayısı olub-olmadığını soruşmuş, o, da cavab olaraq dayısı olduğunu təsdiq etmişdir. Bundan sonra Ruslan və Ramazan çıxıb getmişlər. Vasif Ruslandan 500 manat beh aldığını, 200 manatı Seyidağaya, 100 manatı ona verdiyini bildirmiş və onlar orada uzaqlaşaraq evə getmişlər. Səhəri gün Seyidağa ona zəng vuraraq Xanları Binə qəsəbəsində yerləşən notariat kontoruna aparmasını demişdir. O, Şəhriyarı tanımır. O, da ona razılıq vermiş və Xanlar 31 saylı notariat kontoruna getmişlər. Onlar oraya çatan zaman Vasif, Ruslan və Ramazan artıq orada olmuşlar. Xanlar şəxsiyyət vəsiqəsini ona vermiş ki, Şəhriyara versin, Şəhriyarda notariat kontorun arxa tərəfində dayanmışdır. O, şəxsiyyət vəsiqəsini Şəhriyara verəndən sonra sonuncu onlara notariat kontorunun qarşısında onu gözləmələrini demişdir. O, Xanlar, Vasif, Ramazan və Ruslan notariat kontorunun qarşısında təxminən 1 saata yaxın gözlədikdən sonra oraya Şəhriyar gəlmiş və sənədi Xanlara vermişdir, Vasif də Ruslana demiş ki, onun pulundan çıxıb sənədə görə Şəhriyara 300 manat pul versin. Ruslan da sənədə görə Şəhriyara 300 manat pul vermişdir. Bundan sonra Xanlarla Ruslan notariat kontoruna girmişlər və orada Xanlar Ruslana etibarnamə vermiş, bundan sonra onlar oradan uzaqlaşmışlar. Həmin vaxt Vasif bildirmişdir ki, Ruslan ona 800 manat pul vermişdir. Vasif ona 300 manat pul, Xanlara isə 100 manat vermişdir. Axşam saatlarında Vasif onu kafeyə yemək yeməyə dəvət etmişdir. Bundan sonra o, Vasif və Seyidağa kafeyə getmişlər. Yemək yeyən zaman Vasif Ruslanın gələcəyini demişdir. Daha sonra o, küçəyə çıxmış və Ruslandan pul alıb gələcəyini demiş, lakin geri gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 ilə yaxındır ki, tanıyır, onunla dostluq edir, yaxşı münasibətdədirlər. 2022-ci ilin yanvar ayının əvəllərində Zərərçəkmiş şəxs ona zəng vuraraq yaşadıqları evin yaxınlığında görüşməyi təklif etmişdir. O, Ruslanın dediyi yerə getmiş və həmin vaxt Ruslanın yanında Xanlar adlı şəxs olmuşdur. O, Ruslandan nə məsələ olduğunu soruşduqda Ruslan ona torpaq aldığı barədə məlumat vermişdir. Bundan sonra onlar birlikdə yaşadıqla məhləyə qayıtmışlar. Səhəri gün, yəni xx.xx.2022-ct il tarixdə Zərərçəkmiş şəxs ona zəng vuraraq hazırda Binə qəsəbəsində yerləşən notariat kontorun yanında olmasını bildirmiş və ondan ora gelməsini xahiş etmişdir. Bundan sonra o, Ruslanın olduğu yerə getmişdir. Orada Ruslanla görüşmüş, həmin vaxt Ruslanın yanında Xanlar adlı şəxs və adını bilmədiyi başqa bir nəfər şəxsdə olmuşdur. Ruslan onun yanında Xanlara 1000 manat pul vermişdir. Bir neçə dəqiqə sonra orada dayandıqdan sonra Xanlar Ruslanın adına etibarnamə vermişdir. Təxminən 1 ay keçdikdən sonra Ruslandan onun Binə qəsəbəsində aldığı torpaq sahəsinin sahibi başqa şəxs olduğunu eşitmişdir. Ruslanı aldadaraq dələduzluq yolu ilə onun pulunu ələ keçirmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı həmin maddə ilə ********* saylı cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə X6 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən axtarış olan şəxsin tutulması barədə protokoldan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən qərardan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 himayəsində üç yetkinlik yaşına çatmayan övladı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, X2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-92/2023 saylı qərarından görünür ki, X2 barəsində axtarış elan olunmuş, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən axtarış olan şəxsin tutulması barədə protokoldan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məktubdan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə X2 məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, belə ki, X2 məhkəmə istintaqında göstərdikləri onun özünün ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir qrup şəxs halında torpağa dair saxta blanklardan çıxarış hazırlayaraq satmaqla özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq edib saxta sənəd verməsi məhkəmə baxışı zamanı onun özünün ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X2 əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, X7 ilk dəfə cinayət əməli törətməsini, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağın olmasını, ailəsinin əsas qazanc gətirəni olmasını, həmçinin zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X2 cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X4 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, X4 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 320.2-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə müəyyən müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ona qazancının müəyyən %-i dövlət nəfinə tutulmaqla, müəyyən müddətinə islah işləri cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 320.2ci maddəsi ilə X4 qazancının müəyyən % dövlət nəfinə tutulmaqla, müəyyən müddətə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə hesabı ilə hesablanmaqla müəyyən müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə bərabər tutulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar tam toplanılmaqla X6 qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. X2 20 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət, xx.xx.2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək həbsdə olduğu 03 ay 20 gün müddət olmaqla ümumilikdə 03 ay 22 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. X6 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, X2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Hökmün icrasına nəzarət X2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, X2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. X2 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir.X2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri höküm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxsə dəymiş 2300 manat maddi ziyan ödənilmiş hesab edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 CM-nin 178.2.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X2 hüquqlarını dövlət hesabına ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X9 və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 320.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ona qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 01 il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə X4 qazancının 20 % dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə hesabı ilə hesablanmaqla 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə bərabər tutulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar tam toplanılmaqla X6 qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X2 20 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət, xx.xx.2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək həbsdə olduğu 03 ay 20 gün müddət olmaqla ümumilikdə 03 ay 22 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 il 04 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X6 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. X2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri höküm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə dəymiş 2300 manat maddi ziyan ödənilmiş hesab edilsin. Təqsirləndirilən şəxs X2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X9 120 manat məbləğində vəsait, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 60 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-92/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-92/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver