Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-92/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi döngə 1 ev 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-241/2023 saylı 12 may 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 may 2023-cü il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, 12 fevral 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində ünvan 3r 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 29,177.2.1, 29.177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin noyabr ayını ortalarında X2 məxsus olan, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla keçib, orada yerləşən 1 mərtəbəli evin zirzəmisinə qapının qıfılını sındirmaq yolu ilə qanunsuz olaraq daxil olub içəridə oln 35 manat dəyərində 1 ədəd əl arabasını, 250 manat dəyərində 1 ədəd su nasosunu, 120 manat dəyərində 1 ədəd hidroforlu su nasosunu, 100 manat dəyərində 1 ədəd manqalı, 150 manat dəyərində 10 metr uzunluğunda dəmir toru, 200 manat dəyərində 40 metr uzunluğunda 12 mm-lik kabeli, hər biri 25 manat qiymətində olmaqla cəmi 100 manat dəyərində 4 ədəd elektrik açarını, 50 manat dəyərində olan həmin qapını, evin 1-ci mərtəbəsinin qapısını açaraq oraya qanunsuz daxil olub içəridə olan 160 manat dəyərində 1 ədəd velosipedi, hər biri 250 manat qiymətində olmaqla cəmi 1500 manat dəyərində 6 ədəd plastik pəncərəni, 200 manat dəyərində 100 metr uzunluğunda 2 mm-lik mis metaldn kabeli, 300 manat dəyərində 50 metr uzunlğunda 6 mm-lik mis kabeli, 480 manat dəyərində 400 metr uzunluğunda mis kabeli, 25 manat dəyərində 1 cüt qış ayaqqabısını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 3670 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 yanvar 2023-cü il tarixdə saat 02 radələrində Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs3 məxsus evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq orada yerləşən hər bir metrəsi 5 manat olmaqla 30 metr uzunluğunda 150 manat dəyərində dəmir künclükləri, hər bir metrəsi 5 manat qiymətində olmaqla 20 metr uzunluğunda 100 dəmir borunu, hər bir metrəsi 7,5 manat olmaqal 20 metr uzunluğunda 150 manat dəyərində profilləri gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 400 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Mövsüm Bağları küçəsində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı fərdi evin həyətinə hasardan aşmaqla keçib, orada yerləşən tövləyə qapının qıfılını sındıraraq açmaqla qanunsuz daxil olaraq orada içəridə olan olan 400 manat dəyərində 1 baş qoyunu götürüb gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,423 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 19 aprel 2023-cü il tarixdə saat 12:30 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsində yaşadığı evin yaxınlığında hərəkət edən zaman saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan tünd göy rəngi şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,423 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 may 2023-cü il tarixdə sat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu yaşayış massivində yerləşən fərdi evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan hər biri 2 metr uzunluğunda 140 manat qiymətində olmaqla cəmi 280 manat dəyərində 2 ədəd şvelleri, hər biri 150 mm diametrində, 2 metr uzunluğunda 210 manat qiymətində olmaqla cəmi 420 manat dəyərində 2 ədəd dəmir borunu, hər biri 2 mm qalınlığında 1X2 ölçüdə, 60 manat qiymətində olmaqla cəmi 240 manat dəyərində 4 ədəd dəmir listi və hər birinin qiyməti 40 manat olmaqla cəmi 80 manat dəyərində 2 ədəd dəmir barmaqlıqlardan hazırlanmış çərçivəni gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 may 2023-cü il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 yaşadığı Türkan qəsəbəsi Q.İsmayılov küçəsi 14 ünvanında yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan 1 ədədi 50 manat olan 5 ədəd dəmir lövhəni, ümumilikdə cəmi 70 manat dəyərində 2 ədəd 3 metr uzunluğunda 70 mm-lik diametrlik dəmir borunu, cəmi 150 manat dəyərində 120 mm diametrində olan 6 ədəd 3 metrəlik dəmir borunu, 80 manat dəyərində 60 metr uzunluğunda dəmir barmaqlıqları gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 550 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizi olaraq talayaraq oğurluğa cəhd, təkrarən, bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 02 yanvar 2023-cü il tarixdə saat 21 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə istintaqa bəlli olmayan tanışı Asiman adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 Balaəhməd oğluna məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində nömrəsiz fərdi yaşayış evinə hasardan aşmaqla qanunsuz daxil olub oradan hər birinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 300 manat olan 2 ədəd alüminum bidon, ümumi dəyəri 100 manat olan hər birinin dəyəri 50 manat olan dəmir bidon, hər metrəsinin uzunluğu 1 manat olan ümumi dəyəri 100 manat olan 100 metr elektrik naqilini götürmək istəyərkən ev sahibəsi Şahid5 onun aşkar edib saxladığına görə iradəsindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroini əldə edib Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 yanvar 2023-cü il tarixdə saat 15:20 dəqiqədə ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin inzibati binasında xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümündə 0,195 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroini əldə edib Xəzər rayonu Türkan qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 04 aprel 2023-cü il tarixdə saat 15:00 dəqiqədə Türkan qəsəbəsi Q.İsmayılov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq 1-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli siqaret kağızı bükümündə 0,354 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 may 2023-cü il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 yaşadığı Türkan qəsəbəsi Q.İsiyulılov küçəsi 14 ünvanında yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan 1 ədədi 50 manat olan 5 ədəd lövhəni, lövhələri, ümumilikdə cəmi 70 manat dəyərində 2 ədəd 3 metr uzunluğunda 70 mm-lik diametrlik lövhəni, boruları, cəmi 150 manat dəyərində 120 mm diametrində olan 6 ədəd 3 metrəlik lövhəni, boruları, 80 manat dəyərində 60 metr uzunluğunda lövhələri, barmaqlıqları gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 550 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələr və psixotrop maddələr qəbul edir. Bu ehtiyaclarını ödəyə maddi imkanı olmadığı üçün oğurluq etmişdir. Əvvəllər 2 dəfə oğurluq və qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamağa görə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə ilə cəzalandırılmışdır. Sonuncu dəfə 2020-ci ildə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası almış və 2022-ci ilin oktyabr ayında azadlığa buraxıldıqdan təxminən 10-15 gün sonra yenə də narkotik vasitə qəbul etməyə və oğurluq etməyə başlamışdır. Belə ki, 2022-ci ilin noyabr ayının ortalarında dəqiq xatırlmadağı tarixdə gecə saat 03 radələrində Türkan qəsəbəsi bağlar massivinə gəlmiş, orada sonradan adını bildiyi X2 məxsus olan iki mərtəbəli, divarları mavi rəngdə olan evdə yaşayış olmadığını görüb hasarı aşaraq həyətə keçmiş, evin zirzəminin dəmir qapısınını qıfılını qırb açaraq qapını yerindən çıxartmış, içəri daxil olaraq orada olan 2 ədəd su nasosunu, 1 ədəd manqalı, dəmir toru, kabeli, elektrik açarlarını götürmüş, daha sonra evin 1-ci mərtəbəsinin qapısını açaraq içəri girib orada olan 1 ədəd velosipedi, plastik pəncərələri, kabelləri 1 cüt qış ayaqqabısını götürüb dəmir arabaya yığaraq küçəyə çıxartmış və evdən bir qədər kənara aparıb bir yerə qoymuşdur. Sonra yola çıxıb sürücüsünü tanımadığı, markasını və nömrəsini xatırlmadığı maşını saxladıb oğurladığı əşyaların hamısını həmin maşina yükləyərək Binə qəsəbəsinə aparmış və orada bu əşyaları tanımadığı şəxslərə müxtəlif qiymətlərə sataraq əldə etdiyi pulları özünün ehtiyaclarına xərcləmişdir. Bundan sonra təxminən 2023-cü ilin yanvar ayının əvvəlindəki tarixlərdən birində saat təxminən 02 radələrində Türkan qəsəbəsi Üzümçülük sovxozundakı evlərdən oğurluq etmək məqsədi ilə oraya getmiş, və həmin ərazidə sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 evinin işıqlarının yanmadığını görüb əvvəlcə qapını döyərək gözləmiş, həyətdən səs gəlmədiyinə görə evdə heç kimin omladığına əmin olduqdan sonra hasarı aşaraq həyətə keçmiş, oradakı dəmir künclükləri, dəmir boruları və profilləri götürüb hasardan aşıraraq küçəyə çıxartmışdır. Özü də hasardan aşıb küçəyə çıxandan sonra onları yolun kənara gətirib yığmış, səhər açılandan sonra yoldan keçən tanmadığı şəxsin idarə etdiyi, markasını və nömrəsini xatırlmadığı maşını saxladıb oğurladığı əşyaların hamısını həmin maşina yükləyərək Türkan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə gətirib orada Röyal aldlı şəxsə 35 manata satmışdır. Əldə etdiyi pulları özünün ehtiyaclarına xərcləmişdir. Bundan təxminən bir həftə sonra 2023-cü ilin yanvar ayının ortalarında yenə də oğurluq etmək məqsədi ilə Türkan qəsəbəsində Mövsüm bağlar deyilən əraziyə gəlmiş, oradakı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus olan evin işıqlarının yanmadığını görüb əvvəlcə hasardan boylanaraq evdə yaşayış olub-olmadığını yoxlamışdır. Həyətdə tövlə olduğunu görüb hasarı aşaraq həyətə keçmiş, tövlənin qapısınını kiçik qıfılını yerdən tapıb götürdüyü dəmir vasitəsi sındırıb açaraq içəri girmiş və içəridə olan 3 baş qoyundan birini qucağına alıb götürərək həyət qapısını içəridən açıb çıxıb getmişdir. Səhər açılandan sonra oğurladığı qoyunu Binə qəsəbəsinə gətirib orada hazırda xatırlmadığı ət satılan mağazada 100 manata satıb əldə etdiyi pulu özünün ehtiyaclarına xərcləmişdir. 19 aprel 2023-cü il tarixdə səhər saat 10 radələrində Suraxanı rayonunun ərazisində olarkən orada tanımadığı şəxsdən özü qəbul etməsi üçün 10 manata 1 ədəd qara rəngli siqaret kağızı bükümündə heroin alıb əynindəki şalvarın sağ yan cibinə qoyaraq saxlamışdır ki, ürəyi istəyənə qəbul etsin. Həmin tarixdə saat təxminən 12:30 radələrində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 1-ci PŞ-yə gətirilib orada videoçəkilişlə üzərinə baxış keçirilməsi zərurəti yarandığı bilidrilmişidr. O, buna etiraz etməmiş, hüquq və vəzifələri ona izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirmişlər. Əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmiş, əgər varsa könüllü təqdim etməsi təklif edilmiş, o da əynindəki tünd göy rəngli şalvarının sağ yan cibində saxladığı 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə heroini çıxarıb təqdim etmişidr. Polis əməkdaşları bükümü açdıqda içərisində heroin aşkar olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, həmin narkotik maddə heroindir və onu Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi ücün almışdır. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək zərfə qablaşdırıldıqdan sonra möhürlənib götürülmüş və bu barədə tərtib edilmiş protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmin gün cinayət törətməkdə şübhəli şəxs qismində tutularaq Xəzər RPİ MSY-də saxlanılmış, iki gündən sonra isə o, Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayev tərəfindən başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı MSY-dən azad olunmuşdur. Bundan başqa, 02 may 2023-ci il tarixdə saat təxminən 03 radələrində Türkan qəsəbəsi Üzümçülük sovxozuna gələrək küçələri gəzib oğurluq etmək üçün yaşayış olmayan ev axtararkən orada sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 məxsus evin həyət hasarını aşaraq həyətə daxil olmuş, orada dəmir boruları, şvellerləri, dəmir listlri və dəmir barmaqlıqlardan hazırlanmış çərçivələri hasardan ataraq küçəyə çıxartmış, sonra onları yoluna kənara gətirmişdir. Səhər açılandan sonra yoldan keçən tanmadığı şəxsin idarə etdiyi, markasını və nömrəsini xatırlmadığı maşın saxladıb oğurladığı əşyaların hamısını həmin maşina yükləyərək Türkan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə gətirib orada Röyal adlı şəxsə 150 manata satmış, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Sonuncu dəfə 08 may 2023-cü il tarixdə günorta saatlarında əvvəldən tanıdığı “Seymur” ləqəbi ilə çağırdığı Təqsirləndirilən şəxs2 ilə görüşərkən qərara almışlar ki, yaşadıqları ərazidə yerləşən Zərərçəkmiş şəxs6 evinin həyətindəki dəmir əşyaları oğurlayıb sataraq pul əldə etsinlər. Bu məqsədlə onlar hasarı aşaraq həmin həyətə keçib həyətdə bir yerə yığılmış dəmir çərçivələri, dəmir boruları, armaturları və xatırlmadığı müxtəlif formalı dəmir əşyaları götürüb hasarın üstündən ataraq küçəyə yığdıqdan sonra özləri də hasardan aşaraq küçəyə çıxıb, oğurladıqları əşyaları evdən xeyli aralı bir yerə aparmışlar. O, yola çıxıb markasını və dövlət qeydiyyat nişanın xatırlmadığı, sürücüsünü tanımadığı bir maşın saxladib dəmirləri yığdığı yerə gətirmiş, onları həmin maşına yükləyib Röyalın işlədiyi metal qəbul məntəqəsinə aparıb hamısını ümumilikdə 100 manata satmışlar. Əldə etdikləri puldan maşının sürücüsünə 10 manat verib qalanını Həsənlə öz aralarında bölmüşlər. Hazırkı açıq məhkəmə iclasında o, həqiqəti söyləyir və bildirir ki, Zərərçəkmiş şəxs6 evindəki oğurluğu Təqsirləndirilən şəxs2 ilə birlikdə deyil, tək törətmişdir. Törətdiyi əməllərdən peşman olmuşdur, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəyə bilməmişdir. Himayəsində bir azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq barəsində ədalətli hökmün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29.177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. Bir neçə dəfə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlama və oğurluq cinayətləri törətdiyinə görə cinayət məsuliyytəinə cəlb olunaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonuncu dəfə azadlığa çıxandan sonra Türkan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır və yenə də narkotik vasitə istfiadə edir. 02 yanvar 2023-cü il tarixdə Asiman adlı tanışı ona Türkan qəsəbəsində boş evin olduğunu bildirərək, evin həyətindəki 2 ədəd alüminium bidon və bir neçə metr uzunluğunda elektrik naqilini oğlurlamağı təklif etdikdə, o, razılaşarq axşam saatlarında həmin evin qarşısına gəlmişlər. Asiman hasarın yanında gözləmiş, o isə hasarı aşaraq həyətə keçmiş və orada olan 2 ədəd alüminium bidon, bir neçə metr elektrik naqilini götürüb hasardan aşırmaq istərkən sonradan adı məlum olan ev sahibi Şahid5 və yanındakı oğlan onu saxlamışlar. Asiman isə qaçmağa müvəffəq olmuşdur. Ev sahibi bundan sonra onu hadisə yerinə çağırdığı Xəzər RPİ-nin əməkdaşlarına təhvil vermişdir. Orada cinayət törətməkdə şübhəli şəxs qismində tutulub MSY-də saxlanılmış, oğurluğa cəhd cinayəti törətməsinə görə cinayət məsuliyyətinə cəlb olunduqdan sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. 18 yanvar 2023-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən özünün istifadə etməsi məqsədi ilə 10 manata 1 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə “kakos” adlandırılan narkotik vasitə heroin alaraq əynindəki qara rəngli şalvarının sağ yan cibində saxlamışdır. Həmin gün saat 15.20 radəsində Türkan qəsəbəsi Q. İsmayılov küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ona, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək bu şübhələri yoxlamaq üçün onu 1-cü PŞ-nə dəvət etmişlər. PŞ-də olan zaman polis əməkdaşları ona üzərinə baxış keçirilməsi zərurəti olduğunu demişlər. Müdafiəçisinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, sonra isə üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə ona təklif olunmuşldur ki, üzərində qanuna zidd əşya və ya predmet varsa çıxarıb masanın üzərinə qoysun. Bundan sonra o, şalvarın sağ yan cibindən saxladığı həmin 01 ədəd gümüşü kağıza bükülmüş heroini çıxarıb masanın üzərinə qoymuş, sorğu-sual zamanı bildirmişdir ki, həmin narkotik vasitəni Suraxanı rayonundan üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 18 yanvar 2022ci il tarixdə 10 manata öz istifadəsi üçün almışdır. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək zərfə qablaşdırıldıqdan sonra möhürlənib götürülmüş və bu barədə tərtib edilmiş protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 04 aprel 2023-ci il tarixdə saat 15 radələrində Türkan qəsəbəsi Q.İsmayılov küçəsində yaşadığı evin yaxınlığında marketə tərəf gedərkən iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyi tələb etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 1-ci PŞ-nə dəvət etdikdə etiraz etməyərək onlarla birlikdə oraya gəlmişdir. PŞ-də təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələrim izah olunmuş və bundan sonra ona izah edilmişdir ki, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacaqdır. Əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmiş, o da əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş və həmin heroini 04 aprel 2023-cü il tarixdə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən özünün istifadə etməsi üçün 10 manata aldığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək zərfə qablaşdırıldıqdan sonra möhürlənib götürülmüş və bu barədə tərtib edilmiş protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonuncu dəfə 08 may 2023-cü il tarixdə günorta saatlarında əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1lə görüşərkən qərara almışlar ki, yaşadıqları ərazidə yerləşən Zərərçəkmiş şəxs6 evinin həyətindəki dəmir əşyaları oğurlayıb sataraq pul əldə etsinlər. Bu məqsədlə onlar hasarı aşaraq həmin həyətə keçib həyətdə bir yerə yığılmış dəmir çərçivələri, dəmir boruları, armaturları və xatırlmadığı müxtəlif formalı dəmir əşyaları götürüb hasarın üstündən ataraq küçəyə yığdıqdan sonra özləri də hasardan aşaraq küçəyə çıxıb, oğurladıqları əşyaları evdən xeyli aralı bir yerə aparmışlar. Sonra Taley yola çıxıb markasını və dövlət qeydiyyat nişanın xatırlmadığı, sürücüsünü tanımadığı bir maşın saxladib dəmirləri yığdığı yerə gətirmiş, onları həmin maşına yükləyib Röyalın işlədiyi metal qəbul mənətəqəsinə aparıb hamısını ümumilikdə 100 manata satmışlar. Əldə etdikləri puldan maşının sürücüsünə 10 manat verib qalanını Taleylə öz aralarında bölmüşlər. Törətdiyi əməllərdən peşman olmuşdur, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəyə bilməmişdir. Himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bunların nəzərə alınaraq barəsində ədalətli hökmün çıxarılmasını xahiş edir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin dəqiqliyini yoxlamaq üçün onların ifadələri yerində yoxlanılmış və onlar, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişlər. Məhkəmənin 04 sentyabr 2023-cü il tarixdə keçirilmiş iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 göstərdi ki, Türkan qəsəbəsi Q.İsmayılov küçəsi ev 14 ünvanında yerləşən evləri 0,24 ha həyətyanı sahədən, 1 mərtəbəli 6 otaqlı fərdi yaşayış evindən ibarətdir. X11 Türkan qəsəbəsində marketdə işləyir. Hər gün o və əri səhər saatlarında evdən çıxıb işə, övladlarından ikisi orta məktəbə, üçüncüsü isə bağçaya gedir. Ona görə də günortaya qədər evlərində heç kim olmur. 08 may 2023-cü il tarixdə də səhər saatlarında onlar evdən çıxmış, axşam saat 19 radələrində evə gələrkən görmüşdür ki, həyətə yığdıqları dəmir metaldan olan müxtəlif əşyalar dağılıb, səliqəsi pozulmuşdur. Həmin dəmir əşyaların əksəriyyəti künclüklərdən ibarətdir ki, əvvələr onları gül bağında istifadə etmişlər. Az sonra Mətləb evə gəlmiş, əşyaları yoxlayarkən məlum olmuşdur ki, 1 ədədi 50 manat olan 5 ədəd dəmir lövhə, cəmi 70 manat dəyərində 2 ədəd 3 metr uzunluğunda 70 mm diametrli dəmir borular, cəmi 150 manat dəyərində 120 mm diametrində olan 6 ədəd 3 metrlik boru, dəyəri 80 manat olan 60 metr uzunluğunda dəmir barmaqlıqlar oğurlanmışdır. Oğurluq nəticəsində ona 550 manat ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs6 13 sentyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, buna görə də təqsrləndirilən şəxslərə qarşı şikayətçi olduğunu, ona dəymiş 550 manat ziyanın ödənilməsini tələb etdiyini bildirmiş, təqsirləndirilən şəxslərə qanunda nəzərdə tutulan cəza təyin edilməsini, ailə vəziyyəti ilə əlaqədar növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin 19 oktyabr 2023-cü il tarixdə keçirilmiş iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Türkan qəsəbəsi Bağ Mövsümü küçəsindəki nömrəsiz fərdi evdə yaşayır. Fərdi əməklə məşğul olur. Təsərrüfatında olan 3 baş inəyi və 3 baş xırda boynuzlu heyvanları evinin həyətindəki tövlədə saxlayır. 18 yanvar 2023-cü il tarixdə saat 06:30 radələrində həyətdə səs eşitmiş, həyətə çıxarkən görmüşdür ki, tövlənin qapısı açıqdır, lakin xırda buynuzlu heyvanlarından bir baş dişi qoyunu yoxdur. Tövlənin qapısın açılması, qıfılın və qoyununun yerində olmamasından qoyunun oğurlandığını başa düşüb DİN “102” xildmətinə zəng edərək bu barədə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmişlər. Oğurlanmış qoyunu Qala cinsindən olmaqla, bir yaşlı, başı və qulağı qırmızı, qonur rəngli, yunlu olmuşdur. Hazırda həmin qoyununn qiyməti 400 manat olmaqla oğurluq nəticəsində ona eyni miqdarda ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs2 19 oktyabr 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, buna görə də təqsrləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş, ziyanın ödəniləcəyi təqdirdə şikayətçi olmayacağını qeyd etmişdir. Məhkəmənin 19 oktyabr 2023-cü il tarixdə keçirilmiş iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, ailəsi ilə birlikdə Xətai rayonundakı mənzilində yaşasa da, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində iki mərtəbəli bağ evi vardır. Bağ evində yaz-yay mövsümündə yaşayır. Payız-qış mövsümündə vaxtaşırı bağ evin gəlib nəzarət edir. 03 dekabr 2022-ci il tarixdə saat 17 radələrində növbəti dəfə bağ evinə gələrkən həyətə girdikdə evin birinci mərtəbəsinin, yəni zirzəmisinin dəmir qapısının açılıb yerində olmadığını görmüşdür. Zirzəmyiə girib əşyaları yoxlayarkən oradan 35 manat dəyərində 1 ədəd əl arabasının, 250 manat dəyərində 1 ədəd su nasosunun, 120 manat dəyərində 1 ədəd hidroforlu su nasosunun, 100 manat dəyərində 1 ədəd manqalın, 150 manat dəyərində 10 metr uzunluğunda dəmir torun, 200 manat dəyərində 40 metr uzunluğunda 12 mm-lik kabelin, hər biri 25 manat qiymətində olmaqla cəmi 100 manat dəyərində 4 ədəd elektrik açarının oğurlandığını aşkar etmişdir. Daha sonra evin 1-ci məntəbəsinin qapısından içəri girdikdə oradan 160 manat dəyərində 1 ədəd velosipedin, hər biri 250 manat qiymətində olmaqla cəmi 1500 manat dəyərində 6 ədəd plastik pəncərənin, 200 manat dəyərində 100 metr uzunluğunda 2 mm-lik mis kabelin, 300 manat dəyərində 50 metr uzunlğunda 6 mm-lik mis kabelin, 480 manat dəyərində 400 metr uzunluğunda mis kabelin, 25 manat dəyərində 1 cüt qış ayaqqabısının oğurlandğını aşkar etmişidr. Oğurluq nəticəsində ona ümumilikdə 3670 manat dəyərində ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs4 19 oktyabr 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, buna görə də təqsrləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş, ziyanın ödəniləcəyi təqdirdə şikayətçi olmayacağını qeyd etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi şəkildə xəbərdar edilmiş və mobil telefon vasitəsilə əlaqə saxlanılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 Balaəhməd oğlu və Zərərçəkmiş şəxs3 heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmiş, onların məhkəməyə məcburi gətirilmələri barədə qərarlar polis əməkdaşları tərəfindən icra oluna bilməmişdir. Həmin zərərçəkmiş şəxslərin məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələr elan edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Türkan qəsəbəsi Üzümçülük sovxozunda fərdi nömrəsiz bağ evi vardır. Həmin bağ evində daimi yaşamadığından hərdən gəlib baş çəkir. 07 noyabr 2022-ci il tarixdə evdə olmuşdur. 17 noyabr 2022-ci il tarixdə evə gələndə aşkar etmişdir ki, naməlum şəxs və ya şəxslər evin plastik qapısını sıxıb açmaqla daxil olub evdən dəyəri 600 manat olan 01 ədəd “Bosch” markalı tozsoranı, dəyəri 200 manat olan 01 ədəd “Tefal” markalı ütünü, dəyəri 70 manat olan 01 ədəd saç feni, dəyəri 100 manat olan 01 ədəd ətçəkən maşını, 1000 manat dəyərində 01 ədəd qızıl qadın üzüyü, 500 manat dəyərində 01 ədəd qızıl qadın qolbağı, dəyəri 100 manat olan 1 ədəd mirvari qadın qolbağı, dəyəri 100 manat olan 01 ədəd mirvari qadın boyunbağı, ümumi dəyəri 430 manat olan 3 ədəd gümüş üzüyü oğurlanmışdır. O, dərhal DİN 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermiş, polis əməkdaşları gəlib baxış keçirmişlər. Oğurluq nəticəsində ona cəmi 3100 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Balaəhməd oğlunun elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, hadisə baş verən gün həyat yoldaşı ona zəng edərək bağda oğurluğ olduğunu bildirmiş, o da ona bir gün sonra gəlib polisə bu işlə bağlı müraciət edəcəyini, həmin günlük qardaşı oğlunu bağa çağırmağını və bağda tək qalmamasını bildirmişdir. Bundan sonra yoldaşının qardaşı oğlu bağa gəlmiş, saat 20.00-dan sonra oğruların bağa daxil olmasını və qohumunun və yoldaşının oğrulardan birini saxladığnı eşidib təcili bağa gəlmiş, bağdan 600 manat dəyərində oğurluğ edildiyini müəyyən etmişdir. Həmin şəxsə qarşı istintaq zamanı 3-cü PŞ-nə ərizə ilə müraciət edərkən nə səbəbə ümumi dəyəri 300 manat olan samovar, dəmir bidon, elektrik naqili oğurluq olduğunu bildirməsi, oğurluğa cəhdlə bağlı isə məlumat verməməsi barədə sual verdikdə, o, bildirmişdir ki, həmin vaxt çox həyəcanlı olmuş və buna gərə də oğurluğa cəhdlə bağlı bir məlumat yazmamış, samovar və dəmir bidonun onların bağa daxil olduqdan bir neçə saat öncə oğurlandığını ərizə yazdıqdan sonra məlum olmuşdur. Onun bağından ümumi dəyəri 600 manat olar 2 ədəd samovar, dəmir bidon, elektrik naqili oğurlanmışdır. Orucov X4 adlı şəxslə bağa daxil olarkən hər birinin dəyəri 100 manat olan 2 ədəd alüminium bidonu, 100 manat dəyərində 100 metir elektrik naqilini, oğurlamağa cəhd etdiklərini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 13 yanvar 2023-cü il tarixdə günorta saatlarında Türkan qəsəbəsində yerləşən bağ evinə gələrkən aşkar etmişdir ki, 8 il əvvəl mərhum əri tərəfindən alınıb bağ evinin həyətinə yığdıqldarı hər bir metrəsi 5 manat olmaqla 30 metr uzunluğunda 150 manat dəyərində dəmir künclüklər, hər bir metrəsi 5 manat qiymətində olmaqla 20 metr uzunluğunda 100 metr dəmir boru, hər bir metrəsi 7,5 manat olmaqal 20 metr uzunluğunda 150 manat dəyərində profillər oğurlanaraq ona ümumilikdə 400 manat dəyərində ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 1-ci PŞ-nin baş əməliyyat müvəkili, polis mayoru Şahid3 göstərdi ki, 04 aprel 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı əsasında sonuncunun ifşa olunması, törətdiyi cinayət əməllərinin qarşısının alınması, cinayət başında yaxalanması məqsədi ilə, xidmət etdiyi 1-ci PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid2 ilə birlikdə muvafiq əməliyyat tədbirləri həyata keçirməyə başlayaraq Təqsirləndirilən şəxs2 adətən olduğu yerlərdə müşahidələr apararkən həmin gün saat 15 radələrində onu yaşadığı Türkan qəsəbəsində Q.İsmayılov küçəsində yerləşən evin yaxınlığında saxlayıb narkotik vasitələrin qanunsuz olaraq əldə olunub saxlanlmasında şübhəli olduğunu bildirərək bu şübhələrin yoxlanılması məqsədi ilə 1-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etmədən onlarla birlikdə PŞ-nə gəlmiş, o, rəisə bu barədə raportla məruzə etmiş və araşdırmanın aparılması təhqiqatçı, polis polkovnik-leytenantı David Yusifova həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmişdir. Sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır.Əvvəlcə Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində qanuna zidd əşya və ya predmet varsa onları təqdim etsin. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli kağız bükümünü çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümdə “kakos” adlandırılan narkotik vasitə heroin vardır, onu 04 aprel 2023-cü il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata özünün şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Büküm açılarkən içində qəhvəyi rəngli maddə aşkar edilmiş və təhqiqatçı tərəfindən həmin maddə kağız zərfə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, zərfin üzəri və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 1-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkili, polis kapitanı Şahid4 göstərdi ki, 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 oğlnun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatların yoxlanılması məqsədi ilə o və işlədiyi Xəzər RPİ 1-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Babayev X9 ilə birlikdə əməliyyat tədbirləri həyatata keirəmyə başlayıb, nəzərdə tutulan planu uyğun olaraq Təqsirləndirilən şəxs2 adətən olduğu yerlərdə müşahidələr aparmışlar. Həmin tarixdə saat 15:20-də Təqsirləndirilən şəxs2 Türkan qəsəbəsi Q.İsmayılov küçəsində görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində habelə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasından şübhəli olduğunu bildirərək 1-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etmədən onlarla birlikdə 1-ci PŞ-nə gəlmişdir. O, bu barədə raportla məruzə etmiş və araşdırmanı aparılması PŞ-nin təhqiqatçısı, polis kapitanı Elgün Zülfiqarova həvalə olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində müdafiəçisi Sərxan Məmmədovun, onun və Şahid4 iştirakları ilə şəxsi axtarış və götürmə aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və həmin büküm açılarkən arasında qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddə “kakos” adlandırılan narkotik vasitə heroindir və onu 18 yanvar 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonunda tanımadığı şəxsdən özünün istifadə etməsi məqsədi ilə 10 manata alıb üzərində saxlamışdır. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm kağız zərfə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, zərfin üzəri və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ 1ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Babayev X6 və 1-ci PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid2 elan edilmiş ifadələri ilə onların da oxşar, eyni məzmunlu ifadələr verərək şahidlər Şahid3 və Şahid4 göstərdiklərini təsdiq etmələri müəyyən edildi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımamışdır. İlk dəfə onu bağa daxil olarkən görüb. Hadisə baş verən gün, yəni 02 yanvar 2023-cü il tarixdə o, bağa daxil olarkən bağda oğurluq olduğunu, həyətdə yerləşən saxlanc yerinin dağıldğını görmüşdür. Bundan sonra o, həyat yoldaşı Xanəhmədə zəng etmiş və bildirmişdir ki, bağda oğurluq olub və her yer dağılıb. Həyat yoldaşı ona bir gün sonra bağa gələcəyini, bu məsələ ilə bağlı polisə müraciət edəcəyini bildirərək demişdir ki, qardaşı oğlunu da bağa çağırsın, bağ təhlükəlidir, bağda tək qalmasın. Bundan sonra o, qardaşı oğluna zəng edərək bağa çağırmış, qardaşı oğlu bağa gəlmişdir. Həmin gün saat 20.00-dan sonra 2 nəfər şəxsin bağa daxil olduğunu, bağın saxlanc yerə doğru hərəkət etdiyini, onlardan birinin bağdakı saxlanc yerindən elektrik naqili, 2 ədəd bidonu sürüyərək bağın qapısına tərəf gətirdiyini görüb həmin şəxsi saxlamış digəri isə qaça bilmişdir. Sonra onlar həmin şəxsi polisə təhvil vermişlər, lakin qaçan şəxslə bağlı onların bir məlumatı yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Həsən Orcov bir neçə dəfə birlikdə və ayrı-arlıqda onun işləldiyi metal qəbulu məntəqəsinə tullantı metallar gətirib satmışdır. Hər dəfə bu şəxslər satdıqları metalları küçələrdən yığdıqlarını və ya özlərinə məxsus olduğunu bildirmiş və bunun təsdiqi olaraq özlərinin şəxsiyyət vəsiqələrini təqdim etmişlər. Sonuncu dəfə də 08 may 2023-cü il tarixdə Taleylə Həsən onun məntəqəsinə dəmir çərçivələri, əzilmiş dəmir boruları, armaturlar, qırıntı dəmir parçaları gətiriib satmışlar. Onların pulunu verib yola saldıqdan sonra ertəsi gün həmin metalları aldığı digər metallarla birlikdə nisbətən baha qiymətə başqa müştərisinə satmışdır. İş materiallarında olan məhkəmə kimyəvi ekspetizasının 19 yanvar 2023-ci il tarixli 6/332 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 –imza” sözləri və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,195 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Qeyd: heroinin təmiz çəkisi - 0,195 qr., tədqiqata sərf edildi - 0,050 qr., qalıq - 0,104 qr.) Aparılmış ekspertiza tədqiqatının dəyəri 55,00 (əlli beş) manatdır. İş materiallarında olan məhkəmə kimyəvi ekspetizasının 05 aprel 2023-ci il tarixli 6/1966 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün № 157” dairəvi möhür əksi və “Orucov – imza;…3 imza, Tərtib etdi D.Yusifov – imza”, yazı əlavəsi qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,354 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Qeyd: heroinin təmiz çəkisi - 0,354 qr, tədqiqata sərf edildi - 0,050 qr, qalıq - 0,304 qr). Aparılmış ekspertiza tədqiqatının dəyəri 92,00 (doxsan iki) manatdır. İş materiallarında olan məhkəmə kimyəvi ekspetizasının 19 aprel 2023-ci il tarixli 6/2315 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1” sözləri və imzaları qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,423 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Qeyd: heroinin təmiz çəkisi - 0,423 qr, tədqiqata sərf edildi - 0,050 qr, qalıq - 0,373 qr) Aparılmış ekspertiza tədqiqatının dəyəri 55,00 (əlli beş) manatdır. Heroin 2005-ci il 28 iyn tarixlə Azərbaycan Respublikasını Qanununu ilə təsdiq olunmuş Arəzrbaycan Respublikasının ərzisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı1) daxildir. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 27 yanvar 2023-cü il tarixli 430 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləət görülür. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 22 iyun 2023-cü il tarixli 3960 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən xx.xx.2023-cü il tarixdə aşkar edilib edilib götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,195 qram olan, 04 aprel 2023-cü il tarixdə aşkar edilib götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,354 qram olan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,423 olan heroinlər iş üzrə maddi sübut kimi tanınmış, heroinlərin muvafiq ekspertiza tədqiqatlarından sonra - 0,104 qram, 0,304 qram və 0,373 qram qalıqları saxlanılması üçün Xəzər RPİ-nin saxlanc anbarına verilmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslərin üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 03 ǝdəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Asiman adlı şəxslə əlbir olaraq 02 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 Balaəhməd oğluna məxsus evin həyətindən Türkan qəsəbəsində nömrəsiz fərdi yaşayış evinə hasardan aşmaqla qanunsuz daxil olub oradan oğurlamağa cəhd etdikləri 2 ədəd alüminium bidon, 100 metr elektrik naqili iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması və istifadəsi üçün sahibinə qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin dəqiqliyini yoxlamaq üçün onların ifadələri yerində yoxlanılmış və onlar, ifadələrində qeyd etdikləri xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi Məhkəməsinin 26 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 oktyabr 2022-ci il tarixdə 2 (iki) ay 16 (on altı) gün vaxtından əvvəl şərti azad edilmiş, 12 yanvar 2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Bakı çıhıri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022ci il tarixli 7(001)-83/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 13 oktyabr 2020-ci il tarixdən hesablanmaqla hazırda 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs1 barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnidtiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilmiş, məhkum Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasınınçəkilməmiş hissəsi 6 (altı) ay azaldılmışdır. İş materiallarında olan Bakı çıhıri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2022ci il tarixli 7(001)-837/2022 saylı qərarından görünür ki, 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs1məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 16 (on altı) gününü çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). İş materiallarında olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Azərbaycan Respublikasının CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum edilmiş, sonralar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.2-ci maddələrinə əsasən 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına və 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, 18 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25 avqust 2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarına əsasən 2 (iki) ay 19 (on doqquz) gün vaxtından əvvəl şərti azad olunmuş, 16 noyabr 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 14 oktyabr 2020-ci il tarixdən hesablanmaqla 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 2 (iki) ay 19 (on doqquz) gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan ünvan 3r 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək daşıması və saxlaması və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizi olaraq talayaraq oğurluğa cəhd, təkrarən, bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizi olaraq talayaraq oğurluq etməsi və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşıması cinayətlərini törətmələri özlərinin Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsi və Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs6 evindəki oğurluğu Təqsirləndirilən şəxs2 ilə birlikdə deyil, tək törətməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri qismən etiraf edərək peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)- 837/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli və Təqsirləndirilən şəxs1 məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 16 (on altı) gün müddəti Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs1 qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 19 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, 21 aprel 2023-cü il tarixdə ona ittiham elan edildikdən sonra barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilərək MSYdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 19 aprel 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 10 may 2023-cü il tarixdən hesablanmaqla Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri etiraf edərək peşman olmasını, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 05 yanvar 2023-cü il tarixdən 06 yanvar 2023-cü il tarixədək, 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək, 04 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək, 15 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanılmış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində 05 yanvar 2023-cü il tarixdən 06 yanvar 2023-cü il tarixədək saxlanıldığı 1 (bir) gün, 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, 04 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, 15 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, cəmi 7 (yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınaraq onun barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz olunmalı, cəzasının əvvəli 30 aprel 2024-cü il tarixdən hesablanmaqla Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 92,00 (doxsan iki) manat və 55,00 (ǝlli beş) manat, cəmi 147,00 (yüz qırx yeddi) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Maddi sübutlar - ekspertiza tədqiqatından sonra Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs2 üzərindən 18 yanvar 2023-cü il tarixdə aşkar edilib götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,145 qram olan, 04 aprel 2023-cü il tarixdə aşkar edilib götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,304 qram olan, Təqsirləndirilən şəxs1 Tǝrxan oğlunun üzərindən aşkar edilib götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,373 qram olan heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübutlar - təqsirləndirilən şəxslərin üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 03 ǝdəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxslərə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X3, Müdafiəçi2 və Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının iibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 30 (otuz) iş saatına görə 180,00 (yüz səksən) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 20 (iyirmi) iş saatına görə 120,00 (yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 25 (iyirmi beş) iş saatına görə 150,00 (yüz əlli) manat olmaqla ümumilikdə 450,00 (dörd yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və 1 (bir) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)- 837/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və Təqsirləndirilən şəxs1 məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 16 (on altı) gün müddəti Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 19 aprel 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 7 (yeddi) ay 28 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 10 may 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində 05 yanvar 2023-cü il tarixdən 06 yanvar 2023-cü il tarixədək saxlanıldığı 1 (bir) gün, 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, 04 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, 15 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, cəmi 7 (yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınaraq onun barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz olunsun. Cəzasının əvvəli 30 aprel 2024-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübutlar - ekspertiza tədqiqatından sonra Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs2 üzərindən xx.xx.2023-cü il tarixdə aşkar edilib götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,145 qram olan, xx.xx.2023-cü il tarixdə aşkar edilib götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,304 qram olan, Təqsirləndirilən şəxs1 Tǝrxan oğlunun üzərindən aşkar edilib götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,373 qram olan heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübutlar - təqsirləndirilən şəxslərin üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 03 ǝdəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 Tǝrxan oğlundan 55,00 (əlli beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs2 92,00 (doxsan iki) manat və 55,00 (ǝlli beş) manat, cəmi 147,00 (yüz qırx yeddi) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs1 Tǝrxan oğlunun hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 180,00 (yüz səksən) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 120,00 (yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 150,00 (yüz əlli) manat olmaqla ümumilikdə 450,00 (dörd yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35A||B********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərum Təqsirləndirilən şəxs1 Tǝrxan oğluna və Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-92/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-92/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver