Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-94/2025 07.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Beyləqan rayonu, Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası FHN-nin Xüsusi Risqli Xilasetmə Xidmətində baş sürücü vəzifəsində işləyən, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahə, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, o, 01 avqust 2023-cü il tarixdə saat 15:30 radələrində bacısı Lalə Əliyevanı küsüb gəldiyi Bakı şəhəri, Xəzər rayon, Qala qəsəbəsi, yeni yaşayış sahəsindəki fərdi yaşayış evindən geri aparmaq üçün gələn həyat yoldaşı Zərərçəkmiş şəxs ilə ailə daxili narazılığa aydınlıq gətirmələri ilə bağlı Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobildə Qala qəsəbəsi istiqamətdə hərəkətdə olarkən söhbət zamanı ailə münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əsəbləşib əlini avtomobilin sükanından buraxdığından avtomobil yoldan çıxıb divara dəydikdən sonra Təqsirləndirilən şəxs əsəbləşərək bacısının onunla getməsinə etirazını bildirib aralarındakı şəxsi münasibətlərin pozulması səbəbindən qəsdən ani olaraq Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən əli və ayağı ilə vuraraq ona sağ gözaltı nahiyyəsinin qançırı, sağ kürək-çiyin, onurğanın sıyrıqları, sağ daban nahiyyəsinin əzilmiş yaraları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirərək zərərçəkmiş şəxs X9 qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, zərərçəkmiş şəxs onun bacısının yoldaşıdır. Bir müddət olar ki, bacısı yoldaşından ayrılaraq Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən onların evinə gəlmişdir. 01 avqust 2023cü il tarixdə günorta saatlarında evdə olarkən Elnurun onlara gəldiyini görmüşdür. Bu zaman bacısı Elnurla söhbət etmək istəmədiyini bildirmişdir. Həmin vaxtı evdə onun həyat yoldaşı, uşaqlar və digər ailə üzvləri olmuşdur. Elnur israrla bacısı ilə görüşmək istədiyini bildirmişdir. Bu səbəbdən aralarında sözlə mübahisə yaranmışdır. Bundan sonra Elnur bildirmişdir ki, gedək evdən bir qədər kənarda söhbət edək. O, da Elnurla razılaşaraq sonuncunun maşınına əyləşmişdir. Bir qədər hərəkət etdikdən sonra Elnurun idarə etdiyi “Toyota Prius” markalı avtomobildə Elnur ilə söhbət edərkən aralarında mübahisə yaranmış və sonuncu əsəbiləşib əlini hərəkətdə olan avtomobilinin sükanından buraxaraq onun yaxasından tutmuşdur. Bu zaman avtomobilin qarşısına uşaq çıxmış və Elnur sükanı çevirərək yoldan çıxıb divara çırpılmışdır. Qəza nəticəsində arxa görünüş güzgüsü qırılmış və Elnur həmin güzgü ilə onu vurmaq istəmişdir. Bu zaman Elnurun paltarını (köynəyini) arxadan qaldıraraq başına keçirmişdir ki, sonuncu ondan əl çəksin. Bundan sonra iti addımlarla evinə doğru getmişdir. Hadisə zamanı Elnuru vurmamışdır. Hadisə zamanı işsiz olmuşdur. Vətən Müharibəsi iştirakçısı olduğundan hadisədən bir müdət sonra sürücü kimi Fövqəladə Hallar Nazirliyinə işə qəbul edilmişdir. Hal-hazırda da Fövqəladə Hallar Nazirliyində həqiqi hərbi xidmətdədir. Zərərçəkmiş şəxs ona hədə-qorxu gəlməklə şantaj edərək barışıq üçün bacısı uşağının onun himayəsinə verilməsini istəyir. Bu səbəbdən də aralarında barışıq olmamışdır. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs qeyd etdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşının qardaşıdır. Həyat yoldaşı X7 ondan küsüb Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən qaynatasının evinə getmişdir. 01 avqust 2023-cü il tarixdə qaynatasıgilin evinə getmişdir ki, həyat yoldaşı ilə danışıb onu evlərinə aparsın. Həmin vaxt qaynı X3 ilə rastlaşmış və aralarında sözlə mübahisə yaranmışdır. Bu səbəbdən Allahverdiyə bildirmişdir ki, gedək evdən bir qədər kənarda çay içib söhbət edək. Saat 15:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsində idarə etdiyi “Toyota Рrius” markalı avtomobildə Allahverdi ilə söhbət edərkən aralarında mübahisə yaranmış və bu zaman Allahverdi onun üzündən əli ilə vurmuşdur. O, əsəbiləşib əlini hərəkətdə olan avtomobilinin sükanından buraxdığından avtomobil yoldan çıxıb divara çırpılmışdır. Avtomobildən düşdükdən sonra Allahverdi əli ilə onun üz və kürək nahiyyəsindən, eləcə də ayağı ilə onu vuraraq xəsarət yetirmişdir. Halhazırda Allahverdi ilə barışmamış, ona qarşı şikayətçidir. İbtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid ifadəsində göstərmişdir ki, özü Bakı şəhəri, Şağan qəsəbəsində ailəsi ilə birlikdə yaşasada, onun Qala qəsəbəsində evi vardır. xx.xx.2023-cü il tarixdə tarixdə hadisədən uzun müddət keçdiyinə görə yadında qalmayan şəxs tərəfindən ona zəng vuraraq Qala qəsəbəsində yerləşən evinin divarına “Toyota Prius” markalı nəqliyyat vasitəsinin dəydiyini və divarının zədələndiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan aydın olur ki, xx.xx.2023-cü il tarixində Zərərçəkmiş şəxs müraciəti əsasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahədə baş vermiş hadisə ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək işə əlavə olunmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 xx.xx.2023-cü il tarixli 887 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ gözaltı nahiyyəsinin qançırı, sağ kürək-çiyin, onurğanın sıyrıqları, sağ daban nahiyyəsinin əzilmiş yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər, xx.xx.2023-cü il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əməl gəlmələri inandırıcı deyildir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi M.Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 9983 saylı Hərbi Hissənin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, Həsənzadə X1 Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin 9983 saylı Hərbi Hissəsində həqiqi hərbi xidmətdədir; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xx.xx.2024-cü il tarixli 3-18-16/2-1216/2024 nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən həmin Xidmətin Su hövzələrində xüsusi riskli xilasegmə taborunun baş sürücüsü vəzifəsində işləyir; - İ-30534 saylı, İ-7217 saylı, İ-4902 saylı vəsiqələrin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir; - xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü Turan Həsənzadə - Təqsirləndirilən şəxs himayəsindədir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün zərərçəkmiş şəxsin, şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir; 47.4.5-ci maddəsinə görə ictimai işlər hərbi qulluqçulara tətbiq oluna bilməz; 49.4-cü maddəsinə əsasən islah işləri orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi qulluqçulara təyin edilmir; 52-1.6-cı maddəsinə görə azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır1 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), “Vətən müharibəsi” iştirakçısı olmaqla medallarla təltif olunmasını CM-nin 59.2-ci madəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (CM-59) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), həmçinin onun hərbi qulluqçu olması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsin hüquqlarının ibtidai təhqiqat zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1200 (min iki yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saat vaxta görə 72 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-94/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-94/2025
07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver