Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-95/2022 09.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1995-ci il tarixdə Ağcabədi şəhəri X5 Çadır şəhərciyində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir körpə və bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Yusifcanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 4(003)-486/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 dekabr 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında şərəf və ləyaqətini alçaldan rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əməlakını tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs hədə qorxu ilə tələb etməklə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə 27 oktyabr 2021-ci il tarixdə Şahid1 ünvan 3 ünvanında olarkən yaxın qohumu - qızı Zərərçəkmiş şəxs intim videolarını “xeberizlə” “İnstaqram” sosial şəbəkəsi vasitəsilə hesabında paylaşıb rüsvayedici məlumatlar yayma hədəsi ilə ondan 1000 (min) manat pulu tələb edib anası Şahid3 qızının adına olan “Kapital” banka aid **********950135 saylı hesab kartının nömrəsini “Watsaap” sosial şəbəkəsi vasitəsilə istifadəsində olan +**********7 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə sms göndərək həmin hesaba köçürtməsini tələb etmiş, Şahid1 Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 87 ünvanında həmin cinayətkar hədəni aşkar etməklə Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 27 noyabr 2021-ci il tarixdə istifadəsində olan +**********7 saylı mobil telefon nömrəsi vasitəsi ilə açılmış “Watsaap” sosial şəbəkəsi vasitəsilə ona tanımadığı şəxs video atmışdır. Həmin videoya baxdıqda videonun fonunda Sədaqət İskəndərli ilə Mətanət İsgəndərlinin danışıqlarını, videoda cavan qızın bir kişi ilə intim vieosu olduğunu və videonun üzərində “mənim aldığım evləri qaytar” sözlərinin yazıldığını görmüşdür. Həmin şəxsə yazaraq bu videonun onda haradan olduğunu soruşmuş, o da ona “Tiktok”un linkini ataraq orada paylaşıldığını bildirmişdir. O, adı çəkilən linkə girmiş və həmin səhifədə video olmadığını görmüşdür. Bundan sonra həmin şəxsə “Tiktok”da videonun olmadığını yazmış, həmin şəxs isə onun sms-ini oxumadan silmişdir. Bundan sonra o, “xeber instaqram” profilinin admini Azərin istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng vurub “Mətanət İsgəndərlinin səs yazıları var, paylaşacaq” demiş, sonuncu da demişdir ki, “paylaş, lakin ehtiyatlı ol”. Ondan intim videoları göndərməyi xahiş etmiş, o isə imtina etmişdir. O, həmin videoda olan səs yazısını proqram vasitəsilə götürüb Mətanət İskəndərli ilə Sədaqət İskəndərlinin şəkillərinin üzərinə yerləşdirib yazmışdır ki, “Mətanət İskəndərlinin bacısı qızının ifşası tezliklə” və şərh bölümündə yazmışdır ki, “videodaki səsi dinləyin, Mətanət İskəndərlinin bacısı 15 illik Həcisini şantaj edərək, Həciyə şəhərdən evlər və bağlar almışdır. Sədaqət izini itirmək məqsədilə əmlakları qızının adına almışdır”. Bir gün sonra ona “Watsaap” sosial şəbəkəsi vasitəsilə sms yazmışlar ki, videonu silsin, o, səbəbini soruşmuş, həmin şəxs də demişdir ki, ona hörmət edəcəklər. O da videonun silinməsi üçün 1000 (min) manat pul tələb edərək anası Şahid3 qızının adına olan debit kart hesabını göndərmişdir. Həmin şəxs də ona bildirmişdir ki, Sədaqət İskəndərli gəlsin, onunla əlaqə saxlayacaqdır. Bundan sonra bir kişi onunla telefon əlaqəsi saxlayıb ondan həmin videonu silməyini xahiş etmiş və videonu paylaşan şəxsin tutulduğunu deyərək pul almaq istəyirsə gedib həmin şəxsdən almağını bildirmiş, bundan sonra o, demişdir ki, ona pul lazım deyil. Daha sonra o, Zərərçəkmiş şəxs videosunu skrinşot edərək paylaşıb şəkilinin üzərində yazmışdır ki, videonun paylaşılmasını istəyirsinizsə, şərh yazın. Orada iştirak edən şəxslərin çoxu yazmışdır ki, paylaşmasın, o da həmin videonu paylaşmamışdır. O, zərərçəkmiş şəxsdən hədə-qorxu ilə hər hansı bir məbləğdə pul tələb etməmiş və pul almamışdır, əksinə, zərərçəkmiş şəxsin adamları həmin videonun silinməsi üçün özləri ona 1000 (min) manat hörmət edəcəklərini bildirmiş, xəstə uşağının müalicəsi ilə bağlı pula ehtiyacı olduğu üçün onların təklifini qəbul edərək anası Şahid3 qızının adına olan debit kart hesabını göndərmişdir. Bu səbəbdən özünü qismən təqsirli bilir. Əməlindən peşmandır, himayəsində bir körpə və bir azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Şahid1 onun doğma anasıdır. Təxminən 11 il bundan öncə anası qeyri-rəsmi olaraq X2 ilə ər-arvad münasibətində olmuşdur. Rafiq Gülümov heç vaxt onların yaşadığı evdə qalmayıb, lakin o, bilmişdir ki, anası həmin şəxslə münasibətdədir. Təxminən 2017ci ilin yay aylarında anası ona demişdir ki, Rafiq Gülümov onu onda olan onun intim videosu ilə şantaj edərək ondan polisə şikayət etmişdir ki, ev, bağ evi, qızıl-zinət əşyaları tələb etsin. Həmin şikayət ərizəsi ilə əlaqədar olaraq o, anasi ilə birlikdə Yasamal rayon Polis İdarəsinə getmiş, orada onun da izahatı alınmışdır. Anası ona demişdir ki, həqiqətən də onun Rafiq Gülümovda olan intim video görüntüsü var, lakin həmin vaxt o və anası Rafiq Gülümovdan şikayətçi olmamışlar, Rafiq də onlara söz vermişdir ki, bir daha onları narahat etməyəcəkdir, onun onda olan intim videolarını da heç bir yerdə paylaşmayacaqdır. 24 noyabr 2021-ci il tarixdə saat 12 radələrində “instaqram” sosial şəbəkəsi vasitəsilə “bakobekooo” profilindən ona aid intim videogörüntülər paylaşaraq hədə-qorxu gəlməklə anasından ev, bağ evi, qızıl-zinət əşyaları, pul tələb etmişlər. Həmçinin həmin videoda anasının xalası ilə telefon danışığının səs yazısı da qoyulmuşdur. O, 2017-ci ildə Bakı şəhəri Yasamal rayonu X4 küçəsi bina 59 mənzil 237 ünvanında Arslan adlı şəxslə görüşərək onunla oral sekslə məşğul olmuşdur. Videoda olan şəxs o, özüdür, onunla əlaqədə olan şəxs də Arslandır. Arslan ilə həmin vaxtdan sonra görüşməmişdir, bildiyinə görə, o, hazırda Lüksemburqda yaşayır. Onun intim videoları yaşadığı evdə çəkilib, evlərinə kameranı Rafiq Gülümov quraşdırıb. İntim görüntüləri Rafiqdə olduğu üçün, həm də anası da ondan ayrıldığına görə, Rafiq açıqlı qalaraq paylaşıb. Həmçinin Rafiq anasının telefonuna gizli olaraq səs yazmaq üçün proqram da yükləyib və həmin proqram vasitəsilə anasının bütün səs yazıları onda vardır. 27 noyabr 2021-ci il tarixdə o və anası qohumları Səfərlə Xəzər rayon Polis İdarəsinə gəlmişlər ki, şikayət etsinlər. Həmin vaxt Xəzər RPİ-nin qarşısında olarkən onun “instaqram” sosial şəbəkəsində “xeberizlə” saytında intim videosunun paylaşılacağı barədə məlumat yayılmış, bu zaman yanında olan qohumu Səfərdən anası xahiş etmişdir ki, həmin səhifənin admininə yazsın ki, həmin videonu silsin, səhifənin admini videonu və yazıları silməsi üçün kart hesabını göndərmiş və videonun silinməsi üçün göndərdiyi kart hesabına 1000 (min) manat pul göndərmələrini tələb etmişdir. Onlar da həmin vaxt idarədə ərizə vermişlər ki, videonu paylaşan şəxsləri cinayət məsuliyyətinə cəlb etsinlər. Təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmaq fikri yoxdur və törətdiyi əməlinə uyğun ona müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Məhəmmədəli qızı göstərdi ki, təxminən 11 il bundan öncə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində toy mərasimində iştirak edən zaman təsadüfən X2 ilə tanış olmuş, onunla dostluq münasibəti yaranmışdır. Bir müddət sonra təxminən 10 ilə yaxın Rafiq Gülümovla qeyri-rəsmi olaraq münasibətdə olmuş, 5 ilə yaxındır ki, ayrılmışdır. Rafiqlə görüşdüyü müddət ərzində Rafiq ona məxsus olan Bakı şəhəri Yasamal rayonu X4 küçəsi bina 59 mənzil 237 ünvanında yerləşən evə onun xəbəri olmadan müşahidə kameraları quraşdırmış, onu onda olan lüt şəkilləri ilə şantaj edib ona yaşadığı mənzili və Rafiqdən 10000 manat müqabilində aldığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 12 sot torpaq sahəsini tələb etmişdir. Buna görə də o, Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Rafiq polislərə iltizam vermişdir ki, bir də onu narahat etməyəcəkdir. Təxminən 1 il keçdikdən sonra Rafiq ondan Yasamal RPİ-nə onun Rafiqin evini və bağını əlindən almağı barədə şikayət etmişdir. O, həmin şikayətlə əlaqədar Polis İdarəsinə getmiş, həmin vaxt polis əməkdaşı ona Rafiq Gülümovun onun evinə quraşdırdığı müşahidə kamerasına düşmüş qızı Vəfanın intim videolarını göstərmiş, o da bundan əsəbiləşərək qarşılıqlı ərizə vermiş, lakin onun işinə baxılmamış və bildirilmişdir ki, qızının intim videoları heç bir yerdə paylaşılmayacaqdır. Həmin söhbətdən sonra o, Rafiqi görməmiş, onunla heç bir münasibəti olmamışdır. Təxminən 2021-ci ilin iyul ayında “instaqram” sosial şəbəsi vasitəsilə onun “sadaqet.isgenderli.singerrr” profilinə “natavan” profilindən tanımadığı şəxs ona yazaraq bildirmişdir ki, Rafiq Gülümov onun və qızının intim videolarını həmin şəxsə sifariş edib ki, o, videoları yaysın. Yaymaması üçün ondan ev, bağ evi, qızıl-zinət əşyaları və obyekt tələb etmişdir. O, həmin şəxsdən Xəzər RPİ-nə və Yasamal RPİ-nə şikayət etmişdir. Bu günə kimi həmin şəxsin kimliyi müəyyən edilməmişdir. Hazırda onun və uşağının həyatı təhlükə altındadır. “Natavan” profilindən polisə şikayət edən ərəfədə ona profilin sahibi Leyla adlı qadının ***-***-**-** saylı nömrəsini yazaraq həmin nömrəyə zəng vurmağını və Rafiqin arvadı Leylanın onlarda olan intim videolarını paylaşacaqlarını bildirmişdir. Ona deyilmişdir ki, o, Leylaya desin ki, onlarla birlikdə Rafiq Gülümovdan şikayət etsinlər, şikayət etməsələr, onların videoları paylaşılacaqdır. O, Leylanın istifadəsində olan mobil telefona zəng vurub ona yazılanları sonuncuya demişdir. Leyla da demişdir ki, gedib polisə Rafiq Gülümovdan şikayət edəcəkdir. Həmin söhbətdən 3-4 gün keçəndən sonra Leyla onun istifadəsində olan mobil telefona zəng vuraraq harada olmağını soruşmuş və onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxt o, Maştağa qəsəbəsində toy mərasimində olmuş və olduğu yeri Leylaya demişdir. Təxminən saat 23 radələrində Leyla oraya tək gəlmiş və ona məxsus olan “Hyundai İX35” markalı avtomobilin arxa oturacağında əyləşərək ona demişdir ki, Rafiq Gülümov onları şantaj edir və videolarıları paylaşacaq, getsinlər Rafiq Gülümovdan şikayət etsinlər. Leylaya demişdir ki, o, dəfələrlə Rafiqdən şikayət etmişdir, heç bir yerə getməyəcək, gecə vaxtı hara şikayət etməlidir, Leyla isə ona demişdir ki, o gedib şikayət edəcəkdir. 17 noyabr 2021-ci il tarixdə “instaqram” sosial şəbəkəsi vasitəsilə “raforago 7257” profilindən “Mətanət İsgəndərlinin bacısı X1 Bekirovanın şəxsi videosu Sedaqət, qızı Vefa kişiləri şantaj etmiş, onlara obyekt, ev, villalar aldırmışlar, adını burda qeyd etmək istəmədiyi bir nüfuzlu şəxsin evini geri qaytarsınlar” lüt şəkilin üzərində yazı paylaşılmışdır. O, həmin yazını görən kimi Rafiqə zəng etmiş və ondan nə baş verdiyini soruşmuşdur. Rafiqə zəng vurmağının səbəbi o olmuşdur ki, onun və qızı Vəfanın intim videolarını Rafiq gizli olaraq çəkmiş, buna görə bilmişdir ki, videoları ancaq o yaya bilər. Rafiq də ona bildirmişdir ki, onun və qızının onda olan intim videolarını güya ki, Leyla onun noutbukundan oğurlamışdır. Videoları paylaşan və yazıları yazan Leyladır və onun Leyladan şikayət etməyini tələb etmişdir. O, “instaqram” sosial şəbəkəsində yazılan yazılara əhəmiyyət verməmiş, 24 noyabr 2021-ci il tarixdə saat 12 radələrində “instaqram” sosial şəbəkəsi vasitəsilə “bakobekooo” profilindən qızı Vəfanın yaşadığı evdə çəkilmiş intim videoları, onun bacısı ilə telefonla danışıqları olan səs yazısı qoyulmaqla paylaşılmışdır. Həmin video onun yaşadığı evdə aparılıb, videoya düşən qız da qızı Vəfadır, videogörüntünü Rafiq onun evinə gizli quraşdırdığı müşahidə kamerası vasitəsilə çəkmişdir. Rafiqdən ayrıldığı üçün, o, ondan açıqlı qalaraq həmin videonu paylaşmışdır. 27 noyabr 2021-ci il tarixdə o, Xəzər RPİ-nə gəlmişdir ki, şikayət etsinlər. İdarənin qarşısında olarkən qızının “instaqram” sosial şəbəkəsində “xeberizlə” saytında intim videosunun paylaşılacağı barədə məlumat yayılmış, həmin vaxt onun yanında olan qohumu Səfərdən xahiş etmişdir ki, həmin səhifənin admininə yazsın ki, həmin videonu silsin. Səhifənin admini videonu və yazıları silməsi üçün kart hesabını göndərmiş və videonun silinməsi üçün həmin karta 1000 manat pul göndərmələrini tələb etmişdir. O da həmin vaxt idarədə ərizə vermişdir ki, videonu paylaşan şəxsləri cinayət məsuliyyətinə cəlb etsinlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 27 noyabr 2021ci il tarixdə qohumu Şahid1 qızı ondan onunla birlikdə Xəzər rayon Polis idarəsinə getməsini xahiş etmişdir. Onlar oraya çatanda Sədaqətin qızına aid intim videogörüntülər “xeberizle” “instaqram” sosial şəbəkəsi vasitəsilə Mətanət İsgəndərlinin bacısı qızının 18+ intim videoların yayılıb-yayılmayacağı ilə bağlı sorğu keçiriləcəyi barədə şəkil qoyulmuş və “xeberizle” hesabının admini ilə danışmağını Sədaqıət ondan xahiş etmişdir. O, “xeberizlə” instaqram hesabının admininin +**********7 saylı mobil telefon nömrəsi ilə “Watsaap” sosial şəbəkəsi vasitəsilə danışmış və telefonda ondan həmin məlumatı silməsini xahiş etmişdir. Həmin şəxs isə “xeberizle” instaqram hesabından sözügedən məlumatın yayılmaması üçün 1000 manat pul istəmişdir. O, onunla harada və necə görüşə biləcəyini soruşmuş, həmin şəxs hazırda Vaşinqton şəhərində yaşadığını, sözügedən videonu 1000 manata aldığını və 1000 manat pulu **********950135 kart hesabına göndərmələrini bildirmişdir. Həmin şəxsə “Sizə video atan şəxs tutulub, əgər polisdə tutulan şəxs Sizə video atan şəxsdirsə, ondan özünüz pulu geri alarsınız” demiş, onun bu sözlərindən sonra “xeberizlə” hesabının admini ona yazmışdır ki, ona pul lazım deyil, Zərərçəkmiş şəxs intim videoları paylaşılacaqdır. Bundan sonra “xeberizlə” instaqram hesabından Şahid1 Mətanət İskəndərli ilə səs yazıları və Zərərçəkmiş şəxs intim görüntülərinin yayılacağı barədə skrinşot paylaşılmışdır ki, video paylaşılsın, ya yox. Bundan sonra o, onunla əlaqə saxlaya bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 qızı göstərdi ki, ünvan 1 ünvanında oğlu Cəmşid, qızı Zəhra, oğlu Şükür, Cəmşidin həyat yoldaşı Sevda, nəvələri – Cəmşidin uşaqları Cəmil və Dəniz ilə birlikdə yaşayır. O heç bir yerdə işləmir, rəhmətlik əri Cəmilin 260 manat əmək təqaüdünü alır. Təqaüdü “Kapital bank”dan alır, kart onun adına sənədləşdirilmişdir. Bundan başqa, “Kapital bank”a aid debit kartı var. **********950135 saylı hesab kartı ona məxsusdur. Onun instaqram sosial şəbəkəsində “baxıcıfəridə” adlı profili var, həmin profillə o, onlayn fala baxır, belə ki, şəxslər ona müraciət edib öz şəkillərini və doğum tarixlərini göndərirlər, o da videoçəkilişlə 15-20 manat müqabilində onların falına baxır. Fala baxdığı şəxslər ona aid olan debit kartına pul göndərirlər. Ondan başqa ailələrində oğlu Cəmşid də işləyir. Cəmşid “instaqram” sosial şəbəkəsi vasitəsilə açılmış “xeberizlə” saytının yaradıcısıdır. Həmin saytda oğlu müxtəlif xəbərlər və məlumatlar paylaşır. Zərərçəkmiş şəxs videosunun oğlu tərəfindən nə vaxt paylaşması barədə məlumatı olmamış, lakin onu Xəzər RPİ-nin əməkdaşları dindirməyə aparan zaman oğlu ona zəng vuraraq “pul məsələsi var, onu polislər karta görə aparırlar, Mətanət İskəndərlinin işinə görə” sözlərini işlətmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir körpə və bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 30 dekabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında şərəf və ləyaqətini alçaldan rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əməlakını tələb etməsi cinayətini törətməsi məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə torətdiyi cinayət əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, himayəsində bir körpə və bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağrlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu 02 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 02 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-95/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-95/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver