Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-95/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi ev 42-də qeydiyyatda olan və ünvan 2də yaşayan, barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1997-ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2də yaşayan, barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 27 aprel 2024-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Murad kafesinin qarşısında alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs qarşısını kəsərək onu heç bir əsaslı səbəb olmadan əlində olan idman çantasının zəncirbəndini düzəltdikdən sonra çantada hansı əşyaların olmasını onlara göstərməsi tələblərinə əməl etməkdən imtina etməsi bəhanəsi ilə mübahisə yaradaraq, hər ikisi Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər işlətməklə təhqir edib ələ salaraq yaratdıqları mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs baş nahiyyəsindən yumruqla iki dəfə vuraraq ona sağ göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyyənin, sol qulağın qançırları ilə müşayiət olunan bədən xəsarətləri yetirərək, eyni zamanda Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs sifət nahiyyəsindən əli ilə üç dəfə vuraraq sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyyənin, sağ alt göz qapağının əzilmiş yarası ilə müşayiət olunan bədən xəsarətləri yetirərək Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurması ilə müşayət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 27 aprel 2024-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Murad kafesinin qarşısında alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs qarşısını kəsərək onu heç bir əsaslı səbəb olmadan əlində olan idman çantasının zəncirbəndini düzəltdikdən sonra çantada hansı əşyaların olmasını onlara göstərməsi tələblərinə əməl etməkdən imtina etməsi bəhanəsi ilə mübahisə yaradaraq hər ikisi Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər işlətməklə təhqir edib ələ salaraq yaratdıqları mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs sifət nahiyyəsindən əli ilə üç dəfə vuraraq sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyyənin, sağ alt göz qapağının əzilmiş yarası ilə müşayiət olunan bədən xəsarətləri yetirərək eyni zamanda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs baş nahiyyəsindən yumruqla iki dəfə vuraraq ona sağ göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyyənin, sol qulağın qançırları ilə müşayiət olunan bədən xəsarətləri yetirərək, Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurması ilə müşayət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, təxminən 2-3 ildir ki, Təqsirləndirilən şəxs1 məhlə yoldaşı kimi tanıyır. Orxanı isə yaşadıqları qəsəbədən tanımışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində Nicat ilə birlikdə Binə qəsəbəsində yerləşən “Murad” kafesinə çörək yeməyə getmişdir. Yemək sifariş vermiş və özləri ilə gətirdikləri spirtli içkini də stolun üzərinə qoyaraq yeməklə içməyə başlamışlar. Saat 23 radələrində kafedən çıxan zaman kafenin həyətində olan stolların birində əyləşmiş Orxanı görmüşdür. Orxan yanında olan əl çantasının kilidi ilə əlləşdiyindən Orxana yaxınlaşaraq çantasını düzəltməyə kömək etmişdir. İçkili olduğundan Orxanın yanında olan çantanın içərisində nə olduğunu soruşmuş, Orxan ona bildirmişdir ki, “çanta mənim şəxsi əşyamdır, orada olanların sənə heç bir dəxli yoxdur”. Buna görə də onların arasında mübahisə yaranmışdır. Mübahisə əsnasında bir-birirlərini itələmişlər. Nicat həmin zaman onları sakitləşdirməyə çalışmışdır. Bu zaman Orxan onları təhqir etdiyindən Nicata Orxanın sifət nahiyyəsindən yumruqla vurmuşdur. Orxan yerə yıxılmış və duraraq çantasını da götürüb oradan getmişdir. Bir qədər sonra Orxanın onlara yaxınlaşdığını görmüşdür. Orxan onların yanına çatan kimi bıçaq çıxardaraq onun qarın hissəsindən vurmuşdur. Daha sonra isə Orxan icatın qol hissəsindən vurmuşdur. Əlavə olaraq Təqsirləndirilən şəxs2 etdiyi əməldən səmimi peşman olduğunu, vurulmuş maddi ziyanı ödədiklərini və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək verdiyi ifadəsində qeyd etdi ki, təxminən 2-3 ildir ki, Təqsirləndirilən şəxs2 tanıyır və onunla yoldaşlıq edir. Orxan adlı şəxsi isə anasını işlədiyi müəssisədə işə düzəltdiyinə görə münasibətləri yaranmışdır və Orxanla da münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində o, Əli ilə birlikdə Binə qəsəbəsində yerləşən “Murad” kafesində çörək yeməyə getmişdir. Kafedə əyləşərək yemək sifariş vermişlər və özləri ilə gətirdikləri spirtli içkini yeməklə içməyə başlamışlar. Saat 23 radələrində kafedən çıxan zaman kafenin həyətində olan stolların birində əyləşmiş Orxanı görmüşlər. İlk öncə Əli Orxanla söhbət etmişdir. Daha sonra o, çölə çıxdıqda Əli ona Orxanın söyüş söydüyünü dümişdir. Bundan əsəbləşərək Orxanı yumruqla vurmuşdur. Orxanla Əlinin dalaşmalarını görməmişdir. Sonra Orxan oradan çıxıb getmiş, bir qədər sonra qayıtmışdır. Orxan onların yanına çatan kimi bıçaq çıxardaraq Əlinin qarın hissəsindən vurmuşdur. O, da Orxanın yenə də sifət nahiyyəsindən əli ilə vurmuşdur. Bundan sonra Orxan onun qol hissəsindən bıçaqla vurmuşdur. Əlavə olaraq Təqsirləndirilən şəxs1 etdiyi əməldən səmimi peşman olduğunu, dəymiş maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Nicatı məhəllədə yaşayan kimi tanıyır, Əliylə isə tanışlığı yoxdur. 26 aprel 2024-ci il tarixdə işdən çıxıb evə gəlmişdir. Sonra işləri ilə bağlı işə apardığı çantasını götürüb evdən çıxmışdır. Saat 23 radələrində Binə qəsəbəsi, Bakavtomat yolunda yerləşən “Murad” kafensinin yanından keçəndə çantasının kəmərini düzəltmək üçün kafeyə tərəf gəlmişdir. Həmin vaxtı Əli onun yanına gəlmiş və çantasını düzəltməyə kömək ertmişdir. Bundan sonra Əli israrla çantasında nə olduğunu soruşmuşdur. O, isə çantasında olanın onun şəxsi işi olduğunu və heç kimə hesabat verməli olmadığını demişdir. Bundan sonra Əli ilə mübahisələri yaranmış və sonuncu onu vurmuşdur. Daha sonra Nicat onların yanına gəlmiş və Əliyə kömək edərək onu “təkləyərək” döymüşlər. Sonra o, Əli və Nicatın yanından uzaqlaşıb evinə getmişdir. Evə çatdıqdan sonra mətbəxdə olan bıçağı götürüb şalvarının cibində gizlətmiş, evdən çıxıb, həmin yerə qayıtmışdır. Həmin vaxt Əli və Nicat orada olmuşlar. Məqsədi Əli və Nicatı ona toxunmamalrı üçün qorxutmaq olmuşdur. Lakin içkili olduğundan bıçağı cibindən çıxarıb özündən aslı olmayaraq və istiqamətini seçmədən Əlini qarın nahiyyəsindən, sonra isə Nicatın qolundan vurmuşdur. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan ödənilmiş, və onlarla barışmışdır. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd etmişdir ki, təxminən 11 ay olar ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Murad” kafesində ofisant olaraq işləyirmiş. xx.xx.2024-cü il tarixdə 23:30 radələrində o, kafedə olan zaman müştəri olaraq əvvəllər tanıdığı Əli və Nicat adlı şəxslər çörək yeyib özləri ilə gətirdikləri araq qəbul etmişlər. Əli və Nicat yemək yeyib içən zaman kafedə onlardan əlavə heç bir müştəri yox imiş, işçilərdən də tək o, qalmışdır. Əli və Nicat yeyib içdikdən sonra Əli kafenin həyətinə çıxmış və həmin zaman orada olan Orxan özü ilə gətirdiyi çantasını düzəltmək istəyirmiş. O, Əlinin spirtli içki içdiyini bildiyindən Əlini xəbərdar eləmişdir ki, Orxanla işi olmasın. Bu zaman Əli Orxana yaxınlaşmış və Əli ilə Orxan görüşmüşlər. Bir azdan Əli geri qayıtmış və Orxan da Əli ilə birlikdə kafenin zalına daxil olmuşlar. Onlar üçü bir yerdə oturaraq söhbət etməyə başlamışlar. Təxminən 10 dəqiqədən sonra hər üçü kafeni birlikdə tərk etmişlər. O, Əli, Nicat və Orxanın kafeni tərk etməsindən sonra kafeni bağlayaraq çıxıb getmişdir. Əli, Nicat və Orxanın kafedən sonra hara getmələrindən xəbəri olmamışdır. Əli, Nicat və Orxanın işlədiyi kafedə olan zaman aralarında heç bir mübahisə və ya dava olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Zavodyolu adlanan ərazidə baş vermiş hadisə ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin 06 may 2024-cü il tarixli 379 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- sağ göz almasının ağlı qişasının qansızması, sol və sağ gözaltı nahiyyənin, sol qulağın qançırları, sağ alt göz qapağının əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə utyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar yüngül dərəcəli zərərvurmaya aiddirlər; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, iş üzrə hadisə yerinə baxış keçirilən zaman hadisə yerindən müşahidə kamerasından götürülmüş görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 02 ədəd videofayl vardır. Həmin videofayllar müvafiq olaraq VİDEO-2024-07-09 12:59:47 MP4 və VİDЕО-2024-07-09 13:00:03 MP4 adlıdır. DVS diskdə olan VİDEO-2024-07-09 12:59:47 MP4 adlı videofayla baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü cəmi 2 dəqiqə 39 saniyədir, görüntünün yuxarı hissəsində saat 00:51: 28-dir və görüntüdə hava qaranlıq olduğu görsənir, ətrafda iki nəfər şəxsin səndələyərək gedirlər və görüntünün 26-cı saniyəsində qaranlıqda yoxa çıxırlar görüntünün 1 dəqiqə 10-cu saniyəsində həmin səndələyən iki nəfər şəxs geri qayıdırlar, onlardan biri başında papaq olan əllərini açaraq çiynində çanta olan bir nəfər şəxsin qolundan tutaraq 2-ci şəxsin yanına gətirir, orada həmin papaqlı şəxs əl-qol hərəkətləri ilə çiynində çanta olan şəxsə nəsə izah edir, çiynində çanta olan şəxs çantanı yerə qoyur, bu zaman 2-ci şəxs çantalı şəxslə əl-qol hərəkətləri ilə sifət nahiyyəsindən itələyir, sonra isə boğazından tutur, bu zaman papaqlı şəxs də çantalı şəxsin qolundan tuturgörüntünün 1:46 saniyəsində 2-ci şəxs çantalı şəxin sifətindən əli ilə vurur, çantalı şəxs geri çəkilir, bu zaman papaqlı şəxs də səndələyərək onlariən yanından с̧əкиһг, 2-ci şəxs əli ilə çantalı şəxsin başından tutur və buraxdıqdan sonra əlindən tutur, papaqlı şəxs onlara yaxınlaşır, bu zaman çantalı şəxs dartınaraq onların yanından çəkilib yerdən çantasını götürür və hamısı birlikdə kameranin görüntüsündən yox olurlar. DVD diskdə olan VİDEO-2024-07-09 13:00:03 MP4 adlı videofayla baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü cəmi 2 dəqiqə 44 saniyədir, görüntünün yuxarı hissəsində saat xx-xx-2024 em 01:20:23-dür və görüntüdə hava qaranlıq olduğu görsənir, görüntüdə qapısı ја10216 olan yer və qarşısında 182 saylı saylı müntəzəm marşurut üzrə işləyən İsuzu markalı avtobus dayanmışdır, avtobusla tikili arasında 3 nəfər şəxs gəlir, onlardan ortada gələn şəxs əli ilə yalüzü çəkib bağlamaq istəyir, lakin 3-cü şəxslə söhbət edir, bu zaman avtobusun küçə tərəfdən yan hissəsindən bir nəfər şəxs onlara yaxınlaşır və əlindən axan qanı göstərərək nəsə deyir, görüntünün 1:46 saniyəsində isə papaqlı şəxs əlini qarnına tutaraq onlara yaxınlaşır və qarnını açaraq həmin şəxslərə göstərir. Zərərçəkmiş şəxs görüntüyə baxdıqdan sonra bildirdi ki, birinci görüntüdə olan papaqlı şəxs onu əli ilə vurub xəsarət yetirən Təqsirləndirilən şəxs2dur, səndələyən şəxs də onu əli ilə vurub xəsarət yetirən şəxs Təqsirləndirilən şəxs1dur, çiynində çanta olan şəxs isə özüdür. O. ikinci görüntüdə görsənən 3 nəfər şəxsi tanımadığını, lakin sonradan ora gələn qolundan qan axan şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, qarnını açıb göstərən şəxs isə Təqsirləndirilən şəxs2 olduğunu onları özü ilə evdən gətirdiyi bıçaqla vurduqdan sonra həmin yerə gəldiklərini bildirdi; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən tutulmuşdur; - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi əməkdaşları tərəfindən tutulmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur; - xx.xx.2024-cü il tarixli ittiham aktının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bıçaqla xəsarət yetirməsi ilə bağlı CM-nin 126.1-ci maddəsi ilə ittiham aktı tərtib edilərək təsdiq olunması üçün göndərilmişdir; - Ambulator Məhkəmə-psixatrik ekspertizasının 18 oktyabr 2024-cü il tarixli 3049 saylı rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı xroniki psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əml barəsində anlaqlı hesab olunmalıdır. 2. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. 3. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır; - Zərərçəkmiş şəxs tərəfindən məhkəmədə təqdim edilmiş ərizədən məlum olur ki, o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur; - xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü Hüseyn, xx.xx.2023-cü il təvəllüdlü Həsən - Təqsirləndirilən şəxs2 övladlarıdır; - AA ******* seriyalı və AA ******* seriyslı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Nihat, xx.xx.2023-cü il təvəllüdlü Nilay - Təqsirləndirilən şəxs1 övladlarıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını (CMM- 59.1.4), dəymiş maddi ziyanı ödəməsini (CM-59.1.13), zərərəkmiş şəxslə barışmasını (CM-59.1.12), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını (CMM- 59.1.4), zərərəkmiş şəxslə barışmasını (CM-59.1.12), dəymiş maddi ziyanı ödəməsini (CM-59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs kimi tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs kimi saxlanıldığı müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi götürülmüş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 23 saat vaxta görə 138 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-95/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-95/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver