Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-96/2021 04.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Dosti-zadə Oqtay Əlimuxtar oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2021-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20 radələrində özünə məxsus “Mersedes Benz 190” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla qayınatası Dosti-zadə Oqtay Əlimuxtar oğlunun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə arvadı X2 birgəyaşadığı evə aparmaq məqsədi ilə gələrək avtomaşınla fərdi yaşayış evinin həyətinə daxil olmuş, Otqay Dosti-zadə ona arvadının evə getdiyini bildirdikdən sonra o, Oqtay Dosti-zadəyə bir daha arvadını onun evinə göndərməyə icazə verməyəcəyini deməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəmnində aralarında sözlə mübahisə yaranmış, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə minib avtomobili işə salmış, bu zaman Oqtay Dosti-zadə ona təhdiredici ifadələr deyib yaxınlaşan zaman avtomobili irəliyə doğru hərəkətə gətirərək həmin vaxt açıq vəziyyətdə olan avtomobilin qabaq sol qapısı ilə Oqtay Dosti-zadənin sol qol nahiyyəsinə qəsdən vuraraq sonuncuya sol bazunun qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Bakubus” şirkətində sürücü vəzifəsində işləyir. Dosti-zadə Oqtay Əlimuxtar oğlunu tanıyır, onun qayınatasıdır. Lakin, onunla arasında əvvəllər bir neçə dəfə mübahisə və dava-dalaş olmuşdur. xx.xx.2020-ci il tarixdə arvadı Aida Əliyeva atasının evinə qonaq getmişdir. Aida ona deyib ki, işdən tez çıxsa Aidanı gəlib atasının evindən götürsün. Həmin gün o, işdən saat 19 radələrində çıxıb və Aidanı atasının evindən götürmək üçün idarə etdiyi “Mersedes Benz 190” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla qayınatasının Türkan qəsəbəsi, M.Maqomayev küçəsi 60 ünvanında yerləşən evinə getmişdir. Aidanın əlində yükü ola biləcəyini həmin yükü avtomaşının yük yerinə rahat yığmaq üçün evin həyət qapısnı açıb avtomaşını həyətə daxil etmişdir. Daha sonra Aidanı çağırmışdır. Lakin, həyətə qayınatası Oqtay çıxmış və Aidanın evə getdiyini bildirmişdir. Aidanın tək başına evə getməsi onu hirsləndirmişdir. Daha sonra Oqtaydan niyə xəstələndiyini soruşub və Aidanın deyil, Oqtayın öz arvadının ona qulluq etməli olduğunu, Aidanı bir daha onun evinə gəlməyə icazə verməyəcəyini bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Oqtayın ona qarşı təhqiredici sözlər deməsi onu əsəbləşdirmşdir. O, getmək üçün avtomaşına oturub və avtomaşını işə salmışdır. Bu zaman Oqtay ona yaxınlaşan zaman avtomaşına qaz verərək irəli sürüb və avtomaşının onun tərəfdən açıq olan qapısı ilə Oqtayın sol qol nahiyyəsindən qəsdən vurmuşdur. Avtomaşının qapısını özü açıq saxlayıb ki, həmin qapı ilə Oqtayı vursun. Oqtayı vurduqdan sonra həyətdən çıxaraq evə gedib və baş vermiş hadisə ilə bağlı Aidaya məlumat vermişir. Sonradan bilmişdir ki, Oqtay polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Dosti-zadə Oqtay Əlimuxtar oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Bəxtiyar onun kürəkənidir. Təqsirləndirilən şəxs qızı Aidanın əridir. Lakin Təqsirləndirilən şəxslə iki ildir ki, arasında ədavət var. Bəxtiyar içki aludəçisi olduğu üçün iki il əvvəl aralarında mübahisə düşüb və ədavət yaranmışdır. Bir neçə dəfə onunla Bəxtiyar arasında mübahisə və dava-dalaş olmuşdur. Lakin, həmin münaqişələr zamanı xəsarət almadığı üçün və qızı Aidanın ailəsi dağılmamasına görə polisə müraciət etməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə xəstələnib və yataqda yatmışdır. Həmin vaxt arvadı Xızı rayonuna qohumlarının evinə qonaq getmişdir. Evdə o, tək qalmışdır. Buna görə xx.xx.2020-ci il tarixdə saat 10 radələrində qızı Aidaya zəng edərək ondan xahiş etmişdir ki, onun yanına gəlib ona qulluq etsin. Aida razılaşıb və onun yaşadığı evə gəlmişdir. Aida həmin gün saat 19 radələrinə qədər ona qulluq etmişdir. Aida daha sonra əri Bəxtiyarın işdən gələcəyini və ona yemək hazırlamalı olduğunu bildirib və hazırlaşaraq öz evinə getmişdir, o isə evdə tək qalmışdır. Saat 20 radələrində qapının açıldığını və kürəkəni Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla evinin həyətinə daxil olduğunu görmüşdür. Təqsirləndirilən şəxs həyətdə avtomaşından düşdükdən sonra Aidanı çağırmışdır. O, həyətə çıxıb və Aidanın getdiyini bildirmişdir. Bundan sonra Bəxtiyar ondan niyə xəstələndiyini soruşub və arvadı Səmayənin harada olduğunu soruşmuşdur. O, Bəxtiyara soyuqladığını, arvadının isə Xızı rayonuna getdiyini bildirmişdir. Bəxtiyar ona deyib ki, “bir daha Aidanı evə çağırma, öz arvadın Səmayə sənə qulluq etsin”. O, Bəxtiyara deyib ki, “Aidada mənim qızımdır, niyə o gəlib getməməlidir?”. Bəxtiyar ona deyib ki, “Aida sənin qızın idi, indi isə mənim arvadımdır, mənə qulluq etməlidir, Aida bir daha sənin evinə gəlməyəcək, buna icazə verməyəcəyəm”. Bəxtiyar bu sözləri dedikdən sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Bəxtiyar yenidən avtomaşına oturub və avtomaşını işə salmışdır. Bəxtiyarın dediyi sözlər onu hirsləndirmişdir, Bəxtiyara cavab vermək üçün avtomaşınına yaxınlaşan zaman Bəxtiyar avtomaşına qaz verib və irəli sürmüşdür. Bu zaman həmin vaxt avtomaşının sol tərəfdə açıq vəziyyətdə olan qapısı ilə onun sol qol nahiyyəsindən vurub və avtomaşını sürərək həyətdən çıxıb getmişdir. Bundan sonra o, evə gəlmişdir. Həmin gün evdə heç kəs olmadığı üçün polis bölməsinə gedib şikayət ərizəsi yazmamışdır. xx.xx.2020-ci il tarixdə arvadı Səmayə rayondan qayıtdıqdan sonra 1-ci РŞnə gedərək ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs Dosti-zadə Oqtay Əlimuxtar oğlu ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1040 saylı rəyinə əsasən O.Ə.Dosti-zadənin bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazunun qançırı, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əziləməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, O.Ə.Dostizadənin bədənində aşkar olunmuş xəsarətlərin müayinə olunan göstərmiş olduğu şəraitdə törənməsi daha inandırıcıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərərçəkmiş şəxs Dosti-zadə Oqtay Əlimuxtar oğlu ilə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs Dosti-zadə Oqtay Əlimuxtar oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Bəxtiyar tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-in 83-ci maddəsinin 2-ci hissəsi və 23-1-ci maddəsi ilə əməyə mütləq cəlb olunmaqla şərti tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli amnistiya qərarına əsasən xx.xx.2018-ci il tarixdə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 03 saata görə 18 (on səkkiz) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X3 və Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-96/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-96/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver