Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-96/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X6nda nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla həmin evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla bilə-bilə həmin sənəddən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlaknını ələ keçirmək məqsədi ilə 19 iyun 2021-ci il tarixdə Abşeron rayonu X6 üzrə 09 dekabr 2000-ci il tarixli 21 saylı əmrlə Şahid1 qanuni istifadəsinə və sahibliyinə verilmiş Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən “46 saylı Laçın şəhər orta məktəbi”nin yaxınlığında yerləşən 0,03 ha torpaq sahəsinin özünə məxsus olması barədə Zərərçəkmiş şəxs yalan məlumat verərək eyni zamanda torpaq sahəsindən istifadə və sahiblik hüquqlarına malik olmasını göstərən, özünün istintaqa məlum olmayan vaxtda, yerdə və üsulla hazırladığı, saxta “Abşeron rayonu X6 üzrə 31 yanvar 2000-ci il tarixli əmrdən çıxarış” təqdim etməklə istifadə edib sonuncunu bu məlumatların doğruluğuna inandırmış və torpaq sahəsini 9000 manata Zərərçəkmiş şəxs sataraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzlq etmişdir, bundan sonra isə o, vahid niyyətlə əhatə olunan qəsdlə təkrarən istintaqa məlum olmayan vaxtda, yerdə və üsulla Zərərçəkmiş şəxs 0,03 ha torpaq sahəsinə sahiblik və sərəncam hüquqları verən saxta “Abşeron rayonu X6 üzrə 09 dekabr 2021-ci il tarixli 16 №-li əmrdən çıxarış” hazırlayaraq ona təqdim etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü məhkəmə iclasının əvvəlində təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 10 ildir ki, yaşadığı Binə qəsəbəsindən tanıyır, münasibətləri normaldır. O, Rafiqə heç bir torpaq sahəsi satmamış, ona verdiyi 19 iyun 2021-ci il tarixli etibarnamə xaricində heç bir sənəd verməmişdir. Rafiqin nəyə görə bu cür ifadə verməsi ona məlum deyildir. İstintaq materiallarına əlavə edimiş baxış keçirilən videogörüntüdə Rafiqin söhbətlərini video vasitəsilə qeydə aldığı ona məlum olmuşdur, həmin videogörüntüdə o cür danışmağının, yəni Rafiqə 9000 manat qarşılığında torpaq sahəsi satmağını bildirməyinin səbəbi odur ki, Rafiq torpaq sahəsini kimdən alması barədə ailə üzvlərinə cavab verə bilmədyini bildirib ondan bu cür video çəkəcəyini onun da bu formada danışmağını xahiş etmiş, o da onunla razılaşmışdır. Həmin videoda danışdıqları tamamilə uydurmadır, belə ki, o, Rafiqin xahişi əsasında elə demişdir. Rafiq ondan xahiş edərək onun Xəzər rayonu X6nda qeydiyyatında olduğuna görə ona bəzi işlərində kömək olması üçün bu cür etibarnamə lazım olduğunu bildirdiyinə görə o, Rafiqə bu formada etibarnamə vermişdir, lakin ona torpaq sahəsi satmamışdır. Rafiqin onun üzünə qarşı 19 iyun 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən torpaq sahəsinin ona aid olduğunu bildirərək 9000 manat qarşılığında satması və bu barədə etibarnamə verməsi ilə bağlı bildirdikləri yalandır, belə bir şey olmamışdır. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bilərək törətdiyi əməli etiraf etdi, peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayətinin və ya digər tələbinin olmadığını, eyni zamanda himayəsində bir azyaşlı uşağının olmasını göstərdi və bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, çox qısa müddətdir ki, torpağın alqı-satqısı ilə məşğul olur, bu sahədə təcrübəsi azdır. 2021-ci ilin iyun ayının əvvəllərində yaşadığı Binə qəsəbəsindən tanıdığı Təqsirləndirilən şəxs pula ehtiyacı olduğu üçün özünə məxsus olan Binə qəsəbəsində yerləşən, “Binə Aqro” istixanalarının və “46 saylı Laçın şəhər orta məktəbi”nin yaxınlığında yerləşən 0,03 ha torpaq sahəsini 9000 manata təcili satmaq istədiyini bildirmiş, o da Eminlə razılaşaraq 19 iyun 2021-ci il tarixdə onunla birlikdə həmin torpaq sahəsinə baxış keçirmişdir. Baxış zamanı Emin ona bu torpaq sahəsinin vəfat etmiş atası Akifin digər bir şəxsdən aldığını və adına sənədlərinin olduğunu, notarial qaydada həmin sənədlə bağlı ona etibarnamə verəcəyini, daha sonra isə bu torpaq sahəsini onun sənədləşdirib bu sənədi də ona təqdim edəcəyini bildirmşdir. Torpaq sahəsində təxminən 90 kvadrat metr ölçüdə müxtəlif tərəflərdən təxminən bir-iki metr hörülmüş yarım tikili olmuşdur. Emin həmin tikilinin də özünə məxsus olduğunu, tikilinin dəyərinin də 9000 manata daxil olduğunu bildirmişdir. Beləliklə, Eminlə razılaşıb həmin yerdə tanışı Ziyəddinin yanında Eminə 9000 manatı verdikdən sonra onlar birlikdə Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinə getmişlər. Orada Emin bütün əmlakı üzərində onun sərəncam verməsinə və digər hərəkətləri etməsinə dair etibarnamə vermiş və həmin torpaq sahəsinin özünün adına olduğunu göstərən “Abşeron Rayon X6 Üzrə 31 yanvar 2000-ci il tarixli 01 saylı ƏMR”dən çıxarışın surətini təqdim etmişdir. Emin torpağı onun adına sənədləşdirəcəyini də vəd edərək bu məqsədlə onun şəxsiyyət vəsiqəsini almışdır. Bir neçə gün sonra Emin onun şəxsiyyət vəsiqəsini və göstərilən torpaq sahəsinin onun adına olduğunu təsdiq edən – “Abşeron Rayon X6 Üzrə 09 dekabr 2000-ci il tarixli 16 saylı əmrdən ÇİXARİŞ” verərək bu sənədi Bələdiyyədə olan tanışlarının əli ilə qanuni formada hazırlatdığını bildirmişdir. Bundan təxminən bir həftə sonra Binə qəsəbəsində tanıdığı Şahid2 ona Binə qəsəbəsində torpaq sahəsi almaq istədiyini bildirmişdir. O, Raminə həmin torpaq sahəsini göstərərək torpağı Təqsirləndirilən şəxs aldığını, Eminin bu torpağı onun adına sənədləşdirdiyini bildirmiş, bundan sonra o, Raminlə 14000 manata razılaşmışlar. 26 iyun 2021-ci ildə Ramin zəng edib rayona getdiyini demiş və pulu vermək üçün özünün adından onunla dostu olan Elgiz Məlikovun görüşəcəyini bildirmişdir. Elgiz 14000 manatı ona çatdırdıqdan sonra, o, torpaq sahəsi ilə bağlı 35 saylı notariat ofisində Elgizə etibarnamə vermişdir. Bundan bir müddət sonra Ramin onunla əlaqə yaradaraq Şahid1 adlı bir şəxsin torpaq sahəsinə gəldiyini və həmin torpaq sahəsinin özünə məxsus olduğunu iddia etdiyini bildirmişdir. O, bununla bağlı Eminlə danışdıqda Emin Şahid1 dediklərinin uydurma olduğunu, torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Bu məsələ ilə bağlı o, tanışı Xəlillə birlikdə kafelərin birində Eminlə görüşərkən özünün mobil telfonu vasitəsi ilə Eminlə aralarındakı söhbətin videosunu çəkmişdir. Həmin söhbət zamanı Emin sözügedən torpaq sahəsini əvvəl atasının Yengiar adlı bir şəxsdən aldığını bildirmişdir. O isə torpağa sahiblik iddia edən bir nəfər şəxsin ortaya çıxdığını söylədikdə Emin bunun yalan olduğunu söyləmişdir. Lakin həmin ərəfədə o, özü bir qədər araşdırma aparıb sözügedən torpaq sahəsinin həqiqətən Şahid1 məxsus olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs bu əməlləri nəticəsində ona 9000 manat maddi ziyan dəymiş, lakin həmin ziyan hazırda tamamilə ödənilmişdir. Buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən o, ifadəsində göstərdiklərini bir daha onun üzünə qarşı da deyərək təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onların arasında torpaq-alqı satqısı olmasından məlumatı vardır. Belə ki, o, 2021-ci ilin iyun ayında səhər saatlarında Binə qəsəbəsi Südçülük sovxozunda torpaq sahəsində Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin özünə məxsus olduğunu və sənədi olduğunu deyərək bu sənədi Rafiqə göstərməsinin, torpağı Rafiqin adına sənədləşdirəcəyini və bu barədə ona sənəd təqdim edəcəyini vəd etməsinin və Rafiqin Eminə 9000 manat pul verməsinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla videoçəkilişi aparılmış söhbətinin şahidi olmuşdur. Onların arasında həmin torpaq sahəsi ilə bağlı normal söhbət getmiş, daha sonra Rafiq Eminin xahişi ilə bu söhbəti telefon vasitəsilə qeydə almağa başlamışdır. Eminin telefon vasitəsilə edilən videoçəkiliş zamanı torpaq sahəsinin Rafiqə 9000 manat qarşılğında satmasını bildirməsini guya Rafiqin xahişi əsasında etməsini bildirməsi həqiqətə uyğun deyildir, çünki Rafiq Emindən bu cür xahiş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, 2021-ci ilin iyun ayında torpaq alqı-satqısı ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs Binə qəsəbəsində 3 sot torpaq sahəsi almaq istədiyini bildirmişdir. 25 iyun 2021-ci il tarixdə saat 15 radələrində Rafiq ona Binə qəsəbəsi Hövsan Südçülük savxozunda yerləşən “Binə Aqro” istixanalarının yaxınlığında 3 sot torpaq sahəsini göstərib bu torpaq sahəsinin özünə məxsus olduğunu deyərək ona 13500 manata təklif etmişdir. O, razılaşıb beh olaraq Rafiqə 1500 manat pul ödəmişdir. Həmin gün axşamı Rafiq onunla əlaqə yaradaraq digər bir şəxsin bu torpağa görə 14000 manat pul vermək istədiyini deyib, onunla razılaşdıqları qiyməti qaldırmış, o da 14000 manat verməyə razı olduğunu bildirmişdir. Növbəti gün, yəni 26 iyun 2021-ci il tarixdə özü rayona getməli olduğuna görə tanışı X5 ilə Rafiqə 6500 manat pu göndərib və Rafiqdən torpaqla bağlı Elgizə etibarnamə verməsini istəmişdir. Beləliklə, Binə qəsəbəsində yerləşən notariat kontorunda Rafiq Elgizə torpaq üçün etibarnamə vermiş, bunun müqabilində 6500 manat pul almışdır. Rafiq Elgizə torpaq üçün özünün adına verilmiş “Abşeron rayon X6 üzrə 09 dekabr 2000-ci il tarixli 16 №-li əmr”dən Çıxarış da vermişdir. Ödəməli olduğu pulun 6000 manatını isə 28 iyun 2021-ci il tarixdə saat 16 radələrində tanışı Vüsalın iştirakı ilə Rafiqin Binə qəsəbəsində yerləşən ofisində ona vermişdir. Təxminən bir ay sonra həmin torpaq sahəsində tikinti işlərinə başlamış, bu zaman əvvəlcə torpaq sahəsində olan 4 daş üzərində təxminən 90 kvadrat metrlik tikilini sökmüş və yeni bina inşa etdirməyə başlamışdır. Cari ilin sentybar ayının əvvəllərində adı ona sonradan məlum olan Etibar adlı şəxs oraya gələrək həmin torpaq sahəsinin özünə məxsus olmasını bildirmiş, o da Rafiqə zəng edib yanlarına çağırmış və məsələni aydınlaşdırmasını istəmişdir. Bu zaman Rafiq Etibara torpaq sahəsini Emin adlı şəxsdən aldığını bildirmişdir. O, Etibardan sənədlərini gətirməsini istəyərək bu məsələni aydınlaşdıracaqlarını bildirsə də, Etibar heç bir sənəd təqdim etməmiş, sonra isə ona məlum olmuşdur ki, Etibar bu məsələ ilə bağlı polisə müraciət etmişdir. Hal-hazırda həmin topraq sahəsində özünə ev tikir, torpaq sahəsinə görə Rafiqə verdiyi 14000 manatdan başqa tiknti işlərinə 17000 manat əlavə xərcləmişdir. 18 sentyabr 2021-ci il tarixdə dostu Elgiz Məlikov həmin topraq sahəsini etibarnamə ilə ona vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 20 ildən çoxdur ki, Binə qəsəbəsində “46 saylı Laçın şəhər orta məktəbi”nin yaxınlığında ona məxus 0,03 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində təxminən 10-15 il bundan təxminən 90 kvadrat metrlik yarımçıq tikili inşa etdirmiş, sonradan imkanı olmadığından tikintini davam etdirə bilməmişdir. Sözügedən torpaq sahəsinin ona məxsus olmasını həmin ərazidə yaşayan hamı bilir. Bir neçə ay bundan öncə adı ona sonradan məlum olan Şahid2 adlı şəxsin onun torpaq sahəsində tikinti işləri apardığını görüb bu məsələ ilə maraqlandıqda Ramin torpağı Zərərçəkmiş şəxs adlı şəxsdən aldığını bildirmişdir. O, Rafiqlə əlaqə saxlamağa çalışsa da, bu, mümkün olmamış və Rafiq onun çağırışlarına gəlməmişdir. Ramindən tikintini dayandırmasını tələb etdikdə Ramin bildirmişdir ki, torpaq sahəsinə görə pul ödəyib aldığına görə tikintini dayandırmaq fikri yoxdur. Daha sonra ona məlum olmuşdur ki, Rafiq həmin torpaq sahəsini saxta sənəddən istifadə etməklə satmışdır. Rafiqin bu əməlləri nəticəsində ona 30000 manat maddi ziyan dəymişdir. Həmin topaq sahəsinin ona məxsus olduğunu X4, Şahid7, Şahid6, onun torpağında tikinti aparan Qədim adl usta və digər şəxsləri təsdiq edə bilərlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, Şahid1 təqribən 11- 12 ildir ki tanıyır, belə ki, 2010-ci ilin payız aylarında Etibar Binə qəsəbəsi “Binə Aqro” istixanalarının yaxınlığında yerləşən 0,03 ha torpaq sahəsində ev tikdirmək istədiyini ona bildirərək tikinti işlərini ona həvalə etmişdir. Sonra Etibar oraya təxminən 10 maşın mişar daşı tökdürmüşdür. O, vəfat etmiş atası Çingiz Xıdırov və qohumu Nəbi Mirzəyev ilə birlikdə orada tikinti işləri görüb təxminən 2 ay ərzində təqribən 100 kvadrat metr sahəsində (10m x 10 m) tərəfləri təqribən 3 metr, 3 metr, 2 metr, 2 metr hündürlüyündə divar hörmüşlər. Daha sonra, yəni 2010-cu ilin sonlarında Etibarın maddi vəziyyəti ilə əlaqədar tikinti dayandırılmışdır. Təxminən 2-3 ay bundan əvvəl məlum olmuşdur ki, həmin torpaq sahəsinin kimə məxsus olması ilə bağlı müəyyən mübahisələr yaranmışdır. O, vicdanlı bir vətəndaş kimi bildirir ki, həmin torpaq sahəsi Şahid1 məxsusdur, onun torpaq sahəsində tikilisi olmuşdur, bu tikilini o tikmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6, Şahid7 və Şahid8 da şahidlər Şahid1 və Şahid5 ifadələrinə oxşar, eyni məzmunlu ifadələr verərək onların göstərdikləri xüsusatları təsdiq etdilər. İş materiallarından görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs tərəfindən verildiyini bildiriərək təqdim etdiyi 01 vərəqdən ibarət sənədə baxış keçirərkən müəyyən edilmişdir ki, sənəd “Abşeron Rayon X6 Üzrə 09 dekabr 2000-ci il tarixli 16 №-li əmr”dən Çıxarışdır. Çıxarışda ardıcıl olaraq qeyd olunur: “Abşeron Rayon X6 Üzrə 09 dekabr 2000-ci il tarixli 16 №-li əmr”dən Çıxarışdır. Abşeron rayon İcra Hakimiyyətinin 22 avqust 200-ci il tarixli 171 №-li sərəncamı, X6 həmkarlar komitəsinin 08 dekabr 200-ci il tarixli 21 №-li protokoluna əsasən əmr edirəm, Sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, Fərdi ev tikmək üçün ərizə ilə müraciət edən Zərərçəkmiş şəxs 0,03 hektar fərdi ev tikmək üçün torpaq sahəsi ayrılsın. Sovxozun direktoru V.H.Alkərəmov, əmri hazırladı H.K.Sədri M.Ə.Xəlilov, ştamp (möhür) üzərində imza, 09 dekabr 2000-ci il tarixli 16 №-li əmrdən çıxarış əsli ilə düzdür”. İş materiallarından görünür ki, qeyd edilən sənədə ibtidai istintaq zamanı baxış keçirilərkən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin sənədi ona Emin adlı şəxs ona satdığı Binə qəsəbəsi “Binə Aqro” istixanalarının yaxınlığında yerləşən torpaq sahəsinə görə vermişdir və o, həmin sənədi torpaq sahəsini etibarnamə ilə Şahid2 satdıqda ona vermişdir və həmin sənəd müqabilində ona həmin 0,03 ha torpaq sahəsi üçün etibarnamə vermişdir. İş materiallarından görünür ki, istintaq zamanı Raifq Səfərov tərəfindən təqdim edilmiş bir ədəd CD diskə köçürülmüş videogörüntüyə baxış keçirilərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sonuncunun 0,03 ha ölçüdə torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək həmin torpaq sahəsini 9000 manata ona satmış olduğunu soruşduğu və Emin Cəbraylovun bunların doğru olduğunu təsdiq etməsi müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsin aralarındakı alqı-satqısına və bu zaman Emin Cəbraylovun torpaq sahəsinin özünə məxsus olduğunu bildirməklə ondan 9000 manat pulu aldığını təsdiq etdiyi söhbətin videogörüntüsü köçürülmüş bir ədəd disk, X9 Səfərovu torpaq sahəsinin ona məxsusluğuna inandırması üçün təqdim etdiyi 31 yanvar 2000-ci il tarixli 01 №-li əmrdən çıxarış, 09 dekabr 2000-ci il tarixli 16 №-li əmrdən çıxarış iş üzrə mühim sübut əhəmiyyəti kəsb etdiklərinə görə iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmaları nəzərə alınmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 30 mart 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, bunun nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla bilə-bilə həmin sənəddən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasının sonunda törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda aylıq qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla islah işləri cəzası təyin edilməli, CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin 02 (iki) günü azadlığın məhdudlaşdırılmasının 01 (bir) gününə bərabər tutulmaqla azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 maddələsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 14 dekabr 2021-ci il tarixdə cinayət işinin materialları CM-nin 178.2.4, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmiş, 15 dekabr 2021-ci il tarixdə isə ona həmin maddələrlə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X6nda nömrəsiz fərdi evdə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsini aralarındakı alqı-satqısına və bu zaman Emin Cəbraylovun torpaq sahəsinin özünə məxsus olduğunu bildirməklə ondan 9000 manat pulu aldığını təsdiq etdiyi söhbətin videogörüntüsü köçürülmüş bir ədəd disk, X10 Səfərovu torpaq sahəsinin ona məxsusluğuna inandırması üçün təqdim etdiyi 31 yanvar 2000-ci il tarixli 01 №-li əmrdən çıxarış, 09 dekabr 2000-ci il tarixli 16 №-li əmrdən çıxarış hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarında olan Xəzər RPİ-nin İŞ-nin müstəntiqinin 22 dekabr 2021-ci il tarixli Mülki iddiaçı və mülki iddiaçının nümayəndəsi qismində tanınma haqqında Qərarından görünür ki, Şahid1 ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış (bax: i/v 127), lakin Şahid1 ibtidai istintaq zamanı yazılı iddia ərizəsi ilə istintaq orqanına müraciət etməmişdir. Məhkəmə baxışı zamanı Şahid1 07 fevral 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və X1 əməlləri nəticəsində ona 30000 (otuz min) manat maddi ziyan dəydiyini göstərmiş və ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. Lakin izah olunmasına baxmayaraq, o, məhkəmə baxışı zamanı da müvafiq məbləğdə rüsum ödəməyərək mülki qanunvericiliyin tələblərinə uyğun forma və məzmunda tərtib edilmiş iddia ərizəsi, həmçinin, sözügedən torpaq sahəsinin onun mülkiyyətinə, qanuni istifadəsinə və sahibliyinə verilməsi barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. İş materiallarından göründüyü kimi, Şahid1 iş üzrə zərərçəkmiş şəxs kimi tanınmamışdır, lakin şahid qismində dindirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Şahid1 mülki iddiaçı kimi tanındıqdan sonra iddia ərizəsi verməmişdir və cinayət prosesində onun mülki iddiaçı vəziyyətində qalmasına əsaslar yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 89.3-cü maddəsinə əsasən Şahid1 cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 20 iş zaatına görə 120,00 (bir yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 19 iş saatına görə 114,00 (bir yüz on dörd) manat olmaqla, ümumilikdə 234,00 (iki yüz otuz dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356-358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 15% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 15% məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin 02 (iki) günü azadlığın məhdudlaşdırılmasının 01 (bir) gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 15% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə, Azərbaycan Respublikası CM-nin 320.2ci maddəsi ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 15% məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası isə 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X6nda nömrəsiz fərdi ev ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsini aralarındakı alqı-satqısına və bu zaman Emin Cəbraylovun torpaq sahəsinin özünə məxsus olduğunu bildirməklə ondan 9000 manat pulu aldığını təsdiq etdiyi söhbətin videogörüntüsü köçürülmüş bir ədəd disk, X10 Səfərovu torpaq sahəsinin ona məxsusluğuna inandırması üçün təqdim etdiyi 31 yanvar 2000-ci il tarixli 01 №-li əmrdən çıxarış, 09 dekabr 2000-ci il tarixli 16 №-li əmrdən çıxarış hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası CPM-nin 89.3-cü maddəsinə əsasən Şahid1 cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 120,00 (bir yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 114,00 (bir yüz on dörd) manat olmaqla ümumilikdə 234,00 (iki yüz otuz dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-96/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-96/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver