Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-98/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X10 və onun nümayəndəsi və vəkili Müdafiəçi2, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X11 və onun müdafiəçisi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə 01 dekabr 1970-ci il tarixdə Masallı rayonunun Qəzvinoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan– - X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında materiala Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X22 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X11 Azərbaycan Respublikasını CM-nin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrlə nəzərdə tutulan hədlər daxilində cəza təyin edilməsini və barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X22 ərizəsini onunla əsaslandırmışdır ki, X23 onun barəsində mənfi rəy yaradılması məqsədi ilə "Space" TVnin efirində Amil Xəlilin aparıcılığı ilə birbaşa efirə gedən "Gəl danış” proqramında onun barəsində həqiqətə uyğun olmayan və onun şərəf və ləyaqətini ləkələyən fikirlər ifadə edərək ümumrespublika səviyyəsində yaymışdır. Belə ki, X23 03 noyabr 2022-ci il tarixdə "Space" TV-nin efirində Amil Xəlilin aparıcığı ilə birbaşa efirə gedən "Gəl danış" proqramında onun barəsində "çəkir, içir, butulkaları qonşunun həyətinə atır, 2017-ci ildə gecə vaxtı onların evinə 4-5 nəfərlə hücum edib qoca anasına ağır bədən xəsarətləri yetirmişəm" və s. fikirlər ifadə etmişdir. Həmçinin onun barəsində dəfələrlə əsassız olaraq yalan məlumatlar yayaraq şikayətin məzmununda şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymışdır. Müxtəlif təşkilatlara etdiyi şikayətlər ayrı-ayrı orqanlar tərəfindən araşdırılmış və beləliklə, yaydığı məlumatlar qeyri-müəyyən şəxslər dairəsini əhatə etmişdir. Həmçinin 14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında "Youtube" kanalı olan "Kanal 11" TV-yə verdiyi müsahibəsində onun barəsində, “cinayət törətmiş şəxs, ailəliklə türmədə yatmış şəxs, terrorist” və sair fikirlər ifadə etməklə onun barəsində yalan olduğunu billə-bilə və şərəf və ləyaqətini ləkələyən məlumatları kütləvi çıxışı ilə yaymışdır. Beləliklə, Rədifə Əliyevanın onun barəsində həm kütləvi informasiya vasitəsi olan "Space" TV-də ifadə etdiyi fikirlər və həm də barəsində yazdığı əsassız şikayətlərdə ifadə olunmuş həmin fikirlər həqiqətə uyğun olmayan fikirlər olmaqla onun şərəf və ləyaqətini ləkələmək məqsədi ilə ifadə olunmuşdur. Yekun olaraq X14 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək həmin maddələrdə nəzərdə tutulmuş hədlər daxilində cəza təyin edilərək barəsində ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Xüsusi ittiham qaydasında şikayət verən şəxs X22 şikayəti müdafiə edərək Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X11 Azərbaycan Respublikasının CM-nin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrlə nəzərdə tutulan hədlər daxilində cəza təyin edilməsini və barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X23 özünü təqsirli bilməyərək göstərdi ki, şikayətdə qeyd olunanları qəbul etmir. Belə ki, o, 1992-ci ilin avqust və sentyabr aylarında Ağdərə rayonunun Kasapet, Drambon və Çıldıran yüksəkliklərinin alınması uğrunda gedən döyüşlərdə düşmənin 70 canlı qüvvəsini və 3 tankını məhv edərək yaralanıb itkin düşəndən sonra Şəhid adı verilən X15 bacısıdır. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X22 atası X12 1947-ci ildən ana nənəsindən miras qalmış və 1987-ci ildə adına sənədləşdirilərək istifadəsində olan 22 sot torpaq sahəsini Masallı rayonunun Türkoba Bələdiyyəsinin və İcra Nümayəndəliyinin vəzifəli şəxslərinin havadarlığı ilə qanunsuz olaraq mənimsəmək məqsədilə 2014-cü ildən başlayaraq bütün ailə üzvlərini təqiblərə və işgəncələrə məruz qoymuşdur. Anası X3 anasıdır. Masallı rayonunun Türkoba kəndində atası Fazil Əliyevin anasından ona miras qalmış mənzildə 65 ildən coxdur ki, 11 baş ailə üzvləri ilə birlikdə yaşayırlar, daha doğrusu, 2014-cü ilə qədər yaşamışlar. Çünki, Masallı RİH-nin Türkoba inzibati ərazi üzrə nümayəndəliyinin rəhbərliyi və Türkoba Bələdiyyəsinin rəhbərliyi tərəfindən Şəhid anası olan anasının yaşadığı evin yerləşdiyi 22 sot torpaq sahəsinin 14 sotunu 1977-ci ildə Bakı şəhərində anadan olan, həmişə də Bakıda yaşayan, kəndlə heç bir əlaqəsi olmayan X2 üçün həmin torpaq sahəsində olan mənzili onunla əlbir olaraq 2014-cü ildə vəhşicəsinə sökərək viran etmişlər. Dəhşətlisi odur ki, Sabit Əliyev evlərini Şəhid anası olan anası Xədicə Əliyevanın gözü qarşısında sökmüş və ona xəbərdarlıq etmişdir ki, “mən söküntünün razılığını aidiyyəti dövlət orqanlarından almışam, səsini çıxarsan səni və bütün ailə üzvlərini məhv edəcəyəm”. Daha dəhşətlisi odur ki, 3-4 fəhlə ilə evlərini sökən Sabit Əliyev evlərinin bütün yararlı materiallarını onların qonşuluğunda yaşayan nənəsinin həyətinə daşımış və həmin materiallardan təndirlə çörək bişirmək üçün yardımçı bina tikmişdir. Səhhətində ciddi problemlər olan Şəhid anası olan X31 Əliyev tərəfindən dəfələrlə fiziki zor tətbiq edilərək ölümcül hala salınmışdır. Hal-hazırda da Sabit Əliyev tərəfindən 2021-ci ildə sağ ayağına vurulan zərbələr nəticəsində diz nahiyəsindən aldığı ciddi zərbələrdən əziyyət çəkir. O, 03 noyabr 2022-ci il tarixdə "Space" TV-nin efirində Amil Xəlilin aparıcığı ilə birbaşa efirə gedən "Gəl danış" proqramında anasının adından iştirak etmiş və Sabit Əliyevin barəsində həmin ifadələri işlətmişdir. Çünki, onların başına oyun gətirmişlər, bəs dərdini harada danışsın, kimə desin? Həm də, o, Sabit Əliyevə terrorist deyəndə yaşadıqları mənzilin vəhşicəsinə sökülməsini nəzərdə tutmuşdur. İşin faktiki halları nəzərə alındıqda terrorist kəlməsi onun hərəkətlərini ifadə edir. X32 Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilərək 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə Sabit Əliyev hökm üzrə ona təyin edilmiş həmin cəzadan azad edilmişdir. Bundan başqa, X32 Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 03 saylı xx.xx.2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvì nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Bir daha bildirir ki, o, Sabit Əliyevin ünvanına heç bir böhtan və təhqiramiz ifadə işlətməmişdir, şikayəti qəbul etmir, əməlində cinayət tərkibi yoxdur, özünü təqsirli bilmir. Bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-linqvistik ekspertizasının 20 noyabr 2023-cü il tarixli 4/1722 saylı rəyindən görünür ki, 03 noyabr 2022-ci il tarixdə “Spase” TV-nin efirində Amil Xəlilin aparıcılığı ilə birbaşa efirə gedən “Gəl danış” proqramında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 xüsusi ittiham qaydasında şikayət vermiş X10 barəsində dediyi “çəkir, içir, butulkaları qonşunun həyətinə atır, 2017-ci ildə gecə vaxtı onların evinə 4-5 nəfərlə hücum edib qoca anasına ağır bədən xəsarətləri yetirmişdir” və digər fikirlər, həmçinin 14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında “Youtube” kanalı olan “kanal 11” TV-yə verdiyi müsahibəsində dediyi “cinayət törətmiş şəxs, ailəliklə türmədə yatmış şəxs, terrorist” və digər fikirlər şərəf və ləyaqəti ləkələyən məlumatlar hesab olunur. Həmin ifadələr arasında şəxsiyyəti, şərəf və ləyaqəti nalayiq formada alçaldan ifadələr müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150,00 (bir yüz əlli) manatdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı RİH Hövsan qəsəbə İƏD nümayəndəliyi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli 2838 saylı Arayışdan görünür ki, X4 rayonu Hövsan Südçülük sovxozu ev 83 ünvanda qeydiyyatda olmaqla yaşayır və ailə üzvləri qızı – 2012-ci il təvəllüdlü X20 və anası – 1940-cı il təvəllüdlü X6 ibarətdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 002965 saylı Vəsiqənin surətindən görünür ki, X3 anasıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər RİH Binə qəsəbə İƏD nümayəndəliyi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, X11 barəsində Binə İƏD üzrə nümayəndiliyinə hər hansı xoşagəlməz hallar haqqında heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 himayəsində xx.xx.2012-ci il təvəllüdlü X20 adlı yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26 dekabr 2023cü il tarixli tələbnamədən görünür ki, X23 əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)- 10/2023 saylı hökmündən görünür ki, X23 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)-1219/2023 saylı qərarından görünür ki, Bakı şəhər Probasiya İdarəsinin təqdimatı təmin olunaraq X17 Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)-10/2023 saylı hökmü ilə təyin edilmiş 360 (üç yüz altmış) saat ictimai işlər cəzası 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(103)-32/2024 saylı qərarından görünür ki, məhkum X23 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)-1219/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən X11 məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X23 tərəfindən Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, X11 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, onun hərəkətlərində CM-nin 147.2-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə, qeyd edir ki, məhkəmə-linqvistik ekspertizasının 20 noyabr 2023-cü il tarixli 4/1722 saylı rəyində göstərildiyi kimi, 03 noyabr 2022-ci il tarixdə “Spase” TV-nin efirində Amil Xəlilin aparıcılığı ilə birbaşa efirə gedən “Gəl danış” proqramında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 xüsusi ittiham qaydasında şikayət vermiş X10 barəsində dediyi “çəkir, içir, butulkaları qonşunun həyətinə atır, 2017-ci ildə gecə vaxtı onların evinə 4-5 nəfərlə hücum edib qoca anasına ağır bədən xəsarətləri yetirmişdir” və digər fikirlər, həmçinin 14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında “Youtube” kanalı olan “kanal 11” TV-yə verdiyi müsahibəsində dediyi “cinayət törətmiş şəxs, ailəliklə türmədə yatmış şəxs, terrorist” və digər fikirlər şərəf və ləyaqəti ləkələyən məlumatlar hesab olunur. Həmin ifadələr arasında şəxsiyyəti, şərəf və ləyaqəti nalayiq formada alçaldan ifadələr müəyyən olunmuşdur. Ona görə də məhkəmə X11 əməlində Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsinin tərkibinin olması ilə də razılaşmır və hesab edir ki, həmin fikirlərdə böhtan cinayətinin tərkibinin olması sübuta yetirilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, 03 noyabr 2022-ci il tarixdə “Spase” TV-nin efirində Amil Xəlilin aparıcılığı ilə birbaşa efirə gedən “Gəl danış” proqramında və 14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında “Youtube” kanalı olan “kanal 11” TV-yə verdiyi müsahibəsində barəsində şikayət verilmiş şəxs X1 fikirlərdə X22 ağır və xüsusilə ağır cinayətdə ittiham edilməyərək ona böhtan atılmamışdır. 03 noyabr 2022-ci il tarixdə “Spase” TV-nin efirində Amil Xəlilin aparıcılığı ilə birbaşa efirə gedən “Gəl danış” proqramında və 14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında “Youtube” kanalı olan “kanal 11” TV-yə verdiyi müsahibəsində səsləndirilmiş fikirlərə münasibətdə qeyd olunan hal ekspert rəyi ilə də təsdiq edilmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, 03 noyabr 2022-ci il tarixdə “Spase” TV-nin efirində Amil Xəlilin aparıcılığı ilə birbaşa efirə gedən “Gəl danış” proqramında və 14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında “Youtube” kanalı olan “kanal 11” TV-yə verdiyi müsahibəsində barəsində şikayət verilmiş şəxs X1 fikirlərdə böhtan cinayətinin tərkibi olmamış və sübuta yetrilməmişdir. Məhkəmə hesab edir ki, X11. 03 noyabr 2022-ci il tarixdə “Spase” TV-nin efirində Amil Xəlilin aparıcılığı ilə birbaşa efirə gedən “Gəl danış” proqramında və 14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında “Youtube” kanalı olan “kanal 11” TV-yə verdiyi müsahibəsində X22 haqqında fikir bildirməsi böhtan hesab edilə bilməz. Belə ki, X11 X22 haqqındakı fikirlərində böhtan cinayətinin əlamətlərini özündə əks etdirən ifadə işlətməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərininifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X7rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X17 qarşı Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət hökmü məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CPM-nin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır (CPM-nin 351.2-ci maddəsi). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək CPM-nin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X17 qarşı Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X17 istinad edilən ittiham üzrə bəraət verilməlidir. Bununla yanaşı, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X23 tərəfindən xüsusi ittihamda qeyd olunan təhqir əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən xüsusi ittihamçının ifadəsi, təqdim edilmiş materiallar və ekspert rəyi ilə təsdiq edilərək sübuta yetirilir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və xüsusi ittihamçının ifadələrinin, məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxs X11 törətdiyi əməli Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışıdır və onun məzmunu nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına ümumibəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (doslarının, tanışlarının və s) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Təqsirləndirilən şəxsin təhqirdən ibarət əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs X23 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli hesab edilməli və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 9-cu bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35;X21rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıq-aşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). Məhkəmə təqsirləndirilən şəxs X11 şəhid bacısı olmasını, himayəsində 85 yaşlı Şəhid anasının və yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında X11 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, X14 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, X17 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)-1219/2023 saylı qərarı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)-10/2023 saylı hökmünə əsasən təyin edilmiş 360 (üç yüz altmış) saat ictimai işlər cəzasının əvəz edildiyi 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cərimə cəzası ilə tamamilə toplanmaqla üzərində qəti olaraq 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və cərimə cəzası saxlanılmalı, Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması və cərimə cəzasının hər biri müstəqil icra olunmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, X23 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli X11 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X17 elektron nəzarət vasitəsi tətbiq edilməli, X17 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, X17 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut – videokart (fləş kart) hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 150,00 (bir yüz əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ X8 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X11 CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X11 hüquqlarını dövlət hesabına məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs X11 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 15 iş saatına görə ümumilikdə 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X11 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilsin və ona CPM-nin 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə bəraət verilsin. X23 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinsin və ona 1000,00 (bir min) manat miqdarda cərimə cəzası təyin edilsin. X17 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)- 1219/2023 saylı qərarı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)- 10/2023 saylı hökmünə əsasən təyin edilmiş 360 (üç yüz altmış) saat ictimai işlər cəzasının əvəz edildiyi 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 1000,00 (bir min) manat miqdarda cərimə cəzası ilə tamamilə toplanmaqla üzərində qəti olaraq 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 1000,00 (bir min) manat miqdarda cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən X17 təyin edilmiş azadlığın məhdudlaşdırılması və cərimə cəzasının hər biri müstəqil icra edilsin. X23 yaşadığı ünvan 1 ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X11 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X11 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X11 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Maddi sübut – videokart (fləş kart) hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. X8 150,00 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs X11 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-98/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-98/2024
05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver