Məhkəmə qərarları › İş №1(003)-98/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-98/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-98/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamala rayonu, 2-ci Alatava küçəsi, ev 8/57də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixlərində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Bağlar massivində yerləşən nömrəsiz ünvandakı evinin həyətinə eyni üsulla- hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdən hər birinin qiyməti 100 manat olan, ümumi dəyəri 200 manat təkil edən 2 ədəd velosipedi, habelə həyətdəki saxlanc yeri hesab olunan otağa (əl damına) qanunsuz daxil olmaqla oradan 01 ədəd 200 manat dəyərində dəmir materialdan olan manqalı, 01 ədəd 150 manat dəyərində qəlyanı, 01 ədəd 200 manat dəyərində samovarı, hər birinin dəyəri 100 manat olan ümümi dəyəri 200 manat təşkil edən 02 ədəd əl arabasını, ümumi dəyəri 250 manat təşkil edən qazan və qabqacaq dəstini vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq götürüb aparmaqla ələ keçirib istintaqa məlum olmayan şəxslərə satıb əldə etdiyi pulları şəxsi ehtiyacına sərf etməklə özgənin ümumilikdə 1200 manat dəyərində əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna küçəsində yerləşən 217 saylı bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub oradan 01 ədəd 100 manat dəyərində gidraforu və su matorunu, həyətdə yerləşən yarımtikili evin yaşayış sahəsinə pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq oradan 01 ədəd 400 manat dəyərində qaz piltəsini, 01 ədəd 250 manat dəyərində mikrodalğalı sobanı və 01 ədəd 520 manat dəyərində qaz sobasını vahid niyətlə əhatə olunmuş qəsdlə gizli olaraq götürüb aparmaqla ələ keçirib istintaqa məlum olmayan şəxslərə satıb əldə etdiyi pulları şəxsi ehtiyacına sərf etməklə özgənin ümumilikdə 1270 manat dəyərində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 cəmi 1270 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 avqust 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi döngə 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyət qapısınının qıfılını yerdən tapdığı dəmir parçası ilə sındırıb yaşayış sahəsi olan evə qanunsuz daxil olmaqla mətbəxdə işlək olmayan saxlanc yeri olan soyuducunun dondurucu hissəsində olan pul kisəsinin içərisindən 1200 manat nağd pulu gizli olaraq götürüb aparmaqla ələ keçirib şəxsi ehtiyacına sərf etməklə özgənin 1200 manat məbləğində pulunu yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 1200 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxta və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,378 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Xanlar Yeni yaşayış sahəsində yerləşən Bakı kafesinin yaxınlığına kimi daşımış, həmin gün orada saat 18:05-də piyada hərəkətdə olarkən Xəzər rayon Pİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən saxlanılaraq Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 20:00-da Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış aparılan zaman əynindəki qəhvəyi rəngli şalvarının sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0.378 qram kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Bundan başqa o, tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədilə 15 avqust 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Sabunçu rayonu Xanlar Yeni yaşayış sahəsi 1V ünvanında yerləşən həyətinə hasardan aşmaqla qanunsuz daxil olub evin plastik pəncərəsini sıxıb açmaqla yaşayış sahəsi hesab olunan evin hamam otağından 01 ədəd 350 manat dəyərində üzərində “Ukrayna” sözü yazılmış 25 litrlik su qızdırıcısını, mətbəxdən 300 manat dəyərində divan stol-stul dəstini, 01 ədəd 800 manat dəyərində “LG” markalı paltaryuyanı, qonaq otağındakı dolabın üzərindən 01 ədəd 800 manat dəyərində “LG” markalı 82 dioqanallı televizoru, çarpayının üzərində olan hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 200 manat təşkil edən 04 ədəd döşəyi, hər birinin qiyməti 40 manat olan ümumi dəyəri 120 manat təşkil edən 03 ədəd yorğanı, yataq otağından 01 ədəd 200 manat dəyərində cİranə qaz peçini, 500 manat dəyərində stol-stul dəstini, 01 ədəd 100 manat dəyərində plastik materialdan olan stolu, 1300 manat dəyərində “Toshiba” markalı notebook dəstini və “Toshiba” markalı pirinteri, hər birinini qiyməti 80 manat olan ümumi dəyəri 160 manat təşkil edən 02 ədəd iran xalçasını, 01 ədəd 2000 manat dəyərində qədimi xalçanı, həmin otaqda olan saxlanc yeri dolabın içərsində 01 ədəd qadın qızıl boyunbağını, üzərinə “Allah” sözü yazılmış 01 ədəd klonu, 05 cüt qızıl sırğaları, 05 ədəd qızıl üzük və 01 ədəd qadın qızıl saatınından ibarət ümumi dəyəri 5000 manat təşkil edən qızıl-ziynət əşyalarını, həyətdən isə 01 ədəd 80 manat dəyərində gidrofon ilə birlikdə su matorunu gizli olaraq götürüb istintaqa məlum olmayan taksi avtomobili ilə daşıyaraq aparmaqla ələ keçirib istintaqa məlum olmayan şəxslərə satıb: əldə etdiyi pulları şəxsi ehtiyacına sərf etməklə özgənin ümumilikdə 1200 manat dəyərində əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 cəmi 11910 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxta və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,818 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi N.Axundov küçəsində “Sim-sim” dükanının yaxınlığına kimi daşımış, həmin gün orada saat 14:54-də Xəzər rayon Pİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılmış orada üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində 0,818 qram kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2024cü il tarixdə və xx.xx.2024-cü il tarixlərində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Bağlar massivində yerləşən nömrəsiz ünvandakı evə girmiş, lakin velosiped oğurlamamışdır. Oradan xatırladığı qədərilə dəmir manqal, samovar və başqa metal əşyalar götürmüşdür. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna küçəsində yerləşən 217 saylı bağ evindən yalnız qaz sobası oğurlamışdır. 01 avqust 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi döngə 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə girməmişdir. 15 avqust 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Sabunçu rayonu Xanlar Yeni yaşayış sahəsi 1V ünvanında yerləşən həyətdən qızıl oğurlamamışdır. Oradan yalnız televizor, paltaryuyan, stol və samovar oğurlamış, xalça götürməmişdir. Narkotik vasitələrdən istifadə edir, lakin tutulan zaman üzərində olmamışdır. Daha sonra verdiyi ifadəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi döngə 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə girmədiyini bildirərək, digər etdiyi əməlləri etiraf etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsinin düzgün olduğunu və təsdiq etdiyini qeyd etmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qeyd etdi ki, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi döngə 8 ünvanında 1 mərtəbəli 2 otaqlı həyət evində ailə üzvləri ilə yaşayır. 31 iyul 2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə 1 günlük Quba rayonuna getmişlər. 01 avqust 2024-cü il tarixdə günorta saatlarında evə qayıdan zaman evin dəmir qapısının qıfılının sındırıldığını, evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Mətbəxdə olan xarab vəziyyətdə soyuducunun dondurucu hissəsinə pul kisəsində 1200 manat pul qoymuşdur. Dərhal ora baxmaq istəyəndə pul kisəsinin mətbəxdə soyuducunun yanında yerdə açıq şəkildə, içərisi isə boş vəziyyətdə aşkar etmişdir. Pulları axtarsa da tapa bilməmişdir. Oğurluq nəticəsində ona 1200 manat maddi ziyan dəymişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs4 qeyd etdi ki, Bakı şəhəri Sabunçu rayonu, Xanlar YYM, 1V ünvanında özünə məxsus 1 mərtəbəli, 4 otaqlı evi var. Həmin evdə 2024-cü ilin aprel ayından yaşamır. 10 sentyabr 2024-cü il tarixdə qonşusu İslam ona zəng edərək evinin qapısı və darvazasının açıq vəziyyətdə olduğunu demidir. Ona telefonda evə daxil olub əşyaların yerində olubolmamasını yoxlasını demiş, İslam evə keçib məişət əşyalarının yerində olmadığını ona bildirmişdir. Ona görə də 11 sentyabr 2024-cü il tarixdə evə qayıtmış, həyətdə quraşdırılmış markasını xatırlamadığı ümumi dəyəri 80 manatlıq su matorunun, hamam otağında quraşdırılmış üzərində “Ukrayna” sözü yazılmış 25 litrlik ümumi dəyəri 350 manatlıq su qızdırıcı pitiminutkanın, mətbəx otağında olan ümumi dəyəri 300 manatlıq mətbəx üçün aldığı divan stol-stul dəstinin, “LG” markalı ümumi dəyəri 800 manatlıq paltaryuyan maşının, bundan başqa evin qonaq otağının sol giriş hissəsində dolabın üzərində qoyduğu “LG” markalı, 82 dioqanal, ümumi dəyəri 800 manatlıq plazma televizorun, qonaq otağındakı çarpayının üzərində olan hər birinin dəyəri 50 manat olan 04 ədəd döşəyin və hər birinin dəyəri 40 manat olan 03 ədəd yorğanın, evin yataq otağından isə 01 ədəd dəyəri 200 manatlıq İran qaz peçinin, yataq otağında olan ümumi dəyəri 500 manat dəyərində stol stul dəstinin, yataq otağındakı dolabın içərsindəki kağız kardonda saxladığı ümumi dəyəri 5000 manatlıq 01 ədəd qadın qızıl boyunbağı və üzərinə “Allah” sözü yazılmış klonla birlikdə 05 cüt qızıl sırğaların, 5 ədəd qızıl üzüklərin və 01 ədəd qadın qızıl saatının, evin yataq otağındakı 01 ədəd dəyəri 100 manatlıq plastik stolun və həmin stolun üzərində ümumi dəyəri 1300 manatlıq “Toshiba” markalı notebook və “Toshiba” markalı pirinterin, ümumi dəyəri 160 manat olan 02 ədəd iran xalçası və ümumi dəyəri 2000 manatlıq qədimi xalçanın gizli olaraq naməlum şəxs və ya şəxslər tərəfindən talandığını, mətbəx otağında olan “LG” markalı ümumi dəyəri 2200 manatlıq soyuducunun qapılarının isə qırılaraq yararsız hala salındığını aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində ona cəmi 11910 manat maddi ziyan, mətbəx otağında olan “LG” markalı ümumi dəyəri 2200 manatlıq soyuducunun qapılarının qırılaraq yararsız hala salınması nəticəsində isə ona 2200 manat maddi ziyan dəymişdir. İran xalçası və taxta stol ona qaytarılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 qeyd etdi ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, Bağlar sahəsi Dəniz kənarı 331/Q ünvanında bağı vardır. xx.xx.2024-cü il tarixdə rayonda olduğu ərəfədə naməlum şəxs və ya şəxslər bağa qanunsuz daxil olaraq bağın əl damı adlanan saxlanc yerindən 1 ədəd 200 manat dəyərində manqalı, 1 ədəd 150 manat dəyərində qəlyanı, 1 ədəd 200 manat dəyərində samovarı, hər birinin dəyəri 100 manat olan, ümumi dəyəri 200 manat təşkil edən 2 ədəd arabanı, hər birinin dəyəri 100 manat olan, ümumi dəyəri 200 manat təşkil edən 2 ədəd velosipedi, ümumi dəyəri 250 manat təşkil edən mis qazan, çaynik və qabları oğlurlayaraq ona cəmi 1200 manat dəyərində maddi ziyan vurmuşlar. Bundan başqa darvazanı və əl damının qıfılını sındırmaqla ona 80 manat dəyərində maddi ziyan vurmuşlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, Albalı bağlar massivində 217-ci Buzovna küçəsində bağ evi var. Bağ evinin 1-ci mərtəbəsi tam təmirli vəziyyətdədir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixləri arasında olan müddət ərzində bağda olmamış, 28 iyul 2024-cü il tarixdə bağa gələn zaman naməlum şəxs və ya şəxslərin evin 1-ci mərtəbəsində olan plastik pəncərəsindən daxil olaraq mətbəxdə olan 250 manat dəyərində 01 ədəd mikrodalğalı sobanı, 400 manat dəyərində 01 ədəd qaz plitəsini, 520 manat dəyərində 01 ədəd qaz sobasını və 100 manat dəyərində su matorunu gidraforla birlikdə oğurladıqlarını aşkar etmiş, oğurluq nəticəsində ona 1270 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2024cü il tarixdə, təxminən saat 18 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə insektoru Şahid4la birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazəsində baş vermiş oğurluq hadisələri ilə əlaqədar xidmətdə olarkən adı şöbədə onlara məlum olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Xanlar yaşayış sahəsi Bakı kafesinin yaxınlığında görüb özünü şübhəli aparması səbəbindən ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra özünü daha da şübhəli apardığı və özü haqqında dəqiq məlumat vermədiyinə görə həmin şəxsi yoxlanılması üçün Xəzər RPİ-nin 2-ci PŞ-nə aparımışlar. Şöbədə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirəcəyi bildirildi. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşduqda o, əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bükümü masanın üzərinə qoymuşdur. Bundan başqa əməliyyat qrupunun rəhbəri qismində olmaqla həmin şöbənin baş əməliyyat müvəkkili Şahid5, sahə inspektoru Şahid6 iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi N.Axundov küçəsində saxlamışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün üzərində qanunla qadağan olunmuş maddə varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxaraq içərisində narkotik maddə olduğunu, onu şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Babasəbr oğlu, Şahid5 İlhani oğlu və Şahid6 digər Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verdilər və sonuncunun qeyd etdiyi faktları bir daha təsdiq etdilər. Məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş Şahid1 bildirmişdir ki, Sabunçu qəsəbəsində yerləşən bazarda 2-ci əl əşyaların alışı və satışı ilə məşğul olur. 20 avqust 2024-cü il tarixdə “Lalafo” elan saytında samovar elanı görmüş və elan saytı üzərindən samovarı almaq üçün yazmışdır. Həmin şəxslə razılaşıb daha sonra “WhatsApp” tətbiqi vasitəsilə danışmışlar, həmin şəxs ona əlavə olaraq manqal, divan, paltaryuyan, xalça, qab-qacaq, masa təklif etmişdir. Ondan yalnız samovarı 100 manata yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsi, Çiləgər massivində evinin qarşısında almışdır. Samovarın oğurluq olmasından xəbəri olmadığını, artıq satdığı üçün istintaqa təqdim edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş Şahid2 bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən bazarda ikinci əl əşyaların alqı-satqısı ilə məşğul olur. 2024-cü ilin avqust ayının təxminən ortalaında tanımadığı Azər adlı bir nəfər şəxs ona yaxınlaşaraq evində satılıq əşyalar olduğunu demiş, Azər adlı şəxsə hazırda vaxtı olmadığını, sonra gedib baxaraq ala biləcəyini bildirmişdir. Təxminən 1-2 saatdan sona həmin Azər adlı şəxs gələrək evində xəstə olduğunu, təcili pula ehtiyacı olduğunu və əşyaları bazara gətirdiyini demişdir. Bazarda həmin əşyalara baxmış onlar, mebel stol, ağ plastik stol və xalçadan ibarət olmuşdur. Həmin əşyaları almağa razılaşmış və Azər adlı şəxsə onların qarşılığında 100 manat pul vermişdir. Şahid2 aldığı əşyaların oğlurluq olmasından məlumat olmadığını, Azər adlı şəxs həmin əşyaların özünə məxsus olduğunu və onun üzərində şəxsiyyət vəsiqəsi olmadığından sənədi ala bilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Xəzər RPİ-nin 2-ci PŞ-nin rəisinin xx.xx.2024-cü il tarixli əmrindən aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır; - Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid3 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır; - xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi barədə protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs saxlanılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxardaraq narkotik vasitə olmasını bildirmişdir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı F.Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması barədə prokotoldan görünür ki, axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən “mi” markalı telefonu və 01 manat pulu təqdim etmişdir. Üzərindən aşkar edilmiş bükümün psixotrop maddə “metamfetamin” olduğunu, onu həmin gün Maştağa qəsəbəsindən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, bundan əlavə Buzovna qəsəbəsində bağ evlərindən oğurluq etdiyini bildirmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/4284 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №193” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” əl yazısı və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,818 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir; - xx.xx.2024-cü il tarixli CD-R diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, 2-ci fayla baxış keçirilən zaman məlum olmuşdur ki, 21 avqust 2024-cü il tarixdə Xəzər RPİ- nin 2-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3, PŞ-nin baş əməliyyat müvəkkili Şahid5 və sahə inspektoru polis leytenantı Şahid6 ilə birlikdə Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Axundov küçəsində, saat 14:54-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayıb üzərində dövriyyəsi qanunvericiliklə qadağan edilən hər hansı maddənin olub olmaması soruşulur. Təqsirləndirilən şəxs aynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli bükümü çıxarıb üzərində psixotrop maddə olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin həmin psixotrop maddəni Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Təhqiqatçı, polis mayoru X4 Hacızadəyə başqa cinayətlərdə iştirakının olubolmaması barədə sual verdi və Təqsirləndirilən şəxs Buzovna qəsəbəsində iyul ayının 31dən avqust ayının 1-nə keçən gecə tanımadığı evdən pul oğurladığını bildirdi; - xx.xx.2024-cü il tarixli CD-R diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, 2-ci qovluqda yerləşən 3-cü videoya baxış keçirilən zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğlu 2-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3, PŞ-nin baş əməliyyat müvəkkili Şahid5 və sahə inspektoru polis leytenantı Şahid6 ilə birlikdə PŞnin inzibati binasına xidməti otağa dəvət edilmiş və orada 2-ci PŞ-nin təhqiqatçısı polis mayoru Fariz Məmmmədov və 08 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə onun üzərinə baxış və şəxsi axtarış istintaq hərəkəti keçirilir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişin aparılması barədə bildirilir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirdikdə üzərində hər hansı qanunsuz əşyanın olub olmaması soruşulur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümü təqdim edərək içərisində kustar üsulla hazırlanmış maddəni təqdim edib psixotrop maddə metamfetamin olduğunu bildirir. Həmin 01 ədəd bükümdə olan metamfetamini 21 avqust 2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün 1 ədəd bükümdə aldığını bildirdi. Həmin büküm açıldıqda psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olundu. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq möhürləndi və üzərində imza edildi. Bu barədə protokol tərtib olundu və iştirakçılar tərəfindən imzalarla təsdiq olundu. Təhqiqatçı, polis mayoru X4 Hacızadəyə başqa cinayətlərdə iştirakının olubolmaması barədə sual verdi və Təqsirləndirilən şəxs Buzovna qəsəbəsində iyul ayının 31dən avqust ayının 1-nə keçən gecə tanımadığı evdən pul oğurladığını bildirdi; - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalı Bağlar massivində Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evində baş vermiş oğruluq hadisəsi ilə bağlı baxış keçirilmişdir; - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş oğruluq hadisəsi ilə bağlı baxış keçirilmişdir; - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Bağlar sahəsi ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində baş vermiş oğruluq hadisəsi ilə bağlı baxış keçirilmişdir; - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi Xanlar YYM, 1V ünvanında Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evində baş vermiş oğruluq hadisəsi ilə bağlı baxış keçirilmişdir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı F.Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması barədə prokotoldan görünür ki, Şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl üzərində axtarış aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli şalvarının sol yan cibindən mi markalı mobil telefon,həmin şalvarın sağ yan cibindən isə gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə olan "Metafetamin” olduğunu, həmin bükülülünü xx.xx.2024-cü il tarixdə, gündüz saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirdi. Bundan əlavə Xəzər rayonu ərazisində müxtəlif yaşayış evlərdən oğurluq etməsini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülünün içərisində bərk formalı şəffaf rəngli kristall parçaları psixotrop maddə olan "Metamfetamin"ə bənzər maddənin olması aşkar edildi; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/4071 saylı rəyindən aydın olur ki, "Azərbaycan Respublikası DİN Arayışlar üçün No193 " dairəvi möhür əksi, "vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,378 qram ağ rəng kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyes qadağan edilən psixotrop maddələr"in İ siyahisina daxildir; - xx.xx.2024-cü il tarixli CD-R diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, 2-ci fayla baxış keçirilən zaman məlum olmuşdur ki, 09 avqust 2024-cü il tarixdə Xəzər RPİ-də Təqsirləndirilən şəxs üzərinə xidməti otaqda şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs hüquq v nin 2-ci PS-nin təhqiqatçısı Fariz Məmmədov tərəfindən şahidlərin iştirakı ilə Təqsirləndirilən şəxs vəzifələri izah olunduqdan sonra videoçəkilişin aparılması barədə bildirilir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirdikdə üzərində hər hansı qanunsuz əşyanın olub olmaması soruşulur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli şalvarının sağ yan cibindən 1 büküm gümüşü rəngli kağıza bükülmüş maddəni təqdim edib psixotrop maddə metamfetamin olduğunu bildirdi. Həmin 01 ədəd bükümdə olan metamfetamini 09 avqust 2024-cü il tarixdə gündüz saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün 1 ədəd bükümdə aldığını bildirdi. Həmin büküm açıldıqda psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olundu. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq möhürləndi və üzərində imza edildi. Bu barədə protokol tərtib olundu və iştirakçılar tərəfindən imzalarla təsdiq olundu; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməyərək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli cinayət işinin birləşdirilməsi və icraata qəbul edilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi həmin Məcəllənin 234.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmiş, icraata qəbul edilmiş və cinayət işi üzrə cinayət əməlləri 177.2.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-328/2024 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - xx.xx.2024-cü il tarixli təqdim edilmiş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsindən Şahid1 istifadəsində olan mobil telefonun «WhatsApp» tətbiqinə müəyyən məişət əşyalarının fotoşkillərinin göndərilǝrǝk satmaq istəməsi barədə danışıq və yazışmaların olduğu müəyyən olundu. Həmin yazışmaların mətnindən və fotoşəkillərindən görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd odun samovarını 130 manata satdığını, bundan başqa satılıq 01 ədəd işlək vəiyyətdə paltaryuyan, 01 ǝdǝd manqal və üzərində 05 ədəd şişləri olduğunu, satmaq istədiyni, 03 ədəd xalça da satmasını yazaraq bildirməklə fotoşəkillərini də göndərmişdir. Bundan başqa 01 odǝd plastik masanın. 01 ədəd mebel stolun və 1 ədəd divanın fotoşəkillərini Şahid1 mobil telefonuna göndərdiyi müəyyən olundu. Baxış zamanı Şahid1 həmin yazışmaların və fotoşəkillərin ona Təqsirləndirilən şəxs tərəfindən göndərlidiyini bildirdi. Bundan başqa telefonda cinayət təqibi üçün əhəmiyyət kəsb edə biləcək hər hansı yazışmaları, səs mesajları və sair məlumatlar aşkar edilmədi; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, 02 ədəd masa və 01 ədəd xalça Şahid2 tərəfindən təhvil verilmişdir; - xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqdim edilmiş 01 ədəd taxta masa, 01 ədəd plastik materialdan olan masa və 01 ədəd xalça maddi sübut kimi tanınmış və sahibinə təhvil verilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - “X2”-nin xx.xx.2024-cü il tarixli 174 saylı rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ekspertizaya təqdim edilən 01 ədəd taxta masanın hadisənin baş verdiyi 2024-cü ilin may-iyul aylarına olan dəyəri 50,00 (ǝlli) manat, 01 ədəd plastik materialdan olan masanın dəyəri 100,00 (yüz) manat, 01 ədəd xalçanın dəyəri 80,00 (səksən) manat olmaqla, həmin əşyaların ümumilikdə dəyəri 230,00 (iki yüz otuz) manat məbləğində müəyyən edilir; - İbtidai istintaqda verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 bu qəbzi verərək bildirmişdir ki, ona məxsus 02 ədəd masa və 01 ədəd xalçanı təhvil almışdır; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6669 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mualicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülür; - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihama dəyişiklik edilərək həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «dövriyyəsi qadağan edilən “psixotrop maddələr”in siyahısına (İ siyahı) əsasən təmiz çəkisi 0,378 və 0,818 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli təkrar törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cinayətlərin məcmusu qaydasında təyin edilmiş cəzalar qismən toplanmalı, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi saxlanılan qalıq 0,768 qram və 0,328 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 224 manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), iş üzrə maddi sübut kimi tanınan 01 ədəd plastik materialdan olan masa, 01 ədəd taxta masa və 01 ədəd xalçanın sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,328 qram və 0,768 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 224 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********). İş üzrə maddi sübut kimi tanınan 01 ədəd plastik materialdan olan masa, 01 ədəd taxta masa və 01 ədəd xalçanın sahibinə qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 18 saat vaxta görə 198 manat olmaqla, cəmi 378 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar