Məhkəmə qərarları › İş №1(004)-10/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-10/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-10/2021 04.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru X24, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, X4, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14 qızının, Zərərçəkmiş şəxs15 oğlunun, X19, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs16, X25, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən, xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qızı Nərmin Nurlunu «Nar Mobile» şirkətində operator kimi işə düzəltmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs4 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla Nərmin Nurlunu 1200 (min iki yüz) manat müqabilində qeyd edilən şirkətdə operator kimi işə düzəldəcəyi barədə vəd edib təxminən 2016-cı ilin sentyabr ayının əvvəllərində ünvan 2 saylı ünvanda yerləşən N.Nərimanov adına istirahət parkında Zərərçəkmiş şəxs4 1200 (min iki yüz) manat pulunu ələ keçirməklə sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs7 SOCAR-da tanışlarının olmasını, şəxsi əlaqələrinin geniş olması və bundan istifadə edərək onu 1500 (min beş yüz) manat müqabilində qeyd edilən şirkətdə sürücü kimi işə düzəldə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanıb vahid niyyətlə əhatə olunan qəsdlə təxminən 2016-cı ilin sentyabr ayının əvvəllərində ünvan 2 saylı ünvanda yerləşən N.Nərimanov adına istirahət parkında 1300 manat və qeyd edilən tarixdən təxminən iki-üç gün sonra həmin ünvanda 200 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs7 ümumilikdə 1500 (min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs5 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla onu 4300 (dörd min üç yüz ) manat müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində zabit kimi işə düzəldə biləcəyi barədə vəd edib vahid niyyətlə əhatə olunan qəsdlə 2016-cı ilin sentyabr ayının əvvəllərində ünvan 2 saylı ünvanda yerləşən N.Nərimanov adına istirahət parkında 3000 manat, xx xxxxxxx 2016-cı il tarixdə günorta saatlarında həmin ünvanda 1000 manat və təxminən 2016-cı ilin oktyabr ayında həmin ünvanda 300 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 4300 (dörd min üç yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə işə düzəlmək üçün ona müraciət etmiş X9 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla onu 2000 (iki min) manat müqabilində «Nar Mobile» şirkətində operator kimi işə düzəldə biləcəyi barədə vəd verib vahid niyyətlə əhatə olunan qəsdlə təxminən 2016-cı ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X72 küçəsi 69/71 ünvanda yerləşən Respublika 1 saylı Psxiatriya xəstəxanasının həyətində 500 manat və təxminən 2016-cı ilin oktyabr ayının ortalarında günorta saatlarında ünvan 4 saylı ünvanda yerləşən Vergilər Nazirliyi yanında Bakı şəhəri X12 inzibati binasının qarşısında 700 manat pulunu ələ keçirməklə zərərçəkmiş şəxs X9 ümumilikdə 1200 (min iki yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə oğlu Faiq Əsədovu dövlət orqanlarının hər hansı birində hüquqşünas vəzifəsinə, qaynı Şahid6 isə sürücü kimi işə düzəltmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanıb vahid niyyətlə əhatə olunan qəsdlə təxminən 13-xx xxxxxxxx 2016-cı il tarixdə ünvan 2 saylı ünvanda yerləşən N.Nərimanov adına istirahət parkında 10000 manat və təxminən 2016-cı ilin oktyabr ayının sonundək ayrı-ayrı vaxtlarda həmin ünvanda 16000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 26000 (iyirmi altı min) manat xeyli miqarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs8 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla onu 5800 (beş min səkkiz yüz) manat müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində zabit kimi işə düzəldə biləcəyi barədə vəd verib vahid niyyətlə əhatə olunan qəsdlə təxminən 2016-cı ilin sentyabr ayının ortalarında ünvan 6 saylı ünvanda yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısından keçən avtomobil yolunun kənarında 4000 manat, təxminən 2016-cı ilin oktyabr ayında Abşeron rayonu Görədil kəndində yerləşən İ.Yusifov adına tam orta məktəbinin yaxınlığında 1000 manat, təxminən 2016-cı ilin noyabr ayının ortalarında ünvan 7 saylı ünvanda yerləşən Azadlıq metrostansiyasının yaxınlığında yerləşən “Zümrüd” şadlıq sarayının qarşısında 500 manat və təxminən 2016-cı ilin dekabr ayında Bakı şəhəri Nərimanov rayonu Atatürk propekti 2 saylı ünvanda yerləşən Gənclik metrostansiyasının yaxınlığında 300 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs8 ümumilikdə 5800 (beş min səkkiz yüz) manat xeyli miqarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə işə düzəlmək üçün ona müraciət etmiş Mehtiyev Rəşad Nürəddin oğluna işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə biləbilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq 2300 (iki min üç yüz) manat müqabilində neft şirkətində sürücü kimi işə düzəldə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanıb xx xxxxxx 2016-cı il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X73 küçəsi 81 ünvanda yerləşən «Caspian» Ticarət Mərkəzinin qarşısında 2300 (iki min üç yüz) manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs9 Nürəddin oğluna maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs11 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq 1700 (min yeddi yüz) manat müqabilində «Nar Mobile» şirkətində sürücü kimi işə düzəldə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanıb xx xxxxxx 2016-cı il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X73 küçəsi 81 ünvanda yerləşən «Caspian» Ticarət Mərkəzinin qarşısında 1700 (min yeddi yüz) manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs11 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla onu 3000 (üç min) manat müqabilində «Azərfon» şirkətində operator kimi işə düzəldə biləcəyi barədə vəd verib vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2017-ci il tarixdə saat 15 radələrində ünvan 9 ünvanında yerləşən Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin yaxınlığında 3000 (üç min) manat, həmin vaxtdan bir müddət sonra qeyd edilən şirkətdə şöbə rəisi vəzifəsinə təyin olunmaq üçün əlavə olaraq Zərərçəkmiş şəxs1 tanışı X50 vəsitəsilə ünvan 10 ünvanında yerləşən Azərbaycan Tibb Universitetinin yaxınlığında 500 manat və həmin ərəfədə şirkətin geyim formasının əldə olunması üçün Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid propekti 115 saylı ünvanda yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında yerləşən istirahət parkında 300 manat və həmin ünvanda təxminən 2017-ci ilin aprel ayında «Azərfon» şirkətinin əmək haqqı daha çox olan “Məxfi” şöbəsinə təyin olunmaq üçün əvvəl verdiyi pula əlavə edilməsi üçün 500 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 4300 (dörd min üç yüz) manat xeyli miqarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qızı Şahid1 işə düzəltmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə biləbilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla Şahid1 2500 (iki min beş yüz) manat müqabilində «Azərfon» şirkətində operator kimi işə düzəldəcəyi barədə vəd edib vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Vaqif prospekti 3 ünvanında yerləşən “Millennium” kafesində 1500 manat, xx xxxxxx 2017-ci il tarixdə ünvan 13 ünvanında yerləşən “Huqqa” restoranının qarşısında 1000 manat və həmin vaxtdan təxminən bir həftə sonra 2017-ci ilin yanvar ayında şirkətin geyim formasının əldə olunması üçün Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid propekti 115 saylı ünvanda yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında yerləşən istirahət parkında 250 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 2750 (iki min yeddi yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə həyat yoldaşı Şahid10 işə düzəltmək üçün ona müraciət etmiş X13 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla Şahid10 5000 (beş min) manat müqabilində SOCAR-da sürücü kimi işə düzəldəcəyi barədə vəd edib vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxx 2018-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, X58 küçəsi 600-602 saylı binanın qarşısında-yol kənarında 5000 manat və 2018-ci ilin may ayının ortalarında gündüz saatlarında Bakı şəhəri, Yasamal rayonu, X52 25 ünvanda yerləşən Azərbaycan Texniki Universitetinin qarşısında-yol kənarında geyim formasının əldə olunması üçün 300 manat pulunu ələ keçirməklə zərərçəkmiş şəxs X13 ümumilikdə 5300 (beş min üç yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs12 işgüzar və şəxsi əlaqələrinin geniş olması, eləcə də “Azərbaycan Respublikası Milli Məclisin Hollandiya Respublikası üzrə disaporasının nümayəndəsi” olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla onu pul qarşılığında Azərbaycan Respublikası Milli Məclisində hüquqşünas kimi işə düzəldəcəyinə, ev növbəsinə yazdıracağına, xidməti avtomaşın təşkil edəcəyinə və Sabirabad rayonunda özünə məxsus gölu banka girov qoyaraq 30.000 manat kredit təşkil edəcəyinə dair vəd verib vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayına qədər olan müddət ərzində hissə hissə olmaqla Bakı şəhəri Nərimanov rayonu Atatürk propekti 2 saylı ünvanda yerləşən, Gənclik metrostansiyasının yaxınlığında ümumilikdə 8.000 manat, Bakı şəhəri Sabunçu rayonu Sülh küçəsi 197 saylı ünvanda yerləşən Asan Xidmətin qarşısında 4500 manat, Bakı şəhəri, Nərimanov rayonu, X73 küçəsi 81 ünvanda yerləşən «Caspian» Ticarət Mərkəzinin qarşısında 5000 manat, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 182 saylı ünvanda Koroğlu metrostransiyasının qarşısında 3500 manat və Bakı şəhəri Sabunçu rayonu Sülh küçəsi 197 saylı ünvanda yerləşən Asan Xidmətin qarşısında 6000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs12 ümumilikdə 27000 (iyirmi yeddi min) manat xeyli miqarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən ona güzəştli şərtlərlə üç otaqlı mənzilin alınmasında köməklik etmək üçün ona müraciət etmiş X13 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla qeyd edilən mənzilin alınmasını 5000 (beş min) manat müqabilində həll edəcəyi barədə vəd edib vahid niyyətlə əhatə olunan qəsdlə təxminən 2018-ci ilin may ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, X52 145 ünvanda yerləşən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında 5000 manat və 2018-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, X52 25 ünvanda yerləşən Azərbaycan Texniki Universitetinin qarşısında həmin məqsədlə zəruri sənədlərin Asan xidmətdən alınması üçün 500 manat pulunu ələ keçirməklə zərərçəkmiş şəxs X13 ümumilikdə 5500 (beş min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən ona güzəştli şərtlərlə üç otaqlı mənzilin alınmasında köməklik etmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs14 qızına işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla qeyd edilən mənzilin alınmasını 3500 (üç min beş yüz) manat müqabilində həll edəcəyi, həmin pulun 2000 manatını əlavə müştərilər cəlb edəcəyi təqdirdə güzəştə gedəcəyi barədə vəd edib təxminən 2019-cu ilin sentyabr ayının əvvəllərində ünvan 19 saylı ünvanda yerləşən “Ş.E.R akademiya” gözəllik salonunda 1500 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs14 qızına ümumilikdə 1500 (min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən ona güzəştli şərtlərlə üç otaqlı mənzilin alınmasında köməklik etmək üçün Zərərçəkmiş şəxs14 qızı vasitəsi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs17 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla qeyd edilən mənzilin alınmasını 6000 (altı min) manat müqabilində həll edəcəyi barədə vəd edib təxminən 2019-cu ilin sentyabr ayının əvvəllərində ünvan 19 saylı ünvanda yerləşən “Ş.E.R akademiya” gözəllik salonunda 6000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs17 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən ona güzəştli şərtlərlə üç otaqlı mənzilin alınmasında köməklik etmək üçün Zərərçəkmiş şəxs14 qızı vasitəsi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs6 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla qeyd edilən mənzilin alınmasını 6500 (altı min beş yüz) manat müqabilində həll edəcəyi barədə vəd edib vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxxxx 2019-cu il tarixdə ünvan 19 saylı ünvanda yerləşən “Ş.E.R akademiya” gözəllik salonunda 6500 manat və alınacaq mənzilin sığorta olunması üçün xx xxxxxx 2019-cu il tarixdə həmin ünvanda əlavə olaraq 150 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs6 ümumilikdə 6650 (altı min altı yüz əlli) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən ona güzəştli şərtlərlə tam təmirli və məişət əşyaları və mebellərlə təmin edilmiş vəziyyətdə mənzilin alınmasında köməklik etmək üçün Zərərçəkmiş şəxs14 qızı vasitəsi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs16 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla qeyd edilən vəziyyətdə mənzilin alınmasını 12000 (on iki min) manat müqabilində həll edəcəyi barədə vəd edib təxminən 2019-cu ilin sentyabr ayının ortalarında ünvan 19 saylı ünvanda yerləşən “Ş.E.R akademiya” gözəllik salonunda 12000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs16 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən ona güzəştli şərtlərlə üç otaqlı mənzilin alınmasında köməklik etmək üçün Zərərçəkmiş şəxs14 qızı vasitəsi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs13 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla qeyd edilən mənzilin alınmasını 6000 (altı min) manat müqabilində həll edəcəyi barədə vəd edib vahid niyyətlə əhatə olunan qəsdlə təxminən 2019-cu ilin sentyabr ayının ortalarında ünvan 19 saylı ünvanda yerləşən “Ş.E.R akademiya” gözəllik salonunda 1000 manat və bir gün sonra həmin ünvanda 5000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs13 ümumilikdə 6000 (altı min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən ona güzəştli şərtlərlə mənzilin alınmasında köməklik etmək üçün Zərərçəkmiş şəxs14 qızı vasitəsi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs10 Fəxrəddin qızına işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla qeyd edilən mənzilin alınmasını 5000 (beş min) manat müqabilində həll edəcəyi barədə vəd edib təxminən 2019-cu ilin sentyabr ayının ortalarında ünvan 19 saylı ünvanda yerləşən “Ş.E.R akademiya” gözəllik salonunda 5000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs10 Fəxrəddin qızına maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən ona güzəştli şərtlərlə üç otaqlı mənzilin alınmasında köməklik etmək üçün Zərərçəkmiş şəxs14 qızı vasitəsi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs15 oğluna işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla qeyd edilən mənzilin alınmasını 7000 (yeddi min) manat müqabilində həll edəcəyi barədə vəd edib vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxxx 2019-cu il tarixdə ünvan 19 saylı ünvanda yerləşən “Ş.E.R akademiya” gözəllik salonunda 7000 manat və alınacaq mənzilin sığorta olunması üçün xx xxxxxxx 2019-cu il tarixdə həmin ünvanda əlavə olaraq 150 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs15 oğluna ümumilikdə 7150 (yeddi min yüz əlli) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən ona güzəştli şərtlərlə üç otaqlı mənzilin alınmasında köməklik etmək üçün Zərərçəkmiş şəxs14 qızı vasitəsi ilə ona müraciət etmiş X26 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla qeyd edilən mənzilin alınmasını 7000 (yeddi min) manat müqabilində həll edəcəyi barədə vəd edib vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxxx 2019-cu il tarixdə ünvan 19 saylı ünvanda yerləşən “Ş.E.R akademiya” gözəllik salonunda 7000 manat və alınacaq mənzilin sığorta olunması üçün xx xxxxxxx 2019-cu il tarixdə həmin ünvanda əlavə olaraq 150 manat pulunu ələ keçirməklə zərərçəkmiş şəxs X26 ümumilikdə 7150 (yeddi min yüz əlli) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o 2016-cı ilin yanvar ayından iyun ayının 20dək Hollandiyanın Amsterdam şəhərində yaşamışdır. 2016-cı ilin mart ayında həyat yoldaşı X27 dələduzluq cinayəti törətmişdir. Rəzzaq hərbi xidmətdə olan zaman başından zədə aldığından onun barəsində olan cinayət işinin istintaqı ilə əlaqədar anlaqlılıq vəziyyətinin yoxlanılması üçün ekspertiza təyin olunmuşdur. Fəxrəddin həkimi əri Rəzzaqın barəsində keçirilən ekspertiza ilə əlaqədar tanımışdır. Bundan sonra o Fəxrəddin həkim vasitəsilə Zərərçəkmiş şəxs3 və qeyrilərini tanımışdır. Zərərçəkmiş şəxs3 həmin Psixatriya xəstəxanasında həkim işləmişdir. O, Bakı şəhərinə qayıdandan sonra ərinin işi ilə əlaqədar Fəxrəddin həkimlə görüşmüşdür. Söhbət zamanı o, Fəxrəddinə onun vəzifəli şəxslərlə əlaqələrinin olduğunu, istəsə qohumlarını müəyyən pul müqabilində işə düzəltməkdə kömək edə biləcəyini demiş və Fəxrəddin isə ondan qohumlarını işə düzəltməkdə kömək etməsini istəmişdir. Bundan sonra Fəxrəddin ona bir yerdə işlədiyi Elxan həkimin oğlunu işə düzəltmək istədiyini bildirmiş və onun hüquqşunas olduğunu demişdir. O da Elxanın oğlunu dövlət orqanlarında hüquqşunas kimi əmək haqqı yüksək olan işə düzəldəcəyinə vəd vermişdir. Fəxrəddin onu Elxanla öz iş otağında tanış etmişdir. Təxminən 2016-cı ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs3 Fəxrəddinlə birlikdə Nərimanov istirahət parkına gəlmiş, o isə icarəyə götürdüyü ağ rəngli «Kia» markalı avtomobillə gəlmişdir. Görüş zamanı o, Elxan həkimin oğlunun dövlət orqanlarında hüquqşünas kimi, qaynını isə sürücü kimi işə düzəldə biləcəyini bildirmişdir. Təxminən sentyabr ayının ortalarında Nərimanov parkında o, Elxan və Fəxrəddinlə görüşmüşdür. Orada Fəxrəddin ona Elxanın verdiyi 5000 manat pulu verərək Elxanın pulu olduğunu bildirib qalan hissəsini isə Elxanın çatdıracağını demiş, Elxan isə ona oğlunun diplomunun surətini və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Bundan sonra Elxan pulun qalan hissəsini özü ona zəng edərək Nərimanov istirahət parkında görüşüb hissə-hissə vermişdir. O, Elxanın oğlunun işə düzəlməsi üçün ümumilikdə Elxandan 14000 manat pul almışdır. Bundan əlavə, Elxan qaynı Eminin işə düzəlməsi üçün ona cəmi 800 manat pul vermişdir. Həmin pulun 600 manatını ona Fəxrəddinin vasitəsi ilə təxminən oktyabr ayında iş yerində olan otağında, qalan 200 manatı isə Elxanın özü ilə Koroğlu metrosunun yaxınlığında görüşərkən vermişdir. Elxanın oğlu Faiqin və qaynı Eminin işə düzəlməsi üçün ona verdiyi pulun ümumi məbləği 14800 manat olmuşdur. Bundan əlavə, Fəxrəddinin digər qohumu və tanışlarının da pulunu işə düzəltmək adı ilə aldadıb ələ keçirmişdir. Həmin ərəfələrdə o, Zərərçəkmiş şəxs4 oğunun qızını “Narmobile” şirkətində operator kimi işə düzəlmək adı ilə Ərəstundan cəmi 1200 manat pul almışdır. Ərəstun pulu ona Nərimanov parkında Fəxrəddin həkimin iştirakı ilə vermişdir. O, Ərəstundan qızının diplomunun surətini, şəxsiyyət vəsiqəsini, dörd ədəd fotoşəkili almışdır. Həmin vaxt yanlarında başqa şəxs olmamışdır. Bundan əlavə, həmin ərəfələrdə Fəxrəddin ondan qardaşı oğlunu “SOCAR”, yəni Dövlət Neft şirkətinə sürücü kimi işə düzəltməyi xahiş etmiş, o da Fəxrəddinin bu təklifi ilə razılaşaraq bunu edə biləcəyini demişdir. Bunun müqabilində Faxrəddindən 1500 manat pul istəmişdir. Bundan bir müddət sonra istifadəsində olan (077) 488- 67-17 saylı mobil nömrəsinə həmin şəxs zəng etmiş və onlar Nərimanov parkında “Mc donalds” üzbəüz olan bir yerdə görüşüb əvvəl 1300 manat pul, həmin şəxsin şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsini almışdır. Həmin yerə o icarəyə götürdüyü «Kia» markalı avtomobillə gəlmişdir. Təxminən 10 gün sonra isə o yenə həmin yerdə Əlidən 200 manat olmaqla cəmi 1500 manat pul almışdır. Bunlardan əlavə o, Zərərçəkmiş şəxs5 Fəxrəddinin gəlininin qardaşı kimi tanımışdır. O, həmin ərəfələrdə dəqiq vaxtını xatırlamadığı tarixdə Fəxrəddinin vasitəsi ilə tanış olduğu həmin şəxsdən Fövqəladə Hallar Nazirliyində zabit kimi işə düzəlməsi üçün 4300 manat pul almışdır. Birinci dəfə həmin şəxslə Fəxrəddinin vasitəsi ilə Xətai rayonu ərazisində görüşmüşdür. Həmin şəxslə görüşəndə bildirmişdir ki, mülki işçi kimi üç min manata işə düzəldə bilər. İlk dəfə həmin şəxsdən Nərimanov parkında görüşüb 3000 manat pulu, şəxsiyyət vəsiqəsini, hərbi bileti və diplomun surətini almışdır. Sonra əlavə olaraq 1000 manat pul versə həmin şəxsi zabit kimi işə götürülməsinə kömək edəcəyini demiş, təxminən bir aydan sonra həmin şəxslə yenidən həmin parkda görüşüb 1000 manat pulu almışdır. Bundan bir az sonra Rəsulla Nərimanov parkında görüşüb işə geyinməli olduğu formasının tikilməsi adı ilə 300 manat pul almışdır. Bunlardan başqa Zeybəni Fəxrəddinin işlədiyi psixitariya xəstəxansının arxivinin işçisi kimi tanımış və Zeybəni «Nar Mobile» şirkətində yüksək əmək haqqısı olan operator kimi işə düzəlmək adı ilə ondan iki dəfəyə 1200 manat pul almışdır. Birinci dəfə 500 manatı Zeybə ona həmin xəstəxananın həyətində vermiş, ikinci dəfə isə anası Nəzakət Xalıqovanın iştirakı ilə ona pulu Nərimanov rayonunda Vergilər departamentinin qarşısında vermişdir. Həmin vaxt oraya icarəyə götürdüyü həmin “KİA” markalı avtmobillə gəlmişdir və avtomobildə tək olmuşdur. Zeybə pulu və şəxsiyyət vəsiqəsinin surətini, tərcümeyi halını avtomobilin içərisində ona vermiş, anası isə avtomobilə minməmiş, kənarda dayanmışdır. Bunlardan başqa həmin ərəfələrdə Fövqəladə Hallar Nazirliyində zabit kimi işə düzəltmək adı ilə Fəxrəddinin qohumu olan Zərərçəkmiş şəxs8 cəmi 5800 manat pul almışdır. 2016-cı ilin sentyabr ayının ortalarında Fəxrəddinin vasitəçiliyi ilə Bakı şəhərində Fövqaladə Hallar Nazirliyinin yanındakı parkın yaxınlığında yolun kənarında həmin pulun 4000 manatını Fəxrəddin həmin şəxsdən alıb ona vermişdir. Bu zaman orada hündür ağsaçlı bir kişi də olmuşdur, Fəxrəddin ona həmin şəxsin Nüxrətin dayısı olduğunu demişdir. O, orayada həmin “Kia” markalı avtomobillə getmişdir. İkinci dəfə isə Nüxrət həmin dayısı ilə birlikdə gecə vaxtı 2016-cı ilin oktyabr ayının əvvəllərində Görədil kənd tam orta məktəbinin yaxınlığında onunla görüşərək 1000 (min) manat pul almışdır. Üçüncü dəfə isə 2016-cı ilin noyabr ayında Nüxrət tək gələrək “Azadlıq” metostasiyasının yaxınlığında ona 500 manat pul vermişdir, yenidən 2016-cı ilin dekabr ayında Nüxrətlə təklikdə görüşüb “Gənclik” metorstansiyasının yaxındığında 300 manat pul almışdır. Bunlardan əlavə, “Socar” yəni Dövlət Neft şirkətinə işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs9 cəmi 2300 manat pul almışdır. 2016-cı ilin dekabr ayının axırlarında o, Rəşadla və onun dostu Zərərçəkmiş şəxs11la “Caspian” ticarət mərkəzinin qarşısında görüşmüşdür. Rəşadı adını bildirmək istəmədiyi bir tanışının vasitəsi ilə tanımışdır. Həmin tanışının onun həmin şəxsləri aldatmaq niyyətindən məlumatı olmamışdır. “Caspian” ticarət mərkəzinin qarşısına həmin “Kia” markalı avtomobllə getmiş, Rəşad və Aslandan şəxsiyyət vəsiqəsinin surətini almışdır. O, Rəşadı “Socar” şirkətinə işə düzəltmək üçün 2000 manat, Aslanı isə “Nar Mobile” şirkətində işə düzəltmək adı ilə ondan 1500 manat pul almışdır. O, Aslandan forma üçün 200 manat, Rəşaddan isə 300 manat əlavə pul almışdır. Ümumilikdə Zərərçəkmiş şəxs9 işə düzəlmək adı ilə 1700 manat, Zərərçəkmiş şəxs11 isə işə düzəlmək adı ilə 2300 manat pul almışdır. Hər ikisindən pulu eyni gündə, eyni yerdə almışdır. Bundan əlavə bildirmişdir ki, o, Dilşad Əmirova ilə 2017-ci ilin dekabr ayının axırlarında Yasamal rayonu ərazisində tanış olmuşdur. Tanışlıq zamanı o, əvvəllər Hollandiyada yaşadığını və orada diasporada işlədiyini demişdir. Azərbaycanda nazirlərlə, yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu demiş və həmin vaxt onlar mobil telefon nömrələrini bir-birilərinə vermişlər. Sonralar aralarında WhatsApp yazışmaları olmuşdur. O, təxminən 2018-ci ilin mart ayının axırlarında telefonla danışaraq Bakı şəhərində metronun “İnşaatçılar” stansiyasının yaxınlığında Dilşadla görüşmüşdür. Oraya Samirə adlı rəfiqəsinin qırmızı rəngli minik avtomobili ilə getmiş, lakin Samirə onların söhbətlərinə qarışmamışdır. Daha sonra Onlar “Elmlər Akademiyası” metrosunun yaxınlığında “Qoç əti” restoranına gedərək orada yemək yemişlər. O, söhbət zamanı Dilşada müxtəlif dövlət orqanlarına işə pulla adam düzəltdiyini və Dilşadın da belə tanışları olarsa onlara kömək edə biləcəyini demişdir. Təxminən bir həftə sonra Dilşad ona zəng edib əri Məmmədağanın işsiz olduğunu və ərini işə düzəltməkdə kömək etməsini xahiş etmiş, o da Dilşadın ərinin hansı ixtisas sahibi olduğunu soruşmuş, Dilşad isə ərinin mühəndis olduğunu bildirmişdir. Dilşada işə düzəlmə üçün pul lazım olacağını demiş, Dilşadda maddi imkanının zəif olduğunu, verəcəyi pulu bankdan götürə biləcəyini bildirmişdir. Bundan sonra o, Dilşada əri Məmmədağanı sürücü kimi şirkətlərin birində işə düzəldə biləcəyini demişdir və bu işi başqalarına 6000 manata, onun əri üçün isə 5000 manata həll edə bilcəyini bildirmişdir. Bundan əlavə, o, Dilşada ərinin sürücülük vəsiqəsinin surəti, yaşayış yerindən arayış, sağlamlıq haqqında arayış, əmək kitabçasının sürəti və anket üçün ona şəkillər verməli olduğunu demişdir. 2018-ci ilin aprel ayının əvvəllərində Dilşad onunla Yasamal rayonu metronun “İnşaatçılar” stansiyasının yaxınlığında görüşüb 4000 manat pul vermişdir. Oraya rəfiqəsi Samirənin idarə etdiyi avtomobillə getmiş, metronun yanında Dilşaddan həmin pulu almış, iki aya kimi əri Məmmədağanı Dövlət Neft şirkətinə sürücü kimi işə düzəldəcəyinə söz vermişdir. Həmin vaxtdan sonra təxminən iki ay ərzində metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında H.Cavid prosektində Dilşad ona 1800 manat pul vermişdir. Sonradan ərinin işi düzəlmədiyinə görə ondan pulunu geri tələb etdiyində Dilşada metronun “Elmlər Akademiyası” stansiyası ilə üzbə-üz təzə tikilən yüksək mərtəbəli binanın qarşısnda yolun kənarında 300 manat pul qaytarmışdır. O, Dilşad Əmirovadan onlara Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi evlərdən mənzil təşkil emək adı ilə hər hansı məbləğdə pul almamışdır. Bundan başqa, o, 2017-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 aldadaraq “Azərfon” şirkətinə operator vəzifəsinə işə düzəldəcəyini vəd vermiş və ondan Yeni Yasamal-2, Əsəd Əhmədov küçəsində “Etalon” yaşayış kompleksinin qarşısında 4800 manat pul almış və sonradan aldığı 4800 manat pulu geri ödəmişdir. Bundan əlavə o, 2017-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs2 qızı Şahid1 qızını “Azərfon” şirkətinə operator vəzifəsinə işə düzəldəcəyinə vəd verib Sədrəddindən ümumilikdə 2750 manat pul almışdır. Həmin ilin yanvar ayının ortalarında Nəsimi rayonunda yerləşən “Zorge” parkında 1500 manat, yanvar ayının axırlarında Texniki Universitetin inzibati binasında 1000 manat və Elmlər Akademiyası bağında 250 manat pul almışdır. O, həmin məbləği sonradan geri qaytarmışdır. Bundan əlavə bildirmişdir ki, o, 2017-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs12la tanış olmuşdur. Fikrət ona özünü hüquqşünas kimi təqdim etmişdir. Onun əri Rəzzaq əslən Sabirabad rayonu Əskərbəyli kəndindən olmuş, həmin kənddə ərinin süni yaradılmış gölü olmuş və əvvəllər orada balıq saxlamışlar. Əri Rəzzaq 2016-ci ilin mart ayında həbs olunduğundan, o, Əskərbəyli kəndində olan həmin gölün sənədlərini hazırlayıb özəlləşdirib banka qoyub pul götürmək istədiyini Fikrətə demişdir. Fikrət onun sözlərinə inanmış, lakin o, Fikrətə gölü göstərməmişdir. O, 2017-ci lin fevral - mart aylarında Fikrətdən cəmi hissə - hissə olmaqla 13.500 manat pul almışdır. Həmin pulu Fikrət ona müxtəlif yerlərdə vermişdir. O, pulu Fikrətdən əsasən Bakı şəhəri, Sabunçu rayonu ərazisində almışdır. Bundan sonra o Fikrətə 15000 manat qaytarmışdır. Fikrət həmin pulu faizə götürüb ona verdiyinə görə üstünə əlavə faiz pulu gəldiyini bildirmiş, ona görə də Fikrət ondan 1500 manat artıq pul almışdır. O, Fikrətin göstərdiyi kimi 27.000 manat məbləğində pul almamışdır. Bundan başqa, tanışı Mehriban vasitəsi ilə Zərərçəkmiş şəxs14 ilə tanış olmuşdur. Tünzalə ilə söhbət zamanı o, Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaatı Dövlət Agentliyində tanışı olduğunu və tanışlarının vasitəsi ilə həmin qurumun inşa etdiyi sosial evlərdən güzəştli şərtlərlə mənzil verilməsini təşkil edəcəyini bildirib, ona 3500 manat müqabilində iki otaqlı sosial mənzil təşkil edəcəyinə söz vermişdir. Tünzalə isə hal-hazırda o qədər pulunun olmadığını, ilkin olaraq 1500 manat pulunun olduğunu, qalan pulu isə xx xxxxxxxx 2019-cu il tarixinə kimi verəcəyinə ona söz vermişdir. O, Tünzalənin ona etdiyi təklif ilə razılaşmış və 2019-cu ilin sentyabr ayının əvvələrində Tünzalənin çalışdığı “Ş.E.R Akademiya” gözəllik salonunda ondan 1500 manat pul almışdır. Tünzaləyə sosial ev təşkil edəcəyinə söz verdikdən sonra onun vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs15 də 7000 manat müqabilində üç otaqlı mənzil təşkil edəcəyinə söz vermişdir. xx xxxxxxx 2019-cu il tarixdə Məhəmməd Tünzalənin çalışdığı gözəllik salonuna gəlmiş və Tünzalə onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq Məhəmmədin orada olduğunu və 7000 manat pul gətirdiyini ona demişdir. O, Tünzaləyə yalandan hal-hazırda Moskva şəhərində olduğu üçün həmin pulu götürə bilmədiyini və ondan həmin pulu götürməsini xahiş edərək Bakıya gələn kimi pulu gəlib götürəcəyini bildirmişdir. Bundan sonra Tünzalədə ona pulu götürdüyünü demişdir. xx xxxxxxx 2019-cu il tarixdə o, Tünzalə ilə Koroğlu metrosu tərəfdə görüşərək Tünzalədən həmin pulu almışdır. Daha sonra ona pul lazım olduğu üçün yalandan mənzillərin sığorta məsələsinin həll edilməsi üçün əlavə 150 manat lazım olduğunu demiş və xx xxxxxxx 2019-cu il tarixdə o, 150 manat pulu Tünzalənin işlədiyi salondan gedib götürmüşdür. Bundan başqa, Tünzalə vasitəsi ilə tanıdığı Müşfiq Cavadov ona də ev təşkil etmək üçün müraciət etmiş, o da Müşfiqə 7000 manat müqabilində üç otaqlı mənzil təşkil edəcəyinə söz vermişdir. xx xxxxxxx 2019-cu il tarixdə Müşfiq Tünzalənin çalışdığı gözəllik salonuna getmiş,Tünzalə onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq Müşfiqin orada olduğunu və 7.000 manat pul gətirdiyini demişdir. O, yenədə Tünzaləyə yalandan hal-hazırda Moskva şəhərində olduğu üçün həmin pulu ondan götürə bilmədiyini bildirərək, Tünzalədən həmin pulu götürüb özündə saxlamasını xahiş etmiş və Bakıya gələn kimi pulu ondan götürəcəyini bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə o, Tünzalə ilə Əzizbəyov metrosu tərəfdə görüşərək Tünzalədən həmin pulu almışdır. Daha sonra ona pul lazım olduğu üçün yalandan mənzillərin sığorta məsələsinin həll edilməsi üçün əlavə 150 manat lazım olduğunu bildirərək xx xxxxxxx 2019-cu il tarixdə Tünzalənin işlədiyi salona gedərək 150 manatı götürmüşdür. Bundan başqa, Tünzalə vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs17 da ondan ev təşkil etməyini istəmiş və o Kəmaləyə 6.000 manat müqabilində mənzil təşkil edəcəyinə söz vermişdir. Razılaşmalarına əsasən sentyabr ayının sonlarında Tünzalənin çalışdığı gözəllik salonunda Kəmalə ilə görüşmüşdür. Söhbət zamanı Kəmaləyə heç bir problemin olmadığını, 6000 manat müqabilində Kəmaləyə lazım olan mənzili təşkil edəcəyinə söz vermişdir. Həmin gün orada Tünzalənin yanında o, Kəmalədən 6.000 manat pul almışdır. Hardasa oktyabr ayının sonlarında Kəmalə onunla əlaqə saxlayan zaman o, Kəmaləyə noyabr ayının sonlarında evlərin satışa çıxacağını bildirmişdir. Bundan başqa, Tünzalə vasitəsi ilə tanıdığı Sədaqət ondan özü üçün ev təşkil etməyi istəmiş və buna cavab olaraq Sədaqətə 7000 manat müqabilində mənzilin özünü, içərisindəki məişət əşyaları və mebel ilə birlikdə 12.000 manata təşkil edə biləcəyini bildirmişdir. Sədaqət onun bu təklifi ilə razılaşdıqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdə Tünzalənin çalışdığı “Ş.E.R Akademiya” gözəllik salonunda onunla görüşmüş və 12000 manat məbləğində pulu ondan götürmüşdür. Bundan başqa, Tünzalə vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs13 da ondan ev təşkil etməyini istəmişdir. Gülnarəyə 7.000 manat müqabilində 3 otaqlı mənzil təşkil edəcəyinə söz vermiş, 2019-cu ilin sentyabr ayının ortalarında Gülnarə ilə Tünzalənin çalışdığı gözəllik salonunda söhbət zamanı ona heç bir problemin olmadığını, 6000 manat müqabilində lazım olan mənzili təşkil edə biləcəyinə söz vermişdir. Həmin vaxt Gülnarə üzərində 1000 manat pul olduğunu, qalan pulu da səhəri gün verəcəyini bildirmişdir. İlk öncə Gülnarənin etdiyi təklif ilə razılaşmamışdır. Lakin sonradan o, Gülnarədən 1000 manat pulu Tünzalənin yanında almışdır. Daha sonra səhəri gün yenə Gülnarə ilə həmin salonda görəşərək ondan qalan 5.000 manat pul almışdır. Bundan başqa, Tünzalə vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs10 da ondan ev təşkil etməyini istəmiş, Ayselə 5.000 manat müqabilində mənzil təşkil edəcəyinə söz vermişdir. 2019-cu ilin sentyabr ayının ortalarında Tünzalə onu yığaraq Ayselin “Ş.E.R Akademiya” salonunda olduğunu və 5.000 manat pul gətirdiyini bildirmişdir. O, Tünzaləyə hal hazırda işinin olduğunu bildirərək pulu götürməsini bildirmişdir. Tünzalə cavab olaraq ona 5.000 manatı götürərək özündə saxladığını bildirmişdir. Səhəri gün Tünzalə ilə görüşərək həmin pulu Tünzalədən götürmüşdür. Bundan başqa, Tünzalə vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs6 də ondan ev təşkil etməyini istəmişdir. Ceyhuna 6.500 manat müqabilində mənzil təşkil edəcəyinə söz vermişdir. xx xxxxxxxx 2019-cu il tarixdə o, Tünzalənin çalışdığı “Ş.E.R Akademiya” adlanan gözəllik salonunda Ceyhun ilə görüşmüşdür. Görüş zamanı o, Ceyhuna 2019-cu ilin dekabr ayına qədər 6500 manat müqabilində sosial mənzil təşkil edə biləcəyini bildirmişdir. Həmin vaxt Ceyhun onun bu təklifi ilə razılaşaraq ona 6500 manat pul vermiş və o, həmin pulu götürmüşdür. Sonradan ona pul lazım olduğu üçün mənzillərin sığorta məsələsinin həll edilməsi üçün əlavə 150 manat istəmiş, xx xxxxxx 2019-cu il tarixdə həmin salonda Ceyhun ona 150 manat pul vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin pullları öz şəxsi maraqları üçün xərcləmişdir və həmin pullardan heç kimə verməmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Xalıqova Zeybə Əflətdin qızı, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11 dəymiş ziyanı tam şəkildə ödəyərək onlarla barışmasını, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs6 dəymiş ziyanı qismən ödəməsini nəzərə alaraq nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Fəxrəddin onun işlədiyi xəstəxanada həkim psixiatr işləmişdir. Təqsirləndirilən şəxs təxminən 2016-cı ilin sentyabr ayında tanışı Fəxrəddinin vasitəsi ilə tanımışdır. O, Fəxrəddin həkimlə söhbət zamanı bildirmişdir ki, oğlu Faiq Əsədovu işə düzəltmək istəyir. Fəxrəddin həkim Təqsirləndirilən şəxs ilə söhbət edərkən qaynı Şahid6 sürücü kimi hər hansı bir orqana işə düzəltməsində köməklik etməsini istəmiş və sonuncu bunu edə biləcəyini Fəxrəddinə söz vermişdir. Sonradan Təqsirləndirilən şəxs onu inandırmışdır ki, 10.000 manat pul müqabilində oğlu Faiq Əsədovu yüksək əmək haqqı olan dövlət orqanlarından hər hansı birinə hüqüqşünas vəzifəsinə təyin etdirə bilər. O, Təqsirləndirilən şəxs bu vədinə inanaraq onunla razılaşmışdır. Bundan sonra təxminən 13 və ya xx xxxxxxxx 2016-cı il tarixdə Nərimanov rayonunun ərazisində yerləşən Nərimanov istirahət parkının içərisində Təqsirləndirilən şəxs ilə görüşərək qaynı Şahid6 yanında 10.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Elnarə tək olmuşdur. Təxminən bir aydan sonra Təqsirləndirilən şəxs onun istifadəsində olan (050) ***-**-** və ya (055) ***-**-** nömrələrindən birinə öz istifadəsində olan (077) ***-**-** nömrəsindən zəng edib işin alınması üçün əlavə pullar verməli olduğunu bildirmişdir. O, Elnarə ilə razılaşmış və 2016-ci ilin noyabr ayının sonunadək ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs hər dəfə Nərimanov istirahət parkında onunla görüşərək ondan ümumiləkdə əlavə 16000 manat pul, oğlunun şəxsiyyət vəsiqəsini, diplomunu, eyni zamanda qaynı Şahid6 şəxsiyyət vəsiqəsini almışdır. Bir ay keçəndən sonra o, Təqsirləndirilən şəxs istifadəsində olan nömrələrə zəng etmişdir, lakin Təqsirləndirilən şəxs telefonuna zəng çatmamışdır. Ona görə də o, bu barədə iş yoldaşı Şahid4 danışmışdır və souncu ona Elnarənin ərinin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsini bilirmişdi. Təxminən 2016-cı ilin dekabr ayında Şahid4la birlikdə 9 saylı cəzaçəkmə müəssisəsinə gedərək Elnarənin həyat yoldaşı olan Rəzzaqla görüşmüşlər. Orada bütün olanları Fəxrəddin həkimin yanında Rəzzaq Əliyevə danışmışdır. Rəzzaq onlara bildirmişdir ki, arvadı Təqsirləndirilən şəxs Respublikada yoxdur, Norveç dövlətinə gedib və tezliklə qayıdıb məsələləri həll edəcək. İş məsələsi düzəlməyəcəyi təqdirdə ondan aldığı pullarını qaytaracaq. Həmin günü səhəri Təqsirləndirilən şəxs gizli nömrə ilə iş yoldaşı Fəxrəddinə zəng edib oğlunun Riqa şəhərində yol qəzasına düşdüyünü, vəziyyətinin ağır olduğunu və bir neçə gündən sonra Bakı şəhərinə qayıdaraq bütün məsələləri həll edəcəyini bildirmiş və o işdə olan zaman bunu Fəxrəddinə demişdir. Təxminən 2017-ci ilin fevral ayının əvvəlində Təqsirləndirilən şəxs ***-***-**-** nömrədən Fəxrəddinə zəng etdikdən sonra xəstəxanaya gəlib Fəxrəddinlə görüşmüşdür. Bundan sonra həmin günü axşam Elnarə ona zəng edərək onunla Koroğlu metrostansiyası yaxnlığında görüşmüşdür. Elnarə onunla görüşə ağ rəngli, “Kia Serato” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. Həmin avtomobilin salonunda Elnarə onunla danışaraq xx xxxxxx 2017-ci l tarixdə oğlunu prokurorluq və ya polis orqanına işə qəbul etdirəcəyini demişdir. Düzəlməsə isə xx xxxxxx 2017-ci il tarixdə ondan almış olduğu 16.000 manat pulunu və sənədləri geri qaytaracaq. Lakin həmin gündan sonra o, bir daha Təqsirləndirilən şəxs tapa bilməmiş və telefonu söndürdüyündən onunla əlaqə saxlaya bilməmişdir. Məcbur olub bir neçə dəfə Elnarənin əri Rəzzaq Əliyevin yanına 9-cu kalona gedib Rəzzaqla görüşmək istəmiş, lakin Rəzzaq onunla görüşə gəlməmişdir. Bundan sonra o, məcbur olub iş yoldaşı Fəxrəddin İbahimovla birlikdə Elnarəni axtarmağa başlamışlar, lakin onu tapa bilməmişlər. O, ümumilikdə Təqsirləndirilən şəxs 2016-cı ilin sentyabr-oktyabr aylarında 26000 manat pul vermişdir. Son olaraq o Təqsirləndirilən şəxs tərəfindən ona 26.000 manat mabləğində maddi ziyan vurulduğunu, həmin məbləğdən 5.000 manat Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, qalan 21.000 manat məbləğində pulu tələb etdiyini bildirərək bu barədə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Şahid4 onun əmisidir. O, Azərişıqda işləyib, lakin əmək haqqı aşağı olduğundan yüksək əmək haqqısı olan iş axtarmışdır. Bu barədə əmisi Fəxrəddinə dedi ki, sonuncu onu bilirmişdir ki, Təqsirləndirilən şəxs adlı bir tanışı var, ona işə düzəlməkdə kömək edə bilər. Təqsirləndirilən şəxs təxminən 2016-cı ilin sentyabr ayının əvvəlləində əmisi Şahid4 vasitəsi ilə tanımışdır. O əmisi Fəxrəddinə demişdir ki, tanışı Elnarə ilə danışsın və görsün ki, onu hara və neçəyə işə düzəldə bilər. X54 ilə danışandan sonra ona demişdir ki, “SOCAR” şirkətində maaşı yüksək olan sürücü vəzifəsi olduğunu və 1500 manat pul müqabilində Elnarə onu həmin vəzifəyə qəbul etdirə bilər. Həmin söybətdən təxminən 4-5 gün keçdikdən sonra o, 1500 manat pulu düzəldib bu barədə əmisi Fəxrəddinə demişdir ki, onun tanışı olan Elnarə ilə danışsın və həmin pulu sonuncuya versin. Bundan sonra X54 ilə danışandan sonra ona zəng edib demişdir ki, Elnarə ilə telefonla danışıb o Nərimanov istirahət parkın qarşısında olacaq ora gedib görüşərək söhbət etsin. Eyni zamanda əmisi Şahid4 tanışı Təqsirləndirilən şəxs mobil telefon nömrəsini yəni 077 ***-**-** ona vermiş və bir daha əlavə etmişdir ki, Elnarə ilə əlaqə saxlayıb Nərimanov istirahət parkında görüşsünlər. O, da Nərimanov istirahət parkın qarşısına gəlmiş, Təqsirləndirilən şəxs (077) ***-**-** mobil nömrəsinə zəng vurub, demişdir ki, Nərimanov istirahət parkın qarşısındadır. Bundan bir müddət sonra Elnarə ağ rəngli “Kia Cerato” markalı avtomobillə gəlmişdir. O Elnarənin idarə etdiyi avtomobilə sərnişin tərəfdən avtomobilə yaxınlaşmış və Elnarə avtomobilin sol qabaq şüşəsini aşağı salmış o isə şəxsiyyət vəsiqəsinin, hərbi biletiinin və sürücülük vəsiqəsinin surətlərini 1300 manat pul ilə birlikdə Təqsirləndirilən şəxs vermişdir. Elnarə həmin pulları və sənədləri əl çantasına qoyaraq ona 10 gün müddətində onunla əlaqə saxlayacagını bildirmişdir. Bundan 10 gün küçdikdən sonra o, Elnarə zəng edib işlə maraqlanmışdır, sonuncu ondan əlavə 200 manat gətirməyi təkləb etmiş o, isə cavab olaraq Elnarəyə bildirmişdir ki, həmin pulu yalnız işə çıxandan sonra verər. Bundan sonra Elnarə ona bir neçə gün də gözləməyini, işə qəbul olunanda özü ona məlumat verəcəyini bildirmişdir. Aradan bir həftə keçəndən sonra Təqsirləndirilən şəxs o, zəng edib işi ilə maraqlananda demişdir ki, qalan 200 manatı da gətir onu istəyirlər. Ona görə də o, Təqsirləndirilən şəxs ilə Nərimanov istirahət parkında görüşüb 200 manat pulu da vermişdir. O, bir 1-2 ay gözləmiş və Təqsirləndirilən şəxs ona zəng etmədiyindən özü Elnarəyə zəng etmiş, lakin Təqsirləndirilən şəxs telefonuna zəng çatmamıdşır. Həmin vaxtdan sonra o, Təqsirləndirilən şəxs axtaramağa başlamış, lakin tapa bilməmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs ondan başqa bir neçə şəxsləri də aldadıb. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, xx xxx 2016-cı ildə hərbi xidmətdən yeni qayıtmış və bir müddət işsiz olduğundan özünə iş axtarmış. Xalası oğlu Şahid9 qayınatası Şahid4 qardaşıdır. Cəbrayıl Fəxrəddinlə danışanda sonuncu ona bildirmişdir ki, tanışı vasitəsi ilə onu Fövqələda Hallar Nazirliyinə çavuş kimi 3000 manata, leytenant kimi 6000 manata işə düzəldə bilər. Bundan sonra o, Cəbrayıl və dayısı oğlu Rövşən İmanovla birlikdə Fəxrəddinin Saray qəsəbəsində olan evinə getmişlər. Orada onlar şəxsiyyət vəsiqəsinin, diplomun surətini və özünü, hərbi biletin əslini və surətini vermişlər ki, notarial qaydada təsdiq etdirər verər tanışına və sənədlərin əslini qaytarar. Fəxrəddin onlara demişdir ki, tanışı ilkin olaraq 4000 manat pul istəyir, işə düzələndən sonra da 2000 manat verilmlidir. O, da deyilən məbləğlə razılaşıb qohumlardan borc olaraq həmin pulu alıb düzəldibdikdən sonra təxminən 2016-cı ilin sentyabr ayının ortalarında pulu vermək üçün Fəxrəddinin Saray qəsəbəsindəki evinə getməmişdir. Səhəri günü o, X70la birlikdə səhər saatlarında FHN-nin yanındakı parkın yanına gəlmişlər, onlar ora çatanda Fəxrəddin orda olmuş, o, 4000 manat pulu ondan böyük olduğundan X70a vermişdir. X70 Şahid4la görüşəndən sonra nə iş olacağını və aylıq əmək haqqının nə qədər olmasını soruşmuş, Fəxrəddin onlara demişdir ki, tanışının deməsinə görə aylıq əmək haqqı ***-**** manatdır, indidə tanışı gələcək özündən soruşarsınız. Orada onlar Şahid4la birlikdə onun tanışını gözləmişlər, aradan təxminən 10-15 dəqiqə keçəndən sonra bir ağ rəngli “KİA” markalı nömrəsini xatırlamadığı avtomobil Fəxrəddin həkimin avtomobilinin qarşısında dayanmış, avtomobildən bir qadın düşüb onlara yaxınlaşmışdır. Avtomobili bir cavan oğlan idarə edirmiş, həmin oğlan avtomobildən düşməmiş və yanlarına gəlməmişdir. Qadın onların yanına gələndən sonra onlar bilmişlər ki, işi düzəldən şəxs həmin qadındır. Fəxrəddin onları Təqsirləndirilən şəxs ilə tanış edəndən sonra onlar nə iş olmasını soruşduqda sonuncu bildirmişdir ki, onu FHN-də zabit vəzifəsinə işə düzəldəcəkdir, əmək haqqı da münasibdir, hazırda tələsir, harasa getməlidir. Orada dayısı Vəfa 4000 manat pulu zərfin içərisində Fəxrəddin həkimə vermiş, Fəxrəddin həkim də onların yanında həmin zərfi içərisindəki 4000 manat pul ilə birlikdə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu Fəxrəddin həkimdən alandan sonra, yaşayış yerindən və sağlamlıq barədə arayış istəmiş, bildirmişdir ki, problem yoxdur, bundan sonra onlarla sağollaşmış və avtomobilə tərəf gedib, gəldiyi avtomobilə oturub, sürücü avtomobili sürüb getmişdir. Orada Fəxrəddin həkim onlara Elnarənin mobil tenlefonlarını vermiş, bildirmişdir ki, nə isə lazım olsa özləri Elnarə ilə əlaqə saxlasınlar. Onlar da həmin şəxsin onu iş düzəldəcəyinə inam yaranmışdır. Həmin vaxtdan sonra üstündən 15-20 gün keçmiş Təqsirləndirilən şəxs ona zəng edib, demişdir ki, çoxdandır FHN-nə işə adam düzəltməmişdir, bilməmişdir ki, kurs keçməlidirlər və kursla əlaqədar əlavə olaraq min manat pul verilməlidir. O, Fəxərədin İbrahimovla telefon vasitəsi ilə əlaqə saxlamış, ona demişdir ki, Elnarə əlavə olaraq 1000 manat pul istəyir, buna cavab olaraq Fəxrəddin demişdir ki, pulu verin problem yoxdur, işinizi düzələcək. Təxminən 2016-cı ilin oktyabr ayının əvvəllərində Görədil kənd tam orta məktəbinin yaxınlığına Elnarə həmin ağ rəngli “KİA” markalı avtomobili ilə gəlmişdir. Elnarə avtomobildən düşmüş, onunla və dayısı Vəfa ilə danışmışdır ki, sənədləri verib, kursla əlaqədar olaraq əlavə pul tələb olunur, ona görə də dayısı Vəfanın iştirakı ilə o, 1000 manat pulu şəxsən özü Elnarəyə vermişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, narahat olmasın qısa müddətdə onun işi düzələcək, heç bir problem yoxdur. Bir neçə gündən sonra təxminən 2016-cı ilin noyabr ayında dəqiq tarixi bilmədyi vaxda Elnarə ondan əlavə 500 manat pul istəmiş və o, şəxsən özü Azadlıq metostasiyasının yaxınlığında, Zümrüd şadlıq evinin yanında yolun kənarında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Elnarə ora yenə həmin ağ rəngli “KİA” markalı avtomobillə gəlmişdi, avtomobili özü sürmüş və 500 manat pulu DİN-də onun barəsində yoxlamanın tez keçməsi lazım olduğunu bildirmiş və o həmin pulu vermişdir. Aradan 3-4 gün keçəndən sonra Elnarə özü yenə ona zəng edib bildirmişdir ki, üç yüz manat pul forma üçün lazımdır, buna cavab olaraq o formanı özləri verməli olduğu demişdir. Lakin Elnarə demişdir ki, pul verilməlidir. O, Fəxrəddin həkimə zəng edib Elnarənin ondan yenə pul istəməsi barədə bildirmişdir. O eyni şeyləri yenə onlara demiş və narahat olmamaqlarını, Elnarənin şəxsiyyət vəsiqəsinin onda olmasını və onu dekabr ayının 25-də işə çağıracaqlarını bildirmişdir. 2016-cı ilin dekabr ayının ortaları Bakı şəhəri Nərimnov rayonu Gənclik metorstansiyasının yaxındığında Enarə Abdullayeva ilə görüşmüş və 300 manat pul ona vermişdir. Bundan sonra bir müddət Elnarənin nömrəsinə zəng etmiş, lakin onun nömrəsinə zəng çatmamışdır. O, Fəxrəddin həkimə zəng etmiş və Elnarəni tapa bilmədiklərini ona demişdir. Fəxrəddin həkim bildirmişdir ki, Elnarənin oğlu avariyaya düşüb xaricdədir, dekabr ayının axırında gələcəkdir. Dekabr ayının axırı Elnarədən xəbər çıxmamışdır. Daha sonra Fəxrəddin demişdir ki, yanvarın 10-da gələcəkdir. Bundan 1 ay da vaxt keçmiş, lakin Elnarədən xəbər çıxmamışdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, tanışlarının vasitəsi ilə 2016-cı ildin dekabr ayının ortalarında Bakı şəhəri Nərimanov rayonu «Caspian» ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin zaman dostu Zərərçəkmiş şəxs11 və tanışı Şahid8 orada olmuşlar. Söhbət zamanı Təqsirləndirilən şəxs ona və dostu Aslana bildirmişdir ki, yüksək vəzifələrdə işləyən tanışları, dostları vardır və onların vasitəsi ilə ona köməklik göstərib onu aylıq əmək haqqı 1200 manat olan «Neft» şirkətinə sürücü vəzifəsinə işə düzəldə bilər. Elnarə əlavə olaraq bildirmişdir ki, bu məsələnin həlli üçün ona 2000 manat pul ödənilməlidir. O da işsiz olduğundan və Elnarənin bu təklif ilə razılaşıb və xx xxxxxx 2016cı il tarixdə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Nərimanov rayonu «Caspian» ticarət mərkəzinin qarşısında görüşüb Elnarədən anket blankı götürmüşdür. Həmçinin dostu Zərərçəkmiş şəxs11 da onun kimi anket blankı götürmüşdür. Elnarə həmin yerə ağ rəngli Kia markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmişdir. Anketi götürəndən sonra razılaşmışlar ki, xx xxxxxx 2016-ci il tarixdə görüşüb anketi, şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq barədə arayışı və həmçinin pulu verəcəklər. xx xxxxxx 2016-cı il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs ilə ünvan 20 ünvanda yerləşən «Caspian» ticarət mərkəzinin qarşısında o, dostu Aslan və Aslanın qohumu Emil görüşmüşlər. Elnarə həmin vaxt yenə həmin ağ rəngli Kia markalı avtomobillə gəlmişdir. O və dostu Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs onlardan tələb etdiyi sənədləri və işə düzəlməyi üçün Elnarənin ondan istədiyi həmin 2000 manat pulu ona vermişdir. Həmin vaxt yanında olan dostu Aslan və Emil orada olmuşlar. O, 2000 manat pulu Təqsirləndirilən şəxs verdikdən sonra Təqsirləndirilən şəxs ondan forma üçün 300 manat da əlavə pul istəmişdir. Həmin vaxt onun üstündə pul olduğundan bu səbəbdən də Elnarənin forma üçün ondan istədiyi 300 manat pulu da Elnarəyə vermişdir. O, ümumilikdə xx xxxxxx 2016-cı il tarixdə ünvan 20 ünvanda yerləşən «Caspian» ticarət mərkəzinin qarşısında işə düzəlməyi ilə əlaqədar Təqsirləndirilən şəxs 2300 manat pul vermişdir. Həmçinin onun dostu Zərərçəkmiş şəxs11 qohumu Emilin yanında Təqsirləndirilən şəxs 1500 manat, sonra da forma üçün 200 manat, cəmi 1700 manat pul vermişdir. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bu yolla onlardan başqa bir neçə nəfəri də aldadıb, onların pullarını ələ keçirib onlara qarşı dələduzluq etmişdir və həmin şəxslər Bakı şəhəri Nərimanov rayon polisinə ərizə ilə müraciət etmişlər. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, universiteti bitirdikdən sonra iki il işsiz qalmış və bununla əlaqədar olaraq özünə iş axtarmışdır. Tanışlarının vasitəsi ilə 2016-cı ilin dekabr ayının ortalarında Bakı şəhəri Nərimanov rayonu «Caspian» ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt dostu Zərərçəkmiş şəxs9 və qohumu Şahid8 da yanında olmuşdur. Söhbət zamanı Təqsirləndirilən şəxs ona və Rəşada yüksək vəzifələrdə işləyən tanışları və dostlarının olmasını, tanışlarının vasitəsi ilə onlara köməklik göstərib onu «Nar Mobile» şirkətinə operator vəzifəsinə işə düzəldə biləcəyini, aylıq əmək haqqı 980 manat olacağını bildirmişdir. O da Təqsirləndirilən şəxs ilə razılaşmış və Təqsirləndirilən şəxs ona işə düzəlmək qarşılığında 1500 manat məbləğdə pul ödəmək lazım olduğunu demiş və onun bu təklifi ilə razılaşmışdır. xx xxxxxx 2016-cı il tarixdə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Nərimanov rayonu «Caspian» ticarət mərkəzinin qarşısında görüşüb Elnarədən anket blankı götürmüşdür. Həmçinin dostu Zərərçəkmiş şəxs9 da onun kimi anket blankı götürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bir cavan oğlanın idarə etdiyi ağ rəngli “Kia” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmişdir. Anketi götürəndən sonra onlar razılaşmışlar ki, xx xxxxxx 2016-ci il tarixdə görüşərək anketi, şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq barədə arayış və həmçinin pulu Elnarəyə versinlər. xx xxxxxx 2016-cı il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs ilə ünvan 20 ünvanda yerləşən «Caspian» ticarət mərkəzinin qarşısında o, dostu Rəşad və qohumu Emil görüşmüşlər. O və dostu Zərərçəkmiş şəxs9 Elnarənin onlardan tələb etdiyi sənədləri və 1500 manat pulu sonuncuya vermişlər. O, pulu Təqsirləndirilən şəxs verəndə bibisi oğlu Emil və dostu Rəşad onun yanında olmuşlar və onlar da bunun şahidi olmuşlar. Bundan sonra Elnarə ondan forma üçün 200 manat da əlavə pul istəmişdir. Həmin vaxt onun üstündə pul olduğundan Elnarənin forma üçün ondan istədiyi 200 manat pulu da Elnarəyə vermişdir. O, ümumilikdə xx xxxxxx 2016-cı il tarixdə ünvan 20 ünvanda yerləşən «Caspian» ticarət mərkəzinin qarşısında işə düzəlməyi ilə əlaqədar Təqsirləndirilən şəxs 1700 manat pul vermişdir. Həmçinin onun və qohumu Emilinin yanında dostu Zərərçəkmiş şəxs9 2000 manat, sonra da forma üçün 300 manat, cəmi 2300 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bu yolla onladan başqa bir neçə nəfəri də aldadıb, həmin şəxslərin pullarını ələ keçirib onlara qarşı dələduzluq etmiş və həmin şəxslər Bakı şəhəri Nərimanov rayon polisinə ərizə ilə müraciət etmişlər. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Mətanət Abdullayevanı 2017-ci ilin yanvar ayının əvvəlindən tanımış və tanıdığı vaxtdan onun dürüstlüyünə etibar etmişdir. 2017-ci ilin əvvəllərində işsiz olduğu üçün dostlarına, tanışlarına, o cümlədən Mətanət xanıma da bildirmişdir ki, uyğun bir iş olsa ona xəbər etsinlər. Bir neçə gün keçdikdən sonra Mətanət onunla əlaqə saxlayraq Elnarə adlı xanım tanışının olduğunu, onu işə düzəltməkdə kömək edə biləcəyini, Elnarə ilə danışdığını bildirmiş və Elnarənin “whatsapp” nömrəsini ona vermişdir. xx xxxxxx 2017-ci il tarixdə o, Elnarə ilə əlaqə saxlamışdır. Elnarə onunla özü barəsində danışan zaman bildirmişdir ki, o Azərbaycanda Respublikasının vəzifələri şəxsləri ilə qohumluq və tanışlıq əlaqələri var, özü isə Milli Məclisin Hollandiya Respublikası üzrə diasporasının nümayəndəsi olduğunu bildirmiş və onu Milli Məclisdə hüquqşünas kimi işə düzəldə biləcəyini demişdir. Elnarənin danışıqları ona inandırıcı gəldiyi üçün onu səhərisi günü Mətanətlə birlikdə görüşə dəvət etmişdir. xx xxxxxx 2017-ci il tarixdə axşam Elnarə ilə “Gənclik” metröstansiyasının qarşısında görüşmüşlər. Elnarə görüşə özünün idarə etdiyi “Kia” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş və ona idarə etdiyi avtomobilə əyləşərək Mətanətlə görüşə getməyi təklif etmişdir. O, Elnarənin idarə etdiyi avtomobilə oturmuş, onlar birlikdə “Park Bulvar” adlanan ticarət mərkəzinin qarşısına getmişlər. Yol boyu etdikləri söhbət zamanı Elnarə ona «sən yaxşı, qanacaqlı mərifətli oğlansan, səni dayımın işlədiyi Milli Məclisə hüquqşünas vəzifəsinə işə düzəldəcəm, sənə hər cür köməkliyi göstərəcəm» və s. kimi vədlər vermişdir. Daha sonra onlar Mətanət xanımla görüşmüşüb “Gənclik” metrosu yaxınlığında olan yeni yaradılmış süni gölün yaxınlığında dəbdəbəli restorana getmişlər. Orada Elnarə çox hörmətli millət vəkilinin bacısı qızı olduğunu və onu heç bir problemsiz Milli Məclisə hüquqşünas vəzifəsinə işə düzəldəcəyinə Mətanətin yanında söz vermişdir. Görüşün yekununda ona maksimum 5000 (beş min) manata bu işə düzəldəcəyini demişdir. xx xxxxxx 2017-ci il tarixdə Elnarə onunla əlaqə saxlıyaraq Milli Məclisdə onun üçün qara rəngli Daevo markalı AA seriyalı qeydiyyat nömrə nişanı olan avtomobil ayırtdırdığını, buna görə də təcili olaraq 500 manat lazımı olduğunu bildirmişdir. Səhəri gün yəni, xx xxxxxx 2017-ci il tarixdə “Xalqlar Dostluğu” metrosunun yaxınlığında yerləşən «Medical Plaza”da Elnara ilə görüşmüş və 500 manat pulu Elnarəyə vermişdir. Həmin günün axşamı Elnarə onun istifadə etdiyi mobil telefonuna zəng vuraraq işi ilə əlaqədar təcili rüsum tələb olunduğunu bildirmiş və ondan 2500 (iki min beş yüz) manat pul verməsini istəmişdir. Elnarədən nə rüsum olduğunu soruşman zaman Elnarə Milli Məclisin daxilində ona görə bəzi rüsumlar olduğunu, işlərində axsamalar olmasın deyə rüsumları ödəməli olduğunu demişdir. O, Elnarəyə inanıb təxminən xx xxxxxx 2017-ci il tarixdə qardaşı X14 vasitəsi ilə 2500 manat borc taparaq, həmin gün “Gənclik” metrostansiyasının qarşısında Elnarə ilə görüşüb, 2500 manat pulu sonuncuya vermişdir. Orada Elnarə ona sənədləri hazırlamalı olduğunu və kadrlar uçotunun şəxsi vərəqini və tərcümeyi hal üçün xüsusi forma verərərək 2 günə 6000 manat pul ilə birlikdə bütün sənədləri hazırlayıb ona verməsini bildirmişdir. Təxminən xx xxxxxx 2017-ci il tarixdə Elnarənin tapşırdığı sənədləri və 6000 manat pulu “Gənclik” metrostansiyasının yaxınlığında yerləçən “Caspian” ticarət mərkəzinin qarşısında qardaşı Məlikin yanında Elnarəyə vermişdir. Söhbət zamanı Elnarə ondan onun şəxsiyət vəsiqəsini əslini verməyi tələb etmiş və o sonuncu ilə razılaşaraq şəxsiyyət vəsiqəsi Elnarəyə vermişdir. Bir neçə gündən sonra onu Milli Məclisdə ev növbəsinə yazdırmaq üçün guya öz cibindən 3000 manat verdiyini və tez bir zamanda adına əmlak olub-olmamasına dair arayışı və onun əvəzinə verdiyi pulu ona verməli olduğunu bildirmişdir. O buna etiraz etsə də Elnarə onun evsiz olduğunu düşündüyünü və guya ki, onun gələcəyini düşünərək bu addımları atdığını söyləyərək onun inamını qazanmışdır. Bundan sonra Elnarə ona arayışı özünün həll edəcəyini, ona görə də əlavə 200 manat ondan istəmişdir. Təxminən xx xxxxxx 2017-ci il tarixdə Elnarə ilə Sabunçu rayon Asan Xidmətin yanında görüşərək 3200 manatı Elnarəyə vermişdir. Bir neçə gündən sonra Elnarə yenidən onunla əlaqə saxlıyaraq guya Milli Məclisdə hüququşünas vəzifəsində işləməyi üçün kurs keçməyinin lazım olduğunu, kursa görə də yenidən onun əvəzinə 2000 manat verdiyini və tez bir zamanda o əmanəti də verməyini tələb etmişdir. O Elnarədən niyə onun razılığı olmadan kiməsə pul verdiyini sorşduqda sonuncu ona kömək etmək istədiyini bildirmişdir. Bundan əlavə Elnarə ondan tibbi sığorta üçün də 200 manat ordan tələb olunduğunu bildirmişdir. xx xxxxxx 2017-ci il tarixdə 2000 manat pulu əmisi oğlu Natiqdən borc olaraq istəmişdir. Natiqdə istədiyi məbləğdə pulu ona verə biləcəyini demişdir. Elnarə ilə görüşüb Qaradağ rayonununa Elnarənin idarə etdiyi maşınla getmişlər. Sahil qəsəbəsində yaşayan əmisi oğlu Natiqdən 2000 (iki min ) manat pulu alıb üstünə də 200 manatı qoyub Sahil qəsəbəsində yolda gələrkən Elnarəyə vermişdir. Elnarə onu geri qayıdarkən Gənclik metrostansiyasının yanında düşürərək guya verdiyi 2000 manat pulu təcili Milli Məclisə çatdırmalı olduğunu bildirərək ondan uzaqlaşmışdır. O Elnarəyə ona verdiyi pulları qardaşının borc aldığını bildirmiş və buna cavab olaraq sonuncu onun qardaşı üçün bankdan kreditə pul götürməkdə köməklik edəcəyini söz vermişdir. Bir neçə gün keçdikdən sonra Elnarəyə qardaşı üçün kredit məsələsinin nə yerdə olduğunu soruş və o tez bir zamanda kredit məsələsinn də həll edəcəyini bildirərək ondan qardaşının şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Bundan sonra o Elnarə ilə görüşüb qardaşının şəxsiyyət vəsiqənin surətini ona vermişdir. Bir neçə gün keçdikdən sonra Elnarə ona zəng edərək kredit məsələsini danışıb razılıq aldığını bildirmişdir. Elnarə öz adına otuz beş-qırx min manat kredit götürərək qardaşına verəcəyini bildirmişdir. xx xxxxxx 2017-ci il tarixdə Elnarə onun mobil telefonuna zəng vuraraq həmin məbləğdə kreditin verilməsi üçün 4000 manat pul tələb olunduğunu bildirmişdir. xx xxxxxx 2017-ci il tarixdə qardaşı ilə bərabər Gənclik metrostansiyasının qarşısında Elnarə ilə görüşərək ona 4000 manat pul vermişlər. Bundan sora yenədə eyni qaydada Elnarə ona zəng edərək bankda rüsuma görə 1000 manat tələb olunduğunu bildirmiş və o xx xxxxxx 2017-ci il tarixdə Elnarə ilə Gənclik mütrostansiyasının qarşısında sonuncu ilə görüşərək ona 1000 manat pulu vermişdir. Bundan sonra Elnarə ondan adına kreditə televizor götürməyi xahiş etmiş, o, isə buna etiraz etdikdə Elnarə öz adına onlara görə küllü miqdarda kredit götürəcəyini, onun isə televizor götürməyə risk etmədiyini vurğulamışdır. Bundan sonra o məcbur qalıb razılıq vermiş və 2017-ci ilin mart ayının 2-də Elnarə üçün təqribi 2000 manat civarında olan “Philips” markalı televizoru «Maqnit»in neftçilər filialından kreditlə götürərək Elnarəyə vermişdir. Bankla bağlı işlərin nə yerdə olduğunu soruşduqda Elnarə bütün işlərin qaydasında olduğunu söyləmişdir. X55 rayonunda gölü olduğunu, banka da o gölü girov qoyaraq 50.000 manat götürəcəyini və qardaşına verəcəyini bildirərək, yenidən onlardan torpaq komitəsinə verməsi üçün 1000 manat pul istəmişdir. 2017-ci ilin martın 7-si Gənclik metrostansiyasmm yaxınlığında yerləşən Teymur Əliyev küçəsində 1000 manat pulu Elnarəyə vermişdir. Bundan sonra o xx xxxx 2017-ci il tarixdə Elnarə 500 manat istəmiş və “Koroğlu” metrostansiyasının qarşısında görüşüb Elnarəyə həmin pulu vermişdir vermişdir. xx xxxx 2017-ci il tarixdə Elnarə ona son dəfə olaraq ondan 1000 manat məbləğdə pul istəyərək 50.000 manatı alıb qardaşına verəcəyini bildirmişdir. Bundan sonra o qardaşından 1000 manat alaraq xx xxxx 2017-ci il tarixdə 1000 manat məbləğdə pulu Sabunçu rayonu Asan Xidmətin yanınanda Elnarəyə vermiş və sonuncu ona Novruz bayramı ərəfəsində bütün sənədləri hazırlayıb banka təqdim edəcəyinə və pulu bankdan götürəcəyinə söz vermişdir. Bundan sonra Elnarə ona zəg edərək xx xxxx 2017-ci il tarixdə banka getdiyini və ordan imzaya görə 1000 manat tələb etdiklərini bildirmişdir. Həmin günün axşamı ümüdlərini itirməyərək 1000 manatı da Sabunçu rayonu Asan Xidmətin yanında görüşərək Elnarəyə vermişdir. xx xxxx 2017-ci il tarixdə Elnarədən işlərinin nə yerdə olduğunu soruşduqda Elnarə guya ki, utanaraq yeniden bir problemin çıxdığını bildirmiş və hərracdan hər hansı bir sənədi də tələb etdiklərini, ondan sonra məsələnin tam həllini tapacağını bildirmişdir. xx xxxx 2017-ci il tarixdə Elnarə hərrac komitəsinə üçün ondan Sabunçu rayonu Asan Xidmətin yanında 1000 manat almış və təcili Hərrac komitəsinə gedərək ordan sənədi götürüb dərhal banka gedib pulu götürəciyini söz vermişdir. 31 mart günü Elnarədən məsələnin nə yerdə qaldığını soruşduqda Elnarə Gəncədən gəldiyini, yolda olduğunu söyləmiş, təxminən 2 saat sonra yenidən Elnarəyə zəng etdikdə Elnarə Goranboyda olduğunu və yol gəldiyini bildirmiş, lakin yenidən 2 saat keçdikdən sonra Elnarəyə zəng etsə də sonuncu telefona cavab verməmişdir. Sonra Elnarə özü onun “whatsapp” nömrəsinə yazaraq sağlamlığında problem yarandığı üçün təcili Gürcüstan Respublikasına aparıldığınıyalan olaraq ona bildirmişdir. Aprel ayından etibarən Elnarə onun nə zənglərinə, nə də ki, “whatsapp” yazılarına cavab verməmişdir. Hər ikisində də onu qara siyahıya salmışdır. Bundan sonra o, Elnarəni onunla tanış edən Mətanət Abdullayeva ilə Elnarənin yaşadığı ünvana getmişdir. Oranın komendatı da söyləmişdir ki, Elnarəni axtaran tək onlar deyildir. Sonra Mətanət xanımın vasitəsilə Elnarənin anasına çıxış taparaq vəziyyəti Elnarənin anasına izah etmiş həm də şəxsiyyət vəsiqəsinin də qızında olduğunu bildirmişdir. Sabahısı günü Elnarənin anası ilə Sabunçu rayonu Asan Xidmətin yanında görüşüb onun şəxsiyyət vəsiqəsini gətirib ona çatdırmış və söz vermişdir ki, qızının aldığı bütün əmanətləri ona tez bir zamanda qaytaracaqdır. Bundan sonra o, məcbur olub Elnarənin onun etibarından su istifadə edərək pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun yazmış olduğu şikayətdən sonra Elnarənin anası Tuqra onunla görüşərək Elnarənin barəsində verdiyi şikayəti geri götürməyini xahiş etmişdir. Qızı Elnarənin onu aldadıb aldığı 27000 manat ziyanın cəmi 15000 manatını hissə-hissə ona ödənilmişdir. Undan sonra Elnarənin anası və Rüfət adlı oğlu pulun qalan 12000 manatını 2018-ci ilin iyun ayının axırlarına kimi ona tam ödəyəcəyinə dair vəd versələr də vədlərini yerinə yetirməmişlər və həmin vaxtdan sonra da ona bir manat da olsun ödəməmişdir. Məhkəmnin sualına cavab olaraq Elnarənin ondan cəmi 13000 manat məbləğində pul götürməsinə dair verdiyi ifədənin yalan olduğunu və bir daha sonuncunun onu aldadaraq ondan ümumilikdə 27000 manat məbləğində pul götürduyunü bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs14 qızı ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu Ə.Hüseynzadə küçəsində yerləşən “Ş.E.R Akademiya” gözəllik salonunda saç ustası işləyirmiş. 2019-cu ilin avqust ayının ortalarında daimi müştərilərindən biri olan Mehriban adlı qadın iş yerində olarkən söhbət zamanı ona tanışı Təqsirləndirilən şəxs sosial müdafiə fondundan mənzil verilməsində ona köməklik göstərdiyini bildirmişdir. Mehriban ona Elnarə ilə onu tanış etməyi və Elnarənin vasitəçiliyi ilə sosial müdafiə fondundan mənzil almasını təklif etmişdir. O, Mehribandan mənzili həqiqətən alıb-almadığını soruşmuş, Mehribanda ona Elnarəyə 4500 manat pul verdiyini və Elnarə ona mənzilin sənədlərinin hazırlandığına görə bir müddət gözləməli olduğunu demişdir. Həmin vaxt Mehriban ona Elnarə ilə arasının yaxşı olmasını, Elnarəyə inandığını, Elnarənin ətrafını araşdırıb düzgün adam olduğunu öyrəndiyini bildirmiş və Elnarə ilə aralarında olan münasibətin yaxşı olduğuna görə Elnarənin sosial müdafiə fondundan ona 2 otaqlı mənzili 3500 manat pula təşkil edə biləcəyini demişdir. O, Mehribana inanmış və dediyi 3500 manat məbləğində pulu olmadığına görə, ilkin olaraq 1500 manat pul verib sonradan xx xxxxxxxx 2019-cu il tarixinə kimi pulun qalan hissəsini verə biləcəyini demişdir. 2019-cu ilin sentyabr ayının əvvəlində Təqsirləndirilən şəxs onun istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəsinə zəng edərək ondan iş yerinin ünvanını soruşmuş və bir müddət sonra işlədiyi salona gəlmişdir. Həmin vaxt bacısı Pərvanə də salonda olmuşdur. O, Elnarə ilə bir az söhbət etmiş, sonuncu tələsdiyini bildirdiyindən o, tez bir zamanda Elnarəyə 1500 manat pulu vermişdir. Elnarə pulu alan kimi dərhal taksi avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Bir müddət sonra Elnarə ona yenidən zəng etmiş və tələsik çıxıb getdiyinə görə üzrxahlıq edərək ondan pulun qalan hissəsini nə zaman verə biləcəyini soruşmuşdur. O da xx xxxxxxxx 2019-cu il tarixinə kimi pulun qalan hissəsini verəcəyini bildirmiş və bundan sonra onlar bir daha görüşməmişlər. Bundan başqa, 2019-cu ilin sentyabr ayı ərzində o, Elnarə ilə bir neçə dəfə telefonda söhbət etmişdir. Belə ki, onun daimi müştəriləri olan Gülnarə, Kəmalə və sonuncunun qonşusu Aysel adlı qadınlar onun mənzil alma məsələsini öyrənərək ondan onlar üçün də mənzil verilməsinə görə Elnarə ilə danışmağını xahiş etmişlər. O, Elnarəyə adını qeyd etdiyi qadınların da mənzillərlə maraqlandıqlarını bildirmiş və sonuncu heç bir problem olmadığını, onlara da mənzil təşkil edəcəyini demişdir. Sonradan 2019-cu ilin sentyabrın axırlarında Elnarə onun işlədiyi yerdə Gülnarə, Kəmalə və Kəmalənin qonşusu Aysel adlı qadınlar ilə görüşmüş və orada Elnarə Gülnarədən 6000 manat, Kəmalədən 6000 manat, Ayseldən isə 5000 manat pul almışdır. Bir müddət sonra o, söz verdiyi vaxtadək qalan pulu Elnarəyə çatdırmadığından Elnarə pulun qalan hissəsini Gülyanın verdiyi puldan çıxdığını bildirmişdir. Bundan sonra Elnarə ona təklif etmişdir ki, həmin mənzillərin yerləşdiyi binanın altında obyekt tikiləcək və 48 kvadrat metr sahəsi olan həmin obyektin yerini ona 4500 manat pula təklif etmişdir. O, razılaşmış və Elnarə həmin pulu hissə-hissə mənzilə görə pul verən digər şəxslərin pullarından çıxmışdır. Lakin Elnarə ondan xahiş etmişdir ki, bu məsələni həmin şəxslərə bildirməsin, o da razılaşdı. Sonra Elnarə ona təklif etmişdir ki, mənzilinin qonşuluğunda olan kiçik ölçülü mənzili ona 2500 manat pula verə bilər. O, əvvəl razı olmasa da, Elnarə onu sonradan inandırmış və həmin 2500 manat pulu da digər şəxslərin verdiyi pullardan çıxacağını demişdir. Həmin vaxt o, artıq Elnarənin hərəkətlərindən şübhələnməyə başlamış, lakin hələ heç kimə heç nə deməmişdir. Bundan sonra onun müştəriləri olan Sədaqət və Zabitə adlı qadınlar da bu məsələdən xəbər tutaraq ona müraciət etmişlər ki, onları Elnarə ilə tanış etsin. O, Elnarədən şübhələndiyinə görə biraz gözləmələrini xahiş etsə də, onlar demişlər ki Elnarədən xəbərləri vardır və Elnarənin etibarlı insan olduğunu bildirmişlər. Bundan sonra o, onları Elnarə ilə tanış etmiş və onlar öz aralarında söhbət etmişlər. Elnarə onları da inandırmış, 2019-cu ilin oktyabr ayının əvvəlində onun işlədiyi yerdə Ceyhun mənzilə görə Elnarəyə 6500 manat, pul vermişdir. Sədaqətə isə Elnarə bildirmişdir ki, ona satdığı mənzil mebel və məişət texnikası ilə tam təchiz olunduğundan həmin mənzili 12.000 manat pula sata bilər. Sədaqət Elnarə ilə razılaşmışaraq onunla görüşüb sonuncuya 12000 manat pul vermişdir. Bundan sonra Elnarə Sədaqət vasitəsi ilə Müşfiq və Məhəmməd adlı şəxslərdə Elnarə ilə danışmış və Elnarə onların hərəsindən 7.000 manat müqabilində 3 otaqlı ev təşkil edə biləcəyini bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Müşfiq və Məhəmməd onun işlədiyi salona gəlmişlər. Həmin vaxt o, Elnarə ilə əlaqə saxladıqda Elnarə hal hazırda Moskva şəhərində olduğunu xx xxxxxxx 2019-cu il tarixdə Bakıya gələcəyini bildimişdir. Elnarə pulun ona verilməsini xahiş etmiş, Müşfiq və Məhəmməd də Elnarə ilə danışdığını eşitmişlər. Bundan sonra o, Müşviq və Məhəmməddən 7.000 manat almışdır. 15 oktyabr Əzizbəyov metrosunun yanında görüşərək həmin pulları Elnarəyə vermişdir. Bundan bir müddət sonra Elnarənin hərəkətləri onda şübhə yaratmışdır. Çünki Elnarə hər adamdan pul aldıqda onun guya ona olan borcumu sildiyini demişdir. Elnarə sonuncu dəfə ona təklif etmişdir ki, 3 dənə 3 otaqlı mənzilin satılmasında ona köməklik etsin və bunun müqabilində ona az bir məbləğə 4 otaqlı mənzil satacağını bildirmişdir. O, artıq Elnarənin sözlərinə inanmadığından Elnarə ilə razılaşmadır. Bundan sonra o, Elnarənin barəsində məlumat toplamaq üçün sonuncunun saçına qaynaq etmək adı ilə işlədiyi salona dəvət etmişdir. Orada o, Elnarəyə makiyaj etmiş və həmin vaxt sonuncunun başı qarışıq olmasından istifadə edib onun çantasında olan şəxsiyyət vəsiqəsinə baxmış və vəsiqənin şəkilini mobil telefona çəkərək onu götürdüyü yerə qaytarmışdır. Bundan sonra o, Elnarənin vəsiqəsinin şəklini tanıdığı bir neçə şəxsə göstərmiş və həmin şəxslərdən biri tanıyaraq onun dələduz olduğunu, barəsində Yasamal RPİ-də cinayət işi üzrə istintaqın aparıldığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs15 oğlu ifadəsində göstərmişdir ki, Sədaqətlə Məmmədova ilə xx xxxxxxx 2019-cu il tarixdə dostu Müşfiqin ad günündə tanış olmuşdur. Həmin vaxt onlar “Qurd qapısı” restoranında ad gününü qeyd edərkən söhbət zamanı o, Sədaqətə evlənmək ərəfəsində olduğu üçün ev almaq niyyətində olduğunu bildirmiş, sonuncu isə ucuz qiymətə dövlət tərəfindən verilən sosial mənzil aldığını demişdir. Bu vaxt Müşfiq də bununla maraqlanmış və Sədaqətin mənzilə görə ilkin olaraq 12.000 manat pul ödədiyini, mənzilin əslində 7000 manat qiymətə olsa da, mənzildə mebel və texnika olduğundan əlavə olaraq 5000 manat pul ödədiyini bilmişdir. O, və Müşfiq həmin vaxt Sədaqətdən onlar üçün də mənzilin alınması məsələsini öyrənməsini xahiş etmişlər. Sədaqət həmin vaxt tanışı Tünzalə adlı qadına zəng edərək və onların da mənzil almaq istədiklərini bildirmişdir. Sədaqət telefonla danışan zaman onlara iki ədəd 3 otaqlı mənzil olduğunu və hərəsinin qiyməti 7000 manat təşkil etdiyini bildirmişdir. Onlar razılaşmış, növbəti gün yəni xx.xx.2019-cu il tarixdə Sədaqətlə görüşüb birlikdə həmin Tünzalə adlı qadının işlədiyi “Ş.E.R Akademiya” adlanan gözəllik salonuna getmişlər. Orada Tünzalə onları mənzil alınması məsələsi dəqiq olduğuna, hansısa vəzifədə olan şəxs həmin mənzilləri təşkil etdiyinə inandırmış, hətta özü də həmin şəxsin vasitəsilə oradan mənzil aldığını demişdir. Həmçinin Tünzalə “whatsapp” sosial şəbəkəsində onlara video göstərmiş və həmin görüntülərdə olan mənzilin təzə aldığı mənzil olduğunu bildirmişdir. Söhbət zamanı mənzil təşkil edən şəxsin hazırda Moskva şəhərində olmasını məlum olmuşdur. Onlar da orada Tünzaləyə həmin mənzillərə görə Müşfiq ilə hərəsi 7000 manat pul verəcəklərini, bu məsələni həll etməsini xahiş etmişlər. Tünzalə də həmin pulları götürüb narahat olmamaqlarını, məsələnin qısa bir zamanda, yəni xx xxxxxx 2019-cu il tarixinədək həll ediləcəyini bildirmiş və onlar da ona inanmışlar. xx xxxxxxx 2019-cu il tarixdə Sədaqət ona həmin mənzillərə dair sığorta məsələsini həll etmək üçün əlavə 150 manat rüsum ödəmək lazım olduğunu demiş və o, yenidən həmin salona gedərək Məhəmmədin, Sədaqətin və özünün mənzilə dair sığorta rüsumlarını Tünzaləyə vermişdir. X60 mənzillərin verilməsi məsələsində gecikmə olduğunu, ilin sonunadək məsələ öz həllini tapacağını demişdir. xx xxxxxx 2019-cu il tarixdə Müşfiq ona mənzil alınması məsələsi yalan olmasını və onları aldadıb pullarını götürdüklərini bildirmişdir. Bundan sonra onlar birlikdə Yasamal RPİ-nə yaxınlaşaraq şikayət ərizəsi ilə müraciət etmişlər. Məhkəmənin sualına cavab olaraq ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, X36 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə o, qardaşı Xalid, nişanlısı Elşanə, dostu Məhəmməd və onun nişanlısı Mədinə, Sədaqət və digər tanışları ilə birlikdə Badamdar qəsəbəsinə gedən yolda yerləşən “Qurd qapısı” restoranında ad gününü qeyd edirmişlər. Həmin vaxt söhbət edərkən Məhəmməd evlənmək ərəfəsində olduğu üçün ev almaq niyyətində olduğunu bildirmiş və Sədaqət ucuz qiymətə dövlət tərəfindən verilən sosial mənzil aldığını demişdir. Bu vaxt o da bununla maraqlanmış və Sədaqətin mənzilə görə ilkin olaraq 12000 manat pul ödədiyini, mənzilin əslində 7000 manat qiymətə olsa da, mənzildə mebel və texnika olduğundan əlavə olaraq 5000 manat pul ödədiyini bilmişdir. O, və Məhəmməd həmin vaxt Sədaqətdən onlar üçün də mənzilin alınması məsələsini öyrənməsini xahiş etmişlər və Sədaqət Tünzalə adlı qadına zəng edərək onların da mənzil almaq istədiklərini bildirmişdir. Sədaqət telefonla danışan zaman onlara iki ədəd 3 otaqlı mənzil olduğunu və hərəsinin qiyməti 7000 manat təşkil edə biləcəyini bildimiş və onlar onun bu təklifi ilə razılaşmışlar. xx xxxxxxx 2019-cu il tarixdə Sədaqətlə görüşüb birlikdə həmin Tünzalə adlı qadının işlədiyi “Ş.E.R Akademiya” adlanan gözəllik salonuna getmişlər. Orada Tünzalə onları mənzil alınması məsələsi dəqiq olduğuna, hansısa vəzifədə olan şəxs həmin mənzilləri təşkil etdiyinə inandırmış, hətta özü də həmin şəxsin vasitəsilə oradan mənzil aldığını demişdir. Həmçinin Tünzalə “watsapp” sosial şəbəkəsində onlara video göstərmiş və həmin videoda olan mənzilin təzə aldığı mənzil olduğunu bildirmişdir. Bundan başqa Tünzalə hətta artıq həmin mənzilə aid divar kağızları da seçdiyini demişdir. Söhbət zamanı mənzil təşkil edən şəxsin hazırda Moskva şəhərində olması məlum olmuşdur. Onlar da orada Tünzaləyə həmin mənzillərə görə Məhəmməd ilə hər birinə 7000 manat pul verəcəklərini və bu məsələni həll etməsini xahiş etmişlər. Tünzalə də həmin pulları götürüb narahat olmamaqlarını, məsələnin qısa bir zamanda, yəni xx xxxxxx 2019-cu il tarixinədək həll ediləcəyini bildirmiş və onlar da ona inanmışlar. xx xxxxxxx 2019-cu il tarixdə Sədaqət ona həmin mənzillərə dair sığorta məsələsini həll etmək üçün əlavə 150 manat rüsum ödəmək lazım olduğunu demiş və o, yenidən həmin salona gedərək Məhəmmədin, Sədaqətin və özünün mənzilə dair sığorta rüsumlarını Tünzaləyə vermişdir. Orada Tünzalə mənzillərin verilməsi məsələsində gecikmə olduğunu, ilin sonunadək məsələ öz həllini tapacağını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Sədaqət ona mənzil alınması məsələsi yalan olmasını, onları aldadıb pullarını götürdüklərini, özü də bununla bağlı Yasamal polisinə şikayət etdiyini bildirmişdir. Bundan sonra o, bunu Məhəmmədə demiş və onlar birlikdə Yasamal RPİ-nə yaxınlaşaraq şikayət ərizəsi ilə müraciət etmişlər. Məhkəmənin sualına cavab olaraq ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Növruzova Kəmalə Akif qızı ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsində yerləşən “Şer Akademiya” adlanan gözəllik salonunda işləyən Tünzalə xanımın müştərisi olmuşdur. Ora gedib gələn zaman Tünzalə xanımın vasitəsi ilə X10 ilə tanış oldur. Elnarə də həmin salona müştəri kimi gəlib getmişdir. Gözəllik salonunda gedən söhbətlərdən ona məlum olmuşdur ki, Elnarə Sosial Müdafiə Fondu tərəfindən inşa edilən mənzillərin satışı ilə məşğul olur. Tanışlıq zamanı Elnarə Yasamal rayonu ərazisində yerləşən Asan Xidmətin arxasında Sosial Müdafiə fondu tərəfindən mənzillər inşa ediləcəyini və həmin mənzilləri tanışları üçün düzəldib verə biləcəyini demişdir. O da özünə ev almaq istədiyindən Elnarə ilə onun üçün həmin mənzillərdən birini düzəltməyini xahiş etmişdir. Elnarə də ona bu işi düzüb qoşa biləcəyini demişdir. Bundan sonra Elnarə ona Əmlak Komitəsindən adına ev olub-olmaması barədə arayış və Asan Xidmətdən Asan imza nömrəsi almağını demişdir. O da bunların hamısını etmişdir. İlkin ödəniş olaraq Elnarə ondan 6000 manat pul istəmişdir. O da 2019-cu ilin sentyabr ayının əvvəllərində Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsində yerləşən “Şer Akademiya” gözəllik salonunda Tünzalə xanımın və qızı Arzunun yanında Elnarəyə 6000 manat vermiş və sonuncu onda həmin pulları götürərək oktyabr ayının sonuna qədər mənzillər veriləcəyini demişdir. Oktyabr ayının sonu gələndən sonra o, Elnarəyə müraciət etdikdə Elnarə bildirmişdir ki, evlər noyabr ayında satışa çıxacaqdır. Sonradan ona məlum olmuşdur ki, Elnarə onun kimi bir çox adamı aldadaraq bu adla bildikləri Tünzalənin, Ayselin, Sedanın, Gülnarənin pulunu ələ keçirmişdir. Məhkəmənin sualına cavab olaraq ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, O, Tünzalənin işlədiyi Bakı şəhəri Yasamal rayonu Ə.Hüseynzadə küçəsində yerləşən “Ş.E.R Akademiya” adlanan gözəllik gözəllik salonuna tez-tez gedib-gəldiyindən sonuncu ilə münasibəti yaranmışdır. 2019-cu ilin sentyabr ayının ortalarında o, saç düzümü etdirmək üçün Tünzalənin işlədiyi gözəllik salonuna gəlmişdir. Orada olduğu zaman Tünzalə ilə arasında söhbət olmuş və söhbət zamanı Tünzalə ona Yasamal rayonu ərazisində evə alıb və yaxın zamanda həmin evə köçəcəyini demişdir. O, Tünzaləni təbrik etmiş və evi haradan və hansı qiymətə aldığı ilə maraqlanmışdır. Tünzalə ona bir neçə həftə bundan əvvəl tanış olduğu Elnarə adlı qadın sosial müdafiə fondundan mənzilin verilməsini təşkil etdiyini, iki otaqlı mənzil almaq üçün Elnarənin ondan 4500 manat pul istədiyini, ilkin olaraq 1500 manat pul verdiyini bildirmişdir. O, Tünzalədən onun üçün də həmin mənzillərlə bağlı Elnarədən maraqlanmasını xahiş etmiş və Tünzalə onun yanında Elnarəyə zəng edib danışan zaman Elnarə özü üçün götürdüyü iki mənzildən birini sata biləcəyini demişdir. Bundan bir neçə gün sonra Elnarə Tünzalənin işlədiyi salona gəlmiş, o, Elnarə ilə orada görüşüb, söhbət etmişlər. Söhbət zamanı Elnarə mənzilin özünü 7000 manata, içərisindəki olan məişət əşyaları və mebel ilə birlikdə isə 12.000 manata sata biləcəyini demişdir. O, bununla razılaşaraq Elnarəyə mənzili görmək istədiyini bildirmişdir. Bunun cavabında Elnarə, mənzillərə baxmağın dövlət tərəfindən icazə verilmədiyini bildirərək 2019-cu ilin oktyabr ayının sonunadək dövlət tərəfindən mənzillərə köçməyə icazə veriləcəyini və həmin vaxt mənzili görəcəyini bildirmişdir. Bundan sonra Elnarə konvertin içində olan 12.000 manat pulu götürüb çıxıb getmişdir. 2019-cu ilin noyabr ayının əvvəlində tanışı Kəmalə ona Elnarəyə mənzil ilə bağlı pul verdiyini və Elnarənin dələduz olduğunu bildirərək heç bir mənzil təşkil etməyəcəyini, hər kəsi aldatdığını demişdir. Bundan sonra o polisə şikayət etmək qərarına gəlmişdir. Məhkəmənin sualına cavab olaraq ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, dövlət tərəfindən güzəştli şərtlərlə verilən sosial evlərdən almaq üçün Mənzil İnşaat Dövlət Agentliyinə müraciət etmək qərarına gəlmişdir. Bununla bağlı o, rəfiqəsi olan Zərərçəkmiş şəxs17 ilə telefonla söhbət edən zaman sonuncu ona tanıdığı bir xanımın olduğunu, həmin xanımın 6000 manat pul müqabilində ona sosial ev almaqda köməklik edə biləcəyini bildirmişdir. O, Kəmaləyə həmin qadınla görüşmək istədiyini bildirdikdə Kəmalə ona demişdir ki, həmin qadınla tanışı Tünzalənin işlədiyi Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 64 ünvanında yerləşən “SER Akademiya” gözəlli salonunda görüşəcəylər. Bundan sonra dəqiq tarixini xatırlamasa da 2019-cu ilin sentyabr ayının ortalarında rəfiqəsi Kəmalə ilə birlikdə sonuncunun dediyi Elnarə adlı qadınla Tünzalənin işlədiyi Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 64 ünvanında yerləşən “SER Akademiya” adlanan gözəlli salonunda görüşmüşlər. Həmin vaxt Elnarə ona özünü Mənzil İnşaat Dövlət Agentliyində işləyən şəxs kimi təqdim edərək MİDA-nın Yasamal rayonu, Dairəvi yolun yaxınlığında yerləşən yaşayış kompleksindən ona özünün əlaqələri vasitəsilə sosial evlər satışa çıxarılmadan həmin kompleksin 11-ci binasının, 5-ci mərtəbəsində yerləşən, 79 kvadratmetirlik 3 otaqlı ev alıb verə biləcəyini bildirmiş və bu işin müqabilində ondan 6000 manat pul istəmişdir. Həmin vaxt o, Elnarə ilə razılaşaraq hazırda üzərində 1000 manat olduğunu bildirib yerdə qalan 5000 manatı bir-iki günə tapıb verəcəyini bildirmişdir. Elnarə ilk öncə onunla razılaşmasa da sonradan razılaşaraq həmin gözəllik salonunda Kəmalə və Tünzalənin yanında ondan 1000 manat pulu almışdır. Həmin günün səhərisi o, yenidən Elnarə ilə Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 64 ünvanında yerləşən “SER Akademiya” adlanan gözəllik salonunda görüşərək Elnarəyə yerdən qalan 5000 manat pulu ödəmişdir. Elnarə pulu ondan alaraq bildirmişdir ki, bu ilin oktyabr ayında həmin sosial evlər satışa çıxarılacaq və noyabr onlara təhvil veriləcəkdir. Bundan sonra ona məlum olmuşdur ki, Elnarənin barəsində Yasamal RPİ-nin, istintaq Şöbəsində onun etdiyi dələduzluq əməllərinə görə ilə cinayət işi vardır. Bundan sonra o da polis idarəsinə gedərək Elnarənin onları aldadıb 6000 manat məbləğində pulunu ələ keçirməsi barədə ərizə yazmışlar. Məhkəmənin sualına cavab olaraq ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayında o, rafiqəsi Kəmalə ilə söhbət edən zaman ucuz qiymətə ev almağı planlaşdırdığını bildirmişdir. Həmin vaxt Kəmalə ona tanışı Tünzalənin vasitəsilə Elnarə adlı qadınla tanış olduğunu, həmin qadının ona ucuz qiymətə sosial müdafiə fondundan mənzil almaqda köməklik etdiyini və özü üçün artıq mənzil aldığını demişdir. O, Kəmalədən ona sosial evlərdən ev almaqda koməklik etməsini xahiş etmiş və sonuncu tanışı Tünzalədən bu barədə maraqlandıqda Tünzalə hazırda evin olmadığını bildirmişdir. Həmin günün səhəri Kəmalə ona bildirmişdir ki, Elnarə ev təşkil edə bilir və o da bir təhər 5000 manat pul düzəldib Kəmalə ilə görüşmüş və 2019-cu ilin sentyabr ayının ortalarında onlar birlikdə Tünzalənin işlədiyi Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 64 ünvanında yerləşən “SER Akademiya” adlanan gözəllik salonuna getmişlər. Orada olduqları zaman Tünzalə ilə tanış olmuş, sonuncu da Elnarəyə zəng etmiş və Elnarədən nə vaxt gələcəyini soruşmuş, Elnarə isə ona pulu gözəllik salonunda saxlamasını, bir qədər sonra gəlib götürəcəyini bildirmişdir. Bundan sonra onlar pulu Tünzaləyə verib çıxıb getmişlər. Bundan sonra o televizor vasitəsi ilə dövlət tərəfindən mənzillərin verilməsi prosesini izləyirmiş və mənzillər artıq verilməyə başlanmasını görmüş, lakin onların işlərindən hələlik xəbər çıxmadığı üçün bu barədə Elnarə ilə danışmaq qərarına gəlmişdir. Elnarə ilə əlaqə saxladıqda sonuncu mənzillərin noyabr-dekabr aylarında veriləcəyini bildirmişdir. O, bir müddət gözləmiş və 2019-cu ilin noyabr ayının əvvəlində Kəmalə ona zəng edərək Elnarənin hamını aldatdığını, heç bir mənzil təşkil etmədiyini, verdikləri pulları da özünə götürdüyünü bildirmişdir. Bundan sonra onlar polisə şikayət etmək qərarına gəlmişlər. Məhkəmənin sualına cavab olaraq ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə əvvəllər tanıdığı və hazırda ünvan 21 ünvanında yerləşən “SER Akademiya” adlanan gözəllik salonunda işləyən Tünzalə adlı xanımla danışan zaman sonuncu ona bir tanışı vasitəsi ilə ev aldığını və həmin şəxsin onun üçün də Yasamal rayonunda yerləşən sosial evlərdən mənzil təşkil edəcəyini bildirmişdir. Həmin vaxt o, özünə uyğun şərtlərlə mənzil axtardığını Tünzaləyə bildimişdir. O, Tünzalə ilə danışdıqdan sonra sonuncu həmin xanımın adının Elnarə olduğunu demiş və bu barədə sonuncu ilə danışdıqdan sonra onunla əlaqə saxlayacağını bildirmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Tünzalə onunla əlaqə saxlayaraq 3 otaqlı mənzil üçün 6500 manat pul lazım olduğunu bildirmişdir. O, pulu hazırladıqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdə Tünzalənin işlədiyi gözəllik salonunun içərisində Tünzalənin yanında Təqsirləndirilən şəxs 6500 manat pulu vermişdir. Həmin vaxt Elnarə ona 2019-cu ilin dekabr ayında işin həll olunacağını bildirmişdir. Daha sonra xx xxxxxx 2019-cu il tarixdə Tünzalə ona zəng edərək sığorta üçün 150 manat da pul lazım olmasını demişdir. Elə həmin gün o 150 manat pulu Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 64 ünvanında yerləşən “SER Akademiya” adlanan gözəllik salonunda Elnarəyə vermişdir. xx xxxxxx 2019-cu il tarixdə Tünzalə ona zəng edərək Təqsirləndirilən şəxs barədə maraqlandığını və Elnarənin dələduzluq cinayəti törətməsi barədə Yasamal RPİ-nin İŞ-nə araşdırma aparıldığını bildirmişdir. Tünzalə daha sonra özü və Təqsirləndirilən şəxs pul aldığı digər şəxslər Yasamal RPİ-nə ərizə ilə müraciət etmək üçün gedəcəklərini bildirmişdir. O da Təqsirləndirilən şəxs barəsində eşitdiklərindən sonra Yasamal RPİ-nə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin sualına cavab olaraq ona dəymiş maddi ziyandan 4200 manat ödənildiyini qalıq qalan 2450 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 93-96-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, X50 ilə oxuduğu universitetdə tanış olmuş və normal tanışlıq münasibətləri olmuşdur. əvvəllər aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Anar Qasımov ondan aşağı kursda təhsil almışdır. xx xxxxxx 2017-ci il tarixdə Anar Qasımov ilə Bakı şəhərində görüşüb söhbət edən vaxtı iş barəsində danışanda söhbət əsnasında Anar ona dostu Rüfətin anasının «Azerfon» şirkətində tanışlarının olmasını və onu işə düzəldə biləcəyini bildirmişdir. O, axşam vaxtı evdə olan vaxtı Anar ona dostu Rüfət ilə danışmasını və o da iş barəsində anası ilə danışmasını və onun «Azerfon» şirkətinə işə düzəlməyimə görə 3.000 (üç min) manat lazım olmasını bildirmişdir. Həmçinin onun «Azerfon» şirkətində operator vəzifəsində işləyəcəyini və aylıq maaşının 1.080(min səksən) manat olmasını bildirmişdir. O,bu barədə ailə üzvləri ilə söhbət etmiş və ailə üzvüləri razılaşmışlar. Səhəri günü, yəni xx xxxxxx 2017-ci il tarixdə o, Anar ilə görüşüb saat 15:00 radələrində Rüfətin anası, şəxsiyyəti ona sonradan Təqsirləndirilən şəxs kimi məlum olmuş qadının dediyi ünvana, yəni «Türk səfirliyi»nin ərazisinə getmişlər. Orada onlar Elnarə və Elnarənin oğlu Rüfət ilə görüşmşlər. O, Elnarə ilə söhbət edən zaman ona 21 gün ərzində «Azerfon» şirkətinə operator vəzifəsinə işə düzələcəyini və bir daha ona maaşının 1.080 (min səksən) manat olacağını bildirməsinə görə Elnarəyə inanıb özü ilə götürdüyü 3.000 (üç min) manat pulu Elnarəyə vermişdir. Təxminən bir həftə sonra Anar Qasımov «***-***-**-**» «Azecell» nömrəsindən-onun «***-***-**-**» «Azercell» nömrəmə zəng edərək Elnarənin ona zəng edib əlavə 500 (beş yüz) manat lazım olmasını bildirməsini demişdir. Lakin o, Anara pulunun olmadığını bildirmişdir. Anar özündə pul olmasını bildirməsinə görə o, Anara özündən pul qoymasını və sonra Anara qaytaracğını bildirməyinə görə Anar həmin pulu Elnarəyə vermişdir. Sonradan o, Anara 500 manatı qaytarmışdır. Təxminən 4-5 gün sonra Təqsirləndirilən şəxs «***-***-**-**» «Azerfon» nömrəsindən onun «***-***-**-**» «Azercell» nömrəmə zəng edərək «Azerfon» şirkətinin geyim formasına görə 300 (üç yüz) manat lazım olmasını bildirməsinə görə səhəri günü saat 11:00 radələrində qrup yoldaşı Şahid1 qızı ilə birlikdə «Elmlər Akademiyası»nın yaxınlığında yerləşən parkda Təqsirləndirilən şəxs ilə görüşüb pulu Elnarəyə vermişdir. Təqsirləndirilən şəxs sürücüsü ilə birlikdə gəlmiş, lakin sürücü avtomobildən düşməişdir. Qrup yoldaşı Şahid1 qızı da Təqsirləndirilən şəxs həmin vaxtı «Azerfon» şirkətinə işə düzəlməyə görə və geyim formasına görə 250 (iki yüz əlli) manat pul vermişdir. Həmin pullar ayrı-ayrı açıqcalarda Elnarəyə verilmiş, yəni 300 manat o, 250 manat isə Səbunə vermişdir. Səbunə 250 manat pulu verənə kimi Təqsirləndirilən şəxs da Şahid1 «Azerfon» şirkətinə operator vəzifəsinə işə düzəlməyi üçün 2.500 (iki min beş yüz) manat pul almışdır. Elnarə pulu alıb çıxıb getmişdir. Elnarənin bildirdiyi 21 gün keçdikdən, sonra o, Elnarəyə «Watsapp»-da yazıb soruşanda elnarə ona 21 iş günündən sonra onun işə gedəcəyini bildirmişdir. Bundan sonra o, bir neçə dəfə Təqsirləndirilən şəxs «Watsapp» vasitəsi ilə yazıb iş barəsində soruşanda ona müxtəlif bəhanələr gətirərək işin qısa müddət ərzində düzələcəyini bildirmişdir. Sonra onun universitetdə imtahandan kəsiri olduğu üçün bu barədə Elnarəyə bildirəndə Elnarə ona bu işi də həll edəcəyini bildirərək bunun müqabilində 500 (beş yüz) manat lazım olmasını bildirmişdir. Buna görə də 2017-ci ilin fevral-mart ayında tələbə biletinin arasında 500 manat pulu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi ərazisində görüşüb Elnarəyə vermişdir. Elnarə yenə görüşə sürücü ilə gəlmiş, lakin sürücünün üzünü dəqiq görə bilməmişdir. Anası ona Elnarə ilə danışıb onlara, yəni yaşadığı Gəncə şəhərinə gəlməsini bildirdiyinə görə Elnarə ilə «Watsapp» vasitəsi ilə yazıb bu barədə bildirmiş və Elnarə razılaşmışdır. 2017-ci ilin mart ayında Təqsirləndirilən şəxs onlara, Gəncə şəhərinə sürücüsü Elnur adlı şəxs ilə gəlmişdir. Elnarə mətbəxdə onlara bildirmişdir ki, Elnura onun işə düzəlməyi barədə bildirməməyi demişdir. Anasının Elnarəni çağırmaqda məqsədi Elnarə ilə tanış olmaq olmuşdur. Evdə iş barəsində heç bir söhbət olmamış və görüşdükdən, sonra Elnarə çıxıb getmişdir. 2017-ci ilin mart ayında Elnarə istifadə etdiyi «***-***-**-**» «Azerfon» nömrəsindən onun «***-***- **-**» «Azercell» nömrəsinə zəng edərək onunla söhbət etmək istəməsini bildirməsinə görə Elnarə ilə görüşdür. Elnarə sürücüsü Elçin ilə gəlmişdir. Elnarə onunla söhbət edərək onun «Azerfon» şirkətinə işə düzəlməyinin uzun çəkəcəyini, lakin «Azerfon» şirkətində məxfi şöbədə və deputat köməkçisi işi olmasını, həmçinin məxfi şöbəyə işə düzəlməyə 500 manat, depuöməkçisi üçün isə 700 manat pul lazım olmasını bildirərək anası ilə danışmaq istəməsini bildirməsinə görə o, anasına zəng etmiş və anası Elnarə ilə danışmışdır. Lakin anası bu barədə düşünəcəyini və Bakı şəhərinə özü gəlib danışacağını bildirmişdir. Bir neçə gün sonra anası X5 və atası X15 Bakı şəhərinə gəlib Elnarə ilə görüşüb onun «Azerfon» şirkətinin məxfi şöbəsinə işə düzəlməyi barədə razılığa gəlmişlər. Lakin həmin vaxtı o, orada olmamışdır. Görüşdən təxminən 1-2 gün sonra onun «Azerfon» şirkətinin məxfi şöbəsinə işə düzəlməyinə görə 500 manat pulu Elnarə ilə 2017-ci ilin aprel ayında saat 21:00 radələrində Bakı şəhəri, Əsəd Əhmədov küçəsi «Akkord» binasının qarşısında görüşüb gəldiyi avtomobildə vermişdir. Həmin vaxtı yanlarında heç kim olmamış və avtomobili Elnarə özü idarə etmişdir. O, pulu verib çıxıb getmişdir. Elnarə onunla görüşə «Kia Sorento» markalı avtomobil ilə gəlmişdir. Elnarə onun işə düzəlməyi üçün ümumilikdə 4.800 (dörd min səkkiz yüz) manat pul alaraq mənimsəmişdir, lakin onu heç bir işə düzəltməmişdir. Həmçinin işin düzəlmədiyini görüb Elnarədən pulu istədikdə Elnarə pulu qaytaracağını bildirsə də qaytarmamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 103-106-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, Şahid1 onun qızıdır. 2017-ci ilin yanvar ayının əvvəllərində Səbunənin qrup yoldaşı Zərərçəkmiş şəxs1 ona universitetdə aşağı kursda təhsil alan X61 dostu Rüfətin anasının «Azerfon» şirkətində tanışlarının olmasını və Səbunəni işə düzəldə biləcəyini demişdir. X38 «Azerfon» şirkətinə operator vəzifəsinə işə düzəldəcəyini və buna görə Elnarəyə 3.000 (üç min) manat pul verməsini bildirdiyindən Səbunə də Aytaca onun da həmin işə düzəlməyinə kömək etməsini bildirməyinə görə o, Anara bu barədə bildirmişdir. Aytac Səbunəyə zəng edib Səbunəni işə düzəlməyi üçün Elnarənin 4.000(dörd min) manat istəməsini, lakin X16 rəfiqəsi olmağını bildirməsinə görə 3.000(üç min) manat istəməsini bildirmişdir. Səbunə də bu barədə onunla söhbət etdikdən sonra o, razılaşdı. xx xxxxxx 2017-ci il tarixdə o, Anar, Səbunə və şəxsiyyəti ona sonradan X2 məlum olmuş qadın ilə «Zorge» parkında yerləşən «Millenium» kafesində görüşmü.şlər. Həmin vaxtı Elnarə tək olmuşdur. Onlar Elnarə ilə söhbət edəndə Səbunəyə 21 gün ərzində «Azerfon» şirkətinə operator vəzifəsinə işə düzələcəyini və Səbunənin maaşının 1.080 (min səksən) manat olacağını bildirmişdir. Səbunə Elnarədən qiyməti bir qədər aşağı salmasını xahiş etdikdə 500 manatı onlara görə keçdiyini bildirmiş və onlar Elnarə ilə razılaşmışlar. Həmin vaxtı o,özü ilə götürdüyü 1.500 (min beş yüz) manat pulu Elnarəyə verib, 2-3 gün ərzində qalan pulu verəcəyini vəd etmişdir. Bundan sonra Elnarə Səbunəyə boş blank verərək doldurtmuş və telefon vasitəsi ilə Elnarəyə 3x4 sm ölçüdə fotoşəkil, şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq haqqında arayış lazım olmasını bildirməsinə görə həmin sənədləri də Səbunə Elnarəyə vermişdir. Təxminən 2 gün sonra qalan 1.000(min) manat pulu o,Aytacın anası Kəmalədən borc alıb Elnarəyə çatdırmaq üçün Səbunəyə vermişdir. Səbunə isə həmin pulu Aytaca vermişdir ki, Elnarəyə çatdırsın. X63 bildirmişdir ki, Anar ilə birlikdə həmin 1.000(min) manat pulu Elnarəyə vermişdir. Təxminən bir həftə sonra X21 zəng edərək «Azerfon» şirkətinin geyim formasının tikilməsi üçün 250 (iki yüz əlli) manat pul istəməsini demişdir. O da həmin pulu qızına vermişdir. Səbunə də Aytacla birlikdə «Elmlər Akdemiyası»nın yaxınlğında yerləşən parkda Elnarə ilə görüşüb həmin məbləği Elnarəyə vermişdir. Elnarə Abdullayevə sürücüsü ilə birlikdə həmin yerə gəlmiş, lakin sürücü avtomobildən düşməmişdir. Səbunənin rəfiqəsi Aytac da Təqsirləndirilən şəxs həmin vaxtı «Azerfon» şirkətinə işə düzəlməyə görə və geyim formasına görə 300 (üç yüz) manat pul vermişdir. Həmin pullar ayrı-ayrı açıqcalarda Elnarəyə verilmiş, yəni 250 manatı qızı, 300 manat isə Aytac vermişdir. Qızı ona Aytacın 300 manat pulu Elnarəyə verənə kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 «Azerfon» şirkətinə operator vəzifəsinə işə düzəlməyi üçün 3.500 (üç min beş vüz) manat pul aldığını bildirmişdir. Elnarə qızının xx xxxxxx 2017-ci il tarixdə işə çıxacağını vəd etsə də qızı işə çıxmamış və buna görə də Səbunə Aytaca bu barədə məlumat vermişdir.Aytac Elnarə ilə «Watsapp» vasitəsi ilə əlaqə saxlamış və X46 guya işə düzələcəyi şöbənin hələ açılmadığını bildirib əlavə 2 ay möhlət istəmişdir. Həmin müddət də bitdikdən, sonra Səbunə Elnarə ilə təkrarən əlaqə saxlamış və Elnarə xx xxxx 2017-ci il tarixdə müsabiqə olacağını və yenə də gözləməyi bildirmişdir. Həmin müddət də çatdıqda onlar Elnarə ilə əlaqə saxladıqda Elnarə artıq zənglərə və yazışmalara cavab verməmişdir. Bu səbəbdən aldadıldığını başa düşüb o, polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Ümumilikdə Elnarə onun işə düzəlməyi üçün 2.750 (iki min yeddi yüz əlli) manat pul alaraq mənimsəmiş, qızını heç bir işə düzəltməmişdir. Həmçinin işin düzəlmədiyini görüb Elnarədən pulu istədikdə Elnarə pulu qaytaracağını bildirsə də bu vaxta kimi qaytarmamışdır.Səbunə ona Elnarənin qrup yoldaşı Zərərçəkmiş şəxs1 da aldadaraq işə düzəlməsi üçün ümumilikdə 4.800(dörd min səkkiz yüz) manat pulunu alaraq mənimsədiyini bildirmişdir. X47 vermiş olduğu pulların hamısı ona məxsus olmuş, həmin pulun 1750 manatı onun şəxsi pulu qalan 1000 manat isə Aytacın anası Kəmalədən aldığı borc pul olmuşdur. O təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini istintaq zamanı verdiyi natorial təsdiq edilmiş ərizə ilə bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş X20 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 20-23 vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2016-cı ilin sentyabr ayında tanımışdır. Elnarəni işlədiyi xəstəxanada tanımışdır. Həmin ayda Təqsirləndirilən şəxs ərinin işi ilə bağlı xəstəxananın arxivindən sənəd almışdır. Elnarə sənəd alan zaman onunla danışaraq əmək haqqıısı ilə maraqlanmışdır. O da ayda 140 manat əmək haqqı (maaş) aldığını Elnarəyə bildirdikdə Elnarə ona, cüzi pul müqabilində onu “Narmabayıl” şirkətinə işə qəbul etdirə biləcəyini demişdir. O da maaşının az olması nəzərə alaraq Elnarənin təklifini qəbul etmiş və Elnarənin təklifi ilə razılaşdı. O, Elnarədən iş üçün verəcəyi pulun məbləğini soruşduqda Elnarə bunu 2000 (iki min ) manat pulun müqabilində etdirə biləcəyini ona demişdir. Ancaq Elnarə ona onu da demişdir 2000 (iki min ) manat puldan əlavə onun özünə da şirinlik verməlidir. O da söz vermişdir ki, işə çıxandan sonra Elnarəyə da hörmət edərək şirinliyini verəcək. Təqsirləndirilən şəxs onunla danışanda demişdir ki, pulu qısa zamanda ona çatdırmalıdır. Təxminən 10 gün keçmiş o, 500 manat pulu düzəldib Təqsirləndirilən şəxs ona verdiyi ***-***-**-** mobil nömrəsinə zəng edib 500 manat pul düzəldiyini Elnarəyə demişdir. Təqsirləndirilən şəxs da ona bir saat ərzində gəlib pulu ondan alacağını demidir. O, anasına zəng edib 500 manat pulu onun iş yerinə evdən gətirməsini demişdir. Anası da 500 manat pulu evdən götürüb gətirib iş yerində ona vermişdir. Təxminən 2016-cı ilin sentyabr ayında Elnarə Abdulldayeva ilə öz iş yerində tanış olmuş və 2016-cı ilin oktyabr ayının əvvəllərində günorta saatlarında Təqsirləndirilən şəxs onun iş yerinə “Kia Cerato” markalı ağ rəngli avtomobilə gəlmiş, avtomobili bir cavan oğlan sürmüş, avtomobilə giriş qapıdan içəri keçmiş və iş yerində xəstəxananın giriş qapısının qarşısında 500 manat pulu ondan alıb getmişdir. Həmin cavan oğlan avtomobildən düşməmiş, sükanın arxasında oturmuş,pulun Elnarəyə verməyini görübgörmədiyini bilməmişdir. Bundan 10-15 gün keçmiş borc olaraq 700 manat da pul da alaraq yenidən Elnarənin mobil nömrəsinə zəng edib Elnarəyə məlumat verərək 700 manat pulun da hazır olmasını Elnarəyə demişdir. Təqsirləndirilən şəxs onu metronun “Nərimanov” stansiyası yaxınlığına dəvət edərək pulu verməyini bildirmişdir. O da anası Nəzakət Xalıqova ilə birlikdə metronun “Nərimanov” stansiyası yaxınılığında yerləşən Vergilər Departamentinin inzibati binasının qarşısına getmişdir. Təqsirləndirilən şəxs ağ rəngli «Kia Cerato» markalı avtomobillə gəlmiş və Təqsirləndirilən şəxs ilə avtomobildə görüşdü. O və anası Nəzakət Xalıqova ağ rəngli «Kia Cerato» markalı nömrəsi yadında qalmayan avtomobilə o, qabaq oturacağa oturmuş, avtomobili Elnarə özü idarə etmiş, anası avtomobilin yanınqda qalaraq avtomobilə oturmamışdır. Elnarə onunla avtomobilin salonunda danışıb ağ rəngli “Kia Sarento” markalı avtomobilin içərisində 700 manat pulu, şəxsiyyət vəsiqəsinin, atestatının, həmçinin əmək kitabcasının təsdiqlənmiş surətlərini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona narahat olmamasını, onu qısa zamanda işə qəbul etdirəcəyini, qalan pulu işə çıxandan sonra verəcəyini demişdir. O və anası Elnarədən ayrılandan 2-3 həftə keçmiş Təqsirləndirilən şəxs zəng edib işlə maraqlananda Elnarə ona “sivi” verməli olduğunu, ona görə də sivini yazıb ona verməyini demişdir. O da Elnarənin sözlərinə inanıb sivini doldurub yenidən Vergilər Departamentinin qarşısında tək Elnarə ilə görüşüb Elnarəyə vermişdir. Elnarə ondan sənədləri alandan üç ay sonra ona verdiyi mobil telefonu söndürmüşdür. Təxminən 2017ci ilin yanvar ayında Elnarə ona gizlin nömrə ilə zəng edib demişdir ki, Riqa şəhərində olduğunu və 2017-ci ilin fevral ayının 7-də onun işə çıxacağını bildirmişdir. Ancaq xx.xx.2017-ci il tarixdə onu işə çağıran və çıxaran olmamışdır. Elnarənin mobil nömrəsinə zəng etsə də mobil nömrəyə zəng çatmamışdır. Təxminən bir ay sonra Təqsirləndirilən şəxs özü ona ***-***-**-** nömrədən zəng edib oğlu Riqa şəhərində qəzaya düşdüyündən onunla əlaqə saxlaya bilmədiyini, ancaq narahat olmamağını deyib telefonu söndürmüşdür. 2-3 gün keçmiş anası Elnarəyə zəng edib görüşmək istədiyini bildirmişdir. Elnarə də Albalılıq qəsəbəsində Buzovna yolunun üstündə «Albalı » marketin qarşısında onlarla görüşüb narahat olmamalarını bildirmişdir. Hətta onları idarə etdiyi avtomobil ilə bibisinin yaşadığı Maştağa qəsəbəsinin yolunun üstündə olan evinin yanına kimi aparmış,onlar avtomobildən düşmüşlər və Elnarə çıxıb getmişdir. Həmin gündən sonra bir daha Elnarənin telefonuna zəng çatmamış və o, Elnarəni tapa bilməmişdir. O, Təqsirləndirilən şəxs tapa bilmədiyinə görə xx xxxx 2017-ci il tarixdə Nərimanov RPİ-nə ərizə ilə müraciət etmiş,ondan izahat almışlar. 2016-cı ilin oktyabr ayının əvvəllərində işlədiyi xəsitəxananın giriş qapısının qarşısında, xəstəxananın həyətində tək vermişdir. İkinci dəfə isə təxminən Nərimanov rayonu Ağa Neymətulla küçəsində Vergilər Depatamentin qarşısında onun gəldiyi ağ rənglli Kia seranto markalı avtomobilin salonunda vermiş, avtomobilin salonunda ikisi olmuş,anası isə avtomobilin yanında durmuşdur. Təqsirləndirilən şəxs pul verməyindən hər iki halda anasının məlumatı olmuşdur. O təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini teleqram vasitəsilə məhkəməyə bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 30-32 vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, bacısının qayınatası Şahid4 vasitəsi ilə tanımışdır. Belə ki, o, işsiz olduğuma görə iş axtarırmış. Bacısının qayınatası Şahid4 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı bir qadını tanyır və o iş tapmaqda kömək edə bilər. O, Təqsirləndirilən şəxs ilə Nərimanov parkında görüşmüşdür. Elnarə ona bildirmişdir ki, üç min manat pulun muqabilində onu Fövqaladə Hallar Nazirldiyində mülkii işçi kimə işə düzəltməkdə kömək edə bilər. O, Elnarə ilə razılaşmış və səhərəsi günü Nərmanov istirahət parkında Elnarə ilə görüşüb ona üç min manat pulu ,şəxsiyyət vəsiqəsi, hərbi biletin və diplomun surətini vermişdir. Elnarə təxminən bir aydan sonra onunla görüşəndə ona bildirmişdir ki, Fövqaladə Hallar Nazirliyində mülki işçi kimi işə düzəlmək alınmır və əlavə olaraq min manat pul ödəsə onu həmin nazirlikdə zabit kimi işə götürəcəkdir . O, Elnarə ilə səhərisi günü yenə Nərimanov rayon istirahət parkında görüşərək əlavə olaraq Elnarəyə min manat pul və həmin sənədlərin əslni ona vermişdir. Həmin ərəflərdə Elnarə yenə onunla Nərimanov istirahət parkında görüşərək əlavə olaraq üç yüz manat pul almış və bildirmişdir ki, bu formaların tikilməsi üçün lazımdır. Bundan sonra Elnarə müxtəlif bəhnələr gətirərək onun pulunu qaytarmamışdır. O təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini istintaq zamanı verdiyi müvafiq qəbzlə bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 115-118-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, 2015-ci ilin iyul ayında hərbi xidmətdən gəlmiş və həmin vaxtdan bütün qohum və tanışlarından ona iş tapmaqda köməklik etmələrini xahiş etmişdir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs o, bacısının qayınatası X3 vasitəsi ilə tanımışdır. Belə ki, o, işsiz olduğuna görə iş axtarmış. Təxminən 2016-cı ilin sentyabr ayında bacısının qayınatası Şahid4lə telefon vasitəsi ilə söhbət zamanı Fəxrəddin, ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı bir qadını tanyır və Fəxrəddim ona iş tapmaqda kömək edə bilər. Bundan sonra bacısının qayınatası Şahid4 tanışı Təqsirləndirilən şəxs istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsini vermiş və həmçinin ona bildirmişdir ki,Elnarənin deməsinə görə onu Hava limanında işə düzəldə bilər, hər hansı xarici dili bilibbilmədiyimi də soruşmuşdur.O, bacısının qayınatası Fəxrəddin həkimə bildirmişdir ki,heç bir xarici dili bilmir. Bundan sonra Elnarə bacısının qayınatası Fəxrəddin həkimə demişdir ki, xarici dil bilmədiyinə görə Hava limanında işə düzəldə bilməz,bu iş alınmaz. Bir qədər sonra Fəxrəddin həkim ona demişdir ki,Elnarənin deməsinə görə onu FHN-nə işə düzəldə bilər,özü ilə telefon vasitəsilə əlaqə saxlayıb görüşərək işlə əlaqədar Elnarə ilə söhbət etsin. Ona görə də o, Təqsirləndirilən şəxs onda olan 077 *** ** ** mobil telefon nömrəsi ilə Elnarə ilə əlaqə saxlamışdır, Təqsirləndirilən şəxs ona demişdir ki,Bakı şəhəri Xətai rayonu ərazisindədir,dəqiq yeri indi xatırlamıdığı yerə o, Fəxrəddin həkimlə birlikdə Xətai rayonu ərazisində ayaq üstü bir yeni hündürmərtəbəli tikinti binasının qarşısında görüşüb,tanış olmuşlar və tez bir zamanda da ayrılmışlar. Həmin görüş zamanı Elnarə ona demişdir ki, ona zəng vurar görüşüb, söhbət edərlər. Bundan bir gün sonra yəni səhəri günü Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Nərimanov parkında günorta vaxtlarında görüşmüş, Təqsirləndirilən şəxs parkda onunla söhbət zamanı ona bildirmişdir ki, 3000 (üç min) manat pulun muqabilində onu Fövqaladə Hallar Nazirliyində mülki işçi kimi işə düzəltməkdə kömək edə bilər. O, Elnarə ilə razılaşıb ayrılmışlar. Səhəri günü yəni 2016-cı ilin sentyabr ayının əvvəllərində Nərmanov istirahət parkında Təqsirləndirilən şəxs ilə görüşüb Elnarəyə 3000 (üç min) manat pulu, şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və diplomun surətini vermişdir. Elnarə təxminən bir aydan sonra onunla görüşəndə ona bildirmişdir ki, Fövqaladə Hallar Nazirliyində mülki işçi kimi işə düzəlmək alınmır və əlavə olaraq 1000 ( bir min) manat pul Elnarəyə versə onu həmin nazirlikdə zabit kimi işə götürməsinə kömək edəcəkdir.O, Elnarənin dediyi ilə razılaşmış, səhərisi günü yəni xx.xx.2016-cı il tarixdə günorta saatlarında Nərimanov rayon istirahət parkında Təqsirləndirilən şəxs ilə görüşərək əlavə olaraq Elnarəyə istədiyi 1000-(min) manat pulu, şəxsiyyət vəsiqəsinin,hərbi biletinin və diplonunun əslini vermişdir. Təqsirləndirilən şəxs ona 15 gün ərzində kursların başlayacağını bildirmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs onunla Nərimanov istirahət parkında görüşərək əlavə olaraq üç yüz manat pul lazım olmasını bildirmiş və demişdir ki, 300 manat formaların tikilməsi üçün lazımdır, o, Elnarə ilə razılaşmış və demişdir ki, üstündə pul yoxdur. Aradan bir neçə gün sonra o, Təqsirləndirilən şəxs ilə Nərimanov istirahət parkında görüşmüş və 300 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra onu heç bir yerə kursa dəvət etməmişlər,o, Elnarə Abdullayevadan işlə maraqlananda o, müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki,xx xxxxxx 2016-cı il tarixdə onu çağıracaqlar,özünün oğlunun başqa ölkə ərazisində avtomobil qəzasına düşdüyünü bəhanə gətirərək xx xxxxxx 2016-cı il tarixdə getməsini demiş,lakin ona belə gəlmişdir ki, Təqsirləndirilən şəxs yalan danışır, heç bir yerə getməmişdir.Bundan sonra o, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrinə zəng edib Elnarə ilə görüşümək istəyirmiş, lakin telefonlara zəng çatmırmış və görüşə bilməmişdir. O, Təqsirləndirilən şəxs ilə ikilikdə Bakı şəhəri Nərimanov istirahət parkında görüşmüşdür.Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə ondan birinci dəfə 3000 (üç) min manat, ikinci dəfə 1000 (min) və sonra da 300 (üç) yüz manat,ümumilikdə 4300 manat eyni məqsədlə pul almışdır və onun pulunu qaytarmamışdır. O, Təqsirləndirilən şəxs pulu Nərimanov istirahət parkında verəndə onların yanlarında heç kim olmamışdır, lakin Təqsirləndirilən şəxs hər dəfə ora ağ rəngli “Kia Cerato” markalı nömrəsi yadında qalmayan avtomobilə gəlmişdir, avtomobili bir cavan oğlan idarə edirmiş,həmin cavan oğlan avtomobildə otururmuş,avtomobildən düşmürmüş. O, həmin cavan oğlanı görsə tanımaz. Sonradan Təqsirləndirilən şəxs onun telefonlarına cavab vermədiyinə görə o, başa düşmüşdür ki,Elnarə onu aldadıb pulunu ələ keçirmişdir ona görə şikayət etmiş və bu günə kimi pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs ona xarici ölkəyə oğlunun işi ilə getməsini deyəndən sonra onu görməmiş və onun harada olması barədə məlumatı yoxdur. O təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini həm istintaq zamanı natorial təsdiqli ərizəsi həm də məhkəmə baxışı zamanı teleqram vasitəsilə məhkəməyə bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş X28 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 93-96-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2017-ci ilin dekabr ayının axırlarında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, həmin vaxtı Yasamal rayonu 153 nömrəli tam orta məktəbdə oğlu Rəvanın yeni il şənliyində olmuşdur. Tanışlıq zamanı Elnarə ona Hollandiya vətəndaşı olduğunu, müvəqqəti olaraq Azərbaycan Respublikasına istirahətə gəldiyini bildirmişdir. Elnarə ona Hollandiyada Azərbaycan diasporasının sədri olduğunu bildirmişdir. Bakı şəhərində 6 saylı orta məktəbi qurtardığını, anasının da həmin məktəbdə kimya müəllimi olduğunu, Azərbaycanda nazirlərin, yüksək vəzifəli şəxslərin müəllimi oluduğunu bildirmçişdir. Elnarənin danışığı ona inandırıcı gəlmişdir. Tanışlıq zamanı onlar bir-birilərinə mobil telefon nömrələrini vermişlər. Elnarə bir neçə günə Hollandiyaya qayıdacağını demişdir. Bundan sonra dəfələrlə o, Təqsirləndirilən şəxs ilə WhatsApp yazışmaları apararaq haləhval tutmuşdur. Danışıqları zamanı Elnarə ona Hollandiyada olduğunu bildirmişdir. 2018ci ilin mart ayında Novruz bayramı ərəfəsində Elnarə ona WhatsAppda yazmışdır ki, Hollandiyadan Bakı şəhərinə gəlib və onunla görüşmək istəyir. Təxminən mart ayının axırlarında o, Elnarə ilə metronun “İnşaatçılar” stansiyasının yaxınlığında görüşdü. Elnarə yanında təxminən 33-35 yaşlarında qadınla gəlmişdir. Həmin vaxt Elnarə Samirənin qırmızı rəngli sedan tipli avtomobil ilə gəlmişdir. Elnarə onu Samirə ilə tanış edəndə bacısı olduğunu bildirmişdir. Samirə «Socar» da hansısa şöbənin müdiri olduğunu bildirmişdir. Həmin vaxt Samirə kiminləsə telefonla danışaraq danışdığı şəxs “sənin işini düzəltmək üzrədir, pulunu çatdır” sözlərini demişdir. Onlar Elnarənin təklifi ilə çay içib söhbət etmək üçün metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında «Qoç əti» restoranına gedərək orada yemək yemişlər. Restoranda söhbət əsnasında Elnarə ona müxtəlif dövlət orqanlarına pulla işə adam düzəltdiyini demişdir. Elnarə ona “bu sahədə nə lazım olsa mənə müraciət edə bilərsən” sözlərini demişdir. Bundan sonra ayrılmışlar. Bundan təxminən 1 həftə sonra o, Elnarə ilə telefon vasitəsi ilə yazışan zaman Elnarə pulla işə adam düzəltdiyini, onun üçün adam tapsa ona da hörmət edəcəyini demişdir. O da əri Məmmədağanın işçsiz olduğunu demişdir. Elnarə ondan ərinin ixtisasını soruşmuşdur. O, Elnarəyə ərinin ixtisasının mühəndislik olduğunu demişdir. Elnarə ərini mühəndis kimi işə düzəlmək üçün 15000-20000 manat pul lazım olduğunu demişdir. O, Elnarəyə o qədər pulunun olmadığını söyləyədikdə Elnarə ona təklif etmişdir ki, ərini Dövlət Neft şirkətinə sürücü və ya Xarici İşlər Nazirliyinin müxtəlif səfirliklərinə sürücü işinə düzəldə bilər. Elnarə «Socarda» və Özbəkistanın Azərbaycanda səfirliyində sürücü işinə düzəldə biləcəyini, aylıq əmək haqqının 1200-1500 manat arası olduğunu bildirmişdir. Elnarə bu işi 6000 manata etdiyini, lakin onu üçün bunu 5000 manata edəcəyini demişdir. Bundan əlavə, pulla birlikdə ərinin sürücülük vəsiqəsinin sürətini, yaşayış yerindən arayışı, sağlamlıq haqqında arayışı, əmək kitabçasının sürətini anket və şəkillər verməli olduğunu demişdir. O da razılaşmış və Elnarəyə həmin pulu bankdan kredit götürüb verə biləcəyini demişdir. 2018-ci ilin aprel ayının 04-də o, “Kapital bank”ın Yasamal filialına müraciət edib günorta radələrində oradan 4300 manat pul götürmüş və həmin pulun üstünə 700 manat əlavə edib saat təxminən 16 radələrində Bakı şəhəri Yasamal rayonu metronun İnşaatçılar stansiyasının yaxınlığında Elnarə ilə görüşmüşdür. O, oraya əri Məmmədağa ilə getmişdir. Elnarə isə həmin Samirə adlı qadının idarə etdiyi qırmızı rəngli sedan tipli avtomiobillə gəlmişdir. Onlar Elnarənin maşınına oturmuş və pulu sayıb həmin 5000 manat pulu və Elnarənin deydiyi sənədləri ərinin sürücülük vəsiqəsinin surətini, yaşayış yerindən arayışı, sağlamlıq haqqında arayışı, əmək kitabçasının surətini və anket və şəkilləri Elnarəyə vermişdir. Elnarə həmin sənədləri və 5000 manat pulu maşında sayıb ondan qəbul etmişdir. Elnarə ona söz vermişdir ki, uzağı bir ay yarım-iki aya əri Məmmədağanı Dövlət Neft şirkətinə sürücü vəzifəsinə işə düzəldəcək.Ərinin aylıq əmək haqqısının 1200 manat olacaqdır. Bundan sonra, o, mütamadi olaraq Elnarə ilə ərinin işilə bağlı maraqlanmışdır. Ondan sonra telefon danışıqları Elnarə ilə davam etmişdir. Elnarə onu arxayın etmişdir ki, az qalıb iş düzələcəkdir. 2018-ci may ayının ortalarında Elnarə ona istifadə etdiyi ***-***-**- ** nömrəsindən zəng edərək ərinin paltar məsələsəinin həl olunması üçün 300 manat pul lazım olduğunu demişdir. Elnarə Məmmədağanın əyin paltarlarının, ayaqqabısının, başının ölçülərini ondan götürmüşdür. O da razılaşmış və 300 manat pulu 2018-ci may ayının ortalarında Elmlər metrostansiyasının yaxınlığında Texniki Universitetin qarşısında dayanacaqda avtobusların arxasında Kia markalı ağ rəngli maşında Elnarəyə vermişdir. Həmin vaxt Elnarənin yanında başqa bir cavan qadın olmuşdur. Maşından düşmədən Elnarə pəncərədən pulu ondan alıb getmişdir. Həmin qadını o, tanımır. Arıq, saçı uzun, təxminən 30-35 yaşında qadın olmuşdur.Bundan sonra, təxminən may ayının axırlarında İnşaatçılar metrosunun yaxınlığında görüşmüşlər. Elnarə özünün idarə etdiyi ağ rəngli Kia markalı maşını ilə tək gəlmişdir. Elnarə ona “istəyirsən sənə sosial evlərdən bir mənzil təşkil edim” sözlərini demişdir. Elnarə ona Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat dövlət Agentliyinin sədrinin onun sinif yoldaş olduğunu, sinif yoldaşının vasitəsi ilə ona mənzil təşkil edə biləcəyini demişdir. Lakin bunun üçün onun 5000 manat pul verməli olduğunu bildirmişdir. O, Elnarəyə evdə məsələhət edib deyəcəyini bildirmişdir. Elnarə ona Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi üç otaqlı sosial evlərdən mənzil təşkil edəcəyini bildirmişdir. O, evdə ərinə bu barədə deyib ərinin razılığını alandan sonra Elnarəyə razı olduğunu demişdir. 2018-ci ilin may ayının axırlarıda qardaşı Abbasdan 4000 manat və 1000 manat isə rəfiqəsi Cavadova Sevdadan götürüb cəmi 5000 manat pul düzəltmişdir. Həmin pulu 2018-ci ilin may ayının axırlarında Yasamal rayonu metronun “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında, yeni tikilən binanın qarşısında Elnarə ilə görüşdür. Həmin vaxt Elnarə yenə Samirə adlı rəfiqəsi ilə özünün əvvəlki idarə etdiyi «Kia» markalı avtomobillə gəlmişdir. Avtomobili isə Samirə idarə etmişdir. Samirə maşında qalmış, Elnarə yerə düşüb ona yaxınlaşdır. O, səkidə dayanmışdır. O, pulu sellofanda götürümüşdür. Həmn pulu Elnarəyə vermişdir. Elnarə də pulu özü ilə gətirdiyi qırmızı rəngli çantasına qoyaraq ona pulun məbləğinin 5000 manat olmasını Samirənin yanında deməməsini bildirmişdir. O da həmin 5000 manat pulu Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi 3 otaqlı sosial evlərdən mənzil təşkil etməsi üçün Elnarəyə vermişdir. Elnarə 2018-ci ilin sentyabr ayınadək onlara ev təşkil edəcəyini, həmin vaxta kimi ora köçəcəklərini və ondan sonra ayda üç yüz manat dövlətə pul ödəyəcəklərini demişdir. Bundan 2 (iki ) gün sonra isə Elnarə təkrar ona zəng vurub yenə 500 (beş yüz ) manat əlavə rüsum pulu lazım olduğunu demişdir. Elnarə həmin pulu Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi 3 otaqlı sosial evlərdən mənzil təşkil etməsi üçün ASAN xidmətdə sənədlərin düzəlməsi üçün veriləcəyini demişdir. O da Elnarə ilə razılaşmış və həmin vaxtı 2018-ci ilin iyun ayının ortalarında Elnarə ilə yenə Elmlər metrostansiyasının yaxınlığında, iş yerinin yaxınlığında, yəni Texniki Universitetin qarşısında əvvələki görüşdüyü yerdə 500 manat pulu Elnarənin idarə etdiyi «Kia» markalı avtomobilin içərisində Elnarəyə vermişdir. Onun Elnarəyə vermiş olduğu pulun cəmi məbləği 10.800 manat təşkil etmişdir.Elnarənin onları aldatması məlum olduqdan sonra həyat yoldaşı Məmmədağa Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. O təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini həm istintaq zamanı təqdim etdiyi müvafiq natorial təsdiqli ərizəsi həm də məhkəmə baxışı zamanı məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun bacısın həyat yoldaşıdır. Elxan Səhiyyə Nazirliyinin 1 nömrəli Ruhi Əsəb xəstələikləri xəstəxanasında həkim işləyir. 2016-cı ilin sentyabr ayının əvvələrində Elxan ona zəng edərək bildirmişdir ki, Elnarə adlı bir qadınla tanış olmuş və sonuncu işsiz olanları pulla işə düzəlməyə kömək edir. Söhbət əsasında Elxan ona bildimişdir ki, Təqsirləndirilən şəxs köməkliyi ilə onu da 1500 manat müqabilində sürücü kimi işə düzəldə bilər. Elxanın bu təklifinə cavab olaraq o bildirmişdir ki, hazırda onun həmin məbləğdə pulu yoxdur, lakin sonuncu ona onun əvəzinə pulu özü verə biləcəyini bildirdikdən sonra o razılaşaraq şəxsiyyət vəsiqəsinin əslini Elxana vermişdir. Bir müddət keçəndən sonra onun mobil telefonuna gizli nömrədən bir qadın zəng edərək ona bildirmişdir ki, xatırlamadığı bir xarici təşkilatdan zəng vurmuş, oranın kadrlar şöbəsindəndir, sənədləri ordadır, sənədləri yoxlayıblar, avtomobili idarə etməkdən ötrü sürücülük vəsiqəsi lazımdır, sürücülük vəsiqəni də yoxlayacaqlar. Telefonda danışan qadının səsini Təqsirləndirilən şəxs səsinə oxşatmış, ondan dərhal sonra Elxana zəng edərək bu barədə demişdir. Bunu eshitdikdən sonra Elxan ona demişdir ki, Elnarə ilə danışıb ona deyəcək. Aradan çox keçməmiş Təqsirləndirilən şəxs özü ona zəng vurub demişdir ki, eybi yoxdur, sürücülük vəsiqənin notariat qaydada təsdiqlənmiş surətini ver. Bundan sonra o sürücülük vəsiqəsinin surətini notarial qaydada təsdiq etdirib həmin gün Təqsirləndirilən şəxs ilə Gənclik metrostansiyasının yaxınlığında görüşüb sonuncuya vermişdir. Bundan sonra Elxan ona demişdir ki, onun işə düzəlməyindən ötrü Elnarəyə 800 manat mabləğində pul vermişdir. Aradan bir müddət keçəndən sonra o, Elxanla söhbət edən zaman sonuncu ona bildirmişdir ki, Elnarə ona oğlu Faiq Əsədovu da işə qəbul etdirməyi söz verib. Bir müddət sonra o Elxanla birlikdə Nərimanov istirahət parkında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Elnarə ora bir cavan oğlanın idarə etdiyi ağ rəngli KİA markalı nömrəsini xatırlamadığı avtomobilə gəlmişdir. Həmin cavan oğlan avtomobildən düşməmiş, Elnarə tək avtomobildən düşmüş, üçü Faiqin və onun işindən söhbət etmişlər. Onun yanında bacısının əri Zərərçəkmiş şəxs3 10000 manat pul Təqsirləndirilən şəxs vermiş, sonuncu həmin pulu Elxandan alandan sonra saymış, əl çantasına qoymuş və qısa zamanda onu və Faiqi işə qəbul etdirəcəyini demişdir. Zərərçəkmiş şəxs3 oğlu Faiqi hara işə düzəltməsini bilməmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs3 ilə birlikdə Təqsirləndirilən şəxs ilə ayrı-ayrı vaxtlarda Nərimanov istirahət parkın qarşısında görüşmüş, Elxan Elnarəyə pul vermiş, lakin hər dəfə nə qədər pul verməsinə fikir vermədiyi üçün həmin pulların məbləğini bilməmişdir. Lakin Elxanla etdiyi söybət əsnasında bilmişdir ki, oğlu Faiqin işindən ötrü Təqsirləndirilən şəxs əlavə 16000 manat pul vermişdir. Bir müddətdən sonra ona məlum olmuşdur ki, Elnarə Elxanı aldadıb və elnarə Elxanın telefon zənglərinə cavab vermədiyi üçün sonuncu onu tapa bilmir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Elnarə X8 prokurorluq və ya DİOna, onu isə Socara sürücü vəzifəsinə qəbul etdirəcəyinə söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ortaq tanışlar vasitəsi ilə tanımışdır. Söhbət zamanı Elnarə ona sosial mənzillər təşkil edə biləcəyini bildirmişdir. O, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 64 ünvanında yerləşən “Ş.E.R Akademiya” gözəllik salonunda müştəri qismində olarkən orada Tünzalə adlı xanıma Elnarə adlı tanışının olduğunu və həmin şəxsin sosial məznillər təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra o, eşitmişdir ki, Tünzalə xanım sosial mənzil almaq üçün 1500 manat pulu Elnarəyə vermişdir. Daha sonra o, Tünzalədən eşitmişdir ki, Elnarə verdiyi vədə əməl etməyərək Tünzaləni aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs14 onun bacısıdır. O bacısı ilə birlikdə Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 64 ünvanında yerləşən “Ş.E.R Akademiya” gözəllik salonda işləyir. Tünzalə onların işlədiyi salona müştəri qismində gələn Mehriban vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Elnarə bacına sosial mənzillər təşkil edə biləcəyini bildirərək sentyabr ayının əvvələrində çalışdıqları “Ş.E.R Akademiya” gözəllik salonunda 1500 manat pul almışdır. Bacısı həmin vaxtı Elnarəyə qalan pulu sentyabr ayının axırlarında verə biləcəyini bildirmişdir. Sonradan onların salona müştəri qismində gələn digər şəxslərdə bacısı Tünzalənin sosial ev almaq üçün tanış adamının olduğunu bilmişlər. Həmin şəxslər də bacısından Elnarə ilə danışaraq onlara ev təşkil etməyini xahiş etmişlər. Bacısı Elnarə ilə danışandan sonra sonuncu bu barədə problem olmadığını bildirmişdir. Daha sonra Elnarə bacısının vasitəsi ilə müəyyən şəxslərində pulunu da almışdır. Sonradan onlar Elnarənin onları aldatdığını bilib onu çalışdıqları salona çağıraraq saçını qulluq etmək istədiklərini bildirmişlər. Elnarə saçını düzəldən zaman onlar Elnarənin çantasından onun şəxsiyyət vəsiqəsini götürmüşlər. Sonradan onlara məlum olmuşdur ki, Elnarənin barəsində Yasamal Rayon Polis İdarəsində cinayət işi üzrə istintaq aparılır. Daha sonra onlar Elnarənin dələduz olduğuna inanıb Elnarə barəsində şikayət etmişlər. İş üzrə şahid qismində göstərilmiş Şahid1 qızı ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 97-99-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2017-ci ilin yanvar ayının əvvəllərində qrup yoldaşı Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, universitetdə aşağı kursda təhsil alan Anar Qasımov ona dostu Rüfətin anasının «Azerfon» şirkətində tanışlarının olmasını və onu işə düzəldə biləcəyini demişdir. Aytac Elnarənin onu «Azerfon» şirkətinə operator vəzifəsinə işə düzəldəcəyini və buna görə ona 3.000 (üç min) manat pul verməsini bildirmişdir. O da Aytaca onu da həmin işə düzəlməyinə kömək etməsini bildirməyinə görə Aytac Anara bu barədə bildirmişdir. Aytac ona zəng edib onun işə düzəlməyi üçün Elnarənin 4.000 (dörd min) manat istəməsini, lakin Aytacın Elnarəyə onun rəfiqəsi olmağını bildirməsinə görə 3.000 (üç min) manat istəməsini demişdir. O da bu barədə atası Zərərçəkmiş şəxs2 ilə söhbət etmiş və atası razılaşmışdır. xx xxxxxx 2017-ci il tarixdə o, Anar, atası Sədrəddin və şəxsiyyəti ona sonradan Təqsirləndirilən şəxs kimi məlum olmuş qadın ilə «Zorge» parkında yerləşən «Millenium» kafesində görüşmüşlər. Həmin vaxtı Elnarə tək olmuşdur. Onlar Elnarə ilə söhbət edərkən Elnarə ona 21 gün ərzində «Azerfon» şirkətinə operator vəzifəsinə işə düzələcəyini və ona maaşının 1.080 (min səksən) manat olacağını demişdir. O, Elnarədən qiyməti bir qədər aşağı salmasını xahiş etdikdə 500 manatı onlara görə keçdiyini bildirmiş və onlar Elnarə ilə razılaşlar. Həmin vaxtı atası özü ilə götürdüyü 1.500 (min beş yüz) manat pulu Elnarəyə verib, 2-3 gün ərzində qalan pulu verəcəyini demişdir. Bundan sonra Elnarə ona boş blank verərək doldurtşdurmüş və telefon vasitəsi ilə ona 3x4 sm ölçüdə fotoşəkil, şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq haqqında arayış lazım olmasını bildirməsinə görə həmin sənədləri Elnarəyə vermişdir. Təxminən 2 gün sonra qalan 1.000 (min) manat pulu atası borc alıb Elnarəyə çatdırmaq üçün ona vermişdir. O isə həmin pulu Aytaca vermişdir ki, Elnarəyə çatdırsın. Sonra Aytac ona bildirmişdir ki, Anar ilə birlikdə onun verdiyi 1.000 (min) manat pulu Elnarəyə vermişdir. Təxminən bir həftə sonra Aytac ona Elnarənin ona zəng edərək «Azerfon» şirkətinin geyim formasının tikilməsi üçün 250 (iki yüz əlli) manat pul istəməsini bildirmiş və buna görə Aytacla birlikdə «Elmlər Akdemiyası»nın yaxınlğında yerləşən parkda Elnarə ilə görüşüb həmin məbləği Elnarəyə vermişdir. Təqsirləndirilən şəxs sürücüsü ilə birlikdə gəlmiş, lakin sürücü avtomobildən düşməmişdir. Qrup yoldaşı Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs həmin vaxtı «Azerfon» şirkətinə işə düzəlməyə görə və geyim formasına görə 300 (üç yüz) manat pul vermişdir. Həmin pullar ayrı-ayrı açıqcalarda Elnarəyə verilmiş, yəni 250 manat o, 300 manat isə Aytac vermişdir. Aytac 300 manat pulu verənə kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 «Azerfon» şirkətinə operator vəzifəsinə işə düzəlməyi üçün 3.500 (üç min beş yüz) manat pul almışdır. Elnarə pulu alıb çıxıb getmişdir. Elnarə pulu aldıqdan, sonra onun xx xxxxxx 2017-ci il tarixdə işə çıxacağını vəd etsə də o, işə çıxmamış və buna görə də Aytaca bu barədə bildirmişdir. Aytac Elnarə ilə «Watsapp» vasitəsi ilə əlaqə saxlamış və Elnarə Aytaca onun guya işə düzələcək şöbənin hələ açılmadığını bildirib əlavə 2 ay möhlət istəmişdir. Həmin müddət də bitdikdən, sonra da Elnarə ilə təkrarən əlaqə saxlamış və ona xx xxxx 2017-ci il tarixdə müsabiqə olacağını və yenə də gözləməyi bildirmişdir. Həmin müddət də çatdıqdan sonra onlar Elnarə ilə əlaqə saxladıqda Elnarə artıq zənglərə və yazışmalara cavab verməmişdir. Elnarənin nömrəsi ilə qrup yoldaşı Aytac əlaqə saxlamışdır. Buna görə də o, polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Elnarə onunla görüşə ağ rəngli, «Kia Sorento» markalı avtomobil ilə gəlmişdir. Elnarə onun işə düzəlməyi üçün ümumilikdə 2.750 (iki min yeddi yüz əlli) manat pul alaraq mənimsəmiş, onu heç bir işə düzəltməmişdir. Həmçinin işin düzəlmədiyini görüb Elnarədən pulu istədikdə Elnarə qaytaracağını bildirsə də bu vaxta kimi qaytarmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 111-112-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə X5 ona müraciət edərək borca 3000 manat pul istəmişdir. Kəmalə onların ailə həkimləri olduğundan və Kəmaləni artıq 10 ildən çox tanıdığından Kəmaləyə köməklik etməyə razılaşmışdır. Kəmalə ona bildirmişdir ki, həmin pulu qızı Zərərçəkmiş şəxs1ı işə düzəltmək məqsədi ondan istəmişdir. O da həmin pulu Kəmaləyə yaşadığı evdə vermişdir. Həmin vaxtdan təxminən 5 gün sonra Kəmalə yenidən onlara gələrək pula ehtiyacı olduğunu söyləmiş, yenə də 3000 manat pul istəmişdir. O da Kəmaləyə cəmi 2700 ona pul verə biləcəyini bildirmişdir. Kəmalə etiraz etməmiş və o da həmin miqdarda pulu Kəmaləyə vermişdir. Pulu götürdükdən sonra Kəmalə xanım ona bildirmişdir ki, Aytacın xeyir işini etdikdən sonra təxminən 3 aya pulu geri qaytaracaqdır. Bundan sonra o, pulu ilə maraqlanmamış, çünki Kəmaləyə çox etibar etmişdir. Təxminən 2017-ci ilin may ayında ona pul lazım olduğu üçün Kəmalə ilə əlaqə saxlamışdır. Kəmalə isə ona pulu verə bilmədiyini, problemləri olduğunu demişdir. O, problemi ilə maraqlandıqda ona bildirmişdir ki, həmin pulları Elnarə adlı qadına qızını və qızının rəfiqəsi Səbunəni “Azərfon” şirkətinə işə düzəlmək məqsədi ilə vermiş, həmin qadın da aldadaraq onun vermiş olduğu pulları ələ keçirmiş və heç bir işə düzəltməmişdir. Materialın araşdırılması zamanı Elnarənin anası Tuğra cəmi 4000 manat həmin puldan Kəmaləyə qaytarmışdır. Həmin pulu da Kəmalə ona qaytarmışdır. İş üzrə şahid qismində göstərilmiş X22 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 24-25-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, qızı Zeybə Xalıqovanın barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs təxminən 2016-cı ilin sentyabr ayında tanımışdır. Təqsirləndirilən şəxs qızı Zeybə Xalıqovanın vasitəsi ilə tanımışdır. Həmin vaxtlarda qızı Zeybə ona Təqsirləndirilən şəxs adlı bir qadın qızından sənəd götürən zaman onu qızını yaxşı maaşı olan “Narmobile” şirkətinə işə qəbul etdirəcəyini bildirib və bunun əvəzində qızından 2000 manat pul istəməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs qızı Zeybəyə vermiş olduğu ***-***-**-** nömrəsinə zəng edib qızının işə qəbulu barədə Elnarə ilə danışdır. Təqsirləndirilən şəxs ona da söz vermişdir ki, 2000 manat pulun müqabilində qızı Zeybəni əmək haqqı 980 manat olan “Narmobile” şirkətinə qəbul etdirəcək. O da Təqsirləndirilən şəxs şirin vədlərinə inanıb 2016-cı ilin oktyabr ayının əvvəllərində 500 manat pulu evindən götürüb qızı Zeybənin iş yerinə aparıb qızına vermişdir. Təqsirləndirilən şəxs zəng edib Elnarə ilə görüşüb pulu Elnarəyə işlədiyi xəstəxananın giriş qapısının qarşısında vermişdir. Çünki o, pulu səhər qızına iş yerində verib çıxıb evə getmişdir. Təxminən 10-15 gün keçmiş 700 manat pulu qudasından borc olaraq almış və yenədə qızı Zeybə Elnarəyə zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qızı Zeybəyə Nərimanov metrosunun yanındakı Vergilər Departamentinin qarşısına gəlməsini və orda görüşmələrini demişdir.O, qızı Zeybə ilə birlikdə Nərimanov metrosunun yanında Ağa Neymətulla küçəsində yerləşən Vergilər Departamentinin qarşısında getmişdir. Orada olan zaman Təqsirləndirilən şəxs ağ rəngli Kia markalı avtomobilə gəlmişdir.Avtomobili Elnarə özü idarə etmişdir, avtomobildə Elnarədən başqa heç kim olmamışdır.Vergilərgilər Departamentinin qarşısında qızı Zeybə avtomobilin qabaq oturacağına oturmuş,o isə avtomobilin yanında durmuşdur.Təqsirləndirilən şəxs Vergilər Departamentinin inzibati binasının qarşısında onlara bir daha söz vermişdir ki, qızı Zeybəni “Narmobile” şirkətinə işə qəbul etdirəcək. Bundan sonra qızı Zeybə şəxsiyyət vəsiqəsinin, atestatının, həmçinin əmək kitabçasının təsdiqlənmiş surətini və 700 manat pulu Elnarəyə vermişdir. Elnarə onlara narahat olmamağı, qısa zamanda işə qəbul ediləcəyini, qalan pulu işə çıxandan sonra verməli olacaqlarını demiş və ağ rəngli “Kia” markalı avtomobilə əyləşib getmişdir. Təxminən 20- 25 gün keçmiş onlar Təqsirləndirilən şəxs zəng edib işlə maraqlanmışlar. Elnarə hər dəfə telefonda qızı Zeybə ilə danışarkən bildirirmişdir ki, qısa zamanda Zeybə işə çıxacaq. Lakin o, Elnarənin dələduzluq etməsindən şübhələnmiş və bir neçə dəfə Elnarə ilə görüşüb Zeybənin işi ilə maraqlanmışdır. Elnarə hər dəfə şirin vədlərlə onları aldatmağa davam etmiş və sonda aldandıqlarını başa düşüb Nərimanov RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişlər. Ümumilikdə Təqsirləndirilən şəxs qızı Zeybənindən 1200 manat işə düzəlmək adı ilə pul almışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 34-37-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2008-ci ildən Səhiyyə Nazirliyinin 1 saylı Respublika psixatriya xəstəxanasında şöbə müdri işləyir. Təxminən 2016-cı ilin yay aylarında işlədiyi şöbəyə xəstə kimi X27 daxil olmuş və 3-4 ay müddətində hisə-hissə şöbədə müalicə almışdır. Rəzzaq Əliyev xəstəxanada müalicə aldığı müddətdə arvadı Təqsirləndirilən şəxs bir neçə dəfə şöbəyə Rəzzaqın yanına gəlib getmişdir. Rəzzaq Əliyevin müalicəsi başa çatdıqdan sonra Təqsirləndirilən şəxs ona təşəkkür edərək yüksək instansiyalarda yaxın qohumları və tanışları işlədiyini, ona hörmət əlaməti olaraq işsiz qohumlarını tanışlarının vasitələri ilə işə qəbul etdirə biləcəyini deyib əlaqə telefon nömrəsini ona vermişdir. Həmin vaxtı qardaşı oğlu Zərərçəkmiş şəxs7 Mənsur oğlu işsiz olduğundan Təqsirləndirilən şəxs Əlini işə qəbul etməyə köməklik göstərməsini xahiş edərək Əlini hara işə düzəldə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona qardaşım oğlu Zərərçəkmiş şəxs7 1500 manat pul müqabilində “AZFEN” şirkətinə sürücü kimi işə qəbul etdirə biləcəyini demişdir. O, bundan sonra qardaşı oğlu Zərərçəkmiş şəxs7 «AZFEN» şirkətində sürücü kimi işləmək istədiyini soruşan zaman Əli işləmək istədiyini bildirmişdir.Həmin vaxtlar Elnarə ona iki sürücü lazım olduğunu demişdir. Elnarə Abdullayev demişdir ki, əyinlərində qara şalvar,ağ köynək, qalustuk iki həftədən sonra işə gedərlər. Həmçinin qardaşı oğlunun şəxsiyyət vəsiqəsinin surətini də almış və hətta həmin şirkətə əlavə bir sürücünündə lazım olduğunu da demişdir. Zərərçəkmiş şəxs7 bu barədə digər qohumları Şahid9 bildirib ki, bir nəfər də sürücü lazımdır. Təxminən 2016-cı ilin sentyabr ayının əvvilində qohumları Şahid9, Zərərçəkmiş şəxs8 və Nüxrətin dayısı Camal İmanovla birlikdə onun yaşadığı evə gələrək onlarında işə qəbul edilməsinə köməklik göstərməyini ondan xahiş etmişlər. O da Təqsirləndirilən şəxs zəng edib əlavə qohumlarının da işə qəbul edilməsinə köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs işə qəbul olunmaq istəyən qohumlarının yaşları, əvvəllər harada işləyib-işləmədikləri ilə maraqlndıqdan sonra Fövqəladə Hallar Nazirliyində vakant iş yerlərinin olduğunu bildirmişdir. Elnarə çavuş kimi işə qəbul olunmaq istəyəndən 3000 manat, zabit kimi işə qəbul olunmaq istəyəndən isə 6000 manat pul istəmişdir. O da bu barədə həmin qohumlarına məlumat vermişdir. Bir neçə gündən sonra qardaşı oğlu Zərərçəkmiş şəxs7 1300 manat pul düzəldib ona məlumat vermişdir. O da Təqsirləndirilən şəxs zəng edib bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs onları metronun Nərimanov stansiyası yaxınlığında yerləşən Nərimanov istirahət parkına görüşə dəvət etmişdir. O, qardaşı oğlu Zərərçəkmiş şəxs7la birlikdə Təqsirləndirilən şəxs dediyi vaxtda Nərimanov istirahət parkına getmişlər. Parkda Təqsirləndirilən şəxs onlarla danışıb bir daha söz vermişdir ki, təxminən 2-3 gün müddətinə qardaşı oğlu Zərərçəkmiş şəxs7 “AZFEN” şirkətinə işə qəbul etdirəcək. Qardaşı oğlu Zərərçəkmiş şəxs7 1300 manat pulu Təqsirləndirilən şəxs verib söz vermişdir ki, 200 manat pulu isə işə qəbul olunduqdan sonra 1-ci maaşından verəcək. Bu məzmunda danışıqdan sonra ayrılmışlar. Həmin gündən bir neçə gün sonra Zərərçəkmiş şəxs8 X70 ona zəng edib Zərərçəkmiş şəxs8 işə qəbul edilməsi üçün 4000 manat pul düzəltdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxs pul ilə birlikdə Zərərçəkmiş şəxs8 diplomunun surətini, şəxsiyyət vəsiqəsinin sürətini və digər hansısa sənədlərin surətlərini də gətirmələrini bildirmişdir. O, Vəfa İmanova zəng edib sənədlər barədə Vəfanı məlumatlandırmışdır. Təqsirləndirilən şəxs onları Yasamal rayonu, Mikayıl Müşviq küçəsində yerləşən FHN-nin qarşısına dəvət etmişdir. O, Vəfa İmanov və Zərərçəkmiş şəxs8 ilə birlikdə Təqsirləndirilən şəxs dediyi vaxtda FHN-nin qarşısında olmuşlar. Onlardan 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs ağ rəngli, “Kia Cerato” markalı, dövlət qeydiyyat nişanı yadındaq qalmayan avtomobil ilə onların olduğu yerə gəlmişdir. Orada onun yanında X71 Abdullayeva ilə danışıb işlə maraqlandıqdan sonra özləri ilə gətiridiyi 4000 manat pulu sayıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs 4000 manat pulu Vəfa İmanovdan alandan sonra sayıb əl çantasına qoymuşdur. O, Zərərçəkmiş şəxs8 və X70a, bundan sonra özlərinin Təqsirləndirilən şəxs ilə əlaqə saxlamalarını, işdən vaxtı olmadığını bildirmişdir. Bundan sonra onlar ayrılmışlar. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 və Vəfa İmanovla görüşüşərək ayrı-ayrı vaxtlarda onlardan əlavə 1800 manat pul almışdır. Təxminən 2016-cı ilin sentyabr və ya oktyabr ayında Təqsirləndirilən şəxs digər qohumu X42 da sürücü kimi işə qəbul etdirəcəyi adı ilə 1400 manat, dostu Zərərçəkmiş şəxs4 “Narmobile” şirkətinə işə qəbul etdirəcəyi adı ilə aldadaraq Nərimanov istirahət parkında 1200 manat pul alaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi şəxslərdən, həmçinin tanıdığı Zərərçəkmiş şəxs3 oğlunu hər hansı bir Dövlət orqanına işə qəbul etdirəcəyi adı ilə aldadaraq 26.000 manat pul alıb aldatdıqdan sonra əlaqə telefon nömrələrini söndürüb gizlənmişdir. Onlar Elnarənin olduğu yeri müəyyən edə bilmədiklərindən tapıb pullarını geri ala bilməmişlər. Qohumları Zərərçəkmiş şəxs8 və Camal İmanov Təqsirləndirilən şəxs onun vasitəsi ilə tanıdıqları üçün onun yanına gəlib Təqsirləndirilən şəxs almış olduğu pulları ondan istəmişlər. O, onlara izah etmişdir ki, burada onun heç bir günahım yoxdur. Sadəcə olaraq onlara yaxşılıq edib işlə təmin olunmaları məqsədi ilə Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Lakin Zərərçəkmiş şəxs8lə Camal İmanov haqsız yerə onun barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişlər. O, oradada izahat yazaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs8lə Camal İmanovdan hər hansı bir məbləğdə pul almamışdır. Onlar pullarını şəxsən Təqsirləndirilən şəxs vermişlər. Zərərçəkmiş şəxs8lə Camal İmanovun özləridə izahatlarında onun qeyd etdiklərini təsdiq etmişlər. Lakin Nüxrət və Camal Təqsirləndirilən şəxs vermiş olduqları pulları borc aldıqlarından ondan xahiş etmişlər ki, onların Təqsirləndirilən şəxs verdikləri pulları onlara versin ki, borclarını qaytarsınlar. O da qohumluq münasibətlərini nəzərə alıb X64 İmanovun Təqsirləndirilən şəxs vermiş olduqları məbləğdə pulları Nüxrət və Camala vermişdir ki, borclarını qaytarsınlar. Onlar Təqsirləndirilən şəxs tapa bilmədiklərinə görə 9 saylı Cəza çəkmə müəssisəsində cəza çəkən Elnarənin əri Rəzzaq Əliyevin yanına o, və Elxan həkim ikisi görüşə getmişlər. Onlar Rəzzaqla bir dəfə görüşmüşlər, söhbət zamanı Rəzzaqa Elnarənin hərəkətləri barədə bildirən zaman Rəzzaq onlara Elnarə hal-hazırda respublikada olmadığını, xaricdə olduğunu, yaxın vaxtlarda gələcəyini, işin düzələcəyini, düzəlməsə onların pullarınızı verəcəyini bildirmişdir. Bunan sonra iki dəfə də getsələr də Rəzzaqla görüşə bilməmişlər. Onun qardaşı oğlu Zərərçəkmiş şəxs7 və digər qohumlarının Təqsirləndirilən şəxs verdikləri puldan Elnarə ona heç nə verməmişdir. Onun Təqsirləndirilən şəxs ilə hər hansı bir iş birliyi olmamışdır və o, elə bir şəxs tanımır ki, Təqsirləndirilən şəxs həmin işə düzəltsin. Zərərçəkmiş şəxs5 onun oğlunun qaynıdır, Rəsul özü ona danışmışdır ki, iş olsa xəbər etsin, o da Elnarəni tanıdıqdan sonra qohumu Rəsula demişdir ki, belə bir adam var,iş düzəltməklə məşğul olur, istəsən Elnarə ilə maraqlana bilər. O, Elnarənin mobil telefon nömrəsini Rəsula vermiş, Rəsul özü şəxsən Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb Nərimanov istirahət parkında görüşmüş, əvvəlcə 4000 manat, sonra da paltar almaq adı ilə 300 manat pul vermişdir. Ümumilikdə qohumu Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs aldatma yolu ilə 4300 manat pul alıb ələ keçirmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid8 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 154-156-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, onun qohumu Aslan universiteti bitirdikdən sonra iki il işsiz qalmış və bununla əlaqədar olaraq Aslan özünə iş axtarmışdır. Tanışlarının vasitəsi ilə 2016-cı ildin dekabr ayının ortalarında Bakı şəhəri Nərimanov rayonu «Caspian» ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt qohumuna Aslanın dostu Zərərçəkmiş şəxs9 da yanlarında olmuş, Rəşad da özünə əmək haqqı yüksək olan iş axtarmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs qohumu Aslana və dostu Rəşada onun yanında bildirmişdir ki, yüksək vəzifələrdə işləyən tanışları, dostları vardır, onların vasitəsi ilə onlara köməklik göstərib Aslanı «Nar Mobile» şirkətinə operator vəzifəsinə, Rəşadə isə «Neft» şirkətinə sürücü vəzifəsinə işə düzəldə bilər, Aslana aylıq əmək haqqı 980 manat, Rəşada isə 1200 manat alacaqdır. Qohumu Aslan və Aslanın dostu Rəşad Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Təqsirləndirilən şəxs Aslan və Rəşada bildirmişdir ki, işə düzəlmək qarşılığında müəyyən məbləğdə pul ödəmək lazımdır. Aslan və Rəşad Təqsirləndirilən şəxs işə düzəlmək üçün veriləcək pulun miqdarını soruşduqda, Elnarə Aslana 1500 manat,Rəşada isə 2000 manat ödəmək lazım olmasını demişdir. Aslan və Rəşad hər ikisi işsiz olduğundan sevincək olub Təqsirləndirilən şəxs verdiyi təklif ilə razılaşmış və xx xxxxxx 2016-cı il tarixdə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Nərimanov rayonu «Caspian» ticarət mərkəzinin qarşısında görüşüb Elnarədən anket blankı götürmüşlər. Həmin vaxt o da orada olmuşdur. Həmçinin Aslanın dostu Zərərçəkmiş şəxs9 da Aslan kimi anket blankı götürmüşdür. Təqsirləndirilən şəxs ağ rəngli Kia markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmişdir, avtomobili cavan bir oğlan idarə etmiş, avtomobili idarə edən cavan oğlan avtomobildən düşməyərək sükanın arxasında oturmuşdur. Anketi götürəndən sonra razılaşmışlar ki, xx.xx.2016-ci il tarixdə görüşərək anketi, şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq barədə arayış və həmçinin pulu Elnarəyə versinlər. xx xxxxxx 2016-cı il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs ilə ünvan 20 ünvanda yerləşən «Caspian» ticarət mərkəzinin qarşısında o, qohumu Aslan və Aslanın dostu Rəşad görüşmüşlər. Elnarə həmin vaxt yenə ağ rəngli Kia markalı avtomobillə gəlmişdir, avtomobili həmin cavan oğlan sürmüş,yenə həmin cavan oğlan avtomobildən düşməmiş, sükanın arxasında oturmuşdur. Orada qohumu Aslan və Aslanın dostu Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs tələb etdiyi sənədləri və işə düzəlmələri üçün Elnarənin Aslandan istədiyi həmin 1500 manat pulu Elnarəyə vermişdir. O, işə görə qohumu Aslanın Elnarəyə 1500 manat pul verməyini görmüşdür. Aslan 1500 manat pulu Təqsirləndirilən şəxs verdikdən sonra Təqsirləndirilən şəxs Aslandan forma üçün 200 manat da əlavə pul istəmişdir. Həmin vaxt qohumu Aslanın üstündə pul olduğundan bu səbəbdən də Elnarənin forma üçün istədiyi 200 manat pulu da Elnarəyə vermişdir. Aslan ümumilikdə xx xxxxxx 2016-cı il tarixdə ünvan 20 ünvanda yerləşən «Caspian» ticarət mərkəzinin qarşısında işə düzəlməyi ilə əlaqədar Təqsirləndirilən şəxs 1700 manat pul vermişdir. Həmçinin qohumu Aslanın dostu Rəşad Mehdiyev işə düzəlməkdən ötrü 2000 manat, sonra da forma üçün 300 manat, cəmin 2300 manat pul Təqsirləndirilən şəxs vermişdir. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bu yolla onlardan başqa da bir neçə nəfəri aldadıb, həmin şəxslərin pullarını ələ keçirib dələduzluq etmişdir və həmin şəxslər Bakı şəhəri Nərimanov rayon polisinə ərizə ilə müraciət etmişlər. Həmin vaxt ona qohumu Aslanın deməsinə görə Təqsirləndirilən şəxs onlarla 070 ***-**-** və 050 666- 01-88 mobil telefon nömrələrindən istifadə etməklə həmin nömrələrlə əlaqə saxlamışdır. O, işlə və ya başqa hər hansı bir işlə əlaqədar olaraq Təqsirləndirilən şəxs özünə görə pul verməmiş və Elnarə ilə görüşməmişdir. Təqsirləndirilən şəxs ilə görüşməyinin səbəbkarı qohumu Zərərçəkmiş şəxs11 olmuşdur, o, Aslanla birlikdə getmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə qohumu Aslan və Aslanın dostu Rəşadla birlikdə Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski küçəsi 81 ünvanında yerləşən «Caspian» ticarət mərkəzinin qarşısında qohumu Aslan 1500 manat və 200 manat ümümilikdə 1700 manat pul, Zərərçəkmiş şəxs9 2000,sonra da forma üçün 300 manat,ümumilikdə 2300 manat pulu Aslandan və dostu Rəşaddan alanda görmüşdür. Ondan sonra o, Elnvarə Abdullayevanı görməmiş, Elnarə ilə telefonla danışmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid9 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 165-167-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Rövşən İmanov onun dayısı Camalın oğludur, işsiz olmuş, Rövşənə bütün qohumlar iş axtarmışlar. Şahid4 onun qaynatası Mənsurun qardaşıdır. Hamısı bir-biriləri ilə qohumdurlar, münasibətləri də bir qohum kimi yaxşı olmuşdur. 2016-cı ilin sentyabr ayının əvvəlləri olmuşdur ki, qaynatası Mənsur ona zəng vurub bildirmişdir ki,qardaşı Fəxrəddin Zərərçəkmiş şəxs7 işə düzəldir, tanışı var, pulla iş düzəldir. O, Dövlət Neft şirkətində sürüjü işlədiyinə görə ondan soruşmuşdur ki,Pikap sürüccüsü nə qədər əmək haqqı alır,o da cavabında demişdir ki, 500-600 manat əmək haqqı alır. Həmçinin qaynatası Mənsur demişdir ki,Fəxrəddin deyir ki, Əli 1000-1200 manat əmək haqqı alar, o da bir daha qaynatası Mənsurə demişdir ki, bilmir o, hansı təşkilatdır. Qaynatası Mənsur ona demişdir ki, qardaşı Fəxrəddinə deyər ki, onunla telefonla danışsın. Elə həmin axşamı Şahid4 onunıa telefonla danışmış, o, Fəxrəddindən soruşmuşdur ki, Əlini hansı idarəyə işə düzəldir. Fəxrəddin ona AZFEN demiş, tanışının deməsinə görə orada iki nəfər sürücü yeri boş olduğunu demişdir.. Birini öz qardaşı oğlu Əlini düzəldir,bir nəfər də tanışın varsa gətir düzəltsinlər. Ona görə də o, dayısı Camalın oğlu Rövşənlə telefonola danışaraq demişdir ki,xarici dilini bilirsən, qaynatasının qardaşı Fəxrəddinin tanışı var,yüksək əmək haqqı ilə işə düzəldir. Dayısı oğlu Rövşən atası Camal dayısı ilə danışandan sonra həmin axşamı o,dayısı Camal və oğlu Rövşən üçü birlikdə Şahid4 yaşadığı Saray kəndindəki evinə axşam getmişlər. Fəxrəddin işdən evə gəlmiş və evində olmuşdur. Onlar Şahid4la söhbət etmişlər. Söhbət zamanı Fəxrəddin onlara demişdir ki, tanışı var, tanışının deməsinə görə işə düzəldə bilər və aylıq əmək haqqı 1000-1200 manat olmaqla, işə düzəlmək üçün tanışı 2000 manat pul istədiyini və ilkin olaraq 1200 manat, işə çıxandan sonra qalan 800 manat verilməlidir. Dayısı Camal da Şahid4 onlara dediyi məbləğ ilə razılaşmış və bildirmişdir ki, səhər iş yerinə gedib pulu verəcək. Dayısı Camal oğlu Rövşənin sənədlərini hazırlamışdır ki,öz işlədiyi idarəyə versin, orada oğlunu çilingər kimi işə düzəltmək istəmişdir. Bu səbəbdən də Rövşənin sənədləri hazır olmuşdur. Ona görə də dayısı Camal oğlu Rövşənin hərbi biletini, şəxsiyyət vəsiqəsini, ali təhsil alması barədə diplomunu və əmək kitabçasını Şahid4 evində verərək üstündə hazır pul olmadığını, səhər pulu da iş yerinə gətirib verəcəyini bildirmişdir. Səhəri günü o, dayısı Camal ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq telefonda ona demişdir ki, Şahid4 işlədiyi Sabunçu rayonu Maştağa qəsəbəsindəki 1 nömrəli Respublika Psixiatriya xəstəxanasına tək getmiş, xəstəxananın həyətində Fəxrəddin ilə görüşmüş və Fəxrəddinin avtomobilin içərisində əksəriyyəti 50-100 manat və qalanları qarışıq əskinaslardan ibarət olan 1200 manat pulu Fəxrəddinə vermişdir. Fəxrəddin dayısı Camala demişdir ki, sənədləri tanışına verəcək və bir ay müddətində məlumat verəcəkdir.Həmçinin onun dayısı Camalın oğlu Rövşən İmanov, Şahid4 və Fəxrəddinin qardaşı oğlu Zərərçəkmiş şəxs7 yanında Nərimanov istirahət parkında 200 manat Fəxrəddinə pul verib və Fəxrəddin də Rövşənin yanında həmin 200 manatı tanışı Elnarə adlı qadına vermişdir. Rövşənin ona deməsinə görə həmin qadın ağ rəngli KİA markalı avtomaşınla ora gəlimişdir. Fəxrəddinin dediyi müddətdən sonra dayısı Camal Fəxrəddinlə telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirmişdir ki, dediyi bir ay müddət keçib, oğlu Rövşənin iş məsələsi nə yerdə qalmışdır. Fəxrəddin cavabında Camala demişdir ki, tanışının atası ölüb rayona gedib, bir həftədən sonra gələcək. Tanışı gələndən sonra maraqlanaraq bildirər. Dayısı Camal bir həftədən sonra Fəxrəddinə yenə zəng vurub soruşmuşaraq nə olduğunu soruşan zaman Fəxrəddin tanışının rayondan gəldiyini və tanışına zəng vursa da telefonuna zəng çatmadığını, bir az da gözləsini demişdir. Dayısı Camal hər dəfə Fəxrəddin gözlə dediyinə görə Fəxrəddinə, oğlunun sənədlərini və 1400 manat pulunu qaytarmasını demişdir.Fəxrəddin pulu qaytarmaq istəmədikdə dayısı Camal xalası oğlu Zərərçəkmiş şəxs8 atası Aydın Əliyevlə birlikdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə xalası oğlu Zərərçəkmiş şəxs8 adından ərizə ilə müraciət etmişdir. Bundan sonra Şahid4 dayısı Camaldan oğlunun işi ilə əlaqədar aldığı 1200 və oğlunun Elnarə adlı qadına verdiyi 200 manat pulu və xalası oğlu Nüxrətin vermiş olduğu 5800 manat pulu özü onlara qaytarmışdır. Bundan sonra onlara məlum olmuşdur ki, Şahid4 vasitəsi ilə tanışı həmin qadın bir neçə nəfərin pulunu almışdır, lakin heç kimi işə düzəltməmişdir. Ondan sonra o, dayısı Camala və Camalın oğlu Rövşənə demişdir ki, Fəxrəddinlə əlaqələri kəssinlər və Fəxrəddinin telefonunu da öz telefonlarından silsinlər. Qaynı Zərərçəkmiş şəxs7 da iş üçün verdiyi pul qayıtmamış və Zərərçəkmiş şəxs7 da işə düzəldən olmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid10 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 3-cü cildinin 165-167-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, X29 onun arvadıdır. 2017-ci ilin dekabr ayında arvadı Təqsirləndirilən şəxs ilə Yasamal rayonu 153 nömrəli tam orta məktəbdə oğlu Rəvanın yeni il şənliyində təsadüfən tanış olmuşdur. Tanışlıq zamanı X34 vətəndaşı olmasını, müvəqqəti olaraq istirahətə Azərbaycan Respublikası gəlməsini bildirmiş, telefon nömrələrini bir-birinə vermişlər. X65 ilə tez-tez “Whatsaapp”la yazışaraq danışmışdır. 2018-ci ilin mart ayının axırlarında arvadı ona tanışı Elnarənin onu Dövlət Neft şirkətində və ya Xarici İşlər Nazirliyinin müxtəlif səfirliklərinə sürücü kimi işə düzəldəcəyinə söz verdiyini bildirmişdir. Bunun üçün isə Elnarə 5000 (beş min ) manat pul və ona aid bəzi sənədlərin sürətini istəmişdir. 2018-ci ilin aprel ayının 04-də Dilşad “Kapital bank”ının Yasamal filialına müraciət edib günorta radələrində oradan 4300 manat pul götürmüş və həmin pulun üstünə 700 manat əlavə edib saat təxminən 16:00 radələrində Bakı şəhəri Yasamal rayonu metronun İnşaatçılar stansiyasının yaxınlığında onunla birlikdə Elnarə ilə görüşmüşdür. Həmin vaxt Elnarə rəfiqəsi Samirənin idarə etdiyi qırmızı rəngli avtomaşınla gəlmişdir. O və arvadı həmin maşina oturmuşlar və 5000 manat pulu, onun sürücülük vəsiqəsinin sürətini, yaşayış yerindən arayışı, sağlamlıq haqqında arayışı, əmək kitabçasının sürətini və anket və şəkilləri X65yə vermişdir. Elnarə həmin sənədləri və 5000 manat pulu sayıb qəbul etmişdir. Elnarə bildirmişdir ki, onu Dövlət Neft şirkətinə uzağı iki aya aylıq qazancı 1200 manat olan sürücü işinə qəbul edəcəkdir. 2018-ci may ayında Dilşad ona onun işi ilə bağlı Elnarə ilə görüşdüyünü və Elnarə onu işə düzəldəcəyindən başqa onlara Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat dövlət Agentliyinin inşa etdiyi sosial ev təşkil edə biləcəyini və bunun üçün 5000 manat pul verməli olduğumuzu demişdir. O, Dilşada bildirmçişdir ki, qoy Elnarə onu işə düzəltsin, sonra mənzil məsələsinə baxarıq. Amma Dilşad bildirmişdir ki, Elnarə yalan danışan insana oxşamır, fürsətdir, gəl sosial ev alaq. 2018-ci ilin may ayında Dilşad qardaşı Abbasdan 4000 manat və 1000 manat isə rəfiqəsi Sevdadan pul götürüb 5000 manat pul düzəltmiş və 2018-ci ilin may ayının axırlarında Dilşad Yasamal rayonu Elmlər metrosunun yaxınlığında Elnarə ilə görüşüb Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi 3 otaqlı sosial evlərdən mənzil təşkil etməsi üçün Elnarəyə vermişdir. Həmin vaxt Elnarə ora Kia markalı maşınını ilə gələrək pulu arvadı Dilşaddan almışdır. Həmin vaxtı Elnarənin yanında həmin Samirə adlı rəfiqəsi də olmuşdur. Pulu verən zaman Elnarə Dilşadın 2018-ci ilin sentyabr ayında sosal evlərin təhfil veriləcəyini, həmin vaxt onların ora köçəcələrini və həmin vaxtdan ayda 300 manat pul verəcəklərini demişdir. Bundan əlavə, 2018-ci ilin iyun ayının əvəllərində Elnarə arvadı Dilşaddan ona guya işə qəbul olunmağı ilə bağlı paltar pulu üçün əlavə olaraq 300 manat Elmlər metrostansiyasının yaxınlığında pul almışdır. Pulu həmin vaxtı Dilşad özü vermişdir. Bundan iki gün sonra Elnarə Dilşaddan yenə sosal evlərə görə sənədlərin düzəlməsi üçün dövlət rusumu üçün 500 manat pul almışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs arvadı Dilşadı aldadıb onlara qarşı dələduzluq edərək 10800 manat məbləğində pulu ələ keçirmişdir. Buna görə o, 2018-ci ilin avqust ayında Yasamal rayon Polis İdarəsinə şikayət ərizəsi vermişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid7 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 4-cü cildinin 226-228-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə şəxsi tanışlığı olmamışdır. Təxminən 2016-cı ilin sentyabr və ya oktyabr ayında özünə məxsus “Kia Cerato” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtopmobilimi icarəyə vermək üçün internetdə elan vermişdir. Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng edərək avtomobilini bir neçə gün müddətinə icarəyə götürmək istədiyini bildirmişdir. O, Elnarəni Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 11 a saylı ünvanın yaxınlığındakı “Lukoil” YDM-nin yanına dəvət edib avtomobilini göstərmişdir. Təqsirləndirilən şəxs avtomobilinə baxaraq bir günü üçün 30 manat pul müqabilində icarəyə verməyi razılaşmış və icarə müqaviləsi bağlayaraq yol vərəqəsi əsasında avtomobilini idarə etmək üçün Elnarəyə vermişdir. Təqsirləndirilən şəxs təxminən bir həftə avtomobilimi idarə etdikdən sonra pulunu ödəyib avtomobili bir neçə ay müddətinə icarəyə götürmüşdür. Təxminən 2017-ci ilin mart ayının son günlərinədək avtomobili Təqsirləndirilən şəxs olmuşdur. Elnarə sonuncu ayın pulunu ödəmədiyi üçün dəfələrlə istifadəsində olan telefona zəng edib avtomobilimi qaytarmasını tələb etməyinə baxmayaraq Elnarə hər dəfə müxtəlif bahanələr gətirərək vaxtı uzatmağa çalışmışdır. Belə olan halda o, avtomobilində quraşdırılmış “CPS” vasitəsi ilə avtomobilinin yerini müəyyənləşdirmiş və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Ankara şadlıq evinin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq avtomobilini Elnarədən geri almışdır. Avtomobilini geri alan zaman ön və arxa buferlərinə maddi ziyan yetirdiyindən, eyni zamanda bir neçə dəfə radara düşdüyündən və icarə haqqından qalmış borcu ilə birlikdə Təqsirləndirilən şəxs ona 800 manat pul verməli olmuşdur. Lakin həmin vaxt Elnarə pulu olmadığını, bir həftə ərzində borcunu ödəyəcəyini deyərək, vətəndaşlıq pasportunu ona verib getmişdir. Lakin həmin gündən sonra o, bir daha Elnarəni tapa bilməmişdir. Bundan sonra o, Elnarənin istifadəsində olan nömrələrə dəfələrlə zəng etsə də Elnarə hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt uzatmışdır. Son zamanlar isə Elnarə zənglərinə cavab verməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 4-ci cildinin 231-232-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2017-ci ilin yanvar ayının əvvəlində qardaşı Zərərçəkmiş şəxs12, Mətanət adlı bir xanımın vasitəsi ilə Elnarə adlı qadınla tanış olmuşdur. Elnarə, qardaşı Fikrəti Milli Məclisə hüquqşünas vəzifəsinə işə düzəldəcəyinə söz vermişdir. Bu məsələ ilə bağlı qardaşı Fikrət ondan borc pul istəmişdir. O da Fikrətin işə düzəlməsi üçün tanışlarından faizə pul götürüb Fikrətə vermişdir. Fikrətlə o, bir neçə dəfə Elnarə ilə görüşmüş və onun yanında qardaçşı Fikrət Elnarəyə pul vermişdir. Bir müddət sonra Fikrət ona Elnarə tərəfindən aldadıldığını bildirmişdir. O, Elnarə ilə əlaqə asaxlamış və nəyə görə Fikrəti aldatdığnı soruşdur. Elnarə isə narahat olmamağı deyərək, işin tez bir zamanda həll olunacağını bildirmişdir. Təxminən xx xxxxxx 2017-ci il tarixdə Gənclik metrostansiyasmın yaxınlığında yerləşən “Caspian Shopun” mağazasının qarşısında Fikrətlə o, Elnarə ilə görüşmüşlər. Həmin vaxt Fikrət Elnarəyə 6000 manat vermişdir. xx xxxxxx 2017-ci il tarixdə Gənclik metrostansiyasının qarşısında Elnarə ilə görüşmüşlər və həmin vaxt Fikrət Elnarəyə 4000 manat vermişdir. Sonuncu dəfə Fikrətlə o, xx xxxx 2017-ci il tarixdə Neftçilər xəstaxanasının qarşısında Elnarə ilə görüşmüşlər və həmin vaxt Fikrət Elnarəyə 1000 manat vermişdir. Lakin sonradan Elnarə telefon nömrəsini dəyişmiş və onlar Elnarə ilə əlaqə saxlaya bilməmişdlrə. Qardaşı Fikrət, Elnarə tərəfindən aldandığını biləndən sonra polis bölməsinə müraciət etmişdir. Qardaşının müraciətindən sonra Elnarənin anası Tuğra xanım qızının Fikrətə vurduğu 27000 manat ziyandan 15000 manatını hiss-hissə ödəmişdir. Qalan 12000 manatı isə idiyə qədər ödənməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 4-cü cildinin 229-230-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, hazırda fərdi əməklə məşğul olur, evlərdə su filtiri quraşdırmışdır. Təqsirləndirilən şəxs o, Elnarənin oğlunu Rüfətin vasitəsi ilə tanımışdır. O, evlərdə su təmizləyici aparatların quraşdırılması ilə məşğul olmuşdur. Həmin vaxt Rüfət adlı şəxslə aparat quraşdırdığı evlərin birində tanış olmuşdur. Rüfət həmin vaxt işlədiyi evə qonaq gəlmişdir. Söhbət zamanı Rüfət ona anası Elnarə üçün sürücü lazım olduğunu və bu barədə ona təklif etmişdir. O, maraqlananda Rüfət anası X57 Nazirliyində işlədiyini bildirmişdir. Sonradan o, Rüfətin vasitəsi ilə anası Elnarə ilə tanış oldur. Elnarə də ona XİN-də işlədiyini, Hollandiyada AR səfirliyinin xeyriyyə təşkilatının səfiri olduğunu və xaricə daimi çıxış-girişi olduğunu bildirmişdir. Həmçinin Elnarı yoldaşının MTN-də işlədiyini, hazırda təqaütdə olduğunu və müalicəsi ilə bağlı Almaniyada müalicə olunduğunu bildirmişdir. Razılaşmalarına əsasən o, Elnarənin özünün şəxsi avtomobili kimi təqdim etdiyi “KİA” markalı nömrəsini unutduğu avtomobillə Elnarənin sürücüsü kimi işə başlamışdır. Bu barədə o, ailə üzvülərinə də demişdir. X18 birlikdə onlara qonaq gələndən sonra Elnarəni onun ailə üzvüləri də tanımışdır. Elnarə özünü ona təqdim etdiyi kimi, ailə üzvülərinə də özünü təqdim etmişdir. Söhbət zamanı valideyinlərinə Elnarənin XİN-nə gedib-gəldiyini bildirmişdir. Bir neçə ay o, Elnarənin sürücüsü kimi işləmişdir. Həmin ərəfədə Elnarə onunla XİN-nə getmiş, oradan müxtəlif sənədlər götürüb, müxtəlif idarə və təşkilatlara açarıb vermişdir. Arada Elnarənin avtomobili təmir olunan da, o, Elnarəni işə ağ rəngli NİVA markalı, 99GF141 dövlət nömrə nişanlı avtomobilimizlə aparmışdır. xx xxxx 2017-ci ildə o, evdə istirahət edərkən, evə Nərimanov RPİ-nin əməkdaşları gəlib Elnarəni xəbər almışlar. Onlara Elnarəyə məxsus olan KİA markalı avtomobilin onların həyətdə olduğunu və burada olmasının səbəbini soruşmuşlar. Polis əməkdaşları ondan Elnarəni haradan tanıdığını və Elnarə ilə nə əlaqəsinin olduğunu soruşmuşlar. O da polis əməkdaşlarına olanları danışmışdır. O, Elnarənin hal-hazırda evlərində olduğunu bildirmiş və avtomobilini də özü idarə etdiyini, arada onlara qonaq gəldiyini və hətda onlarda bir neçə dəfə qaldığını demişdir. Bundan sonra polis əməkdaşları onlara Elnarənin dələduzluqla məşğul olduğunu bildirmişlər. Polis Əməkdaşları onunla birlikdə Elnarənin yaşadığı evlərə gətmişlər. Lakin Elnarəni tapa bilməmişlər. 7-ci MKR-da Binəqədi RPİ-nin yanında yeni tikili hündürmərtəbəli binanın kamendatı Elnarənin orada kirayədə yaşadığını və bir-neçə gündür oradan köçdüyünü bildirmişdir. Elə həmin vaxtdan sonra Elnarə ilə əlaqəsi kəsilmişdir. Onun yanında Elnarə kimlərdənsə pul almayıbdır. O, bunun şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxx 2017-ci il tarixli protokoldan görünür ki, Yasamal rayonu Polis İdarəsinin 29-cu Polis Bölməsinin Növbətçi Hissəsinə xx.xx.2017-ci il tarixdə DİN-in 102 xidmətindən Yasamal rayonu. Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, Akkordun binasının qarşısında dələduzluq faktı ilə əlaqədar məlumat daxil olmuşdur. Dərhal 2 nəfər hal şahidinin, əməliyyat qrupunun iştirakı ilə hadisə yerinə gedilmişdir. Hadisə qeyd olunan ünvanda yerləşən binanın qarşısında, avtomobildə baş vermişdir. Hadisə yerinin yaxınlığında “Etalon” market yerləşir. Binanın həyətinin orta hissəsində oturacaqlar və uşaqlar üçün sürüşkənlər var. Binanın altında C-1 Blokun qarşısında Gözəllik salonu, Dərzi, meyvə-tərəvəz mağazası fəaliyyət göstərir. Binanın həyətinin çıxış hissəsində avtodayanacaq var. Şlaqbaunun yanında taksilər dayanır, taksilərin önündə Zeytun aptek fəaliyyət göstərir. Fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur. (Cild İ, i.v.11) “Hadisə yerinə baxış keçirmək barədə” xx xxxx 2017-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edildi ki, hadisə yeri Yasamal rayonu, H.Cavid prospekti 39 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının qarşısındakı bağ ilə “H.Cavid” bağı arasındakı avtomobil yolunun kənarındakı səkidən təxminən yarım metr aralıdadır. X1 həmin yeri göstərərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs adlı qadın onun “Azərfon” şirkətində işə düzəltmək adı ilə ondan aldığı 2750 manat pulun son 250 manatını avtomobillə oraya gəlib, avtomobildən düşmədən orada ondan alaraq getmişdir. Hadisə yerinə baxış təbii işıqlanma şəraitində keçirilmiş və “Samsung Duos” markalı mobil telefonun foto kamerası ilə 02 ədəd fotoşəkillər çəkilmişdir. Protokol tərtib edilərkən heç bir irad və əlavə daxil olmamış, ona görə də protokolun düzgün tərtib edilməsi iştirakçıların imzaları ilə təsdiq edilmişdir. (Cild İ, i.v.66) Şahid7 tərəfindən Təqsirləndirilən şəxs verilmiş yol vərəqəsindən görünür ki, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2016-cı il tarixədək, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək,xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək etibarnamə əsasında idarə edilməsinə icazə verilmişdir. (Cild İ, i.v. 155) “Hadisə yerinə baxış keçirilməsi barədə” xx xxxxxxx 2017-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski keçəsi 81 ünvanıdır. Orada müxtəlif markalı maşınlar, ictimai iaşə obyektləri və “Kaspian” ticarət mərkəzi vardır. (Cild İİ i.v.66-68) “Hadisə yerinə baxış keçirilməsi barədə” xx xxxxxxx 2017-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski keçəsi 81 ünvanıdır. Orada müxtəlif markalı maşınlar, ictimai iaşə obyektləri və “Kaspian” ticarət mərkəzi vardır. (Cild İİ i.v.98-100) X23 tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs anası Tuğra Abdullayeva 2300 manat pulu Zərərçəkmiş şəxs9 təqdim etmişdir. (Cild İİ, i.v. 202) Zərərçəkmiş şəxs11 tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs anası Tuğra Abdullayeva 1700 manat pulu Zərərçəkmiş şəxs11 təqdim etmişdir. (Cild İİ, i.v. 203) X20 tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs anası Tuğra Abdullayeva 1200 manat pulu Z.Ə.Xalıqovaya təqdim etmişdir. (Cild İİ, i.v. 204) xx xxxxxx 2018-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 dəymiş 1200 (bir min iki yüz) manat həmin tarixdə ona ödənilmişdir. (Cild İİ i.v.232) xx xxxxx 2018-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 ona dəymiş maddi ziyandan 3000 (üç min) manatı həmin tarixdə təhvil almışdır. (Cild İİ i.v.244) xx xxxxx 2018-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs7 Mənsur oğluna dəymiş 1500 (bir min beş yüz) manat xx xxxxx 2018-ci il tarixdə ona ödənilmişdir. (Cild İİ i.v. 245) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 verdiyi ilkin ifadəsini hadisə yerində bir daha təsdiq etmişdir. (Cild İİİ, i.v. 1-2) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X28 verdiyi ilkin ifadəsini hadisə yerində bir daha təsdiq etmişdir. (Cild İİİ, i.v. 170-177) Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş qəbzdən görünür ki, ona dəymiş 4300 (dörd min üç yüz) manat maddi ziyandan 1300 (bir min üç yüz) manatı ona ödənilmişdir. (Cild İİİ, i.v. 10) “Pulları təqdim etmə barədə” xx xxx 2018-ci il tarixli protokoldan görünür ki, X17 tərəfindən təqdim edilmiş 8000 (səkkiz min) manat Zərərçəkmiş şəxs12 təhvil verilmişdir. (Cild İİİ i.v. 122) “Ziyanın ödənilməsi üçün təqdim olunan maddi vəsaitin götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə zərərçəkmiş X13 ödənilməsi üçün Təqsirləndirilən şəxs anası Tuğra Abdullayevanın təqdim etdiyi 2500 (iki min beş yüz) manat pul götürülmüşdür. (Cild İİİ i.v.168) xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, X28 ona dəymiş ziyandan 2500 (iki min beş üz) manat pulu həmin tarixdə qəbul etmişdir. (Cild İİİ, i.v.169) “Ziyanın ödənilməsi üçün təqdim olunan maddi vəsaitin götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokola əsasən Təqsirləndirilən şəxs tərəfindən təqdim olunan 500 (beş yüz) manat məbləgində pul Şahid10 tərəfindən götürülmüşdür. (Cild İİİ, i.v.201) xx xxxxxx 2019-cu il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs12 Firudun oğlu ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİİ, i.v. 219-220) xx xxxxxx 2019-cu il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, X28 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİİ, i.v. 221- 226) xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, X13 ödənilməsi üçün Tuğra Abdullayevanın təqdim etdiyi 1500 (bir min beş yüz) manat götürülmüşdür. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs D.Əmirovaya dəymiş ziyanla bağlı ödəmiş olduğu məbləğin cəmi 5000 manat təşkil etmişdir. (Cild İİİ, i.v.227) xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Şahid10 Ağamoğlan oğlu həmin tarixdə 1500 (bir min beş yüz) manat pulu qəbul etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş puldan qaytarılmış məbləğ 5000 (beş min) manat təşkil etmişdir. (Cild İİİ, i.v.228) xx xxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Şahid10 Ağamoğlan oğlu həmin tarixdə Təqsirləndirilən şəxs anası Tuğra Abdullayevadan 800 (səkkiz yüz) manat məbləğində pul qəbul etmişdir. Dəymiş ziyandan ödənilmiş məbləğ 5800 manat təşkil edir. (Cild İİİ, i.v.243) xx xxxx 2019-cu il tarixli qəbzədn görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ondan aldığı 4300 (dörd min üç yüz) manatdan 1000 (min) manat ödənilmişdir. (Cild İİİ, i.v.244) “Diskə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, diskdə whatsapp səs yazılarını özündə əks etdirən 83 ədəd fayl vardır. (Cild İV, i.v. 213-222) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs14 qızının təqdim etdiyi 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi, qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. (Cild V, i.v.1-71) Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs X7 cəmi 5500 manat aldığını, lakin ona verilmiş ittihamda göstərilən 5300 manatı isə almadığını, Zərərçəkmiş şəxs12 cəmi 13000 manat aldığını, ona 15000 manat qaytardığını, Zərərçəkmiş şəxs3 isə cəmi 14000 manat alaraq 5000 manat qaytardığını göstərsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmişlərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə saat 20:00-da tutulmuşdur.(Cild İİ, i.v.187) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Bakı şəhəri Nəsimi rayonu, 2-ci Məmmədyarov Bulvar küçəsi, ev 5, mənzil 22-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı yaşayış sahəsi, bağlar massivi 17 nömrəli bağ evində yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir. (Cild İİ i.v. 227-229) “Axtarışda olan şəxsin tutulmasına dair” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq Nərimanov RPİ-nə İŞ-nə gəlmişdir. (Cild İİİ, i.v.190) “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin öz qüvvəsində saxlanılması haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Bakı şəhəri Nəsimi rayonu, 2-ci Məmmədyarov Bulvar küçəsi, ev 5, mənzil 22-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı yaşayış sahəsi, bağlar massivi 17 nömrəli bağ evində yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri öz qüvvəsinda saxlanılmışdır. (Cild İİİ, i.v.217) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir. Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin məhkəməyə üvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsinin 1(004)-92/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə AR CM-nin 178.2.2 və 178.2.4 maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilməsi haqqında göndərdiyi qərara əsasən, xx.xx.1975-ci ildə anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı y/m ev 17-də qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəmə prosesi və istintaq zamanı ərizələrdən, notarial təsdiqli ərizələrdən, eləcə də məhkəməyə və istintaqa ünvanlanmış teleqramlardan görünür ki, X5, Zərərçəkmiş şəxs2, Xalıqova Zeybə Əflətdin qızı, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, X13 dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, ona qarşı iddia və tələblərinin olmamasını bildirmişlər. Məhkəmə, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxlər olan Zərərçəkmiş şəxs2, Xalıqova Zeybə Əflətdin qızı, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, X13 dəymiş ziyanı tam şəkildə ödəyərək onlarla barışmasını və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs6 dəymiş ziyanı qismən ödəməsini törətdiyi əməllərin bir qismini etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13, 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxsnun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan tutulduğu iki gün və xx.xx.2019-cu il tarixdə tutulduğu bir gün ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinə dəyişdirilməməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs16 tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün ona bu əməli törətməsi ilə əlaqədar mülki iddiaçı Zərərçəkmiş şəxs16 vurduğu ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Məhkəmə 12.000 (on iki min) manat maddi ziyandan təqsirləndirilən şəxs tərəfindən hər hansı məbləğin ödənilməməsini nəzərə alaraq hesab edir ki, mülki iddia tam təmin edilməli, cinayət nəticəsində vurulmuş 12.000 (on iki min) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs16 xeyrinə tutulmalıdır Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 90 saata görə 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan tutulduğu iki gün və xx xxxxxx 2019-cu il tarixdə tutulduğu bir gün ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia təmin edilsin. Cinayət əməli nəticəsində dəymiş 12.000 (on iki min) manat məbləğində maddi ziyan mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs16 xeyrinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 90 saata görə 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan X49 filialı, Bankın kodu 805142, VÖEN ********** AZ39İBAZ********************, SWİFT İBAZAZ2X M/h AZ03NABZ******************** (VÖEN **********) hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar