Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-10/2023 07.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru X2, Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid3 Rusiya Federasiyasında yaşayan qohumu Zərərçəkmiş şəxs Finlandiya vətəndaşı olan 2 nəfər dostunun Azərbaycan Respublikasına gəlməsinə köməklik göstərməsi barədə ona müraciət etdikdə, Şahid3 həmin Finlandiya vətəndaşı olan 2 nəfərin Azərbaycan Respublikasına gəlməsi üçün viza sənədlərinin hazırlanması, miqrasiya xidmətində qeydiyyata düşməsi, icarəyə ofis götürülməsi və sərmayə qoyacaqları sahələrlə əlaqədar digər məsələlərin həll edilməsinə köməklik edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib, inam və etibarını qazanaraq, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda, yalandan qeyd edilən xarici vətəndaşların Azərbaycan Respublikasına gəlməsi üçün miqrasiya və viza sənədlərini qaydaya salmaq imkanına malik olması görüntüsü yaratmaqla əslində həmin pulu ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs Şahid3 vasitəsi ilə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Şahid3 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs qohumu Şahid3 göndərdiyi 12.000 ABŞ dollar həmin dövrün məzənnəsi ilə 20.400 manat pulu xx.xx.2020ci il tarixdə ünvan 1 ünvanda alıb ələ keçirmiş, dələduzluq hərəkətlərinin davamı olaraq eyni məqsədlə 3000 ABŞ dollar həmin dövrün məzənnəsi ilə 5100 manat pulu xx.xx.2020ci il tarixdə yenidən ünvan 1 ünvanda alaraq, Zərərçəkmiş şəxs qohumu Şahid3 vasitəsilə göndərdiyi ümumilikdə 25.500 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs Xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayında tanışı Qurban adlı şəxsin atasının yas mərasimində Qurban və onun qonşusu Tahirlə söhbət edən zaman Tahir Rusiya Federasiyasında yaşayan qohumunun Finlandiya vətəndaşı olan 2 nəfər dostunun Azərbaycana gəlməsi üçün şərait yaradılmasına köməklik lazım olduğunu demiş, o isə buna cavab olaraq miqrasiya xidməti ilə maraqlanıb xəbər edəcəyini bildirmişdir. Bundan sonra Tahirə Finlandiya vətəndaşının Azərbaycan Respublikasına gəlməsi üçün viza sənədlərinin hazırlanması, Miqrasiya xidmətində qeydiyyata düşməsi, hansı məqsədlə gəlmələri, sərmayə qoyub-qoymayacaqları, ofis götürülməsi və digər məsələlərlə əlaqədar müəyyən xərclərin tələb olunduğunu demişdir. xx.xx.2020-ci il tarixdə Tahirlə birlikdə Finlandiya vətəndaşları ilə görüşmüşlər. Həmin vaxt Aleksey adlı şəxs sərxoş halda olduğundan bu haqda heç bir söhbətləri olmamışdır. Bundan sonra Aleksey Rusiya Federasiyasına qayıtmışdır. Bir müddət sonra Tahir zəng vurub, Nəzərin RF-dan pul göndərdiyini və həmin pulu ona vermək istədiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Tahir ona 12000 dollar, 2020-ci ilin mart ayının 4-də isə 3000 dollar pulu vermişdir. Həmin pullarla bağlı o Tahirlə kredit müqaviləsi bağlanmış və əlyazma yazıb sənədlərin qaydaya salınması üçün Tahirdən 2 ay müddətində 20000 manat və 5000 manat borc pul götürdüyü barədə yazmışdır. Bundan sonra o Tahirdən götürdüyü pullarla həmin xarici vətəndaşlara Azərbaycan Respublikasına gəlmələrinə kömək etmək istəmiş, lakin 2020-ci il mart ayında pandemiya səbəbindən xarici vətəndaşların gəlməsinə qadağa qoyulmuş və o, həmin pulu öz şəxsi məsrəflərinə xərcləmişdir. Bundan bir müddət sonra Tahir onun heç bir iş görmədiyini görüb ona verdiyi 25.500 manat pulu tələb etməyə başlamış, o da pulu xərclədiyi üçün tam qaytara bilməmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışmasını nəzərə alaraq məhkəmədən ona azadlıqda məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 122-123-cü vərəqlərində olan “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə istintaqa verdiyi ifadəsində göstərmişdir ki, tanışları olan Finlandiya vətəndaşları Mika və Osvalt adlı iş adamlarının Azərbaycan Respublikasına bizneslə məşğul olmaları üçün gəlmələri ilə əlaqədar miqrasiya, viza və digər sənədləşmə işlərinə və gələcəkdə diplomatik pasportun alınmasına köməklik edilməsi məqsədilə xalası oğlu Şahid3 ilə söhbət zamanı Şahid3 Təqsirləndirilən şəxs adlı şəxslə danışıb məlumat verəcəyini demiş, Tahirin deməsinə görə Tahir qonşusu Qurbanın vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. O özü Təqsirləndirilən şəxs görməmiş və danışmamışdır. Şahid3 Elçinlə danışdıqdan sonra həmin sənədləşmə işlərinə 200000 dollar pul lazım olduğunu və ilkin olaraq 10 faizini göndərmək lazım olduğunu ona demiş, xalası oğlu olduğundan Tahirə inanmış və Tahir necə deyibsə pulu da həmin formada göndərmişdir, belə ki, ilkin olaraq Tahirin yaxın adamı Rufullayev Nüsrətin adına təxminən xx.xx.2020-ci il tarixdə 900 dollar, Tahirin adına 600 dollar pul göndərmiş, bundan əvvəl təxminən xx.xx.2020-ci il tarixdə Tahirin mənə verdiyi dostu Qurban adlı şəxsin adına olan karta 100000 rubl, yəni 1500 dollar pul göndərmiş, xx.xx.2020-ci il tarixdə 12000 dollar və xx.xx.2020-ci il tarixdə 3000 dollar olmaqla cəmi 15000 dollar pulu Tahirə çatdırması üçün bacısı oğlu Elçinin adına göndərmiş, bacısı oğlu Elçin də həmin 15000 dollar pulu Tahirə vermiş, xx.xx.2020-ci il tarixdə də sonuncu dəfə 1500 dollar pulu Tahirə göndərmişdir. Ümumilikdə 19500 dollar pulu Tahirin dediyi kimi göndərmişdir ki, Tahir həmin xarici vətəndaşların Azərbaycan Respublikasına gəlməsi üçün lazımi sənədləşmə işlərini görməkdə köməklik etsin və gələcəkdə diplomatik pasportun alınması reallaşsın. İlkin olaraq Tahirin dediyi kimi 900 dollar pulu Nüsrətə göndərmişdir ki, həmin pulla Nüsrət Türkiyəyə getmiş və həmin Fin vətəndaşlarının Türkiyəyə gələ bilməsi üçün sənədləşmə işlərini görsün, çünki dediyinə görə Türkiyədə bu işlərin yerinə yetirilməsi daha asandır. O da razılıq vermişdir, çünki ya Türkiyə, ya Azərbaycan heç bir fərqi yox idi, təki həmin Fin vətəndaşlarının həmin ölkəyə gələ bilməsi üçün viza sənədləri qaydasına salınsın, onlar həmin ölkədə iqtisadi fəaliyyətinə başlasın və gələcəkdə diplomatik pasport məsələsinin həllinə başlasınlar. X6 pulunun qurtardığını dediyi üçün əlavə 600 dollar pulu Tahirə göndərmiş, lakin sonradan Türkiyədə həmin sənədləşmə işlərini həll edə bilmədiklərini deyib Azərbaycanda həll edəcəklərini bildirmiş, Tahir Təqsirləndirilən şəxsla bu məsələni davam etdirməyə başlamış, miqrasiya xidmətinə gedib həmin Fin vətəndaşlarının gəlməsi üçün danışacağını demişdir. X9 İşlər Nazirliyində danışdığını deyib Təqsirləndirilən şəxs Nazirin müavininin qəbulunda olduğunu, Nazir müavininin yaxın köməkçisi olmasını, MTNdə işləməsini və Elçinin bu sənədləşmə işlərini həll edəcəyini demişdir. X10 verdiyi Fin vətəndaşlarının adına olan guya XİN-dən verilmiş dəvət xarakterli ingilis dilində olan məktubları email vasitəsilə ona göndərmiş, həmin sənədləri tapıb göndərəcəkdir. Sonra Tahir pandemiya və müharibə başladığı üçün gəlmək məsələsinin mümkün olmadığını demiş, sonradan Elçinin dələduz olduğunu bilib pulun qaytarılmasını tələb etmişdir. Tahir də Elçinin pulu ələ keçirdiyini dediyi üçün pulu qaytarmamışdır. Tahirə verdiyi pullar onun özünə məxsusdur, Fin vətəndaşları işlər qaydasına düşdükdən sonra həmin pulu ona verəcəkmiş, lakin aldadıldığı üçün Fin vətəndaşları ona heç bir pul verməmiş, ona məxsus pul isə Təqsirləndirilən şəxs və xalası oğlu Tahir tərəfindən ələ keçirilmişdir. Sonradan Tahirin ona göstərdiyi notarial sənədlərə əsasən 15000 dollar pulun Tahir tərəfindən Təqsirləndirilən şəxs verilməsi məlum olmuşdur. Həmçinin XİN-dən maraqlandıqda məlum oldu ki, Tahir və Elçin adlı şəxslər ümumiyyətlə XİN-də qəbulda olmamışlar. Bütün bunlardan sonra Tahirə pulu verdiyi üçün Tahirdən pulunu tələb etməyə başlamış, Tahir pulu Elçinə verdiyini və ala bilmədiyini dediyi üçün şikayət etmək qərarına gəlib aldadılması barədə şikayət edərək təqsirləndirilən şəxslərin qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş, Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı, Şahid3 isə onun xalası oğludur. Qardaşı Nəzər hazırda Rusiya Federasiyası Sankt Peterburq şəhərində yaşayır. 2021-ci ilin yanvar ayında Salyan rayonu Aşağı Noxudlu kəndində yas mərasimində olarkən bacısı oğlu Şahid1 ilə söhbət zamanı bildirmişdir ki, qardaşı Nəzər Finlandiya vətəndaşı olan tanışları üçün diplomatik pasport düzəldilməsi məqsədi ilə qohumu Tahirə 2020-ci ilin fevral-mart ayında 18000 ABŞ dolları pul göndərmiş, lakin Tahir nə diplomatik pasport düzəltmiş, nə də ki pulu qaytarmamışdır. Bundan sonra Rusiya Federasiyası Sankt Peterburq şəhərində yaşayan qardaşı Nəzərə zəng edib Tahirə pul verməsinin səbəbini soruşmuşdur. Onun bu sualına cavab olaraq qardaşı Bakıya iş görmək üçün gəlmək istəyən 2 nəfər Finlandiyalı iş adamına diplomatik pasport düzəldilməsi üçün Tahirlə danışdığını, Tahirin pasport alınmasına 200000 ABŞ dolları müqabilində köməklik göstərəcəyini bildirməsini demiş, həmçinin Tahirin ilkin işə başlanılması üçün 18000 ABŞ dollar pulun Təqsirləndirilən şəxs adlı şəxsə verməsi üçün Tahirə göndərdiyini və halhazırda isə həmin şəxsi tapa bilmədiyini demişdir. Qardaşı Nəzər 2020-ci ilin fevral ayının 28-də bank vasitəsilə bacısı oğlu Şahid1 10000 dollar pul göndərmiş, Elçin də səhəri gün pulu Bakı şəhəri Yasamal rayonunda yaşayan xalası oğlu Tahirə vermişdir. Bundan 3 gün sonra yenidən Nəzər 6000 dollar pul göndərmiş və bacısı oğlu Elçin yenə həmin pulu Tahirə vermişdir. Sonradan Nəzər özü Tahirə 2000 dollar pul göndərmiş, Tahir də qardaşı Nəzərin Finlandiyalı tanışlarına diplomatik pasport düzəldəcəyi barədə yalan vəd verib ümumilikdə 18000 ABŞ dollar, manat məzənnəsi ilə 30600 manat pulu ələ keçirmişdir. O hesab edir ki, əgər Təqsirləndirilən şəxs pulu ələ keçirsəydi xalası oğlu Tahir bu müddət ərzində gəlib pulun ələ keçirilməsini deyərdi, çünki bu hadisəyə qədər münasibətləri həmişə yaxşı olub, əgər Tahir aldanmış olsaydı birgə şikayət etməyi təklif edərdi. Bu vaxta kimi Tahirin bu barədə heç bir addım atmaması Tahirin pulu ələ keçirməsindən xəbər verir. Həmçinin Tahir əgər düzgün adam olsaydı Təqsirləndirilən şəxs ona qaytardığı 2016 manat pulu da qaytarmalı idi, lakin aldığı heç bir pulu qaytarmamışdır. Bundan sonra o Xarici İşlər Nazirliyinə müraciət edib qəbula yazılmış, orada Tahir və Təqsirləndirilən şəxs nazirlikdə işləyib-işləməməsini maraqlanmış, nazirlikdən onların heç birinin Xarici İşlər Nazirliyinin əməkdaşı olmadığını bildirmişlər. 2021-ci ilin fevral ayında qardaşı Nəzərin pulunun qanunsuz ələ keçirilməsi ilə bağlı Şamaxı rayon prokurorluğuna müraciət etmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nəzər və Nümayəndə onun dayıları, Şahid3 isə onun anasının xalası oğludur. 2020-ci ilin fevral ayının 25-də Salyan rayonunda olarkən RF-də yaşayan dayısı Nəzər zəng edib 2 nəfər Finlandiya vətəndaşına pasport düzəltmək üçün qohumu Tahirə pul verməli olduğunu, bunun üçün onun adına bank vasitəsilə pul göndərəcəyini demişdir. xx.xx.2020ci il tarixdə dayısı Nəzər RF-də yaşayan dostu X1 vasitəsilə ümumilikdə 10000 dollar pul göndərdiyini demiş və o, “Access Bank”ın Salyan filialından 10000 dollar pulu çıxardıb, xx.xx.2020-ci il tarixdə Bakı şəhərinə gəlib Tahirə vermişdir. Təxminən 3 gün sonra dayısı Nəzər zəng edib onun və qardaşı Sahibin adına ümumilikdə 5000 dollar pul göndərdiyini demişdir. O həmin pulu “Kapital Bank”dan çıxartdıb Tahirə vermişdir. Bütün bunlardan sonra ona məlum olmuşdur ki, Şahid3 dayısı Nəzərə verdiyi sözə əməl etməmiş və 18000 dollar pulu ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nəzər və Nümayəndə onun dayıları, Şahid3 isə onun anasının xalası oğludur. O Qardaşı Elçindən eşitmişdir ki, 25 fevral 2020-ci il tarixdə RF-də yaşayan dayısı Nəzər qardaşı Elçinə zəng edib 2 nəfər Finlandiya vətəndaşına diplomatik pasport düzəltmək üçün qohumu Tahirə pul verməli olduğunu, bunun üçün bank vasitəsilə pul göndərəcəyini demişdir. xx.xx.2020-ci il tarixdə dayısı Nəzər RF-də yaşayan dostu X1 vasitəsilə ümumilikdə 10000 dollar pul göndərmişdir. Qardaşı Elçin həmin pulları çıxarıb ümumilikdə 10000 dollar pulla Salyandan Bakıya gəlib, xx.xx.2020-ci il tarixdə qardaşı ilə birlikdə Tahirə vermişdir. Təxminən 3 gün sonra dayısı Nəzər əlavə 5000 dollar pul göndərmiş, o pulu çıxarıb qardaşı Elçinə vermiş və Elçin Tahirin yaşadığı evə gedib pulu Tahirə vermişdir. Sonradan bildiyinə görə dayısı Nəzər özü də Tahirə 3000 dollar pul göndərmişdir. Bütün bunlardan sonra məlum olmuşdur ki, Şahid3 dayısı Nəzərə verdiyi sözə əməl etməmiş və 18000 dollar pulu ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası oğludur, hazırda RF-da yaşayır. 2020-ci ilin yanvar ayında Nəzər ona zəng edib Finlandiya vətəndaşı olan 2 nəfər dostunun Azərbaycanda sərmayə qoyub iş görmələri üçün şərait yaradılmasına köməklik lazım olduğunu demiş və o buna cavab olaraq Nəzərə maraqlanıb xəbər edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra qonşusu Qurbanın atasının yas mərasimində Qurban və onun tanışı Təqsirləndirilən şəxsla söhbət zamanı Nəzərin dediklərini danışmış, Elçin Miqrasiya xidməti ilə maraqlanıb xəbər deyəcəyini bildirmişdir. Təxminən 2 gün sonra Elçin Miqrasiya xidmətində olan tanışı ilə danışdığını və həmin xarici vətəndaşların Azərbaycana gələri üçün nümayəndələrinin Bakıya gəlməli olduğunu demişdir. Bir neçə gün sonra Nəzər zəng edib Finlandiya vətəndaşlarının nümayəndəsi kimi Aleksey adlı şəxsin Türkiyə Respublikasının İstambul şəhərinə gələcəyini demişdir. Bundan sonra uzun müddət tanıdığı Nüsrəti Nəzərin göndərdiyi 1500 dollar pulla Aleksey adlı şəxslə Türkiyə Respublikasının İstambul şəhərində görüşmüşdür. Bundan sonra Türkiyədə iş alınmadığı üçün Nəzər həmin Aleksey adlı şəxsi Bakıya göndərəcəyini demişdir. xx.xx.2020-ci il tarixdə o Baki şəhərində Alekseyi qarşılayıb yaşadığı evin yaxınlığındakı oteldə yerləşdirmişdir. Həmin gün o, Aleksey, Nüsrət, Qurban və Təqsirləndirilən şəxs çayxanada görüşmüşlər, Elçin Alekseyə izah etmişdirki, Miqrasiya xidmətindən həmin şəxslərə viza göndəriləcək və həmin şəxslər Azərbaycana dəvət olunacaq, ilkin olaraq onlara 3 aylıq müddətə oturum icazəsi veriləcək, sonradan isə onların Azərbaycanda qalma müddəti uzadılacaq, daha sonra isə Azərbaycanda iş görmələri üçün müəyyən şəxslərlə əlaqə qurulacaq. Elçin Alekseyə ilkin olaraq, yəni 2 nəfər Finlandiya vətəndaşının Azərbaycana gəlmələrinə şərait yaradılması, onların Miqrasiya xidmətində qeydiyyata düşməsi üçün 20000 dollar pul lazım olduğunu demiş, Aleksey Elçinlə razılaşmış və qayıdıb danışdıqdan sonra məlumat verəcəyini demişdir. Həmin gün Aleksey RF-yə qayıtmış, bir neçə gün sonra Nəzər zəng edib Təqsirləndirilən şəxs çatdırılması üçün pul göndərəcəyini demişdir. Alekseyin Bakıda qaldığı 2 gün ərzində onun bütün məsrəflərini-qalmağını, yemək-içməyinin pulunu, RF-yə yola salarkən aviabiletini hamısını Nəzərin göndərdiyi 1500 dollarla ödəmişdir. xx.xx.2020ci il tarixdə Nəzərin bacısı oğlu Elçin Nəzərin ona göndərdiyi 12000 dollar pul ona vermiş, 2020-ci ilin mart ayının 4-də isə Elçin Nəzərin göndərdiyi 3000 dollar pulu ona vermişdir. Həmin 15000 dollar pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs verdiyi pula dair əlində sübut olsun deyə Təqsirləndirilən şəxsla öz arasında xx.xx.2020-ci il tarixdə 23 saylı notariat kontorunda manat məzənnəsi ilə 20000 manata dair, xx.xx.2020-ci il tarixdə isə 5000 manat pula dair kredit müqaviləsi bağlanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs öz şəxsiyyət vəsiqəsinin surətinə sənədlərin qaydaya salınması üçün ondan 2 ay müddətində 20000 manat və 5000 manat borc pul götürməsi barədə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aldığı pulun qarşılığında heç bir iş görmədiyini görmüş və bu barədə soruşduqda Elçin pandemiya ilə əlaqədar işlərin yubandığı kimi bəhanələr demişdir. Sonradan Nəzər işin uzadılmasını görüb pullarını tələb etmiş, Təqsirləndirilən şəxs da bəhanələrlə pulu veməkdən imtina etmişdir. Beləliklə, Nəzər tərəfindən ilkin olaraq ona 900 dollar, Türkiyədə olarkən Nüsrətə 600 dollar, bundan sonra 1500 dollar pul göndərilmiş, həmin pullar Türkiyədə və Bakıda Nəzərin göndərdiyi Aleksey adlı şəxsin oteldə yerləşdirilməsi, qidalanması, yola salınması aviabileti, Nüsrətin Türkiyəyə getməsi, 1 həftə qalması, Alekseylə görüşməsi və bu kimi məsrəflərə xərclənmiş, sonradan Nəzərin konkret olaraq razılaşdırılmış işə görə göndərdiyi cəmi 15000 dollar pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Elçinin onları aldatdığını bilib pulun qaytarılmasını tələb etdikdə xx.xx.2021-ci il tarixdə Elçin cəmi 2000 manat pul qaytarmış, qalan pulu ələ keçirmişdir. Lakin xalası oğlu Nəzər və Əlidadaş bu işdə pullarının ələ keçirilməsində onu günahlandırdıqları üçün münasibətləri korlanmış, halbuki onlar xalası oğludur, onun Nəzərin pulunu ələ keçirmək fikri və niyyəti olmamışdır. Sadəcə olaraq Elçinin DTX əməkdaşına olmasına və onu heç bir vaxt aldatmayacağına, Nəzərin işlərində köməklik etmək imkanına malik olmasına inanıb Elçinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Şahid3 uzun müddətdir ki, tanıyır. 2019-cu ilin dekabr ayında Tahir ona demişdir ki, RF-də yaşayan qohumu Nəzərin tanışları Türkiyədə iş görmək istəyirlər, bu səbəbdən Türkiyə Respublikasına gedib həmin adama kömək etmək lazımdır. Bu məqsədlə Tahir ona Nəzərin göndərdiyi 900 dollar pulu vermiş, o isə həmin pulla aviabilet alıb İstanbula getmiş və orada 1 həftə qalandan sonra Tahirə zəng vurub Nəzərin adamının gəlmədiyini və ona verilən pulun bittiyini demişdir. Bundan sonra Aleksey adlı şəxs Türkiyənin İstanbul şəhərinə gəlmiş və onunla orada görüşmüşdür. O Türkiyədə Nəzərin işləri ilə əlaqədar qaldığı təxminən 2 həftə müddətdə 900 dollar pul quratrdığı üçün Tahirə demiş və Nəzər onun adına əlavə 600 dollar pul göndərmişdir. Alekseyin Türkiyədə görmək istədiyi işlərin ona heç bir aidiyyəti olmadığından heç kəslə danışıq apara bilməyəcəyini bilib oradan Bakıya qayıtmış və olanları Tahirə danışmışdır. Sonra Tahir keçmiş DTX işçisi olan Təqsirləndirilən şəxslə söhbət etdiyini və Elçinin Nəzərin adamlarının işlərini Azərbaycanda həll edəcəyini, yəni Bakıda bizneslə məşğul olmaları üçün lazımi köməklik edəcəyini demişdir. xx.xx.2020-ci il tarixdə Tahirlə birgə Alekseyi qarşılayıb oteldə yerləşdirmiş, həmin gün Tahir, Aleksey, Qurban və Təqsirləndirilən şəxs ilə birgə Tahirin yaşadığı evin yaxınlığındakı çayxanada görüşmüşlər. X7 bir az aralıda oturub söhbət etməyə başlamış, onların nə danışdıqlarını eşitməmiş, sadəcə olaraq Tahirin xahişi ilə bir yoldaş kimi Alekseyi qarşılamış və Tahirin yanında olmuşdur. Bundan 2 gün sonra Alekseyi RF-yə birgə yola salmış, bu işlərdə heç bir maddi marağı olmamış, sadəcə Tahirin xahişi ilə bir yoldaş kimi bu işlərdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 1997-ci ildən Şahid3 onun qonşusudur. Tahirin vasitəsi ilə 2-3 il olar ki, Şahid4 tanımışdır. Təqsirləndirilən şəxs tanışı Abilin vasitəsi ilə qiyabi olaraq 2-3 il olar ki, tanımış, 1 dəfə atası rəhmətə gedəndə Elçin Abillə birlikdə atasının yas mərasimində iştirak etmişdir. 2020-ci ilin fevral ayında Tahir ona demişdir ki, RF-də yaşayan qohumu Nəzərin tanışları Azərbaycan Respublikasında iş görmək istəyir və bu məqsədlə Aleksey adlı şəxs Bakıya gəlir, Bakıda Təqsirləndirilən şəxs adlı şəxslə görüşəcəklər və Elçin onların Bakıda bizneslə məşğul olmaları üçün lazımi köməklik edəcəkdir. Belə başa düşmüşdür ki, Tahir atasının yas mərasimində iştirak edən zaman Elçinlə tanış olmuş, Elçinin keçmiş DTX əməkdaşı olması, yüksək vəzifəli şəxslərlə əlaqəsinin olmasını bildiyindən Elçinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə o, Tahirlə birgə Alekseyi qarşılayıb evin yanında yerləşən oteldə yerləşdirmişlər. Həmin gün Tahir, Aleksey, Nüsrət və Təqsirləndirilən şəxs ilə birgə evin yaxınlığındakı çayxanada görüşmüşlər. Elçin Alekseylə bir az aralıda oturub söhbət etməyə başlamış, onların nə danışdıqlarını eşitməmiş, sadəcə olaraq Tahirin xahişi ilə bir yoldaş kimi Alekseyi qarşılamış və bir yoldaş kimi Tahirin yanında olmuşdur. Bundan 2 gün sonra Alekseyi RF-yə birgə yola salmışlar, bu işlərdə heç bir maddi marağı olmamış, sadəcə Tahirin xahişi ilə bir yoldaş kimi bu işlərdə iştirak etmişdir. Sonradan eşitmişdir ki, Nəzər RF-dən Tahirə 15.000 ABŞ dollar pul göndərib, Tahir də həmin pulu Elçin Müsrsəlova notarial qaydada vermişdir. Bundan sonra xəbər tutmuşdur ki, Elçin aldığı pulun müqabilində heç bir iş görməmiş, bu səbəbdən də Tahirin qohumu Nəzər pulunu tələb etmişdir. Tahir bu barədə dedikdə özü də Elçinə zəng vurub ondan tezliklə Tahirdən aldığı pulu qaytarmasını tələb etmiş, sonralar isə Elçin mobil telefonunu söndürmüş və Tahirdən qaçıb gizlənməyə başlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 23 saylı notariat ofisinin 04 mart 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Şahid3 Təqsirləndirilən şəxs 5000 manat borc vermişdir. (i.v. 72) Bakı şəhəri 23 saylı notariat ofisinin 29 fevral 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Şahid3 Təqsirləndirilən şəxs 20000 manat borc vermişdir. (i.v. 73) Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Şahid3 02 ay müddətinə sənədləri qaydaya salınması üçün 5000 (beş min) manat borc pul almışdır. (i.v. 74) Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Şahid3 02 ay müddətinə sənədləri qaydaya salınması üçün 20000 (iyirmi min) manat borc pul almışdır. (i.v. 75) xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahid3 göstərdikləri ilə qismən razı olduğunu bildirməsinə baxmayaraq, Şahid3 üzləşdirmə zamanı ifadəsində göstərdiklərini bir daha təsdiq edib bildirmişdir ki, Təqsirləndirilən şəxs Miqrasiya xidmətində işləyən tanışlarının vasitəsilə həmin işi həll edəcəyini demişdir, həm də Elçin əvvəllər DTX-də Təqsirləndirilən şəxs dedikləri hamısı yalan imiş, bütün məqsədi pulu dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs tikinti işi əlaqədar borc barədə göstərdikləri yalandır, Nəzərin göndərdiyi 15000 dollar pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxsla onun arasında kredit müqaviləsi olsa da, əsl həqiqətdə pulu Elçinə borc verməmiş, pul ona məxsus deyil, pulu 2 nəfər xarici vətəndaşın Azərbaycana gəlməsi üçün viza sənədlərinin düzəldilməsi məqsədilə Təqsirləndirilən şəxs vermiş, sadəcə olaraq gələcəkdə Elçinin pul almasını sübut edə biləcək sənəd olsun deyə notarial qaydada müqavilə bağlamışdır. (i.v. 119-121) “Flashcard – elektron daşıyıcıya baxış keçirilməsi barədə” 09 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.1969-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş (2014-cü il tarixdə RF CM-nin 158-ci maddəsi), RF-də yaşayan RF vətəndaşı Zərərçəkmiş şəxs müstəntiq tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra 38 dəqiqə 21 saniyə müddətdə sərbəst ifadə verib bildirmişdir ki, tanışları olan Finlandiya vətəndaşları Mika və Osvalt adlı iş adamlarının Azərbaycan Respublikasına bizneslə məşğul olmaları üçün gəlmələri ilə əlaqədar miqrasiya, viza və digər sənədləşmə işlərinə və gələcəkdə diplomatik pasportun alınmasına köməklik edilməsi məqsədilə xalası oğlu Şahid3 Zahir oğlu ilə söhbət zamanı Şahid3 Təqsirləndirilən şəxs adlı şəxslə danışıb məlumat verəcəyini demiş, Tahirin deməsinə görə Tahir qonşusu Qurbanın vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. O özü Təqsirləndirilən şəxs görməmiş və danışmamışdır. Şahid3 Elçinlə danışdıqdan sonra həmin sənədləşmə işlərinə 200000 dollar pul lazım olduğunu və ilkin olaraq 10 faizini göndərmək lazım olduğunu ona demiş, xalası oğlu olduğundan Tahirə inanmış və Tahir necə deyibsə pulu da həmin formada göndərmişdir, belə ki, ilkin olaraq Tahirin yaxın adamı Rufullayev Nüsrətin adına təxminən xx.xx.2020-ci il tarixdə 900 dollar, Tahirin adına 600 dollar pul göndərmiş, bundan əvvəl təxminən xx.xx.2020-ci il tarixdə Tahirin mənə verdiyi dostu Qurban adlı şəxsin adına olan karta 100000 rubl, yəni 1500 dollar pul göndərmiş, xx.xx.2020-ci il tarixdə 12000 dollar və xx.xx.2020-ci il tarixdə 3000 dollar olmaqla cəmi 15000 dollar pulu Tahirə çatdırması üçün bacısı oğlu Elçinin adına göndərmiş, bacısı oğlu Elçin də həmin 15000 dollar pulu Tahirə vermiş, xx.xx.2020-ci il tarixdə də sonuncu dəfə 1500 dollar pulu Tahirə göndərmişdir. Ümumilikdə 19500 dollar pulu Tahirin dediyi kimi göndərmişdir ki, Tahir həmin xarici vətəndaşların Azərbaycan Respublikasına gəlməsi üçün lazımi sənədləşmə işlərini görməkdə köməklik etsin və gələcəkdə diplomatik pasportun alınması reallaşsın. İlkin olaraq Tahirin dediyi kimi 900 dollar pulu Nüsrətə göndərmişdir ki, həmin pulla Nüsrət Türkiyəyə getmiş və həmin Fin vətəndaşlarının Türkiyəyə gələ bilməsi üçün sənədləşmə işlərini görsün, çünki dediyinə görə Türkiyədə bu işlərin yerinə yetirilməsi daha asandır. O da razılıq vermişdir, çünki ya Türkiyə, ya Azərbaycan heç bir fərqi yox idi, təki həmin Fin vətəndaşlarının həmin ölkəyə gələ bilməsi üçün viza sənədləri qaydasına salınsın, onlar həmin ölkədə iqtisadi fəaliyyətinə başlasın və gələcəkdə diplomatik pasport məsələsinin həllinə başlasınlar. X6 pulunun qurtardığını dediyi üçün əlavə 600 dollar pulu Tahirə göndərmiş, lakin sonradan Türkiyədə həmin sənədləşmə işlərini həll edə bilmədiklərini deyib Azərbaycanda həll edəcəklərini bildirmiş, Tahir Təqsirləndirilən şəxsla bu məsələni davam etdirməyə başlamış, miqrasiya xidmətinə gedib həmin Fin vətəndaşlarının gəlməsi üçün danışacağını demişdir. X9 İşlər Nazirliyində danışdığını deyib Təqsirləndirilən şəxs Nazirin müavininin qəbulunda olduğunu, Nazir müavininin yaxın köməkçisi olmasını, MTN-də işləməsini və Elçinin bu sənədləşmə işlərini həll edəcəyini demişdir. X10 verdiyi Fin vətəndaşlarının adına olan guya XİN-dən verilmiş dəvət xarakterli ingilis dilində olan məktubları email vasitəsilə ona göndərmiş, həmin sənədləri tapıb göndərəcəkdir. Sonra Tahir pandemiya və müharibə başladığı üçün gəlmək məsələsinin mümkün olmadığını demiş, sonradan Elçinin dələduz olduğunu bilib pulun qaytarılmasını tələb etmişdir. Tahir də Elçinin pulu ələ keçirdiyini dediyi üçün pulu qaytarmamışdır. Tahirə verdiyi pullar onun özünə məxsusdur, Fin vətəndaşları işlər qaydasına düşdükdən sonra həmin pulu ona verəcəkmiş, lakin aldadıldığı üçün Fin vətəndaşları ona heç bir pul verməmiş, ona məxsus pul isə Təqsirləndirilən şəxs və xalası oğlu Tahir tərəfindən ələ keçirilmişdir. Sonradan Tahirin ona göstərdiyi notarial sənədlərə əsasən 15000 dollar pulun Tahir tərəfindən Təqsirləndirilən şəxs verilməsi məlum olmuşdur. Həmçinin XİN-dən maraqlandıqda məlum oldu ki, Tahir və Elçin adlı şəxslər ümumiyyətlə XİN-də qəbulda olmamışlar. Bütün bunlardan sonra Tahirə pulu verdiyi üçün Tahirdən pulunu tələb etməyə başlamış, Tahir pulu Elçinə verdiyini və ala bilmədiyini dediyi üçün şikayət etmək qərarına gəlib aldadılması barədə şikayət edərək təqsirləndirilən şəxslərin qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. (i.v. 150-151) “Maddi sübut kimi tanınma haqqında” 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən öz şəxsiyyət vəsiqəsinin surətinə yazılmış və imzalanmış 02 ədəd əlyazma öz xüsusiyyətlərinə və əlamətlərinə görə cinayət təqibi üzrə sübutedici əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən bir əşya kimi maddi sübut hesab edilmiş və cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmişdir. (i.v. 165) “Pul vəsaitinin təqdim edilməsi və götürülməsi barədə” 09 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, İstintaq zamanı Şahid3 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş 25.000 manat ziyan puldan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qaytarılması üçün ona göndərdiyi 2000 manatı istintaq orqanına təqdim etmək istədiyini bildirmiş, belə ki, Təqsirləndirilən şəxs onları aldatdığını bilib pulun qaytarılmasını təkidlə Təqsirləndirilən şəxs tələb etdikdə xx.xx.2021-ci il tarixdə Elçin cəmi 2000 manat pul qaytarmış, qalan pulu ələ keçirmişdir. Lakin xalası oğlanları Nəzər və Əlidadaş bu işdə pullarının ələ keçirilməsində onu günahlandırdıqları üçün münasibətləri korlanmış, halbuki onlar xalası oğludur, onun Nəzərin pulunu ələ keçirmək fikri və niyyəti olmamışdır. Elçinin qaytardığı 2000 manat pulu münasibəti korlandığı üçün, onu özlərinə düşmən bildikləri üçün, ailə daxili qohumluq münasibətləri də pozulduğuna görə onlarla görüşməmiş, bu səbəbdən həmin pulu Zərərçəkmiş şəxs qaytarmaq imkanı olmamış, özündə saxlamışdır. Hazırda həmin 2000 manat pulu istintaq orqanı vasitəsilə qaytarmaq istəmişdir. İstintaq orqanı tərəfindən Şahid3 tədqim etdiyi 2000 manat pul götürülərək cinayət işinin materiallarına əlavə edildi. (i.v. 168) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şahid3 verdiyi və Şahid3 da istintaq orqanına tədqim etdiyi 2000 manat pul Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs dələduzluq yolu ilə vurulmuş maddi ziyanın qismən ödənilməsi kimi qəbul edilmiş və qeyd olunan məbləğ saxlanılması üçün Bakı şəhər BPİ-nin MPİ-nə təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs ifadəsi işin digər halları ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, şahidlər Nümayəndə, Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 ifadələri, üzləşdirmə protokolu, kredit müqavilələri, iş üzrə sübutedici əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış əlyazmalar sübut növü kimi qiymətləndirilmişdir. İstintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə videogörüntü ilə alınmış və flashcard - elektron daşıyıcıya köçürülmüş ifadəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən elektron daşıyıcı maddi sübut kimi tanınsın və cinayət işinə əlavə edilmişdir. (i.v. 169-185) “Dəymiş ziyanın ödənilməsi və depozitə yerləşdirilməsi barədə” 16 dekabr 2021-ci il tarixli qərardan görünür ki, istintaq orqanı tərəfindən götürülmüş Şahid3 təqdim etdiyi 2000 manat pul Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın qismən ödənilməsi kimi qəbul edilmiş və qeyd olunan məbləğ saxlanılması üçün Bakı şəhər BPİ-nin MPİ-nə təhvil verilmişdir. (i.v. 213-214) Nümayəndə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ********** saylı cinayət işi üzrə istintaq orqanı tərəfindən depozitə qoyulmuş 2000 manat pulu təhvil almışdır. Bakı Şəhəri 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli notarial ərizəyə əsasən Nümayəndə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə proseslərinin onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən və hökmlərdən görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 06 il 10 ay 9 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 02 il şərti sınaq müddəti təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə şöbənin qeydiyyatından çıxarılıb. Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat məvləğində cərimə cəzsına məhkum edilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək 3400 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 32.4, 312.1-ci maddələri təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2021ci il tarixdə cəriməni tam şəkildə ödəmişdir. (i.v. 84-86) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 13 dekabr 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 211-212) Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi Qəsəbə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 3-cü mədən korpus 125-də qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunmur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd flashcard elektron məlumat daşıyıcısı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən verilmiş əlyazmalar və 01 ədəd flashcard elektron məlumat daşıyıcısı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-10/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-10/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver