Məhkəmə qərarları › İş №1(004)-100/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-100/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-100/2020 28.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: x5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsininprokuroru x3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1980-cı ildə Ermənistan Respublikası Amasiya rayonu, Çaybasar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işsiz, ünvan 1 məhəllə 6 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, V.Qanbayov küçəsində yerləşən fərdi evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, “lnşaatçılar” metrostansiyası qarşısından 77 saylı marşrut xətti üzrə “20 yanvar” dairəsi istiqamətinə hərəkət edən **-OH-*** dövlət qeydiyyat nişanlı “DAEWO” markalı sərnişin avtobusuna minərək Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 4C saylı binanın qarşısında avtomobil yolunun kənarında yerləşən dayanacaqda sərnişinlərin avtobusdan enməsi zamanı yaranmış sıxlıqdan istifadə edərək avtobusun orta qapı çıxışı hissəsində dayanmış sərnişin Zərərçəkmiş şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən, üzərində “Bakcell” mobil operatoruna aid 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrəsi olan 1 ədəd 120 manat dəyərində “Samsunq” markalı “SM-J320F/DS” modelli, **********92589, **********92586 İMEİ kodlu mobil telefonunu gizli çıxarıb talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 125 (yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxsona qarşı elan edilmiş ittihamüzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2020-ci ilin yanvar ayının 4-də İnşaatçılar metrosunun yanından avtobusa minib. x9 istiqamətində gedib. Avtobusda olarkən, avtobusun içərisində yerdə telefon görmüş və həmin telefonu götürüb cibinə qoymuş, sonra avtobusdan düşmüşdür. Sora telefonu cibindən çıxarıb baxmışdır ki, Samsung-Qalaksi J3 modelli telefondur. Telefon parolda olmuşdur. Telefonu söndürüb cibinə qoymuşdur. İşdən çıxıb evə getmək üçün Elmlər Akademiyası metro stansiyasına gəlmişdir. Metronun çölündə polis əməkdaşı ona yaxınlaşmış, sənədlərini soruşmuş, sorğu sual etmişlər. Üzərində olan sənədləri və telefonu polislərə göstərmiş. Polislərə bildirmişdir ki Samsunq markalı telefon özününküdür. Polislər telefonu açmağı ondan tələb etmişlər, o isə telefon parolda olduğu üçün telefonu aça bilməmişdir. Sonra polis əməkdaşları onu 29-cu polis bölməsinə aparmışlar. Bölmədən onun narkotik istifadə edib-etməməsini yoxlamaq üçün həkim müayinəsinə aparmışlar, sidiyində narkotik çıxdığı üçün, barəsində inzibati protokol tərtib edib, məhkəməyə gətirmişlər, məhkəmə qərarı ilə 30 gün həbs verilmişdir. Həbsdən çıxdıqdan sonra barəsində telefon oğurluğu ilə bağlı cinayət işi açıb həbs edilmişdir. İstintaq dövründə də bildirmişdir ki, telefonu oğurlamamış, avtobusda yerdən tapmışdır, lakin bunu nəzərə almamışlar. Telefonun şüşəsi sınıq olmuş, içərisində nömrə olmamışdır. Telefonu götürməkdə məqsədi onun yiyəsini tapıb təhfil vermək olmuşdur. Ona görə də bəraət verilməsini məhkəmədən xahiş etdi. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində,ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdirki,əvvəllər Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə.saxlamaya görə) 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azadlıqda olduğu müddətdə özünə faydalı iş tapıb işləyə, maddi təminatını ödəyə bilmədiyindən oğurluq etmək məcburiyyətində qalmışdır. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə axşam saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Bakı Metropoliteninin “İnşaatçılar” metrostansiyasının qarşısındakı dayanacaqda dayanıb gəlib gedən sərnişin avtobuslarına nəzər yetirib salonunda oğurluq elmək üçün sərnişin sıxlığı və ya bunun üçün şəraitin yarana bilməsi mümkün olan avtobus seçməli olmuşdur. Həmin anda 77 nömrəli xətt üzrə hərəkət edən qeydiyyat nömrə nişanını xatırlamadığı, “DAEWO” markalı sərnişin avtobusu dayanacağa yaxınlaşmış və digər sərnişinlərlə birlikdə həmin avtobusa minmişdir. Sərnişinlər minəndən sonra avtobus “20 Yanvar” dairəsinə doğru hərəkət etməyə başlamış və bir neçə dəqiqədən sonra Əsəd Əhmədov küçəsinə dönərək Yeni Yasamal 2 ünvanına doğru istiqamətlənmişdir. Əsəd Əhmədov küçəsinə dönən kimi ilk qarşıya çıxan dayanacaqda saxlayacağını və dayanacaqda düşməyə hazırlaşan sərnişinlərin qapılara doğru yaxınlaşmalarından salonda sıxlıq yarandığını görüb hərəkətə keçmiş və bu məqsədlə avtobusun orta qapısınadək gizlicə sərnişinlərin üzərinə diqqət yetirərək irəliləmişdir. Orada tutacağa söykənib ayaqüstə dayanmış yaşı təxminən 20-23 olan, istintaq zamanı adı ona məlum olan Zərərçəkmiş şəxs adlı oğlanın əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində telefon olduğunu görüb onu oğurlamaq qərarına gəlmişdir. Əynində qara şalvar, qara yarı palto kimi gödəkçəsi olan Zərərçəkmiş şəxs yaxınlaşmış və bir əli ilə tutacaqdan tutub guya növbəti dayanacaqda düşəcəyini görüntü edərək oğurluq uçün şəraitin yaranma anını gözləmiş və düşməyə hazırlaşan sərnişinlərin qapı qarşısında sıxlıq yaratmalarından istifadə edib oğlanın cibindən mobil telefonunu sol əlinin barmaq ucları ilə özü, eləcədə ətrafdakı sərnişinlər hiss etmədən və görmədən ani bir vəziyyətdə oğurlayıb götürmüşdür. Həmin anda avtobus dayanacaqda dayanaraq qapıları açılmiş və o, avtobusdan düşən sərnişinlərə qarışaraq dayanacaqda düşüb yolun əks tərəfinə keçmişdir. Yolu keçən kimi dərhal telefonu söndürüb 7B xətti üzrə hərəkət edən avtobusa minib Sabunçu qəsəbəsinə getmiş, avtobusdan düşəndən sonra oğurladığı telefona diqqətlə baxdıqda onun “Samsunq-Qalaxy J3” Praym markalı qara korpuslu mobil telefon olduğunu görmüşdür. Telefonun arxasını açaraq üstündəki “Bakcell” mobil operatoruna aid 1 ədəd mobil nömrəni çıxarıb sındırmaqla atmışdır. Növbəti gün Sabunçu əşya bazarı deyilən bazarına oğurladığı telefonu satmaq üçün getsədə həmin telefonu tanımadığı şəxslər çox ucuz qiymətə almaq istədiklərindən satmaqdan imtina etmiş və şəhərin “20 Yanvar” və “Elmlər Akademiyası” metrostansiyalarının çıxış hissələrindəki mağazalardan birində nisbətən baha satacağına qərar vermişdir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında metronun “Elmlər Akademiyası” stansiyasından çıxarkən polis əməkdaşları onun hərəkətlərindən şübhə edib saxlamış və o, üzərindəki iki gün əvvəl Yasamal rayon ərazisində avtobusda sərnişinin cibindən oğurladığı telefonu çıxarıb təqdim etməklə oğurladığını etiraf etmiş və polis əməkdaşları Yasamal RPİ-nin 29-cu PŞ-nə məlumat verdikdən sonra həmin şöbəyə aparılmışdır. Orada polis əməkdaşları həmin mobil telefonu işlək vəziyyətdə ondan götürdükdən sonra o, telefonu oğurladığını etiraf etməsinə dair izahat vermişdir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməklə bağlı verdiyi ifadəsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs bildirsə də ki, telefonun üzərində nömrə olmamışdır, lakin Bakcell MMC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli Müştəri Zənglərinin detallaşması sənədindən görünür ki, ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixdə, o cümlədən xx.xx.2020-ci il tarixdə bir neçə dəfə, sonuncu dəfələr isə həmin gün saat 14:33:05 saatda, 09:00:05 saatda, 19:35:57 saatda zənglər edilmiş, nömrədən istifadə edilmişdir. Təqsirləndirilən şəxs bildirsə də ki, telefonun şüşəsi sınıq olub, lakin iş materiallarındakı fotoşəkildən görünür ki, telefonun şüşəsində sınıq yoxdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına bildirsə də ki, telefon onun özünündür, lakin telefonun ona məxsus olmadığı müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi qeyrisəmimidir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə verilmiş məlumatı o, vermiş və Yasamal RPİ-nin 29-cu PŞ-nə adından daxil olmuş ərizəni özü yazmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 20:15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən“ASAN-3” inzibati binasının yaxınlığından 77 nömrəli xətt üzrə hərəkət edən “DAEWO” markalı sərnişin avtobusuna minərək Yeni Yasamal 2, Əsəd Əhmədov küçəsində yerləşən “Bazar Store” marketin qarşısında onu gözləyən Əli adlı dostu və tələbə yoldaşı ilə görüşmək üçün yollanmışdır. Avtobusa minərkən sərnişinlər az olsada sonradan, yəni “İnşaatçılar” metrostansiyası yaxınlığındakı dayanacaqdan həmin avtobusa əlavə sərnişinlər minməsi səbəbindən sərnişinlərin sayı çoxalmaqla sıxlığı yaranmışdır. Buna baxmayaraq o, avtobusun orta qapısı tərəfində salonda ayaq üstə dayanmış və təxminən 15 dəqiqə ərzində Yasamal rayonu Osəd Əhmədov küçəsində yerləşən “Bazar Store” marketinin yanındakı dayanacağa çatmışdır. Avtobusdan düşən kimi onu gözləyən dostu Əliyə zəng etmək üçün əlini əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində olan “Samsunq-Qalaxy J3” Praym markalı qara korpuslu mobil telefonu götürüb zəng etməkistədikdə mobil telefonun cibindən oğurlandığını aşkar etmişdir. Dərhal həmin avtobus uzaqlaşmamış onun **-OH-*** qeydiyyat nömrə nişanını götürmüş və taksi ilə avtobusun ardınca gedərək növbəti dayanacaqda avtobusa daxil olub salona baxmış, sürücüyə hadisə barədə məlumat vermiş və telefonunun oğurlandığına əmin olduqdan sonra geri qayıdaraq onu gözləyən dostu Əliyə məxsus ***-***-**-** mobil nömrəsi ilə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Az sonra həmin nömrəyə Yasamal RPİ-nin 29-cu PŞ-dən zəng daxil olmuş və o, PŞ-nə dəvət olunaraq hadisə barədə ərizə yazmalı olmuşdur.Elcan Tagıyev həmçinin bildirmişdir ki, mobil telefonu “Samsunq-Qalaxy J3” Praym markalı,qara korpuslu işlənmiş telefondan ibarət olmuş, həmin telefonu 4 ay əvvəl az işlənmiş vəziyyətdə almış və aldığı vaxtdan üzərində əmisi oğlunun adına olan 05 manat dəyərində ***-***- **-** “Bakcell” mobil operatoruna aid nömrəni işlətmişdir.Telefonunun avtobusun salonunda sıxlıq yarandığı zaman oğurlandığını etimal etsədə oğurlayan şəxsin kim olduğunu bilməmiş, həmin anda kimsəni görməmiş və cibindən telefonun çıxarıldığını hiss etməmişdir. Bir neçə gün sonra Yasamal RPİ-nin 29-cu PŞ-dən ona zəng edilərək telefonunun tapıldığı və telefonu oğurlayan şəxsin saxlanıldığı barədə məlumat verilmişdir. Zərərçəkmiş şəxsdaha sonra bildirmişdir ki, mobil telefonunun 2020-ci ilin yanvar ayına olan orta bazar qiymətinin 120 manat təşkil etməsi barədə alınmış ekspert rəyi ilə razıdır, mobil telefonunun özünə qaytarılması ilə 05 manat dəyərində olan mobil nömrəsindən başqa ona dəymiş maddi ziyanı ödənilmiş hesab etmişdir. Onun telefonu özünə qaytarılıb, dəymiş ziyan tam ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmişŞahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri BPİ-nə Bilavasitə tabe olan Bakı metropolitenində Polis şöbəsində polis nəfəri olaraq 2018-ci ildən xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə növbə əsasında Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında xidmətdə olarkən saat təxminən 18:30 radələrində metronun köhnə girişi deyilən yerdə giriş hissədə qapı qarşısında dayanıb əlindəki aparatla daxil olan şəxslərin əl yüklərinə nəzarət edib yoxlayarkən həmin vaxt bir nəfər, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxsin ondan təxminən 15-20 metrə kənarda gözlənilmədən şübhəli formada dayanıb guya siqaret çəkirmiş kimi görüntü yaratması onda şübhə oyatmışdır. Onu kənardan müşahidə edib yaşı təxminən 38-40 olan bu şəxsə yaxınlaşıb polis otağına dəvət etmiş, adı, soyadı və ata adını soruşub şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini istəmişdir. Adını, soyadını və ata adını Təqsirləndirilən şəxs kimi təqdim etsədə hər hansı şəxsiyyəti təsdiq edən sənəd təqdim edə bilmədiyindən bu barədə manqa komandirinə məlumat vermişdir. Manqa komandirinin yaxınlaşmasınadək Təqsirləndirilən şəxs kimi özünü təqdim etmiş şəxs daha da özünü şübhəli aparmağa, oğru olmadığını israrla təkrar etməyə başlamışdır. Bu zaman onun sağ əlinin ovucunun içində sıxaraq sanki gizlətməyə çalışdığı mobil telefonun olduğunu görüb telefonu nə üçün gizlətmək istədiyini və onun kimə məxsus olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin suala əlaqəsiz cümlələrlə mahiyyətsiz, məntiqsiz və aldadıcı cavablar verərək özünü itirməyə başlamışdır. Bu zaman o, Təqsirləndirilən şəxs əlində gizlətməyə çalışdığı mobil telefon oğurluq olduğuna əmin olmuş və “Samsunq J3” markalı qara korpuslu mobil telefonun ekrarında cavan bir oğlanın fotoşəkli əks olunduğundan həmin fotoşəklin kimə aid olduğunu soruşmuş və telefonu açıb bir nəfər yaxın və doğmalarından birinin mobil nömrəsini deməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əlindəki mobil telefonun kodunu aça bilmədikdə daha da özündə şübhələr yaratmağa başlamışdır. Ekrandakı fotoşəkli olan şəxsin bacısı oğluna aid olduğunu desədə kilidi aça bilmədiyindən artıq bu şübhələrin yoxlanmasına zərurət yaranmış olduğundan həmin vaxt olduğu yerə yaxınlaşmış manqa komandirinin bu barədə Tağım komandirinə, sonuncu isə növbətçi hissəyə məlumat verməli olmuşdur. Məlumat əsasında şübhəli şəxslə birlikdə Metropoliten Polis Şöbəsinə getmək lazım olduğu bildirildikdən sonra manqa komandiri, polis baş serjantı Faiq Abdulov, şübhəli şəxs Təqsirləndirilən şəxsla birlikdə şöbəyə gedərək orada raport yazıb şübhəli şəxsi növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissənin əməkdaşları hadisəni qeydiyyata aldıqdan sonra Təqsirləndirilən şəxs bir daha etiraf etmişdir ki, əlindəki “Samsuns J3” markalı mobil telefonu xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayon ərazisində 77 nömrəli marşrut avtobusundakı cavan oğlan sərnişinin gödəkçəsinin cibindən oğurlamışdır. Həmin şəxsi təhvil verdikdən sonra xidmət vaxtı bitdiyindən evinə getmiş və növbəti gün işə gəldikdə Təqsirləndirilən şəxs ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin 29-cu PŞ-nə təqdim edildiyini eşitmişdir. Şahid1 həmçinin Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilməsinə dair raportunun kserosurətinin ifadəsinə əlavə olunması üçün təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid x7ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 7 il olur ki, “4-cü Blok MMC” adlanan sərnişin daşıma şirkətində sürücü işləyir, BCD sürücülük kateqoriyalarına malikdir və qeyd etdiyi müddət ərzində 77 saylı marşrut xətti, yəni Yeni Yasamal və Axundov bağı trayektoriyası üzrə hərəkət edən sərnişin avtobusunda sürücü işləməklə növbəlilik əsasında “Daewo” markan **-OH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli 25-30 yerli sərnişin avtobusu idarə edir. xx xxxxxx 2020-ci ii tarixdə səhər saat 06-dan **-OH-*** dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə işə başlamışdır. Həmin gün saat təxminən 20:35 radələrində Yasamal rayonu, Yeni Yasamal 2 ünvanda sonuncu dayanacağa çalarkən bir nəfər sonradan adı məlum olan Elcan adlı cavan oğlan ona yaxınlaşaraq bir neçə dəqiqə əvvəl onun idarə etdiyi həmin avtobusda sərnişin olduğunu və Əsəd Əhmədov küçəsindəki “Bizim Market” adlanan obyektin qarşısındakı dayanacaqda düşərkən üzərindən mobil telefonunun oğurlandığını aşkar etdiyini bildirmişdir. Elcan adlı şəxs ondan avtobusun salonuna baxmasına icazə verilməsini xahiş etmiş və o, buna etiraz etmədikdə həmin şəxs avtobusun boş salonuna daxil olaraq salonu diqqətlə nəzərdən keçirib hər hansı əşya, mobil telefon aşkar etməmişdir. Bundan sonra o, Elcan adlı şəxsə polisə müraciət etməsini təklif elmiş, sonuncu yaxınlıqda yerləşən Yasamal RPİ-nin 29cu PŞ-nə müraciət etmək üçün oradan uzaqlaşıb getmişdir. Çingiz Abasov həmçinin ifadəsində göstərmişdir ki, istintaq zamanı adı ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən Zərərçəkmiş şəxs cibindən mobil telefonunu oğurlamasını görməmiş, həmin şəxsləri əvvəllər tanımamış, onların heç biri ilə münasibəti olmamış, mobil telefonun hansı şəraitdə və harada oğurlandığının şahidi olmamış, bu barədə istintaq orqanına gəlməzdən əvvəl yalnız Zərərçəkmiş şəxs eşitmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tələbə yoldaşıdır, 2017-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə birgə qəbul olduqları vaxtdan bir birilərini yaxından tanımışlar. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində onlar Yeni Yasamal-2 ərazisində yerləşən “Çukur” çay evinin qarşısında görüşmələri barədə razılığa gəldiklərindən həmin gün saat təxminən 20 radələrində Elcan ona zəng edərək Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən ASAN-3 xidmətin qarşısından 77 nömrəli avtobusa mindiyini və görüş təyin etdikləri ünvana doğru istiqamətləndiyi barədə məlumat vermişdir. Elcandan bu barədə məlumat aldıqdan sonra o, özüdə Universitetin 2-ci korpusu deyilən Yasamal rayonu, Musabəyov dairəsindən piyada çıxaraq Əsəd Əhmədov küçəsindəki “Bazar Store”un yerləşdiyi əraziyə yollanmış, saat təxminən 20:15-dən etibarən o, həmin yerə çatıb Elcanı gözləməyə başlamışdır. Təxminən 20-25 dəqiqə keçməsinə baxmayaraq Elcan gəlib çıxmamış və o, həmin müddət ərzində soyuqdan əziyyət çəkməyə başlamışdır. Həmin anda Elcan əsəbi və həyəcanlı vəziyyətdə ona yaxınlaşaraq “Samsunq-J3” markalı mobil telefonunun 77 saylı avtobusda oğurlandığını, hətta taksi ilə avtobusun ardınca gedib avtobusa da baxdığını, telefonunu tapa bilmədiyini dedikdən sonra telefonunun avtobusda oğurlandığını anlayaraq ona məxsus ***-***-**- ** mobil nömrəsi ilə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Zəngdən sonra Elcan Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət olunmuş və birlikdə həmin PŞ-nə getdikdən sonra Zərərçəkmiş şəxs orada ərizə yazıb “Samsunq-J3” markalı mobil telefonunun 77 saylı marşrut avtobusunda naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Şahid3 həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxslə yaxın dost olduqlarından onun istifadəsində olmuş “Samsunq- J3” markalı mobil telefonun qara korpuslu telefon olduğunu, ***-***-**-** nömrəsi ilə işlətdiyini, ekranında özünə aid iri fonda çəkilmiş fotoşəklinin yerləşdirdiyini görmüş, hadisədən müəyyən vaxt sonra Elcanın özündən oğurlanmış mobil telefonunu oğurlayan şəxsin tutulduğu və telefonun həmin şəxsin üzərindən aşkar olunub götürüldüyünü eşitmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus mobil telefonunun naməlum şəxs tərəfindən cibindən çıxarılmaqla gizli talanmasına dair xx.xx.2020-ci il tarixdə DİN-nin 102 zəng xidmətinə vermiş olduğu məlumat və xidmət göstərdiyi Yasamal RPİ-nin 29-cu PŞ-nə yazmış olduğu şikayət ərizəsi üzrə ilkin təhqiqat araşdırması onun tərəfindən aparılmışdır. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə əməliyyat qrupu üzrə növbədə olaraqkən daxil olmuş məlumat və ərizə əsasında araşdırmanın aparılması ona həvalə edilmiş və o, Zərərçəkmiş şəxs izahatını alarkən sonuncu bildirmişdir ki, 77 saylı marşrut xətti üzrə hərəkət edən “DAEWO” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı marşrut avtobusuna Yasamal rayonu, Şərifzadə küçəsində minərək Yeni Yasamal 2, Əsəd Əhmədov küçəsindəki “Bizim market” ticarət mərkəzinin qarşısına yollanmış və orada düşərkən 04 ay əvvəl 170 manata almış olduğu, üzərində 05 manat dəyərində ***-***-**-** mobil nömrə ilə istifadə etdiyi “Samsunq J3” markalı, qara korpuslu ekranında özünün böyük fotoşəkli olan mobil telefonunu naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Zərərçəkmiş şəxs iştirakında hadisə yerinə baxış keçirilmiş, telefonu oğurlayan şəxsin müəyyən edilməsi məqsədilə PŞ-də əməliyyat axtarış tədbirləri davam etdirilərkən xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropoliteninin Polis Şöbəsindən daxil olmuş zəngdən məlum olmuşdur ki, metrostansiyanın “Elmlər Akademiyası” stansiyasında bir nəfər Təqsirləndirilən şəxs adlı əvvəllər dəfələrlə məhkum olunmuş bir nəfər şəxs saxlanılmış və həmin şəxs əlindəki mobil telefonu Yasamal rayon ərazisində 77 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda bir nəfər cavan oğlanın cibindən çıxarıb oğurladığını etiraf etmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları Metropoliten Polis Şöbəsinə gedərək həmin şəxsi qəbul edib gətirdikdən sonra şəxsiyyəti bir daha müəyyənləşdirilən Təqsirləndirilən şəxs bir daha xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində “İnşaatçılar” metrostansiyası yaxınlığında 77 saylı marşrut xətt üzrə hərəkət edən avtobusa mindikdən sonra Əsəd Əhmədov küçəsində “Günəş” x4 yaxınlığındakı dayanacaqda avtobusun salonundakı bir nəfər cavan oğlan sərnişinin əynindəki qara ödəkçəsinin sağ yan cibindən “Samsunq J3” markalı qara korpuslu mobil telefonunu oğurlayıb götürdüyünü etiraf etmiş və həmin telefonu könüllü olaraq təhqiqat orqanına təqdim etmişdir. Götürülən mobil telefonun ekrarında ərizəçi Zərərçəkmiş şəxs aid böyük fotoşəklin olması, Təqsirləndirilən şəxs özünün etirafı, həmçinin “xxxxxxxxxxx” MMC-yə verilmiş sorğulara daxil olmuş cavablarla mobil telefonun İMEİ kodunun bəlli olması, sonuncu zəngin xx.xx.2020-ci il tarixdə kəsilməsi ilə Təqsirləndirilən şəxs özgənin əmlakını üzərindən çıxarmaqla gizli talayıb oğurluq etməsi faktı ortaya çıxmış olduğundan barəsində Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixdə cinayət işi başlayaraq aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Yasamal RPİ-nə göndərmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 420 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsunq” markalı “SM-J320F/DS” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq orta bazar qiymətinin təxminən 120.00 manat müəyyən olunduğu təsdiq edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxs, şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsiilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və x1 arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilib. Bununla da Təqsirləndirilən şəxs məhkumluğuödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Samsunq” markalı “SM-J320F/DS” modelli, 3524xx/xx/029258/9 İMEİ kodlu mobil telefonun saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Maddi sübut kimi tanınmış1 ədəd “Samsunq” markalı “SM-J320F/DS” modelli, 3524xx/xx/029258/9 İMEİ kodlu mobil telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili x2 ödənilmək üçün 186 (yüz səksən altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar