Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-100/2021 12.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Tərtər rayonu, Çardaxlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 19:00-da ünvan 2 saylı ünvanda yerləşən “xxxx” ASC-də daş sexində mühafizə xidmətinin otağında həmin sexdə birqadir işləyən Zərərçəkmiş şəxs “Taleh” adlı fəhləyə çatdırması üçün iki ay əvvəl verdiyi 500 manat pulu çatdırmadığına görə aralarında Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən yaranmış mübahisə zamanı qəsdən əl zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq burunun şişkinliyi və sıyrığı, gözaltı və çənə nahiyələrinin solda sıyrıqları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, eşitmənin azalması ilə müşayət olunmuş sol təbil pərdəsinin travmatik cırılması kimi ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə (5%) səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasında anadan olsa da Tərtər rayonunun Çardaxlı kəndində qeydiyyatda olmaqla daimi yaşayış yeri həmin kənddir. Lakin işi ilə əlaqədar ünvan 3 ünvanında müvəqqəti yaşayır və bir neçə il Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol 212 ünvanında yerləşən “xxxx” ASC-də mühafizəçi vəzifəsində işləmişdir. “xxxx” ASC-nin daş sahəsində briqadir vəzifəsində işləyən Zərərçəkmiş şəxs tanımaqla, onunla ancaq işgüzar münasibətdə olmuş, aralarında ədavət və ziddiyyət olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində o işdə olan zaman Zərərçəkmiş şəxs mühafizəçilərin otağına daxil olaraq mühafizəçilərin rəisi Mirfazil Seyidova xx xxx 2020-ci il tarixdə ona (Təqsirləndirilən şəxs) 500 manat pul verdiyini bildirmişdir. X5 müşahidə kamerasına baxmış və həmin gün ona (Təqsirləndirilən şəxs) 500 manat pul verilməsi barədə kamerada hər hansı görüntünün olmadığını bildirmişdir. Daha sonra o X3 Rəhimbəylinin söhbətinə müdaxilə edərək, sonuncudan pulalmadığını, belə bir halın da kamera görüntüsündə mövcud olmadığını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs mühafizə rəisi Mirfazil Seyidovun və “xxxx” ASC-nin sürücüsü işləyən “Nicat” adlı şəxsin yanında onun ailə üzvlərinin ünvanına söyüşlər işlətmiş və onu təhqir etmişdir. O, Adəmin söyüş və təhqirlərinə dözməyib ona bir şillə vurmuş və mühafizə otağından çıxmışdır. Daha sonra Zərərçəkmiş şəxs polisə müraciət edərək, onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə 2-3 dəqiqə davam etmiş, mübahisəni sürücü Nicat, Mirfazil Seyidov, Əşrəf və Elşən adlı fəhlələr görmüşlər. xx xxx 2020-ci il tarixdə, ondan əvvəl və ya sonra daşyonan fəhlələrə vermək üçün 500 manat pul verməsi barədə Zərərçəkmiş şəxs dedikləri yalandır, sonuncu ona 500 manat pul verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayır. O, xx xxxxxx 2012-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, “Alatava-2, Dairəvi yol 212 ünvanında yerləşən “xxxx” ASC-nin Daş Sahəsində briqadir vəzifəsində işləməklə, “xxxx” ASC-nin Daş Sahəsində mühafizəçi işləmiş Təqsirləndirilən şəxs bir neçə ay əvvəl tanımış, aralarında ədavət və ziddiyyət olmamışdır. O, xx xxx 2020-ci il tarixdə işlədiyi “xxxx” ASC-nin Daş Sahəsinin kassasından - kassir Atatürk Mehtiyevdən ertəsi gün daş sexinə gələn daşyonan işçilərə vermək üçün 500 manat pul götürmüş, təxminən saat 19:00 radələrində pulu sexə giriş, çıxışda olan mühafizəçilərin otağında mühafizəçi Təqsirləndirilən şəxs verərək səhər tezdən daşyonan usta Talehə verməsini bildirmiş, o isə pulu Talehə çatdıracağına söz vermişdir. Bir neçə gün sonra Taleh sexə gəlmədiyindən işi görməmiş, o, Talehlə telefon əlaqəsi saxladıqda sonuncu ona 500 manat pul verilmədiyini bildirmişdir. O dərhal “xxxx” ASC-nin Daş Sahəsinin mühafizə bölməsinin rəisi Mirfazil Seyidova 500 manat pulu Təqsirləndirilən şəxs Talehə verməməsini xəbər vermiş, Mirfazil Seyidov isə məsələni araşdırıb ona xəbər verəcəyini bildirmişdir. Ertəsi gün Mirfazil Seyidov mühafizəçi Təqsirləndirilən şəxs ondan Talehə vermək üçün 500 manat pul almasını inkar etdiyini bildirmişdir. O, xx xxxx 2020-ci il tarixdə yenidən X6 Əliyevlə danışmasını və pulu kassaya qaytarmasını bildirmiş, Mirfazil Seyidov söz vermişdir ki, araşdırıb ona xəbər verəcəkdir. O həmin gün saat 19 radələrində mühafizəçilərin otağına gəlmiş və Mirfazil Seyidovla görüşmüş, Mirfazil təhlükəsizlik kamerasına baxdığını lakin Təqsirləndirilən şəxs pul aldığını görmədiyini bildirmiş, o, Mirfazil Seyidova təhlükəsizlik kamerasına birgə baxmaq istədiyini demişdir. Mirfazil Seyidov ona “görüntü olmasa neynəyərsən? demiş, o isə cavabında “heç nə, nə edə biləcəm, pulu götürənə söyəcəm və şirkətin pulunu öz cibimdən verəcəm” sözlərini bildirmişdir. Bu zaman Mirfazil Seyidovun yanında olan mühafizəçi Təqsirləndirilən şəxs ona doğru gələrək dediyi tarixdə gözətçi növbəsində olduğunu və ona “məni söyə biləsən?” sözlərini deyib qəflətən əl zərbələri ilə onun sifət nahiyəsinə vuraraq döymüş, o sol qulaq nahiyəsindən ağır xəsarət almış, orada olan Elşən Nağıyev, Mirfazil, Əşrəf və Nicat adlı sex işçiləri onları ayırmışlar. Bir qədər müddətdən sonra o özünə gəlmiş və Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi haqqında Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə mobil telefon vasitəsi ilə xəbər vermiş, o həmin gün evinə gəlmiş onun sol qulağında şiddətli ağrılar olduğundan eşitmə qabiliyyəti itmişdir. xx xxxx 2020-ci il tarixdə o, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasına gəlmiş, orada tibbi müayinədən keçdikdən sonra həkimlər ona sol qulağında əməliyyat keçirilməli olduğunu məsləhət bilmişlər. Buna görə də o, “Lor Hospital” klinikasına getmiş və xx xxxx 2020-ci il tarixdə qulağından cərrahi əməliyyat olunmuş, hazırda sol qulağının təbil pərdəsi travmatik cırıldığından sol qulağında eşitmə qabiliyyətini itirmişdir. Hazırda Təqsirləndirilən şəxs barışığa cəhd etməmiş, onunla barışmamışdır və hadisə nəticəsində ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs ən ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Dairəvi yol 212 ünvanında yerləşən «xxxx» ASC-də mühafizə xidmətinin rəisi işləməklə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Belə ki, xx xxxx 2020-ci il tarixdə «xxxx» ASC-nin məzar daşları sexində briqadir işləyən Zərərçəkmiş şəxs sexin həyətində onu görüb mühafizəçi işləyən Emindən şikayət etmiş və ay yarım əvvəl, yəni xx xxx 2020-ci il tarixdə postda olan Təqsirləndirilən şəxs 500 manat pulu sexdə fəhlə işləyən Talehə çatdırması üçün verdiyini, lakin Eminin 500 manatı Talehə vermədiyini bildirmişdir. Adəm Eminin pulu təcili olaraq Talehə qaytarmasını əsəbi formada ona demiş, o isə cavabında ertəsi gün kameraya baxıb deyəcəyini bildirmişdir. Ertəsi gün kameralara baxış keçirilmiş, lakin xx xxx 2020-ci il tarixdə Adəmin Eminə 500 manat pul verməsi halını görə bilməmiş və bu barədə Adəmə bildirmişdir. Adəm xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində mühafizə otağına gəlmiş və oarada olan Eminin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Emin bir dəfə əlinin içi ilə Adəmin sifətinin sol hissəsinə qüvvətli şapalaq vurmuş, lakin başqa xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Dairəvi yol 212 ünvanında yerləşən «xxxx» ASC-nin daş sexində xəzinədar işləyir. xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində sexdə mühafizə otağında baş vermiş hadisənin şahidi olmasa da, sonradan daş sexində briqadir işləyən Zərərçəkmiş şəxs mühafizəçi Təqsirləndirilən şəxs söydüyünə görə Eminin Adəmi əli ilə vurduğunu və ona xəsarət yetirdiyini eşitmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 13 ilə yaxındır ki, «xxxx» ASC-də sürücü kimi çalışır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində o iş vaxtı bitdiyindən sexin mallarını daşıdığı “Qazel” markalı avtomobilin açarlarını təhvil vermək üçün mühafizə otağına daxil olarkən sexdə briqadir işləyən Adəmin mühafizəçi Eminin ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Adəmin sözlərinə əsəbiləşən Emin sağ əli ilə Adəmin sifətinin sol hissəsinə qüvvətli zərbə vurmuş, sonradan həmin otağa sexdə fəhlə işləyən Əşrəf və Elşən adlı şəxslər də gəlmişlər. Hadisə zamanı otaqda ondan və mühafizə xidmətinin rəisi Mirfazil Seyidovdan başqa kimsə olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, şahid X1 ilə eyniməzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 549 saylı rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərsol təbil pərdəsinin travmatik cırılması, burunun şişkinliyi və sıyrığı, sol gözaltı nahiyənin, sol çənə nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (i/v 20-22). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 310/2020 saylı rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs aldığı xəsarətlər- eşitmənin azalması ilə müşayət olunmuş sol təbil pərdəsinin travmatik cırılması, burunun şişkinliyi və sıyrığı, gözaltı və çənə nahiyələrinin solda sıyrıqları-bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə törənmişlər, dərəcəsinə görə eşitmənin azalması ilə müşayət olunmuş sol təbil pərdəsinin travmatik cırılması ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə (5%) səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə istər ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilmir (i/v 146-148). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 76). İş materiallarına əlavə olunmuş qətimkan tədbiri seçmək haqqında xx xxxxxxxx 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 71-72). İş materiallarında olan Tərtər RİHB-nin Çardaxlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsində nəzərdə tutulmuş islah işi növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. Məhkəmə həmçinin cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra qurumuna tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-100/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-100/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-100/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver