Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-100/2022 10.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumuğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 29,180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, özgənin əmlakını açıq talamaqla soyğunçuluq etməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 05.11.2021-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanın qarşısında park edilmiş Zərərçəkmiş şəxs məxsus Dacia Logan markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının kilidli olmamasından istifadə edərək avtomobilin salonunda olan, sonuncuya məxsus üzərində 5 (beş) manat dəyərində 055 *** ** ** GSM nömrə olan bir ədəd 390 (üç yüz doxsan) manat dəyərində “Samsung Galaxy A20s” markalı “SM- A207F/DS” moodelli və üzərində 5 (beş) manat dəyərində 055 *** ** ** GSM nömrə olan bir ədəd 380 (üç yüz səksən) manat dəyərində “Samsung Galaxy A21s” markalı “SM- A217F/DSN modelli mobil telefon aparatlarını götürüb həmin yerdən qaçaraq uzaqlaşmaq istədikdə onun bu hərəkətlərini aşkar etmiş Zərərçəkmiş şəxs çağırışlarına, eləcə də arxasınca qaçaraq onu təqib etməsinə əhəmiyyət verməyərək, ələ keçirmiş olduğu əmlakı əldə saxlamaq üçün ünvan 3 ünvanına tərəf qaçaraq irəliləmiş, onu davamlı olaraq təqib edən Zərərçəkmiş şəxs çağırışlarını eşidən və həmin vaxt ünvan 3 ünvanında yerləşən Yasamal RPİ-nin 28-ci polis bölməsinin inzibati binasının qarşısında dayanmış polis əməkdaşları tərəfindən tutulduğuna, talanmış əmlak əlindən alınaraq sahibinə qaytarıldığına və özünün isə polis bölməsinə təhvil verilməsinə görə bilavəsitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən aslı olmayan səbəbdən başa çatdıra bilməyib Zərərçəkmiş şəxs məxsus ümumilikdə 780 manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, sonuncu dəfə Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən 13 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 mart 2020-ci il tarixdə 03 ay 28 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş və 23 iyul 2020-ci il tarixdə sınaq müddəti bitmişdir. Törətdiyi cinayət hadisəsindən əvvəl 3 gün yuxusuz qaldığı üçün çox əsəbi və fikri yayınıq vəziyyətdə olmuşdur. O əvvəlcədən oğurluq edəcəyi barədə düşünməyib və bu barədə heç nə planlaşdırmamışdır. 05 noyabr 2021-cı il tarixdə saat 10 radələrində ünvan 2 ünvanın qarşısından piyada keçən zaman, yolun kənarında dayanan gümüşü rəngli “Dacia Logan” markalı avtomobilin salonunda bir ədəd mobil telefonun olduğunu görmüşdür. Həmin mobil telefonu oğurlamaq məqsədi ilə o, geri qayıtmış və avtomobilin sahibinin avtomobilin arxa hissəsində olduğunu görmüşdür. Bundan sonra o, avtomobilin sol ön qapısını açaraq avtomobilin sürətlər qutusunun yanında olan bir ədəd mobil telefonu götürüb 3 saylı Asan xidmət istiqamətində tərəf məhəllənin içi ilə qaçmışdır. Avtomobildən təxminən 5 metr uzaqlaşdıqdan sonra bir nəfər şəxs onun arxasınca qışqırıb mobil telefonu geri gətirməsini tələb etməsinə baxmayaraq o, həmin şəxsin sözünə fikir verməyib oradan qaçaraq uzaqlaşmış, lakin həmin şəxs onun arxasınca qaçmağa başlamışdır. Bundan sonra o 28-ci polis bölməsinin yaxınlığından olan zaman arxasınca gələn mobil telefonun sahibinin səsini polis əməkdaşları eşitmiş və polis bölməsinin qarşısından keçdikdən bir neçə metr sonra onu mülki geyimli polis əməkdaşları saxlamışlar. Bundan sonra polis əməkdaşları onu Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişlər və orada “Dacia Logan” markalı avtomobildən oğurladığı mobil telefonu polis əməkdaşlarına təhvil vermişdir. O “Dacia Logan” markalı avtomobildən cəmi 1 ədəd mobil telefon götürmüşdür. Oğurluq etdiyi zaman üzərində 2 ədəd “Nokia” markalı sadə telefon və anasına məxsus 1 ədəd “Samsung” markalı mobil telefon olmuşdur. Ondan aşkar edilərək götürülmüş 1 ədəd bıçağı meyvə soymaq məqsədi ilə üzərində saxlamışdır. Yekun olaraq o etdiyi əməllərdən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 05.11.2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı “Dacia Logan” markalı avtomobil ilə ünvan 2 ünvanının qarşısına gəlmiş və bacısı oğlu Mahir ilə bərabər Mahirin kirayə qaldığı evdən ona məxsus olan ev əşyalarını idarə etdiyi avtomobilə yığmışdır. Təxminən saat 10 radələrində əşyaları tam olaraq avtomobilə yığıb qurtardıqdan sonra Mahir oradan getmiş o isə avtomobilin arxa hissəsində dayanmışdır. Həmin vaxt avtomobilin yanından keçən bir nəfər şəxsin avtomobilinin salonunun içərisinə baxdığını görmüş, lakin həmin şəxsə əhəmiyyət verməmişdir. Bundan sonra həmin şəxs təxminən 10-15 metr getdikdən sonra yenidən geri qayıdıb avtomobilin ön sol qapısını açıb salonun içərisində olan ona məxsus 1 ədəd “Samsung Galaxy A20 S” və 1 ədəd “Samsung Galaxy A21 S” markalı mobil telefonları götürərək məhəllənin içi ilə 3 saylı ASAN xidmət istiqamətində qaçmağa başlamışdır. O dərhal həmin şəxsin arxasınca qaçaraq, qışqırıb mobil telefonlarını geri qaytarmasını tələb etmiş, lakin həmin şəxs ona əhəmiyyət verməyib qaçmaqda davam edərək mobil telefonlarından birini yerə atmışdır. Buna baxmayaq o həmin şəxsin arxası ilə qaçmaqda davam edərək qışqırıb kənarda olan şəxlərdən kömək istəmişdir. Həmin şəxs 28-ci polis bölməsinin yanından keçən zaman həmin bölmənin qarşısında olan mülki geyimli şəxslər onun səsini eşitdikləri üçün həmin şəxsin arxasınca qaçaraq onu saxlamışlar. Polis bölməsində olan zaman ona məlum olmuşdur ki, onun avtomobilindən ona məxsus 2 ədəd mobil telefonu oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ondan oğurlanan mobil telefonlar ona qaytarılmışdır. Ramil tərəfindən ondan oğurlanan mobil telefonların və telefonda olan nömrələrin ümümi dəyəri təxminən 780 manat təşkil etmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 noyabr 2021ci il tarixdə saat 10 radələrində Yasamal RPİ-nin 28-ci PB-nin qarşısında əməliyyat müvəkkili Şahid2 ilə xidmətdə olan zaman, bir nəfər şəxsin mobil telefonun oğurlanması barədə qışqırdığını eşitmişdir. Bu zaman onlar dərhal qaçan şəxsin arxası ilə qaçıb onu saxlamışlar. Onlar həmin şəxsə çatıb onu saxlayan zaman telefonu oğurlanan şəxsdə onların yanına gəlmişdir. Bundan sonra onlar həmin şəxsi saxlayaraq 28-ci polis bölməsinə aparmışlar. Bölmədə olan zaman ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Ramil **-BD-*** dövlət qeydiyyat nişanlı “Dacia Logan” markalı avtomobilin salonunda olan Zərərçəkmiş şəxs məxsus 2 ədəd mobil telefonu oğurlayaraq qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da digər şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiklərini öz ifadəsində bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 170-172-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, halhazırda ailəsi ilə birgə ünvan 5 ünvanında müvəqqəti yaşayır.Fiziki və psixi cəhətdən sağlam olduğunu və ifadəsinin kompüter vasitəsi ilə yazılmasına etirazı olmadığını bildirmişdir. 05.11.2021-ci il tarixə qədər Yasamal rayonu, X.Mustafayev küçəsi ev 56 ünvanında ailəsi ilə birgə kirayə yaşadığını bildirmişdir. Təxminən həmin ünvanda ailəsi ilə birgə 2 aya yaxın həmin ünvanda kirayə yaşadığını bildirmişdir.04.11.2021- ci il tarixdə dayısı Zərərçəkmiş şəxs ilə əlaqə saxlamışdır ki idarə etdiyi Dacia Logan markalı avtomobillə onun kirayə yaşadığı ünvana 05.11.2021-ci il tarixdə səhər saatlarında gəlsin və evdə olan əşyaları həmin ünvandan bərabər avtomobilə yığıb Elmlər metrostansiyasının çıxışında yerləşən yaşayış binalarının birinə köçməkdə ona köməklik göstərməsini xahiş etdiyini bildirmişdir.Dayıaı Zərərçəkmiş şəxs 05.11.2021-ci il tarixdə saat təxminən 09 radələrində yuxarıda qeyd etmiş olduğu ünavana gəldiyini bildirmişdir. Bərabər əşyaları dayısının idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı Dacia Logan markalı avtomobilə yığdığını bildirmişdir.O, yenidən evə keçmişdir ki baxıb görsün yaddan çıxan əşyası qalmayıb ki, dayısı isə avtomobilin yanında dayandığını bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra evdən bayıra çıxdığını dayısı Yavərin avtomobilin yanında olmadığını və dayısının hara getməsi barədə məlumatının olmadığını bildirmişdir.Bir neçə dəqiqə sonra istifadəsində olan ***-***-**-** nömrəsinə dayısı Yavərdən zəng gəldiyini və Yavərin baş vermiş hadisəni ona qısaca nəql etdiyini, mobil telefonunu götürüb qaçan şəxsin qaçan zaman məhəllənin yolunda atdığını bildirmişdir.Həmin telefonu ətrafa baxıb tapmasını xahiş etdiyini bildirmişdir.O, təxminən 20-25 metr məhəllə içi yolla 3 saylı Asan xidmət istiqamətində yeriyən zaman dayısı Yavərə məxsus olan Samsung markalı mobil telefonu tapdığını və dayısı Yavərlə yenidən əlaqə saxladığını 28-ci polis bölməsində olduğunu öyrəndikdən sonra mobil telefonu polis bölməsində dayısı Yavərə təhvil verdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Maddi sübutların götürülməsi barədə” 05 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanın qarşısından Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən iki ədəd mobil telefonu götürüb qaçmış Təqsirləndirilən şəxs 28-ci PB-nin qarşısından qaçarkən polis əməkdaşları tərəfindən saxlanılmış və polis bölməsinə gətirilərkən onun üzərindən Zərərçəkmiş şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon, əlindəki çantadan isə bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd “İphone” markalı mobil telefon, iki ədəd “Nokia” markalı mobil telefon, bir ədəd ağ rəngli qatlanan bıçaq, 29 manat kağız, 3 manat 60 qəpik pul, bir ədəd alışqan, aşkar edilib götürüldü. Təqsirləndirilən şəxs aşkar edilmiş 29 manat kağız pul özünə qaytarılmışdır. (i.v. 6) “Maddi sübutların götürülməsi barədə” 05 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanın qarşısından Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən iki ədəd mobil telefonu götürüb qaçmış Təqsirləndirilən şəxs qaçan zaman Zərərçəkmiş şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefonu atmış və sonuncunun qohumu olan Şahid1 tərəfindən yolun kənarından götürülərək Zərərçəkmiş şəxs təhvil verilmişdir. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsidiyi üçün ona məxsus olan Samsung markalı mobil telefon götürülmüşdür. (i.v. 7) “Baxış keçirilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanın qarşısından Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən iki ədəd mobil telefonu götürüb qaçmış Təqsirləndirilən şəxs qaçan zaman Zərərçəkmiş şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefonu atmış və sonuncunun qohumu olan Şahid1 tərəfindən yolun kənarından götürülərək Zərərçəkmiş şəxs təhvil verilmişdir. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsidiyi üçün ona məxsus olan Samsung markalı mobil telefon götürülmşüdür. (i.v. 12-16) “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus “Samsung” markalı “Galaxy A20 S” modelli mobil telefonu tanıyaraq ona məxsus olduğunu bildirmişdir. (i.v. 28) “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus “Samsung” markalı “Galaxy A21 S” modelli mobil telefonu tanıyaraq ona məxsus olduğunu bildirmişdir. (i.v. 29) 05 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (i.v. 51-52) X5 tərəindən verilmiş 23.11.2021-ci il tarixli qəbzdən görünür ki, X5 Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Murad Soltanovdan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən oğlu Təqsirləndirilən şəxs məxsus olan 2 ədəd qara rəngli Nokia markalı, 1 ədəd İphone 6 markalı, 1 ədəd Samsung markalı mobil telefonu və 4 manat pulu isə qəpik formasında təhvil almışdır. (i.v. 87) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2021-ci il tarixli 3/1848 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. (i.v. 115-117) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2021-ci il tarixli 9/8100 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş telefonların istifadədə olması və satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla, hadisə baş verən tarixə, yəni 2021-ci ilin noyabr ayına orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: - 1 ədəd 32 GB yaddaş tutumlu, Çin istehsallı, “Samsung Galaxy A20s” markalı, “SM-A207F/DS” modelli mobil telefon – 180.00 manat; - 1 ədəd 32 GB yaddaş tutumlu, Vyetnam istehsallı, “Samsung Galaxy A21s” markalı, “SM-A217F/DSN” modelli mobil telefon – 200.00 manat. (i.v. 118-120) “Sübutların qiymətləndirilməsi haqqında” 06 yanvar 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs açıq talamış olduğu Zərərçəkmiş şəxs məxsus 01 ədəd Samsung Galaxy A20S və 01 ədəd Samsung Galaxy A21 S markah mobil telefonlar iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq iş üzrə sübut əhəmiyyətinə malik olmadığından maddi sübut kimi tanınmamış və saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, götürmə protokolları, üzləşdirmə protokolu, əşyanın tanınmaya təqdim edilməsi protokolları, maddi sübutlar və digər istintaq hərəkətləri protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 125-132) Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Murad Soltanovdan 05.11.2021-ci il tarixdə saat 10 radələrində ünvan 7 ünvanın qarşısında ona qarşı törədilmiş soyğunçuluğa cəhd cinayəti zamanı talanmış 02 ədəd “Samsung Galaxy A20 S” və “Samsung Galaxy A21 S” markalı mobil telefon apartını saz və istifadəyə yararlı vəziyyətdə təhvil almışdır. Həmin əşyaların tamlığını və bütövlüyünü məhkəmənin yekun hökmünədək qoruyub saxlayacağına söz vermişdir. (i.v. 154) Məhkəmə, Təqsirləndirilən şəxs “Dacia Logan” markalı avtomobildən cəmi 1 ədəd mobil telefon götürməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 29, 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 05 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:05 dəqiqədə tutulmuşdur. (i.v. 40-41) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 06.11.2021-ci il tarixli, 4(004)-659/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 noyabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətinmkan tədbiri seçilmişdir. (i.v. 79-80) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 01.12.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən 11 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum edilmişdir. 07.03.2009-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən 28 yanvar 2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum edilməklə əmlakı müsadirə olunmuşdur. 16.04.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən 27 aprel 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 02 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 27.12.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən 13 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum edilmişdir. 26.03.2020-ci il tarixdə 03 ay 28 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş və 23.07.2020-ci il tarixdə cəza müddəti bitmişdir. (i.v. 92-94) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.04.2018-ci il tarixli 1(004)-108/2018 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli tutulduğu andan yəni 23 iyul 2017-ci il tarixdən hesablanmışdır. (i.v. 95-106) “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. (i.v. 107-112) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 10 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Cəza təyini zamanı nəzərə alınmasını xahiş etmişdir. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 25.03.2020-ci il tarixli 7(007)-216/2020 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs ərizəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 (üç) ay 28 (iyirmi səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 63.3-ci maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.04.2018-ci il tarixli 1(004)-108/2018 saylı hökmü ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 25.03.2020-ci il tarixli 7(007)-216/2020 nömrəli qərarı ilə 03 (üç) ay 28 (iyirmi səkkiz) gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 25.03.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 28 (iyirmi səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzası 23.07.2020-ci il tarixdə başa çatmışdır. Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.04.2018-ci il tarixli 1(004)-108/2018 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3 və 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 25.03.2020-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 13 aprel 2018-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 055 *** ** ** GSM nömrə olan bir ədəd “Samsung Galaxy A20s” markalı “SM-A207F/DS” moodelli və üzərində 055 *** ** ** GSM nömrə olan bir ədəd “Samsung Galaxy A21s” markalı “SM-A217F/DSN modelli mobil telefon aparatları qanuni sahibi Zərərçəkmiş şəxsya qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmamış və Yasamal RPİ-nin məsul saxlancına verilmiş 01 ədəd turist bıçağı törədilmiş cinayət əməlinin alət və ya vasitəsi olmadığından, eləcədə soyuq silah hesab edilmədiyindən qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.2.2 və 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 180.2.2 və 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 05 noyabr 2021-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.3). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 26 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 41, 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 05 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114.00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 055 *** ** ** GSM nömrə olan bir ədəd “Samsung Galaxy A20s” markalı “SM-A207F/DS” moodelli və üzərində 055 *** ** ** GSM nömrə olan bir ədəd “Samsung Galaxy A21s” markalı “SM-A217F/DSN modelli mobil telefon aparatları qanuni sahibi Zərərçəkmiş şəxsya qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmamış və Yasamal RPİ-nin məsul saxlancına verilmiş 01 ədəd turist bıçağı qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 26 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı Şəhər 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-100/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-100/2022
10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver