Məhkəmə qərarları › İş №1(004)-100/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-100/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-100/2025 23.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X16 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) - Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs7, müdafiəçi - Bakı şəhəri “26 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1983-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Casablanca Travel MMC-də təsisçi-direktor işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, "xxxx" MMC-nin təsisçi-direktoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs1 İqtisadiyyat Universitetinin rəhbərliyinin Dağıstan Respublikasında keçiriləcək yeni il şənliyi proqramında iştirak etməsi üçün tur paket hazırlanması və müqabilində birlikdə qazanc əldə etmək barədə həqiqətə uyğun olmayan vədlər verməklə onun etibarını qazanıb özünə inandıraraq aldadıb, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində "xxxx" MMC-nin yerləşdiyi ünvan 3 ünvanda yerləşən ofisdə 15.000 ABŞ dolları ekvivalentində həmin dövrün məzənnəsi ilə 25.500 manat təşkil edən pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 25.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi-direktoru olduğu "xxxx" şirkətinə müştəri qismində yaxınlaşmış Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının Ankara şəhərində tibbi müalicə almaq üçün tur paket hazırlayacağını yalandan vəd verib onun etibarını qazanıb özünə inandıraraq aldadıb, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin yerləşdiyi ünvan 3 ünvanda yerləşən ofisdə 3000 ABŞ dolları ekvivalentində həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 5100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi-direktoru olduğu "xxxx" şirkətinə müştəri qismində yaxınlaşmış Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasının Marmaris şəhərində istirahət etmək üçün tur paket hazırlayacağını yalandan vəd verib onun etibarını qazanıb özünə inandıraraq aldadıb, ilk dəfə xx.xx.2024cü il tarixdə 2000 ABŞ dolları ekvivalentində həmin dövrün məzənnəsi ilə 3400 manat, 2024-cü ilin may ayında 2250 ABŞ dolları ekvivalentində həmin dövrün məzənnəsi ilə 3825 manat, sonuncu dəfə isə 2024-cü ilin iyun ayında "xxxx" MMC-nin yerləşdiyi ünvan 3 ünvanda yerləşən ofisdə 4000 ABŞ dolları ekvivalentində həmin dövrün məzənnəsi ilə 6800 manat təşkil edən ümumi 14.025 manat pulu vahid niyyətlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 14.025 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi-direktoru olduğu "xxxx" şirkətinə müştəri qismində yaxınlaşmış Zərərçəkmiş şəxs8 Fransa Respublikasına getmək üçün viza dəstəyi ilə bağlı zəruri sənədləri hazırlayacağını yalandan vəd verib onun etibarını qazanıb özünə inandıraraq aldadıb, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin yerləşdiyi ünvan 3 ünvanda yerləşən ofisdə Zərərçəkmiş şəxs8 mobil telefonunda olan mobil bank tətbiq proqramı vasitəsi ilə istifadəsində olan bank kartına 512 manat köçürtdürməklə, 100 manat pulu isə nağd şəkildə vahid niyyətlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Fəryaz Kalbahyevə ümumilikdə 612 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi-direktoru olduğu "xxxx" şirkətinə müştəri qismində yaxınlaşmış Zərərçəkmiş şəxs6 valideynlərinin Türkiyə Respublikasının Antalya şəhərində istirahət etməsi üçün tur paket hazırlayacağını yalandan vəd verib onun etibarını qazanıb özünə inandıraraq aldadıb, ilk dəfə xx.xx.2024cü il tarixdə 918 manat, sonuncu dəfə isə həmin ilin iyun ayının ortalarında "xxxx" MMCnin yerləşdiyi ünvan 3 ünvanda yerləşən ofisdə 2142 manat olmaqla ümumi 3060 manat pulu vahid niyyətlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 3060 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi-direktoru olduğu "xxxx" şirkətinə müştəri qismində yaxınlaşmış Zərərçəkmiş şəxs5 Türkiyə Respublikasının Antalya şəhərində istirahət etmək üçün tur paket hazırlayacağını yalandan vəd verib onun etibarını qazanıb özünə inandıraraq aldadıb, 2024-cü ilin iyul ayının əvvəllərində Türkiyə Respublikasında istirahətdə olan Zərərçəkmiş şəxs5nm bank kartı vasitəsilə 8100 manat pulu istifadəsində olan bank kartına köçürtdürərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 8100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi-direktoru olduğu "xxxx" şirkətinə müştəri qismində yaxınlaşmış Zərərçəkmiş şəxs4 Türkiyə Respublikasının Kuşadası vilayətində istirahət etmək üçün tur paket hazırlayacağını yalandan vəd verib onun etibarını qazanıb özünə inandıraraq aldadıb, xx.xx.2024-cü il tarixdə 3604 manat pulu sonuncunun həyat yoldaşı X15 istifadəsində olan Azərbaycan Beynəlxalq Bankına məxsus olan kart vasitəsilə istifadəsində olan bank kartına köçürtdürmüş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin ofisində 8406 manat olmaqla ümumi 12.010 manat pulu vahid niyyətlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 12.010 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi-direktoru olduğu "xxxx" şirkətinə müştəri qismində yaxınlaşmış Zərərçəkmiş şəxs9 övladının X17 getməsi üçün viza dəstəyi ilə bağlı zəruri sənədləri hazırlayacağını yalandan vəd verib onun etibarını qazanıb özünə inandıraraq aldadıb, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin yerləşdiyi ünvan 3 ünvanda yerləşən ofisdə 7000 ABŞ dolları ekvivalentində həmin dövrün məzənnəsi ilə 11.900 manat təşkil edən pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 11.900 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi-direktoru olduğu "xxxx" şirkətinə müştəri qismində yaxınlaşmış Zərərçəkmiş şəxs7 Monteneqro Respublikasında istirahət etmək üçün tur paket hazırlayacağını yalandan vəd verib onun etibarını qazanıb özünə inandıraraq aldadıb, ilk dəfə xx.xx.2024-cü il tarixdə saat 16:44-də Zərərçəkmiş şəxs7 istifadəsində olan “Kapital Bank”a aid 416973******3579 nömrəli kartından özünün istifadəsində olan 416973******1136 nömrəli bank kartına 1061 manat köçürtdürmüş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin yerləşdiyi ünvan 3 ünvanda yerləşən ofisdə 2500 manat olmaqla ümumi 3561 manat pulu vahid niyyətlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 3561 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi-direktoru olduğu "xxxx" şirkətinə müştəri qismində yaxınlaşmış Zərərçəkmiş şəxs10 ailəsi ilə birlikdə istirahət etmək üçün “Norvegion cruize line” tur paket hazırlayacağını yalandan vəd verib onun etibarını qazanıb özünə inandıraraq aldadıb, xx.xx.2024-cü il tarixdə saat 19:55-də "xxxx" MMC-nin yerləşdiyi ünvan 3 ünvanda yerləşən ofisdə Zərərçəkmiş şəxs10 mobil telefonunda olan mobil bank tətbiq proqramı vasitəsi ilə "xxxx" MMC-nin bank hesabına 11.490 manat köçürtdürməklə, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 11.490 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi-direktoru olduğu "xxxx" şirkətinə müştəri qismində yaxınlaşmış X4 Monteneqro Respublikasında istirahət etmək üçün tur paket hazırlayacağını yalandan vəd verib onun etibarını qazanıb özünə inandıraraq aldadıb, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin yerləşdiyi ünvan 3 ünvanda yerləşən ofisdə 4545 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Sürəyya Abdullayevaya ümumilikdə 4545 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2013-cü ildən etibarən Casablanca travel MMC-ni təsis etmişdir. Həmin travel şirkəti aviabilet, otel, viza dəstəyi və tur paket xidmətlərini təşkil edirdi. 2020-ci ilin mart ayında bütün dünyada baş verən COVİD-19 pandemiyası nəticəsində şirkət istər müştəriləri qarşısında öhdəlikləri yerinə yetirməkdə, istər maddi qazanc əldə edəcəyi heç bir turizm fəaliyyətinin olmamasından ötrü külli miqdarda ziyan etmişdir. 2020-ci ilin aprel ayında "xxxx" QSC-nin fəaliyyətini dayandırması nəticəsində bankın Caspian Plaza mərkəzində yerləşən filialında olan şirkətin cari və bank kartları hesablarında vəsaiti qalmışdır. Bu günə qədər bu vəsait şirkətə geri qaytarılmamışdır. Bundan əlavə olaraq mövcud vəziyyətdən çıxış olaraq fiziki şəxs olaraq fərqli biznes sahələrində fəaliyyət göstərməyinə baxmayaraq bu biznes sahələrində də maddi zərər çəkmişdir. 2023-cü ilin fevral ayından etibarən rəhbəri olduğu Casablanca travel MMC-də yaranan maddi sıxıntılara görə maliyyə problemləri baş qaldırmışdır. Buna baxmayaraq şirkət 10 il ərzində əldə etdiyi reputasiya və müştəri bazası əsasında fəaliyyətini davam etdirmişdir. Bu zaman ərzində şirkət fiziki şəxs və hüquqi şəxslərdən ibarət olan müştərilər qarşısında götürdüyü bütün öhdəlikləri öhdəsindən gəlmiş və heç bir problem olmamışdır. Lakin cari ilin yanvar ayından etibarən maliyyə problemləri idarə olunmaz həddə çatmış, buna baxmayaraq şirkət bazar üçün az sayılmayacaq 10 illik fəaliyyət dövrünü nəzərə alaraq və qarşıdan gələn yay sezonuna ümid bəsləyərək fəaliyyətini davam etməyə çalışmışdır. Bu zaman ərzində şirkətin müqavilə əsasında iş gördüyü yerli və xarici tur operatorlar, topdan otel satıcaları firmalarla müəyyən ödəmə problemləri olduğundan ödənişi olunmuş rezervasiyaların da ləğvindən qaynaqlanan əlavə maddi itkilər yaşamışdır. Nəticədə şirkətin illərlə investisa etdiyi və sıfırdan yetişdirdiyi bir neçə əməkdaşı şirkətlə əmək müqavilələrinə xitam verərək şirkətdən ayrılmışdılar. Bunun nəticəsində şirkət həm müştəri itirmiş, həm də əldə edə biləcəyi maddi qazancdan da olmuşdur. Bütün bunların nəticəsində istər yerli və xarici tur operatorlarda şirkətin alacaqları yəni debütor borcu formalaşmışdır. Şirkət müştərilərdən aldığı vəsaitlərin bir hissəsini şirkətin fərqli borclarına yönəltmiş, o cümlədən təxirə salınmaz vergi, “DSMF” kimi dövlət borclarına da yönəltmişdir. Bütün bunların nəticəsində müştərilərin bir qisminin ödənişləri zamanında və tam olaraq ödənilə bilmədiyindən bəzi müştərilərin rezervasiyaları cərimə ilə ləğv olunmuş, bəzi rezervasiyalar da tam ödəniş olunmağına baxmayaraq ümumi rezervasiyalar nəzərə alınaraq tam şəkildə cərimə ilə tur operatorlar tərəfindən ləğv olunmuşdur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 X9 şəhərində tur sifariş etmiş, həmin turun ümumi ödəniş məbləği 8250 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Cari ilin fevral, may və iyun aylarında hissə-hissə olmaqla tam ödəniş etmişdir. Bu ödənişin bir hissəsi yəni 2475 ABŞ dolları "xxxx" MMC-nin bank hesabına köçürülmüş, nəticədə bu məbləğin hamısı tam şəkildə cərimə olunaraq rezervasiya ləğv olunmuşdur. Sonunda Zərərçəkmiş şəxs3 həmin biletlərlə Türkiyə Respublikasına gedə bilməmişdir. Sonuncu ona etirazını bildirdikdə, o, Zərərçəkmiş şəxs3 bütün halları izah etməyə çalışaraq həmin məbləğdən 2000 manat pulu geri qaytararaq qalan hissəsini ödəməyə söz vermişdir. Digər bir müştəri Zərərçəkmiş şəxs2 3000 ABŞ dolları borc almış, amma geri qaytara bilmədiyindən mülki məsələ olmamağı üçün ondan Ankara şəhərinə tur aldığını iddia edərək şikayət etmişdir. 26-cı PB-də izahat verərkən, bildirmişdir ki, bu hər hansısa bir turizm xidməti qarşılığında aldığı pul deyil. Zərərçəkmiş şəxs2 ərizəsində bildirmişdir ki, həmin pulu ona şirkətdə vermiş, halbuki o, Zərərçəkmiş şəxs2 3000 ABŞ dollarını Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində kağız konvertin arasında borc olaraq almışdır. Daha sonra Məmmədova X8 Respublikasına ümumi məbləği 3561 manat olmaqla tur sifariş etmişdir. Həmin məbləği 2 hissə olaraq 2500 manat və 1061 manat ödəmişdir. Bu məbləğin turu təşkil edən "xxxx" MMC-yə 3300 manat tam ödəniş olunmuşdur. "xxxx" MMC ilə şirkət arasında baş verən müəyyən problemlərə görə Zərərçəkmiş şəxs7 rezervasiya ödənişi tam olunmasına baxmayaraq, digər gecikdirilmiş ödənişlərə görə bu rezervasiya tam məbləğ cərimə olunmaqla ləğv edilərək sonuncu hava limanında uçuşa buraxılmamışdır. Eyni gün Zərərçəkmiş şəxs7 maddi və mənəvi təzminat olaraq dəyərindən daha bahalı olan daha üst sinif otel olmaqla Türkiyə Respublikasının Bodrum vilayətinə tur sifariş olunmuşdur. Bu turun ümumi dəyəri 4606 manat olmaqla "xxxx" MMC vasitəsi ilə "xxxx" MMC-yə tam şəkildə ödəniş olunmuşdur. Buna baxmayaraq "xxxx" digər rezervasiyaları üçün zamanında ödəniş olunmadığına görə bu tur da tam cərimə ilə ləğv olunmuş və Zərərçəkmiş şəxs7 təyinatı üzrə səfər edə bilməmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 valideynləri üçün Türkiyə Respublikasına ümumi məbləği 3060 manat olan tur sifariş etmişdir. Ödəniş tarixinə müddət olduğundan bu turun ödənişi turoperatora ödənilməmiş, nəticədə digər turlarla bərabər ləğv edilmişdir. xx.xx.2024-cü il tarixdə digər müştəri Zərərçəkmiş şəxs4 ümumi dəyəri 12010 manat olan Türkiyə Respublikasına tur sifariş etmişdir. Məbləği 2 hissə olmaqla 8406 manat və 3604 manat ödəniş etmişdir. Bu turun ödənişi turoperatora ödənilməmiş, nəticədə digər turlarla bərabər ləğv edilmişdir. xx.xx.2024-cü il tarixdə X6 adlı müştəri Montoneqro Respublikasına ümumi məbləği 4545 manat olmaqla turoperatorlardan tutulan cərimələrə görə rezervasiyanı ləğv etmişdir. Daha sonra Zərərçəkmiş şəxs9 xx.xx.2024-cü il tarixdə ofisə gələrək oğluna X17 viza dəstəyi üçün onunla müqavilə bağlamışdır. Müqaviləyə əsasən 15600 ABŞ dolları civarında pul ödəməli idi. İlkin olaraq 7000 ABŞ dolları, yəni ki 11900 manat ödəniş etmişdir. O, bununla bağlı müqavilə nüsxəsi və invoys sənədi təqdim etdi. Daha sonra həbs olunduğu üçün sənədləşmə və digər proseslər baş tutmamışdır. Digər bir müştəri Zərərçəkmiş şəxs10 ona müraciət edərək “cruize” turu sifariş edərək ödəniş etmişdir. Ödəniş məbləği 11490 manat təşkil edəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə özünə maxsus plastik kart vasitəsi ilə şirkətin rəsmi hesabına ödəmə linki vasitəsi ilə ödəniş etmişdir. Rezervasiya tur operatorlar tərəfindən təsdiqlənmədiyi üçün öhdəlik icra olunmamışdır. Digər müştəri X11 özünə və yoldaşına viza dəstəyi üçün xx.xx.2024-cü il tarixdə ofisə yaxınlaşaraq ona müraciət etmişdir. Həmin vizalar üçün 612 manat xidmət haqqı olduğundan 100 manat nəğd şəkildə, 512 manat isə plastik kartına köçürmə etmişdir. Fransa Səfirliyinin visa mərkəzi olan “Capaco” şirkətinə 100 manat ödəniş olmaqla görüş yeri götürülmüşdür. Daha sonra həbs olunduğu üçün icra edə bilməmişdir. Digər müştəri X29 3 il olar ki, tanıyır və Y.Zeynalovun təşkil etdiyi bilik yarışmalarında iştirak edən uşaqların və valideynlərinin avia bilet və visa dəstəyi xidmətlərini göstərmişdir. Sonuncu dəfə ofisə gələrək avia bilet və viza dəstəyi xidmətlərini ümumi dəyəri 17500 manat və 30450 olduğunu bildirmişdir. 17500 manatı tam olaraq ödəmiş, lakin 30450 manatdan 29000 manat ödəniş etmiş, özünə məxsus avia biletin dəyəri olan 1450 mnata pulu daha sonra ödəyəcəyini qeyd etmişdir. Bundan başqa həmin qrupdan 2 nəfər şəxsin viza dəstəyi üçün 400 manat ödəniş etməmişdir. Həmin pullardan 4000 manat X51 ödəniş etmişdir. 9940 manat isə “Sf Travela” ödəniş etmişdir. Qalan məbləği şirkətdə olan problemlərə görə ödəniş edə bilməmişdir. Digər müştəri Dadaşlı X38 Respublikasına səyahət etmək üçün mart ayının 5-də müqavilə əsasında 5100 manat avans şəklində ödəniş etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə müqaviləyə əsasən məbləğin qalıq hissəsini 11301 manat (cəmi 16401 manat) ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Türkiyə Respublikasının Kəmər vilayətində yerləşən “Rai premium” otelində 4 nəfərlik istirahət üçün ödəniş etmişdir. Digər müştərilərdə olan problemlərə görə bu tur paketin ödənişi olunmamışdır. Nəticədə nəzərdə tutulan gündən bir gün gec və tamamilə başqa otelə yönəltmişdir. Ödəniş etməkdə çətinliklər olduğu üçün yenidən 8100 manat pul alaraq onları Rai premium otelinə yerləşdirmiş, aldatmaq niyyəti olmamışdır. Yuxarıda göstərilən müştərilərin hamısı uzun illər onlarla əməkdaşlıq edib, dəfələrlə aviabilet, otel və turpaketlər əldə etmişdilər. Hər hansısa problem olmamışdır. Sonuncu dəfə də izahatında qeyd etdiyi kimi maliyyə problemlərindən irəli gələn səbəblərə görə rezervasiyalar ləğv edilmişdir. Ona 2-3 ay müddətinə dəymiş ziyanın ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə cərimə olunduğunu bilmiş, həmin andan sonra rezervasiyalar ləğv edilmişdir. Və o tarixdən sonra hər hansısa yeni rezervasiya olunmamışdır. Ləğv olunmuş rezervasiyalar maddi zərərlə belə olsa da tərəfindən bərpa etməyə çalışsa da həm işin gedişatı, həm də maddi vəziyyət buna imkan verməmişdir. 26-cı PB-də izahatında bildirdiyi kimi, Zərərçəkmiş şəxs2 son 1 il ərzində şirkətdən hər hansısa turizm xidmətləri əldə etməmişdir. Mülki məsələ olmaması üçün sonuncu bu cür şikayət edərək, məsələyə cinayət xarakteri olmasına çalışmışdır. Əksini iddia edəcək hər hansısa maddi sübut yoxdur. 2023-cü ilin dekabr ayının təxminən 15-16 tarixlərində Zərərçəkmiş şəxs1 15000 ABŞ dolları pul borc kimi götürmüşdür. Bunun üçün də Rövşən ilə aralarında protokol tərtib edilmişdir. Protokola əsasən o, 1 ay müddətinə 15000 ABŞ dolları və üzərində 10 faiz gəlir olmaqla ümumilikdə 16500 ABŞ dolları qaytarmaq üçün protokol onun tərəfindən imzalanmışdır. Bundan sonra təxminən fevralmay ayları arasında hissə-hissə olaraq ümumilikdə 1500 ABŞ dolları Zərərçəkmiş şəxs1 qaytarmışdır. Lakin ümumi işləri pis getdiyi üçün bundan sonra ödəniş etməmişdir. Sonuncu məhkəmə iclasında isə özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və himayəsində azyaşlı övladlarının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə cəzasına münasibətdə daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 2 ilə yaxın müddətdir ki tanıdığı Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayında ona zəng edərək bildirmişdir ki, İqtisadiyyat Universitetinin yeni il şənliyi çərçivəsində Dağıstana universitet rəhbərliyini göndərmək üçün tur təşkil edəcəyini, onun da bu işə 50000 manat məbləğində pul qoyaraq qoşulmağını və bunun müqabilində qazanc əldə etməyini təklif etmiş, o, kifayət qədər pulu olmadığı üçün 15000 ABŞ dolları, yəni ki, manat ekvivalenti ilə günün məzənnəsinə uyğun olaraq vermişdir. Həmin pulu xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Xəyalın Yasamal rayonu, Cəfər Cabbarlı ünvanında Caspian Plaza binasının 1-ci mərtəbəsində yerləşən ofisində nağd şəkildə şəxsən Xəyala vermiş, əvəzində isə 16500 ABŞ dolları məbləğində pul götürəcəyini vəd etmişdir. Həmin pulu Xəyala verən zaman ofisdə anket məlumatlarını bilmədiyi Xəyalın işçiləri də var idi. Lakin sonradan müxtəlif bəhanələr gətirərək, verdiyi vədə əməl etməmişdir və onun inamından sui-istifadə edərək ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, əvvəllər tanıdığı bir neçə dəfə xidmətindən istifadə elədiyi Yasamal rayonu, Cəfər Cabbarlı ünvanında Caspian Plaza binasının 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC-yə müraciət etmişdir. 2023-cü ilin dekabr ayında o, yenidən Təqsirləndirilən şəxs müraciət etmişdir. Müraciət edərək Türkiyə Respublikasına tibbi turizm ilə bağlı Xəyala tur paket almaq istədiyini bildirmiş, bununla bağlı sonuncu 3000 ABŞ dolları civarında ona tur paket təklif etmişdir. O, Xəyal ilə razılaşaraq 3000 ABŞ dollarını ona vermis, lakin bununla bağlı heç bir vauçer bilet və qəbz təqdim etməmişdir. Türkiyə Respublikasında həkimlərin qəbul vaxtı dəyişdiyi üçün o, uçuş vaxtını dəyişməli olmuş, bununla əlaqədar Xəyala yenidən müraciət edərək ödədiyi 3000 ABŞ dollar pulu geri istədikdə, geri qaytarmağa söz versə də, müxtəlif bəhanələr gətirirmiş. Daha sonra 2024-cü ilin yanvar ayında Xəyala zəng vuraraq bildirmişdir ki, pulu qaytarmağa ehtiyac yoxdur, bunun əvəzində ona, Türkiyə Respublikasına bilet və otel rezervasiyası etsin. Lakin müxtəlif bəhanələr gətirərək zaman qazanmağa çalışmışdır. Xəyal ondan istifadə etdiyi plastik kartın məlumatlarını götürərək pulu geri qaytaracağına yenə də söz vermişdir. Sonunda heç bir nəticə olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən “Caspian Plaza” adlı mərkəzin 1-ci mərtəbəsində "xxxx" adlı turizm şirkətində çalışan əvvəllər tanıdığı Həmidov X19 Respublikasının Marmaris şəhərinə istirahətə getmək üçün ona bilet təklif edərək ümumi qiyməti 8250 ABŞ dolları olacağını bildirmişdir. Bu məbləğdən ilkin olaraq 2000 ABŞ dolları ödəmişdir. Daha sonra may ayında 2250 ABŞ dolları və sonuncu olaraq iyun ayında 4000 ABŞ dolları ödəyərək tam məbləğ 8250 ABŞ dolları olmaqla qəbzin şəklini istifadəsində olan mobil telefonuna göndərmişdir. Ödəniş etdikdən sonra mütəmadi olaraq bileti tələb etdikdə, göndərməyi yubandırırdı. Sonunda saxta vauçeri ona təqdim edərək zaman qazanmağa çalışmışdır. xx.xx.2024-cü il tarixdə həmin turizm şirkətinə gedərək vauçerlərin orijinalların istədikdə, ona rezervasiya etmədiyini, başına iş gəldiyi üçün pulları xərclədiyini bildirmişdir. O, pulları geri tələb etdikdə, hər gün söz verməsinə baxmayaraq nəticə əldə olunmamışdır. xx.xx.2024-cü il tarixdə həmin məbləğdən 2000 manat pulu istifadəsində olan Kapital Banka məxsus plastik kartına köçürmüşdür. Daha sonra onunla əlaqə saxlaya bilmədiyindən məbləğin qalan hissəsini geri ala bilməmişdir. xx.xx.2024-cü il tarixdə sonuncu dəfə pulu qaytaracağına söz versə də, bu günədək heç bir əlaqə saxlamaq mümkün olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, Cəfər Cabbarlı 44 ünvanında Caspian Plaza binasında yerləşən "xxxx" MMC-yə ailəsi üçün Türkiyə Respublikası Kuşadası vilayətinə turpaket almaq məqsədilə yaxınlaşmışdır. Şirkətin məsul şəxsi olan Təqsirləndirilən şəxs tərəfindən ona müvafiq turpaket təşkil edərək ümumi məbləği 12010 manat təşkil edəcəyini bildirmiş, o, həmin qiymətlə razılaşdığı üçün ilkin olaraq 3604 manat məbləğində pulu həyat yoldaşı X15 istifadəsində olan Azərbaycan Beynəlxalq Bankına məxsus olan plastik kart vasitəsi ilə “card to card” köçürmə üsulu ilə ödəniş etmişdir. Bununla bağlı ona həmin şirkətə məxsus olan vauçer təqdim etmişdir. O, Xəyaldan əlavə olaraq qəbz istəsə də, ona qəbzin olmadığı, həmin vauçer qəbzi əvəz etdiyini bildirmişdir. Əvvəllər Təqsirləndirilən şəxsla əməkdaşlıq etdiyi üçün ona inanaraq qəbz almadan oranı tərk etmişdir. Növbəti ödənişi xx.xx.2024-cü il tarixdə 8406 manat məbləğində pulu şirkətə gələrək ödəmişdir. Yenə də qəbz tələb etdikdə, ona vauçer təqdim etmişdir. Yenidən Təqsirləndirilən şəxsla razılaşaraq oranı tərk etmişdir. Daha sonra sonuncu dəfə əlaqə saxlayaraq avia bilet, otel rezervasiyası və sairə tələb etdikdə müxtəlif bəhanələr gətirərək müddəti uzatmağa çalışırdı. xx.xx.2024-cü il tarixdə ona saxta bilet və saxta vauçer təqdim edərək yenidən onu aldadaraq öz əməllərinə davam etmişdir. Daha sonra o, ondan ödənişə daxil olan səyahət sığortası tələb etdikdə, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onu şirkətə dəvət edərək “Atəşgah sığorta” şirkətinə aid sənəd təqdim etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində istifadəsində olan mobil telefonuna sonuncu zəng edərək, ondan xahiş etmişdir ki, ailə üzvləri xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə səyahətə çıxsınlar. Səbəbini soruşduqda müxtəlif bəhanələr gətirərək sizə Ceyhun adlı şəxs zəng edərək səbəblərin izah edəcək deyərək bildirmişdir. Təqsirləndirilən şəxs Ceyhunun kim olduğunu soruşduqda müxtəlif cavablar verərək onun fikrini yayındırmağa çalışmışdır. Həmin Ceyhun adlı şəxs ***-***-**-** mobil nömrə vasitəsi ilə zəng edərək, “Təqsirləndirilən şəxs dələduzdur, heç bir rezervasiya sizin adınızda yoxdur və siz sabah səhər hava limanına getməyin, sizin rezervasiyanız saat 20:00 radələrində ləğv edilib” sözlərini demiş və o, nə edəcəyinizi soruşduqda, Məltəm adlı şəxsin onlara kömək edəcəyini bildirmişdir. Məltəm adlı şəxslə əlaqə saxladıqda, özünü “Sky Travel” şirkətinin əməkdaşı kimi təqdim etmiş və onların rezervasiyanın həqiqətən də ləğv olunduğunu bildirmiş, bərpa olunmağının mümkün olmadığını və yeganə kömək əlavə olaraq 11200 ABŞ dolları ödəyəciyi təqdirdə yenidən almağına yardım edəcəyini bildirmişdir. O, Məltəm adlı şəxsə iradını bildirərək, təklifi qəbul etməmişdir. xx.xx.2024- cü il tarixdə yenə də Təqsirləndirilən şəxs inanmayaraq Heydər Əliyev adına hava limanına gedərək əlində olan vauçer və avia bileti təqdim edərək əmin olmuşdur ki, aldadılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, cari ilin fevral ayında əvvəllər bir neçə dəfə xidmətindən istifadə elədiyi Yasamal rayonu, Cəfər Cabbarlı ünvanda Caspian Plaza binasının 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC-yə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona, bir neçə istiqamətlərə tur paketlər təklif etmişdir. Daha sonra mart ayının 5-də müqavilə əsasında 5100 manat avans şəklində ödəniş etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə müqavilə əsasən məbləğin qalıq hissəsini 11301 manat (cəmi 16401 manat) ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Türkiyə Respublikasının Kəmər vilayətində yerləşən “Rai premium” otelində 4 nəfərlik istirahət üçün ödəniş etmişdir. Daha sonra 2024-cü ilin iyul ayının əvvələrində məlum olmuşdur ki, qeyri-müəyyən səbəblərdən Casablanca Travel MMC tərəfindən ödəniş edilməmişdir. Bununla əlaqədar olaraq bir neçə dəfə Xəyal ilə əlaqə saxlamışdır. Nəticədə nəzərdə tutulan gündən bir gün gec və tamamilə başqa otelə yönəldilmişdir. Həmin oteldə 5 gün qaldıqdan sonra Xəyal söz verdiyi kimi və müqavilə üzrə nəzərdə tutulan Rai premium otelinə köçməli olsalar da, yenə də məlum olmuşdur ki, sonuncu tərəfindən ödəniş olunmamışdır. Məcbur qalaraq həmin otel üçün Xəyal yenidən ondan 8100 manat pul alaraq onu Rai premium otelinə yerləşdirmişdir. Bununla da Rai premium otelində 12 gün qalmaq əvəzinə 6 gün qalmış və otelin ödənişini Xəyala iki dəfə ödəniş etmişdir. Yəniki həmin tur paketin qiymətini 8100 manat məbləğində artıq ödəmişdir. Nəticə etibarı ilə Xəyala ödədiyi 16400 manat və 8100 manat məbləğində puldan hal-hazırda 8100 manat məbləğində pulu onu aldadaraq, inamından sui-istifadə edərək dələduzluq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, Cəfər Cabbarlı ünvanında Caspian Plaza binasında yerləşən "xxxx" şirkətinə ailəsi üçün Türkiyə Respublikası Antalya şəhərinə turpaket almaq məqsədilə yaxınlaşmışdır. Şirkətin məsul şəxsi Təqsirləndirilən şəxs tərəfindən müvafiq sənədlər təqdim olunaraq turpaketin qiyməti 3060 manat təşkil edəcəyini bildirmişdir. O, düşünmək üçün və məsləhətləşmək üçün tur haqqında məlumatları öyrənib oradan getmişdir. xx.xx.2024-cü il tarixdə yenidən şirkətə gələrək tur almaq üçün razılığını bildirmiş və ödənişin 30 faizini yəni 918 manat ödəyərək növbəti ödəniş vaxtı üçün müddət götürmüşdür. Növbəti ödənişi iyun ayının ortalarında məbləğin qalan hissəsini, yəni 2142 manat ödəyərək, qəbz istədikdə ona vauçer təqdim edərək, turun tarixini xx.xx.2024-cü il tarixə təyin etmişdir. Valideynləri səfər etməmişdən öncə bir neçə dəfə Təqsirləndirilən şəxsla əlaqə saxladıqda, zənglərinə cavab vermədiyi üçün ona “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mesaj yazaraq nə üçün həmin şirkətin boşaldığını soruşduqda narahat olmamağını bildirmiş və telefonun hər zaman açıq olduğunu qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə təqribən axşam radələrində İlkin adlı şəxs ***-***-**-** mobil nömrəsindən istifadəsində olan mobil telefonuna zəng edərək Xəyalın polis tərəfindən həbs edildiyini bildirmişdir. O, İlkin adlı şəxsə etiraz olaraq bildirmişdir ki, Xəyalın həbsinin avia bilet və tur paketinə nə aidiyyatı olduğunu, tam ödəniş etdiyini qeyd etmişdir. İlkin dəstəyi asdıqdan sonra içində olan şübhələrə görə hava limanı ilə əlaqə saxlayaraq adına heç bir avia bilet olmadığını aşkar etmişdir. Daha sonra İlkin adlı şəxsə və Təqsirləndirilən şəxs dəfələrlə zəng etməyinə baxmayaraq əlaqə saxlaya bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, Cəfər Cabbarlı 44 ünvanında Caspian Plaza binasının 1-ci mərtəbəsində yerləşən "xxxx" şirkətinin rəhbəri olan Təqsirləndirilən şəxs iyul ayında Montoneqro Respublikasına səfər etmək üçün müraciət etmişdir. Təqsirləndirilən şəxs həmin turpaketin qiymətinin 3561 manat olacağını bildirmişdir, ilkin olaraq 1061 manat pulu istifadəsində olan Kapital Banka məxsus plastik kart vasitəsi ilə “card to card” köçürmə üsulu ilə etmişdir. Məbləğin qalan hissəsini, yəni 2500 manat məbləğində pulu xx.xx.2024-cü il tarixdə şirkətə yaxınlaşaraq şəxsən Təqsirləndirilən şəxs vermişdir. O, sonuncudan qaimə tələb etdikdə, kompüterdə olan problemlərə görə qəbz verə bilməyəcəyini bildirmişdir. Daha sonra istifadəsində olan mobil telefonuna aviabilet və digər sənədləri göndərəciyini Təqsirləndirilən şəxs söz vermişdir. Həmin şirkətlə aralarında uzun müddətli münasibətlər olduğundan ona inanaraq razılığını bildirmişdir. Lakin səfər gününə qədər dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq sənədləri və qəbzi istədikdə, müxtəlif bəhanələr gətirərək hər şeyin qaydasında olduğunu, narahat olmamağını tövsiyyə edirmiş. xx.xx.2024-cü il tarixdə saat 05:30 radələrində Heydər Əliyev adına hava limanına gələrək, ona məlum olmuşdur ki, onun adına heç bir avia bilet mövcud deyil. Əsəbi şəkildə hava limanından birbaşa Yasamal rayonu, Cəfər Cabbarlı ünvanında yerləşən Caspian Plaza binasının 1-ci mərtəbəsində yerləşən "xxxx" şirkətinə gələrək, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq, tələb etmişdir ki, baş verən hadisə ilə əlaqədar olaraq dərhal iş yerinə gəlsin və ona izahını versin. Həmin telefon danışığından təxminən 2 saat sonra Təqsirləndirilən şəxs şirkətə gələrək, onu sakitləşdirmək üçün yalandan səbəblər izah edərək anlamağını xahiş etmişdir. Həmin anda onun yanında kompensasiya məqsədi ilə Türkiyə Respublikasının Bodrum vilayətinə xx.xx.2024-cü il tarixə rezervasiya etdiyini göstərmişdir. Yenidən inanaraq Təqsirləndirilən şəxsla razılaşaraq oranı tərk etmişdir. xx.xx.2024-cü il tarixdə sonuncu ona zəng edərək turpaketin hazır olduğunu bildirərək, ofisə yaxınlaşaraq sənədləri götürməyi demişdir. xx.xx.2024-cü il tarixdə şirkətə yaxınlaşarkən yenidən aldadıldığını anlamışdır. Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək sənədlərin hazır olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, cari ilin iyun ayının 10-da Yasamal rayonu, Cəfər Cabbarlı ünvanında, Caspian Plaza binasının 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC-yə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona visa düzəltməyinə köməklik edəcəyini bildirmişdir. Həmin zaman bildirmiş ki, iyul-avqust aylarında Fransa Respublikasının Səfirliyində yer olmadığı üçün sentyabr ayına 25-nə qeyd etmək mümkündür. Bunun qarşılığında 100 manat pul almışdır. Nəticədə heç bir qəbz təqdim etməmişdir. Xəyal bildirmişdir ki, ödənişin qalan hissəsi 512 manat təşkil edir. Onun üzərində həmin məbləğdə pul olmadığı üçün telefonunda olan Kapital Banka məxsus BirBank tətbiqi vasitəsilə 512 manat pulu öz kartına köçürtmə etmişdir. Daha sonra Xəyal ona bildirmişdir ki, cari ilin avqust ayının 20də gələrsən ofisə lazımi sənədləri təqdim edəcək. xx.xx.2024-cü il tarixdə ofisə gələrkən müəyyən etmişdir ki, ofis bağlanıb. O, maraqlanaraq xəbər tutmuşdur ki, Xəyal həbs edilib. Nəticədə Təqsirləndirilən şəxs 612 manat pulunu alaraq, vədinə əməl etməyərək dələduzluq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, Cəfər Cabbarlı ünvanında Caspian Plaza binasının 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC-yə müraciət etmişdir. Təqsirləndirilən şəxs “Norvegion cruize line” turuna getmək üçün turpaket təklif etmişdir. Təkliflə razılaşaraq həmin tarixdə Xəyalın bank hesabına istifadsində olan Pasha Banka məxsus plastik kart vasitəsilə 11490 mnata məbləğində pulu köçürmə etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə təsdiq vauçerləri və ödəniş qəbzi təqdim etməli olmuşdur. Lakin nə həmin gün, nədəki sonrakı günlər vədinə əməl etməyərək müxtəlif bəhanələr gətirərək zaman qazanmağa çalışmışdır. Müxtəlif vaxtlarda əlaqə saxlamağa çalışsa da, telefon zənglərinə cavab verməmişdir. xx.xx.2024-cü il tarixdə öhdəlik yazaraq xx.xx.2024-cü il tarixədək pulu geri qaytarmağa vəd vermişdir. Lakin vədinə əməl etməyərək pulu geri qaytarmayaraq yenidən inamından sui istifadə edərək onu aldatmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Monteneqro Respublikasına səyahət etmək məqsədilə xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, Cəfər Cabbarlı ünvanında Caspian Plaza binasının 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC-yə təsadüfən müraciət etmişdir. Əvvəllər bu şirkəti tanımırmış. Operatorla büdcəsinə uyğun avia bilet və otel seçəndən sonra şirkətin rəhbəri olan Təqsirləndirilən şəxs yönəltmişdir. Təqsirləndirilən şəxs müqaviləni, avia bilet, otel bronu və səyahət sığortası sənədlərini ödənişi tam şəkildə ödədikdən sonra verəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə 4545 manat məbləğində pulu ödədikdən sonra ona heç bir sənəd təqdim etməmişdir. Bundan 3 gün sonra Təqsirləndirilən şəxs guya Monteneqro otelinin sistemində problem olduğu üçün gec verəcəyini deyərək bəhanə etmişdir. Buna baxmayaraq təsadüfən bir başqa vətəndaşa tur sənədlərinin hazırlanmasına, yəni müqavilə bağlanması üçün turun qiymətini 30 faizini öncə, uçuşa 48 saat qalmış isə yerdə qalan hissəsini ödəməli olduğunu operator Nigar xanım anlatdıqda, o, eşitmişdir. Artıq pulun hamısını ofisdə Təqsirləndirilən şəxs 4545 manat məbləğində pulu tam şəkildə ödəmişdir. Nə üçün ondan 100 faiz ödəniş aldıqlarını soruşduqda, nə fərqi var deyərək cavab vermiş, amma üzündə ironik bir gülüş hiss etmişdir. xx.xx.2024-cü il tarixdə ödəniş etdikdən sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərdə göstərilən tarix razılaşdıqları tarixlərlə uzlaşmırmış. Yəni ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət əvəzinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan qeyd edilmişdir. O, operatordan bunun səbəbini soruşduqda sistemdə olan problemləri bəhanə edərək izah etməyə çalışmışdır. O, etiraz etdiyi üçün bir neçə dəqiqə gözləməli olsa da, sənədlərdə düzəliş edərək, yeni sənədləri təqdim etmişlər. Uçuşa təxminən 14-15 saat qalmış xx.xx.2024-cü il tarixdə təqribən saat 19:00-20:00 radələrində ***-***-**-** mobil nömrəli istifadəçi ona zəng edərək özünü Gülya kimi təqdim edərək, onun səyahətinin bütün rezervasiyaları ləğv olunduğunu, Xəyalın polis tərəfindən saxlanıldığını və telefonlarına zəng çatmadığını bildirmişdir. Daha sonra hava limanı ilə əlaqə saxlayaraq onun adına heç bir avia bilet rezervasiyası olmadığını öyrənmişdir. Bu da Xəyalın onun inamından, saxta sənədlərdən istifadə edərək məqsədli şəkildə aldadıb, ona qarşı dələduzluq etmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında özünü Xəyalın vəkili kimi təqdim edən bir şəxs zəng edərək polisə şikayət etməməyini, onunla görüşərək məsələni həll etməyini xahiş etmişdir. Bu da onu şikayət etməkdən yayındırmaq cəhdi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2 ilə yaxın olaraq Təqsirləndirilən şəxs təsisçi və direktoru olduğu Casablanca Travel ilə əməkdaşlıq etmişdir. 1 ilə yaxın oranın reklam işlərini görmüşdür. Cari ilin aprel ayında iş fəaliyyətini dəyişərək ofisdə işə başlamışdır. Orada tur meneceri kimi fəaliyyətini davam etmişdir. İşə başladıqda əmək haqqlarında gecikmələrlə üzləşmişdir. Bütün işçilərin əmək haqlarında gecikmələr başlamışdır. Bunun səbəbini Xəyaldan soruşduqda, müvvəqəti sıxıntılar olduğunu, fərqli tarixlər deyərək zaman qazanırmış. Müştərilərə tur paket satdıqları zaman heç bir ödəniş qəbul etməmişdir. Bütün ödənişlərin hamısı Xəyal tərəfindən qəbul edilirmiş. 2024-cü ilin iyul ayında Zərərçəkmiş şəxs7 adlı müştəri olan problemlərin şahidi olmuşdur. İş telefonuna Kəmalə mesaj ilə səs göndərərək bildirmişdir ki, hava limanında qalıb və yüksək tonla öz iradlarını bildirirmiş. O, bunu Xəyaldan soruşduqda, müxtəlif bəhanələrlə heç bir cavab verməmiş və hər şeyi həll edəcəyəni bildirmişdir. Bu məsələdən sonra Abdullayeva Sürəyya adlı müştərinin ödəniş edilmədiyindən şübhələndiyindən Xəyaldan bu barədə soruşsa da, lakin bununla bağlı heç bir cavab almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən etibarən Casablanca Travel MMC-də tur menecer vəzifəsində çalışmışdır. 2023-cü ilin sentyabr ayından etibarən Təqsirləndirilən şəxs təsisçi və direktor olduğu Casablanca şirkətində bütün işçilərin əmək haqqlarında gecikmələr başlamışdır. Bunun səbəbini soruşduqda müvvəqəti sıxıntılar olduğunu, fərqli tarixlər deyərək zaman qazanırmış. Bir çox işçilər zaman-zaman bu səbəbdən işdən çıxmağa başlamışlar. Yanvar-fevral aylarında bu problemlər davam edirmiş. Müştərilərə tur paket satdıqları zaman heç bir ödəniş qəbul etməmişlər. Bütün ödənişlərin hamısı Xəyal tərəfindən qəbul edilirmiş. Maaşlarla olan problemlərə görə o, aprel ayında həmin şirkətdən işdən çıxmışdır. Daha sonra sosial şəbəkələrdə Xəyalın tutulduğunu və barəsində cinayət işi başlanıldığını bilmişdir. Həmin müddətə qədər müştərilərlə arasında hər hansısa problem olması barədə xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 23 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən “Caspian Plaza” binanın 1-ci mərtəbəsində baş vermişdir. Hadisə yerinə baxış vət. Zərərçəkmiş şəxs2 iştirakı ilə keçirilmişdir. Vətəndaş hadisə yerini göstərərək 2023-cü ilin dekabr ayında Türkiyə Cümhuriyyətinə təyyarə bileti almaq üçün Təqsirləndirilən şəxs Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən “Caspian Plaza” binasının 1-ci mərtəbəsində 3.000 ABŞ dolları verdiyini, lakin aldadaraq pulunun ələ keçirildiyini bildirmişdir (cild 01, i.v. 09-11). xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin möhürü əks edilmiş Təqsirləndirilən şəxs yazısı və imzası olan yazılardan görünür ki, həmin yazının məzmunu “Mən, Təqsirləndirilən şəxs "xxxx" MMC şirkətinin rəhbəri olaraq yazıb bildirirəm ki, Zərərçəkmiş şəxs7 turpaket üçün 3500 AZN (üç min beş yüz manat) məbləğ almışam. Müəyyən səbəblərdən ötrü turpaket baş tutmamış, buna görə də Zərərçəkmiş şəxs7 Firdovsi qızına kompensasiya qismində 7000 AZN (yeddi min manat) ödəməyi öhtəmə götürürəm. Qeyd olunan məbləği xx.xx.2024-cü il tarixinə görə ödəyəcəyimi öhtəmə götürürəm.” şəklində olmuşdur (cild 01, i.v. 55). “Zərərçəkmiş şəxs qismində tanımaq barədə” 11 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 104- 105). “Sənədə baxış keçirilməsi və götürülməsi haqqında” 11 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X42, Azərbaycan Respublikası CPM-nin 51, 85-ci maddələrinin tələblərinə riayət edərək tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş X12 təqdim etdiyi və tərəfindən götürülmüş 01 ədəd ödəniş qəbzin surəti, ödəniş cədvəlinin surətinə tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir: Zərərçəkmiş Zərərçəkmiş şəxs4 təqdim etdiyi ödəniş cədvəlindən görünür ki: - xx.xx.2024-cü il tarixdə CTHA-00448 nömrəli qaiməyə əsasən 2120 ABŞ dolları ödənilmiş 4945 ABŞ dolları qalıq qalması əks olunur. Bundan başqa zərərçəkmiş Zərərçəkmiş şəxs4 təqdim etdiyi 72122 nömrəli vauçerdə Qəhrəmanlı Yaşar, Qəhrəmanova İzabella, Qəhrəmanlı İsmayıl, İbrahimli Zaur xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək 12 gün müddətinə Türkiyə Respublikası “X55 Resort” hotelinə səyahət etmələri olduqları əks olunur. Baxış və götürmə aparılarkən heç bir texniki vasitədən istifadə edilmədi. Təqdim edilmiş 01 vərəqədə vauçer və 01 vərəqədə ödəniş cədvəli protokola əlavə edildi (cild 01, i.v. 113-115). “Zərərçəkmiş şəxs qismində tanımaq barədə” 11 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 117- 118). “Sənədə baxış keçirilməsi və götürülməsi haqqında” 11 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X42, Azərbaycan Respublikası CPM-nin 51, 85-ci maddələrinin tələblərinə riayət edərək tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs3 təqdim etdiyi və tərəfindən götürülmüş 09 ədəd vauçerə baxış zamanı müəyyən edildimişdir: Zərərçəkmiş Zərərçəkmiş şəxs3 təqdim etdiyi vauçerlərdən görünür ki: - 02.07.2024-cü il tarixdə tərtib edilmiş 69602 nömrəli vauçer əsasında Zərərçəkmiş şəxs3, Cəfərli Zəhra, Cəfərli Hafiz xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Türkiyə Respublikasının Orka Lotus Beac hotelinə səyahət olması müşahidə olunur. - 2.07.2024-cü il tarixli 69602 “cbit-voucher” əsasında Zərərçəkmiş şəxs3, Cəfərli Zəhra, Cəfərli Hafiz xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Heydər Əliyev adına hava limanından Dalaman şəhəri hava limanına gediş, xx.xx.2024-cü il tarixdə isə Dalaman şəhəri hava limanından Bakı şəhəri Heydər Əliyev adına hava limanına dönüş etməsi müşahidə olunur. Baxış və götürmə aparılarkən heç bir texniki vasitədən istifadə edilmədi. Təqdim edilmiş 09 ədəd vauçerin əsli protokola əlavə edildi (cild 01, i.v. 126-134). “Zərərçəkmiş şəxs qismində tanımaq barədə” 11 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 136- 137). “Zərərçəkmiş şəxs qismində tanımaq barədə” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 146- 147). “Sənədə baxış keçirilməsi və götürülməsi haqqında” 12 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X42 Azərbaycan Respublikası CPM-nin 51, 85-ci maddələrinin tələblərinə riayət edərək tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs7 təqdim etdiyi və tərəfindən götürülmüş 01 ədəd ödəniş qəbzin surəti, Təqsirləndirilən şəxs ilə aralarında “WhatsApp” ani mesajlaşma proqramında aparılmış yazışmaların köçürüldüyü 01 səhifədən ibarət sənəd surətləri tərəfindən baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Zərərçəkmiş Zərərçəkmiş şəxs7 təqdim etdiyi ödəniş qəbzindən görünür ki: - xx.xx.2024-cü il tarixdə 16:44-də **********8 nömrəli köçürmə qəbzində qəbzdə 416973******3579 nömrəli plastik kart hesabından 416973*******1136 nömrəli kart hesabına 1061 manat ödəniş edilməsi əks olunur. Bundan başqa zərərçəkmiş Zərərçəkmiş şəxs7 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında “WhatsApp” ani mesajlaşma proqramında aparılmış yazışmaların köçürüldüyü 01 səhifədən ibarət sənəd surətlərindən görünür ki, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs istifadəsində olan +**********54 saylı mobil nömrəsinə “WhatsApp” ani mesajlaşma proqramında tur təşkil olunması dair vədlər verməsi mövzusunda mesajlar yazılması aşkar edilmişdir. Baxış və götürmə aparılarkən heç bir texniki vasitədən istifadə edilmədi. Təqdim edilmiş 01 vərəqədə “WhatsApp” ani mesajlaşma proqramında yazışmaların surəti və 01 ədəd köçürmə qəbzi protokola əlavə edildi (cild 01, i.v. 155-157). “Zərərçəkmiş şəxs qismində tanımaq barədə” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 159- 160). “Sənədə baxış keçirilməsi və götürülməsi haqqında” 12 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X42, Azərbaycan Respublikası CPM-nin 51, 85-ci maddələrinin tələblərinə riayət edərək tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə X1 təqdim etdiyi və tərəfindən götürülmüş 05 vərəqədə müqavilə və 01 ədəd vauçerin surətinə tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir: X1 təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki: - xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə X6 arasında tərtib edilmiş CT-X-105/24 nömrəli müqaviləyə əsasən 4545 manat edilmiş ödənişə əsasən Monteneqro turu təşkil olunması müşahidə edilir. - xx.xx.2024-cü il tarixli “cbit-vouçer”ə əsasən X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Heydər Əliyev adına hava limanından Tivat şəhəri hava limanına gediş, xx.xx.2024-cü il tarixdə geri dönüş avia bilet rezervasiya olması müşahidə edilir. Baxış və götürmə aparılarkən heç bir texniki vasitədən istifadə edilmədi. Təqdim edilmiş 05 vərəqədə müqavilənin surəti və 01 ədəd avia bilet rezervasiya vauçeri protokola əlavə edildi (cild 01, i.v. 168-174). “Sənədə baxış keçirilməsi və götürülməsi haqqında” 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X42, Azərbaycan Respublikası CPM-nin 51, 85-ci maddələrinin tələblərinə riayət edərək tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş X23 təqdim etdiyi və tərəfindən götürülmüş 01 vərəqədə rezervasiya sənədinin surəti, 04 vərəqədə zaminlik müqaviləsinin surəti, 08 vərəqədə avidaşımaların və turların satış hüquqlarının verilməsinə dair müaqvilənin surəti və 06 vərəqədə avidaşımaların və turlarına satış hüququnun verilməsi dair müqavilənin surətinə tərəfindən baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Şahid X23 müqavilələrdən görünür ki: - xx.xx.2024-cü il tarixdə BLT-ZM 026/2024 nömrəli müqaviləyə əsasən "xxxx" MMC "xxxx" MMC arasında “borclu”, “kreditor” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “zamin” “borclu” ilə birlikdə “kreditor” qarşısında birgə məsuliyyət daşımağa öz öhdəsinə götürməkləri müşahidə edilir. - Bundan başqa, xx.xx.2024-ü il tarixdə BLT026/24 saylı müqaviləyə əsasən Turagent Turistin sifarişinə uyğun kopleks turizm xidmətlərini təqdim etməyi, turist isə göstərilən xidmətlərin dəyərini Turagentə ödəməyi öhdələrinə götürməsi müşahidə olunur. - Bundan başqa, xx.xx.2024-cü il tarixdə BLT 026/24 nömrəli müqaviləyə əsasən agent mümkün olan reyslərə sərnişin daşımları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə verir, subagent isə bu avidaşımaların satışından əldə edilmiş məbləğlərin, bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödənişini həyata keçirməyi öhdəsinə götürür. Baxış və götürmə aparılarkən heç bir texniki vasitədən istifadə edilmədi. Təqdim edilmiş 01 vərəqədə rezervasiya sənədinin surəti, 04 vərəqədə zaminlik müqaviləsinin surəti, 08 vərəqədə avidaşımaların və turların satış hüquqlarının verilməsinə dair müqavilənin surəti və 06 vərəqədə avidaşımaların və turlarına satış hüququnun verilməsi dair müqavilənin surəti protokola əlavə edildi (cild 01, i.v. 218-237). “Zərərçəkmiş şəxs qismində tanımaq barədə” 23 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 245- 246). “Sənədə baxış keçirilməsi və götürülməsi haqqında” 23 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X42, Azərbaycan Respublikası CPM-nin 51, 85-ci maddələrinin tələblərinə riayət edərək tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs9 təqdim etdiyi və tərəfindən götürülmüş 04 vərəqədə müqavilənin surəti və 01 ədəd maliyyə sənədinin surətinə tərəfindən baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Zərərçəkmiş Zərərçəkmiş şəxs9 təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki: - xx.xx.2024-cü il tarixdə CT-X-105-24 nömrəli aviabiletlərin alınması və turist xidmətlərinin təşkilinə dair müqaviləyə əsasən Zərərçəkmiş şəxs9 X17 turistik və işüzar B1/B2 vizasının əldə olunması üçün Viza dəstəyi xidməti göstərilməsi təşkil müşahidə edilir. -Bundan başqa xx.xx.2024-cü il tarixdə maliyyə sənədindən görsənir ki, 7000 ABŞ dolları ödənilmiş 8600 ABŞ dolları qalıq qalması müşahidə edilir. Baxış və götürmə aparılarkən heç bir texniki vasitədən istifadə edilmədi. Təqdim edilmiş 04 vərəqədə müqavilənin surəti və 01 ədəd maliyyə sənədi protokola əlavə edildi (cild 01, i.v. 254-259). “Zərərçəkmiş şəxs qismində tanımaq barədə” 23 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 02, i.v. 02- 03). “Sənədə baxış keçirilməsi və götürülməsi haqqında” 23 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X42, Azərbaycan Respublikası CPM-nin 51, 85-ci maddələrinin tələblərinə riayət edərək tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs10 təqdim etdiyi və tərəfindən götürülmüş 01 ədəd köçürmə qəbzinin surəti, Təqsirləndirilən şəxs ilə aralarında “WhatsApp” ani mesajlaşma proqramında aparılmış yazışmaların köçürüldüyü 05 vərəqədən ibarət sənəd surətlərinə tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs10 təqdim etdiyi ödəniş qəbzindən görünür ki: - xx.xx.2024-cü il tarixdə 19:55-də 173783 təsdiq kodu olan “payriff-csblnc” ödəniş hesabına 7860 “miles smiles elite” nömrəli plastik kart hesabından 11490 manat ödəniş edilməsi əks olunur. Bundan başqa zərərçəkmiş Zərərçəkmiş şəxs10 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında “WhatsApp” ani mesajlaşma proqramında aparılmış yazışmaların köçürüldüyü 05 vərəqədən ibarət sənəd surətlərindən görünür ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs istifadəsində olan +**********54 saylı mobil nömrəsinə “WhatsApp” ani mesajlaşma proqramında avibilet alınması və “cruiz” gəmisinə tur paket təşkil edilməsinə dair vədlər verməsi mövzusunda mesajlar yazılması aşkar edilmişdir. Baxış və götürmə aparılarkən heç bir texniki vasitədən istifadə edilmədi. Təqdim edilmiş vərəqədə “WhatsApp” ani mesajlaşma proqramında yazışmaların surəti və 01 ədəd köçürmə qəbzi protokola əlavə edildi (cild 02, i.v. 11-19). “Zərərçəkmiş şəxs qismində tanımaq barədə” 23 avqust 2024-cü il tarixli qərardan görünür ki, X36 zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 02, i.v. 29-30). “Sənədə baxış keçirilməsi və götürülməsi haqqında” 23 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X42, Azərbaycan Respublikası CPM-nin 51, 85-ci maddələrinin tələblərinə riayət edərək tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş X24 təqdim etdiyi və tərəfindən götürülmüş 16 vərəqədə köçürmə qəbzinin surəti, Təqsirləndirilən şəxs ilə aralarında “WhatsApp” ani mesajlaşma proqramında aparılmış yazışmaların köçürüldüyü 76 səhifədən ibarət sənəd surətləri tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş X24 təqdim etdiyi ödəniş qəbzindən görünür ki: - xx.xx.2024-cü il tarixdə 17:33-də ********* nömrəli köçürmə qəbzində 416974******4028 nömrəli plastik kart hesabından 416973*******0130 nömrəli kart hesabına 1783 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 15:16-də ********* nömrəli köçürmə qəbzində 523915******0910 nömrəli plastik kart hesabından 523915*******8442 nömrəli kart hesabına 2850 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 10:08-də ********* nömrəli köçürmə qəbzində 416974******0743 nömrəli plastik kart hesabından 416973*******1136 nömrəli kart hesabına 1000 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 13:20-də ******* nömrəli köçürmə qəbzində 4628******7116 nömrəli plastik kart hesabından 523915*******8442 nömrəli kart hesabına 1425 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 17:47-də ********* nömrəli köçürmə qəbzində 416973******0193 nömrəli plastik kart hesabından 523915*******8442 nömrəli kart hesabına 1425 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 14:41-də Sumqayıt şəhəri, 10-cu mkr, Babək prospektində yerləşən “Qayalı Gold” Supermarketin içərisində yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə 523915*******8442 nömrəli kart hesabına 1425 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 18:39-də **********9 nömrəli köçürmə qəbzində 523915******1627 nömrəli plastik kart hesabından 523915*******8442 nömrəli kart hesabına 2500 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 18:41-də **********0 nömrəli köçürmə qəbzində 523915******1627 nömrəli plastik kart hesabından 523915*******8442 nömrəli kart hesabına 1000 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 17:33-də ********* nömrəli köçürmə qəbzində 416374******4028 nömrəli plastik kart hesabından 416973*******0130 nömrəli kart hesabına 1783 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 16:01-də **********4 nömrəli köçürmə qəbzində 416973******0408 nömrəli plastik kart hesabından 416973*******0130 nömrəli kart hesabına 1783 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 09:53-də 1-8297934 nömrəli köçürmə qəbzində 416973******2778 nömrəli plastik kart hesabından 523915*******8442 nömrəli kart hesabına 1425 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 17:16-də ********* nömrəli köçürmə qəbzində 416973******7063 nömrəli plastik kart hesabından 523915*******8442 nömrəli kart hesabına 566 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 18:15-də ********* nömrəli köçürmə qəbzində 523915******8836 nömrəli plastik kart hesabından 416973*******0130 nömrəli kart hesabına 1783 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 15:16-də ********* nömrəli köçürmə qəbzində 523915******0910 nömrəli plastik kart hesabından 523915*******8442 nömrəli kart hesabına 2850 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 10:08-də ********* nömrəli köçürmə qəbzində 416974******0743 nömrəli plastik kart hesabından 416973*******1136 nömrəli kart hesabına 1000 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 20:38-də ********* nömrəli köçürmə qəbzində 416973******1430 nömrəli plastik kart hesabından 416973*******1136 nömrəli kart hesabına 425 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 17:47-də **********0 nömrəli köçürmə qəbzində 416973******0193 nömrəli plastik kart hesabından 523915*******8442 nömrəli kart lesabına 1425 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 14:58-də 418980******9271 nömrəli plastik kart hesabından 523915*******8442 nömrəli kart hesabına 1425 manat ödəniş edilməsi əks olunur. - Bundan başqa xx.xx.2024-cü il tarixdə 16:33-də **********5 nömrəli köçürmə qəbzində 523915******2994 nömrəli plastik kart hesabından 523915*******8442 nömrəli kart hesabına 1425 manat ödəniş edilməsi əks olunur. Bundan başqa zərərçəkmiş X24 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında “WhatsApp” ani mesajlaşma proqramında aparılmış yazışmaların köçürüldüyü 76 səhifədən ibarət sənəd surətlərindən görünür ki, X49 Həmidovun istifadəsində olan +**********54 saylı mobil nömrəsinə “WhatsApp” ani mesajlaşma proqramında avibilet alınması və viza dəstəyinin göstərilməsinə dair vədlər verməsi mövzusunda mesajlar yazılması aşkar edilmişdir. Baxış və götürmə aparılarkən heç bir texniki vasitədən istifadə edilmədi. Təqdim edilmiş 76 vərəqədə “WhatsApp” ani mesajlaşma proqramında yazışmaların surəti və 16 ədəd köçürmə qəbzi protokola əlavə edildi (cild 02, i.v. 38-131). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 nömrəli X14”dan daxil olmuş xx.xx.2024-cü il tarixli, 1/3385 nömrəli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X5 müraciət etməyib (cild 02, i.v. 134). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X40 daxil olmuş xx.xx.2024-cü il tarixli, xx/xx-9807 nömrəli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild 02, i.v. 138). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X40 daxil olmuş xx.xx.2024-cü il tarixli, 10573 nömrəli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 02, i.v. 139). “Zərərçəkmiş şəxs qismində tanımaq barədə” 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 02, i.v. 151- 152). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 30 avqust 2024-cü il tarixli, 3-21- 2-5/2-2278/2024 nömrəli məktuba əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci ildə VÖEN verilmiş, əsas fəaliyyət növü etil (yeyinti) spirtinin və alkoqollu içkilərin idxalı olmuş, həmçinin xx.xx.2013-cü il tarixdə verilmiş ********** nömrəli VÖEN ilə fəaliyyət göstərmiş "xxxx" MMC-yə Təqsirləndirilən şəxs rəhbərlik etmişdir (cild 02, i.v. 160-161). “Zərərçəkmiş şəxs qismində tanımaq barədə” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 02, i.v. 163- 164). 16 sentyabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs7 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 02, i.v. 180-185). 16 sentyabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs4 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 02, i.v. 186-191). 16 sentyabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 02, i.v. 192-197). 16 sentyabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 02, i.v. 192-197). 16 sentyabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X36 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, X36 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 02, i.v. 198-203). 16 sentyabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs6 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 02, i.v. 204-209). 16 sentyabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs9 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 02, i.v. 210-214). 17 sentyabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs5 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 02, i.v. 224-228). 17 sentyabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs11 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs11 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 02, i.v. 229-234). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 09 sentyabr 2024-cü il tarixli, 3-21-2-2-1/2-B-1xx-xx/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət qeydiyyatına alındığı xx.xx.2013-cü il tarixdən hazıradək rəhbəridir. Təqsirləndirilən şəxs təsisçisi olduğu hüquqi şəxslərə münasibətdə bildiririk ki, “‘Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1.2-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) barədə məlumatlar kommersiya sirri hesab edilir. Həmin məlumatlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.9.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanlarına verilə bilər. Həmçinin bildiririk ki, Təqsirləndirilən şəxs (VÖEN: **********) xx.xx.2011-ci il tarixdə təqdim etdiyi ərizə əsasında, əsas fəaliyyət növü “Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin idxalı” olmaqla 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi (fiziki şəxs) kimi uçota alınmışdır. Təqsirləndirilən şəxs (VÖEN 680056 6042) 21.01,2012-ci il tarixdə vergi orqanına təqdim etdiyi arayış əsasında xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2014-cü il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2015-ci il tarixdən xx.xx.2019cu il tarixədək və xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir (cild 02, i.v. 238-239). “Zərərçəkmiş şəxs qismində tanımaq barədə” 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 02, i.v. 243- 244). “Sənədə baxış keçirilməsi və götürülməsi haqqında” 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X42, Azərbaycan Respublikası CPM-nin 51, 85-ci maddələrinin tələblərinə riayət edərək tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi və müstəntiq tərəfindən götürülmüş 01 ədəd protokolun surətinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi protokoldan görünür ki: - xx.xx.2023-cü il tarixdə 02/01-48 nömrəli protokola əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 15000 ABŞ dolları götürmüş, xx.xx.2024-cü il tarixdə 16500 ABŞ dolları qaytarmaq öhdəliyi götürməsi əks olunur. Baxış və götürmə aparılarkən heç bir texniki vasitədən istifadə edilmədi. Təqdim edilmiş 01 vərəqədə protokol əlavə edildi (cild 02, i.v. 252-253). “Zərərçəkmiş şəxs qismində tanımaq barədə” 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 03, i.v. 16-17). 21 oktyabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 03, i.v. 31-36). 21 oktyabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 03, i.v. 37-41). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında” 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsindən, həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamın yenidən elan edilməsi, Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdə Yasamal rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidov tərəfindən seçilmiş həbs qismində qətimkan tədbiri və 02 oktyabr 2024cü il tarixdə Yasamal rayon Məhkəməsinin hakimi Orxan Məmmədli tərəfindən 01 ay uzadılmış həbs qismində qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılmasının nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı hər hansı şəxs və ya şəxslərlə əlbirliyi müəyyən edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işinin istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş X37, Şahid2 və Şahid1 hərəkətlərində heç bir cinayət əməlinin tərkib əlamətləri müəyyən olunmadığından, barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş 01 vərəqədən ibarət 18 dekabr 2023-cü il tarixli “K002” nömrəli protokol sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə Zərərçəkmiş şəxs4 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş 02 vərəqdən ibarət 03 fevral 2024-cü il tarixli CTHA-00448 nömrəli qaimənin sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə Zərərçəkmiş şəxs7 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş “WhatsApp” ani mesajlaşma proqramında yazışmaların köçürüldüyü 01 vərəq və 01 vərəqdən ibarət **********8 nömrəli köçürmə qəbzin sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə Zərərçəkmiş şəxs9 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş xx.xx.2024-cü il tarixli CT-X-105-24 nömrəli aviabiletlərin alınması və turist xidmətlərinin təşkilinə dair müqavilə sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə Zərərçəkmiş şəxs10 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş, 01 vərəqdən ibarət xx.xx.2024-cü il tarixli 19:55-də 173783 təsdiq kodu olan “payriff-csblnc” ödəniş hesabı və 05 vərəqdən ibarət “WhatsApp” danışıqlarının köçürüldüyü sənəd surətlərinin sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə şahid qismində dindirilmiş X23 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş onunla Təqsirləndirilən şəxs arasında xx.xx.2024-cü il tarixdə BLT-ZM 026/2024 nömrəli müqavilə, xx.xx.2024-ü il tarixdə BLT026/24 saylı müqavilə və xx.xx.2024-cü il tarixdə BLT 026/24 nömrəli müqavilə sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış X24 zərərçəkmiş şəxs qismində statusuna xitam verilməsi, əlavə araşdırma aparılması və gələcəkdə qiymət verilməsi üçün cinayət işindən X24 müraciəti əsasında toplanmış material zəruri sənədlərin kserosurəti çıxarılmaqla ayrılması, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxs hesab edilməsi, iş üzrə alınmış zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolları, maddi sübutlar və digər istintaq sənədlərinin sübut növü kimi qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (cild 03, i.v. 45-59). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanası tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-17/38/2-303/2025 saylı məktubla göndərilmiş tibbi arayışdan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilmişdir. İlkin tibbi müayinə zamanı o, deməsinə görə böyrək daşı xəstəsi olduğunu, dəfələrlə letohipsiya keçirdiyini bildirmişdir, 2009-cu ildə sol tərəfli varikoseliektomiya cərrahı əməliyyatı keçirdiyini bildirmişdir. Müayinə nəticəsində ona “Böyrək daşı xəstəliyi” diaqnozu qoyulmuşdur. Sorğu zamanı zədə almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman yeni xəsarət izi aşkar edilməmişdir. Təcridxanada saxlandığı dövrdə səhhəti həkim nəzarətindədir və gələcəkdə hər hansı bir ağırlaşma baş verdikdə lazımı tibbi tədbirlər görüləcəkdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyandan 510 manat, 1100 dollar ödənilmişdir, hazırda 13600 dollar qalmışdır. “X35”-in direktoru Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş 18 dekabr 2023-cü il tarixli, 02/01-48 nömrəli məktubdan görünür ki, protokolun məzmunu “Mən, "xxxx" MMCnin təsisçisi və direktoru Təqsirləndirilən şəxs (Ş.V.: AA*******) yazıb bildirirəm ki, müştərək iş görmək üçün Zərərçəkmiş şəxs1 (Ş.V.: AA*******) xx.xx.2023 tarixində 15000 usd (on beş min amerika dolları) borc aldım. Eyni anda yazaraq bildirirəm ki, xx.xx.2024 tarixində borcumun qarşılığı olaraq Zərərçəkmiş şəxs1 16500 usd (on altı min beş yüz amerika dolları) ödəniş edəcəm” şəklində olmuşdur. Ödəniş qəbzlərinin surətindən görünür ki, ********* nömrəli qəbzlə xx.xx.2024-cü il tarixdə 416973******1136 nömrəli kart hesabından 409809******6327 nömrəli kart hesabına 200 USD, ********* nömrəli qəbzlə xx.xx.2024-cü il tarixdə 416973******1136 nömrəli kart hesabından 409809******6327 nömrəli kart hesabına 200 USD, ********* nömrəli qəbzlə xx.xx.2024-cü il tarixdə 416973******1136 nömrəli kart hesabından 409809******3739 nömrəli kart hesabına 510 AZN, 5261 63** **** 0166 nömrəli kart hesabından 4189 80** ****1402 nömrəli kart hesabına 200 USD ödəniş edilmişdir. Screenshotdan görünür ki, mətnin məzmununda “əməliyyat tamamlandı. Məbləğ 500.00 USD Təbiətimizi qorumaq naminə çek təqdim etmirik. Əməliyyat tarixçənə Ubankda baxa bilərsən.” məzmunda olmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 10 avqust 2024cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və X3 müraciətləri əsasında Yasamal RPİnin İstintaq şöbəsində toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 01, i.v. 1-2). “Materialın ərazi aidiyyəti üzrə göndərilməsi barədə” 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material araşdırmanın davam etdirilməsi üçün Yasamal RPİ-nin 27-ci PŞ-yə göndərilmişdir (cild 01, i.v. 16). “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilib qərar qəbul edilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (cild 01, i.v. 34). “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilib qərar qəbul edilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (cild 01, i.v. 43). “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilib qərar qəbul edilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (cild 01, i.v. 58). “Materialın aidiyyəti üzrə göndərilməsi haqqında” 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 müraciəti əsasında toplanmış material aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (cild 01, i.v. 72). “cinayət işinin icraata qəbul edilməsi haqqında” 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir (cild 01, i.v. 80). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə saat 17:50-də tutulmuşdur (cild 01, i.v. 93-94). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 01, i.v. 175-176). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-755/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 avqust 2024-cü il tarixdən, saat 17:50-dən hesablanmaqla 02 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 199-205). “Materialın cinayət işinə əlavə edilməsi haqqında” 23 avqust 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş X24 ərizəsi əsasında toplanmış HK-1/1480 saylı material icraatda Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinə əlavə edilərək bir icraatda istintaqı aparılmışdır (cild 02, i.v. 20-21). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 02, i.v. 132). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/7-2938-14/24 nömrəli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaxın qohumları; atası: xx.xx.1964-cü il təvəllüdlü X25, anası: xx.xx.1963-cü il təvəllüdlü X26, bacısı: xx.xx.1986-cı il təvəllüdlü X13, bacısı: xx.xx.1996-cı il təvəllüdlü X18, arvadı: xx.xx.1987-ci il təvəllüdlü X30 (nikah xx.xx.2005-ci il tarixdə 39 saylı akt ilə Sabirabad rayon qeydiyyat şöbəsində qeydə alınıb), qızı: xx.xx.2013-cü il təvəllüdlü X31 və oğlu: xx.xx.2020-ci il təvəllüdlü X43 (cild 02, i.v. 133). Materialın cinayət işinə əlavə edilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs8 ərizəsi əsasında toplanmış HK-1/1487 saylı material icraatda Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinə əlavə edilərək bir icraatda istintaqı aparılmışdır (cild 02, i.v. 140-141). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-895/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni, 10 noyabr 2024-cü il tarixədək uzadılmışdır (cild 03, i.v. 8-12). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli, 3-21-3-02/2-12142/2024 nömrəli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır (cild 03, i.v. 13-14). 21 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis leytenantı X42 tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə “cybar.az” saytına daxil olaraq, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə olan ABŞ dolların Azərbaycan manatına olan məzənnəsini çıxardaraq cinayət işinin materiallarına əlavə etmişdir (cild 03, i.v. 42-44). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir (cild 03, i.v. 61-64). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X31 və xx.xx.2020-ci il təvəllüdlü X43 adında övladları vardır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətmiş olduğu əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri, o cümlədən, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirmək məqsədi ilə təqsirləndirilən şəxsə müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CMin 46-cı maddəsinə istinad edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, o cümlədən, ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əlavə cəza olaraq AR CM-nin 46.2-ci maddəsinə əsasən 01 il müddətə turizm sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 vərəqədən ibarət 18 dekabr 2023-cü il tarixli “K002” nömrəli protokol, iş üzrə Zərərçəkmiş şəxs4 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş 02 vərəqdən ibarət 03 fevral 2024-cü il tarixli CTHA- 00448 nömrəli qaimə, iş üzrə Zərərçəkmiş şəxs7 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş “WhatsApp” ani mesajlaşma proqramında yazışmaların köçürüldüyü 01 vərəq və 01 vərəqdən ibarət **********8 nömrəli köçürmə qəbzi, iş üzrə Zərərçəkmiş şəxs9 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş xx.xx.2024-cü il tarixli CT-X-105-24 nömrəli aviabiletlərin alınması və turist xidmətlərinin təşkilinə dair müqavilə, iş üzrə Zərərçəkmiş şəxs10 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş, 01 vərəqdən ibarət xx.xx.2024-cü il tarixli 19:55-də 173783 təsdiq kodu olan “payriff-csblnc” ödəniş hesabı və 05 vərəqdən ibarət “WhatsApp” danışıqlarının köçürüldüyü sənəd surətləri, iş üzrə şahid qismində dindirilmiş X23 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş onunla Təqsirləndirilən şəxs arasında xx.xx.2024-cü il tarixdə BLT-ZM 026/2024 nömrəli müqavilə, xx.xx.2024-ü il tarixdə BLT026/24 saylı müqavilə və xx.xx.2024-cü il tarixdə BLT 026/24 nömrəli müqavilə iş materiallarında saxlanılmalıdır. İş üzrə verilmiş mülki iddialar ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş maddi zərərə görə 8100 (səkkiz min yüz) manat, mənəvi zərərə görə isə 1000 (min) manat məbləğində pul vəsaitinin mülki cavabdeh qismində Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi üzrə mülki iddiaçı X7 Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş maddi zərərə görə 4545 (dörd min beş yüz qırx beş) manat, mənəvi zərərə görə isə 1000 (min) manat məbləğində pul vəsaitinin mülki cavabdeh qismində Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər və mülki iddiaçılar iddianın təmin edilməsini xahiş etmiş, təqsirləndirilən şəxs və mülki cavabdeh isə irəli sürülmüş mülki iddiaya dair hansı qərarın qəbul ediləcəyi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə irəli sürülmüş mülki iddialar ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizələri, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs5 və X3 Təqsirləndirilən şəxs qarşı mülki iddiaları baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. 316.2-ci maddəsinə əsasən mülki iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədikdə mülki iddia baxılmamış saxlana bilər. Bu, mülki iddia vermiş şəxsi iddianı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququndan məhrum etmir; 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 75-ci bəndində göstərilmişdir ki, Mülki iddiaçı və ya onun nümayəndəsi məhkəməyə gəlmədiyi və iddiaya onların iştirakı olmadan baxılması barədə vəsatət vermədikləri hallarda da mülki iddia baxılmamış saxlanıla bilər. Mülki iddiaçı və ya onun nümayəndəsi onların iştirakı olmadan mülki iddiaya baxılması haqqında vəsatət qaldırdıqda, habelə prokuror tərəfindən CPM-in 181.7-ci maddəsində göstərilən hallarda verilmiş mülki iddia dövlət ittıhamçısı tərəfindən müdafiə olunduqda, məhkəmə CPM-in 316.3.1 və 316.3.2-ci maddələrinə uyğun olaraq mülki iddiaçının və ya onun nümayəndəsinin gəlib-gəlməməsindən asılı olmayaraq iddiaya baxmalıdır. Beləliklə, mülki iddiaçılar Zərərçəkmiş şəxs5 və X7 və ya onların nümayəndələri məhkəmə iclaslarına gəlmədikləri üçün, həmçinin onların vermiş olduqları iddia ilə bağlı mövqelərini hazırki vaxtda müəyyən etmək mümkün olmadığından və mülki iddiaya dair ərizəyə onların iştirakı olmadan baxılması barədə vəsatət vermədikləri üçün irəli sürülmüş mülki iddialar baxılmamış saxlanılmalıdır. Odur ki, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs5 və X3 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ Zərərçəkmiş şəxs5 və X4 izah olunmalıdır. Digər mülki iddialara münasibətdə məhkəmə qeyd edir ki, irəli sürülmüş mülki iddialar qismən əsaslı olduğu üçün, qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 25500 (iyirmi beş min beş yüz) manat maddi ziyan və 166 (yüz altmış altı) manat ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona vurulmuş maddi zərərə görə 12010 (on iki min on) manat, mənəvi zərərə görə isə 12000 (on iki min) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona vurulmuş maddi zərərə görə 11900 (on bir min doqquz yüz) manat, mənəvi zərər görə isə 5000 (beş min) məbləğində pul vəsaitinin və 140,70 (yüz qırx manat yetmiş qəpik) ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 cinayət nəticəsində 25500 manat maddi ziyanın vurulması və Təqsirləndirilən şəxs cinayət nəticəsində ona 1100 ABŞ dolları (1870 manat həmin dövrün məzənnəsilə) və 510 manat ödəməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından irəli sürülmüş mülki iddia həmin hissədə qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən mülki iddianın verilməsinə görə dövlət rüsumu qismində ödənilmiş 166 (yüz altmış altı) manat pul məbləğinin 150 (yüz əlli) manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 cinayət nəticəsində ona 12010 manat maddi ziyan vurulması məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından irəli sürülmüş mülki iddia həmin hissədə qismən təmin edilməlidir . Bundan başqa məhkəmə qeyd edir ki, mülki iddiaçı cinayət nəticəsində ona vurulmuş mənəvi zərər üçün təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 12000 manat məbləğində pul vəsaiti tələb etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia bu hissədə təmin edilməməlidir. Belə ki, uzun sürən məhkəmə istintaqı zamanı mülki iddiaçı tərəfindən cinayət nəticəsində mənəvi ziyanın vurulması ilə bağlı pul tələbi irəli sürülsə də, öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.) Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iddia cinayət nəticəsində mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 cinayət nəticəsində 11900 manat maddi ziyan vurulması məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından irəli sürülmüş mülki iddia həmin hissədə qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən mülki iddianın verilməsinə görə dövlət rüsumu qismində ödənilmiş 140,70 (yüz qırx manat yetmiş qəpik) manat pul məbləğinin 125,70 (yüz iyirmi beş manat yetmiş qəpik) manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, mülki iddiaçı cinayət nəticəsində ona vurulmuş mənəvi zərər üçün təqsirləndirilən şəxs və mülki cavabdehdən 5000 manat məbləğində pul vəsaiti tələb etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia bu hissədə təmin edilməməlidir. Belə ki, uzun sürən məhkəmə istintaqı zamanı mülki iddiaçı tərəfindən cinayət nəticəsində mənəvi ziyanın vurulması ilə bağlı pul tələbi irəli sürülsə də, öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.) Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iddia cinayət nəticəsində mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında deyilir ki, mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. "İnsan Hüquqlarının və X22 Haqqında Konvensiya"nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri -əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “26 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il müddətə turizm sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan yəni 10 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs qarşı mülki iddiaları qismən təmin edilsin. Təqsirləndirilən şəxs 23120 (iyirmi üç min yüz iyirmi) manat maddi zərər tutularaq Zərərçəkmiş şəxs1 verilsin. Mülki iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 150 (yüz əlli) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs 12010 (on iki min on) manat maddi zərər tutularaq Zərərçəkmiş şəxs4 verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs 11900 (on bir min doqquz yüz) manat maddi zərər tutularaq Zərərçəkmiş şəxs9 verilsin. Mülki iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 125,70 (yüz iyirmi beş manat yetmiş qəpik) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs9 xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Mülki iddiaçı X3 və Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı mülki iddiaları baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs5 vurulmuş ziyanın ödənilməsinə dair mülki icraat qaydasında iddia vermək hüququ izah olunsun. İş üzrə maddi sübut - 01 vərəqədən ibarət 18 dekabr 2023-cü il tarixli “K002” nömrəli protokol, iş üzrə Zərərçəkmiş şəxs4 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş 02 vərəqdən ibarət 03 fevral 2024-cü il tarixli CTHA-00448 nömrəli qaimə, iş üzrə Zərərçəkmiş şəxs7 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş “WhatsApp” ani mesajlaşma proqramında yazışmaların köçürüldüyü 01 vərəq və 01 vərəqdən ibarət **********8 nömrəli köçürmə qəbzi, iş üzrə Zərərçəkmiş şəxs9 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş xx.xx.2024-cü il tarixli CT-X-105-24 nömrəli aviabiletlərin alınması və turist xidmətlərinin təşkilinə dair müqavilə, iş üzrə Zərərçəkmiş şəxs10 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş, 01 vərəqdən ibarət xx.xx.2024-cü il tarixli 19:55-də 173783 təsdiq kodu olan “payriff-csblnc” ödəniş hesabı və 05 vərəqdən ibarət “WhatsApp” danışıqlarının köçürüldüyü sənəd surətləri, iş üzrə şahid qismində dindirilmiş X23 təqdim etdiyi, müstəntiq tərəfindən götürülmüş onunla Təqsirləndirilən şəxs arasında xx.xx.2024cü il tarixdə BLT-ZM 026/2024 nömrəli müqavilə, xx.xx.2024-ü il tarixdə BLT026/24 saylı müqavilə və xx.xx.2024-cü il tarixdə BLT 026/24 nömrəli müqavilə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “26 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 210 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “26 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar