Məhkəmə qərarları › İş №1(004)-101/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-101/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-101/2022 16.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkil X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam-orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdə saat 12:25 dəqiqədə tanışı Şahid2 idarə ediyi “Toyota Prius” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq doldurmaq məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 593 nömrəli ünvanda yerləşən "xxxx" MMC-nin yanacaqdoldurma məntəqəsinə gəlmiş, sərnişini olduğu avtomobilin salonunda siqaret çəkdiyi üçün yanacaqdoldurma məntəqəsinin 7 nömrəli postunda kassir-operator vəzifəsində işləyən Zərərçəkmiş şəxs yanacaqdoldurma məntəqəsinin ərazisində siqarət çəkməyin qadağan olmasını bildirib onu qaydalara əməl etməyə dəvət etdikdə heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq öz üstünlüyünü nümayiş etdirməklə avtomobildən düşərək ictimai yer hesab olunan yanacaqdoldurma məntəqəsində ucadan səs-küy salmaqla sonuncunun ünvanına nalayiq ifadələr işlədib cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib əli ilə Zərərçəkmiş şəxs yaxasından tutub təpiklə sonuncunun ayağından vurub ona fiziki ağrı yetirməklə döymüş, Zərərçəkmiş şəxs münaqişənin davam etməməsi üçün onun əlindən çıxıb yanacaqdoldurma məntəqəsinin inzibati binasına getməsinə baxmayaraq ucadan nalayiq ifadələr işlətməklə yanacaqdoldurma məntəqəsinin normal iş fəaliyyətinin pozulmasına, səs-küyün yaranmasına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirərək davam etdirmiş, həmin vaxt onun qanunazidd davranışlarına son qoymaq, intizama dəvət etmək istəyən Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona zor tətbiq etməklə hədələməsinin ardınca yanacaqdoldurma məntəqəsinin inzibati binasının giriş qapısının qarşısında ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən bir dəfə yumruqla vuraraq zor tətbiq edib ona çənənin hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə müqavimət göstərərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, işə düzəlmək üçün Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Narkoloji” dispanserə müraciət edərək oradan sənəd götürməli olmuşdur. Bunun üçün 27 sentyabr 2021-ci il tarixdə, səhər saatlarında tanışı taksi fəaliyyəti ilə məşğul olan Şahid2la əlaqə saxlayıb ondan xahiş etmişdir ki, yaşadığı mənzilin yaxınlığından onu götürsün və birlikdə gedib sənəd məsələsini həll etsinlər. Taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid2 27 sentyabr 2021-ci il tarixdə istifadəsində olan “Toyota Prius” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobillə təxminən saat 12 radələrində onu götürmüş və birlikdə Bakı şəhəri, Yasamal rayonu istiqamətində hərəkət etmişlər. Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsi yaxınlığında olarkən sürücü Şahid2 avtomobilinə benzin vuracağını deyərək yaxınlıqda, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə daxil olmuşlar.Yol boyunca siqaret çəkmiş və yanacaq doldurma məntəqəsinə daxil olduqlarını gördükdə siqaretini əlində olan boş siqaret qutusunun içərisində söndürmüşdür. “Azpetrol” yanacaqdoldurma məntəqəsində benzin doldurmaq üçün avtomobili idarə edən tanışı Şahid2 yanacaqdoldurma məntəqəsinin işçisinə kart uzadaraq avtomobilinə yanacaq doldurmasını xahiş etmişdir. Yanacaq vuran operator kartı götürdükdən sonra sürücü tərəfdən ona səslənərək əlindəki siqareti söndürməyini bildirmişdir. Cavabında siqaretini yanacaqdoldurma məntəqəsinə daxil olmamış söndürdüyünü, lakin kənara atmadığını və buna görə əlində qaldığını operatora bildirmişdir. Operator təkrar siqareti söndürməyini bildirmiş, o, isə “siqareti söndürmüşəm, lakin sən görmürsən” deyərək cavab vermişdir. Operator isə “mən kor deyiləm, sən siqareti söndürməmisən”deyib belə olan halda benzin doldurmayacam cavabı verdikdə operatorun bu cavabına möhkəm əsəbləşmiş və kobud danışmağına, həmçinin əlavə olaraq ona nalayiq söyüşlər söyməyinə görə öz tərəfinə çağırıb avtomobildən aşağı, yəni yerə enmişdir. Yerdə olarkən bir qədər sözlü mübahisə etmiş və səhvini izah etmək üçün operatorun yaxasından tutub ayağı ilə ayağına zərbə endirmişdir. Zərbədən operator biraz ləngərləmiş və bunu görən orada olan tanımadığı petrol işçiləri onları ayırmış, hərəsi bir tərəfə çəkilmişdir. Buna baxmayaraq operator söyüş söyməyə və camaatın içində onu təhqir etməyə davam etmişdir. Bu olanlara dözməyib operatorun cavabını vermək üçün kənardan operator olan tərəfə, ofisin qarşısına tərəf yaxınlaşmağa başlamış və yanacaqdoldurma məntəqəsinin ofisinin qarşısında operatora çatdıqda sifət nahiyəsindən yumruğla bir dəfə zərbə endirmiş və operator yerə yıxılmışdır. Daha sonra orada olan işçilər onları təkrar ayırmış və gəldiyi avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışmasını və hazırda sonuncunun ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, CD diskdə olan videogörüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2014-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 593 nömrəli ünvanda, “Qələbə” dairəsi yaxınlığında yerləşən "xxxx" MMC-nin yanacaq doldurma məntəqəsində “kassir operator” vəzifəsində işləyir. İki gün səhər, iki gün axşam işləməklə rəhbərlik tərəfindən müəyyən edilmiş iş qrafikinə əsasən gündəlik olaraq işə gedib-gəlir. 27 sentyabr 2021-ci il tarixdə, səhər növbəsi olduğu üçün saat 08-də işə başlamış və ona təhkim edilmiş yeddinci postda işini işləmişdir. Həmin günü, yəni, 27 sentyabr 2021-ci il tarixdə, saat 12:25-də dayandığı yeddinci posta ağ rəngli, “Toyota Prius”markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobil yaxınlaşmış və özünə məxsus kartı təqim edərək yanacaq vurmağını xahiş etmişdir. Sözügedən avtomobilin sürücüsündən kartı götürən zaman sürücünün yanında əyləşən sərnişin, əvvəlcədən tanımadığı, sonradan X5 olduğunu bildiyi orta yaşlı, üzü tüklü bir kişinin əlində siqaret olduğunu, həmin siqaretin yanılı vəziyyətdə, yəni tüstülədiyini görmüşdür. Bu zaman sürücüdən xahiş etmişdir ki, sərnişinə bildirsin ki, yanacaq doldurma məntəqəsinin və təhlükəsizlik tədbirlərinin tələblərinə əsasən sərnişin həmin siqareti söndürməlidir, əks halda avtomobilinə yanacaq doldura bilməyəcəkdir. Zənnincə sürücü ilə bu dialoqunu sürücünün yanında əyləşən siqaret çəkən sərnişin eşitmiş və ona nalayiq söyüş söyərək «get işinlə məşğul ol, yanacağını vur» ifadəsini demişdir. O, yanacaqdoldurma məntəqəsinin ərazisində siqarət çəkməyin qadağan olmasını bildirib həmin şəxsi qaydalara əməl etməyə dəvət etdikdə Vüsal heç bir əsaslı səbəb olmadan avtomobildən düşərək ytanacaqdoldurma məntəqəsində ucadan səs-küy salmaqla onun ünvanına nalayiq ifadələr işlədib əli ilə yaxasından tutub təpiklə ayağından vurub fiziki ağrı yetirmişdir. Bunu görən müdiriyyət, iş yoldaşları və mühafizəyə nəzarət edən yanacaq doldurma məntəqəsinin əməkdaşları onlara tərəf yaxınlaşıb onları ayırmışlar. O, münaqişənin davam etməməsi üçün Vüsalın əlindən çıxıb yanacaqdoldurma məntəqəsinin inzibati binasına getməyinə baxmayaraq ucadan nalayiq ifadələr işlətməklə yanacaqdoldurma məntəqəsinin normal iş fəaliyyətinin pozulmasına, səs-küyün yaranmasına səbəb olmuşdur. Müdiriyyət onu öz otağına aparıb aranı sakitləşdirmək, onu təhqir edib, söyüşlər söyərək vurmaq istəyən şəxsi aralaşdırmaq istədikdə həmin şəxs, kənardan onu çağıraraq bir kəlmə söz deyəcəyini bildirmişdir. Vüsal qərəzli hərəkətlərini davam etdirdikdə Vüsalın qanunazidd davranışlarına son qoymaq, intizama dəvət etmək istədikdə üzərinə hücum edərək ona zor tətbiq etməklə hədələməsinin ardınca yanacaqdoldurma məntəqəsinin inzibati binasının giriş qapısının qarşısında sifət nahiyəsindən qəsdən bir dəfə yumruqla vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış, bundan sonra iş yoldaşları Vüsalı uzaqlaşdırıb onu ayağa qaldırmışlar. Həmin şəxs yanacaq doldurma məntəqəsinə gəldiyi avtomobilə əyləşmiş və oradan uzaqlaşmışdır. O, isə olanlar barədə polisə məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 04 yanvar 2019-cu il tarixdən "xxxx" MMC-də yanacaqdoldurma məntəqəsində kassiroperator vəzifəsində işləyir. Rəhbərlik tərəfindən tərtib edilmiş iş qrafikinə uyğun olaraq gündəlik gedib-gəlir.Hadisə baş verdiyi gün, yəni 27 sentybar 2021-ci il tarixdə, səhər saatlarında işə gedib Bakı şəhər,Yasamal rayonu, Zərdabi prospekti 593 nömrəli ünvanda, “Qələbə” dairəsi yaxınlığında yerləşən "xxxx" MMC-yə məxsus yanacaq doldurma məntəqəsində iş fəaliyyətinə başlamışdır. Təxminən saat 12:25 radələrində yeddinci postda səs-küy yarandığını eşidib həmin yerə yaxınlaşmış və bir nəfər əvvəllər tanımadığı şəxsin yeddinci postda operator işləyən Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini görüb onları aralaşdırmışdır. Məsələnin nə olduğu ilə maraqlandıqda məlum olmuşdur ki onun kimi operator işləyən Zərərçəkmiş şəxs işlədiyi yeddinci posta “Toyota Prius” markalı, **- CE-*** dövlət nömrə nişanlı avtomobil yaxınlaşmış və sürücünün yanındakı həmin mübahisə edən şəxs siqaret çəkdiyindən operator yoldaşı Zərərçəkmiş şəxs siqareti söndürməsini ondan xahiş etmişdir. Lakin bu irad avtomobilin sağ oturacağında əyləşmiş müştəriyə xoş olmamış və buna görə də avtomobilindən yerə enərək Zərərçəkmiş şəxsla mübahisə etməyə başlamışdır. Yaranmış mübahisənin daha da böyüməməsi üçün operator yoldaşı Zərərçəkmiş şəxs oradan kənarlaşdırıb ofisə tərəf aparmışdır. Bu zaman yanacaq doldurma məntəqəsinin digər işçisi olan mühafizəçi Şahid4 da müştərini kənarlaşdırmışdır.Hər ikisinin kənarlaşdırılmasına baxmayaraq mübahisə edən şəxs sakitləşməmiş və ofisə tərəfə hərəkət etmişdir. Yanacaq doldurma məntəqəsinin işçiləri iş rejimlərini pozduğunu, səs-küy saldığını mübahisə edən şəxsə bildirirərək özünə çətinlik yaratmamamğını, gəldiyi avtomobilə əyləşib oradan uzaqlaşmağını xahiş etsələr də adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs operator Zərərçəkmiş şəxs tərəfə gedərək sözünün olduğunu, bir kəlmə sözünü deyib sonra gedəcəyini bildirirmişdir. Bu formada Zərərçəkmiş şəxs yaxınlaşaraq yanına çatdıqda qəfildən əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə möhkəm zərbə endirmişdir. Zərbənin təsirindən operator Zərərçəkmiş şəxs yerə yıxılmış, daha sonra Təqsirləndirilən şəxs gəldiyi avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, “Toyota Prius” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobili tanışı Mikayıldan icaryə götürürək “Uber” taksi şirkətinə qoşulub taksi fəaliyyəti ilə məşğul olmuş, lakin bir müddət bu işlə məşğul olduqdan sonra gəlirləri qane etmədiyinə görə 2021-ci ilin təxminən noyabr ayının əvvəllərində sözügedən avtomobili sahibinə geri qaytarmış, başqa şirkətlə işləməyə başlamışdır. 27 sentyabr 2021-ci il tarixdə, səhər saatlarında tanışı Vüsal Abasov onunla əlaqə saxlayıb işlərini həll etmək üçün Bakı şəhəri, Yasamal rayonuna gedib-gəlməyini xahiş etmiş və o, da buna razılıq vermişdir. 27 sentyabr 2021-ci il tarixdə təxminən saat 12 radələrində qeyd qetdiyi istifadəsində olan avtomobil ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisindən götürüb Bakı şəhəri, Yasamal rayonu istiqamətində hərəkət etmişlər.Bakı şəhəri,Yasamal rayonu, Qələbə dairəsi yaxınlığında olarkən avtomobilə benzin vuracağını deyib yaxınlıqda, yəni, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə daxil olmuşdur.Yol boyunca tanışı sərnişin Təqsirləndirilən şəxs siqaret çəkmiş və yanacaq doldurma məntəqəsinə daxil olduqlarına görə siqaretini söndürməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs siqareti çəkib bitirdiyini və əlindəki boş siqaret qutusuna qoyacağını bildirmişdir. “Azpetrol” yanacaqdoldurma məntəqəsində benzin doldurmaq üçün idarə etdiyi avtomobili benzin vurulacaq yerin yanında saxlamış və kartı təqdim edərək operatordan avtomobilinə benzin vurmasını xahiş etmişdir. Operator benzin kartını götürdükdə avtomobilin içərisində tüstü və sağ yan ön oturacaqda oturan tanışı Təqsirləndirilən şəxs əlində siqaret olduğunu görüb siqareti söndürməsini xahiş etmişdir.Tanışı Təqsirləndirilən şəxs sqiareti sondürdüyünü, lakin onun görmədiyini deyib benzin vurmasını istəmişdir. Bu zaman operator kartı geri qaytarıb belə olan halda benzin doldurmayacağını cavab verdikdə operatorun bu cavabına tanışı Təqsirləndirilən şəxs əsəbləşərək nə demək istədiyini soruşub öz tərəfinə çağırmışdır. Əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs avtomobilin sağ tərəfinə, Təqsirləndirilən şəxs tərəfə keçdikdə tanışı Vüsal söhbət etmək üçün avtomobildən yerə enərkən bir neçə dəfə buna mane olmağa çalışsa da qarşısını ala bilməmişdir.Təqsirləndirilən şəxs yerə endikdən sonra operatorla yaranmış mübahisələri daha da böyüməyə başlamış və yaxalaşmışlar.Təqsirləndirilən şəxs ayağı ilə operatora zərbə endirdikdə ətrafdan şəxslər toplaşmış və onları ayırmışlar.Bir qədər də mübahisə davam etmiş, daha sonra avtomobilini kənara çəkib həmin yerə yaxınlaşmışdır. Ətrafda toplaşan yanacaqdoldurma məntəqəsinin işçiləri və o, aranı sakitləşdirməyə çalışsalar da buna nail ola bilməmişlər. Tanışı Təqsirləndirilən şəxs operatorun olduğu ofis binasının qarşısına yaxınlaşaraq bir kəlmə sözünün olduğu deyib operatora tərəf getmiş və yanına çatdıqda əli bir dəfə operatorun sifət nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən operator yerə yıxılmış və yenidən onları ayırmışlar.Daha sonra isə qeyd etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Operator Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs istər avtomobildə olan zaman, istərsə də yerdə münaqişə etdikləri zaman nalayiq söyüşlər söyməmiş, həmçinin Təqsirləndirilən şəxs təhqir etməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak etməyən şahidlər Şahid6, Şahid3 və Şahid4 ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişlər. Cinayət işinin 90-91-ci vərəqələrində olan tutma haqqında 10 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübəhli şəxs qismində tutulmuşdur. Cinayət işinin 130-133-cü vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun 12 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin 134-135-ci vərəqələrində olan təqsirləndiriən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 30-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinin Yasamal rayon şöbəsinin 11 oktyabr 2021-ci il tarixli 960 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət – çənənin hərəkət məhdudluğu ilə müşayiət olunan, şişkinlik halında əzilməsi küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 27.09.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. 2.Vət.Zərərçəkmiş şəxs adına RKXda tərtib edilmiş rentgen rəyində qeyd olunan «alt çənə sol tərəf oynaq boyunun yerini dəyişməmiş sınığı» diaqnozu Birliyin ekspert-radioloqun rəyində öz təstiqini tapmamışdır. 3.Yuxarıda qeyd olunan xəsarətləri Zərərçəkmiş şəxs özü-özünə yetirə bilməsi və yıxılma nəticəsində törənməsi inkar olunur. Cinayət işinin 111-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 11 yanvar 2022ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 139-146-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 12 yanvar 2022-ci il tarixli qərardan görünür ki, 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 112-ci vərəqəsində olan AA1110399 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 may 2019-cu il təvəllüdlü X6 adlı 1 azyaşlı uşaq vardır. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən 27 sentyabr 2021-ci il tarixdə, gündüz saatlarında Zərərçəkmiş şəxs işdə olarkən “Toyota Prius” markalı avtomobilin Zərərçəkmiş şəxs dayandığı 7-ci posta yaxınlaşaraq, sürücü avtomobilin yanacaq çəninə yanacaq vurmasını istəməsi, həmin vaxtı Zərərçəkmiş şəxs həmin avtomobildə sərnişin qismində qabaq oturacaqda əyləşmiş tanımadığı şəxsin əlində siqaret görməsi, Zərərçəkmiş şəxs yanacaqdoldurma məntəqəsinin ərazisində siqarət çəkməyin qadağan olmasını bildirib onu qaydalara əməl etməyə dəvət etməsi, həmin şəxsin heç bir əsaslı səbəb olmadan avtomobildən düşərək ictimai yer hesab olunan ytanacaqdoldurma məntəqəsində ucadan səs-küy salmaqla sonuncunun ünvanına nalayiq ifadələr işlədib davranış qaydalarına məhəl qoymayaraq əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozaraq qərəzli hərəkətlər edib əli ilə Zərərçəkmiş şəxs yaxasından tutub təpiklə sonuncunun ayağından vurub ona fiziki ağrı yetirməklə döyməsi, Zərərçəkmiş şəxs münaqişənin davam etməməsi üçün onun əlindən çıxıb yanacaqdoldurma məntəqəsinin inzibati binasına getməsinə baxmayaraq həmin şəxsin ucadan nalayiq ifadələr işlətməklə yanacaqdoldurma məntəqəsinin normal iş fəaliyyətinin pozulmasına, səs-küyün yaranmasına səbəb olmaqla qərəzli hərəkətlərini davam etdirərək davam etdirməsi, həmin vaxt onun qanunazidd davranışlarına son qoymaq, intizama dəvət etmək istəyən Zərərçəkmiş şəxs və digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona zor tətbiq etməklə hədələməsinin ardınca yanacaqdoldurma məntəqəsinin inzibati binasının giriş qapısının qarşısında Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə yumruqla vurması, nəticə Zərərçəkmiş şəxs yerə yıxılması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, CD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadllğın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.F.İsmayılovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.F.İsmayılovaya məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar