Məhkəmə qərarları › İş №1(004)-101/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-101/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-101/2023 10.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X3 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM) 177.2.2, 177.2.5 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İttiham aktına əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 20 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Bakı Metropoliteni QSC-nin «28 may» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 may» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin yetkinlik yaşma çatmayan X1 əynində olan şalvarın arxa sağ cibindən sonuncuya məxsus dəyəri 500 manat olan bir ədəd «Huawei» markalı, **********72687 və **********72685 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon kabrosunu və dəyəri 3 manat ***-***-**-** saylı GSM nömrəni çıxarıb gizli talayaraq zərərçəkmiş şəxs X2 ümumilikdə 508 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 22 sentyabr 2022-ci il tarixdə saat 17:35 radələrində Bakı Metropoliteni QSC-nin «Nizami» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «Nizami» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs2 əynində olan şalvarın arxa sağ cibindən sonuncuya məxsus dəyəri 434 manat olan bir ədəd «Samsung A12» markalı, **********98448 və **********98455 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon kabrosunu, dəyəri 4 manat olan ekran qoruycusunu, dəyəri 5 manat olan ***-***-**-** və dəyəri 5 manat olan ***-***-**-** saylı GSM nömrəni çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 453 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 23 sentyabr 2022-ci il tarixdə saat 19:20 radələrində Bakı Metropoliteni QSC-nin «Elmlər Akademiyası» stansiyasından metronun «Həzi Aslanov» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «Elmlər Akademiyası» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs3 əynində olan şalvarın arxa sağ cibindən sonuncuya məxsus dəyəri 434 manat olan bir ədəd «Samsung A32» markalı, **********13114 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon kabrosunu və dəyəri 5 manat ***-***-**-** saylı GSM nömrəni açıq talayıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 560 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. İş üzrə müstəntiq tərəfindən 27 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 180.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixlı qərarına əsasən 3 (üç) ay müddətinə, yəni 27 dekabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında Dövlət ittihamçısı vəsatət verərək bildirmişdir ki, Həmin cinayət işi Bakı şəhəri BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 180.1-ci maddələri ilə Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 20 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Bakı Metropoliteni QSC-nin «28 may» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 may» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin yetkinlik yaşına çatmayan X1 əynində olan şalvarın arxa sağ cibindən sonuncuya məxsus dəyəri 500 manat olan bir ədəd «Huawei» markalı mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon kabrosunu və dəyəri 3 manat nömrəni çıxarıb gizli talayaraq zərərçəkmiş şəxs X4ma ümumilikdə 508 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 22 sentyabr 2022-ci il tarixdə saat 17:35 radələrində Bakı Metropoliteni QSC-nin «Nizami» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «Nizami» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs2 əynində olan şalvarın arxa sağ cibindən sonuncuya məxsus dəyəri 434 manat olan bir ədəd «Samsung A12» markalı mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon kabrosunu, dəyəri 4 manat olan ekran qoruycusunu, dəyəri 5 manat olan GSM nömrəni çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 453 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 23 sentyabr 2022-ci il tarixdə saat 19:20 radələrində Bakı Metropoliteni QSC-nin «Elmlər Akademiyası» stansiyasından metronun «Həzi Aslanov» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «Elmlər Akademiyası» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs3 əynində olan şalvarın arxa sağ cibindən sonuncuya məxsus dəyəri 434 manat olan bir ədəd «Samsung A32» markalı mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon kabrosunu və dəyəri 5 manat olan GSM nömrəni açıq talayıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 560 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, o, 20 sentyabr 2022-ci il və 22 sentyabr 2022-ci il tarixlərdə təkrarən özgənin əmlakını gizli talayaraq oğurluq cinayətlərini törətmiş, 23 sentyabr 2022-ci il tarixdə isə zərərçəkmiş şəxsin əmlakını açıq talayaraq soyğunçuluq cinayət əməlini törətmişdir. CM-nin 16.2-ci maddəsinə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. CM-nin 177-ci maddəsinin Qeydinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. CM-nin 16.3-cü maddəsinə görə, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif edilmiş cinayət əməllərinə görə məhkum edilməmiş və cinayət məsuliyyətindən azad edilməmiş yenidən soyğunçuluq cinayəti törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.5 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham verilməlidir. Bununla da, Təqsirləndirilən şəxs CMnin 177.2.2, 177.2.5 və 180.2.2-ci maddələri ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə yanaşı, CM-nin 180.2.2-ci maddəsinin də tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə də ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 16.1-ci maddəsinə əsasən, bu məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası CM-nin 16.2-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 N-li qərarının 17-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Qeyd olunan cinayət işi üzrə üç cinayət epizodu olmuş, onlardan ikisi CM-nin 177.2.5-ci maddəsi üzrə törədilmiş, sonuncu əməl cibgirlik olsa da zərərçəkmiş şəxs cinayət törədən şəxsi gördüyündən və əməlinin qarşısını almağa cəhd göstərdiyindən, lakin cinayət törətmiş şəxs hadisə yerindən qaçdığından oğurluq cinayət əməli soyğunçuluğa keçmişdir. Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. X5 18-ci bəndinə əsasən əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməlidir. Qeyd olunan ittihama əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində X1 əmlakını qizli talayaraq sonuncuya ümumilikdə 508 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, bundan əlavə Təqsirləndirilən şəxs təkrarən 22 sentyabr 2022-ci il tarixdə saat 17:35 radələrində Zərərçəkmiş şəxs2 əmlakını gizli talayaraq sonuncuya ümumilikdə 453 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, bundən əlavə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 əmlakını açıq talayıb ələ keçirərək, sonuncuya ümumilikdə 560 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs sonuncu əməlinə görə ittiham CM-nin 177.2.2 və 180.1-ci maddələr üzrə yox, CM-nin 180.2.2-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə də ittiham irəli sürülməsi üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən 3 nəfər zərərçəkmiş şəxsə qarşı törədilmiş cinayət əməlləri müxtəlif vaxtlarda törədilmiş, ayrı-ayrı şəxslərə qarşı törədilmiş, birinci iki əməl CM-nin 177.2.5-ci maddəsi ilə tövsif edilməli olsa da sonuncu əməl CM-nin 180-ci (soyğunçuluq) əməlinin tərkib əlamətlərini yaratdığından sonuncu epizod üzrə təqsirləndirilən şəxsin əməli CM-nin 180.2.2-ci maddəsinə əsasən təkrarlıq üzrə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Məhkəmə proses iştirakçılarının vəsatət barədə fikirlərini dinləyib, dövlət ittihamçısının vəsatətinin dəlillərini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 321 və 318.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5 və 180.2.2-ci maddələri ilə yenidən ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın, onun həbsdə saxlama müddəti 02 ay, yəni 10 may 2023-cü il tarixədək uzadılsın. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar