Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-101/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1965-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-361/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 03 il sınaq müddəti tətbiq edilməklə 05 il müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3004-cü məhəllə, mənzil 123-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə və etmə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs əvvəllər direktoru olduğu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan “Hirkan Milli Park’hna direktor vəzifəsinə bərpa edilməsində köməklik edəcəyinə dair vəd verib aldadaraq bu məqsədlə şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldatmaqla Zərərçəkmiş şəxs inam və etibarını qazanaraq bu adla Zərərçəkmiş şəxs 23 noyabr 2020-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən «Padişah» kafesində 20000 (iyirmi min) manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs 20000 manat olmaqla xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən beş il əvvəl Bakı şəhərində yerləşən restoranların birində baş verən toy mərasimi zamanı anidən onun halı pisləşmiş və həmin toyda iştirak edən Şöhrət adlı bir həkim ona ilkin tibbi yardım etmişdir. Bundan sonra onun Şöhrət həkimlə münasibəti yaranmışdır. 2020-ci ildə Şöhrət həkim ona tanışı Zərərçəkmiş şəxs uzun illər Hirkan Milli Parkında direktor vəzifəsində işlədikdən sonra işdən çıxdığını və hazırda yenidən işə bərpa olunmaq istədiyini bildirdikdə Şöhrət həkimə tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs kömək edə biləcəyini demişdir. Bundan sonra Şöhrət həkimin vasitəsi ilə Bakı şəhərində bir neçə dəfə Zərərçəkmiş şəxslə görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər işçiləri ilə yaxın münasibətinin olduğunu, həmin şəxslərin vasitəsilə onu işə bərpa etdirəcəyini və bunun üçün 50000 AZN verməli olduğunu Azər Mirəzyevə demişdir. Həmçinin, bu məbləği şifrəli sözlərlə yəni “50-di cekisi” yazmaqla istifadəsində olan ***-***-**-** saylı nömrənin "Whatsapp" mobil tətbiqi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə mesajla göndərmişdir. Zərərçəkmiş şəxs məbləğin çox olduğunu və buna gücü çatmadığını bildirdikdə Zərərçəkmiş şəxs nazirlikdə işləyən tanışları ilə danışdığını və bu işi 30000 AZN-ə həll edə bilcəyini demişdir. Zərərçəkmiş şəxs işi ilə bağlı heç kimlə danışmamış və sövdələşmə aparmamışdır. Sadəcə olaraq Zərərçəkmiş şəxs ona inanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər işçiləri ilə yaxın münasibətinin olduğunu bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs ona bankdan kredit götürüb 20000 AZN verə biləcəyini və bundan artıq heç nəyə gücü çatmadığını demişdir. Zərərçəkmiş şəxs ona inanması üçün əvvəlcə danışıb razılıq almalı olduğunu Zərərçəkmiş şəxs bildirib bir neçə gün sonra Zərərçəkmiş şəxslə əlaqə saxlayaraq sonuncuya 20000 AZN qarşılığında onu işə bərpa etdirə biləcəyini dedikdən sonra Zərərçəkmiş şəxs onunla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində "Ağ Çiçəyim" gül mağazasının yaxınlığında yerləşən kafelərin birində Zərərçəkmiş şəxslə görüşmüş və Zərərçəkmiş şəxs ona nağd formada 20000 AZN vermişdir. Zərərçəkmiş şəxs ona 20000 AZN verən zaman onların yanında Azər Mirəzyevin tanışı Şahid2 da olmuşdur. Belə ki, həmin vaxt onların üçü bir masa arxasında əyləşib söhbət etmişlər. Həmin vaxt onların yanında başqa heç kim olmamışdır. Pulu götürdükdən sonra Zərərçəkmiş şəxs demişdir ki, qısa müddət ərzində onu işə bərpa etdirəcək. İlk vaxtlar Zərərçəkmiş şəxs işə bərpa etdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qəbul qaydaları ilə maraqlansa da, daha sonra bu işin mümkün olmayacağım anlamışdır. Lakin, həmin vaxt borcları və əməliyyat olunduğu üçün Zərərçəkmiş şəxs pulunu özünə qaytarmamış, Azərə qısa müddət ərzində onu işə düzəltdirəcəyinə dair müxtəlif bəhanələr danışmışdır. Həmçinin, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə "Whatsapp" mobil tətbiqinə özünün istifadəsində olan ***-***-**-** saylı nömrə ilə müxtəlif bəhanələr yazaraq ona vaxt verməsini Azərdən xahiş etmişdir. Lakin, həmin pulu düzəldə bilmədiyi üçün geri qaytara bilməmişdir. Şöhrət həkim onu Azər müəllimlə işə düzəltməklə bağlı tanış etsə də, bu işin həll edilməsində ona heç bir köməklik göstərməmiş və hər hansı şəxslə sövdələşməmişdir. Şöhrət həkim yalnız Azər müəllimlə onu tanış etmişdir. Şahid1 işə düzəltmək üçün heç kimdən pul almamış və istəməmişdir. Ümumiyyətlə Şöhrət həkim və digərləri bu barədə ona heç nə deməmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-2020-ci illərdə “Hirkan Milli Park”m direktoru olmuş, rəhbərlikdə müvafiq kadr dəyişikliyi olduğu üçün ərizəsi ilə 2020-ci ildə işdən çıxmışdır. Təxminən 2020-ci ilin avqust ayında işçisi Şahid2 qohumu olan Şöhrət həkimlə söhbət edən zaman Şöhrət həkimə qaynı Şahid1 işsiz olduğunu və qaynına iş axtardığını bildirmişdir. Şöhrət həkim də 8000 AZN qarşılığında tanışı Hicran xanımın vasitəsi ilə onun qaynını Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindən birinə işə düzəldə biləcəyini ona söyləmişdir. Buna görə də, təxminən 2020-ci ilin avqust-sentyabr aylarında onun qaynı Şahid1 Astara rayonu, Çayoba kəndi ərazisində fəaliyyət göstərən “Ümid” kafesində onun, Şahid2 və digər işçisi İsmayıl Kamalovun iştirakı ilə 8000 AZN-i işə düzəlmək üçün Şöhrət həkimə vermişdir. Şöhrət həkim də həmin pulun hamısını Hicran xanıma çatdıracağını və qısa müddət ərzində işin həll olunacağını bildirmişdir. 8000 AZN-i verdikdən təxminən bir neçə ay sonra Şöhrət həkim Şahid1 işə düzəldə bilmədiyi üçün sonuncunun 8000 AZN-i hissə-hissə geri qaytarmışdır. Buna görə də onun Şöhrət həkimə inamı yaranmışdır. Belə ki, düşünmüşdür ki, Şöhrət həkim işi həll edə bilmədiyi təqdirdə pulu geri qaytarır və heç kimin pulunu özündə saxlamır. xx.xx.2020-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmış və bundan bir neçə gün sonra Şöhrət həkimlə söhbət edən zaman işdən çıxdığını bildirmişdir. Şöhrət həkim də Hicran adlı tanışının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər işçiləri ilə yaxın münasibəti olduğunu və onu Hicranın vasitəsi ilə işə bərpa etdirə biləcəyini bildirmişdir. Bundan sonra o, İmamverdi və Şöhrət həkim ilə Astara şəhərində görüşüb müzakirə aparmışlar. Daha sonra onun özü Şöhrət həkimin təşkilatçılığı ilə Bakı şəhərində Hicran xanımla bir neçə dəfə görüşmüşdür. Növbəti görüşlərdə Hicran xanım onu işə düzəltmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər işçiləri ilə görüşdüyünü ona bildirmiş, bunun üçün təxminən 50000 AZN ondan istədikdə o, bununla razı olmamışdır. Həmçinin Hicran xanım bu işin düzəldilməsi üçün istifadəsində olan ***-***-**-** saylı nömrənin “Whatsapp” mobil tətbiqi ilə onun istifadəsində olan ***-***-**-** saylı nörməyə şifrəli sözlərlə “50di cekisi” adlı mesaj yazaraq ondan 50000 AZN istəmişdir. O, yenə də məbləğ böyük olduğu üçün razılaşmamışdır. Bundan sonra Hicran xanım həmin nömrə ilə ona zəng edərək rəhbərliklə danışıb görüşdüyünü və bu işi 30000 AZN-ə həll edəcəyini bildirdikdə Hicran xanıma bankdan 20000 AZN kredit götürüb verə biləcəyini və bundan artıq məbləğə gücü çatmadığını demişdir. Hicran xanım da həmin şəxslərlə görüşüb ona son nəticəni deyəcəyini bildirmişdir. Hicran xanım onun işini konkret olaraq kimin vasitəsi ilə həll edəcəyini ona bildirməmiş, sadəcə olaraq pulu verdikdən sonra Ekologiya və Təbii Sərvətlər nazirinin, o cümlədən nazir müavininin onu qəbul edib işlə təmin edəcəyini bildirmişdir. Hicran xanım bir neçə gün sonra onunla əlaqə saxlayaraq 20000 AZN-ə onu işə düzəldə biləcəyini bildirdiyinə görə xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində «Elmlər Akademiyası» metro stansiyasının çıxışının yaxınlığında yerləşən «Padişah» adlı kafenin ikinci mərtəbəsində Şahid2la birlikdə bankdan götürdüyü 20000 AZN-i işə düzəlmək məqsədi ilə Hicran xanıma vermişdir. Həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Lakin Hicran xanım onun etibarından sui-istifalə edib aldadaraq həmin məbləğdə pulunu ələ keçirmişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Lənkəran rayonu, Köhnə Gəgir kəndində yaşayır. Zərərçəkmiş şəxs 2016- 2020-ci illərdə Hirkan Milli Parkında mühafizə işləri üzrə direktor vəzifəsində, onun özü isə 2018-ci ildən 2020-ci ilə qədər Zərərçəkmiş şəxs müavini vəzifəsində işləmişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində öz ərizəsi ilə işdən çıxmışdır. 2020-ci ilin noyabr ayının sonlarında evdə olarkən Zərərçəkmiş şəxs ona zəng edib Bakı şəhərinə gedib Hicran xanımla görüşəcəyini bildirib ondan onunla birlikdə getməyini xahiş etdikdə Azərə etiraz etməmişdir. O, əvvəllər Hicran xanımı tanımamışdır. Hicran xanım onun tanışı Şöhrət həkimin tanışıdır. Belə ki, 2020-ci ilin avqust ayında həmin Hicran xanım Zərərçəkmiş şəxs qaynı Vüqarı DSMF-yə işə düzəltməyə söz vermiş və buna görə Vüqardan 8000 manat pul almışdır. Lakin Vüqarın işi alınmadığına görə həmin pul Vüqara geri qaytarılmışdır. Vüqar pulu onların yanında Şöhrət həkimin özünə vermişdir. Şöhrət həkim də həmin 8000 manat pulu Hicran xanıma verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ona onunla Bakı şəhərinə getməyini istədikdən sonra Zərərçəkmiş şəxslə Lənkəran rayonunda «Ləvəngi dairəsi» adlanan yerdə görüşüb taksi ilə Bakı şəhərinə getmişdir. Zərərçəkmiş şəxs əvvəlki işinə bərpa olunması üçün Şöhrət həkimin tanışı Hicran xanımla görüşüb ona 20000 manat pul verəcəkdi və həmin məbləğdə pul da Zərərçəkmiş şəxs üzərində idi. Bu barədə Zərərçəkmiş şəxs özü ona demişdir. Onlar Bakı şəhərinə çatdıqdan sonra təxminən saat 15-16 radələri olardı, Yasamal rayonu «Elmlər Akademiyası» metrosunun yaxınlığında yol kənarında yerləşən ikimərtəbəli kafeyə gedib ikinci mərtəbədə oturmuşlar. Orada oturub özlərinə yemək sifariş verdikdən bir qədər sonra ora bir nəfər orta yaşlı qadın gəlmişdir. Zərərçəkmiş şəxs onu həmin qadınla tanış etmiş və həmin vaxt o, həmin qadının adının Hicran olduğunu bilmişdir. Bundan sonra Hicran xanım Zərərçəkmiş şəxs kənara çağırmış və ondan əmanəti, yəni 20000 manat pulu gətirib gətirmədiyini də soruşduqda Zərərçəkmiş şəxs də Hicran xanıma gətirdiyini və üzərində olduğunu demişdir. Həmin pullar qara rəngli sellofanda idi. Onlar ondan bir qədər kənara çəkildikdən sonra Zərərçəkmiş şəxs içərisində 20000 manat pul olan həmin sellofan torbanı Hicran xanıma vermişdir. Daha sonra onlar söhbət edə-edə kənara çəkilmişlər. Bir qədər sonra Hicran xanım çıxıb getmiş, Zərərçəkmiş şəxs isə geri qayıtmışdır. Zərərçəkmiş şəxs pulu veribvermədiyini soruşduqda Zərərçəkmiş şəxs də pulu verdiyini demişdir. Bundan bir qədər sonra onlar yeməklərini yeyib oradan çıxıb geri qayıtmışlar. Sonradan bilmişdir ki, həmin Hicran xanım Azər Mrzəyevi onu Hirkan Milli Parkına direktor vəzifəsinə bərpa etdirəcəyi adı ilə aldadaraq onun 20000 manat pulunu ələ keçirmişdir. Hadisə barədə onun bildikləri bunlardan ibarətdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs təxminən 2020-ci ildən tanıyır. Belə ki, Zərərçəkmiş şəxs 2016-2020-ci illərdə Hirkan Milli Parkın direktoru olduğu dövrdə onun Yadigar adlı qohumunu işdən çıxarmışdır.O, da təxminən 2019-cu ilin may ayında Azərlə görüşüb qohumu Yadigarı geri işə qaytarması üçün Azərdən xahiş etməkdən ötrü tək Astaraya getmiş, orada söhbət əsasında Azərə özünü təqdim edib Bakıda həkim işlədiyini demişdir.Azərlə söhbət edən zaman Azər ona qaynı Şahid1 işsiz olduğunu və iş axtardığnı bildirdikdə Azərə tanışı Hicran xanımın vasitəsi ilə onun qaynını Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindən birinə işə düzəldə biləcəyini söyləmişdir.Bundan sonra Azər də onun qohumu Yadigarı geri işə götürəcəyini demişdir.Bundan sonra Azərlə onun arasında səmimi münasibət yaranmış və o, həmin vaxt Azərdən 8000 manat borca pul istəmişdir.Azər də həmin pulu ona bir ay müddətinə borca verə biləcəyini dedikdə Azərlə razılaşmış və 8000 manatı bir ay müddətinə qaytarmaq şərti ilə Azər ona vermişdir. Azər həm də ondan qaynı Şahid1 Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindən birinə işə düzəlməsinə kömək etməyi ondan xahiş etmişdir. O, bu işlə maraqlanmış və bir müddət sonra Azərə onun qaynı Vüqarı işə düzəltməyə komək edə bilməyəcəyini deyib Azərdən aldığı 8000 manat pulu isə düz bir ayın tamamında tam şəkildə Azərə geri qaytarmışdır. O, heç kimi işə düzəltməyə söz verməmiş və bunun üçün də heç kimdən pul almamışdır.Sadəcə olaraq təxminən 5 il əvvəl Bakı şəhərində yerləşən restoranların birində baş verən toy mərasimi zamanı qonaqlardan sonradan adını bildiyi Hicran xanımın anidən halı pisləşmiş, həkim olaraq Hicran xanıma ilkin tibbi yardım etdikdən sonra onların arasında dostluq münasibəti yaranmış, 2020-ci ildə Hicrana tanışı Zərərçəkmiş şəxs uzun illər Hirkan Milli Parkında direktor vəzifəsində işlədikdən sonra işdən çıxdığını və hazırda yenidən işə bərpa olunmaq istədiyini bildirmişdir. Hicran da ona tanışları vasitəsilə Zərərçəkmiş şəxs kömək edə biləcəyini demiş,bundan sonra o, Bakı şəhərində Hicranı Zərərçəkmiş şəxslə tanış etmişdir.Bundan sonra onların arasında baş vermiş pul söhbətlərindən onun məlumatı olmamışdır.İndi ona məlum olur ki,Hicran xanım işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs 20.000 manat pulunu alaraq bir qismini qaytarsa da hələ də pulu tam şəkildə qaytarmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmişdir ifadəsindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun yeznəsidir, aralarında hər hansı bir ədavət və düşmənçilik yoxdur. 2020-ci ildə işsiz olduğu üçün yeznəsi Azərdən xahiş etmişdir ki, ona iş tapılmaqda köməklik etsin. 2020-ci ilin avqust ayında Azər ona onun işçisi İmamverdinin Şöhrət adlı həkim tanışı var, Şöhrətin də Hicran adlı tanışı onu Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinin birində işə düzəldə bilər dedikdə o, buna etiraz etməmişdir. Daha sonra Azər ona Şöhrətin nömrəsini vermiş, onun özü Şöhrətlə danışıb görüşmüşdür. Həmin vaxt Şöhrət həkim ona demişdir ki, tanışı Hicran xanım onu DSMF-nin şöbələrinin birinə işə düzəltmək üçün ondan 8000 manat pul istəyir. Bundan sonra o, Şöhrətlə razılaşmışdır. 2020-ci ilin sentyabr ayında o, Astara rayonu, Çayoba kəndində yerləşən «Ümid» kafesində Şöhrətlə görüşüb 8000 manatı Şöhrətə vermişdir. Həmin vaxt orada Azər, İmamverdi və Azərin işçisi İsmayıl da olmuşdur. Həmin vaxt Şöhrət pulu ondan aldıqdan sonra pulu Hicran xanıma çatdıracağını demişdir. Lakin bir neçə ay sonra Şöhrətə verdiyi 8000 manatı ona qaytararaq onu işə düzəldə bilmədiklərini bildirmişdir. Bundan sonra eşitmişdir ki, yeznəsi Azər əvvəl işlədiyi “Hirkan Milli Park”m direktoru vəzifəsinə yenidən düzəlməyi üçün həmin Hicran xanmıa 20000 manat pul vermiş, lakin Hicran xanım onu aldadaraq həmin pulu ələ keçirmişdir. Bildiyinə görə Azər həmin pulu Hicran xanıma Bakı şəhərində vermiş, lakin onun özü birbaşa şahid olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “götürmə və baxış aparılması haqqında” protokoldan görünür ki, 4 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə icra edilmiş 07 vərəqədən ibarət ismarıclar Zərərçəkmiş şəxs götürülərək baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan “Hirkan Milli Parkı”nm direktoru vəzifəsinə bərpa olunmasında köməklik edəcəyi adı ilə Zərərçəkmiş şəxs pul vəsaitini alması faktı bir daha təsdiq edilmişdir. (İ/V. 12-19). xx.xx.2024-cü il tarixli “götürmə və baxış aparılması haqqında” protokoldan görünür ki, 04 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs götürülümş ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə icra edilmiş 07 vərəqədən ibarət ismarıclara Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 070 *** ** ** mobil telefon nömrəsi onun istifadəsində olmuş və həmin nömrənin “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıclar onun özü və Zərərçəkmiş şəxs tərəfindən icra edilib, onun ismarıcları yazmaqda məsqsədi 20000 manat pulun müqabilində Zərərçəkmiş şəxs əvvəllər direktoru olduğu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan “Hirkan Milli Parkı”nm direktor vəzifəsinə bərpa etdirmək olmuşdur. (İ/V. 23). xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/1422 saylı material üzrə Astara RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı İlkin Bağırzadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmişdir. (İ/V. 37-38). xx.xx.2024-cü il tarixli “məcburi gətirilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Astara RPŞ-nə məcburi gətirilməsi qərara alınmışdır. (İ/V. 57). xx.xx.2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqının davam etdirilməsi üçün Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi X4 icraatına verilmişdir. (İ/V. 83). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 127-128). xx.xx.2024-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir. (İ/V. 157-164). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 166-167). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr cinayət törətməyə görə məhkum edilməmişdir. (İ/V. 170-172). Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-361/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 03 il sınaq müddəti tətbiq edilməklə 05 il müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə arasında yaranan mübahisə hal hazırda aradan qaldırılmışdır və ona vurulmuş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur, onunla barışmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli "Bank of Baku” ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 5000,00 manat məbləğində pul Maliyyə Nazirliyi - X2 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, barəsində bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsinə etiraz etmir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində zərərçəkmi şəxsə dəymiş ziyanın tamamilə ödəməsini, cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Qeydin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tamamilə ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsati də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi «Ruslan Vəliyev və partnyorları» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 1(004)-621/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 240 manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-101/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-101/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver