Məhkəmə qərarları › İş №1(004)-102/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-102/2020

10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-102/2020 10.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ «10» avqust 2020-ci il Bakı şəhərində Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun nümayəndəsi, vəkil X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 14 saylı hüquq bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Quşçuluq Təzə sahədə yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə səhər saat 06:43-də Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 18/7 nömrəli evin həyətində həmin ünvanda yaşayan və işləyən vətəndaşların narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər etməklə insanlar arasında davranış qaydalarını və ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək onların gözü qarşısında nalayiq söyüşlər söyüb, AD № 274901 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Zərərçəkmiş şəxs məxsus və keçmiş arvadı Şahid2 etibarnamə əsasında idarə etdiyi «Opel Astra» markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki dörd ədəd təkərinə üzərində gətirdiyi deşici alətlə zərbələr endirib deşməklə Zərərçəkmiş şəxs əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilir. 2011-ci il tarixdə Şahid2 ilə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan ata evi olan Nizami rayonu, B.Nuriyev küçəsində atası, anası və bacısı ilə birlikdə yaşamışdır. Şahid2 ilə rəsmi nigahlarından 2012-ci il tarixdə qızı Mədinə Əzizova və 2018-ci il tarixdə isə oğlu Maqsud Əzizov anadan olmuşdur. O, arvadı Şahid2 və rəsmi nigahlarından olan Mədinə Əzizova ilə birlikdə yaşamışdır.Sonradan Şahid2 ilə aralarında məişət zəminində mübahisələr baş vermiş və həmin mübahisələrin nəticəsi olaraq Şahid2 qızları Mədinəni də götürüb həmin evi tərk etmiş və atasının evinə getmişdir. Həmin vaxtdan etibarən onun qızı ilə görüşləri çətinləşmiş və ona yalnız həftə sonları qızı ilə görüşməyinə icazə verilmişdir. Sonra bir neçə dəfə aralarında mübahisələr olmuş və hər dəfə o, Şəbnəmə zəng edir və onun telefonlarına cavab verilməmişdir.Hər dəfə onunla razılaşır, qızını görmək üçün çağırır, lakin onu saatlarla gözlədib telefonlarına cavab vermirdi. Qızının hansı məktəbdə birinci sinifə gedəcəyini soruşduqda ona yalnış məlumat vermiş, o isə məktəbə qızını görməyə getmişdir. Lakin məlum olmuşdur ki, qızı həmin məktəbdə oxumur. 2018-ci ilin yanvar ayında oğlu Maqsud Əzizov anadan olmuş və həmin doğum faktını o yalnız 3 aydan sonra bilmişdir, hazırda oğlunun 3 yaşı olacaq, lakin o, oğlunu görə bilmir. Bundan sonra o, bir neçə dəfə Şəbnəmə sms yazaraq uşaqlara xatir bu hərəkətlərinə son qoymasını və sonradan doğulmuş oğlunu ona göstərməsini bildirmişdir. Sonradan Şəbnəm ona qızını və oğlunu göstərməmiş və hər dəfə onun telefonlarına cavab vermir və ona bəhanələr etmişdir.Şəbnəm və ailə üzvləri onun nömrələrini qapayır və evlərin qapısını ona açmamışdırlar. Ona görə o, xx xxxxxx 2020-ci il tarixdə saat 06:43 radələrində onların evinin həyətinə bacısına məxsus olan «Hunday Santafe» markalı ** RJ *** dövlət qediyyat nişanlı avtomobillə gəlmişdir. O, ilk növbədə, Şahid2 ilə görüşüb aralarında olan problemləri həll etməyi düşünürmüş.Lakin həyətlərinə gəlib çatanda bunun mümkünsüz olduğunu düşünmüş və qisas almaq üçün binanın girişində olan tikintinin həyətindən 1 ədəd deşici əşya götürüb «Opel» markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərini deşmişdir.Daha sonra isə avtomobilin digər tərəfində olan təkərlərini deşməklə həmin ünvandan uzaqlaşmışdır.Hadisə zamanı o, söyüş söyməmiş və binanın həyətində ondan başqa heç kəs olmamışdır.Onu 28-ci PB-nə dəvət etmişlər və o, izahat vermişdir.Bundan sonra o, Qazıyevlərin yaşadığı evin həyətinə getməmişdir. Maşının təkərlərini deşsə də, ictimai qaydanı pozacaq hər hansı hərəkət etməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə hazırdır. Hazırki cinayət işi üzrə verilmiş ittihama münasibətdə bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bacısı Şahid2 ilə Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il rəsmi olaraq boşanmışdır. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs daimi Şahid2 iş yerinə və evin qarşısına gəlməklə Şahid2 və onları hədələmişdir. Hər dəfə də onların evinə uşaq bəhanəsi ilə gəlmişdir. Eyni ilə xx xxxxxxx 2019-cu il tarixdə o bacısı Sevincin əri ilə avtomobili ilə atasının yaşadığı evin həyətinə daxil olan zaman həyətdə polis əməkdaşlarının olmasını görmüş və həmin vaxtı evin həyətində avtomobillərə gözətçilik edən yaşlı kişidən nə baş verməyini xəbər alan zaman o bildirmişdir ki, Ramil onların evinə gəlmiş və pilləkan meydançası ilə səs-küy edib evin həyətinə düşmüş və onun səsküyünü bütün bina sakinləri və bina qarşısında olan ticarə obeyktlərinin işçilərinin onu görməsinə hər hansı əhəmiyyət vermədən Şahid2 və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər işlətməklə ona məxsus olan Şahid2 da etibarnamə ilə idarə etdiyi «Opel» markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ və sol yan güzgülərini əl və ayağı ilə vurub sındırmaqla həmin ünvanı tərk etmişdir. Həmin ətrafda olan bütün vətəndaşlar mağaza işlədən şəxslər hadisə şahidi olmalarını bildirmişlər və hətta kamera görüntüsü olduğunu polislər bildirmişdir. Həmin hadisə ilə əlaqədar Yasamal RPİ-nin 28-ci PB-də bacısı və özü tərəfindən şikayət olunmuşdur və araşdırma aparılmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə səhər saatlarında evdə Şahid2, uşaqları və o, evdə olmuşdur. Bu zaman həyətdə mağaza işlədən Ziya ona zəng edib bildirmişir ki, avtomobilinin təkərləri boşalmışdır. O, Şahid2 ilə həyətə düşüb avtomobilin 4 təkərinə baxan zaman hər bir təkərin yan tərəfindən iti əşya ilə deşilməsini görmüşdür. Belə ki, ailə məsələsi olmasına görə adlarının çəkilməsini istəməyən qonşular və o cümlədən həyətdə gözətçi işləyən Şahid3 bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs saat 06:43 radələrində onların evinin qarşısına gələrək avtomobilə yaxınlaşmadan binanın həyətində Şahid2 və onların ünvanına ucadan nalayiq söyüşlər söymüş, səhər tezdən işə getmək istəyən qonşuları onun söyüşlərini və onun hərəkətlərini görmüşlər. Belə ki, qonşular ona bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü haqlı göstərməklə Şahid2 və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyüb təhqir etməklə qonşular və gözətçiyə etinasız münasibət bəsləyib cəmiyyətə zidd hərəkətlərinə davam edərək, heç kimi saymamasını və saymazyana ətrafda olan insanlara əhəmiyyət verməyərək ətrafda olan işə gedən bina sakinlərinə, həmin binanın önündən keçən vətəndaşlara əhəmiyyət verməyərək onların gözü qarşısında ilk öncə avtomobilin bina tərəfdən olan hissəsinə keçib əlində olan kəsici əşya ilə təkərlərinə zərbə vurub deşmiş və daha sonra isə avtomobilin digər tərəfində olan təkərləri deşməklə həmin ünvandan uzaqlaşmışdır. Dərhal avtomobilinin təkərlərinin deşilməsinə görə polisə gedib ərizə yazmışdır. Şahid2 da artıq Təqsirləndirilən şəxs eyni əməllərinə neçə ildir ki, davam etməsinə görə 102 xidmətinə zəng etməklə məlumat vermişdir. Avtomobil faktiki olaraq ona məxsus olmuş və ilk dəfə güzgülər usta xərci ilə ona 190 manata və 2-ci dəfə isə 4 təkər ona 400 manata başa gəlmiş və ona cəmi 590 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmiş, onun hər hansı tələbi olmamışdır. Təqsirləndirilən şəxslə barışmağa heç bir yol qalmadığından ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2011-ci il tarixdə Təqsirləndirilən şəxs rəsmi nigaha daxil olmuş və həmin vaxtdan onun ata evi olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində atası, anası və bacısı ilə birlikdə yaşamışlar. Onunla Təqsirləndirilən şəxs rəsmi nigahından 2013-cü il tarixdə qızı Mədinə Əzizova və 2018-ci il tarixdə isə oğlu Maqsud Əzizov anadan olmuşdur. Həmin ilin dekabr ayında əri ilə məişət zəminində söz söhbət olmuşdur. Həmin vaxtdan etibarən o, həmin evdə yaşamamış və qızını da götürüb ata evi olan Yasamal rayonu, Mətbuat prospektinə 18/7 saylı ünvanda olan mənzillərinə gəlmiş və həmin vaxtdan sonra bir daha həmin evdə yaşamamış və demək olar ki, 2-3 dəfə həmin evə bacısı ilə gedib özünün və uşaqlarının əşyalarını götürmüşdür. Təqsirləndirilən şəxs isə həmin evdə yaşamağa davam etmiş, o isə ata evində yaşamağa başlamışdır. 2018-ci ilin yanvar ayında oğlu Masud Əzizov anadan olmuş və həmin doğum faktı ilə Təqsirləndirilən şəxs maraqlanmamışdır. 2018-ci ilin mart-aprel aylarından etibarən Təqsirləndirilən şəxs Mədinəni görmək üçün onunla yazışmış və zənglər etmişdir. O, ana kimi Təqsirləndirilən şəxs qızının atası olaraq görüşünə etiraz etməmiş və həftə sonları 5 və ya 6-cı günlər qızlarını götürmək üçün Təqsirləndirilən şəxs yaşadıqları evin həyətinə gəlir və o, həyətə düşüb uşağı ona təhvil vermişdir. Təqsirləndirilən şəxs növbəti günü uşağı gətirib ona təhvil vermişdir. O uşağı təhvil alan zaman qızı aqressiv olmaqla yanaşı xoşagəlməz sözlər danışmışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs ona hədə dolu smslər və zənglər olmuş və o, əksərən onun zənglərinə cavab verməmişdir. Belə ki, o artıq həmin ərəfələrdə boşanma ilə əlaqədar Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və xx xxxxxxxx 2019cu il tarixdə rəsmi nigaha xitam verilmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs daimi iş yerinə və evin qarşısına gəlmiş, onu və ailə üzvlərini hədələmişdir. Hər dəfə də onların evinə uşaq bəhanəsi ilə gəlmiş və eyni ilə xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onun nömrəsinə dəfələrlə zəng etmiş o, onun zənglərinə cavab vermədən zəngi qapamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Mətbuat prospekti 18/7 saylı evin 32 nömrəli mənzilinin qapısına saat 19 radələrində gəlmiş və qapın açıq olmasına görə dəhlizə daxil olmaq istəyən zaman bacı Sevinc Cəmilova onu itələyərək mənzilə daxil olmasına imkan verməmiş və qapını bağlamışdır. Təqsirləndirilən şəxs evə daxil ola bilməməsinə görə pilləkan meydançası ilə səs-küy edib evin həyətinə düşmüş və onun səs-küyünü bütün bina sakinləri və binanın həyətində olan ticarət obeyktlərinin işçiləri, binanın gözətçisi görmüşdür. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə əhəmiyyət vermədən onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər işlətməklə bacısı Zərərçəkmiş şəxs adına olan və onun da etibarnamə əsasında idarə etdiyi «Opel» markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ və sol yan güzgülərini əli və ayağı ilə vurub sındırmaqla həmin ünvanı tərk etmişdir. Həmin hadisə 20 dəqiqə müddətində baş vermişir. Həmin vaxtı ətrafda olan bütün vətəndaşlar mağaza işlədən şəxslər və gözətçi hadisə şahidi olmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə etmiş olduğu xuliqanlıq hərəkətlərini o və ailə üzvləri görmüş, lakin ona əhəmiyyət verməmişlər. Həmin hadisə ilə əlaqədar Yasamal RPl-nin 28-ci PB-də bacısı və onun tərəfindən şikayət olunmuş və araşdırma aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə ona sms yazaraq uşaqlara xatir Mədinə və oğlunu görmək istədiyini demişdir. Təqsirləndirilən şəxs yenə cavab verməmiş və hətta o, atası Şahid1 də zəng etmiş və ona yalan məlumatlar verərək guya uşağı ona verəcəyi ilə bağlı söz vermiş və indi isə cavab vermir. Atası ona bildimişdir ki, bu işlərə heç kim onu qarışdırmasın və telefon zənglərini qapamışdır. Artıq xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında uşaqları və bacısı Aytən evdə olmuşdur. Yaşadıqları evin həyətində mağaza işlədən Aytənə zəng edib bildirmişdir ki, avtomobilinin təkərləri boşalmışdır. O, düşüb avtomobilin 4 təkərinə baxan zaman hər bir təkərin yan tərəfdən iti əşya ilə deşildiyini görmüşdür. Belə ki, ailə məsələsi olmasına görə adlarını çəkilməsini istəməyən və o cümlədən həyətdə gözətçi işləyən Şahid3 bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs saat 06:40 radələrində yaşadıqları evin qarşısına gələrək avtomobilə yaxınlaşmadan binanın həyətində onun və ailə üzvlərinin ünvanına ucadan nalayiq söyüşlər söymüş, səhər tezdən işə getmək istəyən qonşular onun söyüşlərini və onun hərəkətlərini görmüşlər. Sonra Aytən avtomobilinin təkərlərinin deşilməsinə görə polisə gedib ərizə yazmış və o da artıq Təqsirləndirilən şəxs eyni əməllərinin neçə ildir ki, davam etməsinə görə 102 xidmətinə zəng etməklə məlumat vermişdir. Daha sonra həyətdə olan kamera görüntüsü ilə tanış olan zaman Təqsirləndirilən şəxs həmin gün saat 06:43 radələrində evlərinin qarşısına gəlməkə əlində olan iti uclu əşya ilə təkərləri deşməsini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qızı Şahid2 və onun 2 azyaşlı övladı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ailə üzvləri ilə Şahid2 münasibəti alınmadığından və onun bacısı Gülnarə Əzizovanın yüngül həyat tərzi keçirməsinə görə Şahid2 evdə hər hansı söz söhbət olmadan qızı Mədinəni götürməklə onun evinə gəlmişdir. Şahid2 onun evinə gələn vaxtdan Təqsirləndirilən şəxs artıq mütəmadi olaraq ona zənglər edir bütün münasibətlərin yaxşı olacağına dair ona vədlər vermişdir. 2017-ci ilin dekabr ayından etibarən Şahid2 qızını da götürüb onlara gəlmişdir. 2018-ci ilin mart-aprel aylarından etibarən Təqsirləndirilən şəxs Mədinəni görmək üçün Şahid2 ilə yazışır və zənglər etmiş və Şahid2 buna etiraz etməmişdir və həftə sonları 5 və ya 6-cı günlər qızını götürmək üçün Təqsirləndirilən şəxs yaşadıqları evin həyətinə gəlir və qızı həyətə düşüb uşağı ona təhvil verir və o növbəti günü uşağı gətirib təhvil verirdi. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs daimi qızının iş yerinə və evin qarşısına gəlir, Şahid2 hədələməsini eşitmişdir. O, Şəki şəhərində anasının il dönümü ilə bağlı tədbirdə olmuşdur. Yenə Şəkidə olan zaman qızının zəngindən bilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində həyətdə mağaza işlədən Ziya Aytənə zəng edib bildirmişdir ki, avtomobilinin təkərləri deşilmişdir. Şəbnəm və Aytən həyət düşüb avtomobilin 4 təkərinində yan tərəfdən iti əşya ilə deşilməsini görmüşdür. Belə ki, ailə məsələsi olmasına görə adlarını çəkilməsini istəməyən qonşular və o cümlədən həyətdə gözətçi işləyən Şahid3 Ərnralı oğlu bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs saat 06:40 radələrində onların evinin qarşısına gələrək avtomobilə yaxınlaşmadan binanın həyətində Şahid2 və ünvanlarına ucadan nalayiq söyüşlər söymüş, səhər tezdən işə getmək istəyən qonşuları onun söyüşlərini və onun hərəkətlərini görmüşlər. Zərərçəkmiş şəxs dərhal avtomobilinin təkərlərinin deşilməsinə görə polisə gedib ərizə yazmış və Şahid2 isə artıq Təqsirləndirilən şəxs yeni əməllərinə neçə ildir ki, davam etməsinə görə 102 xidmətinə zəng etməklə məlumat vermişdir. Daha sonra həyətdə olan kamera görüntüsü ilə tanış olan zaman Təqsirləndirilən şəxs həmin gün saat 06:43 radələrində evlərinin qarşısına gəlməklə əlində olan iti uclu əşya ilə təkərləri deşməsini görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, O, 2016-cı il tarixdən Yasamal rayonu, Mətbuat prospekti 18/7 saylı evin həyətinə gözətçilik edir. Gözətçi olaraq iş vaxtının axşam saat 19 radələrində başlamaqla səhər saat 08 radələrinə kimi davam etməsini və əsas vəzifəsinin qeyd edilən binanı həyətində saxlanmış avtomobillərin təhlükəsizlyinə nəzarət etmək olmuşdur. Şahid2 və Zərərçəkmiş şəxs idarə etdikləri «Opel» markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobili əksərən binanı 2 və 3 girişləri arasında olan yerdə saxlamasını göstərmişdir. Şahid1 kürəkəni Şahid2 əri Təqsirləndirilən şəxs həmin ünvana gəlib getdiyi vaxtdan tanımış, lakin son zamanlar onların münasibəti normal olmamaqla Şahid2 uşaqları ilə birlikdə atası evində yaşamasını görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə saat 06:40 radələrində gözətçi butkasında olan zaman küçədən nalayiq söyüş səsləri eşitmiş və butkadan çölə çıxan zaman Təqsirləndirilən şəxs binanın həyətində ucadan Şahid2 və onun ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyməsini, səhər tezdən işə getmək istəyən bina sakinlərinin gözü qarşısında söyüşlərini davam etdirməklə özünü xatırlamadığı mövzuda haqlı göstərməklə nalayiq söyüşlər söyüb təhqiredici ifadələr işlətməklə ilk öncə avtomobilin bina tərəfdən olan hissəsinə keçib əlində olan alətlə avtomobilin təkərlərinə zərbə vurub deşərək, avtomobilin digər tərəfinə də keçib həmin tərəfdə olan təkərləri deşməklə həmin ünvadan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2000-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 18/7 saylı ünvanda olan 9 mərtəbəli mağazanın 1-ci mərtəbəsində qeyri- yaşayış sahəsində 27 kv metr sahəsi olan ərzaq mağazasında ərzaq məhsullarının satışı ilə məşğul olur. Mağazada ondan başqa qardaşı X3 işləyir və onlar növbəli olaraq işləmişlər. Hər gün səhər saat 08 radələrində mağazanı açır və axşam saat 24 radələrinə kimi mağazada olur. Həmin məhəllədə Şahid1 və onun qızları kimi bildiyi Sevinc Cəmilova, Zərərçəkmiş şəxs və Şahid2 gəlib getməklə həmin ünvanda yaşayır və ya atalarına baş çəkmək üçün gəlirlər. Şahid1 evi Yasamal rayonu, Mətbuat prospektinə 18/7 saylı ünvanda 2-ci girişdən 9-cu mərtəbədə olan mənzil olmuşdur. Hadisə günü səhər saatlarında işə gəlmiş və Zərərçəkmiş şəxs avtomobilinin təkəri boşalmasına görə ona zəng edib bildirdimişdir ki, avtomobilinin arxa sağ tərəfi boşalmışdır. O bacısı ilə həyət düşüb avtomobilin təkərinə baxmışdır. Sonra hadisə ilə bağlı onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində ona məlum olan hallar barədə ifadə vermişdir. İstintaq zamanı ifadə vermiş Şahid4 məhkəmə iclasında iştirak etməmiş, istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, ünvan 5 saylı ünvanda yaşadığı evdə avtomobilinin qarajından yuyucu məntəqəsi olaraq istifadə edir. Bundan başqa icarə əsasında «Mercedez Benz» markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və həmin avtomobili icarə əsasında idarə etdiyinə görə avtomobilə görə gündəlik 20 manat pul ödəyir. Həmin avtomobil sahibi Yasamal rayonu, Mətbuat prospekti 18/7 saylı ünvanda yaşayır. Belə ki, həmin ünvan qapalı həyət olmaqla 9 mərtəbəli və 5 mərtəbəli binaların əhatəsindədir. İcarə haqqını gündəlik ödəyir və yaşadığı evlə icarədarın yaşadığı ünvan arasında 700-800 metr məsafə vardır. Avtomobillə axşamlar taksi fəaliyyəti ilə məşğul olur gündəlik icarə haqqı olan 20 manatı düzəldir və özü çörək pulu çıxarmaqla səhər saatlarında avtomobil sahibi işə getmədən o, onun yaşadığı mənzilə öz evindən piyada təxminən 700 metr getməklə onun icarə haqqını ödəyir. Demək olar ki, hər gün səhər saatlarında həmin ünvana gəlir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında eyni ilə saat 06:30 radələrində yaşadığı evi tərk etmiş və binaların arası ilə hərəkət etməklə Yasamal rayonu, Mətbuat prospekti 18/7 saylı evin həyətinə gəlib 5 mərtəbəli binanın 4-cü mərtəbəsinə qalxmaqla avtomobil sahibi Emin adlı şəxsə ödənişi etmək istəmişdir. Həmin tarixdə saat 06:40 radələrində Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti 18/7 sayl evin həyətinə gəlmiş və həmin vaxtı bir nəfər əvvəllər tanımadığı 35-40 yaş arasında olan sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxsin binanın həyətində ucudan nalayiq söyüşlər söyməsini, səhər tezdən işə getmək istəyən bina sakinlərinin gözü qarşısında söyüşlərini davam etdirməklə özünü xatırlamadığı mövzuda haqlı göstərməklə nalayiq söyüşlər söyüb adını bilmədiyi qadının ünvanına təhqiredici ifadələr işlətməklə öz mənafeyini hər kəsin mənafeyindən üstün tutmaqla ətrafda olan bina sakinləri, gözətçi və həmin ünvandan keçən şəxslərə etinasız münasibət bəsləyib cəmiyyətə zidd hərəkətlərinə davam edərək, saymazyana ətrafda olan insanlara əhəmiyyət verməmişdir. Həmin şəxs işə gedən bina sakinlərinə, həmin binanın önündən keçən vətəndaşlara əhəmiyyət verməyərək onların gözü qarşısında ilk öncə avtomobilin bina tərəfdən olan hissəsinə keçib əlində olan alətlə avtomobilin təkərlərinə zərbə vurub deşərək, avtomobilin digər tərəfinə də keçib həmin tərəfdə olan təkərləri deşməklə həmin ünvadan uzaqlaşmışdır. Hadisə təxminən 5-10 dəqiqə müddətinə baş vermiş və sonra bina sakinlərindən həjnin şəxsin kim olmasını xəbər almış və tanımadığı sakin bildirmişdir ki, ailə məsələsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs öz arvadının idarə etdiyi avtomobilin təkərlərini vurub deşir. Hətta bir neçə ay bundan əvvəl Təqsirləndirilən şəxs yenə həmin məhəlləyə gəlməklə bina sakinlərinin gözü önündə həmin avtomobilin yan güzgülərini əlləri yə ya ayaqları ilə vurub sındırmasını bildirmişdirlər. Hadisə şahidləri bina sakinləri gözətçi və həmin ünavandan keçən şəxslər olmuşdur. Onun istifadəsində hər hansı mobil nömrə olmamış və o, Yasamal atesinin yaxınlığında taksi kimi durmuş və daimi müştərilər və axşam saatlarında isə yol kənarında olan təsadüf müştərilərə xidmət etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş maddi sübut flaşkarta baxış keçirərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kəsici alətlə «Opel Astra» markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq zərbələr endirməklə Zərərçəkmiş şəxs əmlakına zərər vurmuşdur. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bununla da araşdırılmış sübutlarla həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə səhər saat 06:43-də Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 18/7 nömrəli evin həyətində xuliqanlıq əməli nəticəsində «Opel Astra» markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki dörd ədəd təkərinin zədələnməsi ilə zərərçəkən Zərərçəkmiş şəxs əmlakına 400 manat məbləğində zərər vurmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxs və şahid ifadələrinə, digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs da etiraf etdiyi «Opel Astra» markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin 4 təkəri deşməsi faktı təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkəti kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin özünü qismən təqsirli sayaraq verilmiş ittiham üzrə bəraət istəməsi isə tamamilə özünü müdafiə xarakteri daşıyır. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə cərimə növündə cəzanıntəyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən təqsirləndirilən şəxsin 2 azyaşlı uşağı var: xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu xuliqanlıq nəticəsində 400 (dörd yüz) manat maddi ziyan dəymiş olsa da, zərərçəkmiş şəxs tərəfindən maddi ziyan tələbi olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, ilk dəfə bu növ təsnifatdakı cinayəti törətməsini, azyaşlı uşaqlarının olmasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə həbs qətmkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən başlamış, xx.xx.2020-ci il tarixdə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir, hazırkı vaxtadək ev dustaqlığındadır. Bununla da təqsirləndirilən şəxs cinayət işi üzrə 05 ay 19 gün həbsdə və ev dustaqlığında olmuşdur. Barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilməli və o, ev dustaqlığından dərhal azad edilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Bakı şəhər BPİ Təchizat idarəsində saxlanılan 4 ədəd “kapsen” təkərlər qanuni sahibinə qaytarılmalı, maddi sübut olan – 1 ədəd flaşkart cinayət işi materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1cimaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 1500 (min beş yüz) manat cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. İş üzrə maddi sübut olan Bakı şəhər BPİ Təchizat idarəsində saxlanılan 4 ədəd “kapsen” təkərlər hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Maddi sübut – 1 ədəd flaşkart cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar