Məhkəmə qərarları › İş №1(004)-102/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-102/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-102/2022 22.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 oğlunun, onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu Qasımlı Ərazi Dairəsi Qasımlı kəndində qeydiyyatında olan, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə; xx.xx.1997-ci il tarixində Ağdam rayonu Novruzlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonu Novruzlu Ərazi Dairəsi Novruzlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, məcburi köçkünlər üçün tikilmiş Qobu yaşayış kompleksində yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub talanacaq əmlakın yarıbayarı bölünəcəyi və şəxsi istifadələri üçün narkotik vasitə əldə edəcəkləri ilə bağlı cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək 23 oktyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində X4 məxsus ünvan 1 ünvanında yerləşən yataqxananın yaşayış sahəsi hesab edilən 24 nömrəli mənzilinə həmin mənzilin plastik pəncərəsini açaraq qanunsuz daxil olub oradan L.Tapdıqovanın əmlakından ibarət Azərbaycan manatına məzənnəsi ilə 5,100 (beş minyüz) manat təşkil edən 3,000 ABŞ dollarını, ayrı-ayrılıqda hər birinin 3,000 (üç min) manat ümumilikdə 9,000 (doqquz) manat dəyərində 03 ədəd xalçanı, 01 ədəd 60.0 (altmış) manat dəyərində şirəçəkən maşını, ayrı-ayrılıqda 80.0 (səksən) manat ümumilikdə 240.0 (iki yüz qırx) manat dəyərində elektrik ət çəkən maşınları, 01 ədəd 120,0 (yüz iyirmi) manat dəyərində elektrik masaj aparatını, 01 ədəd 140,0 (yüz qırx) manat dəyərində 5 litr su tutumlu od samovarını, 01 ədəd 300 manat dəyərində 6 litr su tutumlu od samovarını, 01 ədəd 50,0 (əlli) manat dəyərində 3 litir su tutumlu elektrik samovarını, ayrı-ayrılıqda 80 manat ümumilikdə 160,0 (yüz altmış) manat dəyərində 02 ədəd elektrik samovarını, 25 manat dəyərində 5 kiloqram qozu 01 ədəd 50 manat dəyərində qızıl dişi, 650,0 (altı yüz əlli) manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə bilərziyi, 200,0 (iki yüz) manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə salxım formasında klonu, 150,0 (yüz əlli) manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə dairəvi klonu, 1,000 (min) manat dəyərində firuzə daşlı klonu, 260,0 (iki yüz altmış) manat dəyərində mirvari boyunbağını, 150,0 (yüz yüz əlli) manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə aypara formasında sırğa tayını, 01 ədəd 2,700 (iki min yeddi yüz) manat dəyərində Asus markalı notbuk kompüteri, 01 ədəd 45,0 (qırx beş) manat dəyərində Braun markalı blenderi, 01 ədəd 60,0 (altmış) manat dəyərində Moulinex markalı mikseri, 01 ədəd 40,0 (qırx) manat dəyərində Philips markalı ütünü, 01 ədəd 40,0 (qırx) manat dəyərində plastik qızıl qabını, 60,0 (altmış) manat dəyərində xrustal çay dəstini, 50,0 (əlli) manat dəyərində farfar çay dəstini, 01 ədəd 180,0 (yüz səksən) manat dəyərində paltar tikən maşını və 01 ədəd 45,0 (qırx beş) manat dəyərində stolüstü saatı gizli olaraq talayıb zərərçəkmiş şəxs L.Tapdıqovaya xeyli miqdarda, yəni 20,875 (iyirmi min səkkiz yüz yetmiş beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2 4-cü maddələrində ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub talanacaq əmlakın yarıbayarı bölünəcəyi və şəxsi istifadələri üçün narkotik vasitə əldə edəcəkləri ilə bağlı cinayət əlaqəsinə girərək bır qrup şəxs halında birləşərək 23 oktyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində X4 məxsus ünvan 1 ünvanında yerləşən yataqxananın yaşayış sahəsi hesab edilən 24 nömrəli mənzilinə həmin mənzilin plastik pəncərəsini açaraq qanunsuz daxil olub oradan L.Tapdıqovanın əmlakından ibarət Azərbaycan manatına məzənnəsi ilə 5,100 (beş minyüz) manat təşkil edən 3,000 ABŞ dollarını, ayrı-ayrılıqda hər birinin 3,000 (üç min) manat ümumilikdə 9,000 (doqquz) manat dəyərində 03 ədəd xalçanı, 01 ədəd 60,0 (altmış) manat dəyərində şirəçəkən maşını, ayrı-ayrılıqda 80,0 (səksən) manat ümumilikdə 240,0 (iki yüz qırx) manat dəyərində elektrik ət çəkən maşınları, 01 ədəd 120,0 (yüz iyirmi) manat dəyərində elektrik masaj aparatını, 01 ədəd 140,0 (yüz qırx) manat dəyərində 5 litr su tutumlu od samovarını, 01 ədəd 300 manat dəyərində 6 litr su tutumlu od samovarını, 01 ədəd 50,0 (əlli) manat dəyərində 3 litir su tutumlu elektrik samovarını, ayrı-ayrılıqda 80 manat ümumilikdə 160,0 (yüz altmış) manat dəyərində 02 ədəd elektrik samovarını, 25 manat dəyərində 5 kiloqram qozu, 01 ədəd 50 manat dəyərində qızıl dişi, 650,0 (altı yüz əlli) manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə bilərziyi, 200,0 (iki yüz) manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə salxım formasında klonu, 150,0 (yüz əlli) manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə dairəvi klonu, 1,000 (min) manat dəyərində firuzə daşlı klonu, 260,0 (iki yüz altmış) manat dəyərində mirvari boyunbağını, 150.0 (yüz yüz əlli) manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə aypara formasında sırğa tayını, 01 ədəd 2,700 (iki min yeddi yüz) manat dəyərində Asus markalı notbuk kompüteri, 01 ədəd 45,0 (qırx beş) manat dəyərində Braun markalı blenderi, 01 ədəd 60,0 (altmış) manat dəyərində Moulinex markalı mikseri, 01 ədəd 40,0 (qırx) manat dəyərində Philips markalı ütünü, 01 ədəd 40,0 (qırx) manat dəyərində plastik qızıl qabını, 60,0 (altmış) manat dəyərində xrustal çay dəstini, 50,0 (əlli) manat dəyərində farfar çay dəstini, 01 ədəd 180,0 (yüz səksən) manat dəyərində paltar tikən maşını və 01 ədəd 45,0 (qırx beş) manat dəyərində stolüstü saatını gizli olaraq talayıb zərərçəkmiş şəxs L Tapdıqovaya xeyli miqdarda, yəni 20,875 (iyirmi min səkkiz yüz yetmiş beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə qəbul etdikdən sonra Ruslan ona yataqxananın ikinci mərtəbəsində yaşayan Lətifə adlı qadının evinin işığının bir neçə gündür kı, sönülü olduğunu və həmin evdən oğurluq etmək üçün yoxlamalarını təklif etmişdir. Bundan sonra pilləkənlə ikinci mərtəbəyə qalxmışlar. İkinci mərtəbənin dəhlizindən binanın birinci mərtəbəsinə bitişik tikilmiş fərdi yaşayış evinin damının üstünə tullanmışlar. Daha sonra Lətifəyə məxsus evin plastik pəncərəsini açmış və mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqdan sonra bir neçə dəqiqə axtarış aparsalarda istədikləri dəyərdə əşya tapa bilməmişdirlər. Mənzildəki şkafdan 01 ədəd elektrik ilə işləyən samovar və divanın altından 01 ədəd od samovarı, modelini bilmədiyi kompüter və markasını xatırlamadığım elektron məişət avadanlığı oğurlayaraq mənzili tərk etmişdirlər. Lətifə Tapdıqovanın mənzilindən qeyd etdiyi əmlaklardan savayı heç bir əşya oğurlamamışdır. Həmin mənzilə oğurluğa bir dəfə girmişdir. Pula ehtiyacı olduğu üçün iki samovarı Yeni Yasamal ərazisində Kamran adlı şəxsə 37 manata satmış, qalan əşyalarında əvəzinə narkotik vasitə almışdırlar. Daha sonra Ruslanla birlikdə yataqxana ilə üzbəüzdə olan sökülü binanın üçüncü mərtəbəsinə qalxmış, orada tanışı Romanı görmüşdürlər. Ruslanın təklifinə əsasən onda olan 0.2 qram heroini o, Roman və Ruslan şiprizə çəkib damarlarına vurmuşdurlar. Söhbət edərkən təklikdə Ruslan ona oğurluğa girdikləri mənzildən qızıl, yəni qızıl diş və sırqa tayı oğurladığını bildirmişdir. Romanın yanında isə ümumilikdə onda nənəsinə məxsus qızıl olduğunu və satmaq istədiyini, lakin vəsiqəsi olmadığı üçün sata bilmədiyini demiş və Romana onun şəxsiyyət vəsiqəsi ilə qızıl satmağı təklif etmişdir. Roman, Ruslan və o, 20 yanvar metrostansiyasının yaxınlığındakı qızıl dükanına gəlmişdirlər. Ruslan mənzildən oğurladığı 01 ədəd qızıl dişi, 01 ədəd titan materialdan olan dişi və 01 ədəd aypara formasında olan sırğanın tayını satıcıya təqdim etmişdir. Satıcı həmin mallara görə onlara 140 manat verə biləcəyini demişdir. Satıcı ilə razılaşmadıqları üçün Moskva univermağına getmişdirlər. Orada dükanda qeyd edilən malları Romanın şəxsiyyət vəsiqəsi ilə 150 manata satmışdırlar. Həmin puldan Ruslan ona 60 manat pul vermiş, qalan pulu isə öz cibinə qoymuşdur. Polis əməkaşları tərəfindən saxlanılan zaman üzərlərindən aşkar edilməməsindən ötrü titan dişi küçəyə atmışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 oğlu əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı uşağının olmasını qeyd etməklə barəsində ədalətli qərar qəbul edilməsini də xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etdikdən sonra evə oğurluğa girmək barədə qərara gəlmişdirlər. Bundan sonra ikinci mərtəbənin dəhlizindən binanın birinci mərtəbəsinə bitişik tikilmiş fərdi yaşayış evinin damının üstünə tullanmışlar. Oradan isə ikinci mərtəbədəki mənzilin açıq plastik pəncərəsindən mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqdan sonra Təbriz elektron məişət avadanlıqları, bir sırğa tayı və samovar götürmüşdür. O, isə mənzildə bujuteriya qabının içərisindən 01 ədəd qızıl diş və 01 ədəd titan dişi, modelini bilmədiyi kompüter və markasını xatırlamadığım elektron məişət avadanlığı götürmüş və mənzildən çıxmışlar. Qeyd olunan əşyaları Təbriz adlı şəxsə satmışdırlar. Roman adlı tanışlarına Təbrizin evinin qızılı olduğunu və onun şəxsiyyət vəsiqəsi ilə satmaq istədiklərini bildirmişdirlər. Birlikdə qızıl dükanına gedib mənzildən oğurladıqları 01 ədəd qızıl dişi, 01 ədəd titan materialdan olan dişi və 01 ədəd aypara formasında olan sırqanın tayını satıcıya təqdim etmişlər. Satıcı həmin mallara görə onlara 140 manat verə biləcəyini demişdir. Onlar satıcı ilə razılaşmadıqları üçün Moskva univermağına getmışdirlər. Orada dükanda qeyd edilən malları Romanın şəxsiyyət vəsiqəsi ilə 150 manata satmışdırlar. Pulların, xalçaların və digər sadalanan əşyaların nə zaman və kim tərəfindən oğurlanması barədə məlumatı olmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir lakin o, məhkəməyə gəlməməyin səbəbi kimi hazırda səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etməsinin mümkünsüzlüyünü bildirməklə məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxs X2 ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 24 oktyabr 2021-ci il tarixdə Bakı şəhərinə evə baş çəkməyə gəlmişdir. Evin giriş qapısını açıb evə daxil olduqda evin dağınıq vəziyyətə düşdüyünü görmüşdür. Daha sonra isə küçəyə baxan pəncərənin də açıq olduğunu görmüşdür. Həmin vaxt evə oğurluğa girildiyini başa düşmüş və DİN-in 102 məlumat xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq nəticəsində ona məxsus pul kisəsinin içərisindən 3,000 ABŞ dolları pul, ayrı-ayrılıqda hər birinin 3,000 manat ümumilikdə 9,000 manat dəyərində 03 ədəd əldə toxunulmuş qədimi xalça, 01 ədəd modelini bilmədiyi 60 manat dəyərində şirəçəkən, ayrı-ayrılıqda 80 manat ümumilikdə 240 manat dəyərində modellərini tam olaraq xatırlamadığı elektrik ət çəkən maşınları, 01 ədəd 120 manat dəyərində elektrik masaj aparatı, 01 ədəd 500 manat dəyərində 5 litr su həcmində olan od samovarı, 01 ədəd 300 manat dəyərində 6 litr su həcmində olan od samovarı, ayrıayrılıqda 80 manat ümumilikdə 240 manat dəyərində elektrik samovar, 25 manat dəyərində 5 kiloqram qoz, 01 ədəd yuxarı damaq üçün nəzərdə tutulmuş 50 manat dəyərində qızıl diş və 5,000 manat dəyərində müxtəlif qızıl ziynət əşyaları, 650,0 (altı yüz əlli) manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə bilərzik, 200,0 (iki yüz) manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə salxım formasında klon, 150,0 (yüz əlli) manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə dairəvi klon, 1.000 (min) manat dəyərində firuzə daşlı klon və 260 manat dəyərində mirvari boyunbağı oğurlanmışdır. Mənzilə oğuluq məqsədilə daxil olmuş şəxslər qeyd etdiyi əşyalardan başqa 2,700 (iki min yeddi yüz) manat dəyərində Asus markalı notbuk kompüteri, 45 (qırx beş) manat dəyərində Braun markalı blenderi, 60 (altmış) manat dəyərində Moulinex markalı mikseri, 40 (qırx) manat dəyərində Philips markalı ütünü, 40 (qırx) manat dəyərində plastik qızıl qabını, 60 (altmış) manat dəyərində 6 stəkan və 6 nəlbəkidən ibarət xrustal çay dəstini, 50 (əlli) manat dəyərində 6 stəkan və 6 nəlbəkidən ibarət farfar çay dəstini, 180,0 (yüz səksən) manat dəyərində paltar tikən maşını və xarici ölkədən pay gətirilmiş təxminən 45 (qırx beş) manat dəyərində siferblatında yazısı olmayan stolüstü saatı oğurlamışlar. Zərərçəkmiş şəxs X2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, onun hazırda təqsirləndirilhsn şəxslərə qarşı şikayəti və hər hansı tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2021-ci il tarixdə Yasamal RPl-nin 29-cu polis şöbəsinə DİN-in 102 məlumat xidmətindən ünvan 2 ünvanında pasport qeydiyyatında olan X2 ona məxsus mənzildən oğurluq olması barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində L.Tapdıqovaya məxsus mənzildən oğurluq edən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. İstintaq zamanı saxlanılan şəxslər oğurladığı əşyaları Yeni Yasamal ərazisində Kamran adlı şəxsə verərək narkotik vasitə ilə dəyişdiklərini bildirmişlər. Maddi sübutların əldə edilməsi və Kamran adlı şəxsin müəyyən edilərək dindirilməsi üçün 29-cu polis şöbəsinin sahə inspektoru Həsən Abdullayevlə birlikdə Kamran adlı şəxsin yaşadığı evə getmişdir. Kamranın yaşadığı evin həyətinə daxil olduqda o, onları görüb hasardan aşaraq qaçmışdır. Həmin vaxt onun valideyinlərinə oğurluq əşyaların almasında şübhəli olduğu üçün gəldiklərini bildirmişlər.Onlar 02 ədəd samovarı göstərərək həmin əşyaları Kamrana tanımadığı kişi cinsindən olan şəxslərin satdığını demişdirlər. Həmin iki samovar istintaq əhəmiyyəti kəsb edə biləcəyi üçün tərəflərindən götürülüb müşayiət məktubu ilə istintaqa göndərilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 və X6 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, onlar həmin məzmunlu ifadələr verərək şahid X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İş üzrə şahid X12 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 23 oktyabr 2021-ci il tarixdə tanımadığı üç nəfər şəxs ona məxsus dükana gəlmişdir. Həmin şəxslər 01 ədəd qızıl diş, 01 ədəd titan diş və 01 ədəd aypara formasında olan sırğa tayını satmaq istədiklərini bildirmişlər. Həmin şəxslərə titan materialdan olan əşyaları almadıqlarını bildirmişdir. Qızıl diş ilə sırğa tayına görə isə 150 manat pul verə biləcəyini bildirmişdir. Həmçinin həmin şəxslərdən sırğanın hansı səbəbdən bir tayını satdıqlarını soruşmuşdur. Həmin şəxslərdən biri qızıl sırğanın digər tayının itirildiyi üçün tək satıldığını bildirmişdir. O, X8 şəxsiyyət vəsiqəsi ilə həmin qızıl məmulatlarını almışdır. Bu barədə dükanda olan qızıl və brilyantların alqı satqısı kitabında qeyd aparmışdır. Aldığı qızıl ziynət əşyalarını isə həmin gün axşam əritmişdir. Təxminən 2- 3 gün sonra polis əməkdaşları işlədiyi dükana gəlmişlər. Həmin vaxt ona qızıl diş və sırğa tayını satmış iki nəfər şəxsdə polislə birlikdə dükana gətirilmişdir. O zaman ona məlum olmuşdur ki, həmin şəxslərin ona satmış olduğu qızıl diş və sırğa tayı oğurluq olmuşdur. Qızıl-ziynət əşyalarını alan zaman oğurluq olması barədə məlumatı olmamışdır. Həmin əşyaların oğurluq olması barədə məlumatı olmuş olsa idi qızıl-ziynət əşyalarını almayaraq müvafiq orqanlara məlumat vermiş olardı. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X13 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 23 oktyabr 2021-ci il tarixdə Təbriz və Ruslanla rastlaşmışdır. Bundan sonra birlikdə narkotik vasitə qəbul etmişdir. Daha sonra Ruslan ona şəxsiyyət vəsiqəsilə nənəsindən qalan qızılı satmaq istədiyini bildirmişdir. Onunla razılaşmış və gedib qızılı 150 manata satmışdır. Qızılın oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. Əldə olunan pulu Ruslan və Təbriz öz aralarında bölmüşlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 10.01.2022-ci il tarixli 9/9284 №-li məhkəmə-əmtəəşünaslıq ekspert rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 190,0 manat müəyyən edilir. O cümlədən 1 ədəd təxminən 5 litr su tutumlu od samovarı - 140,0 manat və 1 ədəd təxminən 3 litr su tutumlu elektrik samovar - 50,0 manat təşkil edir (1-ci cild, səh. 247-249). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 oktyabr 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin ünvan 3 ünvanında yerləşən yataqxananın yaşayış sahəsi hesab edilən 24 nömrəli mənzil olduğu müəyyən edilmişdir. (1-ci cild, səh. 07-11). Məhkəmə istintaqında tədqiq edilmiş 05 noyabr 2021-ci il tarixli “sənədlərin götürülməsi haqqında” qərardan görünür ki, şahid X12, bir ədəd 23 oktyabr 2021 -ci il tarixdə tərtib edilərək alıcı və satıcıya dair, habelə satılan əşyalara, həmin əşyaların ümumi qiymətinə dair məlumatlar əks edilmiş, satıcının imzası ilə təstiq edilmiş «alqı- satqı qəbzi» adlı sənədi istintaqa təqdim etmiş, həmin sənəd mötəbər dəlil əhəmiyyəti kəsb etdiyi üçün protokollaşdırılıb götürülmüşdür.(cild 1, səh. 190-195). Məhkəmə istintaqında tədqiq edilmiş 26 oktyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Yasamal RPl-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş 2 ədəd samovar götürülərək istintaqa təqdim edilmişdir (cild 1, səh.114). Məhkəmə istintaqında tədqiq edilmiş 27 oktyabr 2021-ci il tarixli “əşyaları tanınmaya təqdim etmə haqqında” protokoldan görünür ki, oğurluq yolu ilə ələ keçirilən əşyalar, yəni bir ədəd 5 litr su tutumlu od samovarı və bir ədəd 3 litr su tutumlu elektrik samovarı tanınma üçün X4 təqdim edilmiş, o, əvvəl ifadəsində göstərdiyi əlamətlərə uyğun təqdim edilən əşyaları tanıyaraq özünə məxsusluğunu bir daha təstiq etmişdir (cild 1, səh. 116-117). Məhkəmə istintaqında tədqiq edilmiş 11 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd od samovar, 1 ədəd elektrik samovarı zərərçəkmiş şəxsə qaytarılmışdır. Bundan əlavə iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd alqı-satqı qəbzinin surəti cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, səh. 260-274). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 25.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-633/2021 nömrəli 27.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətə «həbs» qətimkan tədbiri seçilmişdir (1ci cild, səh. 48, 180-181). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 25.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-632/2021 nömrəli 27.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 71, 178-179). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 05.06.2017-ci il təvəllüdlü X20 adlı övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Penitensiar xidmətin 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin 19 fevral 2022-ci il tarixli arayışından aydın olur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli hökmü ilə AR.CM-nin 180.2.2 maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs1, 02.04.2021-ci il tarixdən 26.10.2021-ci il tarixədək Px-in 14 saylı Məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkmiş və təkrarən cinayət hadisəsi törətdiyi üçün Yasamal rayon məhkəməsinin 27.10.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 26.10.2021-ci il tarixə çəkilməmiş qalan cəzası 5 ay 28 gün təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24.01.2022-ci il tarixində Bakı şəhəri 53 saylı notarius tərəfindən təsdiq edilmiş ərizədən məlum olur ki, X10 yazılı ərizə yazaraq Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özlərinin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (1-ci cild, səh. 211-212). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Yasamal Rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli 1(004)-187/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 05.11.2014-cü il tarixdə Səbail Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu məhkumluq qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-193/2021 nömrəli 12.03.2021-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin 1(004)-187/2019 saylı 12.09.2019-cu il tarixli hökmü üzrə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir (1-ci cild, səh. 230-231). O, sonuncu cəza çəkilib qurtarmadan və məhkumluq ödənilmədən o, yuxarıda göstərilən cinayət əməlini törətmişdir. Nəticədə onun əməllərində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Belə ki, Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən isə şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 oğluna münasibətdə qeyd edilən residiv halını cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Bununla yanaşı Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci ( hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 ay 28 gün hissəsi hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 25 oktyabr 2021-ci il tarixdən 22 fevral 2022-ci il tarixədək tutulduğu, həbsdə olduğu 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı 25 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, məcburi köçkünlər üçün tikilmiş Qobu yaşayış kompleksini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış alqı-satqı qəbzinin surətləri cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd samovar zərərçəkmiş şəxs X4 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 manat təşkil edir. CPM-in 198.3-cü (məhkəmə məsrəflərinin tutulması) maddəsinə əsasən isə cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 oğlundan 25 (iyirmi beş) manat, Təqsirləndirilən şəxs2 isə 25 (iyirmi beş) manat məbləğində məhkəmə məsrəfi tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 və X11 vəkil işlədikləri Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 1(004)-102/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X16 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 23 (iyirmi üç) iş saatına bərabər hesab edilərək, göstərilmiş 23 (iyirmi üç) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X11 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 23 (iyirmi üç) iş saatına bərabər hesab edilərək, göstərilmiş 23 (iyirmi üç) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 138 (bir yüz otuz səkkiz)manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 ay 28 gün hissəsi qismən birləşdirilsin və ona hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 həmin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 25.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 25 oktyabr 2021-ci il tarixdən 22 fevral 2022-ci il tarixədək tutulduğu, həbsdə olduğu 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 7 (yeddi) ay 26 (iyirmi altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, məcburi köçkünlər üçün tikilmiş Qobu yaşayış kompleksini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış alqı-satqı qəbzinin surətləri cinayət işinin materiallarında saxlanılsın. İki ədəd samovarın isə zərərçəkmiş şəxs X4 qaytarılması nəzərə alınsın. Əlli manat məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 oğlundan 25 (iyirmi beş) manat, Təqsirləndirilən şəxs2 isə 25 (iyirmi beş) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 138 (bir yüz otuz səkkiz) manat məbləğində, Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar