Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-102/2023 17.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 26 avqust 1997-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 2117 nömrəli Corat bağ evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 24 avqust 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə 100, mənzil 23-ə məznilin giriş qapısının açarı ilə açıb içəri qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs məxsus olan 1800 manat pul, ümumi dəyərləri 242,00 (iki yüz qırx iki) manat olan 1 ədəd çəkisi 66,45 qram olan sarı rəngli metaldan, içərisində “Chopard” yazısı və üzərində ağ şəffaf qaşları olan qol saatı, 1 ədəd çəkisi 10,87 qram olan, sarı rəngli metaldan üzərində 1 ədəd çəhrayi və ağ şəffaf qaşları olan üzük, 1 ədəd çəkisi 11,29 qram olan, sarı rəngli metaldan (qaralmış) ilan formalı, üzərində ağ şəffaf qaşları olan üzük, 3 ədəd çəkisi 35,09 qram olan, gümüşü rəngli metaldan üzərində müxtəlif formalı və qaşları olan üzük, 6 ədəd çəkisi 12,81 qram olan sarı, gümüşü rəngli metaldan üzük, 1 ədəd çəkisi 3,78 qram olan, gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük, 1 ədəd çəkisi 14,14 qram olan, gümüşü rəngli metaldan açar asılqan, 1 ədəd çəkisi 3,75 qram olan gümüşü metalı 925 əyyarlı gümüşə uyğun metaldan kulon, 1 ədəd çəkisi 46,63 qram olan, sarı rəngli metaldan (qaralmış), üzərində ağ şəffaf qaşları olan qolbaq, 1 ədəd çəkisi 66,18 qram olan gümüşü rəngli, üzərində qəhvəyi rəngli daşı və muncuqları olan boyunbağı, 1 ədəd çəkisi 146,47 qram olan, sarı rəngli metaldan, üzərində qırmızı və ağ şəffaf qaşları olan kolye-bilərzik, sırğa cütü dəsti, 1 ədəd çəkisi 5,75 qram olan, gümüşü rəngli metaldan 925 əyarlı gümüşə uyğun boyunbağı, 1 ədəd çəkisi 4,50 qram olan gümüşü rəngli metaldan, üzərində açıq mavi rəngli qaş olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, qaşı topaz olan üzük, 1 ədəd çəkisi 4,54 qram olan, gümüşü rəngli metaldan, üzərində qırmızı rəngli qaş olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, qaşı karunt qaşlar qrupuna aid üzük, 1 ədəd çəkisi 4,54 qram olan, gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, qaşları qiymətli qaşlara aid olmayan sırğa cütü, 2 ədəd çəkisi 29,10 qram olan, gümüşü rəngli metaldan, müxtəlif rəngli muncuqlardan olan, metalı əlvan metal ərintisindən hazırlan qolbaq, 6 ədəd çəkisi 73,11 qram olan, sarı, gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli qaşları və muncuqlardan olan, metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan yaxa sancağı, 3 ədəd çəkisi 22,40 qram olan, sarı, gümüşü rəngli metaldan, 1 ədədi üzərində ağ şəffaf qaşı olan, metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan sırğa cütü, 1 ədəd çəkisi 11,18 qram olan, sarı rəngli metaldan (qaralmış), metalı əlvan metal ərintisindən hazırlanmış üzük, 1 ədəd çəkisi 26,18 qram olan, sarı, gümüşü rəngli metaldan, 1 ədədinin üzəri qaşları olan kulon, metalı əlvan metal ərintisindən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan, metal hissəciklər, 7 ədəd çəkisi 37,10 qram olan, sarı, gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli qaşları və muncuqlardan olan, metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan məmulat hissəsi, 4 ədəd çəkisi 18,72 qram olan, ağ və füruzəyi rəngli məmulatını gizli talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 2042 ( iki min qırx iki ) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özü əvvəllər etibarnamə əsasında idarə etdiyi Xəzər markalı avotmobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş. 2 il bundan əvvəl Zərərçəkmiş şəxs ilə tanış olmuş. Tanışlıqdan sonra Nigarı müxtəlif ünvanlara aparıb gətirmiş. Normal münasibəti olmuş, qeyri-rəsmi münasibətləri olmuş. Bundan sonra Nigarın başqa şəxslə münasibəti olmasını bilmiş. Nigar ona satmağa Opel markalı avtomobil vermiş. Bazara satmağa çıxartmış. Nigara zəng vurmuşdur ki, “gəl etibarnamə ver”, Nigara zəng çatmamış. Anasına zəng vurmuş. Anası demişdir ki, “Əlirza ilə dünəndən avtomobil bazarına çıxmışıq”. Sonra Nigar özü onunla əlaqə saxlamış, demişdir ki, “gəlirəm etibarnamə verəm”. Elvin adlı oğlanla görüşdüyünə görə Nigarı qısqanmış. Nigarla normal danışıqları var imiş. Nigar ona 20 avqust 2022-ci il tarixdə ailəlikcə Türkiyəyə dincəlməyə gedəcəyini bildirmiş. Ona demişdir ki, “1 həftə qalacam”. 24 avqust 2022-ci il tarixdə saat 14 radələrində əvvəllər onların mənzilindən yük daşıyan zaman evin açarı onda qaldığından həmin açarla qapını açıb içəri daxil olmuşdur. Arxadan qapını açarla bağlamış. Evi axtarmağa başlamış. 1800 manat pulu evin yataq otağından götürmüş. Müxtəlif otaqlardan 1 ədəd bijuteriya qolbaq, 1 ədəd boyunbağı, gümüş boyunbağıları götürmüşdür. Nigarı Elvinə qısqandığı üçün Nigara məxsus olan qadın alt paltarlarını evdəki məişət əşyaları, televizorun üzərindən, qapıdan və digər yerlərdən asmış. Bundan sonra evin giriş qapısının içəri tərəfdən kilidini kəlbətinlə sındırmışdır ki, evin açarla açılmasını gələndə görə bilməsinlər. O, evdən 15000 manat dəyərində qızıl zinət əşyalarını oğurlamamış, ümumiyyətlə oğurladığı əşyaların içərisində qızıl zinət əşyası olmamışdır, oğurladığı bijuteriyanı Bakı şəhəri, Xarici Dairəvi yol ilə üzü Xocasən istiqamətində gedən yolun sağ kənar hissəsinə oğurluq etdiyi günün axşamı atmışdır. Əlavə olaraq suala cavab olaraq bildirdi ki, Nigardan 5500 manat borc pul almamışdır. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum olunmasını, İkinci Qarabağ müharibəsi iştirakçısı olmaqla “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçının ifadəsi, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəlikcə 20 avqust 2022-ci il tarixdə Türkiyə Respublikasının Alaniya bölgəsinə istirahətə getmiş. 28 avqust 2022-ci il tarixdə saat 15 radələrində evə qayıtmış. Qayıdan zaman evin giriş qapısının kilid hissəsinin açar yeri sındırılmış vəziyyətdə görmüşdür. O, içəri daxil olan zaman evin otaqlarının hamısının dağınıq olmasını görmüş. Bundan başqa ona məxsus olan qadın alt paltarları şkafdan çıxarılıb evdə olan məişət əşyalarının üstünə asılmış imiş. Bundan sonra ona məxsus olan yataq otağında şkafda karton qutuya qoyduğu 1800 manatın oğurlanmasını görmüş. Bundan başqa ailəsinə məxsus olan 15000 manat dəyərində müxtəlif əyyarlı, müxtəlif çəkili, briliyant daşları olan qızıl zinət əşyalarının da oğurlanmasını aşkar etmişdir. O, bu hadisədən ailəsinə sürücülük edən Əlirza adlı şəxsdən şübhələnmişdir. Çünki, onların xaricə getməyini Əlirza bilirmiş. Bu hadisə ilə bağlı Əlirza ondan soruşmuş. Polislər Əlirzanı çağırmaqlarına baxmayaraq qaçıb gizlənirmiş. O, Əlirza ilə bir müddət görüşmüşdür, aralarında qeyri rəsmi münasibətlər olmuşdur. Danışıq zamanı guya ki, X3 mənzil verəcəkmiş, mənzili almaq üçün pul lazım olmasını bilirmiş. Ondan 18 avqust 2022-ci il tarixdə yaşadığı evin blokunda 5500 manat pul almışdır ki, “evi alacam, satacam, evin yarı pulunu sənə verəcəm”. Həmən pulu ona bu günə kimi qaytarmamışdır.Hazırda Yasamal rayon Polis İdarəsində qızıl-zinyət əşyaları ilə bağlı araşdırma hələ davam edir. Daha sonra zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona 2042 manat tam ödədiyini qeyd etmişdir. Cinayət işinin 36-37-ci vərəqələrində olan 20 sentyabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 68-70-ci vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun 22 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin 72-73-cü vərəqələrində olan 22 sentyabr 2022-ci il qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 92-96-cı vərəqələrində olan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 2 noyabr 2022-ci il 6/6178-9/7623 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunan 1 ədəd sarı rəngli metaldan, içərisində “Chopard” yazısı və üzərində ağ şəffaf qaşları olan qol saatı - metalı əlvan metal və dəmir əsaslı ərintdən hazırlanmışdır, çəkisi 66,45 qramdır - 8,0 manat, 1 ədəd sarı rəngli metaldan üzərində 1 ədəd çəhrayi və ağ şəffaf qaşları olan üzük -metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 10,87 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 6,0 manat, 1 ədəd sarı rəngli metaldan (qaralmış) ilan formalı, üzərində ağ şəffaf qaşları olan üzük - metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 11,29 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 4,0 manat, 3 ədəd gümüşü rəngli metaldan üzərində müxtəlif formalı və qaşları olan üzük metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 35,09 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 6,0 manat, 6 ədəd sarı, gümüşü rəngli metaldan üzük - metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 12,81 qramdır - 12,0 manat, 1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 3,78 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 4,0 manat, 1 ədəd gümüşü rəngli metaldan açar asılqanı - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 14,14 qramdır-4,0 manat, 1 ədəd gümüşü rəngli metaldan kulon-metalı 925 əyyarlı gümüşə uyğundur, çəkisi 3, 75 qram-20,0 manat, 1 ədəd sarı rəngli metaldan ( qaralmış ), üzərində ağ şəffaf qaşları olan qolbaq-metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 46,63 qramdır, qaşları qiymətli qaşlara aid deyil-8 manat, 1 ədəd gümüşü rəngli, üzərində qəhvəyi rəngli daşı və muncuqları olan boyunbağı-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 66,18 qramdır, qaşı qiymətli daşlara aid deyil-10,0 manat, 1 ədəd sarı rəngli metaldan, üzərində qırmızı və ağ şəffaf qaşları olan kolye-bilərzik (qırıqdır)sırğa cütü dəsti - metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 146,47 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 15,0 manat, 1 ədəd gümüşü rəngli metaldan boyunbağı (qırıqdır) - metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 5,75 qramdır - 30,0 manat, 1 ədəd gümüşü rəngli metaldan, üzərində açıq mavi rəngli qaş olan üzük - üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 4,50 qramdır, qaşı topazdır - 25,0 manat, 1 ədəd gümüşü rəngli metaldan, üzərində qırmızı rəngli qaş olan üzük - üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 4,54 qramdır, qaşı karunt qaşlar qrupuna aiddir - 25,0 manat, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü - üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 4,54 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 30,0 manat, 2 ədəd gümüşü rəngli metaldan, müxtəlif rəngli muncuqlardan olan qolbaq - metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 29,10 qramdır-4,0 manat, 6 ədəd sarı, gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli qaşları və muncuqlardan olan yaxa sancağı - metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 73,11 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 12,0 manat, 3 ədəd sarı, gümüşü rəngli metaldan, 1 ədədi üzərində ağ şəffaf qaşı olan sırğa cütü- metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 22,40 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 9,0 manat, 1 ədəd sarı rəngli metaldan (qaralmış) üzük - metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 11,18 qramdır-3,0 manat, 1 ədəd sarı, gümüşü rəngli metaldan, 1 ədədinin üzəri qaşları olan kulon - metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 26,18 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 4,0 manat, 7 ədəd sarı, gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli qaşları və muncuqlardan olan məmulat hissəsi - metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 37,10 qramdır, qaşları qiymətli qaşlara aid deyil, qırıntı hesab olunur-2,0 manat, 4 ədəd ağ və füruzəyi rəngli məmulat hissəsi - çəkisi 18,72 qramdır, qırırntı hesab olunur - 1,0 manatdır. Tədqiqata təqdim edilmiş əşyalardan 24, 38 qramının metalı 925 əyyarlı gümüşdən hazırlanmışdır, digəriləri qiymətsiz əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış bijuteriyarlardır, qaşları qiymətli qaşlara aid deyil. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən tədqiqata təqdim olunmuş əşyaların orta bazar qiyməti ümumi dəyəri 242,00 manat müəyyən edilir. Cinayət işinin 93-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 150 (bir yüz əlli) manat təşkil etmişdir. Cinayət işinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 15 noyabr 2021ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 104-109-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd sarı rəngli metaldan, içərisində “Chopard” yazısı və üzərində ağ şəffaf qaşları olan qol saatı, 1 ədəd sarı rəngli metaldan üzərində 1 ədəd çəhrayi və ağ şəffaf qaşları olan üzük, 1 ədəd sarı rəngli metaldan (qaralmış) ilan formalı, üzərində ağ şəffaf qaşları olan üzük, 3 ədəd gümüşü rəngli metaldan üzərində müxtəlif formalı və qaşları olan üzük, 6 ədəd sarı, gümüşü rəngli metaldan üzük, 1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük, 1 ədəd gümüşü rəngli metaldan açar asılqanı, 1 ədəd gümüşü rəngli metaldan kulon, 1 ədəd sarı rəngli metaldan ( qaralmış ), üzərində ağ şəffaf qaşları olan qolbaq, 1 ədəd gümüşü rəngli, üzərində qəhvəyi rəngli daşı və muncuqları olan boyunbağı, 1 ədəd sarı rəngli metaldan, üzərində qırmızı və ağ şəffaf qaşları olan kolye-bilərzik (qırıqdır)-sırğa cütü dəsti, 1 ədəd gümüşü rəngli metaldan boyunbağı, 1 ədəd gümüşü rəngli metaldan, üzərində açıq mavi rəngli qaş olan üzük, 1 ədəd gümüşü rəngli metaldan, üzərində qırmızı rəngli qaş olan üzük, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü, 2 ədəd gümüşü rəngli metaldan, müxtəlif rəngli muncuqlardan olan qolbaq, 3 ədəd sarı, gümüşü rəngli metaldan, 1 ədədi üzərində ağ şəffaf qaşı olan sırğa cütü, 1 ədəd sarı rəngli metaldan (qaralmış) üzük, 1 ədədinin üzəri qaşları olan kulon, 4 ədəd ağ və füruzəyi rəngli məmulat hissəsi maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal RPİ-nin NH-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan 2042 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və bununla bağlı heç bir tələbi yoxdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı məhəllə komitəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2117 nömrəli Corat bağ evində qeydiyyatsız yaşayır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını talayaraq oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçının ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk məhkumluğunu, İkinci Qarabağ müharibəsi iştirakçısı olmaqla “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 20 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal RPİ-də saxlanılan 1 ədəd sarı rəngli metaldan, içərisində “Chopard” yazısı və üzərində ağ şəffaf qaşları olan qol saatı, 1 ədəd sarı rəngli metaldan üzərində 1 ədəd çəhrayi və ağ şəffaf qaşları olan üzük, 1 ədəd sarı rəngli metaldan (qaralmış) ilan formalı, üzərində ağ şəffaf qaşları olan üzük, 3 ədəd gümüşü rəngli metaldan üzərində müxtəlif formalı və qaşları olan üzük, 6 ədəd sarı, gümüşü rəngli metaldan üzük, 1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük, 1 ədəd gümüşü rəngli metaldan açar asılqanı, 1 ədəd gümüşü rəngli metaldan kulon, 1 ədəd sarı rəngli metaldan ( qaralmış ), üzərində ağ şəffaf qaşları olan qolbaq, 1 ədəd gümüşü rəngli, üzərində qəhvəyi rəngli daşı və muncuqları olan boyunbağı, 1 ədəd sarı rəngli metaldan, üzərində qırmızı və ağ şəffaf qaşları olan kolyebilərzik (qırıqdır)-sırğa cütü dəsti, 1 ədəd gümüşü rəngli metaldan boyunbağı, 1 ədəd gümüşü rəngli metaldan, üzərində açıq mavi rəngli qaş olan üzük, 1 ədəd gümüşü rəngli metaldan, üzərində qırmızı rəngli qaş olan üzük, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü, 2 ədəd gümüşü rəngli metaldan, müxtəlif rəngli muncuqlardan olan qolbaq, 3 ədəd sarı, gümüşü rəngli metaldan, 1 ədədi üzərində ağ şəffaf qaşı olan sırğa cütü, 1 ədəd sarı rəngli metaldan (qaralmış) üzük, 1 ədədinin üzəri qaşları olan kulon, 4 ədəd ağ və füruzəyi rəngli məmulat hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə təhvil verilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 150 (bir yüz əlli) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunaraq ödənilmiş dövlət rüsumuna görə 87 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməli, mülki iddia qalan hissədə baxılmamış saxlanılmalı və sonuncuya mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal RPİ-də saxlanılan 1 ədəd sarı rəngli metaldan, içərisində “Chopard” yazısı və üzərində ağ şəffaf qaşları olan qol saatı, 1 ədəd sarı rəngli metaldan üzərində 1 ədəd çəhrayi və ağ şəffaf qaşları olan üzük, 1 ədəd sarı rəngli metaldan (qaralmış) ilan formalı, üzərində ağ şəffaf qaşları olan üzük, 3 ədəd gümüşü rəngli metaldan üzərində müxtəlif formalı və qaşları olan üzük, 6 ədəd sarı, gümüşü rəngli metaldan üzük, 1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük, 1 ədəd gümüşü rəngli metaldan açar asılqanı, 1 ədəd gümüşü rəngli metaldan kulon, 1 ədəd sarı rəngli metaldan ( qaralmış ), üzərində ağ şəffaf qaşları olan qolbaq, 1 ədəd gümüşü rəngli, üzərində qəhvəyi rəngli daşı və muncuqları olan boyunbağı, 1 ədəd sarı rəngli metaldan, üzərində qırmızı və ağ şəffaf qaşları olan kolye-bilərzik (qırıqdır)sırğa cütü dəsti, 1 ədəd gümüşü rəngli metaldan boyunbağı, 1 ədəd gümüşü rəngli metaldan, üzərində açıq mavi rəngli qaş olan üzük, 1 ədəd gümüşü rəngli metaldan, üzərində qırmızı rəngli qaş olan üzük, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü, 2 ədəd gümüşü rəngli metaldan, müxtəlif rəngli muncuqlardan olan qolbaq, 3 ədəd sarı, gümüşü rəngli metaldan, 1 ədədi üzərində ağ şəffaf qaşı olan sırğa cütü, 1 ədəd sarı rəngli metaldan (qaralmış) üzük, 1 ədədinin üzəri qaşları olan kulon, 4 ədəd ağ və füruzəyi rəngli məmulat hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə təhvil verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Mülki iddia qismən təmin olunsun və ödənilmiş dövlət rüsumuna görə 87 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin, mülki iddia qalan hissədə baxılmamış saxlanılsın və sonuncuya mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-102/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-102/2023
17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver